Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


”Transplantatın sahibinə qarşı” reaksiyası



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə37/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   446
DERMATOLOGİYA-dərslik 1

”Transplantatın sahibinə qarşı” reaksiyası
”Transplantatın sahibinə qarçı” reaksiyası 
(TSQR) və ya “ikincili xəstəlik” əksər xəstələrdə 
ağır, kombinasiyalı immundefisiti zamanı sümük 
Şək. 4.11.İşıq və elektron mikroskopiyanın
göstəricilərinə əsasən makrofaqın quruluşu
a. 1 – nüvə; 2 – faqosoma; 3 – lizosoma
.x15000


59
iliyi köçürülməsindən sonra inkişaf edir. Yatrogen TSQR, aplastik anemiyalı və leykoz-
lu xəstələrə sümük iliyi köçürülməsindən sonra ağırlaşmalar kimi meydana çıxır. Bu 
patologiya həm də immundefisiti resipiyentə qan köçürülməsinin nəticəsi də ola bilər. 
TSQR-nin daha kəskin (anadangəlmə) forması ananın limfositlərilə immundefisiti olan 
dölün histouyğunluq toxuması antigeninin qarşılıqlı təsirinin nəticəsi hesab edilir.
TSQR-nin mexanizmi
Reaksiya aşağıdakı şəraitdə baş verir:
1. Transplantat immunloji aktivliyə malik olmalıdır;
2.Resipiyentin toxumalarında olan antigenlər donorun toxumalarında olmamalıdır 
(immunloji aktiv olan donor üçün resipiyentin antigen yadlığı);
3. Resipiyentin immunloji inertliyi (passivliyi), donorun köçürülmüş hüceyrəsinin 
kənarlaşdırılması imkanının olmaması.
TSQR zamanı sitotoksik T-xelperlər effektor-hüceyrələr hesab olunur. TSQR-də dəri ilk 
orqan-nişangahdır. TSQR və bir sıra dəri xəstəliklərinin (qırmızı qurdeşənəyi,ckleroder-
miya və s.) əsasını ümumi mexanizmlər təşkil edir. TSQR zamanı dəridə immunhisto-
kimyəvi müayinədə keratinositlərin və Langerhars hüceyrələrinin (T-killerlər supressor 
T- limfositlərin növlərindəndir) arasında yerləşmiş supressor sitotoksik T8+ limfositlər 
aşkar edilir. TSQR zamanı epidermisdə keratinositlər və Langerhars hüceyrələri hü-
ceyrə-nişangah hesab edilir. Langerhars hüceyrələrinin epidermisdə miqdarı TSQR-nin 
ağırlıq dərəcəsinin mühüm meyarı hesab edilir. TSQR kəskin (sümük iliyi və ya qan 
köçürülməsindən 10-30 gün sonra) və xronik (transplantasiyadan bir nüçə ay və ya il 
sonra inkişaf edir) ola bilər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin