QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə28/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

əmsal şkalaları (TƏ) hazırlanmışdır. Toksiklik vahidi kimi bu qrupun marker birləşmələrinin – bioloji aktivlik 

baxımından ən güclü və yaxşı öyrənilən 2, 3, 7, 8 – tetraxlordibenzo-n-dioksin (TXDD) görə toksiklik effekti 

qəbul edilmişdir. Dioksin və furanlar üçün TƏ-ni hesablamaq məqsədilə onların kütlə konsentrasiyası 

ekvivalent toksiklik əmsalına vurulur. Alınmış qiymətləri toplayaraq öyrənilən nümunənin toksiklik cəmi 

hesablanır. Hazırda hesablama aparılan zaman 1997-ci ildə ÜST tərəfindən qəbul edilən ekvivalent toksiklik 

dərəcəsinin qiymətlərindən istifadə olunur (cədvəl 12.8).  



Cədvəl 12.8 

 

XDD toksinləri və XDF furanları üçün ekvivalent toksikliyin qiymət əmsalları (ÜST, 1997) 

 

Birləşmə 

TƏ Birləşmə 

TƏ 

 

1 2 



3  4 

2, 3, 7, 8 TXDD 

1,0 

2, 3, 4, 7, 8 penta XDF 



0,5 

1, 2, 3, 7, 8 XDD 

1,0 

1, 2, 3, 4, 7, 8 heksa XDF 



0,1 

1, 2, 3, 4, 7, 8 XXD 

0,1 

1, 2, 3, 6, 7, 8 heksa XDF 



0,1 

1, 2, 3, 6, 7, 8 XXD 

0,1 

1, 2, 3, 7, 8, 9 heksa XDF 



0,1 

1, 2, 3, 7, 8 XXD 

0,1 

2, 3, 4, 6, 7, 8 heksa XDF 



0,1 

1, 2, 4, 6, 7, 8 XXD 

0,01 

1, 2, 3, 4, 6, 7, 8 hepta XDF 



0,01 

Okta XXD 

0,0001 

1, 2, 3, 4, 7, 8, 9 hepta XDF 



0,01 

2, 3, 7, 8 TXDF 

0,1 

Okta XDF 



0,0001 

1, 2, 3, 7, 8 – penta 

XDF 

0,05  


 

 

Qeyd edildiyi kimi, dioksinlər üçün orqanizmə politrop təsir səciyyəvidir, yəni onlar demək olar ki, bütün 



sistemlərə və insanın bütün orqanlarına təsir göstərir. Bu xüsusilə, istehsalatda yüksək konsentrasiya xlortərkibli 

pestisidlər və ya digər xlor üzvi maddələrin təsirində  təzahür olunur. Təbii ki, məhz belə müəssisələrdə belə 

toksikantlarla təmasda olan işçilərdə spesifik nəticələr nəzərə alınacaq dərəcədə özünü göstərir. Onlarda dəri 

xəstəliklərinin (xlorakne) əmələ  gəlməsinə böyük risk vardır, depressiya, nevralgiya, lipid mübadiləsinin, 

immun statusunun pozuntuları, mərkəzi və periferik sinir sisteminin funksional dəyişməsi, libidonun aşağı 

düşməsi müşahidə olunur. Bu pozuntuların əksəriyyəti 25 ildən artıq dioksinlərlə təmasda olunan işçilərdə baş 

verir, lakin bəzi simptomlar cavan işçilərdə də görünür.  


 

179


Dioksinlərin sonsuzluğun, daxili səbəblərdən törəyən abortların, ölü doğulanların, anadangəlmə qüsurların 

inkişafı ekoloji-epidemioloji tədqiqatlarla təsdiq olunmuşdur.  

1997-ci ilin fevralında MAİR-in beynəlxalq ekspert komitəsi dioksinləri kanserogen təhlükəli birinci qrupa 

aid etdi. Son illərin tədqiqatlarında bu maddələrin qaraciyər kanserogenində rolu da təsdiq edilmişdir. 

Dioksinlərin kanserogen təsirinin epidemioloji tədqiqatları göstərdi ki, xlor istehsalında işləyən fəhlələr arasında 

mədə, ağciyər, bağırsaqda xərçəng xəstəliklərindən, həmçinin yumşaq toxumaların və leykozların 

sarkomasından (qorxulu şişlərin bir növü) ölənlərin sayı 5,0-16,5 dəfə artmışdır (Reviç və b., 2004, səh. 225). 

M.Kogevinas et al (1993) və D.Flesh-Yanys et al (1996) tərəfindən aparılan tədqiqatların nəticələri göstərdi 

ki, TXDD əmələ gələn istehsalatda bir ildən artıq işləyən işçilərin ağciyər və mədələrində xərçəng və bəzi limfa 

növləri xəstəliklərinin baş verməsi riski 15% yüksəlmişdir, xlortərkibli pestisidlərin təsirinə  məruz qalan 

qadınların süd vəzilərində xərçəngin əmələ gəlməsi hadisəsi də artmışdır.  

Süd vəzilərində dioksinlərin miqdarı  şəhər sakinlərində  kənd yerlərində yaşayanlara nisbətən artıqdır. 

Rusiyada dioksinin konsentrasiyası xlortərkibli istehsal müəssisələrinin yaxınlığında (Çapayevsk, Usolye-

Sibirsk və b.) yaşayan qadınların süd vəzilərində 3 dəfə çox olmuşdur. Qazaxıstanda pambıq tarlalarının 

yaxınlığında yaşayan qadınların süd vəzilərində də dioksinin konsentrasiyası YVK-dan dəfələrlə çox olmuşdur 

(K.Hooper et al., 1999).  

Dioksini əks etdirən digər biosubstrat qan hesab olunur. Dünyanın müxtəlif ölkələrində dioksin təhlükəli is-

tehsalatda işləyən işçilərin qanının tərkibində olan dioksinlərin müqayisəli təhlili göstərir ki, bu toksiki 

maddələrin miqdarının yüksək səviyyəsi Çapayevsk və Ufa kimyəvi zavodlarının fəhlələrində aşkar edilmişdir. 

Zavodun yaxınlığında yaşayan qadınlarda dioksinin miqdarı 3 dəfə artıq qeydə alınmışdır.  



 «Oranj» agentinin tətbiqinin nəticələri. Vyetkonqun hərbi gücünü görmək məqsədilə 1964-cü ildə ABŞ-

ın hərbi hava qüvvələri tropik meşələrində  ağacları yarpaqsızlaşdırmaq üçün kütləvi surətdə  defoliant 

herbisidindən istifadə etmişdir. Tərkibində 170 kq ən toksik konqener TXDD olan «Oranj» agentinin tətbiqi 

nəticəsində Cənubi Vyetnam, Kampuçiya, Laosun əhalisinə, həm də bu əməliyyatda iştirak edən ABŞ, Kanada 

və Avstraliyanın öz hərbi qüvvələrinə böyük ziyan dəymişdir. Hətta «oranj»dan istifadədən 20 il keçdikdən so-

nra da onun nəticələrinin effekti qeydə alınmışdır. Vyetnam müharibəsində «oranj» agentinin tozlandırılması ilə 

məşğul olan Amerika veteranlarının üzərində aparılan müşahidələr onlarda diabetin əmələ  gəlməsi 2, 3, 7, 8 

TXDD-in təsiri arasında korrelyasiya aşkar etməyə imkan yaratmışdır.  

1976-cı ildə Şimali İtaliyada Sevezo şəhərində kimya zavodunda baş verən qəza nəticəsində ətraf mühitə 

çoxlu miqdarda 2, 3, 7, 8 TXDD daxil olmuşdur. Bunun nəticəsində 220 adamın dərisində xüsusi səpki (xlo-

rakne)  əmələ  gəlmişdir. bu xəstəliyə  uşaqlar daha çox məruz qalmışlar. Qəzanın nəticələri reproduktiv funk-

siyada böyük dəyişkənliyə  səbəb olmuşdur. Qəzadan ziyan çəkmiş Sevezo şəhərinin  əhalisində (çirklənmiş 

ərazidə) 15 il müddətində daima xərçəng xəstəliynin bəzi formalarının yüksək inkişaf riski qeydə alınmışdır.  

 

12.2.2. Polixlorlu bifenillər (PXB) 

PXB-in sintezi dünyada sənaye miqyasında 1920-ci illərin sonunda həyata keçirilməyə başlandı. 1970-ci 

illərdə bir sıra məhsulların hazırlanması zamanı ondan istifadə olunması qadağan edildi. Lakin PXB-in 

buraxılması davam etdirildi, çünki transformatorların, kondensatorların və müxtəlif hidravlik avadanlıqların 

yığılmasında ona tələbat çox idi. Kondensator və transformatorların sovol (PXB) və sovtal (PXB və trixlorbife-

nilin (TXB) qarışığı) doldurucuları ilə kütləvi buraxılmasına 1960-cı illərdən başlandı  və 1989-1990-cı illərə 

qədər bu buraxılış dayandırılmadı. PXB-dən həm də lak, mum, sintetik qətran, epoksidli boyalar və gəmilərin alt 

hissəsi üçün rənglər, sürgü-soyuducu mayelər və s. hazırlanmasında istifadə olunur. Qiymət məlumatına əsasən 

keçmiş SSRİ-də 100 min ədəddən artıq həcmi 10-dan 2500 kq-a qədər olan transformator hazırlanmışdır. 

Rusiyanın bəzi zavodları bir neçə yüz ədəd PXB tərkibli yağ olan transformatorlarla təchiz olunmuşdur.  

Hazırda 1986-cı ilə qədər buraxılan Rusiyanın enerji sistemlərində xaricdə istehsal olunan TXB ilə dolduru-

lan 200 min güclü transformator istismar edilir (Reviç və b., 2004). Həmin vaxtdan etibarən enerji sistemlərinə 

TXB və ya tərkibində PXB olan digər avadanlıqlar verilmir. Yeni kondensatorlarda TXB əvəzinə ekoloji 

təhlükəsiz dielektrikdən  istifadə edilir.  

PXB-nin çox hissəsi işləndikdən sonra zibilliklərə atılır və ya yandırılır. Onların atmosferə daxil olmasının 

bir yolu saylır (bütün itkinin 50%-ə qədəri). Bundan başqa PXB atmosferə bilavasitə əlavə buxarlanma (6%) ilə 

də daxil olur.  

Elektrotexniki yoxlamaların qabaqcadan verdiyi məlumata görə 30 min PXB tərkibli yağlar olan 1000-dən 

artıq obyekt mövcuddur.  

PXB-in sağlamlığa təsiri. PXB də dioksinlər kimi reprodikutiv funksiyaya böyük təsir göstərir. Əhalinin 


 

180


PXB-in təsirinə məruz qalmasını müəyyən etmənin nəticələri aşkar olunmuşdur:  

- PXB ilə qadınların çirklənmiş düyüdən istifadə etməsi nəticəsində ölü doğulan uşaqlar və uşaqlarda ölüm 

hadisəsi artmışdır.  

- Tərkibində yüksək miqdarda PXB olan balıqla qidalanan anaların uşaqları azçəkili olmuşdur (ABŞ, Miçi-

qan ştatı); İsveçin Baltikyanı sahillərində balıqçıların (anaların) qanlarında PXB-in miqdarı müqayisə qrupuna 

nisbətən 30% çox olmuşdur. 

- Qanlarında PXB-in miqdarı çox olan qadınların uşaqları anadangəlmə qüsurlarla doğulur.  

MAİR PXB-ni 2A qrupuna, ABŞ-ın  ətraf mühitin mühafizəsi Agentliyi isə insanda kanserogen ehtimalı 

qrupuna aid etmişdir.  

Epidemioloji tədqiqatların nəticələrinə  əsasən PXB-in təsiri ilə  dəridə melanomanın, qaraciyərdə  xərçəng 

xəstəliyinin, mədə-bağırsaq traktında (yolunda) şişlərin, digər bədxassəli yeni törəmələrin  əmələ  gəlməsi 

arasında əlaqəlik müəyyən edilmişdir. Əsasən müayinə kondensator istehsalı fəhlələrində aparılmışdır.  

Suyu PXB ilə çirklənmiş Miçiqan gölündə tutulmuş balıqla qidalanan anaların uşaqlarında  əqli (zehni) 

göstəricilərin aşağı olması müşahidə olunmuşdur (J.Jacobson, S.Yacobson, 1996). 



 «Yağ» xəstəlikləri. Yu-şo xəstəliyi. Yaponiyada PXB-nin qida məhsullarına izafi daxil olması  əhalinin 

sağlamlığında kəskin nəticələr baş vermişdir.  

1968-ci ildə Yaponiyada düyü yağının təmizlənməsi mərhələsində  məhsula «kanexlor-400» (PXB və 

PXDF, az miqdarda isə PXDD-in əlavə edilməsi qarışığı ticarət adı) düşmüşdür. Bunun nəticəsində Fukuoka və 

Naqasaki prefekturalarında yaşayan adamlarda əmələ  gələn xəstəlik «yu-şo» adlandırılmışdır. Düyü yağında 

tapılan PXB (TE)-in orta konsentrasiyası 0,98mkq/q, dioksinlər isə lap az olmuşdur. PXB-in orqanizmə 

gündəlik daxil olması 154 nq/kq-a çatmış (dioksin ekvivalentində), bu isə fon səviyyəsindən xeyli çoxdur. Zərər 

çəkən adamların qanında və yağ toxumalarında xeyli miqdarda PXB aşkar olunmuşdur.  

Qidada çirklənmiş yağdan istifadə edilməsi nəticəsində 2 minə yaxın adam ziyan çəkmiş, onların 149-u 

ölmüşdür. Xəstəliyin ilk simptomları bol tüpürcək axma, üst göz qapağının şişməsi, sızanaqşəkilli (civəşəkilli) 

səpki (kamedon), piy vəzilərinin fəaliyyətinin güclənməsi, dərinin piqmentləşməsi, tərləmək, zəiflik hissiyyatı 

olmuşdur. Xəstəlik ümumi yorğunluq, baş  ağrıları,  əzginlik (süstlük), ağır nəfəsalma ilə  səciyyələnir. Yu-Şo 

xəstəliyinə tutulmuş qadınlarda vaxtından qabaq doğum, bəzən ölü uşaq doğumu olmuşdur. Doğulan 11 

uşaqdan 9-nun dərisinin piqmenti qeyri adi tünd-qəhvəyi (tünd qəhvəyi ləkəli boz dəri), həmçinin dırnaqların və 

diş ətinin selikli qişasının piqmentləşməsi qeydə alınmış, çox yaş axması müşahidə edilmişdir .  

Vaxtilə zəhərlənməyə məruz qalan qadınların yeni doğulan uşaqlarının dərisi tünd rəngli olması ilə seçilir. 

Belə  uşaqları  «qara bəbələr» (black babies) adlandırılırdı. Onların çəkiləri sağlam anaların uşaqları ilə 

müqayisədə azçəkili, anadangəlmə qüsurlu olub dişləri, diş ətləri, dəri və ağciyərlərində xəstəlik müşahidə olu-

nur. Sonrakı epidemioloji tədqiqatların nəticələri göstərdi ki, Yu-Şo xəstəliyinə məruz qalan adamlarda xərçəng 

xəstəliklərindən ölüm hadisələrinin 3-6 dəfə çox olması aşkar edilmişdir.  



Yu-çenq xəstəliyi. Bu da digər yağ xəstəliyi olub 1979-cu ildə Tayvan adasında baş vermişdir. Qida çeşidli 

PXB ilə çirklənmiş düyü yağından istifadə etməklə 2 mindən artıq insan ziyan çəkmişdir. 1979-1986-cı illər 

ərzində doğulan uşaqlarda qaraciyərin funksiyasında pozuntular müşahidə edilmiş, min doğulan uşaqda ölümün 

sayı 26 nəfər, yəni orta qiymətdən 2-2,5 dəfə artıq olmuşdur.  

Rusiyada Serpixovda 1967-ci ildən PXB ilə doldurulan kondisionerlər buraxılışı olmuşdur, onun əhalinin 

sağlamlığına təsirinin dəqiq öyrənilməsi də burada həyata keçirilmişdir. 1988-ci ildən PXB tərkibli 

kondisionerlərin buraxılışı dayandırıldı, lakin bu müəssisələri əhatə edən ərazilərdə torpaq, qar və havada onun-

la yüksək səviyyədə çirklənmə aşkar edildi. Torpağın 10 sm-lik üst qatında (zavoddan 300 metrlik məsafədə) 

PXB-in konsentrasiyası quru çəki hesabı ilə 35,7 mq/kq-a çatması aşkar edildi.  

Kondensioner zavodunun qadın fəhlələrində  və zavodun ətrafında yaşayan qadınların südündə PXB-in 

yüksək konsentrasiyası (2000 mkq/l-ə qədər), zavodda işləyən kişilərin qanında (1000 mkq/l-ə qədər), həmçinin 

süd məhsullarında, yumurtada və s.-də  aşkar edilmişdir. Hətta PXB tərkibli kondensionerlərin istehsalı 

dayandırıldıqdan 10 il sonra da torpaqda, uşaq bağçalarında, həyətyanı sahələrdə bu maddələrin miqdarı YVK-

dan artıq olmuşdur.  

Serpuxovda PXB-nin təsiri nəticəsində əhalinin reproduktiv sağlamlığında həm spesifik nəticələr, həm də 

spesifik olmayan effektlər aşkar olundu.  



 

12.2.3. Pestisidlərin ətraf mühitə və sağlamlığa təsiri 

Kənd təsərrüfatı  zərərvericiləri ilə, həşərat, gəmiricilər, göbələk, alaq otları ilə  əsas mübarizə 

istiqamətlərindən biri pestisidlər adlanan kimyəvi maddələrdən istifadə etməkdir. Pestisidlər aşağıdakı  əsas 


 

181


siniflərə bölünür: akarisidlər – gənələrlə mübarizədə istifadə edilən maddələrantifidinqlər – cücüləri məhv 

edən maddələr;  herbisidlər- alaq bitkilərinə qarşı mübarizədə istifadə edilən preparatlar; zoosidlər – zərərli 

onurğalı heyvanları  məhv edən zəhərlər;  bakterisidlər, virusosidlər, funqisidlər – bitkilərdə viruslu və 

göbələk xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə edilən maddələr;  nematosidlər – bitkilərdə nematod 

xəstəliyinin törədicisi olan girdə qurdları məhv edən preparatlar: molyuskosidlər – zərərli ilbizləri məhv edən 

maddələr.   

Dünyada 180 pestisid növündən və bir neçə min preparat formasından istifadə edilir.  

Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr 

olmalarından irəli gəlir.  

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi qiymətə görə bütün dünyada pestisidlərin istifadəsindən hər il 

20000 adam ölür və 1 milyona yaxın adam zəhərlənərək sağlamlığını itirir. Əgər dünyada pestisidlərdən istifadə çox-

alarsa, ona müvafiq olaraq xəstəliklər və ölüm hadisəsi də artar. 

 

Şəkil 12.4. Pestisidlərin ətraf mühitdə sirkulyasiyası (N.N.Melnikov, 1977) 

 

Pestisidlər təbiətə  də ciddi təsir göstərir.Adətən istifadə olunan pestisidlərin yalnız bir faizindən istənilən 



məqsəd əldə etmək olur, qalan 99%-i ətraf mühitə düşərək torpağı, havanı çirkləndirir, biotanı zəhərləyərək çox 

vaxt gözlənilməz nəticələr verir. Torpağın münbitliyində torpaq biotası böyük rol oynayır. Zərərvericiləri 

pestisidlərlə məhv edərkən torpaq orqanizmlərinin, o cümlədən torpaq soğulcanlarının sayını azaldır. Bununla 

əlaqədar qara torpaqlarda torpaq soğulcanlarının miqdarı on və yüz dəfələrlə azalıb.  

Müxtəlif pestisidlər landşafta və onun komponentlərinə  mənfi təsir göstərir. Pestisidlərlə daha çox zərər 

çəkən heyvan qrupları çoxa doğru sıra ilə  aşağıdakı kimidir: onurğasızlar, balıqlar, quşlar, məməlilər, 

mikroorqanizmlər.  

Ətraf mühitə düşən pestisid bioakkumulyasiya prosesinə qoşulur, bu zaman pestisid qida zənciri ilə hərəkət 

etdikcə onun konsentrasiyası dəfələrlə (yüz min dəfəyə qədər) arta bilər. 

Xlorüzvi pestisidlərin sağlamlığa təsiri. Bu qrupa aldirin, heptaxlor, heksaxlor-benzol və DDT daxildir. 

DDT. Xlorüzvi pestisidlər arasında insanın sağlamlığı  və ekosistem üçün ən təhlükəlisi DDT-in kütləvi 

istifadəsi hesab olunur. DDT xlorüzvi pestisidləri və onun çevrilmələri (DDE və DDD) aromatik birləşmələr 

qrupuna daxildir (dioksinlər/furanlar, QXB və PXB də bu qrupa aiddir). Xlorüzvi pestisidlər Moskvada «Sin-

tez» zavodunda (1946-1970-ci illər), Dzerjinskidə (1965-1990), Novoçeboksarskda (1968-1990) və 

Çapayevskdə (1960-1987) istehsal olunmuşdur.  

SSRİ-də 1969-cu ildə DDT-dən istifadə edilməsi qadağan edilsə də, ondan 1980-ci ilin sonuna kimi istifadə 

 

Атмосфер

  

Ин-



сан  

 

Кимйя-



ви мящ-

суллар  

Щей

ван  

 

Бит-



ки

 

Торпаг  



Ба-

лыг-

лар

 

Су  



 

182


olunmuşdur. SSRİ  ərazisində istifadə edilən DDT-in miqdarı 1960-cı ildə 10,8 min ton, 1970-ci ildə 8,9 min 

ton, 1980-ci ildə 0,3 min ton təşkil etmişdir. 1971-ci ildə  kənd təsərrüafatında ziyanvericilərlə mübarizədə 

istifadə olunan kimyəvi vasitələrin siyahısından DDT çıxarıldı və ondan yalnız təbii-mənbə xəstəliklərinə qarşı 

mübarizədə istifadə edildi.  

İlk dəfə DDT 1874-cü ildə sintezləşdirildi, XX əsrin 30-cu illərinin sonunda İsveçrə kimyagəri Paul Müller 

ondan insektisid kimi istifadə olunması imkanını kəşf etdi. DDT-dən səhiyyədə və hərbi gigiyenada (əsasən bitə 

qarşı dezinsektant kimi) o qədər effektli oldu ki, 1948-ci ildə P.Müllerə tibb və fiziologiya sahəsində Nobel 

mükafatı  təqdim olundu. DDT malyariya və  səpkili tifion törədicilərinə qarşı  işlədilən  ən birinci və güclü 

insektisidlərdən biri hesab olundu. Onun istifadəsi bu xəstəliklərdən ölənlərin xeyli azalmasına imkan yaratdı. 

