294
XXV FƏSİL. Birləşdirici toxumanın diffuz zədələnməsi ilə gedən xəstəliklər
QIRMIZI QURDEŞƏNƏYİ
Qırmızı qurdeşənəyi (lupus erytematodes)
, sin. eritematoz, çapıqlaşan eritematoz–
dərinin, daxili orqanların zədələnməsinin və aydın dərəcədə fotohəssas olan mürəkkəb
autoimmun sindromdur.
E p i d e m i o l o g i y a. Bütün qitələrdə, bütün irqlərin nümayəndələrində, qadınlar-
da kişilərdən daha çox qeydə alınmışdır. İnsanlar ən çox 20-40 yaşlarında xəstələnirlər.
Qırmızı qurdeşənəyinin irsiyyət meyilliyi haqqında məlumatlar vardır. Bunu xəstəliyin
ailəvi təsadüfləri, diziqotla müqayisədə monoziqot əkizlərin daha yüksək konkordant-
lığı, anası eritematozdan əziyyət çəkən yenidoğulmuşlarda qırmızı qurdeşənəyinə rast
gəlməsi halları göstərir.
Qırmızı qurdeşənəyinin ümumi qəbul olunmuş təsnifatı mövcud deyildir. Adətən
xəstəliyin iki forması ayırd edilir – dəri və sistem.
Qırmızı qurdeşənəyinin dəri forması:
∙ diskoid qırmızı qurdeşənəyi (lupus erythematodes discoides),
∙ disseminə olunmuş qırmızı qurdeşənəyi (lupus erythematodes dissiminatus),
∙ Biettin mərkəzdənqaçan eriteması (lupus erythematodes centrifugum),
∙ Kapoşi-İrqanq dərin qırmızı qurdeşənəyi (lupus erythematodes profundus).
Qırmızı qurdeşənəyinin dəri forması bütün dermatozların 0,5-1,0 % hallarında qeyd
olunmuşdur, qadın cinsində cüzi üstünlük olmuşdur, xəstəlik 30 yaşdan yuxarı dövrdə
pik həddinə çatır.
Sistem qırmızı qurdeşənəyinə xeyli az - 0,1-0,25 % hallarda rast gəlinir. Sistem qır-
mızı qurdeşənəyində kişilər və qadınlar arasında nisbət 1:8 – 1:10-dır. 70 %-dən çoxu
14 - 40 yaşlarında xəstələnir, xəstəlik pik həddinə 14-20 yaşlarında çatır. Beləliklə, qır-
mızı qurdeşənəyinə adətən məktəbəqədər, kiçik və orta məktəb yaşlarında rast gəlinmir.
E t i o l o g i y a v ə p a t o g e n e z qırmızı qurdeşənəyində kifayət qədər öyrənilmə-
mişdir. Aparıcı rolu dövredən antitellər, xüsusilə də bütöv nüvəyə və onun komponent-
lərinə qarşı antinüvə anticismi ( ANA), eləcə də dövredən immun komplekslər (DİK)
oynayır. Bazal membranda yığılaraq DİK iltihab reaksiyasının inkişaf etməsi ilə onları
zədələyir. Qırmızı qurdeşənəyinin baş verməsində və kəskinləşməsində ümumən ekzo-
( insolyasiya, stress vəziyyətləri, antibiotiklər, sulfanilamidlər,vaksin, zərdabların tətbiq
olunması) və endogen faktorlarının( xroniki infeksiya ocaqları, interkurrent xəstəliklər)
rolu məlumdur.
Dostları ilə paylaş: