299
va Parri-Romberga) üzün yarısının atrofiyası və çox vaxt nevroloji dəyişikliklərlə müşa-
hidə olunur. Adətən hemiatrofiya 20 yaşa kimi başlayır, hər iki cinsdən olan insanlar çox
vaxt eyni cür xəstələnirlər. Proses çox zaman gözə yaxın, almacıq sahəsində və ya aşağı
çənə sahəsində başlayır. Hemiatrofiyada eritematoz və bərkimə mərhələləri yoxdur.
Zədə sahəsində bütün toxumalar atrofiyalaşır, ilk növbədə dərialtı piy qatı, sonra əzələlər
( çeynəmə, dil əzələləri və s.), qığırdaqlar və sümüklər, pasientlər güclü ağrı hiss edirlər.
Qaşlarda və kirpiklərdə, bəzən də başda tüklər tökülür, lakin zədələnmiş sahələrdə tər
və piy ifrazı güclənir. Üz assimmetrik olur, üzün zədələnmiş yarısı sağlam hissədən fərq-
lidir, dəri atrofikdir, şırımlar və büküşlər çoxdur. Bəzən proses çox nadir hallarda üzün
digər tərəfinə də keçir.
Sistem (diffuz) sklerodermiyasına iki klinik şəkildə özünü göstərir: ən çox ətrafların
distal şöbələrinin və üzün zədələnməsi ilə a k r o s k l e r o t i k və d i f f u z variantı.
Təhrikedici amillər zədələr, stress vəziyyəti, soyuma ola bilər. Prodromal dövrdə halsız-
lıq, titrətmə, əzələlərdə, oynaqlarda ağrılar, yuxusuzluq, baş ağrıları, bədənin hərarətinin
artması, qəfil yorulmaq. Onlar üzün, əllərin və ayağın dərisinin solması və soyumasına
uyğun gəlir. Xəstəlik proqressivləşdikcə d ə r i n i n r ə n g i a ğ ı m t ı l – b o z d a n
s a r ı y a ç e v r i l i r,
zərif tüklər tökülür, bərkimənin miqdarı artır.
Dərinin, dərialtı piy qatının üz əzələlərinin sklerotik və atrofik dəyişiklikləri nəticə-
sində burunun ucu itiləşir, ağız dəliyi daralır, büküşüklü olur, yanaqlar basıqlaşır, do-
daqlar nazilir.Üz amimik olaraq, maskayabənzər, bürünc rəngdədir. Dodağın qırmızı
haşiyəsi ağımtıl rəngdə olur, qabıqlanır, çatlar və xoralar ola bilər. Dərinin və dodaqların
qırmızı haşiyəsinin rigidliyi və bərkləşməsi mikrostomun formalaşmasına gətirib çıxarır.
Çox vaxt prosesə ağızın, dilin selikli qişası da qoşulur. Ağızın selikli qişasının epi-
telisi bəzən atrofikdir, yumşaq damağın deformasiyası müşahidə olunur. Ödem nəticə-
sində əvvəlcə dil böyüyür, sonra fibrozlaşır, büzüşür, rigid olur ki, bu da nitq və udmanı
çətinləşdirir.
B a ş ı n t ü k l ü h i s s ə s i n d ə atrofik proses aponevrozu tutur, ocaqda tüklər
tökülür. Eyni zamanda quruluq, qabıqlanma, teleangiektaziya baş verir, xoralar da ola
bilər.
B a r m a q l a r nazilir, “ təbil çubuqlarına” oxşayır. Dəri aid olduğu toxumaya fiksə
olur, oynaqlarda hərəkət çətinləşir. Dəri gərgin və rigiddir, onun avazıması, soyuması
paresteziya, keyləşmə ilə dərinləşir, teleangiektaziyalar əmələ gəlir. Bəzi yerlərdə dəri
qabıqlanır, çatlar və xoralar əmələ gəlir, mutilyasiya inkişaf edir. Dəri aid olduğu əzələ
və vətərlərlə möhkəm bitişmişdir, barmaqlar meyit barmaqlarına bənzəyir( sklerodakti-
liya). Daha sonralar əzələlər, vətərlər, sümüklər və dırnaqlar atrofiyalaşır, əllərin spastik
bükücü kontrakturası inkişaf edir.
