21
unikal ehtiyaclarını təmin etmək, fiziki inkişafına kömək göstərmək baxımından əhəmiyyət
daşıyır:
• hər bir uşağın sağlamlığı və təhlükəsizliyi üçün şəraitin yaradılması;
• uşaqların tibbi müayinə ilə təmin olunması;
• uşaqların optimal inkişafını artıran qidalanmanın təmin olunması;
• uşaqların sağlamlığını və fəal hərəkətlərini artıran gündəlik şəraitin yaradılması;
• materialların bütün uşaqlar üçün asanlıqla əlçatan (hündürlük, ölçü, yerləşdirilmə) olması;
• məşğələlərin, açıq havada nəğməli, hərəkətli oyunların, mahnı oxunmasının,
rəqs və
mədəni vərdişlərin aşılanması baxımından digər spesifik fəaliyyətlərin uşaqların gündəlik
rejimlərinə daxil edilməsi;
• fiziki xüsusiyyətlər və eləcə də fərdi üstünlüklər haqqında müzakirələrin aparılması;
• risk faktorları və uşaqların hüquqlarının pozulması, onlara qarşı zorakılıq hallarının
qarşısının alınması.
Uşaqların sosial və emosional inkişafı onların böyüdüyü mühit və öyrəndiyi kontekstlərlə,
mədəni vərdişlər və münasibətlərlə bağlı olduğu üçün valideynlər və tərbiyəçi-müəllimlər
uşaqların sosial və emosional inkişafının formalaşmasında əsas rol oynayırlar.
Aşağıdakı yanaşmalar hər bir uşağın öz unikal ehtiyaclarını ödəyən təcrübələr əldə
etməsinə kömək edəcək:
• uşaqlara qarşı həssas, məsuliyyətli və qayğıkeş olmaq;
• uşaqlara öz emosiyalarını başa düşmək və idarə etməkdə kömək etmək;
•
müxtəlifliyi
bildirən, mədəni davranış baxımından münasib fəaliyyətlər, təcrübə və materiallar
toplusundan istifadə etmək;
• ailə mədəniyyətinin qəbul edilməsinə, yüksək qiymətləndirilməsinə və maarifləndirilməsinə
dəstək vermək və ailələrlə əməkdaşlıq qurmaq;
• insanlara qayğı
və hörmətlə yanaşan, mənfi rəylərdən uzaq olan azad mühit yaratmaq;
• qarşılıqlı münasibətlər qurmaq üçün davamlı şərait təşkil etmək;
• uşaqların nəyi bildiyinə və nəyi yaxşı bacardığına əsaslanmaq;
• münaqişənin və problemlərin həlli bacarıqlarının modelini yaratmaq və uşaqlara öyrətmək.
• təlim prosesinin uşağa yönəlməsini, yəni uşağın maraq, ehtiyac, inkişaf səviyyəsi, imkanları,
ailə mədəniyyəti və s. nəzərə almaq.
Hər bir uşaq özünün fiziki və sosial dünyasında müxtəlif yollarla ümumi biliklər əldə edir.
Mahiyyət etibarilə, hər bir uşaq özünün ünsiyyəti, dili, intellektual
düşüncəsi və zəruri həyati
bacarıqlarının inkişaf etdirilməsinə kömək üçün ətrafdakıların dəstəyinə ehtiyac duyur. İdrakın
inkişafına kömək etmək üçün aşağıdakı strategiyaların nəzərə alınması tövsiyə olunur:
• uşaqların gündəlik həyati bacarıqlara yiyələnmələri üçün şəraitin yaradılması;
• öyrətmə və öyrənmə strategiyalarının (məsələn, nəğməli oyunlar, musiqi və hərəkətləri
idraki inkişafla əlaqələndirmək) birləşdirilməsi;
• mürəkkəb tapşırıqların daha kiçik hissələrə bölünməsi ilə sadələşdirilməsi;
• gün ərzində uşaqların müxtəlif fəaliyyətlərə və çevik
rejimlərə cəlb edilməsi;
• öyrənmə üçün praktiki və sensor (məsələn, öyrənmə, görmə, dadına baxma, iyləmə və
manipulyasiya etmə) təcrübənin təmin edilməsi;
• təlimin uşaqların müxtəlif qabiliyyətlər və öyrənmə yolları ilə uzlaşdırılması.
22
1-3 yaş
dövrünü əhatə edən erkən dövr daha spesifikdir. Erkən yaş dövrünün təlimi uşaqların tez-
tez sual verməsi, tədqiq etməsi və onları əhatə edən aləm haqqında maraqlanması və öyrənməsi
zamanı daha əhəmiyyətlidir. Çünki bu zaman öyrənməyə dair onlarda elə münasibətlər formalaşır
ki, bu münasibətlər həyatı boyu onlarla birgə qalır.
Uşaqların hərtərəfli inkişafı, sağlamlığının möhkəmləndirilməsi üçün aşağıdakı strategiyalar çox
böyük əhəmiyyət kəsb edir. Bunların nəzərə alınması hər bir uşağın unikal ehtiyaclarının
təmin
edilməsi, fiziki inkişafına kömək göstərilməsi baxımından zəruridir:
Böyüklərin nəzarəti və rəhbərliyi təmin edilməklə hər bir uşağın sağlamlığı və təhlükəsizliyi
üçün şəraitin yaradılması;
Uşaqların optimal inkişafını artıran ərzaqların qəbul edilməsinin təmin olunması;
Uşaqların fiziki sağlamlığı, inkişafı və rifahı sahəsində tibbi və inkişaf üzrə ekspertlərdən
məsləhət alınması;
Uşaqların sağlamlığına xidmət edən gündəlik imkanların yaradılması;
Uşaqların fiziki hərəkətlərini məhdudlaşdırmayan, fiziki fəaliyyətlərini təmin etmək üçün həm
müəssisə daxilində, həm də xaricində təhlükəsizliyinin təmin edilməsi;
Uşaqların tibbi müayinə ilə təmin olunması.
Uşaqların
Dostları ilə paylaş: