25
müxtəlif fəaliyyət növlərinin qarşılıqlı əlaqəsi şəraitində təşkil olunmalıdır. Pedaqoji proses
şəxsiyyətyönümlülük prinsipi əsasında təşkil olunmalıdır.
İş üsulları. 3-6 yaşlı
uşaqlarla iş zamanı təhsildə yaradıcı düşünən, müstəqil mühakimə
yürüdə bilən demokratik dünyagörüşünə malik şəxsiyyət formalaşdırmaqda geniş imkanları olan
əqli hücum, tap-tapmaca, nağıletmə, müzakirə, şaxələndirmə (klaster), problemli vəziyyət,
oyunlar, suallar, söz assosiasiyası kimi təlim üsullarından istifadə edildikdə müsbət nəticələr əldə
etmək mümkündür.
2.4. Təlimin planlaşdırılması
Məktəbəqədər
təhsil
müəssisələrində
təlimin
səmərəli
təşkili
işin
düzgün
planlaşdırılmasından başlayır. Düzgün planlaşdırma üçün yerinə yetiriləcək təlim işlərinin
əvvəlcədən layihələşdirilməsi xüsusi didaktik əhəmiyyət kəsb edir. Məktəbəqədər təhsil
müəssisələrində planlaşdırmanın, əsasən, aşağıdakı iki növündən istifadə edilməsi zəruri hesab
edilir:
İllik (perspektiv) planlaşdırma.
Həftəlik (cari) planlaşdırma.
İllik (perspektiv) planlaşdırma standartların reallaşması məqsədilə inkişaf sahələrinə əsasən
hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Məktəbəqədər təhsilin kurikulumunun əsas
istiqamətlərinə müvafiq olaraq müəyyənləşdirilmiş həmin sahələrin planlaşdırılmasında
inteqrativlık prinsipi ciddi şəkildə gözlənilir.
Dostları ilə paylaş: