Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında



Yüklə 241,96 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix21.04.2017
ölçüsü241,96 Kb.
#15060
1   2   3

Sıra 

№-si

 

İdman növləri

 

İdman növlərinin inkişafına rəhbərlik edən 

mərkəzi icra hakimiyyəti orqanı (aidiyyəti üzrə)

 

 



 

I. Hərbi-tətbiqi idman növləri

 


1.

 

Ordu əlbəyaxa döyüşü



 

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli 

Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, 

Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti

Dövlət Sərhəd Xidməti

 

2.



 

İdman çoxnövçülüyü

 

3.

 



Beşnövçülük

 

4.



 

Ştat və tabel silahından atıcılıq

 

5.

 



Uzaq məsafələrə kross qaçışları

 

6.



 

Uzaq məsafələrə silahlı-təchizat 

qaçışları

 

7.



 

Maneələr zolağını dəf etmə

 

8.

 



Səmti müəyyən etmə

 

9.



 

Qumbara atma

 

10.


 

Paraşüt idmanı

 

11.


 

Dəniz pentatlonu

 

12.


 

Tətbiqi üzgüçülük

 

13.


 

Dağ alpinizmi

 

14.


 

Süngüləşmə

 

 

 



II. Xidməti-tətbiqi idman 

növləri

 

Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, 



Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Xüsusi 

Dövlət Mühafizə Xidməti, Dövlət Miqrasiya 

Xidməti, Dövlət Feldyeger Xidməti

 

1.



 

Suda xilasetmə idmanı

 

2.

 



Xidməti motoçoxnövçülük 

idmanı


 

3.

 



Səmti müəyyən etmə

 

4.



 

Xilasedici — idman 

çoxnövçülüyü

 

5.



 

Ştat və tabel silahından atıcılıq

 

6.

 



Yanğından xilasetmə idmanı

 

7.



 

Universal döyüş

 

8.

 



Təkbətək mübarizə

 

9.



 

İkinövçülük

 

10.


 

Üçnövçülük

 

11.


 

Çoxnövçülük

 

 

 

Qeyd. Göstərilən  mərkəzi  icra  hakimiyyəti  orqanları  bu  Siyahıda  nəzərdə  tutulan  hərbi-tətbiqi  və 

xidməti-tətbiqi  idman  növlərinin  seçilməsini  və  daxili  tətbiq  mexanizmini  fəaliyyətlərinin  xüsusiyyətlərinə 

müvafiq olaraq aidiyyəti üzrə müstəqil müəyyən edirlər.

 

  

  



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

  

Milli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və 



antidopinq təminatı 

QAYDASI 

  

1. ÜMUMİ MÜDDƏA

 

 

 

Bu Qayda 



"

Bədən tərbiyəsi və idman haqqında

"

 Azərbaycan Respublikası Qanununun tətbiq 



edilməsi  barədə

"

 Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  27  avqust  tarixli,  147 nömrəli 



Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

 

 

 

2. MİLLİ YIĞMA KOMANDALARIN MADDİ-TEXNİKİ TƏMİNATI

 

 

 

2.1.  Bu  Qaydanın  məqsədi  milli  yığma  komandaların  maddi-texniki  təminatı  qaydalarını 



müəyyənləşdirmək,  onların  maddi-texniki  bazasının  formalaşdırılması,  möhkəmləndirilməsi  və 

inkişaf etdirilməsini təmin etməkdən ibarətdir.

 

2.2. Milli yığma komandaların və onların üzvlərinin maddi-texniki təminatı əsasən aşağıdakı 



sahələri özündə cəmləşdirir:

 

2.2.1. təlim-məşq prosesi. Bu sahə üçün aşağıdakılar zəruridir:



 

beynəlxalq standartlar və normalara uyğun olan təlim-idman qurğusu;

 

idman növü üçün tələb olunan avadanlıq, ləvazimat, texniki vasitələr və s.;



 

xüsusi idman geyimləri, ayaqqabıları;

 

tibbi və bərpaedici mərkəz, sauna və s.;



 

yardımçı  təlim-idman  obyektləri  (üzgüçülük  hovuzu,  trenajor  zalı,  ümumi-fiziki  hazırlıq 

zalları və meydançalar);

 

2.2.2. qidalanma. Bu sahəyə aşağıdakılar daxildir:



 

hazırlıq dövrünün xüsusiyyətləri nəzərə alınmaqla, müəyyən edilmiş qidalar;

 

idman növlərinin xüsusiyyətlərinə görə əlavə qidalanma;



 

təlim-məşq toplanışlarında bütün gün ərzində qidalanma;

 

bərpaedici qidalanma;



 

2.2.3. tibbi-farmakoloji təminat. Bu sahə aşağıdakılardan ibarətdir:

 

idmançılara tibbi xidmətin və nəzarətin təşkili;



 

müəyyən edilmiş dövrlərdə tibbi müayinələrin keçirilməsi;

 

hər  bir  idmançıya  fərdi  olaraq  vitaminlərin  və  dərman  preparatlarının  müəyyən  edilməsi, 



alınması və idmançı tərəfindən onların qəbulunun təmin edilməsi;

 

bərpa dövrlərində idmançıların ehtiyaclarına uyğun müalicələrin müalicə sanatoriyalarında, 



müalicə-tibb müəssisələrində (klinika, xəstəxana, tibbi mərkəz və s.) həyata keçirilməsi;

 

milli yığma komandaların bütün üzvlərinin tibbi sığortalanması;



 

2.2.4. maliyyə təminatı. Bu sahəyə aşağıdakılar aiddir:

 

milli yığma komandalar üçün komandanın illik hazırlıq planına əsasən illik smeta xərclərinin 



hazırlanması və təsdiqi;

 

xərclər smetasına uyğun olaraq yığma komandaya maliyyə vəsaitinin ayrılması;



 

milli yığma komandaların inzibati işçilərinin, məşqçilər heyətinin, tibbi və texniki personalının 

və idmançılarının aylıq əməkhaqqı, müavinətlər, təqaüdlər və digər ödənişlərlə təmin edilməsi;

 

milli  yığma  komandalar  üçün  mükafat  fondlarının  yaradılması,  mükafat  meyarlarının 



müəyyən edilməsi.

 

2.3. Milli yığma komandaların və idmançıların maliyyə təminatı əsasən aşağıdakı mənbələr 



hesabına həyata keçirilir:

 


bədən tərbiyəsi və idman sahəsinə dövlət büdcəsindən ayrılan vəsait;

 

idman növləri üzrə respublika idman federasiyaları;



 

Milli Olimpiya Komitəsi;

 

idman təşkilatları;



 

sponsor təşkilatlar;

 

hamilik  edən  hüquqi  və  fiziki  şəxslərin  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 



qadağan  olunmayan  fəaliyyətlərindən  (reklam,  kommersiya  tipli  yarışlarda  iştirak  və  s.)  əldə 

edilmiş vəsaitlər.

 

2.4. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra — Nazirlik) milli 



yığma  komandaların  maddi-texniki  təminatı  ilə  bağlı,  idman  obyektlərinin  tikintisinin  təşkili, 

fəaliyyət göstərən idman obyektlərinin bərpası və işlək vəziyyətdə saxlanılması barədə təkliflərini 

hazırlayır və müvafiq orqanlara təqdim edir.

 

 

 

3. MİLLİ YIĞMA KOMANDALARIN ELMİ-METODİKİ TƏMİNATI

 

 

 

3.1. Azərbaycan Respublikasının milli yığma komandalarının elmi-metodiki təminatının əsas 



məqsədi müasir elmi nailiyyətlər və qabaqcıl təcrübə əsasında yüksəkdərəcəli idmançıların hazırlıq 

sisteminin yaradılmasıdır.

 

3.2.  Milli  yığma  komandaların  və  yüksəkdərəcəli  idmançıların  hazırlıq  sisteminin  elmi 



təminatının metodoloji əsasları aşağıdakılardan ibarətdir:

 

yüksəkdərəcəli idmançıların hazırlıq sisteminin elmi-metodiki əsasının hazırlanması;



 

çoxillik  hazırlıq  prosesində  milli  yığma  komandalara  namizədlərin  seçilməsi  və  inkişaf 

dinamikası proqnozunun ölçü vahidlərinin elmi əsaslandırılması;

 

məşq prosesinin idarə olunmasının elmi əsaslandırılması;



 

olimpiya 

idman 

növləri 


üzrə 

yüksəkdərəcəli 

idmançıların 

hazırlıq 

sisteminin 

təkmilləşdirilməsi.

 

3.3.  Yüksəkdərəcəli  idmançıların  hazırlıq  sisteminin  ümumi  nəzəri  və  metodoloji  əsasları 



aşağıdakılardan ibarətdir:

 

müasir idman nəzəriyyəsinin ümumi quruluşu və məzmununun hazırlanması;



 

elmi  kompleks  qrupların  (EKQ)  yaradılması,  respublika  idman  federasiyaları  ilə  əlaqələrin 

təşkili,  milli  yığma  komandaların  beynəlxalq  yarışlara  hazırlığının elmi  əsaslarla  aparılması  üzrə 

birgə fəaliyyətin təmin edilməsi.

 

3.4. Çoxillik hazırlıq prosesində milli yığma komandalara namizədlərin seçilməsi və inkişaf 



dinamikası proqnozunun ölçü vahidlərinin elmi əsasları aşağıdakılardır:

 

hazırlığın  müxtəlif  mərhələlərində  idman  istedadlarının  müəyyən  edilməsi  və  seçilməsi 



metodlarının sistemləşdirilməsi;

 

idmançıların  yaş  xüsusiyyətlərini  nəzərə  almaqla,  milli  komandalara  seçmənin  təşkilati  — 



metodiki əsaslarının hazırlanması;

 

seçmədə irsi əlamətlərin rolunun təyin edilməsi;



 

perspektivli  idmançıların  seçimi  və  bu  seçimi  aparmağın  ölçü  vahidlərinin  elmi 

əsaslandırılması;

 

idman nailiyyətlərinin proqnozlaşdırılmasının elmi-metodiki əsasları.



 

3.5. Məşq prosesinin idarə olunmasının elmi əsasları aşağıdakılardan ibarətdir:

 

yüksəkdərəcəli  idmançıların  məşq  prosesinin  fərdiləşdirilməsinin  əsaslandırılması  və 



metodologiyasının hazırlanması;

 


milli  komandaların  məşq  prosesinin  bütün  mərhələlərinin  məzmunu,  quruluşu,  metod  və 

vasitələri, planlaşdırılmasının elmi əsasları;

 

gərgin təlim-məşq və yarış şəraitində yığma komanda üzvlərinin xüsusi hazırlığına kompleks 



nəzarət,  alınan  nəticələrin  təhlili,  düzəlişlərin  edilməsi,  idman  hazırlığının  inkişafı  və 

təkmilləşdirilməsi;

 

milli komandaların üzvlərinin yarış fəaliyyətinin modelləşdirilməsi;



 

yüksəkdərəcəli  idmançıların  işgörmə  qabiliyyətinin  bərpası  və  onun  imkanlarının 

artırılmasının metod və vasitələrinin elmi əsasları;

 

idmançıların iradi-mənəvi hazırlığının təkmilləşdirilməsi.



 

3.6. Olimpiya idman növləri üzrə yüksəkdərəcəli idmançıların hazırlıq sisteminə aşağıdakılar 

daxildir:

 

silsiləvi idman növlərində milli yığma komanda üzvlərinin hazırlıq sistemi;



 

sürət-qüvvə tələb edən idman növlərində milli yığma komanda üzvlərinin hazırlıq sistemi;

 

təkmübarizəlik idman növlərində milli yığma komanda üzvlərinin hazırlıq sistemi;



 

mürəkkəb  koordinasiyası  olan  idman  növlərində  milli  yığma  komanda  üzvlərinin  hazırlıq 

sistemi;

 

idman oyunlarında milli yığma komanda üzvlərinin hazırlıq sistemi;



 

Olimpiya  Oyunlarına  dördillik  hazırlıq  mərhələsində  milli  yığma  komanda  üzvlərinin 

hazırlığına kompleks elmi nəzarət.

 

3.7. Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq yarışlarda iştirakı 



elmi-kompleks  qrupları  tərəfindən  işlənmiş  və  Nazirlik  tərəfindən  təsdiq  edilmiş  hazırlıq 

proqramları və planları əsasında həyata keçirilir.

 

3.8. Bədən tərbiyəsi və idman sahəsində elmi tədqiqat işlərinin aparılması öz fəaliyyətlərini 



dövlət və digər sifarişlər əsasında həyata keçirən bədən tərbiyəsi və idman sahəsində yaradılmış 

elmi  mərkəzlər,  elmi  tədqiqat  institutları,  laboratoriyalar,  eləcə  də  təhsil  müəssisələri  tərəfindən 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

 

 

 

4. MİLLİ YIĞMA KOMANDALARIN TİBBİ-BİOLOJİ, TİBBİ VƏ ANTİDOPİNQ TƏMİNATI

 

 

 

4.1. Milli yığma komandaların üzvlərinin tibbi-bioloji təminatı hər il yeniləşən Ümumdünya 



Antidopinq Agentliyi (bundan sonra —ÜADA) tərəfindən tərtib olunan siyahı nəzərə alınmaqla, il 

ərzində Nazirlik tərəfindən həyata keçirilir.

 

4.2.  İdmançıların  sağlamlığının  aşkar  edilmiş  xüsusiyyətləri  və  funksional  vəziyyəti  nəzərə 



alınmaqla,  orqanizmin  qəbul  etdiyi  yüklərə  adaptasiya  göstəriciləri  üzrə  əsaslandırılmış  fərdi 

bərpaedici-reabilitasiya üçün onlara mütəxəssis tərəfindən dərman maddələri təyin olunur.

 

4.3. Milli yığma komanda üzvlərinin yarışqabağı farmakoloji təminatına aşağıdakılar daxildir:



 

milli yığma komandaların üzvlərinin yarışqabağı adaptasiyası;

 

idmanda dopinq problemləri və buna nəzarət;



 

adoptogen bioloji fəal maddələrin idmanda istifadə olunması və farmakoloji təminat;

 

idmançının  göstəricilərinə  təsir  edən  müxtəlif  tibbi  preparatlardan  və  qidaya  əlavələrdən 



istifadə.

 

4.4. Milli yığma komandaların üzvlərinin tibbi təminatı idmançıların əsaslı tibbi müayinəsini 



(idmançıların fiziki inkişafı, sağlamlığı və funksional vəziyyəti haqqında məlumat) və müalicəsini 

özündə əks etdirir.

 

4.5. Əsaslı tibbi müayinənin məqsədi aşağıdakılardır:



 

milli  yığma  komandaların  idmançılarının  funksional  imkanlarının  səviyyəsinin  müəyyən 

edilməsi;

 

idmançıların təlim — məşq prosesinə qatılmalarına maneçilik törədən xəstəliklərin və patoloji 



halların müəyyən edilməsi;

 

patoloji hallara səbəb olan riskli amillərin müəyyən edilməsi;



 

idman ustalığı səviyyəsindən asılı olaraq, hazırlıq dövrü prosesində idmançının fiziki inkişaf 

səviyyəsinin dəyişilməsinin diaqnostikası;

 

idmançının orqanizminin sağlamlığı haqqında məlumatın təhlili və buna uyğun olaraq, onun 



fərdi hazırlıq planlarında müvafiq düzəlişlərin (əlavə və dəyişikliklərin) aparılması.

 

Əsaslı tibbi müayinənin nəticələri idmançıların tibbi sənədlərində qeyd olunur.



 

4.6. Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq yarışlarda iştirakı 

zamanı elmi-metodiki və tibbi təminatı Nazirlik və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 

Milli  Olimpiya,  Paralimpiya,  Deflimpiya,  Xüsusi  Olimpiya  komitələri  və  respublika  idman 

federasiyaları tərəfindən həyata keçirilir.

 

4.7.  Azərbaycan  Respublikasında  qadağan  edilmiş  dopinq  vasitələrindən  və  metodlarından 



istifadəyə  qarşı  yönəldilmiş  vahid  siyasət 

"

Bədən  tərbiyəsi  və  idman  haqqında



"

 Azərbaycan 

Respublikasının Qanununa uyğun olaraq Nazirlik tərəfindən həyata keçirilir.

 

4.8. Milli yığma komandaların antidopinq təminatı aşağıdakıları özündə əks etdirir:



 

milli yığma komandaların idmançıları, məşqçiləri və tibbi personalları üçün xüsusi antidopinq 

maarifləndirmə proqramları üzrə (Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş 

dərman maddələrinin siyahısının izahı, idmançıların, həkimlərin və məşqçilərin məsuliyyətlərinin 

izahı,  dopinq  nəzarətinin  klassik  reqlamenti  ilə  tanışlıq)  seminar-məşğələlərin  mütəmadi  olaraq 

təşkili və keçirilməsi;

 

respublika  və  beynəlxalq  miqyaslı  yarışlarda,  habelə  yarışdankənar  vaxtlarda  dopinq 



nəzarətinin keçirilməsi;

 

terapevtik  istifadə  ilə  bağlı  sorğuların  vaxtında  antidopinq  təşkilatlarına,  ÜADA-ya 



göndərilməsi,  bu  məsələlərlə  bağlı  mübahisəli  və  mürəkkəb  vəziyyətlər  yarandığı  zaman  tibbi 

ekspertlərin  rəyinin  öyrənilməsi,  terapevtik  istifadə  məsələləri  üzrə  idman  federasiyaları  ilə 

qarşılıqlı fəaliyyəti tənzimləmək üçün xüsusi komissiyaların yaradılması;

 

antidopinq  laboratoriyalarından  idmançıların  bioloji  nümunələrinin  yoxlamalarının 



nəticələrinin  əldə  edilməsi,  analizin  xoşagəlməz  nəticələri  aşkar  edildiyi  təqdirdə,  idman 

federasiyalarının (assosiasiyalarının) bu barədə məlumatlandırılması;

 

dopinqin müəyyən edilməsi məqsədi ilə keçirilən 



"

A

"



 nümunəsinin analizi xoşagəlməz nəticə 

verdiyi təqdirdə, idmançıya onun hüquqlarının bildirilməsi;

 

dopinq  nümunəsinin  götürülməsi  üçün  mütəxəssis  heyətinin  təlimi  və  attestasiyasının 



keçirilməsinin təşkil edilməsi.

 

  



  

 

 



 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



 

2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

  

 



Ölkə ərazisində yayılan idman növlərinin və idman fənlərinin tanınması 

QAYDALARI 

 

 

1. ÜMUMİ MÜDDƏALAR

 

 

 

Bu  Qaydalar 



"

Bədən  tərbiyəsi  və  idman  haqqında

"

 Azərbaycan  Respublikası  Qanununun 



tətbiq  edilməsi  barədə

"

 Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  27  avqust  tarixli,  147 



nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

 

İdman növünün (fənninin) əsas məqsədi hər bir şəxsin sağlamlığının möhkəmləndirilməsinə, 



qorunmasına və fiziki inkişafına xidmət etməkdən ibarətdir.

 

 

 

2. ÖLKƏ ƏRAZİSİNDƏ YAYILAN İDMAN NÖVÜNƏ (FƏNNİNƏ) DAİR TƏLƏBLƏR

 

 

 

Ölkə ərazisində yayılan idman növünə (fənninə) dair tələblər aşağıdakılardır:



 

idman növü (milli idman növləri istisna olmaqla) beynəlxalq idman qurumlarında tanınmış 

və qəbul edilmiş idman növlərindən biri olmalıdır;

 

milli  idman  növü  müəyyən  ərazilərdə  yaşayan  sakinlər  arasında  tarixi  ənənəyə,  kütləvi 



marağa və onların asudə vaxtlarında daha çox məşğulluqlarına xidmət edən idman növlərindən biri 

olmalıdır;

 

idman növünün qaydalarında insanın sağlamlığına ağır zədə vuran və ölümlə nəticələnə bilən 



fəndlərə, rəqibə qarşı hörmətsizlik və qəddarlığa, insan ləyaqətini və şəxsiyyətini alçaldan, eləcə də 

tamaşaçılara qarşı qeyri-etik münasibətlərlə fərqlənən hallara hər hansı bir formada icazə verilməsi 

qəbulolunmazdır;

 

idman növü (fənni) üzrə yarışların keçirilməsi qaydaları olmalıdır;



 

idman növünün (fənninin) inkişafı üçün tələb olunan maddi-texniki baza olmalıdır;

 

idman  növü  (fənni)  üzrə  mütəxəssislərin  sayı  və  yenilərinin  hazırlanması  üzrə  proqram 



olmalıdır.

 

 

 

3. ÖLKƏ ƏRAZİSİNDƏ YAYILAN İDMAN NÖVÜNÜN (FƏNNİNİN) TANINMASI İLƏ 

BAĞLI TƏQDİM EDİLƏN SƏNƏDLƏR

 

 

 

Ölkə  ərazisində  yayılan  idman  növünün  (fənninin)  tanınması  haqqında  rəsmi  müraciət 



aşağıda göstərilən sənədlərlə birlikdə müvafiq idman növləri üzrə respublika idman federasiyaları 

(assosiasiyaları),  bədən  tərbiyəsi  və  idman  təşkilatları,  icra  hakimiyyəti  və  yerli  özünüidarəetmə 

orqanları tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə (bundan sonra —

Nazirlik) təqdim edilir:

 

idman növünün (fənninin) dəqiq adı göstərilən rəsmi sənəd;



 

müraciət  edən  təşkilatın  təsis  sənədlərinin,  hüquqi  şəxsin  dövlət  qeydiyyatı  haqqında 

şəhadətnaməsinin,  respublika  idman  federasiyasının  (assosiasiyasının)  dövlət  akkreditasiyası 

barədə qərarının müvafiq qaydada təsdiq edilmiş surətləri;

 

idman növü (fənni) üzrə yarışların keçirilməsi qaydaları;



 

idman növünün (fənninin) perspektiv inkişaf proqramı;

 

idman növünün (fənninin) təlimi üzrə metodiki təlimatlar və tövsiyələr.



 

 

 

 



4. XÜSUSİ QEYDLƏR

 

4.1. Ölkə ərazisində yayılan idman növünün (fənninin) tanınması haqqında təqdim olunmuş 



rəsmi  müraciətə  Nazirlikdə  yaradılmış  xüsusi  komissiyada  2  (iki)  həftə  ərzində  baxılır. 

Komissiyanın  rəyi  müsbət  olduğu  halda,  məsələ  Nazirliyin  kollegiyasının  müzakirəsinə  təqdim 

edilir.  İdman  növünün (fənninin)  tanınması haqqında  qərar  Nazirlik  tərəfindən  qəbul edilir  və 2 

(iki) həftə ərzində bu barədə müraciət edənə rəsmi olaraq yazılı formada məlumat göndərilir.

 

4.2. Xüsusi komissiya ölkə ərazisində yayılan idman növünün (fənninin) tanınması ilə bağlı 



qeyri-müsbət qərar qəbul edərsə, bu barədə 2 (iki) həftə ərzində müraciət edənə idman növünün 

(fənninin) tanınmaması səbəbləri haqqında rəsmi yazılı məlumat verilməlidir. Müraciət edən həmin 

səbəbləri aradan qaldırmaqla, 6 (altı) aydan sonra ölkə ərazisində yayılan idman növünün (fənninin) 

tanınması ilə bağlı yenidən müraciət edə bilər.

 

4.3.  Nazirlik  rəsmi  qaydada  tanınmış  idman  növü  (fənni)  haqqında  kütləvi  informasiya 



vasitələrində və özünün xüsusi bülletenində məlumat dərc etdirir.

 

  



  

 

 



 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



 

2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

  

Respublika idman federasiyalarının dövlət reyestrinin aparılması 



QAYDALARI 

 

 

1. ÜMUMİ MÜDDƏA

 

 

 

Bu  Qaydalar 



"

Bədən  tərbiyəsi  və  idman  haqqında

"

 Azərbaycan  Respublikası  Qanununun 



tətbiq  edilməsi  barədə

"

 Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  27  avqust  tarixli,  147 



nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

 

 



 

2. RESPUBLİKA İDMAN FEDERASİYALARININ (ASSOSİASİYALARININ) DÖVLƏT 

REYESTRİNƏ DAXİL EDİLMƏSİ QAYDALARI VƏ TƏLƏBLƏRİ

 

 

 

2.1. Respublika idman federasiyalarının dövlət reyestri (bundan sonra — RİFDR) Azərbaycan 



Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən aparılır.

 

2.2. İctimai birlik dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman federasiyası 



statusunu alır və respublika idman federasiyalarının dövlət reyestrinə daxil edilir.

[3]


 

2.3. RİFDR aşağıdakılardan ibarətdir:

 

qeydiyyatın sıra nömrəsi;



 

respublika idman federasiyasının (assosiasiyasının) adı və kod nömrəsi;

 

idman  növünün  (fənninin)  adı  və  kod  nömrəsi  (bunlar  idman  növlərinin  dövlət  reyestrinə 



uyğun olmalıdır);

 

akkreditasiya barədə qərarın tarixi və nömrəsi;



 

beynəlxalq və digər idman qurumlarına üzvlük haqqında məlumat;

 


fəaliyyəti  dayandırılmış,  ləğv  edilmiş  və  ya  yenidən  təşkil  olunmuş  respublika  idman 

federasiyaları (assosiasiyaları) haqqında məlumatlar.

 

2.4. RİFDR-ə daxil olma haqqında Nazirliyə təqdim edilmiş sənədlər bu Qaydaların tələblərinə 



uyğun gəlmədiyi halda, məsələyə baxılmır və həmin sənədlər 2 (iki) həftə ərzində müraciət edənə 

qaytarılır.

 

2.5.  Nazirlik  təqdim  olunmuş  sənədlərdəki  məlumatların  həqiqətə  uyğun  olmadığı,  qeyri-



dəqiq və səhv olduğu hallarda, müvafiq respublika idman federasiyasının (assosiasiyasının) RİFDR-

ə daxil edilməməsi haqqında qərar qəbul edir və bu barədə 10 (on) gün ərzində həmin təşkilatı rəsmi 

qaydada məlumatlandırır.

 

2.4.  Nazirlik  təqdim  edilmiş  sənədlər  əsasında  respublika  idman  federasiyasının 



(assosiasiyasının) RİFDR-ə daxil edilməsi haqqında qərarın surətini və reyestr qeydiyyatı haqqında 

şəhadətnaməni 1 (bir) ay ərzində müvafiq respublika idman federasiyasına (assosiasiyasına) təqdim 

edir.

[4]


 


Yüklə 241,96 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin