276
3. Periferiyada hiperpiqmentasiya zonası yerləşir. Eni bir neçə sm olur və qeyri-
dəqiq ətraf dəriyə keçir və orada itir.
Xəstəlik bəzən mərkəzi lixenifikasiyası olmayan, təcrid olunmuş şəkildə yerləşən,
lixenoidli papulalarla məhdudlaşır. Digər hallarda lixenifikasiya o dərəcədə inkişaf edə
bilər ki, 2- ci və 3- cü zonalar olmaya bilir. Əlamətdardır ki, bəzən sadə xroniki dəm-
rov hüdudlarında piqmentin itirilməsi (axromiya) müşahidə olunur. Bu xəstəlik zamanı
selikli qişalar zədələnmir. Güclü,
çox zaman paroksizmal, gecələr güclənən qaşınma
xarakterikdir. Qaşınma və sıyrıntılar lixenifikasiyanı əmələ gətirir və ya lixenoidli pa-
pulalar güclü qaşınma yaradır sualı hələ də açıq qalır. Eksperimental tədqiqatlar sıyrıntı
kimi xroniki mexaniki yüklənmənin lixenifikasiya yarada biləcəyini təsdiqləyir.
Xəstəlik bir neçə ay və ya il davam edir. Proqnoz bugünkü yaxşı müalicə üsulları
nəzərə alınmaqla xoşdur. Psixoemosional faktorları kənarlaşdırmaq daha çətin olur.
Dostları ilə paylaş: