144
Səthin çirklənməsinə nəzarət avadanlıqlarından zərərsiz-
ləşdirmənin müvəffəqiyyətlə yerinə yetirilmə dərəcəsini qiymət-
ləndirmək üçün istifadə edilir. Zərərsizləşdirmə üçün ilkin effektiv
vasitə kimi sabun və sudan istifadə edilir. Saçlara, ovuclara və
dırnaqlara xüsusi diqqət yetirilir. Tibb işçiləri daha kəskin
təmizləyici vasitələrdən istifadə edə bilirlər. Çarpaz çirklənməni
aradan qaldırmaq üçün süngər və dəsmallardan bir dəfə istifadə
olunur. Radioaktiv təsirə məruz qalmış bütün dəsmal və digər
materiallar radioaktiv tullantı kimi ləğv olunur. Əgər bir neçə dəfə
zərərsizləşdirmə cəhdi heç bir nəticə vermirsə, onda təsirə məruz
qalmış şəxs sonrakı tibbi prosedurlar üçün tibb içşilərinə təhvil
verilir.Əməkdaşlar
nəqliyyatla aparılarkən onlar təmiz
bürünməlidirlər ki, çirklənmə avtomobillərə və tibb alətlərinə
keçməsin.
Şəxsi əşya və avadanlıqları (ayaqqabı, paltar və s.)
zərərsizləşdirmək üçün də bu cür analoji tədbirlər yerinə yetilir.
Çirklənmə daha çox olarsa, şəxsi əşyalar müvafiq variantlarla
ləğv edilir.
Dostları ilə paylaş: