Müst
əxrəc - mühəddisin hər hansı bir kitabın hədislərini, o kitabın müəliflərinin
s
ənədləri ilə deyil, özünə çatan başqa sənədlərlə rəvayət etməsidir.
260
Müst
əxrəclərə
misal olaraq Əbu Bəkr əl-İsmayılın “Səhihi-Buxari” üzərinə, Əbu Əvanənin “Səhihi-
Müslüm” üz
ərinə, Əbu Əli ət-Tusinin “Sünəni-Tirmizi” üzərinə yazdıqlarını
göst
ərmək olar.
261
Ərbəun - müəllifi maraqlandıran hər hansı mövzu və ya dəyişik mövzularda
toplanmış qırx hədisdən ibarət olan kitablara deyilir.
262
İlk ərbəun müəllifi olaraq
tanınan şəxs Abdullah bin əl-Mübarəkdir (öl.181 h/q). Bundan sonra da bu iş davam
etdirilmiş və məşhur hədisşünaslar, o cümlədən Dəraqutni, Hafiz bin Həcər və s.
şəxslər bu ad altında əsərlər meydana gətirmişlər.
263
Möc
əm - səhabələrin İslama ilk girənlərin, şeyxlərin və yaxud da ölkələrin
adlarına görə hədislərin əlifba sırası ilə sıralandığı kitablardır.
264
Möc
əmlər içərisində
ən məşhuru Təbəraninin “Möcəmu-səğir, mütəvəssit və səğir” əsərləridir.
b)
Diray
ə yönündən hədis elmi
H
ədis elminin ikinci ən böyük və ən mühüm hissəsi dirayə baxımından hədis
elmidir. Bu elmin t
ərifi şübhəsiz ki, hədisşünaslar tərəfindən verilmiş və onun
hüdudları göstərilmişdi. Ümumiyyətlə dirayə elminə aşağıdakı təriflər verilmişdir:
“Diray
ə lüğətdə elm və diqqətlə oxumaq (mütaliə) mənasındadır… İstilahda isə
bir elmdir ki, onun vasit
əsilə hədisin mətni, onun sənədi, nəql olma yolları,
s
əhihindən zəifi araşdırılır. Həmçinin, bu elmin vasitəsi ilə məqbul hədislər mərdud
h
ədislərdən seçilib öyrənilir.”
265
Dig
ər hədis alimi Şeyx Bəhaəddin əl-Amili bu elmə belə tərif vermişdir:
“H
əqiqətən onunla hədisin sənədi, mətni, onun keyfiyyəti öyrənilib rəvayət
edilm
əsi və nəql edilməsinin metodu öyrənilir.”
266
T
əriflərdən belə məlum olur ki, dirayə baxımından hədis elmi rəvayət
baxımından hədis elmindən mövzusuna görə fərqlənir. Belə ki, bu elmin vasitəsilə
M
əsumlardan (ə) nəql olunan hədislər, bu hədisləri nəql edən ravilər tam tədqiq
edilir, s
əhihi zəifindən ayrılır və nəql etmə metodları göstərilir. Rəvayət baxımından
h
ədis elmində hədis kitabları, onların müəllifləri, hansı dövrdə yazılması tədqiq
edildiyi halda, diray
ə elmində isə bu kitablarda yer alan hədislərin mətn və sənədi
araşdırılıb tədqiq edilir.
259
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 232; Sübhi Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 100-101
260
H
əmin mənbələr
261
bax: həmin mənbələrə
262
İ. Çakan, Hədis üsulu, səh. 70
263
Həmin mənbə, səh. 278-279
264
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 232; S.əs- Salih, Hədis elmləri və Hədis istilahları, səh. 100
265
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 14
266
Bəhaəddin əl-Amili, əl-Vəcizə, səh. 7
[57]
Diray
ə baxımdan hədis elminə bəzən hədis üsulu və ya hədis istilahları adı da
deyilir. H
əmçinin bu elmə bəzən “ülumul-hədis” də deyilmişdir. Müasir dövrdə bu
elm
ə hədis elminin metadologiyası da deyilir.
c)
Diray
ə elminin meydana gəlməsi və bu sahədə ilk əsər yazan şəxslər
M
əlum olduğu kimi, hədisləri tədqiq və təhlil etmədən İslamın ideologiyasına,
onun
əsaslarına və şəri hökmlərinə dürüst şəkildə əməl etmək qeyri-mümkündür.
Buna gör
ə də müsəlman alimləri nəql edilən hədisləri daha da dəqiqləşdirmək üçün
üsul elmini yaratmış və bunun vasitəsilə məqsədlərinə nail olmuşlar.
Üsul elminin n
ə vaxt meydana gəlməsi və bu sahədə ilk əsərin kim tərəfindən
yazılması hədis alimləri içərisində ixtilaflı məsələlərdəndir. Amma bu ixtilafın
olmasına baxmayaraq əksər hədisşünaslar bu elmin tarixini Peyğəmbərin (s) dövrünə
bağlayırlar. Belə ki, Peyğəmbərin (s) bu elm haqqında xüsusi bir buyruğu olmasa da
özü haqqında yalana yer verilməməsini çox israr etmişdir.
Bu elmin tarixin
ə nəzər saldıqda bizə məlum olur ki, üsul elminə aid olan bəzi
m
əsələlər məhz səhabələr dövrünə aiddir. Çünki bəzi səhabələr bir-birlərindən
eşitdikləri hədisləri daha da dəqiqləşdirmək üçün eşitdiyi kimsədən şahid tələb
etmişlər. Bunun bariz nümunəsini biz xəlifə Ömərin bəzi insanların çox rəvayət
etm
əsini yasaqlamasında və hətta belə şəxslərin şallaqlanıb həbsə atılmasında
görm
əkdəyik. Deməli, buradan belə anlaşılır ki, üsula aid prinsiplər səhabə dövründə
meydana çıxmışdır.
Bütün bunlara baxmayaraq h
ədisşünaslar hədis üsuluna aid bəhslərin sonradan
meydana g
əlməsini və üsul elminə aid istilahların hicri IV və daha sonrakı əsərlərdə
meydana çıxdığını qeyd edirlər.
Bir qrup aliml
ərə görə dirayə elminə aid ilk əsəri Əbu Məhəmməd bin
Əbdürrəhman bin Həllad ər-Rəmahürmüzü (öl.360/970) yazmışdır. Onun yazdığı
kitabın adı “əl-Mühəddisül-fasil beynər-ravi vəl-vai”dir.
267
Lakin dig
ər alimlər dirayə
elmin
ə aid ilk əsərin meydana kim tərəfindən gətirilməsində başqa alimlərin adlarını
qeyd etmişlər. Belə ki, məşhur alim Cəfər Sübhani “Üsulul-hədis və əhkamuhu” adlı
əsərinin müqəddiməsində yazırdı: “Həqiqətən əshabımızdan dirayə elminə aid ilk
əsəri Cəmaləddin Əhməd bin Musa bin Cəfər bin Tavus (öl. 673 h/q) yazmışdır.”
268
Alim sözünün ardınca yazırdı: “O, Əbdülkərim bin Əhməd bin Musa bin Tavusun
(öl.693 h/q
) atasıdır. Həmçinin o, Əllamə Hillinin (öl.726 h/q) və İbn Davud əl-
Hillinin (öl.707 h/q
) ustadır. O, imamiyyə məzhəbində hədislərin bölgüsünə aid
istilahları (terminləri) qoymuşdur.”
Dig
ər məşhur alim Seyid Həsən əs-Sədr “Təsisüş-şiə” adlı əsərində isə dirayə
elmin
ə aid ilk əsərin Hakim ən-Nişapuri (öl.405 h/q) tərəfindən yazıldığını qeyd
ed
ərək belə yazırdı: “Həqiqətən dirayətül-hədisə aid ilk əsəri Əbu Abdullah Hakim
ən-Nişapuri əl-İmami əş-Şii olmuşdur. O, ilk dəfə olaraq bu elmə aid “Mərifətu
ülumil- h
ədis” əsərini yazmışdı. Onun bu əsəri beş cilddən ibarətdir və əlli növ
267
İ. Çakan, Hədis üsulu və Hədis tarixi, səh. 406
268
səh. 9
[58]
h
ədisdən bəhs etməkdədir. Onu İbn əs-Salah təqlid etmiş və altımış beş növ hədis
qeyd etmişdir.”
269
M
ənbələrin verdikləri məlumatlar ziddiyyətli olsa da, hər halda dirayə elminin
q
ədimliyindən xəbər verir. Əgər bu elm haqqında ilk əsərin hicri IV (miladi X) əsrdə
yazıldığını qəbul etsək belə, bu işin sonrakı əsrlərdə daha da təkamül həddinə
çatdığını görməkdəyik. Ümumiyyətlə üsul elminə aid yazılan əsərlər içərisində ən
m
əşhur olanları qeyd etmək əlbəttə faydalı olardı.
1.
Əli bin Əbdülhəmid əl-Hüseyninin (öl.786 h/q), “Şərhu üsuli dirayətil-hədis”
əsəri. Bu əsər haqqında görkəmli hədisşünas Seyid Həsən əs-Sədr “Təsisüş-şiə” adlı
əsərində məlumat vermişdi.
Şeyxüş-şəhid Zeynüddin əl-Amilinin (911-966 h/q) üç mühüm əsəri:
2.
əl-Bidayə fi elmid-dirayə.
3.
Şərhül-bidayə. Alim bu əsərini hicri 959-cu ildə tamamlamışdır. Bu əsər İslam
al
əmində ən məşhur əsər olduğundan dəfələrlə təkrar çap edilmişdi. Bu əsər sonuncu
d
əfə “ər-Riayə fi elmid- dirayə” adı altında çap edilmişdi.
4.
Ğəniyyətül-qasidinə fi mərifəti istilahatil-mühəddisin. Alim bu əsərinə
“
Şərhül-bidayə”nin xatimə hissəsində diqqət yetirərək demişdir: “Hər kəs aydın
m
əsələlər ilə öz istəklərini təmin etmək istəyirsə, ona “Ğəniyyətül-qasidinə fi mərifəti
istilahatil-müh
əddisin” kitabımızı məsləhət edirik.
5. v
ə 6. Şeyx Həsən bin Zeynüddinin (öl.1010 h/q) “ət-Təhrirüt-Tavusi” əsəri ilə
“Münt
əqəl-cəman” əsəri. Bu iki kitabda dirayə elminin əsaslarına aid çox məsələlər
vardır.
7.
Şeyx Hüseyn bin Əbdüssəməd əl-Amilinin (öl.918-984 h/q) “Vüsulul-əxyari
il
ə üsulil-əxbar” əsəri.
8. B
əhaədin əl-Amilinin (953-1030 h/q) “əl-Vəcizə” əsəri. Bu dirayə elminə aid
çox qiym
ətli bir əsərdir. Bu əsəri Seyid Həsən əs-Sədr şərh etmiş və ona “Nihayətüd
diray
ə” adını vermişdir. Bu əsər çap edilmişdi.
9.
əs-Seyid Mühəqqiq Mirdamədin (öl.1041 h/q) “ər-Ravaşihüs-səmaviyyə”
əsəri. Bu əsərdə dirayə elminə aid çox məsələlər öz həllini tapmışdır.
Bu adı çəkilən kitablar dirayə elminə məxsus kitablardır, hansı ki, bunların
hamısı hicri onuncu əsrdə və ya ondan bir az sonrakı dövrdə yazılmışdı. Bu əsərlər
haqqında geniş məlumat almaq üçün Ağa Bozorg Tehraninin “əz-Zəriə ila təsanifiş-
şiə” əsərinin VIII cildinə müraciət etmək lazımdır.
Bunlardan başqa Tahir əl-Cəzairi (öl.1338/1919) “Təvcihün-nəzər”, Xətib əl-
Bağdadinin (öl.463/1071) “əl-Kifayə fi ilmir-rivayə”, İbn Salahın (v.643/1245)
“Ülumul-h
ədis” əsəri, Yəhya bin Şərəfuddin ən-Nəvəvinin (öl.676/1277) “ət-Təqrib
v
ət-təysir li əhadisil-bəşirin-nəzir”, Əbülfida İmadəddin İsmayıl bin Kəsirin
(v.774/1372)
“İxtisaru ülumil-hədis”, Cəlaləddin əs-Süyutinin (v.911/1505)
“T
əqribür-ravi fi şərhi təqribir-ravi”, Şeyx Cəmaləddin əl-Qasiminin (v.1332/1914)
“Q
əvaidüt-təhdis min fünuni müstəlahil-hədis” əsərini də qeyd etmək olar.
269
səh. 294
[59]
H
ədis elmləri başlıca olaraq iki böyük elmə bölünməsinə baxmayaraq şübhəsiz
ki, bunlar bir-birl
əri ilə sıx bağlı olan elmlərdir. Hədis elmləri içərisində ən mühüm
elml
ərdən olan dirayə elminin özü də bir neçə elmə ayrılmaqdadır. Bu elmin hər biri
h
ədisin müxtəlif sahələrini öyrənməklə məşğuldur. Həmin elmlər içərisində ən
m
əşhurları aşağıdakılardır:
I. C
ərh və tədil elmi
C
ərh sözü luğətdə yaralamaq, tədil isə ədaləti bəyan etmək mənasındadır. Hədis
elminin bu şöbəsində hədisi nəql edən ravilərin qüsurları və ya məziyyətləri incələnir.
Əgər cərh və tədil elmi olmasa, şübhəsiz ki, ravilərin araşdırılması, onların fasiq
olanını ədalətli və siqə (etibarlı) olanından ayırmaq qeyri-mümkün olacaqdır.
H
əmçinin ravinin tam şəkildə araşdırılıb ortalığa çıxarılmaması nəql olunan hədisin
s
əhhətini də şübhə altına qoya bilər. Çünki hədisin səhih və ya zəif olması ravinin
etibarlı (siqə) olub olmamasından da asılıdır. Buna görə də hədis alimləri elmin bu
şöbəsinə xüsusi önəm vermişlər. Hakim ən-Nişapuri bu elm haqqında demişdir:
“C
ərh və tədil hədis elminin bir səmərəsi və böyük ölçüdə olan bir qoludur”.
270
Böyük h
ədis alimləri cərh və tədil elminin dəlilini Qurani-kərim və hədisi-şəriflərdə
görürl
ər. Çünki Qurani-kərimdə və hədislərdə xəbər verən şəxslərin kimliyini
aydınlaşdırmaq tövsiyə olunmuşdur. Belə ki, bu məsələ Qurani-kərimdə belə bəyan
edilir:
“Ey iman g
ətirənlər! Sizə bir fasiq xəbər gətirərsə, onu aydınlaşdırın.”
271
Peyğəmbər (s) isə hədislərinin birində buyurmuşdur:
“
Elmi şəhadəti qəbul edilən kimsələrdən alın.”
C
ərh və tədil elminin mövzusundan da göründüyü kimi, hər hansı bir ravi
haqqında mənfi və ya müsbət fikir söyləmək çətin və məsuliyyətli bir işdir. Çünki
İslam dinində hazırda olmayan şəxs haqqında danışmaq, yəni qeybət etmək qadağan
olunmuş əməllərdəndir. Amma burada məqsəd qeybət yox, əksinə dinimizin
qo
runmasına yönələn bir işdir. Bunu Tirmizi (öl.279/392 h/q) belə açıqlamışdı:
“H
ədisşünasları birinin digərini cərhə sövq edən şey bizə görə müsəlmanların
yaxşılığını istəməkdir. Yoxsa onların müsəlmanların məqsədi müsəlmanların
qeyb
ətini etmək deyil… Cərh və tədil alimləri dinə olan məhəbbətlrinəə görə
ravil
ərin əhvalını bəyan etmişlər.”
272
C
ərh və tədil baxımından ravilər “m
ətainu əşərə” (on pis söz) deyilən sözlər
vasit
əsi ilə tənqid edilərək ayrı-ayrı sözlərlə dəyərləndirilir. Bu on sözün beşi ravinin
ədalət sifətinə, digər beşi isə zəbt sifətinə yönəlir. Çünki hər bir ravidə olan sifətlər
ədalət və zəbt deyə ikiyə ayrılmışdır. Mətainu əşərə aşağıdakılardır:
A)
Ədalət sifətinə aid olan sözlər:
-
Kizbür-ravi
270
Mərifətu ülumil-Hədis, səh. 52
271
Hucurat-6
272
İ. Çakan, Hədis üsulu, səh. 91
[60]
Ravinin h
ədis rəvayətində yalançılığı. Əgər bir şəxs Peyğəmbərin (s) və ya digər
M
əsumların (ə) adlarına yalan nisbət edərsə, belə şəxslərdən heç vaxt rəvayət qəbul
olunmur. Bel
ə ravilər “kəzzab”, “əkzibün-nas” və s. terminlər ilə tanıdılır və onların
r
əvayət etdikləri xəbərlərə “mövzu”, “zəif” və s. adlar verilir.
-
İttihamür-ravi bil-kizb
Ravinin yalançılıqda ittiham edilməsi. Əgər bir ravi hədis rəvayətində yalan
söyl
əməsə də, amma gündəlik həyatında yalan danışarsa, onun hədisdə də yalan
danışması istisna edilmir. Belə ravinin rəvayət etdiyi hədis “mətruk” adını alır.
-
Fisqür-ravi
Ravinin günahkarlığı. Əgər bir ravi İslamın əmr və qadağalarına əməl etməzsə,
ona fasiq deyirl
ər və onun rəvayəti heç vaxt qəbul edilməz. Onun rəvayət etdiyi
h
ədisə isə “münkər” adı verilmişdir.
-
Cəhalətür-ravi
Ravinin tanınmaması. Əgər hədis nəql edən ravinin zatı və halı bilinməzsə,
ondan r
əvayət qəbul edilməz. Belə ravinin nəql etdiyi hədisə “məchul” deyilmişdir.
-
Bidətür-ravi
Ravinin bid
ət əhlindən, yəni müxtəlif bidət olaraq ortaya çıxmış hər hansı bir
m
əzhəbdən olması.
B) Z
əbt sifətinə yönələn sözlər:
-
K
əsrətül-qələt
Ravinin r
əvayətində çox yanlış (səhv) etməsi. Əgər ravi rəvayətində çox səhvə
yol verirs
ə, onun nəql etdiyi hədislər məqbul sayılmır və rəvayətinə də “münkər”
deyilir.
-
Fərtül-qəflət
Ravinin ifrat dərəcədə diqqətsiz və qafil olması. Bu ravinin diqqət göstərməsi
lazım olan yerlərdə qəflət etməsidir ki, bu da onun rəvayətinin qəbul edilməməsinə
səbəb olur.
-
Vəhm
Ravinin nəql etdiyi hədisin mətn və sənədində xətaya yol verməsi. Əgər bir ravi
mərfu hədisi məvquf kimi nəql edərsə, onun rəvayəti qəbul edilməz. Onun rəvayəti
“
məlul” adlanır.
-
Mü
xaləfətüs-siqat
Ra
vinin özündən də siqə (etibarlı) bir raviyə müxalif olaraq rəvayət etməsi. Əgər
bir ravi özündən daha etibarlı digər bir raviyə əks olaraq hədis rəvayət edərsə, onun
rəvayəti məqbul hesab edilmir. Belə ravinin nəql etdiyi hədisə “müdrəc”, “məqlub”,
“mü
ztərib”, “müsəhhəf”, “mühərrəf” və s. deyilmişdir.
-
Suil-hifz
Ravinin yaddaşının zəif olması. Əgər bir ravinin hafizə qüvvəsi pis olarsa, onun
n
əql etdiyi hədis qəbul edilmir.
273
273
geniş məlumat üçün bax: İ .Çakan, Hədis üsulu, səh. 93-95; İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 466-474
[61]
C
ərh və tədildə işlənən bəzi kəlmələr
H
ədisşünaslar və rical alimləri hədis rəvayət edən ravini mədh və təzkiyə,
h
əmçinin məzəmmət və cərh etmək üçün bəzi kəlmələr işlətmişlər. Ümumiyyətlə
ravil
ər haqqında işlədilən kəlmələr iki qismdir:
I. M
ədh və təzkiyə edən kəlmələr:
-O adil v
ə etibarlıdir;
-Höcc
ətdir;
-Onun h
ədisi səhihdir.
II. M
əzəmmət və cərh edən kəlmələr:
-Z
əifdir;
-
Yalançıdır;
-H
əddi aşandır;
-Z
əif, səbəbsiz söz deyəndir;
-B
ir şey deyil, heç bir dəyəri yoxdur.
274
R
əvayəti qəbul və ya rədd edilən kimsə
Əvvəldə qeyd etdiyimiz kimi, hədis elmində kimin rəvayəti qəbul edilir və
yaxud da kimin r
əvayəti rədd edilir mövzusu ən əhəmiyyətli və ən faydalı
mövzulardan biridir. Bu mövzuya b
əzi hədisşünaslar “Ravidə aranan şərtlər” adı
altında toxunurlar. Ümumiyyətlə ravidə aranan şərtlər aşağıdakılardır:
1. Müs
əlman olmaq. Bütün İslam alimləri hədis rəvayət edən şəxsin müsəlman
olması şərtini irəli sürmüşlər. Deməli, qeyri-müsəlmanın və həmçinin mürtəd olan
şəxsin rəvayəti heç vaxt qəbul edilmir.
Zeynüddin
əl-Amili yazırdı: “Hədis imamları və fiqh üsulçuları ravinin
müs
əlman olmasında həmfikirdirlər. Kafirin, yəhudi və xristian kimi qeyri-qiblə
əhlinin və həmçinin məcusi, xaricilər, ğulat və s. şəxslərin rəvayətləri qəbul
edilmir.”
275
2. A
ğıl sahibi olmaq. Hədisşünaslara görə dəli olan adamdan heç vaxt rəvayət
q
əbul edilməz.
3. H
əddi buluğa yetişmək. Hədis alimləri yetkinlik yaşına yetişməyən
uşaqlardan gələn rəvayəti qəbul etməmişlər.
4
. İmanlı olmaq. Burada alimlərimiz iman dedikdə, ravinin etiqadının
imamiyy
ə məzhəbində olmasını şərt bilmişlər. Bu şərt bir çox hədis alimlərinin
əsərlərində, o cümlədən Zeynüddin əl-Amilinin “ər-Riayə fi ilmid-dirayə”,
276
H
əsən
274
geniş məlumat üçün bax: Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 153-170; Zeynüddin əl-Amili, ər-Riayə fi
elmid-diray
ə, səh. 209
275
ər-Riayə fi elmid-dirayə, səh. 181-182
276
səh. 181-182
[62]
bin Zeynüddinin “
əl-Məalim”,
277
C
əfər Sübhaninin “Üsulul-hədis və əhkamuhu”
əsərlərində
278
yer almaqdadır.
Lakin buna baxmayaraq b
əzi alimlər, o cümlədən Məhəmməd bin Həsən ət-Tusi
“
İddətül-üsul” adlı əsərində
279
imamiyy
ədən olmayan şəxsin İmamlardan (ə) etdiyi
r
əvayəti məqbul hesab etmişdir.
280
H
əmçinin, hədis rəvayət edən ravi əgər Vaqifiyyə, Fəthiyyə, Navusiyyə kimi
firq
ələrdən olsa, onun rəvayətinə baxmaq lazımdır. Əgər onun nəql etdiyi xəbər siqə
(etibarlı) hesab edilənlərə ziddirsə, qeyri-məqbul, əgər siqə hesab edilənlərə zidd
deyils
ə, məqbul hesab edilə bilər.
281
5.
Ədalətli olmaq. İslam alimləri onun mənası və şərtləri haqqında ixtilaf
etmişlər. Lakin məşhur görüş budur ki, insanın təqvalı olmasına səbəb olan işləri icra
etm
ək, böyük günahlardan və həmçinin kiçik günahlardan çəkinmək, insanın
mürüvv
ətinə (insanın əxlaqi yönünə) mənfi təsir edən amilləri tərk etmək və s.
ədalətli olmağa dəlalət edər.
Onun şərtlərinə gəldikdə isə, alimlərin bir qrupunun fikrincə bu ağıl, həddi-
buluğ, İslam, etiqad, dəyanət, sidq, mürüvvət, şöhrətdən ibarətdir.
282
6. Z
əbt sifətinə malik olmaq. Zəbt dedikdə, ravinin təhəmmül etdiyi (öyrənib
r
əvayət etdiyi) bir rəvayəti əda anına qədər aldığı (öyrəndiyi) şəkildə muhafizə
etm
əsidir. Bunu alimlər belə tərif edirlər: “Zəbt dedikdə məqsəd (ravinin) əzbərindən
dediyi h
ədisi muhafizə etməsi. Əgər onu kitabına yazıbsa, onu səhvdən, yanlış
oxumadan v
ə təhrifdən rəvayət edən zaman qorumasıdır.”
283
Ravinin
ədaləti necə bilinir?
Ravinin
ədaləti aşağıdakı yollarla məlum olur:
1.
Şöhrət yolu ilə. Əgər bir ravinin ədalətli olması alimlər arasında
m
əşhurdursa, onun adil olmasına şəkk edilməz.
2.
Ravinin haqqında üsul alimlərinin tədil etməsilə. Əgər ravi haqqında cərh
v
ə tədil vaqi olarsa, onun ədalətli olması ortalığa çıxarsa, bu halda ravi ədalətli qəbul
edilir.
3.R
avidən iki adil şəxsin rəvayət etməsi yolu ilə. Ravidən iki adil şəxs rəvayət
edərsə, bu onun ədalətli olmasına dəlalət edər.
4.R
avidən bir nəfər adilin rəvayət etməsi yolu ilə. Əgər bir ravidən bir nəfər
adil şəxs rəvayət edərsə, bu həmin ravinin ədalətli olmasına dəlalət edər.
284
Ravinin
ədaləti məsələsinə gəldikdə, burada olan şərtlər həqiqətən insanda belə
bir t
əsəvvür yaradır ki, müsəlmanlar aldıqları hədisləri çox incə və dərin bir diqqətlə
öyr
ənmiş və onu tarix boyu çox böyük qeyrətlə qoruyub saxlamışlar. Bəlkə də bu
277
səh. 200
278
səh. 132
279
səh. 379-381
280
C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 133
281
bax: h
əmin mənbə, səh. 133
282
bax: İ. Canan, Hədis üsulu və hədis tarixi, səh. 460-461; Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 134
283
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 135
284
Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 94-95
[63]
Peyğəmbərimizin (s) böyük möcüzələrindən biridir ki, möminlər onun müqəddəs
k
əlamlarına bu qədər böyük önəm vermiş və o, Həzrətin (s) sünnəsini olduğu kimi
yaşamışlar. Həmçinin, Peyğəmbərimizi (s) digər peyğəmbərlərdən (ə) fərqləndirən ən
mühüm xüsusiyy
ətlərdən biri də yenə o Həzrətin (s) sünnəsinin qorunub
saxlanmasıdır. Çünki biz tarixə nəzər salsaq keçmiş peyğəmbərlərin heç birindən bu
q
ədər hədislər rəvayət olunmamış və öz ümmətləri tərəfindən bu qədər muhafizə
edilm
əmişdir.
II. H
ədis raviləri (Rical) elmi
H
ədis elminin bu şöbəsində ravilərin bioqrafiyaları, təbəqələri, onların tarixi,
şeyxləri və tələbələri, vətənləri və s. öyrənilir. Hədis elmləri içərisində ən mühüm
elml
ərdən hesab edilən rical elminin tarixi qədimdir.
M
ənbələrin verdikləri məlumatlara görə, bu elm “sədrül-İslam” dövründə
meydana çıxmışdır.
285
Şübhəsiz ki, bu elmin qədimliyi onun əhəmiyyətindən xəbər
verir. Çünki bu elmin vasit
əsi ilə ravilərin halları və təbəqələri öyrənilir və bunun da
n
əticəsində hədisin sənədinin səhih və ya zəif olması məlum olur.
Bu elm
ə olan ehtiyac Peyğəmbərin (s) vəfatından sonra daha da güclənmişdir.
Çünki onun (s) v
əfatından sonra hədis dəllalları Həzrətin (s) sünnəsinə etiraz olaraq
h
ədis uydurmağa başladılar. Peyğəmbərin (s) adına uydurulmuş hədislər az da olsa
özünü biruz
ə vermiş və ən mötəbər hədis kitablarında belə yer tapmışdır. Amma buna
baxmayaraq İslam alimləri zəif raviləri doğrularından ayırmaq üçün rical elminin
əsasını qoymuş və bu sahədə külli miqdarda əsərlər meydana gətirmişlər.
Rical elmin
ə aid əsərlər hələ hicri I əsrdə yazılmışdır. Bu sahədə Übeydullah bin
Əbu Rafei “ət-Təbəqat”, Abdullah əl-Kənani (öl.219 h/q) “ər-Rical”, əl-Həsən bin
F
əddal (öl.224 h/q), Əli bin Həsən bin Fəddal (doğ. 206 h/q), əl-Bərqi (öl.280 h/q) və
dig
ərləri əsərlər yazmışlar.
286
Rical elmin
ə aid əsəri hicri I əsrdə Əbu Rafe yazsa da, bu sonrakı dövrlərdə də
davam etdirilmişdir.
Hicri IV v
ə V (miladi X-XI) əsrlərdə bu sahədə əsərlər yazılmışdır. Buna misal
Şeyx Əhməd bin Əli ən-Nəvazi (öl.450 h/q) və Şeyx Məhəmməd bin Həsən ət-Tusi
(öl. 460 h/q) göst
ərilə bilər. Bu iki şəxsiyyət rical elminə aid dörd başlıca əsər
yazmışlar ki, bunların üçü Tusinin, biri isə Nəcaşinindir. Tusinin qələmə aldığı
əsərlərin adları “İxtiyaru mərifətir-rical”, “əl-Fihrist” və “ər-Rical”, Nəcaşinin əsəri
is
ə “əl-Fihrist”dir ki, bu da “Ricalün-Nəcaşi” adı ilə məşhurdur.
287
Rical elmin
ə aid
əsərlər müxtəlif dövrlərdə müxtəlif şəkildə yazılmışdır. İmam Əlinin (ə) katiblərindən
olan Ü
beydullah bin Əbu Rafe (öl.40 h/q) Peyğəmbərin (s) səhabələri haqqında ilk
kitab
yazmışdı. Ondan sonra bu iş günümüzədək davam etmiş və bu sahədə çoxlu
əsərlər meydana gətirilmişdir. Sonrakı dövrlərdə yazılan əsərlər isə təkcə səhabələr
haqqında deyil, həmçinin tabeunların və digər İmamların (ə) səhabələri haqqında da
m
əlumatlar verməkdədir.
285
Seyid Əli Xamneyi, əl-Üsulu ərbəə fi ilmir-rical, səh. 5
286
Həmin mənbə, səh. 6
287
H
əmin mənbə, səh. 6
[64]
Ümumiyy
ətlə, rical kitablarından Həsən bin Məhbubun (öl.224 h/q) “Mərifətu
rüvvatil-
əxbar”, İbrahim bin Məhəmməd bin Səid əs-Səqəfinin (öl.283 h/q) “Rical”,
Hafiz Əbi Məhəmməd Əbdürrəhman bin Yusif bin Xəraş əl-Mərvəzi əl- Bağdadinin
(öl.283 h/q) “Rical”,
Əbül Abbas Əhməd bin Məhəmməd bin Səid bin Üqdənin
(öl.332 v
ə ya 333 h/q) İmam Sadiqin (ə) səhabələrini ehtiva edən kitabı, Əbdüləziz
bin Y
əhya əl-Cəludinin (öl.332 h/q) Peyğəmbərin (s) səhabələrindən və İmam Əlidən
(
ə) rəvayət edən şəxslərdən bəhs edən kitabı, Qazı Əbu Bəkr Məhəmməd bin Ömər
əl-Cəani əl-Bağdadinin (öl.355 h.) “əş- Şiə min əshabil-hədis və təbəqatihim” əsəri,
İbn Davud əl-Quminin (öl.368 h/q) “Rical” əsəri, Məhəmməd bin Əli bin Babaveyh
əs-Səduqun (öl.381 h/q) “Rical” əsəri, Həsən bin Məhəmməd bin Vəlid əl-Quminin
(öl.343 h/q) “Fihrist”
əsəri, Məhəmməd bin Yəqub əl-Küleyninin (öl.328 və ya 329
h/q) “Rical”
əsəri, Şeyx Əbi Ömər Məhəmməd bin Amr bin Əbdüləziz əl-Kuşşinin
(öl. IV
əsrin ortlararı) “Mərifətün- naqilinə ənil-əimmətis-sadiqin (ə)” əsəri, Seyid
Əbülqasim əl-Xoyinin (1899-1992 m.) “Möcəmu ricalil- hədis” əsəri, Cəfər Sübhani
T
əbrizinin (doğ. 1928 m.) “Kulliyatür-rical”, Hafiz əz-Zəhəbinin “Təcridi əsmais-
s
əhabə” əsəri, İbn Həcər əl-Əsqəlaninin “Təhzibüt-təhzib” və “Lisanül-mizan”
əsərləri, əl-Məzzinin “Məsdəri-Sadiq” əsəri və və başqalarını qeyd etmək olar.
Dostları ilə paylaş: |