I FƏSĠL. DOZĠMETRĠYANIN ƏSASLARI
1.1. GiriĢ
Dozimetriya atom enerjisinin tətbiqi və insanın radiasiya
təhlükəsizliyinin
təminatı
problemlərini
əks
etdirir.
Dozimetriyanın əsas vəzifəsi müxtəlif mühitlərdə, xüsusən
canlı orqanizimlərdə şüalanma dozasını təyin etməkdən
ibarətdir. “Doza” yunan sözü olub “dosis” sözündən
götürülmüşdür. “Doza” nəyinsə “müəyyən miqdarı” deməkdir.
İonlaşdırıcı şüaların dozimetriyası tətbiqi nüvə fizikasının
sərbəst bölməsi olub ionlaşdırıcı şüaların xassələrini, şüalanmış
sahələrin fiziki kəmiyyətlərini, bu şüaların maddə ilə qarşılıqlı
təsirini, parametrlərin təyin olunma prinsiplərini və metodlarını
öyrənir.
İonlaşdırıcı şüa dedikdə, mühitlə qarşılıqlı təsirdə olub
müxtəlif işarəli elektrik yükləri əmələ gətirən şüalar nəzərdə
tutulur. İonlaşdırıcı şüalar neytral olub yüksüz hissəciklər
selidir. Bu hissəciklər mühitlə qarşılıqlı təsir zamanı yüklənmiş
hissəciklər, hissəciklər isə öz növbəsində ionlaşma yaradırlar.
Son dövrlərdə “radiasiya” və ya “nüvə terrorizmi”
terroristlər üçün adi şantaj alətinə çevrilmişdir. Terrorizmin bu
növü məqsədyönlü və düşünülmüş şəkildə insanların
sağlamlığına ionlaşdırıcı şüalanma mənbəyindən partlayıcı
qurğu (çirkli bomba), yaxud müxtəlif gücə malik nüvə atıcı
qurğusu (təmiz bomba) vasitəsilə radioaktiv maddənin
səpilməsini nəzərdə tutur.
Hərbi konfliktlər, dövlətlərarası və dövlətdaxili iqtisadi-
siyasi mübarizə, qohumluq və ailə münaqişələri, şəxsi
məsələlər və s. bu kimi məsələlər radiasiya terrorizminə səbəb
ola bilər. Aerovağzallar, çay və dəniz limanları, dəmiryolları,
avto-vağzallar, metro, stadion, bank, bina və s. əhəmiyyət kəsb
edən obyektlər radiasiya terrorizminin qurbanı ola bilər.
4
Bir sıra ölkələrin kütləvi qırğın silahlarından imtina
etməsi radioaktiv mənbələrin ələ keşirilməsi üçün real şərait
yaratmışdır.
Terroristlər öz məqsədlərinə çatmaq üçün radiasiya mənbəyi
kimi əsasən Cs-137, Co-60, Am-241, Ra-226, İr-192
izotoplarından istifadə edə bilərlər. Bu vasitələr qaz, maye və
ya bərk haldadırlar. Radiasiyanın təsiri ilə həyata keçirilən
terror aktı qısa zaman müddətində, qəfildən, gizli, həmçinin
gözlənilməz yerdə baş verə bilər. Oğurlanmış, itirilmiş və ya
qaçaqmalçılıq yolu ilə əldə olunmuş radioaktiv material və
mənbələr terroristlər tərəfindən silah kimi istifadə oluna bilər.
Mənbələr
radioizotopların
şüalandırdığı
tibbi
radioterapiya və sənaye qurğularından, sterilizator və
detoskoplardan, rentgen və radioqraf qurğularından götürülə
bilər. Tibbi və elmi-tədqiqat institutlarında, xəstəxanalarda,
hərbi hissələrin anbarlarında da radioaktiv mənbələrin olduğu
məlumdur.
Radioaktiv maddələrdən istifadə etməklə baş verən
aktların az olmasına baxmayaraq, onun heç vaxt baş
verməyicini demək olmaz. Radiasiya mənbələrinin qərəzli
istifadəsi ilə bağlı bir sıra faktlara nəzər salaq.
İlk dəfə olaraq çeçen terroristi Ş. Basayev nüvə aktından
istifadə etməklə rus xalqına təsir edəcəklərini, atom elektrik
stan-siyalarında və digər nüvə yanacağı obyektlərində bu üsulla
diversiya terror aktları törədəcəkləri ilə hədələmişdir. Bu
hədənin ciddi olduğunu inandırmaq üçün o, Moskvanın
İzmaylov parkın-da radioaktiv maddə - Cs-137 konteynerinin
və partlayıcı qur-ğunun yerləşdirildiyi yeri xəbər vermişdir.
1996-cı ilin martında bu konteyner müsadirə olunmuşdur.
1998-ci ildə Çeçenistanda polis tərəfindən içərisində
radio-aktiv maddə olan konteynerə birləşdirilmiş bomba
tapılmışdır.
2002-ci ildə Çində xəstəxana işçisi öz iş yoldaşının
otağında İr-192 maddəsi gizlətdiyinə görə ittiham olunmuşdur.
5
Pul kağızlarının radioaktiv çirklənməsi də böyük
həyəcan yaradır. Məsələn, Moskva sənaye bankının
filiallarından birində 50000-lik pul vahidinin özündən 31000
mkR/saat, Rus Slavyan bankında həmin banknotdan olan və
özündən 650000 mkR /saat şüa buraxan pul aşkar edilmişdir.
Elektrostal şəhərində aşkar olunan şübhəli banknotların
şüalanma dozası 2,6 R/saat olmuşdur. Brest şəhərində dollar
Dostları ilə paylaş: |