5.2. Radioaktiv materialların daĢınması üzrə
məhdudiyyətlər
Radioaktiv maddələrin xüsusi xarici əlamətləri, yəni rəngi,
qoxusu və s. olmadığından onları yalnız radioaktiv şüaları
aşkarlama qabiliyyəti olan cihazların köməyi ilə aşkarlamaq
mümkündür.
Radioaktiv maddələr təhlükəli yüklərin 7-ci sinfinə aiddirlər
və
xüsusi aktivliyi 74 kBk/kq (0,002 mk Ku/q)-
dan böyük olan
radioaktiv maddələr bu sinfə aid edilir. Xüsusi aktivliyi
74
kBk/kq
-dan aşağı olan radioaktiv maddələr, eləcə də, tərkibinə
çətin parçalanan radioaktiv elementlər daxil olan cihazlar,
məsələn, saatlar, televizorların elektron boruları, aparatlar və
başqaları aviasiya təhlükəsizliyinə və uçuşların təhlükəsizliyinə
hədə yaratmadığından onlar təhlükəsiz radioaktiv maddələrə aid-
dir və hava nəqliyyatında adi yüklər kimi daşınır. Aktivliyi yuxa-
139
rıda göstərilən həddən artıq olan radioaktiv maddələr kate-
qoriyalara bölünür (cədvəl 5.1) və onların hava yolu ilə daşın-
masında qabların və bağlamaların, daşınma şərtlərinin və təhlü-
kəsizlik tədbirlərinin təsviri Mülki Aviasiyanı idarə edən dövlət
orqanı tərəfindən verilir. Bu baxımdan radioaktiv maddələri
vaxtında aşkar etmək və onların doza gücünü ölçmək aviasiya
təhlükəsizliyinin təmini üçün çox vacibdir.
Radioaktiv yüklər daşınarkən onların nəqliyyat indeksləri
nəzərə alınır. Nəqliyyat indeksi (Tİ) 50-dən artıq olan radioaktiv
materiallar eyni zamanda daşına bilməz. Məsələn, əgər şirkətin
20 bağlaması varsa, onların hər biri üzrə radiometrin göstəricisi
1m məsafədən 3,0 nəqliyyat indeksi olarsa, o zaman şirkət
yükdaşıyana 50/3, yəni 16 bağlamadan artıq yük verə bilməz.
Qablaşdırılmış yüklərin və nəqliyyat indekslərinin kateqoriyaları
Cədvəl 5.1
Şərtlər
Nəqliyyat
indeksi
Xarici səthin istənilən nöqtəsində
maksimal şüalanma dozası
Kateqo-
riyalar
0
0,005mZv/saat (0,5mRem/saat)
I-ağ
0,1-1
0,005mZv/saat - 0,5mZv/saat
(0,5mRem/saat - 50 mRem/saat)
II-sarı
>1-10
0,5mZv/saat - 2mZv/saat
(50 mRem/saat - 200mRem/saat)
III-sarı
10
>2mZv/saat (200mRem/saat)
III-sarı
Müstəsna istifadə şəraitində daşınmalıdır.
Qeyd: 1 Zv = 100 Rem
Şəkil 5.6-də Beynəlxalq qablaşdırma etiketləri, onların
müvafiq doza gücü və nəqliyyat indeksi göstərilmişdir.
140
Kateqoriya- I Ağ etiket
Kateqoriya- II Sarı etiket
Kateqoriya- III Sarı etiket
Dostları ilə paylaş: |