30 sentyabr 1999-cu ildə
Yaponiya atom energetikasında
Tokaymura şəhərində böyük qəza baş vermişdir. AES üçün
yanacaq istehsal edən zavodda işçi heyətin səhvi ucbatından 17
saat davam edən idarəolunmaz zəncirvari reaksiya başlamışdır.
Ümumilikdə 439 nəfər şüalanmaya məruz qalmış, 119 nəfər
yolverilən illik normanı ötən şüalanma dozası almışdır və 3 işçi
kritik doza nəticəsində ölmüşdür.
9 avqust 2004-cü ildə
Yaponiyanın “Mixama” AES-də
qəza baş vermişdir. Üçüncü reaktorun turbinində 200
C-yə malik
güclü buxarın ətrafa tullantısı baş vermişdir. Qəza zamanı
reaktorun yaxınlığında olan 200 nəfərdən 4 nəfəri ölmüş, 18 nəfəri
ciddi xəsarət almışdır. Ətrafa radioaktiv materialların sızması
qeydə alınmamışdır.
11 mart 2011-ci ildə
Yaponiyada maqnitudu 6,1-9 bal olan
zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində Yaponiyanın sahilyanı
şəhər və qəsəbələri hündürlüyü 10m-ə çatan sunami dalğaları
altında qalmışdır. Yaponiyada fəaliyyət göstərən 6 AES öz işini
dayandırmışdır.
6 bloka malik olan “Fukusima-1” stansiyasının birinci
blokunda partlayış olmuş və ətrafa radioaktiv sezium sızması baş
vermişdir. Radiasiya sızmasının qarşısını almaq məqsədi ilə təmir
işləri aparılarkən yeni partlayış baş vermişdir. Nəticədə reaktorun
enerji bloklarından birinin sement və dəmir-betondan ibarət divar
və tavanının bəzi hissələri dağılmış, reaktor üzərində tüstü
burumları yaranmışdır. Stansiyada radiasiya səviyyəsi 1000,
ətraflarda isə yol verilən həddən 8 dəfə çox olmuşdur. Lakin
reaktor öz bütövlüyünü saxlaya bilmişdir.
Üçüncü blokun tavanının altına yığılmış hidrogen qazı bu
blokda partlayışla nəticələnmişdir.
“Fukusima-2” stansiyasında da fövqəladə vəziyyət elan
olunmuşdur. Bu stansiyada reaktorun soyutma sistemi sıradan
çıxmışdır.
Onaqava şəhərinidə AES-də (Miyaqi) yanğın baş vermiş və
o, dərhal söndürülmüşdür. AES-in işi dayandırılmışdır.
157
Ekspertlər AES-lərin mükəmməl texnologiya əsasında qu-
rulduğunu bir daha təsdiq etmişlər. Yəni, belə güclü və böyük
miqyaslı zəlzələ qarşısında nüvə qəzası yox, radiasiya qəzası baş
vermiş, reaktorlar toxunulmaz qalmışlar. Əks halda, bəşəriyyət
onun məhvi ilə nəticələnə biləcək fəlakətlə üzləşə bilərdi.
Zəlzələdən və radiasiya sızması səbəbindən 600 min nəfər
əhali təhlükəsiz zonalara təxliyyə olunmuş, 12175 nəfər ölmüş,
15489 nəfər isə itkin düşmüşlər. İtkilər bu günkü günədək də
davam edir. 45 000 000 əhali isə enerjidən ya tam məhrum
olmuş, yaxud fasilələrlə ala bilmişlər.
|