145
olar. Suyun ionlaşmış molekulu isə öz növbəsində DNT ilə
əlaqəyə girərək onun parçalanmasına səbəb olur.
Fon vəziyyəti radiasiyası şəraitində gündəlik qəbul
etdiyimiz kiçik şüalanma dozalarında (
10
Zv/gün və ya
1mber/gün) hüceyrələrəmələ gəlmiş
zədələnmələri tez bir
zamanda bərpa edir. Yüksək dozalarda (1000 mZv və ya 100
berədək) hüceyrələr baş vermiş zədələnmələri bərpa etməyə
imkan tapa bilmir, bu isə çox vaxt hüceyrələrin həmişəlik
dəyişməsinə və ya məhv olmasına gətirib çıxarır. Hüceyrələrin
məhv olması orqanizmdə xüsusi
bir dəyişikliklə nəticələnmir,
orqanizm sadəcə olaraq onları yenisi ilə əvəz edir. Lakin
həmişəlik dəyişən hüceyrələr parçalanmaqda davam edir və
beləliklə də yeni anomal hüceyrələr yarada bilirlər və müəyyən
şəraitdə bu hüceyrələr xərçəngli hüceyrələrə çevrilə bilir.
Radiasiyanın təsiri nəticəsində xərçəng xəstəliyinin əmələ
gəlməsilə yaranan yüksək risk məhz bununla bağlıdır.
Orqanizmdəki dezoksiribonuklein
kompleksi toxuma
nüvələrinin qələvi zülallı, ribonuklein turşulu və fermentli DNK-sı
radiasiya şüalanmasına çox həssasdır. Şüalanma zamanı ilk
növbədə zülal-zülal və zülal-DNK rabitəsi pozulur.
Şüalanmanın 500-1000 rad dozalarında mukopolisaxarid-
lərdə dəyişiklik olur. Gioluron turşusunun özlülüyü azalır və o
zülallarla birləşə bilmir.
Orqanizm 200 rad və daha böyük dozalı şüalanma ilə
şüalandıqda sklet əzələlərində, qara ciyərdə və digər toxumalarda
qlikogenin miqdarı azalır və qlükozanın parçalanması prosesi
pozulur.
Ən yüksək dozalarda hüceyrələr zədələnmiş toxumaları
bərpa etməyə imkan tapa bilmədiyindən hüceyrələr fəaliyyətdən
qalırlar. Bu zaman “şüa xəstəliyi” baş qaldıra bilir. 2000 mZv və
ya 200 ber yüksək doza almış şəxsdə ürək bulanması
və qusma
halları yaranır. Bu isə orqanizmin immun sisteminin
zədələnməsinə və onun infeksiya və xəstəliklərə qarşı davam
gətirə bilməməsinə səbəb olur. Daha sonra ishal və zəiflik yaranır.
146
Molekullar səviyyəsində olan bu kimyəvi proseslər şüa
xəstəliyinin sonrakı mərhələsində bioloji sistemlərdə maddələr
mübadiləsinin pozulması kimi ortaya çıxır.
Bədən bütünlüklə nə qədər
yüksək dozaya məruz qalsa,
onun təsiri daha çox zədələnməyə səbəb olur və bu hal daha
sürətlə inkişaf edir. 4500 mZv (450 ber) şüalanma dozasında,
yəni, ölümcül doza olan LD50-də heç bir tibbi diqqət yetirilməsə,
həmin adamların 50%-ə qədəri 60 gün ərzində ölür. Qanuni
həddən 300 dəfə artıq 6 Zivert qəfil şüalanma halı 1-2 həftə
ərzində ölümlə nəticələnir. İonlaşdırıcı radiasiyanın təsirinə məruz
qalmaq təhlükəli olmasına baxmayaraq şüalanmadan tamamilə
qaçmaq mümkün deyil.
Radiasiya mühitdə və insan
orqanizmində həmişə mövcuddur. Sinif otağındakı tədbirlərdən
yaranan ümumi doza
Dostları ilə paylaş: