312
dişləyən yer müşahidə olunur.
Bir və
ya bir neçə ay ərzində ləkə iz buraxma-
dan sağalır. Adətən subyektiv hissiy-
yatlar olmur. Regionar və generalizə
olunmuş limfadenopatiya xarakterik-
dir. Miqrasiya
edən eritemadan əvvəl
və ya onunla birlikdə baş ağrısı, ürək
bulanma, halsızlıq, qızdırıb-titrətmə
və s. sistem simptomlar ola bilər, onlar
borrelinin parçalanması nəticəsində in-
toksikasiya əlamətlərindən asılıdır.
Limfositoma (Lymphocytoma) sin.
Şpiqler-Fendtin xoşxassəli dəri lim-
foplaziyası, Befversedtin xoş xassəli limfadenozu, limforetikulositoma.
Lokalizasiya – qulaq seyvanının sırğalığı, süd vəzisinin məməciyi və areolu, xayalıq.
Səpgi elementləri və onların təkamülü – düyün (az hallarda papula, lövhəcik), çox
vaxt tək, bənövşəyi-qırmızı rəngli, 0,5-2 sm ölçüdə, xəmirəbənzər konsistensiyalı, hamar
səthli, ağrısız, kəskin sərhədli və ətrafdakı dəridən yüksəlmiş olur. Düyün xoralaşmır,
çapıq əmələ gəlmədən spontan reqress mümkündür. Xəstəlik, adətən dalğavari, bir neçə
aydan 2-3 ilə qədər davam edir, limfatik düyünlərin böyüməsi ilə müşayiət olunmur.
Xroniki atrofik akrodermatit (Acrodermatitis atrophica chronicum) sin. Pospelovun
proqressiv idiopatik dəri atrofiyası, Pikin eritromeliyası. Xəstəlik gizli, ümumi vəziyyət
pozulmadan inkişaf edir.
Lokalizasiya -
əlin arxa səthi, ayaq, dirsək, diz, bazuönü və baldırın açıcı səthi. Pro-
ses asimmetrik başlaya bilir, lakin sonra simmetrikləşir. Barmaqların son falanqaları,
ovuc, ayağın altı, adətən zədələnmir.
Səpgi elementləri və onların təkamülü – göyümtül-qırmızı rəngli ləkələr (ləkə),
Şək.27.2.Borrelioz (I mərhələ - miqrasiya edən eritema)
Şək.27.2.Borrelioz (II mərhələ – limfositoma)
313
qeyri-dəqiq sərhədli ödemli, hamar səthli, ölçüləri tədricən artaraq və distal sahədən
proksimala doğru, bədən və üz də daxil edilməklə yayılan,
arabir sancma ilə
müşayiət olunaraq ləkə nahiyəsində teleangiektaziyalar qeydə alınır. Bir neçə aydan
sonra sağalma prosesində iltihab azalır və tədricən, altında venoz şəkilli dəri atrofiyası
yaranır. Dəri nazikləşir, ağımtıl rəng alır, asanlıqla büzüşür, azacıq qabıqlanır, papiros
kağızını xatırladır – Pospelov simptomu. Atrofiya ilə yanaşı bərk dairəvi ocaqlar və ya
göyümtül-qırmızı, normal dəri rəngində xətli bağlar, adətən dirsək və qamış sümüyü
(psevdosklerodermiya) boyunca yayılır, ləkəli və ya
diffuz hiperpiqmentasiya depiqmentasiya sahələri ilə
əvəz olunur. Çox vaxt taxta
bərkliyində tək-tək miq-
dardan çox miqdara qədər, 0,5-3 sm ölçüdə, yastı və ya
yarımşar şəkilli formada, daha çox diz və dirsək oynaq-
larında lokalizə olan oynaqətrafı düyünlük tipli fibroz
düyünlər əmələ gəlir. Palpasiya zamanı dəri soyuq olur,
piy və tər ifrazı azalır, tüklər tökülür. Turqorluq və elas-
tiklik kəskin azalır, dəri asanlıqla büküşləyə yığılır,
sonradan çox asta hamarlanır. Subyektiv – paresteziya,
azacıq qaşınma olur.
Borreliozun diaqnozu anamnezə, xəstəliyin klinik
və
patomorfoloji şəklinə, İFA (B.burgdorferi-yə qarşı
İgM- və İgG – antitellərinin təyin edilməsi), immunblo-
tinq nəticələrinə əsasən qoyulur. PZR biopsiya materi-
allarında, qanda, sinovial mayedə B.burgdorferi DNT-
ni identifikasiya etməyə imkan verir.
Şək.27.3. Borrelioz (III
mərhələ-atrofik xroniki
akrodermatit)
Şək.27.4.Borrelioz (III
mərhələ-atrofik xroniki
akrodermatit, fibroz düyünlər)