Belə ki, 1948-ci ildə malyariyadan 3 mln. adam ölmüşdür, 1965-ci ildə bu xəstəlikdən ölüm hadisəsi baş 

verməmişdir. 1938-ci ildə Yunanıstanda malyariya xəstəliyinə 1 mln., 1959-cu ildə  cəmi 1200 adam 

tutulmuşdur. 1945-ci ildə İtaliyanın Lasiya əyalətində bir ay ərzində malyariyadan 65-70 adam ölmüşdür, DDT-

dən istifadə edildikdən sonra isə bu səbəbdən ölənlərin sayı 1-2 nəfər olmuşdur. 1943-44-cü illərdə Neapolda 

səpkili tifin epidemiyası olmuş, sutka ərzində bu xəstəliyə 60 nəfər tutulmuşdur.  Əhali üçün sistemli olaraq 

DDT-dən istifadə olunduqdan sonra (yanvar, 1944) fevralın sonunda sutka ərzində bu xəstəliyə tutulanların sayı 

5 nəfərə kimi aşağı düşdü. DDT-dən bir çox ölkələrdə geniş istifadə olunmağa başlandı. Lakin onun geniş 

spektrli təsiri və olduqca davamlılığı hazırda ondan istifadədən imtina olunmasına gətirib çıxardı. Zərərli 

həşəratlarla yanaşı, həm də, faydalıları da məhv edildi, DDT-nin davamlılığı onun qida zəncirində toplanmasına 

səbəb oldu. Nəticədə quş, balıq və  məməli orqanizmlərdə onun konsentrasiyası yüksəldi. Qida zəncirinin hər 

həlqəsində DDT-nin miqdarı artdı: bitkilərdə (yosunlarda) -10 dəfə, xırda orqanizmlərdə (kiçik xərçəng) – 100 

dəfə, balıqlarda – 1000 dəfə, yırtıcı balıqlarda – 10000 dəfə (DDT-nin lildə olan miqdarına nisbətən).  

DDT-nin köməyi ilə insanlar öz həyat şəraitini yaxşılaşdırmağa ümid edirdi, lakin sonralar tədricən məlum 

oldu ki, belə tərəqqi onlara baha başa gəlir.  

Hesablamalar göstərir ki, atmosfer havasından torpağın səthinə DDT-nin çökməsi üçün 4 il lazımdır. Tor-

paqda isə o, 20 ilə qədər qala bilər. DDT-in suda pis həll olması, yüksək temperatura davamlılığı, yağlarda və 

lipidlərdə yaxşı həll olması ilə əlaqədardır.  

ABŞ-da qadağan olunan kimyəvi agentlər arasında DDT birincilər sırasındadır.  

DDT-nin ekosistemin vəziyyətinə  və  əhalinin sağlamlığına təsiri artıq uzun illərdir ki, öyrənilir. 

Pestisidlərin təsirinə onun istehsalı ilə  məşğul olan işçilər, həmçinin kənd təsərrüfatı aviasiyası personalı, 

fermerlər, aqronomlar və kənd təsərrüfatının digər mütəxəssisləri daha çox məruz qalır. Bu şəxslərdə xlorakne 

adlanan tipik xəstəlik qeydə alınır.  

Hazırda dünyanın  əksər ölkələrində DDT-dən istifadənin qadağan olunmasına və praktiki olaraq ondan 

istifadə olunmamasına baxmayaraq, onun insanların reproduktiv sağlamlığına və endokrin sisteminə sonrakı 

təsirinin nəticələri ciddi problem olaraq qalır.  

DDT konserogen təsirə malikdir, odur ki, bu maddə MAİR tərəifndən insan üçün konserogen qrupuna (2 B 

qrupu) aid edilmişdir. Son illərin tədqiqatları nəticəsində qadınların piy toxumasında DDT-nin miqdarı ilə süd 

vəzilərində xərçəng xəstəliyi (P.Cocco et al., 2000), DDT-nin peşə təsirilə mədəaltı vəzinin xərçəngi arasında 

bağlılıq aşkar edilmişdir. DDT-nin istifadəsi məhdudlaşdırıldığı ilə  əlaqədar ana südündə onun miqdarı xeyli 

azalmışdır (D.Smith, 1999). Lakin bu Avropa ölkələrinə, ABŞ-a və Kanadaya aiddir; Tacikistan və 

Qazaxıstanda isə ana südündə DDT-nin miqdarı əvvəllər olduğu kimi yenə də yüksək (2300-600 nq/q) olaraq 

qalır.  

DDT-yə  həmçinin digər DÜÇ-lərə  şimal Arktika regionlarının  ətraf mühitində  də rast gəlinir. Bunlar bu 

regionların azsaylı əhalisinə təhlükə yaradır. DDT qrupu pestisidlər Arktikanın yerli sakinlərinin qanında əsasən 

DDE halında olur, bu, həmin toksinlərin orqanizmə nisbətən çoxdan daxil olmasını təsdiq edir.  

M.Avazovanın (2003) apardığı müşahidələr göstərir ki, respublikamızda  ən böhranlı ekotoksikoloji şərait 

keçmiş pambıq və taxıl yetişdirilən rayonların ərazilərində (0,1, 086-0,01 UVQH) qeydə alınmışdır.  

Respublikamızda 1980-ci ilin ortalarına qədər pestisidlərdən istifadə olunmuşdur, hələ indiyə kimi Göyçay 

və Türyançay hövzəsində torpaqlarda qalıq pestisidlərə rast gəlinir. DDT-nin 1945-ci ildən tətbiqindən sonra 

əvvəllər pambıq bitkisində müşahidə olunmayan digər pambıq biti, pambıq sovkası, gənə, mənənə  və s. 

cücülərin çoxalması baş verdi. K.Edvardsa görə T

50

 DDT-nin torpaqda qalma müddəti torpağın nəmliyindən çox 



asılıdır. Belə ki, mülayim qurşaq rayonlarında o, 2,5 il, subtropik və tropik ölkələrin torpaqlarında isə cəmi 3-9 

ay qala bilir.  

Tədqiqat materialları və çoxillik müşahidələr göstərir ki, DDT-in yüksək qalıq miqdarı ən çox gilli torpaq-

larda rast gəlinir. Bu torpaqlarda profil boyu dərinə getdikcə qalıq miqdarı azalır. Yüngül gillicəli və qumsal 



 

183


torpaqlarda isə bunun əksi müşahidə olunur (X.M.Qasımov, 2003).  

Pestisidlərdən istifadənin digər ciddi problemi ziyanvericilərin ona alışmasıdır, bu alışma sonrakı nəsillərə 

də keçərək pestisidlərin effektivliyini aşağı salır və yeni-yeni kimyəvi maddələrdən istifadəyə məcbur edir. Re-

zistentlik adlanan bu hadisədə  həşəratların onlarla kütləvi növlərinin istifadə olunan əsas birləşmə siniflərinə 

qarşı hissiyyat göstərmir. Bura ev milçəyi, tarakan, Kolorado kartof böcəyi, kələm güvəsi və s.-ni misal 

göstərmək olar. İstifadə olunan pestisidlərdə rezistentlik 10-30 nəsildən sonra baş verir. Odur ki, yaxın 

gələcəkdə pestisidlərdən istifadənin hazırkı strategiyasında bütün əsas ziyanvericilər rezistent ola bilər.  

Pestisidlərdən istifadənin problemlərini ümumiləşdirsək, belə nəticəyə gəlmək olar ki, əsas təhlükə ekosfe-

rin həyat təmin edilməsi xassələrinin pozulması və insanların sağlamlığının pisləşməsidir.  

Gələcək perspektiv planda istifadə olunan kimyəvi maddələr qadağan olunmalı və bioloji mübarizə üsulları 

ilə  əvəz edilməlidir. Lakin təcili olaraq qadağan mümkün deyil. Keçid dövründə  bəzi qaydalara riayət etmək 

lazımdır. Pestisidlərdən lazım olmadıqda istifadə etmək olmaz, zərərvericiləri başdan-başa qırmağa çalışmaq 

lazım deyil, onun sayını aşağı səviyyədə saxlamaq kifayətdir. Pestisidlərdən istifadə üçün xüsusi mütəxəssislər 

hazırlanmalıdır. 

 

12.2.4. Digər xlor-üzvi pestisidlər 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin