407
hesab olunur. Sadalanan faktorlar protoonkogenlərin, aktivasiyası və ya şişi supresiya
edən genin inaktivasiyası hesabına “genotravmatik” limfositlərin klonunun əmələ gəl-
məsinə gətirib çıxara
bilir ki, bu da limfositlərin maliqnizasiya prosesini başladır.
DTHL zamanı sağlam T-helper limfositlərinə uyğun funksional və membran xüsu-
siyyətlərinə malik T-helper limfositlərin çoxlu proliferasiyası qeyd edilir. DTHL-in for-
malaşması prosesi müxtəlif konserogen faktorların təsiri ilə limfositlərin aktivləşməsi
və dominant T-hüceyrə klonunun əmələ gəlməsi ilə başlayır. Onun dəridə əmələ gəlmə-
si zamanı DTHL-lı xəstələrdə prosesin dinamikasını müəyyən edərək (ləkəli-düyünlü
ocaqlardan iri şiş elementlərinin və letal nəticəyə qədər) şiş prosesinə qarşı nəzarəti əhə-
miyyətli dərəcədə dəyişir.
Təsnifat
Klinikası və proqnozuna görə fərqlənən T-hüceyrə və B-hüceyrə limfomaları ayırd
edilir. T-hüceyrə limfomaları dəri örtüyünün yayılmış zədələnməlri və daha ağır gedişi
ilə xarakterizə olunur, B-hüceyrə limfomalar isə tək sikl elementləri ilə manifestasiya
edir.
Dostları ilə paylaş: