80
bölüşdürülməsidir.
Məktəbəqədər təhsil müəssisələrində təhlil sistemi və uşaq inkişafının dəyərləndirilməsi
prosesi təşkil edilməli, uşaq inkişafının dinamikasının izlənməsi ilə bağlı planlı sənədləşmə aparılmalı və
ailə ilə əks əlaqə qurulmalıdır.
Dəyərləndirmə
məlumatların təhlili və nəticələrin çıxarılması prosesidir.
Dəyərləndirmə
nəzərdə tutulan ümumi təlim nəticələrinə nail olmaqda uşağın əldə etdiyi
irəliləyişi müəyyən etmək üçün qiymətləndirmə əsnasında toplanmış məlumatlar barədə mühakimə
yürütməkdən və həmin məlumatları şərh etməkdən ibarətdir.
Məktəbəqədər təhsildə dəyərləndirmə
uşaqların inkişafı, nailiyyətləri və xüsusi ehtiyacları
haqqında məlumatın toplanması və təlim
prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət
səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.
Dəyərləndirmə zamanı aşağıdakı metodlardan istifadə olunur:
•
Müşahidə (diaqnostika məqsədilə aparılır və davamlı qiymətləndirmə vasitəsi kimi çıxış
edir).
Bu metoddan istifadə zamanı tərbiyəçilər uşaqların təlim fəaliyyətini fasiləsiz izləyir, qeydlər
aparır, uşaqların əldə etdikləri irəliləyişləri haqqında məlumatı valideynlərinə təqdim edir.
Müşahidələrin qeydə alınması obyektiv məlumatın toplanmasından ibarətdir.
Müşahidə uşaqların
fəaliyyətinə mane olmadan onları izləmək prosesidir. Uşağın gündəlik fəaliyyətlərə necə münasibət
göstərdiyini izlədikcə, tərbiyəçi-müəllim uşağın vərdişlərə yiyələnmək səviyyəsi, temperamenti,
maraqları və ümumi inkişafı haqqında məlumat toplamış olur.
Bu metod uşaqların fərdi
xüsusiyyətləri, ehtiyacları, qabiliyyətləri və maraqları haqqında məlumat toplamağa imkan verir.
Müşahidə tərbiyəçi
-müəllim
lərə müəyyən edilmiş məqsədlərə dair cəld və düzgün məlumat əldə
etməkdə köməklik göstərir.
Müşahidələr
Dostları ilə paylaş: