Sərbəst qablaĢdırmada qablaşdırılmış mallara misal olaraq
yanğın bildirən tüstü detektorlarını, fənər örtüklərini və tarası
təyin edilmiş qaynaq elektrodlarını misal göstərmək olar (şək.
5.2).
136
Şək. 5.2. Sərbəst qablaşdırma
Sənaye qablaĢdırması aşağı aktivliyə malik və adətən,
radioaktiv tullantılar kimi xarakterizə edilən müəyyən material-
ların yola salınması zamanı istifadə olunur. Aşağı səviyyəli
radioaktivliyə malik tullantıların çoxu belə bağlanmalarda yola
salınır (şək. 5.3).
Şək. 5.3.
Sənaye qablaşdırması
A tipli qablaĢdırma yüksək radioaktivlik konsentrasiyasına
malik radioaktiv materialları sənaye qablaşdırmasında olduğundan
daha kiçik miqdarlarla yola salarkən istifadə olunur. Belə qab-
laşdırma adətən metaldan, ağac və ya lifli kağız üzlüklərdən hazır-
137
lanır və daxildən polietilen, rezin və ya vermikulit kimi qablaş-
dırıcı materiallarla əhatə edilmiş şüşə, plastik və ya metal içliyə
malik olur. A tipli qablaşdırma radioaktiv əczaçılıq preparatlarını,
radioaktiv tullantıları və sənaye təyinatlı radioaktiv mənbələri
göndərmək üçün istifadə olunur (şək. 5.4).
Şək. 5.4.
A tipli qablaşdırma
A tipli bağlamanın aktivlik limitləri radionuklid və onun
formasına əsaslanır. Radionuklid A tipli bağlamanın aktivlik limiti
(TBk) vahidi ilə aşağıdakı kimidir:
Pu – 239 - 0.001 (<.5q)
Co - 60 - 0.4 (<.01q)
Sezium – 137 - 0.6 (<.2q)
B tipli qablaĢdırma yüksək radioaktivliyə malik mate-
rialların göndərilməsi üçün istifadə olunur. B tipli qablaşdırma
vasitəsilə göndərilən materiallara istifadə edilmiş nüvə yanacağını,
yüksək aktivliyə malik radioaktiv tullantıları, Sezium-137 və
Kobalt-60 kimi digər radioaktiv materialları misal göstərmək
olar. B tipli yük bağlamaları ehtimal edilə bilən hadisələrə davam
gətirməlidir. Şək. 5.5-də göstərilən B tipli bağlama
iri həcmli
138
Şək. 5.5.
B tipli qablaşdırma
radioaktiv materialların nəql edilməsi üçün istifadə edilir. B tipli
bağlamalarda A tipli bağlamalar üçün tələb olunandan da ciddi iş
standartlarına əməl edilməlidir.