Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti


.İbn Həcər əl-Əsqəlani və əsərləri



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

14.10
.İbn Həcər əl-Əsqəlani və əsərləri 
Əbülfəzl Şihabəddin Əhməd bin Əli bin Məhəmməd əl-Əsqəlani məşhur hədis 
alimi v
ə hafizidir.
735
 
O, hicri 22 şaban 773-cü (miladi 28 fevral 1372) ildə Misirdə 
doğulmuşdur.
736
 
Adı  və  ya ləqəbi Həcər olan  yeddinci babasına  nisbətlə  İbn  Həcər 
dey
ə məşhur olmuşdur. Əbülfəzl ləqəbiylə və ailəsinin məmləkəti olan Fələstindəki 
Əsqəlan şəhərinə nisbətlə Əsqəlani, soyunun söykəndiyi Kinanəyə
737
 nisb
ətlə Kinəni 
olaraq xatırlanır. Atası babaları kimi ticarətlə məşğul olması ilə yanaşı “yeddi qiraəti” 
bil
ən, şeir yazan və Nəvəvinin “əl-Əzkaf”ı üzərinə əsər (istidrak xarakterli) qələmə 
alan bir alim idi. İbn Həcər dörd yaşında ikən atası ölmüşdür. Bir müddət sonra anası 
Nigar da v
əfat  etmiş  və  bacısı  ilə  tək qalmışdı.  Ancaq  ataları  vəfat etmədən  əvvəl 
onları  biri  alim,  digəri tacir iki dostuna əmanət  etmişdir.  İbn  Həcərə  və  bacısına 
atalarından və analarından həyatları boyunca onları rifah içində yaşadacaq bir sərvət 
qalmışdı.  Hər  iki  uşağının  təhsilinə  əhəmiyyət verən  ataları  kiçik  yaşda  onları  elm 
m
əclislərinə aparmış və İbn Bərdis, Şəmsəddin əl-Kirmani, Zeynüddin əl-İraqi kimi 
h
ədisşünaslardan icazət (hədis rəvayət etmək hüququ) almışdı. Himayəçilərindən ta-
cir olan Z
əkyyüddin  əl-Harrubi Məkkədə  qaldığı  zaman  İbn  Həcər də  yanında  idi. 
Hifzini M
əhəmməd bin Məhəmməd əs-Səftidən doqquz yaşında tamamladı.
738
 On iki 
yaşında  ikən Harrubi ilə  birlikdə  təkrar Məkkəyə  getdi. Hədis təhsilinə  Məkkədə 
başlayaraq  ilk  müəllimi Abdullah bin Məhəmməd  ən-Nəşavəridən “Səhihi- 
Buxari”nin çoxunu v
ə Məkkə qazısı Cəmaləddin İbn Zahirədən bəzi əsərləri oxudu. 
Əbu İshaq əş-Şirazinın “ət-Tənbih”i ilə Əbdülqəffar əl-Qəzvininin, Həririnin, İbn əl-
Hacibin b
əzi əsərlərini öyrəndi. Harrubinin vəfatından sonra (787/1385) təhsilinə üç 
il  ara  verdi.  Ardından  digər himayəçisi  İbn  əl-Kattan  əs-Səmənnudinin dərslərinə 
davam ed
ərək fiqh, üsuli-fiqh, ərəb dili, hesab kimi elmlərə dair kitablar oxudu. Daha 
sonra tarixl
ə  və  ravilərlə  maraqlanan  İbn  Həcər 792-ci (1390-cı)  ildən etibarən 
735
 Alimin h
əyatı “İslam Ensiklopediyası” kitabının müvafiq cildindən götürülüb. 
736
 
əs-Səxavi, əl-Cəvahir vəd-dürər fi tərcüməti şeyxülislam İbn Həcər, Beyrut, 1999, c. I, səh. 121 
737
 
İbn Həcər, əl-Məcmuatül-müəssəs, c. III, səh. 196 
738
 
əs-Səxavi, əl-Cəvahir vəd-dürər fi tərcüməti şeyxülislam İbn Həcər, Beyrut, 1999, c. I, səh. 121 
[189] 
 
                                                 

ədəbiyyat elmlərilə məşğul oldu. Şair və ədib Məhəmməd bin İbrahim əl-Bəştəkidən 
faydalanaraq 
ədəbiyyata  aid  biliyini  inkişaf  etdirdi  və  çoxu dini mövzulara, 
Peyğəmbərin (s) mədhinə  dair  şeirlər  yazdı.  İbn  Həcər hicri 796-cı  (miladi  1394) 
ild
ən etibarən özünü tamamilə hədisə həsr etdi və eyni il Zeynüddin əl-İraqinin dərs 
h
əlqəsinə  qatıldı.  Müəlliminin vəfatına  qədər on il davam edən bu müddət içində 
ondan “
əl-Əlüyyə” adlı əsəriylə bu əsərə yazdığı şərhi oxudu. Yenə İraqidən İbn əs-
Salahın  “Müqəddimə”sində  mübhəm  gördüyü  mövzuları  açıqlamaq  üzrə  qələmə 
aldığı  “ət-Təqyid vəl-Məzaim”i, Beyhəqi və  Dəraqütninin “əs-Sünən”lərini, 
Buxarinin “
əl-Camiüs-səhih” istisna bəzi əsərlərini, İbn Hişamın “əs-Sirəsi”ni oxudu 
v
ə bunları oxutmaq üzrə icazə aldı. Müəllimi ona “hafiz” ünvanını verdi. O gündən 
etibar
ən bu ünvan tək başına deyildiyi zaman yalnız onu xatırladacaq qədər xüsusi bir 
m
əna qazandı,  İraqinin  vəfatından  sonra  kürəkəni və  tələbəsi Nurəddin  əl-
Heys
əmidən təhsilinə  davam etdi. Ondan “Məcmua vəz-zəvaid”ini oxuyarkən 
gördüyü b
əzi qüsurları təshih etməyə başladısa da, müəlliminin buna kədərləndiyini 
gördükd
ə bu işdən imtina etdi. 
İbn  Həcər hicri 28 zilhiccə  852-ci ildə  (miladi 22 fevral 1449) Qahirədə 
dizenteriya x
əstəliyindən vəfat etdi. Onun bu tarixdən doqquz və  ya on gün əvvəl 
v
əfat etdiyi də  deyilməkdədir. Cənazəsini daşıyanlar  arasında  əl-Məlik  əz-Zahir  də 
vardı
739
 v
ə Karafətüs-suğra qəbrisitanlığına dəfn edildi.  
İbn Həcər həyatının büyük hissəsini hədis elminə vermiş, bu elmin həm rəvayət, 
h
əm  dirayət sahələrində  dövrünün  ən məhsuldar  alimi  olmuşdur.  Başda  nümunə 
götürdüyü Z
əhəbi  kimi  olmağı  istəyərkən sonralar onun “Mizanül-etiqad”ını  ta-
mamlamaq üçün “Lisanül-mizan” 
əsərini yazması, hədis rəvayət və dirayət elmlərinin 
müxt
əlif sahələrində  170-ə  qədər  əsər qələmə  alması  onun hədis sahəsindəki üstün 
yerini  ortaya  qoymaqdadır.  O,  “Fəthül-bari”  əsərini 1430 qaynaqdan faydalanaraq 
q
ələmə  alması,  əhəmiyyətli bir qismi günümüzə  çatmayan zəngin bir hədis 
ədəbiyyatından  istifadə  etdiyini göstərməkdədir. Üsulu-hədis sahəsindəki  əsərləri 
özünün orijinal gö
rüşlərini  əks etdirməkdə  olub hədis  ricalına  dair  işləri, məşhur 
aliml
ərin ravilər  haqqındakı  yazılarına  dair  təshihlərlə  doludur.  Bir  mövzudakı  bir 
çox r
əvayəti onlarca əsərdən ancaq müasir üsullarla yığmaq mümkün olduğu halda 
İbn Həcərin o çağda bunu bacarması və ya bir hədisin fərqli rəvayətlərinin neçə ravi 
t
ərəfindən nəql  edildiyini  ortaya  qoyması,  müəlləq  olduğu  sanılan  bir  rəvayətin 
m
əvsul və müttəsil olduğunu göstərmək surətilə o rəvayətin bir çox qaynağını qeyd 
ed
ə  bilməsi
740
 onun elmi d
ərinliyini göstərməkdədir.  İzzəddin  bin  Əbdüssalam  İbn 
H
əcərin Buxari kimi olmasa belə,  ondan  çox  aşağı  qalmadığını  söyləməkdədir.
741
 
“Əmərəl-möminin fil-hədis”  ünvanı  verilən nadir hədisşünaslardan  biri  olan  İbn 
H
əcərin hədis  mövzusundakı  ən  əhəmiyyətli  əsərləri Buxarinin “əl-Camiüs-səhih”i 
il
ə rical elminə aid olan əsərləridir. 
739
 
Təqyyüddin bin Fəhd, səh. 338 
740
 
Təğliqüt-tətik, c. II, səh. 314-317 
741
 
Səxavi, əl-Cəvahir vəd-dürər, c. I, səh. 242 
[190] 
 
                                                 

 
Əsərləri: 
S
əxaviyə görə İbn Həcər hədis başda olmaq üzrə müxtəlif elmlərə dair 150-dən 
çox 
əsər qələmə almışdır.
742
 Süyuti bir qismi s
əhv və təkrar olmaq üzrə 200
743
 olaraq 
qeyd etmişdir. Bu mövzuda ən geniş işi görən Şakir Mahmud Əbdülmunim isə 282 
əsərin  varlığını  üzə  çıxarmışdır.
744
 
Onun  yazdığı  əsərlərdən  aşağıdakı  qeyd  etmək 
olar: 
1. H
ədyüs-sari.  
2. F
əthül-bari bi-şərhi sahihil-Buxari. İbn Həcərin ən qiymətli əsəri qəbul edilən 
bu 
əsər onun itən kitablarında və ya bəzi müəlliflərin günümüzə çatmayan əsərlərində 
qeyd edil
ən məlumatları da ehtiva etməkdədir. İbn Həcərin “Səhihi-Buxari” üzərinə 
biri şərh, digəri müxtəsər olmaq üzrə  iki  əsər daha qələmə  almağa  başladığı, lakin 
bunları tamamlamadığı ifadə edilmişdir.
745
 Süyuti is
ə müxtəsər olanın ilk üç cildini 
gördüyünü ifad
ə etmişdir.
746
 
Hissin İbn Həcər tərəfindən qələmə alınan “ən-Nükət ila 
s
əhihil-Buxari”  adlı  bir  “Fəthül-bari” müxtəsərinin günümüzə  çatdığını
747
 
söyl
əməkdədirsə  də  bunun
748
 
olması  ehtimaldır.  “Fəthül-bari”  Dehli, Bulaq və 
Qahir
ədə
749
 
ayrıca Beyrutda nəşr olunmuşdur.  
Qaynaq ç
ətinliyi çəkməyən İbn Həcər 1430-a yaxın əsərdən faydalanaraq şərhini 
q
ələmə  almış  və  beləcə  İslami  elmlərlə  məşğul  olanların  qane  ola  biləcəkləri 
ensiklopedik bir 
əsər buraxmışdır. Hədislərin fərqli yollarını ustalıqla bir araya gətirib 
şərh edən İbn Həcər onların başa düşülməsi üçün əvvəlcə Buxarinin bab başlıqlarının 
m
ənası  üzərində  dayanmışdır.  Bab  başlıqları  ilə  hədislərin  uyğunluğunu  ortaya 
qoymaq üçün böyük bir z
əhmət çəkən İbn Həcər bu xüsusla əlaqədar olaraq Buxariyə 
yön
əldilmiş  tənqidləri də  cavablandırmağa  çalışmışdır.  Hədisin  isnadında  olan 
ravil
əri də  araşdıran  İbn  Həcər ravilər  haqqında  baş  vermiş  cərh  varsa  onları  nəql 
etmişdir.  Daha sonra hədisin mətnində  mənası  qapalı  olan sözlərin  şərhini verib 
h
ədisin tam olaraq başa düşülməsini təmin etməyə çalışmaqdadır. 
H
ədislərdən  çıxarılan  hökmlərlə  əlaqədar qiymətləndirmə  və  müzakirələrə  də 
yer ver
ən  İbn  Həcər məzhəblərin fərqli fikirlərini və  istifadə  etdikləri hədisləri 
müqayis
ə edib müzakirə etməkdədir. 
Özünd
ən əvvəlki ədəbiyyatdan çox faydalanan  İbn Həcər bir qismi günümüzə 
çatmayan 
qaynaqlardakı məlumatların itməsini önləmək surətiylə böyük bir xidməti 
göst
əmişdir.  O,  bu  qaynaqlardakı  məlumatları  olduğu  kimi  götürməyib  onları 
inc
ələmişdir. Xüsusilə özündən əvvəlki Buxari şərhlərini incələyən İbn Həcər Buxari 
v
ə  Muslümdən  başqa  digər hədisşünasları  da  tənqid etməkdən geri  qalmamışdır . 
Xüsusil
ə  Buxariyə  yönəldilən tənqidlərə  qarşı  verdiyi cavablarla diqqət  çəkən  İbn 
742
 
ət-Tibrütül-məsbuk, səh. 231 
743
 Nazmüt-
hikyan, səh. 46-50 
744
 
İbn Həcər əl-Əsqəlani, c. I, səh. 282-666 
745
 
Səxavi, əl-Cəvahir vəd-dürər, c. I, səh. 224 
746
 Nazmül-
Hikyan, səh. 46 
747
 
Məktəbətül-Əzhər, Hədis-295 
748
 
Tənqihiz-Zərkeşi aləl-Buxari  
749
 
daşbasması h/q 1304 
[191] 
 
                                                 

H
əcər  hər vəziyyətdə  Buxarini müdafiə  etməyi  əsas məqsəd olaraq mənimsəmiş 
görünm
əkdədir. Hədis elmində Buxarini zirvə olaraq görmüşdür. 
3. Havaşi tənqihiz-Zərkeşi iləl-Buxari.  
4. 
əl-Mükərrər fi şərhil-mühərrər.  
5. 
ən-Nükət ələ şərhi səhihi Müslüm.  
6. 
əl-Cəm beynəs-səhiheyn.  
7. 
ət-Təliqə ila müstədrəkil-Hakim.  
8. 
əl-Məcalis.  
9.T
əhzibüt-təhzib.  Bu  əsər hədis ravilər sahəsində  yazılmış  ən mötəbər 
əsərlərdən biridir. 
İbn  Həcər  İbn  Abbasın  Peyğəmbərdən  (s)  şəxsən  eşitdiyi  hədisləri “Cəmeü 
əhadisi İbn Abbas əlləzi səmiaha minən-Nəbi” adıyla bir araya gətirmişdir.  
 
14.11
.Əllamə Hindi və “Kənzül-ümmal” əsəri 
Əlaəddin Əli əl-Müttəqi əl-Hindi hədis elmləri sahəsində şöhrətli bir yer tutan 
aliml
ərdəndir  (öl.975/1567).  O, Süyutinin  “Cəmül-cəvami” və  “əl-Camiüs-səğir” 
əsərlərini fəsillər (aləl-əbvab) sisteminə köçürmək və “Camiül-üsul”da olduğu kimi 
kitab adlarını əlifbatik sıra surətiylə “Kənzül-ümmal” əsərini meydana gətirmişdir. 
“K
ənzül-ümmal”  əl-Müttəqinin daha əvvəl  ayrı-ayrı  şəkildə  gördüyü  işlərin 
sonda  bir  araya  toplaması  ilə  yaradılmışdır.  Əsər  bu  halıyla  tədqiqatçıların  ifadə 
etdiyin
ə görə 40000-ə yaxın hədisi ehtiva etməkdədir.
750
 
Əli  əl-Müttəqi  əsərini  şəxsən  özü  seçmiş  və  bu seçmə  “Müntəxabu kənzil-
ümmal” adıyla Əhməd bin Hənbəlin “Müsnəd”i kənarında nəşr edilmişdir. Müəllif bu 
intixab v
ə  ixtisarında  təxminən “Kənzül-ümmal”ın  üçdə  birini (15000 hədisi) ləğv 
etmişdir. Bunlar təkrar hədislərdir.
751
 
 
14.12
.Əli əl-Qari və “Ümdətül-qari” əsəri 
Əbülhəsən Nurəddin  Əli  bin  Sultan  Məhəmməd  əl-Qari  əl-Hərəvi (öl. 
1014/1605) tanınmış Hənəfi fəqihi, hədisşünas, təfsirçi və qiraət alimidir. 
O, Heratda doğulmuşdur. İlk təhsilini burada aldıqdan sonra Məkkəyə getdi və 
orada m
əskunlaşdı. Məkkədə Əli əl-Müttəqi əl-Hindi əl-Hindi, İbn Həcər əl-Heysəmi 
v
ə Əllamə Qütbəddin əl-Məkki kimi alimlərdən dərs aldı. Başda fiqh və hədis olmaq 
üzr
ə qiraət, təfsir, əqaid və kəlam, təsəvvüf, tarix, dil və ədəbiyyat sahələrində dövrü-
nün tanınmış alimləri arasında yer aldı. Qiraət elminə olan mükəmməl məlumatına 
gör
ə “əl-Qari” və ya ümumiyyətlə Molla Əli əl-Qari deyə xatırlanır. Rəsmi heç bir 
v
əzifə qəbul etməmişdi. O, süls və nəsx yazısında mahir idi. Dolanışığını kənarına 
t
əfsir və qiraətlə əlaqədar şərhlər qoyduğu müqəddəs kitablar yazmaqla təmin edərdi. 
Zamanındakı  bidət və  xürafatlara cəsarətlə  etiraz edən  Əli  əl-Qari bəzi 
mövzularda  İmam  Malik  və  Şafeiyə  etiraz etməsi, Hənəfiləri tənqid edən  Şafei 
750
 bax: K
ənzül-ümmal, c. I, hicri 1312-1314, Heydarabad nəşrindəki rəqəmlərin cəmi 47.662-dir. Son nəşrdə  isə 
46.624-dür. 
751
 
Əli əl-Müttəqi, Müntəxabu kənzil-ümmal, c. I, səh. 6-7 (Müsnəd əsərinin kənarında); İsmayıl Lütfü Çakan, Hədis 
Ədəbiyyatı, İfav nəşrləri, səh. 116-117 
[192] 
 
                                                 

f
əqihlərinə ağır bir dillə cavab verməsi və Mühyiddin ibn əl-Ərəbinin vəhdəti-vücud 
f
əlsəfəsinə  şiddətlə  qarşı  çıxaraq onu təkfir etməsi kimi  səbəblərlə  bəzi çevrələrin 
antipatiyasını  qazanmışdır.  Hənəfi məzhəbinə  son dərəcə  bağlı  idi.  Təsəvvüfə  olan 
əlaqəsi  yanında  İbn  Teymiyyə  və  İbn  Qəyyim  əl-Cövzinin elmi qüdrətlərini təqdir 
etmiş  və  onları  müdafiə  etmişdir.  Xüsusilə  mövzu hədislərlə  əlaqədar  işləriylə  də 
tanınan  Əli  əl-Qari  etiqadı  mövzularda  Sələfiyyənin fikirlərini mənimsəmiş,  bu 
s
əbəblə kəlam və təsəvvüf mövzularındakı ifrat təmayüllərə qarşı çıxmışdır. Müxalifi 
bir çox alim v
ə sufilərin onun əsərlərinin oxunmaması üçün mənfi rəftar və təlqinləri 
onun 
əsərlərinin  əldən  ələ  gəzib  oxunmasına  maneə  olamamışdır.  Şövkani  bəzi 
mövzularda büyük m
əzhəb  imamlarına  etiraz  etməkdən çəkinməməsini bir 
müct
əhiddə olan rəftar olaraq qiymətləndirərkən, Əbdülhey əl-Lüknəvi ilə digər bəzi 
aliml
ər
752
 o
nu  hicri  1000  ilin  başlarındakı  mücəddidlərdən  saymışlar.  Özü  də  bunu 
şəxsən dilə gətirmişdir.
753
 
 
Əsərləri: 
Əli  əl-Qari  İslami  elmlərin hər sahəsinə  aid  əsər  yazmış  və  beləliklə, 180-a 
yaxın  əsər  yazmışdır.  Bunların  hamısının  əlyazma nüsxələri günümüzə  qədər 
g
əlmişdir.
754
 N
əşr edilmiş əsərləri bunlardır
755
:  
1) Mirqatül-m
əfatih. Xətib  ət-Təbrizinin Bəğaviyə  aid “Məsabihüs-sünnə”ni 
tamamlayaraq  yazdığı  “Mişkatül-məsabih”  adlı  əsərinin  ən  əhəmiyyətli  şərhi olub 
Qahir
ə (1309, cild I-V) və Multanda (1392/1972) nəşr edilmişdir.  
2) 
əl-Əsraril-mərfuə  fil-əxbaril-mövzua”.
756
 
“Mövzuati  Əliyyil-Qari  adıyla  da 
n
əşr edilən əsəri Məhəmməd əs-Sabbağ təhqiq edərək nəşr etmişdir.
757
 Kitab ay
rıca 
Mövlana F
əzlülhəq Dilavəri tərəfndan Hindistanda,
758
 
Əhməd Sərdaroğlu tərəfindən 
d
ə bəzən bəzi qısaltmalar edilərək türkcəyə tərcümə edilmiştir.
759
 
3) 
əl-Məşnuc  fi  mərifətil-hədisil-mövzu.
760
 Lahorda n
əşr  edilən  əsər (1302, 
1315) daha sonra Əbdülfəttah Əbu tərəfindən təhqiq edilərək nəşr edilmişdir.
761
 
Əli 
əl-Qari mövzu hədislərə dair bu iki əsərində mövzu (uydurma) olduğu mövzusunda 
ittifaq olan h
ədisləri yığmış və əlifbatik olaraq sıralamışdır.  
4) 
əl-Əhadisül-qüdsiyyə  vəl-kəlimatül-ünsiyyə. Məmməd  Əfəndi tərəfindən 
haşiyələrlə birlikdə hicri 1312-ci ildə edilən nəşri yanında, 1316 (İstanbul) və 1927
762
 
ill
ərində də nəşr edilmişdir. Həsən Hüsnü Ərdəm əsəri türkcəyə tərcümə etmişdir.
763
  
5) Şərhüş-şifa. Bu əsər Qazi İyazın “əş-Şifa” adlı əsərinin mühüm şərhlərindən 
biridir.
764
 
752
 X
əlil İbrahim Kutlay, əl-İmam Əli əl-Qari və əsəruhu fi elmil-hədis, Beyrut, 1408/1987, səh. 95-96 
753
 
İbn Abidin, Məcmuatür-rəsail, səh. 346 
754
 
geniş məlumat üçün bax: Xəlil İbrahim Kutlay, səh. 115-116 
755
 
Əhməd, Türkiyə Dəyanət Vəqfi İslam Ensiklopediyası, İstanbul, 1989, c. II, səh. 403 
756
 
əl-Mövzuatül-kübra 
757
 Beyrut, 1391/1971 
758
 Lahor, 1887 
759
 Üsulu h
ədis və mövzuati Əliyyül-Qari tərcüməsi, Ankara, 1966 
760
 
əl-Mövzuatüs-suğra 
761
 H
ələb, 1389/1969, Beyrut, 1398/1978, Qahirə, 1984 
762
 H
ələb, Mişkatül-ənvarın arxasında 
763
 
Qırx qüdsi hədis, Ankara, 1952, 4-cü nəşri, 1985 
[193] 
 
                                                 

6) S
ənədül-ənam şərhi Müsnədil-İmam. Əbu Hənifənin “Müsnəd”inin şərhi olub 
Lahor (hicri 1300, 1312), Dehli (hicri 1313) v
ə Beyrutda (1405/1985) nəşr edilmişdir.  
7) C
əmül-vəsail fi şərhiş-Şəmail. Tirmizinin “əş-Şəmailül-Məhəmmədiyyə” adlı 
əsərinin ən mühüm şərhi olub İstanbul (hicri 1290) və Qahirədə
765
 n
əşr edilmişdir.  
8
)  Şərhi  şərhi nühbətil-fikər.  İbn  Həcərin hədis  üsuluna  dair  yazdığı  mühüm 
əsəri olan “Nühbətül-fikər”ə yenə özü tərəfindən yazılan şərhin haşiyəsidir.
766
 
9) Ümd
ətül-qari  bi  şərhi səhihil-Buxari. Bu əsər Məhəmməd  bin  İsmayıl  əl-
Buxarinin “Camiüs-s
əhih” əsərinə yazılmış ən məşhur şərhlərdəndir. 
 
14.13.
Əllamə Bəhrani və onun “Qayətül-məram” əsəri 
Qeyd  etdiyimiz kimi, hicri XI (miladi XVII) 
əsrdə  də  əvvəlki əsrlərdə olduğu 
kimi, h
ədis elminə  mənsub nəhəng alimlər  yetişmiş  və  onlar islam mədəniyyətinin 
z
ənginləşməsində, dini fikrin təbliğində böyük zəhmətlər sərf etmişlər. Bunun bariz 
nümun
əsini biz o əsrdə Əllamə Məhəmməd Bağır əl-Məclisi, Molla Möhsün Feyz əl-
Kaşani, Ağa Hüseyn əl-Xonsari, Məhəmməd bin Həsən Hürr əl-Amili və s. alimlərin 
şəxsində görməkdəyik. Məhz bu əsrdə yaşayıb-yaradan, öz adını hədis, təfsir, fiqh, 
tarix, 
əqaid, fəlsəfə və bu kimi digər humanitar elmlər sahəsində ən yüksək zirvələrə 
h
əkk edən alimlərdən biri də Əllamə Seyid Haşim Bəhranidir. 
Əbülməkarim  Haşim  bin  Süleyman  bin  İsmayıl  əl-Bəhrani hicri XI (miladi 
XVII) 
əsrdə  doğulmuşdur.  Onun  doğum  tarixi  dəqiq olaraq bilinmir. Lakin 
“Nüzh
ətül-əbrar”  kitabındakı  bir  qeydə  görə, Bəhrani hicri 1063-cü ildə  Nəcəfül-
ərəfdə  olmuş  və  burada  Şeyx  Fəxrəddin ilə  görüşmüşdür.  Böyük  Azərbaycan 
h
ədisşünası Mirzə Abdullah Əfəndi Təbriziyə görə Əllamə Bəhrani “Sirətüs-səhabə” 
əsərini hicrətin 1070-ci ilində yazmışdır.
767
 Bu zaman is
ə onun təqribən 20-30 yaşları 
varmış. Bütün bu və ya digər mülahizələri bir araya toplayan tədqiqatçılar onun hicri 
1030-1040-
cı (miladi 1620-1630) illərdə doğulduğunu təxmin edirlər. 
O, h
ədis, təfsir və  tarix elmləri sahəsində  mükəmməl biliyə  malik olan və  bu 
sah
ələrdə fundamental əsərlər yazan alimdir. O daha çox Əllamə və ya Seyid Bəhrani 
l
əqəbi ilə tanınmaqdadır. Əllamə Bəhrani Peyğəmbər (s) nəslinə, daha doğrusu imam 
Musa 
əl-Kazimə  (ə) mənsub  olduğundan  “Seyid”,  Bəhreyndə  doğulduğundan 
“B
əhrani” adlandırılıb. Bundan  əlavə  yazdığı məşhur “əl-Bürhan” təfsirinə  görə  də 
“Sahibül-Bürhan” l
əqəbi ilə məşhurdur. 
Əllamə Bəhraninin yetişməsində dövrünün ən məşhur və görkəmli alimlərinin, o 
cüml
ədən Fəxrəddin  bin  Əli  bin  Əhməd  ət-Tərihi  ən-Nəcəfinin, Yusif Bəhraninin, 
Seyd Əbdüləzim bin Seyid Abbas Astarabadinin, Məhəmməd bin Əli Əbi Şeybənin 
v
ə  digərlərinin  rolu  böyükdür.  O,  islam  ilahiyyatının  müxtəlif sahələrini belə 
görk
əmli alimlərdən öyrənmişdir.  Mənbələrin verdikləri məlumatlara  görə, o, ilk 
t
əhsilini vətəni Bəhreyndə  almış,  sonra  isə  Nəcəfül-əşrəfə  səfər edərək  oranın 
görk
əmli alimlərindən elm əldə etmişdir. Burada bir müddət təhsil həyatı yaşadıqdan 
764
 
İstanbul, 1264, 1285, 1290, 1299, 1307, 1308, 1309, 1312, 1316, 1319, Bulaq, 1275, Qahirə, 1327  
765
 1317, 1318, k
ənarında Münavinin şərhi olaraq 
766
 
İstanbul, 1327, Beyrut, 1398 
767
 Mirz
ə Abdullah Əfəndi ət-Təbrizi əl-Azərbaycani, Riyazül-üləma və hiyazül-füzəla, Qum çapı, c. V, səh. 303 
[194] 
 
                                                                                                                                                                  

sonra h
ədis elmində  rəvayət etmə  (icazət) hüququnu əldə  etmək üçün müxtəlif 
bölg
ələrə, o cümlədən  Şiraza,  Məşhədə,  İsfahana  və  digər bölgələrə  səfərlər  etmiş 
oranın  alimlərilə  yaxın  təmasda  olmuşdur.  Hətta  onunla  İsfahan  və  Məşhəddə 
görüşən Hürr Amili onun dərin və hərtərəfli elmə sahib olduğunu bəyan etmək üçün 
“n
ə  ondan qabaq, nə  də  ondan sonra bir kimsə  onun elmi mərtəbəsinə  yetişə 
bilm
əmişdir” ifadəsini onun haqqında demişdir.   
Bütün bu deyil
ənlərdən  əlavə  o,  Əli  bin  Abdullah  əl-Məqani  əl-Bəhrani, 
M
əhəmməd Əttar əl-Bağdadi, Süleyman bin Abdullah əl-Mahuzi, Hürr Amili, Şeyx 
Mahmud 
bin  Əbdüssalam,  Şeyx  Heykəl bin Müqəddəs  Əbdüləli  əl-Cəzairi kimi 
böyük aliml
ərin  ustadı  olmuş,  elmin  müxtəlif sahələrini onlara öyrətmiş  və  onlara 
h
ədis rəvayət etmə hüqunu vermişdir. 
İstər öz dövründə, istərsə  də  özündən  sonrakı  dövrlərdə  böyük fəxarət  hissilə 
yad edil
ən Əllamə Bəhrani haqqında çoxsaylı maraqlı fikirlər vardır. Onun tələbəsi 
Hürr 
əl-Amili  “Əməlul-amal”  əsərində  öz  ustadı  haqqında  yazır:  “Seyid  Haşim 
B
əhrani fəzilətlər sahibi, alim, mahir tədqiqatçı,  fəqih, təfsir və  ərəb dili elmlərinə 
mük
əmməl bələd olan biri idi”.
768 
 
Şeyx  Süleyman  əl-Mahuzu “Fihrisu ali-Büveyh və  üləmail-Bəhreyn”  adlı 
əsərində yazır: “O, çox görkəmli hədisşünasdır”.
769
 
Xeyr
əddin  əz-Zerkəli isə  onu imamiyyənin görkəmli təfsirçisi kimi təqdim 
etmişdir.
770
 
Bütün bu elmi xüsusiyy
ətləri ilə yanaşı Əllamə Bəhrani həm də təqvalı, yüksək 
əxlaqa və mənəviyyata malik olan bir şəxs kimi də ad-san çıxarmışdı. 
Xatırladaq ki, Əllamə Bəhrani eyni zamanda gözəl ailə başçısı olmuşdur. Onun 
üç oğlu olmuşdur ki, onların da içində ən məşhuru Seyid İsadır. Əllamə Ağa Bozorg 
ət-Tehrani “əz-Zəriə”, Mirzə Abdullah Əfəndi isə “Riyazül-üləma” əsərlərində onun 
böyük bir alim olduğunu və elmə dərin həvəs göstərdiyini, həmçinin Şeyx Bəhainin 
(öl.1622) “Zübd
ətül-üsul”  əsərinə  geniş  və  dəyərli  bir  şərh yazdığını  qeyd  edirlər. 
Bundan başqa Seyid Hüseyn adlı ikinci oğlundan bəhs edən Mirzə Abdullah Əfəndi 
onun çox t
əqvalı və əmli-saleh biri olduğunu, həmçinin atasının əsərlərinin çoxunu 
İsfahana gətirdiyini vurğulamışdı.  
Əllamə Bəhrani hicri 1107-ci (miladi 1695) ildə Bəhreyndə vəfat etmişdir. Onun 
q
əbri-şərifi hal-hazırda müsəlmanlar tərəfindən ziyarət olunmaqdadır. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Əllamə  Bəhraninin  yaradıcılığı  çox  zəngindir. 
Onun yazdığı dəyərli əsərlərindən aşağıdakıları qeyd etmək olar: 
1.
 
“Qayətül-məram  və  hüccətül-xisam  fi  təyinil-imam  min  təriqil-xass  vəl-
amm”. 
2.
 
“İrşadül-müstərşidin ila vilayətil-Əmirilmöminin”. 
3.
 
“əl-İnsaf fin-nass alə əimmətil-əşraf”. 
4.
 
“Nihayətül-amal fi ma yətimmu bihi qubulul-əmal”. 
5.
 
“İhticacül-müxalifin alə imaməti Əmirilmöminin”. 
768
 Hürr 
əl-Amili, Əməlul-amal, c. II, səh. 341 
769
 
Şeyx Süleyman əl-Mahuzu, Fihrisu ali-Büveyh və üləmail-Bəhreyn, səh. 77 
770
 Xeyr
əddin əz-Zerkəli, əl-Elam, c. II, məktəbətül-ərəbiyyə, Misir, 1345 h/q., c. VIII, səh. 66 
[195] 
 
                                                 

6.
 
“Səlasilul-hədid  və  təqyidi  əhlit-təqlidi  bima  intəxabə  min  şərhi  İbn 
Əbilhədid”. 
7.
 
“əl-Mətainul-bəkriyyə vəl-məsalibil-ümriyyə min təriqil-Osmaniyyə”. 
8.
 
“Nəsəbu Ömər bin əl-Xəttab”. 
9.
 
“əl-Bürhan fi təfsiril-Quran”. 
10.
 
“əl-Hadi və ziyaun-nadi fi təfsiril-Quran”. 
11.
 
“əl-Hidayətül-Quraniyyə”. 
12.
 
“Nurul-
ənvar vi təfsiril-Quran”. 
13.
 
“Tərifu ricali mən la yəhzuruhül-fəqih”. 
14.
 
“Tənbihül-ərib və təzkirətül-ləbib fi izahi ricalit-təhzib”. 
15.
 
“Hidayətül-müstəbsirin 
fi 
təraimil-üləmair-raciinə 
ila 
vilayəti-
Əmirilmöminin”. 
16.
 
“əd-Dümətüs-sakibə”. 
17.
 
“Hilyətül-əbrar fi əhvali-Muhəmməd və alihil-əthar”. 
18.
 
“Vəfayatün-nəbiyyin”. 
19.
 
“Vəfatün-Nəbi”. 
20.
 
“Vəfatüz-Zəhra”. 
21.
 
“Məqtəli Əbi Abdullahil-Hüseyn”. 
22.
 
“ət-Tənbihat”. 
23.
 
“Şərhu tərtibit-təhzib”. 
24.
 
“Rövzətül-vaizin fi əhadisil-əimmətit-tahirin”. 
25.
 
“əl-Lübabul-müstəxric min kitabiş-Şihab”. 
26.
 
“Tərtibüt-təhzib”. 
27.
 
“Hilyətün-nəzər fi fəzlil-əimmətil-isney aşər”. 
28.
 
“Mənaqibu Əmirilmöminin”. 
29.
 
“əd-Dürrun-nəzid fi xəsaisil-Hüseyn əş-Şəhid”. 
30.
 
“Kitabu fəzliş-Şiə”.
771
 
31.
 
“Mövludul-Qaim.” 
32.
 
 
“Sirətüs-səhabə”. 
33.
 
“Fəzail Əli vəl-əimmə min vələdihi”. 
34.
 
“Kəşfül-muhimm fi təriqi xəbəri-Qədirxum”. 
35.
 
“Mədinətil-məacizil-əimmətil-isney aşərə və dəlailil-hücəc ələl-bəşər”. 
36.
 
“Ümdətün-nəzər fi bəyani-ismətil-əimmətil-isney aşər”. 
37.
 
Tarixül-
İslam”. 
38.
 
“Təlxis risaləteyn”. 
39.
 
“əl-Behcətül-mərziyyə fi isbatil-xilafətil-vəsiyyə”. 
40.
 
“Üsulul-
etiqadat” və s. 
Qey etdiyimiz kimi, Əllamə Bəhraninin yazdığı əsərlər içində “Qyətül-məram” 
əsərinin xüsusi önəmi və  əhəmiyyəti  vardır.  Əsərin  tam  adı  “Qayətül-məram və 
hücc
ətül-xisam fi təyinil-imam min təriqil-xass vəl-amm”dır. Müəllifin bu əsəri hədis 
ədəbiyyatı  tarixinin  şah  əsərlərindən hesab olunur. O, ilk öncə  əsərə  geniş 
771
 
Şeyx Yusif əl-Bəhrani, Lulətül-Bəhreyn, məktəbətül-fəxravi, I çap, 2008, səh. 60 
[196] 
 
                                                 

müq
əddimə  yazmış,  burada  Allaha  həmdi-səna,  Peyğəmbərə  (s) və  onun pak əhli-
beytin
ə  (ə) salavat göndərdikdən  sonra  kitabın  yazılma  məqsədini  açıqlamışdır.  O, 
əsərini Peyğəmbərdən (s) sonra İslam dünyasında meydana çıxmış imamət (xilafət) 
m
əsələsinə  həsr  etmiş  və  mövcud bütün mənbələri mütaliə  edərək bu problemin 
çözülm
əsinə  son dərəcə  əmək sərf  etmişdir.  O  var  gücü  ilə  çalışaraq  bütün 
qaynaqlarda olan h
ədisləri  bir  araya  toplamış,  onların  arasında  dəyərləndirmələr 
apararaq  Peyğəmbərdən (s) sonra xilafət kürsüsündə  imam  Əlinin  (ə)  oturmalı 
olduğunu hədislər yolu ilə sübut etməyə çalışmışdır. Bu haqda müəllif yazır: “Mən bu 
kitabda qeyd edir
əm ki, imamətə aid olan Peyğəmbərdən (s) nəql olunmuş xəbərlər, 
s
əhabə  və  tabeunun dedikləri  sübut  edir  ki,  imam  Əli  (ə) və  onun  övladları 
Peyğəmbərdən (s) sonra mütləq xəlifə və imamdırlar. Bu çoxsaylı rəvayətlər, aydın 
x
əbərlər, möhkəm dəlillər, sünni və  şiələrdən nəql  olunmuş  aşkar  rəylər  əsasında 
sübuta yetir..”
772
  
Kitabın  əhəmiyyət və  mötəbərliyini  artıran  mühüm  məqamlardan biri onun 
çoxsaylı mənbələrə istinad edilməsidir. Müəllif qeyd etdiyimiz kimi, yüzlərlə hədis, 
t
əfsir, tarix, əqaid və s. qaynaqları tədqiq etmiş və qeyd etdiyi hər bir hədisi hansı 
kitabdan al
dığını  dəqiq olaraq göstərmişdir.  Onun  istinad  etdiyi  mənbələr içində 
M
əhəmməd  bin  İsmayıl  əl-Buxarinin və  Müslüm bin Həccac  ən-Nişapurinin  “əs-
S
əhih”,  Əbu  İshaq  Əhməd bin Məhəmməd  bin  İbrahim  əs-Sələbinin “əl-Kəşf  vəl-
b
əyan fi təfsiril-Quran”, Əbu Abdullah Məhəmməd bin Əbu Nəsr əl-Hümeydinin “əl-
C
əm beynəs-səhiheyn”, Əbülhəsən Əli bin Məhəmməd İbn Məğazili əş-Şafeinin “əl-
M
ənaqib fi fəzaili  əmirilmöminin  Əli  bin  Əbu  Talib”,  Malik  bin  Ənəsin “əl-
Müv
əttə”, Əbu İsa ət-Tirmizinin “Sünəni-Tirmizi”, Əbu Davud əs-Sicistaninin “əs-
Sün
ən” və digər yüzlərlə mötəbər və məşhur qaynaqlar vardır. Müəllif bu qaynaqların 
böyük bir hiss
əini müqəddimədə  saydıqdan  sonra  əsərin tərtib etdiyi fəsillərindən 
b
əhs etmiş və adlandırdığı hər bir fəsildə hansı hədisləri topladığını qeyd etmişdir. O, 
əsərin birinci fəslində imamın təyin edilməsi və bu haqda olan rəvayətləri toplamış və 
f
əsildə  kiçik fəsillər  (bablar)  açaraq  orada  imamın  sifətləri, fəzilət və  əhli-beytin 
m
əqamını,  onları  sevib  onlara  tabe  olanların  üstünlüklərini, imam Əlinin (ə) Kəbə 
evind
ə doğulduğunu    qeyd etmişdir. Bu minvalla o, imamətin bütün təfərrüatlarını 
əsərində geniş şəkildə işıqlandırmışdır. 
Bel
əliklə, o, imamətə  və  on iki imama aid hədisləri beləcə  dəyərləndirərək 
böyük bir 
əsər meydana gətirmişdir.  Xatırladaq ki, onun bu əsəri müəllifə  dünya 
şöhrəti gətirmişdir. 

əllifin “Mədinətil-məaciz”  adlı  əsərinin  I  cildi  doğma  dilimizə  tərcümə 
edilmişdir. 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin