303
ozitin xarakter d ə r i t ə z a h ü r l ə r i bunlardır:
• periorbital bənövşəyi-şişkinli eritema (“ dermatomiozit eynəyi”, sin.“ heliotrop
səpgi”), qırmızı qurdeşənəyində olduğu kimi buruna və yanaqlara kəpənək tipində keçir.
• boynun ön hissəsində və sinədə bənövşəyi eritema – dekolte simptomu.
• boynun arxası və çiyinlərin bənövşəyi eriteması – şal simptomu.
• falanqalararası oynaqların distal və proksimal sahəsində
bənövşəyi papulalar və
lövhəciklər – Qottron patoqnomik simptomu.
Digər lokalizasiya yerləri – dirsək, diz oynağı, topuğun medial sahəsi.
• eritema, qabıqlanma, hər iki əlin və barmaqların dərisinin çat-çat olması – mexanik
əli.
• eritema, teleangiektaziya, dırnaqətrafı valcığın proksimal hissəsinin girintili-çıxın-
tılı dəriciyi .
• gövdənin və yançağın (sağrı) poykilodermiyası (eritema, teleangiektaziya, hipo- və
hiperpiqmentasiya, atrofiya) – xroniki gedişi zamanı.
• zədələnmiş əzələlərin üzərində pannikulit tipi üzrə lipoatrofiya – xroniki gedişi za-
manı.
Eritema fonunda bəzən papulalı, hemorragik, vezikulyar-qovuqlu elementlər, sklero-
dermayabənzər dəyişikliklər, nekrotik xoralaşma (çox vaxt oynaq sahəsində) baş verir.
Proses hərdən eritrodermiya xarakteri alır –
M i l i a n m i a s t e n i k e r i t r o d e r m i y a s ı . Alopesiya, selikli qişaların
zədələnməsi (stomatit, qlossit, faringit, leykoplakiya, konyuktivit),
kalsinozun əmələ
gəlməsi mümkündür.
M i o p a t i y a n ı n xarakter təzahürləri bunlardır :
• ən çox ətrafların proksimal əzələlərinin zədələnməsi
• əzələlərin proqressivlənən zəifliyi
•
simmetriklik
Xəstələr tərpənməkdə, geyinməkdə, oturmaqda, durmaqda, başlarını düz, əllərini isə
horizontal vəziyyətdə saxlamaqda çətinlik çəkirlər və s. 15-45% təsadüflərdə disfagi-
ya inkişaf edir, qidadan boğulma, udmanın çətinləşməsi ilə müşayiət olunur. Xəstəliyin
uzunmüddətli gedişatında əzələlər atrofiyalaşır, onlarda kalsium duzları toplanır, kont-
raktura inkişaf edir.
Dermatomiozit zamanı ürək, ağ ciyərlər, mədə, qara ciyər, mərkəzi sinir sistemi
zədələnə bilər. Qanda EÇS sürətlənir, leykositoz, anemiya, transaminaz, kreatinkinaza-
nın aktivliyi artır. Sidikdə – a l b u m i n u r i y a, k r e a t i n u r i y a dermatomiozitin
diaqnostik meyarına xidmət edə bilər.
Uşaqlarda klinik əlamətlər və əzələ dəyişiklikləri böyüklərdə olduğu kimidir, lakin
xəstəlik ağır gedir. Daha qabarıq iltihabi komponentlər, yüksək fotosensibilizasiya, da-
marların ağır dəyişiklikləri ilə səciyyələnir. Böyüklərdən fərqli olaraq, çox vaxt kalsinoz
və daxili orqanların zədələnməsinə rast gəlinir.
H i s t o p a t o l o g i y a . Epidermis nazikləşir. Derma şişkindir. Kollagen liflər
şişmiş, homogenləşmiş, elastiki liflər dağılmışdır. Mötədil perivaskulyar limfositar in-
filtrasiya qeyd olunur.
D i f f e r e n s i a l d i a q n o s t i k a qırmızı qurdeşənəyi ilə, bunun üçün zədələnmə