1)
T
əkid: hədis (sünnə) hər hansı bir hökmə Quran kimi dəlalət edir, yəni hər
yönü il
ə Quranın hökmünə uyğun bəyanat verir.
2)
T
əfsir və bəyan: hədis Quranda keçən hər hansı bir hökmü hər hansı bir
yönd
ən açıqlayır, yəni orada olan mücməl (mənası gizli) və müşkül (mənası
d
ərkedilməz) mənaları izah edir.
3)
T
əşri: Quranın hər hansı bir mövzuda hökm gətirmədiyi halda hədis (sünnə)
bir hökm ortaya qoyur.
25
Dem
əli, sünnəni (hədisi) inkar etmək insanın küfrə düşməsinə səbəb olur. Bu
haqda İman Sadiq (ə) buyurub:
“H
ər kəs Məhəmmədin (s) sünnəsinə müxalif olsa, küfr etmişdir.”
26
21
Ali-
İmran-7
22
Ali-
İmran-9
23
Riyazüs-salehin, c. I, s
əh. 17
24
h
əmin mənbə, səh. 252
25
geniş məlumat üçün bax: Riyazüs-salehin, c. I, səh. 21-22; Prof. Dr. İ. Çakan, Hədis, səh. 199; Şafei, Risalə, səh. 91-
92
26
Biharül-
ənvar, c. II, səh. 509
[10]
1.2.H
ədis elmində işlənən bəzi terminlərin izahı
H
ədis elmində bəzi terminlər işlədilir ki, bunlar bu elmin təməl prinsiplərini
t
əşkil edirlər. Bu terminlərin hər birinin lüğəvi mənalarından başqa hədis elmində
işlənən xüsusi mənaları da vardır. Həmin terminlər aşağıdakılardır:
Hədis
H
ədis lüğətdə “yeni”, “söhbət” və ya “xəbər” mənalarındadır. Hədis elmindəki
m
ənası isə “Məsumun sözünü, hərəkətini və ya təqririni izah edən kəlməyə deyilir.”
27
H
ədis kəlməsi bir termin olaraq Qurani-kərimdə bir neçə yerdə müxtəlif
m
ənalarda işlədilmişdir. Məsələn:
1)
“Əgər doğru deyirlərsə, qoy onlar Quran kimi bir kəlam (söz)
g
ətirsinlər.”
28
Bu ay
ədə söz və ya kəlam mənasında işlədilmişdir.
2)
“Musanın xəbəri sənə çatmışdı?”
29
. Bu ay
ədə xəbər mənasındadır.
3)
“Rəbbinin sənə olan nemətlərindən söhbət aç (təbliğ et) ”. Bu ayədə
isə təbliğ etmək mənasındadır.
Göründüyü kimi, h
ədis kəlməsi “təhdis” məsdərindən əmlə gəlib, ən çox “xəbər
verm
ək” mənasındadır.
B
əzi alimlərin hədis sözünə “yenilik” mənasını verməkdə məqsədləri bu sözün
“q
ədim” sözünün ontonimi olduğunu bildirmək olmuşdur. Bunlar qədim dedikdə
Qurani-k
ərimi, hədis (yeni) dedikdə isə Rəsulu-əkrəmə (s) aid edilən şeyləri nəzərdə
tutmuşlar.
30
Peyğəmbər (s) öz sözü haqqında danışarkən hədis kəlməsindən istifadə
etmişdir. Buradan belə bir nəticə çıxarmaq olar ki, hədis sözünü sonralar bir termin
olaraq Peyğəmbər (s) və Əhli-beytinə (ə) məxsus olması prinsipi elə məhz onların (ə)
özl
ərinə məxsusdur. Məsələn, Peyğəmbər (s) öz kəlmələrinin əzbərlənməsini
müs
əlmanlara tövsiyə edərkən buyurmuşdur: “Ümmətimdən hər kəs dini işlərində
ehtiyac bildiyi
qırx h
ədis əzbərləsə, Allah onu qiyamət günü fəqih və alim kimi
dirild
ər.”
31
H
əmçinin, biz bu prinsipi Əhli-beytin (ə) kəlmələrində də görürük. Məsələn,
İmam Sadiq (ə) buyurur: “Hər bir şey Allah kitabına və (Peyğəmbərin) sünn
əsinə
isnad edil
ə bilər və hər bir h
ədis Allahın kitabına müvafiq deyilsə, uydurmadır
(d
əyərsizdir).”
32
Sünn
ə
Sünn
ə sözü lüğətdə “pis və yaxud bəyənilmiş yol” deməkdir. Hədis elmindəki
m
ənası isə “Məsumun sözü, feli və ya təqriri” mənasındadır.
33
B
əzi alimlər də sünnə
sözünü “
Peyğəmbərin (s) yaşayış tərzi” kimi tərif ediblər.
34
27
C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 19
28
Tur-7
29
Taha-9
30
Sübhi
əs- Saleh, Hədis elmləri və Hədis istilahları, İstanbul, 1996, səh. 4
31
Şeyx Abbas əl-Qumi, Zübdətül-əhadis, c. I, səh. 4
32
Əllamə Məclisi, Biharül-ənvar, c. II, səh. 478
33
C
əfər Sübhani, Üsulu hədis və əhkamuhu, səh. 19
[11]
Sünn
ə kəlməsi lüğəvi mənada hədis sözündən fərqlənsə də, istilah baxımından
h
ədis sözünün sinonimidir.
35
Ümumiyy
ətlə, hədis alimləri bəzi yerlərdə hədislə
sünn
əni bir-birindən fərqləndirsələr də, çox vaxt bu iki termini eynimənalı bilmiş və
birini dig
ərinin yerində işlətmişlər. Amma sünnə sözü hədis sözünə nisbətən bəzən
çox geniş anlam daşıyır, Məsumun (ə) həm əməlini, həm sözünü, həm də təqririni
bildirir. H
əmçinin, sünnə Məsumların (ə) davranış üslublarını da ehtiva edir.
H
ədis (və ya sünnə) aşağıdakı növlərə bölünür:
-Q
əvli hədis (sözlü sünnə) - Məsuma (ə) aid kəlamdır. Məsələn, “Ey insanlar!
M
əndən sonra hec bir peyğəmbər yoxdur. Mənim sünnəmdən sonra da heç bir sünnə
yoxdur. H
ər kəs bunu iddia etsə, onun iddiası bidətdir və o Cəhənnəmlikdir. Onu
öldürün.”
36
-Feli sünn
ə (feli hədis) - Məsuma (ə) aid davranış və hərəkətləri bildirir.
M
əsələn, “Peyğəmbər (s) bir işi etdiyi zaman onu sağlam edərdi.”
37
-T
əqriri hədis (sünnə) - Məsumun (ə) hüzurunda başqaları tərəfindən söylənən
sözl
əri, edilən hərəkətləri və ya ona çatan xəbərləri sükut ilə qarşılamasına deyilir.
Bütün qrupa aid olan h
ədislərin özünəməxsus rəvayət formulları vardır.
M
əsələn, qəvli hədisin rəvayət formulu: “qalə Rəsulullah (s), qalən-Nəbi (s)” və
yaxud, “qal
ə Əli (ə), qaləs-Sadiq (ə)” kimidir.
Feli h
ədisin rəvayət formulları “kanən-Nəbi (s), raeytun-Nəbiyyə (s)”dir.
T
əqriri hədisin rəvayət formulları isə “fətəbəssəmən-Nəbi (s), fədahikən-Nəbi
(s)” v
ə yaxudda Məsumun (ə) səhabəsinin sözünü təsdiq edərsə, məsələn, “sadaqa
Salman
” (Salman doğru demişdi) təbirindən də istifadə edir.
38
Xəbər
X
əbər lüğətdə hər hansı bir şey və ya bir məsələ ilə əlaqədar nəql edilən
m
əlumat mənasındadır və hədis elmində hədis sözünün sinonimidir.
39
Əsər
Əsər lüğətdə “iz” deməkdir, istilahda isə xəbər sözünün sinonimidir.
40
B
əzi
aliml
ər isə əsəri “Məsumlardan başqa səhabə və tabeundan gələn hədis” kimi tərif
etmişlər.
41
M
əşhur alim Nəvəviyə görə isə, xəbər istər Peyğəmbərin (s), istər
s
əhabənin, istərsə də tabeunun sözü olsun, hamısı əsərdir.
42
34
Prof. Dr. İsmayıl Çakan, Hədis, səh. 19
35
Prof. Dr. İsmayıl Çakan, Hədis üsulu, səh. 26
36
Hürr
əl-Amili, Vəsailüş-şiə, c. XVII, VII bab
37
S
əhihi-Müslüm, müsafirin-141
38
geniş məlumat üçün bax: Ali Yardım, Hədis I-II, səh. 32-33
39
C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 19
40
Ali Yardım, Hədis I-II, səh. 37
41
C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 20
42
Ali Yardım, Hədis I-II, səh. 37
[12]
S
ənəd
S
ənəd lüğətdə “dəstək, dayanaq” mənasındadır.
43
H
ədis elmində isə “mətnin
yoludur, y
əni bir ravinin digər bir ravidən səhabəyə qədər rəvayət etməsidir” kimi
t
ərif edilmişdir.
44
İsnad termini sənədi qeyd etməkdir. Həmçinin, hədis alimləri
“
İsnad sənədə şamil edilir və bu hədisin isnadı səhihdir və ya zəifdir deyilir” kimi
işlədirlər.
45
Ümumiyy
ətlə, tərifdən də göründüyü kimi, sənəd və isnad bir-birlərinin yerində
işlədilir. Həmçinin, son zamanlar kütlə üçün nəzərdə tutulan hədis kitablarında
h
ədislərin sənədləri qeyd olunmur. Amma hədisin səhih və ya zəif olduğunu bilmək
üçün şübhəsiz ki, onun isnadını (və ya sənədini) bilmək zəruridir və bu da yalnız
h
ədisşünaslara məxsusdur.
M
ətn
M
ətn lüğətdə “arxa, bel, kürək” və həmçinin, hər bir şeyin onunla dik durduğu
v
ə onunla qüvvətləndiyi şey mənasındadır. İstilahi mənasına gəldikdə isə, alimlər ona
bel
ə bir tərif verir. “Mətn hədisin sözüdür ki, hədis onun mənası ilə qüvvə tapıb. Bu
da N
əbi (s) və Məsum imamların (ə) dedikləridir.”
46
Dem
əli, təriflərdən belə başa
düşülür ki, mətn hədisin əslini təşkil edir. Yəni hədis mətndən ibarətdir, sənəd isə o
m
ətni rəvayət edən şəxslərin zənciridir.
1.3.Q
aynağına görə hədisin növləri
H
ədis alimləri hədisləri qaynağına və yaxud da varıb dayandığı sonluğuna görə
aşağıdakı qruplara bölüblər:
M
ərfu hədis
M
ərfu lüğətdə “ucaldılmış”, “yüksəldilmiş” mənalarındadır. Hədis elmində isə
P
eyğəmbərdən (s) gələn söz, feli, təqriri, vəsfi olan hər hansı bir hədisə deyilir.
47
M
əvquf hədis
M
əvquf lüğətdə “dayanmış” deməkdir. İstilahi mənada isə səhabənin qəvli, feli
v
ə oxşar vəziyyətlərinə dair rəvayət edilən hədisə məvquf deyilir.
48
H
ənəfilərdən Razi və digərləri, Malik bin Ənəs və Əhməd bin Hənbələ görə
m
əvquf hədis höccətdir (dində dəlildir). Lakin bəzi hənəfilərlə yanaşı, Məhəmməd
bin İdris əş-Şafei isə məvquf hədisi höccət saymamışlar.
49
İmamiyyə alimlərinə görə
d
ə məvquf hədis höccət deyil.
43
Arapça-türkce sözlük, “s
ənəd” maddəsi
44
C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 18
45
H
əmin mənbə; Hüseyn bin Əbdüssəməd əl-Amili, Vusulül-əxyar ilə üsulil-əxbar, səh. 90
46
Şəhid əs-Sani, ər-Riayə fi elmid-dirayə, səh. 52; Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 18
47
İ. Çakan, Hədis üsulu, səh. 115
48
İbn əs-Salah, Ülumul-hədis, səh. 41-42; Ali Yardım, Hədis I-II, səh. 39
49
İ. Çakan, Hədis üsulu, səh. 119-120
[13]
M
əqtu hədis
M
əqtu lüğətdə “kəsilmiş” deməkdir. Hədis elmində isə hər hansı bir tabeuna aid
olunan söz, fel v
ə ya təqrirə deyilir. Həmçinin, ətbaüt-tabeunun da söz, fel və ya
t
əqririnə məqtu hədis deyilir.
50
M
əvquf və məqtu hədislərin höccət olması hədisşünaslar arasında ixtilaflı
m
əsələlərdəndir. Bəzi alimlər yalnız Məsumlardan (ə) gələn hər hansı bir sözə hədis
demiş, səhabə və tabeundan gələn sözlərə isə əsər adını vermişlər.
51
Əbu Hənifə hər
üç qrupa aid h
ədis haqqında demişdir:
“
Peyğəmbərdən (s) gələn hədislərin başımız və gözümüz üstündə yeri vardır.
S
əhabələrdən gələnləri də seçirik. Tabeundan gələnlərə gəldikdə isə, onlar da
ravidirl
ər, biz də raviyik”.
Qüdsi h
ədis
Qüds lüğətdə “paklıq”, “təmizlik”, “müqəddəslik” mənalarındadır. Hədis
elmind
ə isə “Allahın peyğəmbərlərindən (s) və ya övsiyalarından (ə) birinə ecazkar
şəkildə olmadan nazil etdiyi söz” kimi tərif edilmişdir.
52
Mövli
əl-Kirmani “Kitabüs-saum” adlı əsərinin əvvəlində yazırdı: “Quran
ecazkar bir k
əlmədir və Cəbrayılın (ə) vasitəsiylə nazil olmuşdur, Qüdsi hədis isə
ecazkar deyildir v
ə vasitəsiz bildirilib. Buna görə də ilahi, rəbbani və ya qüdsi
adlandırılmışdır.”
Əmir Həmudiddin “Fəvaid” adlı əsərində Quranla qüdsi hədis arasında altı
f
ərqin olduğunu gəstərir:
1).Quran möcuz
ədir, hədisi-qüdsi isə möcuzə deyil.
2).
Namazı Quransız qılmaq olmaz, namazda isə qüdsi hədis oxumaq olmaz.
3).
Quranı inkar edən kafirdir, qüdsi hədisi isə inkar edən kafir olmaz.
4).Quran C
əbrayılın (ə) vasitəsi ilə nazil olub, qüdsi hədislər isə vasitəsiz xəbər
verilib.
5).Quran l
əfzən Allahdan göndərilib, qüdsi hədisin ləfzi isə Peyğəmbərə (s)
m
əxsusdur.
6).Qurana pak olmayanlar toxuna bilm
əz, onu oxuya bilməz, qüdsi hədisə isə
pak olmayanlar da toxuna bil
ərlər.
T
əriflərdən göründüyü kimi, qüdsi hədislər Allah tərəfindən heç bir vasitə
olmadan öz peyğəmbərinə və imamlarına ilham və ya yuxu vasitəsiylə bildirdiyi
x
əbərlərdir. Əlbətdə ki, qüdsi hədislərə heç vaxt Quran ayələri deyilə bilməz.
M
əlumdur ki, Quranın sözlərinin həm mənası həm də ləfzi Allaha məxsusdur. Hədisi-
qüdsinin is
ə mənası Allaha məxsus olsa da, ləfzi Peyğəmbər (s) və ya digər Məsuma
(
ə) xasdır.
Qüdsi h
ədislər hədisşünaslar tərəfindən ya ayrı-ayrı əsərlər formasında, yaxud
da dig
ər hədis kitablarında ayrıca bölüm altında toplanmışdır. Həmin əsərlərdən
aşağıdakıları qeyd etmək olar:
50
İbn əs-Salah, Ülumul-hədis, səh. 41-42; Ali Yardım, Hədis I-II, səh. 39
51
C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 19
52
H
əmin mənbə, səh. 20
[14]
1).M
əhəmməd bin Hüseyn bin Əli Hürr əl-Amilinin (h/q.1033-1104) “əl-
Ənvarül-səniyyə fi əhadisil-qüdsiyyə” adlı əsəri. Bu əsər Azərbaycan dilinə tərcümə
edilib.
2).Əbdürrauf əl-Münavinin (öl.1031/1622) “əl-İthafatüs-səniyyə bil-hədisil-
qüdsiyy
ə” adlı əsəri.
3). M
əhəmməd əl-Mədəninin “əl-İthafatüs-səniyyə fil-hədisil-qüdsiyyə” əsəri.
4). Əli əl-Qarinin “əl-Əhadisül-qüdsiyyə” əsəri.
[15]
I
I FƏSİL
HƏDİSLƏRİN YAZILMASI PROBLEMİ
2.1.H
ədislərin yazılması
(Kitab
ətül-hədis)
H
ədislərin yazıya köçürülməsi bu elmin əsasını təşkil edir. Buna bəzən
“T
əqyidül-elm”, “Kitabətül-elm” də deyilmişdir.
53
İslamın zuhuru ərəfəsində ərəblər içərisində yazıb-oxumağı bilənlər az idi. Lakin
İslam dini meydana gəldikdən sonra Peyğəmbərin (s) təkidi və təbliği nəticəsində
yazıb-oxumağı bilənlər bilməyənlərə elm və maarifi öyrədirdi. Həmçinin, bu işdə
müharib
ələrdə əsir götürülmüş ziyalı müşkirlərin də elmindən istifadə edilirdi.
H
ədislərin yazıya köçürülməsi İslam alimləri tərəfindən ixtilaflıdır. Belə ki, bir
qrup aliml
ər hədislərin yazılmasını Peyğəmbər (s) tərəfindən qadağan edildiyini iddia
ets
ələr də, digər qrup alimlər bu iddianı əsaslı dəlillərlə rədd etmişlər.
a).H
ədis yazma yasağı
B
əzi hədis alimlərinə görə, Peyğəmbər (s) ilk dövrlərdə hədislərin yazılmasını
qadağan etmişdir. Bu iddianı irəli sürən alimlər Müslüm bin Həccacın Əbu Səid əl-
Xudrid
ən rəvayət etdiyi aşağıdakı hədisə isnad etmişlər:
“M
əndən heç bir şey yazmayın. Hər kəs məndən Qurandan başqa bir şey
yazmışsa, onu pozsun. Məndən hədis rəvayət edin, bunun bir qəbahəti yoxdur. Hər
k
əs mənim söyləmədiklərimi mənə isnad etsə, Cəhənnəmdəki yerinə hazırlansın.”
54
Qeyd edil
ən bu hədisi doğru bilən alimlər onu belə izah edirlər:
1). Müs
əlmanlar yazını yeni öyrənirdilər və yazılarında çoxlu xətalara yol
verirdil
ər.
2). Müs
əlmanlar kağız qıtlığına görə Peyğəmbərdən (s) eşitdikləri hədisləri bəzi
vaxtlarda “Müsh
əfi-şərif” yarpaqlarının boş yerlərinə yazırdılar. Bunu görən
Peyğəmbər (s) Quran və hədislərin bir-birinə qarışacağından ehtiyat edərək hədislərin
yazılmasını qəti şəkildə qadağan etmişdir.
3). Yazının mükəmməl olmaması və yazı yazanların uşaq olub maarif
sistemind
əki yetərsizlikləri.
55
Amma m
ənbələr daha obyektiv şəkildə araşdırıldıqda məlum olur ki, hədislərin
yazılmasının qadağan olunması yalnız Peyğəmbərin (s) vəfatından sonrakı dövrə,
daha doğrusu xəlifələr dövrünə təsadüf edir. Belə ki, görkəmli hədis alimi Zəhəbi
“T
əzkirətül-hüffaz” adlı əsərində yazırdı: “Xəlifə Əbu Bəkr Peyğəmbərin (s)
v
əfatından sonra insanları bir yerə toplayıb onlara dedi: Peyğəmbərdən (s) heç bir
h
ədis rəvayət etməyin. Bu haqqda sizdən bir şey soruşsalar, belə deyin: bizimlə sizin
53
İsmayıl Çakan, Hədis Ədəbiyyatı, səh. 7
54
Səhihi-Müslüm, c. VIII, səh. 229. Bu hədis İbn Qüteybənin Təvili-müxtəlifil-hədis əsərində, səh. 286; Dariminin
Sün
ən əsərində c. I, səh. 98-də də qeyd edilmişdir.
55
Ali Yardım, Hədis I-II, səh. 13-14
[16]
aranızda Allahın kitabı vardır. Onun halalını halal, haramını da haram bilin.”
56
H
əmçinin, Zəhəbi Peyğəmbərin (s) xanımı ummulmöminin Aişədən nəql edərək atası
x
əlifə Əbu Bəkrin Peyğəmbərin (s) dövründə yazdığı 500 hədisi yandırdığını adı
ç
əkilən əsərində qeyd etmişdir.
57
Bundan
əlavə Zəhəbi və digər görkəmli hədisşünas alimlər, o cümlədən Əllamə
əl-Hindi xəlifə Ömər bin Xəttabın camaata hədislərin yazılmasını və nəql olunmasını
qadağan etməsi haqqında məlumatları öz əsərlərində qeyd etmişlər.
58
Əllamə əl-Hindi
x
əlifə Ömərin Əbu Hüreyrəyə: “Əgər hədis rəvayət etməyi tərk etməsən, səni mütləq
Dus bölg
əsinə gödərəcəyəm” sözünü öz əsərində qeyd etmişdir.
59
Hakim Nişapuri “Müstədrək” əsərində Qərzə bin Kəbin belə dediyini nəql edir:
“X
əlifə Ömər bin Xəttab biz İraqa yola düşərkən bizi yola saldı və belə dedi:
bilirsinizmi sizi niy
ə yola salıram? Dedik: bəli biz Peyğəmbərin (s) səhabələriyik, sən
d
ə bizimlə birlikdə gəlirsən. Dedi: getdiyiniz yerdə Peyğəmbərdən (s) hədis nəql
etm
əyi azaldıb Qurandan danışın...”
60
Bütün bu deyil
ənlərdən başqa bəzi səhabələr hələ Peyğəmbərin (s) dövründə
bel
ə, hədislərin yazılmasına etiraz etmişlər. Bütün qaynaqların verdikləri məlumatlara
gör
ə, Peyğəmbər (s) can üstə olarakən kağız və qələm istəmiş lakin bəzi səhabələr
ona kağız və qələmin verilməsini münasib görməmişlər. Bunun da nəticəsində
Peyğəmbər (s) onların evi tərk etmələrini əmr etmişdir.
61
X
əlifə Osman bin Əffan da hədislərin yazılmasını əvvəlki xəlifələr kimi qadağan
etmişdir. Belə ki, İbn Səd Məhəmməd bin Ləbiddən belə nəql edir: “Osman bin Əffan
minb
ər üstündə olarkən ondan eşitdim ki, deyirdi: “Heç bir kəsə xəlifə Əbu Bəkr və
x
əlifə Ömərin dövründə deyilmiş hədislərdən başqa hədis rəvayət etməyə icazə
verilmir. X
əlifə Osman hətta mənə belə, hədis nəql etməyə mane olurdu.”
62
Əli bin Əbu Talibin (ə) dövründə əvvəlki xəlifələrin hədislər üzərində
qoyduqları qadağa da aradan götrülməmişdir. Bunun ən ümdə səbəblərindən biri
İmam Əlinin (ə) başının daxili münaqişələrə qarışması göstərilə bilər.
b).
Hədislərin nəqli və yazılması
H
ədislərin yazılması və onun gələcək nəsillərə ötürülməsi haqqında
Peyğəmbərdən (s) və onun Əhli-beytindən (ə) kifayət qədər hədislər vardır.
M
əlumdur ki, hədisləri əzbərləyib yadda saxlamaq hamıya xas olan bir əməl olmadığı
kimi, onu
əzbər bilənin də əbədi yaşaması mümkün olan iş deyildir.
İslamın ikinci əsas qaynağı hesab edilən hədisin yazıya köçürülməsi
müs
əlmanların ən ümdə vəzifələrindən biri olmuşdur. Çünki hədislər vasitəsilə
56
Hafiz
əz-Zəhəbi, Təzkirətül-hüffaz, c. I, səh. 2
57
h
əmin mənbə, c. I, səh. 5
58
H
əmin mənbə, c. I, səh. 7; Əllamə Əli Müttəqi əl-Hindi, Kənzül-ümmal, c. I, səh. 291
59
Əllamə Əli Müttəqi əl-Hindi, Kənzül-ümmal, c. I, səh. 291, hədis № 29472
60
Hakim Nişapuri, Müstədrək aləs-səhiheyn, c. I, səh. 102, elm fəsli
61
S
əhihi-Buxari, c. IV, səh. 490, hədis № 229, c. IV, səh. 317, hədis № 872; Səhihi-Müslüm, c. III, səh. 454, hədis №
1632; Əhməd bin Hənbəl, Müsnəd, c. I, səh. 293
62
İbn Səd, ət-Təbəqatül-kübra, c. II, səh. 633
[17]
müs
əlmanlar Qurani-kərimin izahına və şəri məsələlərin icrasına mükəmməl şəkildə
vaqif olurlar.
Ümumiyy
ətlə, əgər hədisin yazılmasını qadağan edən “hədislər” səhih olsa belə,
onların əksini söyləyən hədislər daha çoxluq və mütəvatirlik təşkil etməkdədir.
H
ədislərin yazılmasını qadağan edən xəbərlərə gəldikdə, bir çox İslam alimləri
Peyğəmbərdən (s) belə bir hədisin nəql edilmədiyini əsaslandırmışlar. Belə ki,
M
əhəmməd bin İsmayıl bin İbrahim əl-Buxari (810-870) Müslüm bin Həccac
Nişapurinin nəql etdiyi hədisi tənqid etmişdir. Buxari və digər hədisşünaslara görə,
yuxarıda qeyd olunan hədis Peyğəmbərdən (s) deyil, Əbu Səid əl-Xudridən gələn
m
əvquf hədisdir.
63
Möt
əbər qaynaqlarda Peyğəmbərin (s) öz səhabələrinə onun sözlərini dinləyib
öyr
ənmələri haqqında çoxlu hədislər vardır. Həmçinin, Həzrət (s) bu işi görənlərə
çoxlu dualar etmişdir və hədisləri hifz edənin dünya və axirət xeyrinə nail olması
haqqında hədislər söyləmişdir.
64
Peyğəmbərdən (s) eşidilən hədislər səhabələr
t
ərəfindən qələmə alınmış və qorunaraq gələcək nəsillərə ötürülmüşdür. Bunu təsdiq
ed
ən dəlillər əlimizdə kifayət qədərdir. Ümumiyyətlə, Peyğəmbərin (s) hədislərinin
yazılmasını əmr edən dəlillərdən bir neçəsini göstərmək olar:
Dostları ilə paylaş: |