D. 4.9.9. Tankerlərin doldurulması
4.9.9.1. Dəniz neftyığma
məntəqəsinin körpüsünə yan
almış neftdaşıyan gəmiyə, dəniz nəqliyyatı nümayəndələri,
körpü təsərrüfatı və yanğından
mühafizə dəstəsinin
nümayəndələri ilə birlikdə neftin doldurulması və boşaldılması
mümkünlüyünü təyin etmək üçün, yanğın
təhlükəsizliyi
nöqteyi-nəzərindən baxış keçirməlidirlər.
4.9.9.2. Neftdaşıyan gəmi neftin vurulması üçün boru
kəmərinin
şlanqla
birləşdirilməsinə
qədər
yerləbirləşdirilməlidir. Yerləbirləşdirmə
qurğusu doldurma-
boşaltma əməliyyatı bitdikdən və boru kəməri körpünün və
gəminin şlanqından ayrıldıqdan sonra çıxarılmalıdır.
4.9.9.3. Gəminin boru kəmərini körpülərin doldurma-bo-
şaltma qurğusu ilə birləşdirən şlanqlar, gəminin körpünün ya-
nında yerdəyişməsinə imkan verən uzunluqda olmalıdır.
Şlanqlar yumşaq ilməklər və ya taxta dirəklərlə etibarlı
saxlanılmalıdır.
4.9.9.4. Körpünün və neftdaşıyan gəminin xidmət heyəti
doldurma-boşaltma işlərinin gedişinə və avadanlığın
vəziyyətinə daima nəzarət etməlidir. Əmələ gəlmiş neftsızması
dərhal aradan qaldırılmalıdır. Sızmanı aradan qaldırmaq
mümkün olmadıqda neftin doldurulması-boşaldılması
əməliyyatı nasazlıq aradan qaldırılana qədər dayandırılmalıdır.
4.9.9.5. Gəmilərin körpülərin yanında dayanması zamanı,
neft doldurulması – boşaldılması əməliyyatı
ilə əlaqəsi
olmayan gəmilərin və digər üzən vasitələrin onlara
yaxınlaşması və yan alması qadağandır.
4.9.9.6. Neftdaşıyan gəmiyə qəza təmiri lazım olduqda,
neft doldurma-boşaltma əməliyyatı dayandırılmalı
və gəmi
körpüdən təhlükəsiz məsafəyə çəkilməlidir.
4.9.9.7. Ildırım çaxan vaxt doldurma-boşaltma işlərini
aparmaq qadağandır.
356