Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ «AZƏrbaycan hava yollari» qsc mġLLĠ avġASĠya akademġyasi



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə51/60
tarix15.10.2023
ölçüsü3,55 Mb.
#155940
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   60
09.09.13 ispravl

 


148 
 
 
6.4. GünəĢ radiasiyası olmadan həyat yoxdur
Məlumdur ki, kiçik radiasiya dozası bitkilərə müsbət təsir 
edir. Məsələn, uran, radium, torium kimi elementlər Yerdə 
olmadıqda və ya az olduqda pambıq və ya günəbaxan kimi bitkilər 
boy atmır, hətta çiçək də açmır. 
Bütün 
bədənin 
kəskin 
şüalan-
ma
dozası 
(Zv) 
Bütün 
bədənin 
kəskin 
şüalanma 
dozası 
(mZv) 
Bütün 
bədənin 
kəskin 
şüalanma 
dozası 
(rem) 
Bioloji təsirlər 
0-0.05 
0-50 
0-5 
Dərhal müşahidə edilən nəticə-
lərin olmaması 
.0.2 
20 

Peşə ilə əlaqədar şüalanmanın
illik həddi 
.5 
500 
50 
Qanda yaranan kiçik dəyişik-
liklər. 
Halsızlıq 
və 
ürək 
bulanması 

1000 
100 
Qusma halları 
4.5 
4500 
450 
Şüalanmaya məruz qalmış 
şəxsin 
LD50-50%-də 
tibbi 
müalicə almadan 30-60 gün
ərzində ölüm halının baş 
verməsi 

8000 
800 
Bir neçə saatdan sonra ürək 
bulanması və 1-2 həftə ərzində
ölüm halının olması 
20 
20000 
2000 
Mərkəzi sinir sisteminin zədə-
lənməsi, nəticədə koordinasiya-
nın itməsi və 2-5 gün ərzində 
mütləq 
ölüm 
halının 
baş 
verməsi 


149 
Günəş radiasiyası Yer kürəsi üçün yeganə işıq mənbəyi ola-
raq Yerdə orqanik həyatın formalaşmasında müstəsna rol oynayır. 
Yer ilə Günəş arasındakı məsafə 150 mln. km-dir. Günəş şüaları 
Yerə 498 saniyəyə çatır.
Müəyyən olunmuşdur ki, görünən şüalar insanın beyin 
qabığının fəaliyyətini aktivləşdirir, emosional vəziyyətinə müsbət 
təsir edir, fotokimyəvi prosesləri sürətləndirir, maddələr müba-
diləsinə və ürək-damar sisteminə təsir edir. Qırmızı şüalar həyə-
canlandırıcı təsir edir, bənövşəyi şüalar isə istismarçılıq əhvalı 
yaradır. Həddindən az və ya həddindən çox şüalanma arzuolun-
mayan nəticələr verir. 
Günəş şüalanmasının əsas hissəsi infraqırmızı radiasiyadır 
ki, öz bioloji aktivliyinə görə uzundalğalı (1500

2500nm) və 
qısadalğalı (760

1400nm) olur. Uzundalğalı infraqırmızı şüalar 
dərinin üst təbəqələri tərəfindən udulur və nəticədə toxumaların və 
qanın qızması baş verir. Lakin onların intensivliyi böyük olduqda 
bədəndə ağır yanıqlar yaranır. Qısa dalğalı infraqırmızı şüalar 
toxumaları bərabər qızdırır, lakin onların təsiri zamanı damarların 
hiperemiyası, qaz mübadiləsinin artması, böyrəklərin ifrazat 
qabiliyyətinin artması və mərkəzi əsəb sisteminin funksional 
halının dəyişməsi baş verir. 
Günəş radiasiyası intensivliyinin böyük qiymətlərində beyin 
qabığının böyük yarımkürələrinin qızması nəticəsində insan günəş 
zərbəsi də ala bilər ki, bu da güclü həyəcanlanmaya, huşun 
itməsinə, qıc olmaya və bir sıra patoloji hallara gətirib çıxarır.
İnfraqırmızı şüalanmanın xüsusilə qısadalğalı hissəsi görmə 
orqanlarını zədələyir, gözdə katarakt yaradır, büllur və buynuz 
təbəqəsini dəyişir. Eyni zamanda bu şüalanma yaxşı ağrıgötürən 
faktor kimi də istifadə olunur, eləcə də bu şüalanmadan təbabətdə 
bədəndəki iltihab özəklərinin qurudulması üçün geniş istifadə 
olunur. 
Günəş radiasiyası spektrinin ultrabənövşəyi hissəsi böyük 
bioloji təsirə malikdir. Onun bioloji orqanizmə öldürücü təsir edən 
qısadalğalı hissəsi atmosferin ozon qatı tərəfindən udulur və Yer 
səthinə çatmır. Bu zülal molekullarına təsir edərək, onların fer-


150 
mentlərə nisbətən davamlılığını azaldır. Dəridə gedən proteoliz 
prosesini gücləndirir ki, bunun da nəticəsində dəridə histomin və 
histominəbənzər yüksək aktivliyə malik maddələr yaranır. Bu 
maddələr qana daxil olaraq əsəb sistemini qıcıqlandırır və reflek-
siya yolu ilə bütün orqanizmə təsir edir. 
Ultrabənövşəyi radiasiyanın təsiri ilə orqanizmdəki böyrək-
üstü vəzilərin, qalxanvari vəzinin və başqa endokrin vəzilərin 
fəaliyyəti güclənir. Bu şüalar bədəndəki piy qalıqlarını parçalayır, 
uyğun fermentləri aktivləşdirərək maddələr mübadiləsini, qan 
yaranmasını və immunbioloji keyfiyyətləri artırır, habelə orqaniz-
min müdafiə qabiliyyətini gücləndirir. 
Yer səthində insan bədəninə qaraldıcı təsir edən radiasiya 
(320

280nm 
diapozonda) 
mühüm əhəmiyyət kəsb edir 
Ultrabənövşəyi şüalar (285

265nm diapozonunda) fotokimyəvi 
təsir edərək vitaminəbənzər erqosterondan D vitamini sintez edir. 
Bu reaksiya həm dərinin səthində, həm də buynuz və piy 
qatlarında gedir. 
Ultrabənövşəyi şüalar havanı, suyu, torpağı çirklənmədən 
qoruyaraq, bakteriyalara öldürücü təsir göstərir. Qeyd edək ki, 
ultrabənövşəyi radiasiya ilə həddən artıq şüalanma ciddi 
xoşagəlməz fəsadlar törədə bilər. Gün vurması nəticəsində ümumi 
zəiflik, baş ağrıları və temperaturun yüksəlməsi baş verir. Gün 
vurmanın fəsadları kimi dermatitin inkişafını, əlin və ayağın 
yanmasını, görmə orqanlarında zəifliyin inkişafını və s. göstərmək 
olar. 
Günəş radiasiyasının intensivliyinin dəyişməsi orqanizmin 
həyati əhəmiyyət kəsb edən funksiyalarının dəyişməsinə səbəb 
olur. Məsələn, şüalanma az olduqda işıq (günəş) aclığı adlanan 
patoloji hal inkişaf edir. Bu zaman orqanizmin ümumi zəifləməsi, 
qanazlığı, bədənin infeksiyalara qarşı müqavimətinin azalması, 
maddələr mübadiləsinin pozulması və s. baş verir. Ultrabənövşəyi 
şüalar eyni zamanda vitamin yaratma qabiliy-yətinə (D vitamini) 
malikdirlər. Bunun nəticəsində qida maddələri ilə piy və 
vitaminlər qəbul edən uşaqlar gün işığında az gəzdikdə onlar raxit 


151 
xəstəliyinə meyili olurlar və qanlarında fosfotazın səviyyəsi 
yüksəlir. 
Qısa dalğalı ultrabənövşəyi şüalanmanın intensivliyi az 
olduqda yaşlı adamlarda fosfor-kalsium mübadiləsi pozulur və bu 
da osteoporozun əmələ gəlməsi, sınıqlar olduqda sümüklərin gec 
bitişməsi, fəqərə sütunu aparatının zəifləməsi və dişin mina 
qatının tez dağılması kimi fəsadlar törədir. Pəncərə şüşəsindən 
keçən işıq şüalarının (35

90)%-i udulur. Spektrin qısadalğalı 
hissəsinin şəffaflıq sərhədi 340nm-dən 308 nm-ə kimidir. At-
mosferi çirklənmiş şəhərdə səpilən şüalarla işıqlanma kənarlara 
nisbətən 30-40% azalır. Atmosferi çirkləndirən maddələr ultra-
bənövşəyi şüaların demək olar ki, hamısını udur. 
Beləliklə, klimatik və istehsal şəraitində təbii ultrabənövşəyi 
radiasiya çatışmamazlığı olduqda onu doldurmaq üçün xüsusi 
tədbirlər görülür. Bu tədbirlər yaşayış sahələrinin düzgün 
planlaşdırılması və tikilməsi, atmosferin çirklənməsinin qarşısının 
alınması və s. ibarətdir. Ultrabənövşəyi aclığı aradan qaldırmaq 
üçün süni radiasiya mənbəyi kimi arqon-civə kvars və ya 
lüminessent lampalardan istifadə olunur. 
Günəşin aktivliyinin artması bütün canlılara, o cümlədən
insan orqanizminə təsir edir. Bir çox bioloji proseslərin ritmi bun-
dan asılıdır, belə ki, Yerdə baş verən bir çox hadisələr, Günəş 
sferasındakı dəyişiklər ilə sinxron baş verir. Müəyyən olunub ki, 
bir sıra epidemik xəstəliklərin inkişafındakı qanunauyğunluqlar 
Günəş aktivliyi ilə eyni dövrə düşür. Günəşin yüksək aktivliyi 
dövründə qrip virusunda müəyyən dəyişiklər olur, eyni dövri də-
yişiklik dizenteriya çöplərində, xolera daşıyıcılarında və s. 
müşahidə edilir. 
Günəşin aktivliyinin artması insanın onurğa beyninə, qanın 
tərkibinə, mərkəzi sinir sisteminin fəaliyyətinə, ürək-damar sis-
teminə təsir edir. Nəticədə ağır formalı ağ qan, miokard infarktı, 
psixi xəstəliklərin kəckinləşməsi və s. üçün şərait yaranır. 
Günəş radia-siyası ağ ciyər və şiş xəstəlikləri olan insanlar 
üçün daha təhlükəlidir ki, o, patoloji prosesin inkişafını 
sürətləndirə bilər. Günəş altında yaxşı qaralmış bədənin dərisi 


152 
orqanizmi günəş radiasiyasından effektiv müdafiə edir. 
Ümumiyyətlə, bədənin tez qaralması orqanizmin fizioloji 
reaktivliyinin göstəricisidir.

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin