4.9.6.39. Bağlı yerdə (otaqda) yerləşən nasosun işə
salınmasından və neftlə doldurulmasından əvvəl sorucu ventil-
yasiya işə salınmalıdır. Ventilyasiya nasaz və ya işə salınmamış
halda olduqda nasosun işə salınmasına icazə verilmir.
4.9.6.40. Nefti çəkib-vuran nasosun üfürmə kranı neftin
yığılma tutumuna ötürülməsi
üçün borucuqla təchiz
edilməlidir.
4.9.6.43. Nefti çəkib-vuran nasosun elektrik intiqalının
məsafədən qəza söndürmə quruluşu olmalıdır.
4.9.7. Çənlər (rezervuarlar)
4.9.7.1. Bu qaydalar polad, qaynaq edilmiş,
silindr
formalı, tutumu 100 m
3
-dən 50000m
3
-dək olan, xam və əmtəə
neftinin yığımı, saxlanması və hazırlanması, həmçinin laya
vurulmazdan əvvəl suyun yığılması və təmizlənməsi üçün
nəzərdə tutulmuş çənlərə aid edilir.
4.9.7.2. Çənin növünün seçilməsi, onun daxili təchizatı,
korroziyaya qarşı örtüyü, quraşdırma üsulu, tutumundan, təyi-
natından, iqlim şəraitindən, mühitin xarakterindən asılı olaraq,
həmçinin itkilərin maksimum azaldılmasına hesablanmış layi-
həyə əsaslanmalıdır.
4.9.7.3. Hər bir çən aşağıdakılarla təchiz olunmalıdır:
tənəffüs klapanları ilə, qoruyucu klapanlarla, odun qarşı-
sını kəsənlərlə, səviyyəölçənlərlə, nümunəgötürənlərlə,
səviyyə siqnalizatorları ilə, manometrlərlə, süzülüb-axmanın
qarşısını alan quruluşlarla (qapaqlarla), yanğına qarşı
avadanlıqla, isitmə üçün avadanlıqla,
qəbul-paylama boru
qolları ilə, təmizləmə boru qolu ilə, ventilyasiya boru qolları ilə,
lyuklarla (işıq lyuku, ölçü lyuku).
4.9.7.4. Çənin üstündə quraşdırılan tənəffüs armaturu la-
yihədəki izafi təzyiqə və vakuuma uyğun olmalıdır.
352
4.9.7.14. Istismarda olan çənlər aşağıdakılarla təmin
olunmalıdır:
a) çənin texniki pasportu ilə;
v) ponton üçün texniki pasport ilə;
c) çənin dərəcələrə bölmə cədvəli ilə;
ç) çənin texnoloji xəritəsi ilə;
d) cari xidmət jurnalı ilə;
e) ildırımdan və statik elektrikləşmədən mühafizə quru-
luşlarının vəziyyətinə nəzarət jurnalı ilə;
j) binövrənin hamarlanması sxemi ilə;
z) ildırımdan və çənin statik elektrikləşmədən mühafizə
sxemi ilə;
i) çənin avadanlığının
dəyişdirilməsi göstərişləri, aktları
ilə;
y) çənin avadanlığının dəyişdirilməsinin texnoloji xəritələri
ilə;
ə) çənin inşasının icra sənədləri ilə.
4.9.7.15. Istismarda olan çənlərin, təmirinin vacibliyini
və növünü, həmçinin çənin qalıq
xidmət müddətini təyin
etməyə imkan verən dövri diaqnostikası və tədqiqatı
aparılmalıdır.
4.9.7.16. Diaqnostika [259] -a uyğun aparılmalıdır.
4.9.7.17. Diaqnostika işləri Azdövdağtexnəzarət Komitə-
sinin xüsusi icazəsi ilə ixtisaslaşmış təşkilatlar tərəfindən apa-
rılmalıdır.
354