3. RİFDR-DƏ DƏYİŞİKLİK EDİLMƏSİ
3.1. RİFDR-də dəyişikliklər edilməsi Nazirlik tərəfindən aşağıdakı hallarda həyata keçirilir:
təqdim edilmiş sənəd və məlumatlara əlavələr və dəyişikliklər edildikdə;
hər hansı bir respublika idman federasiyasının (assosiasiyasının) fəaliyyəti dayandırıldıqda və
ya ləğv edildikdə.
3.2. RİFDR-də dəyişikliklər respublika idman federasiyasının (assosiasiyasının) rəsmi
müraciəti əsasında Nazirlik tərəfindən qəbul edilmiş qərarla edilir.
3.3. Respublika idman federasiyası (assosiasiyası) təklif etdiyi dəyişiklikləri təsdiqləyən
sənədləri öz müraciətinə əlavə etməlidir. Əks halda, həmçinin, təqdim olunmuş sənədlər həqiqətə
uyğun olmadıqda, qeyri-dəqiq və səhv tərtib olunduqda, Nazirlik dəyişikliklər haqqında qaldırılmış
məsələyə baxmır və bu barədə müraciət edəni 10 (on) gün ərzində rəsmi məlumatlandırır.
3.4. Təqdim olunmuş sənədlər əsasında RİFDR-də dəyişikliklər aparılması və yaxud
aparılmaması haqqında Nazirlik tərəfindən qəbul edilmiş qərar müəyyən edilmiş qaydalara uyğun
olaraq 10 (on) gün ərzində müraciət edənə göndərilir.
4. RİFDR-İN AŞKARLIĞI
Respublika idman federasiyaları (assosiasiyaları) haqqında RİFDR-də toplanmış məlumatlar
istənilən maraqlı şəxsin sorğusu əsasında Nazirlik tərəfindən verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
İdman növlərinin dövlət reyestrinin aparılması
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1. Bu Qaydalar
"
Bədən tərbiyəsi və idman haqqında
"
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə
"
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147
nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
2. Bu Qaydaların məqsəd və vəzifələri ölkə ərazisində inkişaf etdirilən idman növləri və
fənlərinin, həmçinin, inkişafı planlaşdırılan yeni idman növləri və fənlərinin idman növlərinin
dövlət reyestrinə (bundan sonra — İNDR) daxil edilmə qaydalarını müəyyənləşdirmək, bu idman
növlərinin sistemli inkişafını təmin etmək, idman növlərinin inkişaf səviyyəsi və əhatə dairəsi
haqqında statistik hesabatların təkmilləşdirilməsinə və real vəziyyəti əks etdirə bilməsinə nail
olmaqdır.
2. İNDR-İN APARILMASI QAYDALARI
2.1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş bədən
tərbiyəsi və idman sahəsinə aid statistik hesabatda qeydiyyata alınmış idman növləri ölkə ərazisində
rəsmi olaraq tanınmış idman növləri kimi İNDR-ə daxil edilir.
2.2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra-Nazirlik)
tərəfindən tanınmış idman növlərinin (fənlərinin) İNDR-ə daxil edilməsi müvafiq idman növləri
üzrə respublika idman federasiyaları (assosiasiyaları), bədən tərbiyəsi və idman təşkilatları, icra
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rəsmi müraciətləri əsasında Nazirlik tərəfindən
həyata keçirilir.
2.3. İNDR-ə daxil edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
idman növünün (fənninin) İNDR-ə daxil edilməsi haqqında rəsmi müraciət;
idman növünün (fənninin) tanınması haqqında Nazirliyin qərarının təsdiq edilmiş surəti.
[5]
2.2. Ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış idman növü (fənni)
İNDR-ə Nazirliyin qərarı əsasında daxil edilir.
[6]
3. XÜSUSİ QEYDLƏR
3.1. Müvafiq idman növü üzrə ictimai birliyə respublika idman federasiyası statusunun
verilməsi üçün onun dövlət akkreditasiyası məsələsinə yalnız həmin idman növünün İNDR-ə daxil
edilməsindən sonra baxıla bilər.
3.2. Hər ilin yekunlarına görə Nazirlik İNDR-ə daxil edilmiş bütün idman növlərinin
(fənlərinin) siyahısını öz bülletenində və rəsmi sənədlər toplusunda nəşr etdirir.
3.3. Tanınmış idman növü (fənni) ölkə ərazisində yayılan idman növünə (fənninə) dair
tələblərə gələcəkdə cavab vermədikdə İNDR-dən çıxarılır.
3.4. İNDR-də aparılan dəyişikliklər Nazirliyin qərarı ilə həyata keçirilir.
3.5. İNDR-ə daxil edilmiş idman növlərinə müəyyən edilmiş kod — nömrələr verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları, idman
dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələri
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları, idman
dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələri
«Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli,
147 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır.
1.
İDMAN ADLARI
Azərbaycan Respublikasında idman adları aşağıdakılardır:
Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi
Azərbaycan Respublikasının Əməkdar Məşqçisi
Azərbaycan Respublikasının Əməkdar İdman Ustası
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi
İlk ad Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (bundan sonra — Nazirlik)
təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən, sonrakı üç ad isə respublika
miqyaslı bədən tərbiyəsi və idman təşkilatlarının, idman növləri üzrə respublika federasiyalarının
təqdimatları əsasında Nazirliyin kollegiyasının qərarı ilə verilir.
[7]
2. İDMAN DƏRƏCƏLƏRİ
Azərbaycan Respublikasının idmançılarına aşağıdakı dərəcələr verilir:
Beynəlxalq İdman Ustası
Beynəlxalq Qrossmeyster
Qrossmeyster
İdman Ustası
İdman Ustalığına namizəd
I idman dərəcəsi
II idman dərəcəsi
III idman dərəcəsi
IV idman dərəcəsi
Beynəlxalq İdman Ustası, Beynəlxalq Qrossmeyster, Qrossmeyster idman dərəcələri
idmançıların beynəlxalq yarışlarda iştirakının nəticələrinə əsasən idman növləri üzrə beynəlxalq
idman federasiyaları tərəfindən verilir.
Respublika idman dərəcələri hər olimpiya dövrü üçün 4 (dörd) illik müddətə müvafiq idman
növləri üzrə respublika idman federasiyalarının (assosiasiyalarının) təklifləri əsasında Nazirlik
tərəfindən hazırlanmış və təsdiq edilmiş respublika Vahid idman təsnifatının tələb və şərtləri
əsasında verilir.
İdman Ustası və İdman Ustalığına namizəd dərəcələri — Nazirlik; I idman dərəcəsi — şəhər
(rayon) gənclər və idman baş idarələri (idarələri), respublika miqyaslı bədən tərbiyəsi və idman
təşkilatları; II, III və IV idman dərəcələri isə bədən tərbiyəsi və idman təşkilatları, idman klubları və
idman məktəbləri tərəfindən müvafiq təqdimatlar əsasında respublika Vahid idman təsnifatına
uyğun olaraq verilir.
İdman ustalığına namizəd dərəcəsi, həmçinin, Naxçıvan MR-ın Gənclər və İdman Nazirliyi və
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən verilir.
Beynəlxalq İdman Ustası, Beynəlxalq Qrossmeyster, Qrossmeyster, İdman Ustası dərəcələri
daimi, digər dərəcələr isə verildiyi vaxtdan etibarən 2 (iki) il müddətində etibarlı sayılır.
3. MƏŞQÇİLƏRİN TƏSNİFAT KATEQORİYALARI
Məşqçilərin təsnifat kateqoriyaları aşağıdakı kimi müəyyənləşdirilmişdir:
Ali kateqoriya
I kateqoriya
II kateqoriya.
Məşqçilərin təsnifat kateqoriyaları Nazirlik tərəfindən respublika Vahid idman təsnifatı ilə
müəyyən edilmiş normalar, tələblər və şərtlər əsasında verilir.
4. İDMAN HAKİMLƏRİNİN TƏSNİFAT DƏRƏCƏLƏRİ
Azərbaycan Respublikasının idman hakimlərinin təsnifat dərəcələri aşağıdakı kimi
müəyyənləşdirilmişdir:
Beynəlxalq dərəcəli hakim
Respublika dərəcəli hakim
I dərəcəli hakim
İdman hakimi.
"
Beynəlxalq dərəcəli hakim
"
dərəcəsi hakimlərin beynəlxalq yarışlarda iştirakının nəticələrinə
əsasən müvafiq idman növləri üzrə beynəlxalq federasiyalar tərəfindən verilir.
"
Respublika dərəcəli hakim
"
dərəcəsi müvafiq idman növləri üzrə respublika idman
federasiyalarının təqdimatı əsasında Nazirliyin kollegiyasının qərarı ilə verilir.
"
1-ci dərəcəli hakim
"
dərəcəsi müvafiq təqdimatlar əsasında Naxçıvan MR-in Gənclər və
İdman Nazirliyi, şəhər (rayon) gənclər və idman baş idarələri (idarələri), respublika miqyaslı bədən
tərbiyəsi və idman təşkilatları və müvafiq idman növləri üzrə respublika idman federasiyaları
tərəfindən verilir.
"
İdman hakimi
"
dərəcəsi bədən tərbiyəsi və idman təşkilatları, idman klubları və idman
məktəbləri tərəfindən verilir.
İdman hakimlərinin təsnifat dərəcələri respublika Vahid idman təsnifatının müvafiq dövr
üçün müəyyən edilmiş normaları, tələbləri və şərtləri əsasında verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dövlət bədən tərbiyəsi — idman təşkilatlarında bədən tərbiyəsi və idman xidmətləri güzəştli
şərtlərlə göstərilən bəzi kateqoriyadan olan şəxslərin
S İ Y A H I S I
Bu Siyahı
"
Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə
"
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147 nömrəli
Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
Dövlət bədən tərbiyəsi — idman təşkilatlarında bədən tərbiyəsi və idman xidmətləri güzəştli
şərtlərlə göstərilən bəzi kateqoriyadan olan şəxslərin siyahısı aşağıda göstərildiyi kimi müəyyən
edilir:
şəhid ailələrindən olan uşaqlar;
müharibə və Çernobıl əlilləri;
bədən tərbiyəsi və idman sahəsində yüksək dövlət təltiflərinə və fəxri adlara malik olan
şəxslər;
Olimpiya Oyunlarının, Dünya və Avropa yarışlarının mükafatçıları;
«Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun 58.4-cü
maddəsində nəzərdə tutulmuş şəxslər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dövlət bədən tərbiyəsi — idman təşkilatlarında göstərilən bədən tərbiyəsi və idman
xidmətlərinə güzəştlərin siyahısı və onların həcmi
Dövlət bədən tərbiyəsi — idman təşkilatlarında göstərilən bədən tərbiyəsi və idman
xidmətlərinə güzəştlərin siyahısı və onların həcmi «Bədən tərbiyəsi və idman haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının 1.15-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə hazırlanmışdır.
Dövlət bədən tərbiyəsi — idman təşkilatlarında göstərilən bədən tərbiyəsi və idman
xidmətlərinə güzəştlər və onların həcmi aşağıda göstərildiyi kimi müəyyən edilir:
Sıra №-
si
Bədən tərbiyəsi və idman xidmətlərinə güzəştlər
Güzəştin həcmi
1.
İdman obyektləri, qurğuları və avadanlıqlarından
istifadə etmək
həftədə 2 (iki) dəfə, 1 (bir)
saatdan çox olmamaq şərti
ilə — aylıq tariflərin 50%-i
2.
Fərdi məşğələlərin keçirilməsi zamanı ilkin
xidmətlərdən, təlimatçıların və məşqçilərin
məsləhətlərindən istifadə etmək
təşkilatın hesabına
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12 aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354)
2.
26
sentyabr
2014-cü
il
tarixli 313 nömrəli
Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1137)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
26 sentyabr 2014-cü il tarixli 313 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 09, maddə 1137) ilə “İctimai birliklərə respublika idman federasiyası statusunun
verilməsi üçün onların dövlət akkreditasiyası Qaydası”nın 1-ci hissəsində “respublika” sözü “ölkə” sözü ilə
əvəz edilmişdir.
[2]
12 aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354) ilə "İctimai birliklərə
respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası Qaydası"nın 3.1-ci
bəndinə on birinci və on ikinci abzaslar əlavə edilmişdir.
[3]
12 aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354) ilə "Respublika idman
federasiyalarının dövlət reyestrinin aparılması Qaydaları"nın 2.2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.2. RİFDR-ə daxil edilməsi üçün Nazirlik tərəfindən respublika idman federasiyalarından
(assosiasiyalarından) aşağıdakı sənədlər tələb olunur:
akkreditasiya barədə qərarın təsdiq edilmiş surəti;
hüquqi adı və ünvanı;
təşkilati strukturu;
beynəlxalq və digər idman qurumlarına üzvlüyü haqqında məlumat;
rəhbərliyi və rəhbər orqanlarının tərkibi haqqında məlumat.
[4]
12 aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354) ilə "Respublika idman
federasiyalarının dövlət reyestrinin aparılması Qaydaları"nın 2.4-cü və 2.5-ci bəndləri çıxarılmışdır və 2.6-cı
bəndi 2.4-cü bənd hesab edilmişdir.
[5]
12
aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354) ilə "İdman növlərinin
dövlət reyestrinin aparılması Qaydaları"nın 2.2-ci və 2.3-cü bəndləri çıxarılmışdır və 2.4-cü bəndi 2.2-ci bənd
hesab edilmişdir.
[6]
12 aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354) ilə "İdman növlərinin
dövlət reyestrinin aparılması Qaydaları"nın 2.4-cü bəndində "İdman növü" sözləri "Ölkə ərazisində
qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış idman növü" sözləri ilə əvəz edilmişdir.
[7]
12 aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354) ilə "Azərbaycan
Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları, idman dərəcələri, məşqçilərin təsnifat
kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələri"nin 1-ci bəndinin altıncı abzasında "İlk iki ad" sözləri
"İlk ad" sözləri ilə, "sonrakı iki ad" sözləri isə "sonrakı üç ad" sözləri ilə əvəz edilmişdir.
Dostları ilə paylaş: |