60
ratinositlər interaepidermal limfositlərin yanında olaraq onlarla sıx kontaktda yerləşir
- satellitli nekroz) qeyd edilir. Vakuol distrofiyanın artması epidermisdə
qovuqlar əmələ
gətirərək aralanıb qopması ilə nəticələnir. Epidermisin zədələnməsinin ağırlıq dərəcə-
sinə görə adətən TSQR-nin gedişinin ağırlığı müəyyən edilir: TSQR-nin I dərəcəsində
bazal hüceyrələrin vakuol distrofiyası baş verir. II dərəcə keratinositlərin apoptozu və
kütləvi şəkildə limfositlərin epidermisə daxil olması ilə xarakterizə olunur, III dərəcədə
dermanın limfositlərinin perivaskulyar infiltrasiyası sürətlənir. TSQR-nin
IV dərəcəsi
epiteliositlərin nekrozu, parakeratosun meydana çıxması, epidermal nekrolizisdə isə -
derma məməciklərinin ödemilə xarakterizə olunur. TSQR-nin dəri təzahürlərinin ağırlığı
adətən infiltrasiyalaşmış epidermisin və derma limfositlərinin miqdarından asılıdır.
Xronik TSQR. Xronik TSQR – nin erkən lixenoid formasında histoloji dəyişikliklər
idiopatik qırmızı yastı dəmrovun elementlərinin eynidir. Aydın nəzərə çarpan hiperke-
ratoz və bazal keratinositlərin vakuol degenerasiyası qeyd edilir. Epidermisin altında
formalaşan infiltratın tərkibinə limfositlər, eozinofil leykositlər, bir qədər plazmositlər
və piqment hüceyrələri (melanoforlar) olur. Bu infiltratın qırmızı yastı dəmrov infiltra-
tından fərqi birincilərin az yastı və tərkibinə daxil olan hüceyrələrin çox müxtəlif olma-
sındadır (qırmızı yastı dəmrovda infiltratın tərkibində əsasən limfositlər olur).
Xronik TSQR –nin gecikmiş sklerotik fazasında histoloji
şəkli sklerodermiya ilə
üst-üstə düşməsilə xarakterizə olunur: epidermisin atrofiyası formalaşır, bəzi yerlərdə
bazal keratinositlərin vakuol degenerasiyası saxlanılır. Dəri artımları da atrofiyaya uğ-
rayır. Dermada melanoforların miqdarı artır, ocaqlı perivaskulyar limfositar infiltratlar
qeyd edilir. Belə infiltratlar həm də dəri artımlarının ətrafında yerləşir. Sklerotik dəyi-
şikliklər əsasən dermanın məməcikli qatını əhatə edir. Bu qatda kollagen liflərin tərkibi
dəyişir, I tip prokollagenin miqdarı artır. Aktiv fibroblastlar,
toxuma bazofilləri, limfo-
sitlər, makrofaqlar və melanoforlar müşahidə olunur.