Xəstəliyin üç mərhələsi – eritema/ödem, bərkləşmə və atrofiya – sistem və ocaqlı
sklerodermiyanın oxşarlığına dəlalət edir. Lakin gedişatının ağırlığı, daxili orqanlardakı
dəyişikliklər, endokrin pozulmalar dəri cəlb olunmadan da və ya ondan əvvəl formalaşa
bilər, lakin prosesin generalizasiyası nəticəsində çox vaxt
onlar eyni vaxtda inkişaf
edirlər. Nəzərə çarpan visseral dəyişikliklər aşkarlanır: mədə-bağırsaq traktının dəyişik-
likləri (stenozlar, peristaltikanın pozulması, xoralaşma), miokardiodistrofiya, endope-
rikardit, miokardioskleroz, hipertenziya, pnevmoskleroz, nefropatiya ilə nefroskleroz,
əzələlərin,
sümüklərin, oynaqların və s. zədələnməsi.
300
H i s t o p a t o l o g i y a. Bir qayda olaraq epidermis nazikləşmiş, epidermal çıxıntılar
nəzərə çarpmır. D e r m a q a l ı n l a ş m ı ş, ö d e m l i d i r, h o m o g e n i z a s i y a
və k o l l a g e n l i f l ə r i n h i a l i n o z u q e y d ə a l ı n ı r, əksər xırda damarlar
sklerozlaşmışdır, damarların ətrafında - limfohistiositar infiltrat olur. Piy vəziləri və tük
follikulları ya olmur, ya da atrofiyalaşmışdır. Tər vəzilərinin miqdarı kəskin azalmışdır,
onlar atrofiyalaşmışdır və hipoderma ilə sərhəddə yox, dermanın yuxarı hissəsində cəm-
ləşmişlər.
D i a q n o s t i k a. Sklerodermiyanın bütün təzahürlərinin inkişaf dövründə zədələn-
mə ocağı xəstəliyi asan diaqnozlaşdırmağa imkan verir.
Bunu iltihabi ödem olduqda
lövhəli formanın ilkin mərhələsində etmək olduqca çətindir. Belə hallarda diaqnozu di-
namik müşahidə prosesi zamanı qoyurlar. Differensial diaqnostikanı vitiliqo ilə aparır-
lar ki, bu zaman depiqmentli ləkələrin kəskin sərhədlərin olması və palpasiya zamanı
infiltratın olmaması ilə səciyyələndirilir ; alopesiya ilə ödem, infiltrasiya və atrofiyanın
müşahidə olunmaması, zədələnmə ocağında tükün tökülməsi xarakterdir.
M ü a l i c ə. Dəridə metabolik prosesləri və qanın mikrosirkulyasiyasını yaxşılaşdı-
ran, iltihab əleyhinə, antifibroz təsir edən, xəstəliyin mərhələsi və formasından asılı ola-
raq kompleks müalicəni aparırlar ( aktovegin, sinarizin, lidaza, vitaminlər, maqnezium,
kortikosteroid preparatları, heparin). prosesin aktiv nəzərə çarpan dövründə antibiotik-
terapiya aparılır. Xarici terapiya parafinlə sarğı qoyulmasından, toxumaların trofikasını
yaxşılaşdıran proseduradan ( elektroforez) ibarətdir. Seçim metodları plazmaferez və
hemosorbsiyadır.
P r o f i l a k t i k a – ifrat soyuma və qızmadan, hədsiz insolyasiyadan, soyuqdəymə
xəstəliklərindən,
stress vəziyyətlərindən, dərman vasitələrinin əsaslandırılmadan tət-
biqindən qaçılmasıdır.Müştərək xəstəliklər zamanı fokal infeksiya ocaqlarının mütləq
sanasiyası – vaxtında müalicəsidir.
Məhdud sklerodermiya zamanı diffuz zədələnmənin simptomlarını erkən aşkarlamaq
məqsədi ilə xəstəliyin gedişatına dinamik nəzarət və həkim-dermatoloqun müalicəsi
vacibdir. Ağır formalarda xəstələrin tibbi və sosial reabilitasiyası vacibdir ( HƏEK və
işə düzəldilmə).
Dostları ilə paylaş: