Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ «AZƏrbaycan hava yollari» qsc mġLLĠ avġASĠya akademġyasi


Radioaktiv materialın təsirinə məruz qalma



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə41/60
tarix15.10.2023
ölçüsü3,55 Mb.
#155940
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   60
09.09.13 ispravl

4.3. Radioaktiv materialın təsirinə məruz qalma 
 
İnsan radioaktiv materialla təmasda olsa, o, radiasiyaya 
mə-ruz qalar. Hətta tələb olunan ən germetik bağlama üsulu və 


111 
ən etibarlı mühafizəsi olan qanuni surətdə yola salınan 
radioaktiv material yükü kiçik miqdarda da olsa, rentgen və 
qamma şüa-lanması buraxır. 
Elmi və hökumət təşkilatları ilə müxtəlif sənaye 
sahələrində aparılan çoxsaylı elmi tədqiqatlara uyğun olaraq bu 
şüalanma elə səviyyədə olur ki, həmin şüalanma səviyyəsi belə 
bağlamaların yaxınlığında işləyən adamlar üçün təhlükəli 
olmur. Əgər bağlamalar zədələnməsə, təhlükəli şüalanma 
təsirindən qorxma-maq olar. Bu zaman, sözsüz ki, materialın 
bağlamada lazımi qaydada yerləşdirilməsi və onun qeyri-
qanuni məqsədlər üçün təyin edilməməsi nəzərdə tutulur. 
Yadda saxlamaq lazımdır ki, insan hər gün adi mənbələrdən: 
kosmik şüalardan, rentgen şüaları və hətta evlərin tikildiyi 
kərpiclərdən, kaşıdan və s. radiasiya şüalanmasına məruz qalır.
 
4.4. Radioaktiv materialın insan orqanizminə müdaxilə
yolları 
 
Əgər radioaktiv material insan orqanizminə düşürsə, bu, 
daxili radioaktiv çirklənmə ilə nəticələnir. İnsanın dərisi, ağzı 
və burnu daxili çirklənmə üçün ən aşkar və qoruna bilən 
müdaxilə yollarıdır. Radioaktiv material da digər materiallar 
kimi eyni yollarla insan orqanizminə daxil ola bilər. 
Daxili radioaktiv çirklənmə eyni zamanda bioloji keçid 
yolları ilə də yarana bilər. Bura nəfəsalma, udma,hopma və 
injeksiya kimi bioloji keçid yolları aiddirlər. Belə ki, 
nəfəsalma-tüstü hissəcikləri və havadakı digər hissəciklər nəfəs 
alarkən asanlıqla ciyərlərə düşür.
-Udma-çirklənmiş ərzaqın və ya mayenin qəbul edilməsi, 
siqaret çəkmək və ya çirklənmiş maddənin çeynənməsi daxili 
radioaktiv çirklənməyə səbəb olur; 
-Hopma-radioaktiv materiallar dəri və ya selikli qişalar 
vasitəsi ilə hopa bilir


112 
-İnjeksiya-radioaktiv materiallar orqanizmə kəsiklər, 
yaralar, birbaşa tibbi injeksiyalar, yaxud dəriyə digər 
müdaxilələr vasitəsilə daxil olur. 

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin