dərinlik tədqiqatlarını, nümunələrin götürülməsini və quyuağzı
təzyiqə və temperatura nəzarəti təmin etməlidir.
4.4.1.2. Fontan armaturunun işçi təzyiqi istismar kolo-
nunun sınaq təzyiqindən az olmamalıdır.
4.4.1.3. Fontan armaturu quyu ağzında quraşdırılana qə-
dər pasportda nəzərdə tutulan təzyiqlə kipliyə yoxlanılmalı,
quyu ağzında quraşdırıldıqdan sonra isə istismar kəmərinin
sınaq təzyiqinə bərabər təzyiqlə sınanılmalıdır.
Yoxlamanın nəticəsi aktla təsdiqlənməlidir.
4.4.1.4. Buraxıla bilən həddən artıq təzyiq tələb olunan
işləri (layın hidroyarılması, laya turşu ilə təsiretmə və digər
müxtəlif təsirlər)
yerinə yetirərkən, quyu ağzında xüsusi
artmatur, istismar kolonunda isə paker quraşdırılmalıdır.
4.4.1.5. Fontan armaturu, istehsalçı zavod tərəfindən əl
ilə idarə olunan, sifarişçinin tələbi ilə isə məsafədən idarə
olunan drossellərlə, məsafədən idarə olunan və (və ya) əl ilə
idarə olunan qapayıcı
armaturlarla təchiz edilməli, təzyiq
atmosfer təzyiqinə qədər aşağı salınmadan, üçgedişli krandan
istifadə edilməklə manometrlərin dəyişdirilməsi mümkünlüyü
təmin etməlidir.
4.4.1.6. Quyu ağzında temperaturu 200
0
C-dən artıq olan
quyuların istismarı zamanı konstruksiyası və istiliyə davamlılığı
texnoloji proseslərin və xidmət heyətinin təhlükəsizliyini təmin
edən, müvafiq fontan armaturu tətbiq edilməlidir.
4.4.1.7. Quyunun istismarı prosesində ayırıcı-klapanın işə
düşməsi dövri olaraq istehsalçı zavodun təlimatına uyğun yox-
lanılmalıdır. Ayırıcı klapanın quraşdırılması və onun işə düşmə-
sinin yoxlanılması haqqında akt tərtib olunmalıdır.
4.4.1.8. Quyuların 80
0
C və daha artıq temperaturlu işçi
mühitində işləyən atqı xətlərində və manifoldlarında,
temperatur kompensatorları quraşdırılmalıdır.
4.4.1.9. Təzyiq altında fontan armaturunun
nasazlıqlarının aradan qaldırılması, tezyeyilən və dəyişilməli
305
hissələrinin dəyişdirilməsi qadağandır.
Müstəsna hallarda
(qəza vəziyyətlərində və s.) bu işlər, xüsusi öyrədilmiş işçilər
tərəfindən, xüsusi texniki vasitələrdən istifadə edilməklə
yerinə yetirilməlidir.
4.4.1.10. Manifoldun quraşdırılmasından və onun fontan
armaturunun və boru başlığının qolları ilə birləşdirilməsindən
sonra, sistemin işçi təzyiqdə hidrosınağı aparılmalıdır.
4.4.1.11. Qazlift quyusunun fontan armaturunun idarəet-
mə stansiyası quyu ağzından 30-35 m məsafədə, xüsusi
tikilidə quraşdırılmalı, etibarlı bərkidilməli və yerləbir-
ləşdirilməlidir.
4.4.1.12. Quyunun qazlift istismarına keçidi müəssisənin
baş mühəndisi (texniki rəhbəri)
tərəfindən təsdiq olunmuş
layihəyə və plana uyğun yerinə yetirilməlidir.
4.4.1.13. Quyunun qazlift istismarına keçirilməsindən əv-
vəl, istismar kolonu, quyuağzı avadanlıq, nasos-kompressor
boruları maksimal (işəburaxma) təzyiqə sınanmalıdır.
4.4.1.14. Fontan və qazlift istismarında qaz kəmərləri
üçün, həmçinin quyuların və aparatların yığımı (obvəzka) üçün
qaynaqla birləşdirilmiş tikişsiz
polad borulardan istifadə
edilməlidir. Flans birləşmələrinə isə ancaq siyirtmələrin və
digər armaturların quraşdırıldığı yerlərdə yol verilir.
4.4.1.15. Qazpaylayıcı boru kəmərləri quraşdırıldıqdan
sonra sıxılmış hava ilə üfürülməli, maksimal işçi təzyiqdən 1,25
dəfə artıq təzyiqdə maye ilə sınaqdan keçirilməlidir.
Qazpaylayıcı batareyalar, dispetçer məntəqəsinə
çıxarılmış idarəetmə sistemi olan, qaz sərfinin fərdi avtomatik
ölçü sisteminə, üfürmə üçün şamlara və inqibitorun verilməsi
üçün qurğuya malik olmalıdır.
Qazlift quyusunun quyu ağzı, 20 m-dən az olmayaraq
uzaqlaşdırılmış, şama çıxışı olan üfürmə xətlərinə malik mani-
foldlu fontan armaturu ilə təchiz edilməlidir. Manifoldda əks
klapan quraşdırılmalıdır.
306
4.4.1.16. Qazlift istismarında işçi agentin (qazın) hazır-
lanması, onun su buxarından şeh nöqtəsi (do toçki rosı) minus
10
0
C qədər qurudulmasını nəzərdə tutmalıdır.
4.4.1.17. Hidrat tıxaclarının ləğvi zamanı qaz
kəmərindəki təzyiq atmosfer təzyiqinə qədər azaldılmalı və bu
sahələrin qızdırılması buxarla yerinə yetirilməlidir. Buraxma
qabiliyyəti saxlandıqda
ingibitorun qaz kəməri
dayandırılmadan ilkin olaraq verilməsinə yol verilir.
4.4.1.18. Qazlift sisteminin kompressor stansiyasının iş
prosesində aşağıdakılar yerinə yetirilməlidir:
-bütün sahədaxili texnoloji boru kəmərləri, separatorlar,
tutumlar, qapayıcı-tənzimləyici armaturlar hər növbədə baxış-
dan keçirilməli, nəticələri isə növbə jurnalında qeyd
edilməlidir;
-yanğınsöndürmə, qazın qurudulması, işıqlandırma, ven-
tilyasiya və qəza siqnalzasiyası, ildırımdan
mühafizə, statik
elektrikləşmədən mühafizə, rabitə və telemexanika
sistemlərinin işləmə qabiliyyətinə təsdiq olunmuş cədvəl üzrə
nəzarət.
4.4.1.19. Kompressorların təhlükəsiz istismarı [11]–ə
uyğun aparılmalıdır.
Dostları ilə paylaş: