199
zədələyir (koksidioidoz, histoplazmoz, kriptokokkoz, Gilkrist blastomikozu, parakoksi-
dioidoz (Cənubi Amerika blastomikozu) aktinomikoz).
Dərin mikozlar bir qayda olaraq yoluxucu deyillər, onların daşıyıcıları əsasən torpaq-
da yaranır,suya daxil olaraq ətraf mühitin üzvi maddələrində saprofit kimi yaşayır. Də-
rin mikozlar tropik və subtropik iqlimli ölkələrdə geniş yayılmışdır və endemik xarak-
terlidir. Mülayim iqlimli ölkələrdə nadir hallarda ( sporotrixoz, xromomikoz) müşahidə
edilir, bəzən də ümumiyyətlə rast gəlinmir ( koksidioidoz, histoplazmoz).
Koksidioidoz - dərin endemik sistemli mikozdur, ağciyərlərin ilkin zədələnməsi ilə
nəticələnərək əksər hallarda autosonasiya ilə sona çatır. Hematogen yayılma zama-
nı
törədicilər dəri, sümük, beyin qışası və ağciyərə daxil olaraq, çoxlu sayda xroniki
dənəvərcikli iltihab ocaqlar yaradır.
Törədici -Coccidioides immitis, torpaqda göbələk telləri halında məskunlaşan di-
morf tipli göbələkdir.
Əlverişli amillər –HİV infeksiya, immunsupresiv (zəiflədici)
terapiya, hamiləlik.
Ötürülmə yolları – tozlu hava. Tənəffüs zamanı göbələk artrosporları ilkin ağciyər
infeksiyasının inkişafına əlverişli zəmin yaradır. Çox nadir hallarda
törədici zədələn-
miş dəri vasitəsi ilə orqanizmə daxil olur.
Gedişi– Yoluxmuş xəstələrin 60% -də xəstəlik əlamətsiz keçir və özünü müalicə
prosesi ilə tamamlanır. Yayılmış koksidioidoz adətən HİV –ə yoluxmuş xəstələdə im-
munitet pozğunluqları zamanı yaranır. Proqnostik baxımdan beyin qışasının zədələn-
məsi daha təhlükəlidir.
Lokalizasiyası – büküklər, sağrı-büzdüm nahiyyəsi, sağrı, qoltuqaltı çuxurlar, boyu-
nun arxası, üz.
Klinik şəkil
Kəskin ağciyər koksidioidozu - qripli əlamətlərlə, bronxit, pnevmaniya, fəal vərəm
xəstəlikləri kimi keçir. Dəri təzahürləri –yayqın eritema, Epidermal şəkilli səpgilər,
övrə,
düyünlü eritema, polimorf ekssudatlı eritema.
Dostları ilə paylaş: