Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti


).  Peyğəmbərin (s) Həbəs kralı Nəcaşiyə məktub göndərməsi



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   2   3   4   5   6   7   8   9   ...   34

2). 
Peyğəmbərin (s) Həbəs kralı Nəcaşiyə məktub göndərməsi 
H
əzrət  Peyğəmbər  (s)  əmisi  oğlu  Cəfər  bin  Əbi  Talibi  Əmr  bin  Ümeyyə  əd-
D
əmri  ilə  Həbəşistan  hökmdarı  Nəcaşinin  yanına  göndərdi.  Məktubda belə 
yazılmışdı: 
“Bismillahir-R
əhmanir-Rəhim. 
A
llahın  Rəsulu  Məhəmməddən  Həbəşiştan  kralı  Nəcaşiyə! Yeganə  güc  və 
qüdr
ət sahibi Qüddis, Mühəymin olan Allaha həmd edirəm. Şəhadət edirəm ki, İsa 
bin  M
əryəm  Allahın  ruhu  və  kəlməsidir. Onu  bakirə, təmiz  və  namuslu  Məryəmin 
b
ətninə atmış və beləliklə, Məryəm İsaya hamilə qalmışdı. Səni tək və şəriki olmayan 
Allaha  t
ərəf çağırıram. Ona və mənim gətirdiyimə iman etməyə dəvət edirəm. Mən 
A
llahın rəsuluyam. Sənə əmim oğlu Cəfər ilə birlikdə bir qrup müsəlman göndərdim. 
Salam hiday
ətə tabe olanlara olsun.”
179
  
N
əcaşi Peyğəmbərin (s) məktubunu oxuduqdan sonra Allahın Peyğəmbərinə (s) 
bel
ə bir məktub yazmışdı: 
“Bismillahir-R
əhmanir-Rəhim. 
A
llahın  Rəsulu  Məhəmmədə  Nəcaşidən. Ey  Allahın  peyğəmbəri! Allahın 
salamı,  rəhməti  və  bərəkəti  sənin  üzərinə  olsun. Allahdan  başqa  Allah  yoxdur. O 
Allah  ki,  m
əni  İslama  hidayət  etmişdir. Bunlardan  sonra, ey  Peyğəmbər,  İsa  ilə 
əlaqədar sözləri ehtiva edən məktubun mənə yetişdi. Göylərin və yerin Rəbbinə and 
içir
əm  ki,  İsa  sənin  söylədiyim  kimidir,  artıq  deyildir. Biz  sənin  bizə  göndərdiyini 
tanıdıq  onları,  əmin  oğlunu  və  səhabələrini  qarşıladıq.  Şəhadət  edirəm  ki, Allahın 
r
əsulusan. Sənə və əmin oğluna biət etdim. Onun əli ilə aləmlərin Rəbbi olan Allaha 
t
əslim  oldum. Ey  Allahın  Rəsulu!  Sənə  (oğlum  Əriha  bin  Əshəm  bin  Əbcəri) 
gönd
ərirəm.  Sənin  yanına  gəlməyimi  istəsən,  ey  Allahın  Rəsulu,  gələrəm.  Şəhadət 
edir
əm ki, Sənin söylədiklərin haqdır. 
176
 
Əllamə Məclisi, Birahül-ənvar, c. XX, səh. 743 
177
 hakimiyyət illəri 610-641-ci illər 
178
 Biharül-ənvar, c. XX, səh. 747 
179
 h
əmin mənbə, c. XX, səh. 750. Qeyd: məktubun mətni çox cüzi fərqliklə Təbərinin “Tarix” əsərinin II cildində qeyd 
edilmişdir. 
[40] 
 
                                                 

S
ənə Allahın rəhməti və bərəkəti olsun.”
180
 
  
3) 
Peyğəmbərin (s) Fars imperatoru Xosrov Pərvizə məktub göndərməsi 
Peyğəmbərin  (s)  Sasani imperatoru Xosrov Pərvizə  məktub  göndərməsi  tarixi 
bir  gerç
əklik  olmasına  baxmayaraq,  məktubun  mətni  üzərində  tarixçilərlə  siyər 
yazanlar 
arasında  cüzi  ixtilaflar  vardır. Belə  ki,  Əlləma  Məclisi  məktubun  mətnini 
bel
ə rəvayət edir: 
“A
llahın  Rəsulu  Məhəmməddən  Hörmüz  oğlu  Kəsraya. Bundan  sonra 
müs
əlman ol. Əks halda Allah və onun Peyğəmbərinə qarşı mübarizə etmiş olarsan. 
Hiday
ətə tabe olanlara salam olsun.”
181
  
M
əşhur tarix alimi Yəqubi isə “Tarixi-Yəqubi” adlı əsərində Kəsraya göndərilən 
m
əktubun mətnini belə rəvayət edir: 
“Bismillahir-R
əhmanir-Rəhim. 
A
llahın Rəsulu Məhəmmədən Farsın böyüyü Kəsraya. Salam hidayətə tabe olub 
Allah  v
ə  Peyğəmbərinə  iman  edən, Allahdan  başqa  Allah  olmadığına,  onun  tək  və 
şəriki olmadığına, Məhəmmədin də onun qulu və rəsulu olduğuna şahidlik edənlərin 
üz
ərinə  olsun. Mən  Allahın  insanlara  göndərdiyi  rəsuluyam. Vəzifəm  diri  olan 
kims
ələri  qorxutmaqdır. Və  əzab  kafirlərin  üzərinə  vaqe  olacaqdır.  Müsəlman  ol, 
qurtul, 
əgər üz çevirsən atəşə sitayiş edənlərin günahı sənin boynundadır.” 
Tarixi  m
əlumatlara  görə,  Peyğəmbərin  (s)  məktubu  Kəsraya  çatan  kimi  onu 
cırmışdı  və  demişdi:  “Bu  kimdir  ki,  məni  öz  dininə  dəvət  edir  və  öz  adını  mənin 
adımdan əvvəl yazırdı.” 
Peyğəmbərə (s) onun məktubunun cırılması xəbəri çatanda buyurdu: “o mənin 
m
əktubumu cırdığı kimi Allah da onun mülkünü parçalasın.” 
Xosrovun taleyi 
Peyğəmbər buyurduğu kimi oldu.
182
 
 
4)  H
əzrət  Peyğəmbərin  (s)  İsgəndəriyyə  kralı  Miqavqisə  məktub 
gönd
ərməsi 
A
llahın  Rəsulu  (s)  Hatib  bin  Əbi  Bəltəni  İngəndəriyyə  kralı  Miqavqisə 
gönd
ərmişdi.  Hatib  ora  yetişən  kimi  kral  ona  ehtiram  edib  Peyğəmbərin  (s) 
m
əktubunu aldı. Miqavqisə göndərilən məktubun mətni belədir: 
“Bismillahir R
əhmanir Rəhim. 
M
əhəmməd  bin  Abdullahdan  Qibtin  (Misirin)  böyüyü  Miqavqisə! Allahın 
salamı hidayətə tabe olanın üzərinə olsun. Bundan sonra, səni İslamın dəvəti ilə dəvət 
edir
əm.  Müsəlman  ol  qurtul. Allah  əcrini  iki  dəfə  verəcəkdir.  Əgər  üz  çevirsən 
qibtil
ərin  də  günahı  sənin  olacaqdır. Ey  kitab  əhli! Bizimlə  sizin  aranızda  bərabər 
olan  bir  k
əlməyə  gəlin  ki,  biz  Allaha  şərik  qoşmarıq  və  ona  ibadət  edirik. Allahı 
buraxıb  bir  qisminiz  digər  bir  qisminizi  rəbb  qərar  verməsin.  Əgər  onlar  üz 
180
 Biharül-ənvar, c. XX, səh. 750 
181
 həmin mənbə, c. XX, səh. 744 
182
 həmin mənbə, c. XX, səh.  744.  Qeyd:  Əlləma Məclisiyə  görə  Kisraya  Peyğəmbərin məktubunu  aparan  şəxsin  adı 
Abdullah bin Hüzaf
ədir, həmin mənbə, c. XX, səh. 745 
[41] 
 
                                                 

dönd
ərsələr,  deyin  ki,  biz  müsəlmanıq.”
183
 
İsgəndəriyyənin  (Qibtin)  kralı 
Peyğəmbərin (s) məktubunu oxuduqdan sonra Həzrətə aşağıdakı cavabı yazdı: 
“Bismillahir-R
əhmanir-Rəhim. 
Qibtin  böyüyü  Miqavqisd
ən  Abdullah  oğlu  Məhəmmədə!  Sənə  salam  olsun. 
Bundan  sonra,  m
ən sənin məktubunu oxudum, sənin orada qeyd etdiklərini və nəyə 
çağırmağını anladım. Sənin davam edən  peyğəmbərliyini bildim. Mən belə güman 
edirdim ki, o 
Şamdan çıxacaqdır. Sənin elçilərinə hörmət  etdim. Sənə Böyük Qibtidə 
xüsusi yerl
əri olan iki cariyə və bir də bir dəst paltar göndərdim. Sənə bir ədəd də dişi 
qatır hədiyyə etdim ki, onu minəsən. Sənə salam olsun.”
184
  
Qibtin 
kralı  Miqavqisin  göndərdiyi  cariyə  Pyğəmbərin  (s)  oğlu  İbrahimin 
anasıdır. Onun  adı  Mariyadır.  İkinci  cariyə  isə  Mariyanın  bacısı  Sirindir  ki, 
Peyğəmbər (s) onu da Həssan bin Vəhbə ərə verdi. Peyğəmbərə (s) göndərilən qatıra 
g
əldikdə isə ona Əfir, Yəfur və ya Düldül  demişlər. 
Kral 
İslamı qəbul etməsə də, Peyğəmbər (s) onun hədiyyələrini qəbul etmiş və 
demişdir: 
“X
əbis malına xəsislik etdisə, onun mülkü əbədi ola bilməz.”
185
  
 
5). 
Peyğəmbərin (s) Bəhreyn məliki Münzir bin Saviyə məktub göndərməsi 
A
llahın  Rəsulu  (s) Behreyn  məlikinə  aşağıdakı  məzmunda  bir  məktub 
gönd
ərmişdi: 
“Bismillahir-R
əhmanir-Rəhim. 
A
llahın  Rəsulu  Məhəmməddən  Münzir  bin  Saviyəyə!  Sənə  salam  olsun. 
H
əqiqətən mən o Allaha həmd edirəm ki, ondan başqa Allah yoxdur. Şəhadət verirəm 
ki,  ondan 
başqa heç bir ilah yoxdur. Bundan sonra, mən səni İslama dəvət edirəm, 
İslamı qəbul et və qurtul. Allah sənin əlinin altında olanları da müsəlman etsin.”
186
  
B
əhreyn məliki Peyğəmbərin (s) məktubunu oxuduqdan sonra Həzrətə belə bir 
m
əktub  yazdı:  “Bunlardan  sonra, Ey  Allahın  Rəsulu,  həqiqətən  də  mən  sənin 
m
əktubunu Bəhreyn əhlinə oxudum. Onlardan İslamı sevib ondan xoşu gələn oldu. 
H
əmin insanlar İslama daxil oldu. Ondan xoşu gəlməyənlər isə qəbul etmədi. Mənim 
torpağımda yəhudi və məcusi vardır.”
187
 
Ümumiyy
ətlə  Allahın  Rəsulu  (s)  bütün  qonşu  dövlət  başçılarına  dinə  dəvət 
m
əktubları  göndərmişdir.  Əllamə  Məclisinin  verdiyi  məlumata  görə  Peyğəmbər  (s) 
zilhicc
ə  ayında  altı  nəfər  səhabələrindən  qonşu  dövlətlərə  göndərmişdir.  Həmin 
şəxslər aşağıdakılardır: 
1)
 
Hatib bin 
Əbi Bəltəəni Miqavqisə, 
2)
 
Dihy
ə bin Xəlifə əl-Kəlbini kral İrakliyə, 
3)
 
Abdullah bin Hüzaf
əni Kəsraya, 
4)
 
Əmr bin Üməyyə əd-Dəmirini Nəcaşiyə, 
183
 h
əmin mənbə, c. XX, səh. 745 
184
 həmin mənbə, c.  XX, səh. 745 
185
 həmin mənbə, c. XX, səh. 746 
186
 həmin mənbə, c. XX, səh. 743 
187
 həmin mənbə, c. XX, səh. 744 
[42] 
 
                                                 

5)
 
Şüca bin Vəhəbi Haris bin Əbi Şəmr əl-Qəsaniyə, 
6)
 
S
əlt bin Əmr əl-Amirini Həvzət bin Əli ən-Nəxəiyə göndərmişdir.
188
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
188
 h
əmin mənbə, c. XX, səh. 745. Daha geniş  məlumat üçün bax: M. Həmdullahın əl-Vəsaiqüs-siyasiyyə; Təbərinin 
Tarixi-T
əbəri; İbn Əsirin əl-Kamil fit-Tarix; Yəqubinin, Tarixi-Yəqubi; Beyhəqinin, əl-Bidayə və digər mənbələrə. 
[43] 
 
                                                 

III 
FƏSİL 
 
HƏDİS RƏVAYƏT EDƏN TƏBƏQƏLƏR 
 
3.1.Ravil
ər təbəqəsi 
Ravi k
əlməsi “r
əva” sözündən əmələ gəlib, lüğətdə “su vermək”, “axtarmaq”, 
“r
əvayət  etmək”,  “nəql etmək”  mənalarındadır.  Həmçinin bu söz “anlatmaq”,  “bir 
qaynaqdan x
əbər almaq”  mənalarında    da  işlədilir.
189
 
İstilahi mənada isə  hədisi 
öyr
ənib  əda terminlərinin biri ilə  özündən  sonrakılara  söyləyən  (və  ya nəql edən) 
dem
əkdir.
190
 
H
ədis elmində  ravilər təbəqəsi mühüm bir mövzu olub hədisşünasların  tədqiq 
edib öyr
əndikləri bir sahədir. Çünki ravilər təbəqəsini  tanımadan  həzrət 
Peyğəmbərdən (s) gələn hədislərin doğru olub-olmadığını bilmək mümkün deyildir. 
Buna gör
ə də hədis elmləri içərisində raviləri tanımaq üçün xüsusi bir elm vardır ki, 
bu elmin d
ə əsas vəzifəsi və predmeti Məsumlardan (ə) nəql olunan hədislərin kimlər 
t
ərəfindən nəql edildiyini və hədisi nəql edən şəxsin kimliyini öyrənməkdir. Bu elm 
“Rical elmi” 
adlanır və İslam elmləri içərisində çox böyük əhəmiyyət kəsb edir. 
H
ədis alimləri raviləri  tanımaq,  onların  şəxsiyyətlərinə  daha  yaxından  bələd 
olmaq üçün onları müxtəlif təbəqələrə bölmüşlər. Müxtəlif təbəqədə yer alan ravilərin 
doğum  və  vəfatı,  ləqəb, nəsəb, künyə  və  isimləri,  doğulub  böyüdükləri yerlər, 
t
ələbələri və  ustadları,  haqlarında  deyilən hər  hansı  bir  Məsumun sözü və  s. tam 
d
əqiqləşdirilir  və  müsbət  məlumatlar  əldə  edildikdən  sonra  onların  nəql etdikləri 
h
ədislər məqbul hesab edilir. Ravilər  təbəqəsi  hədisşünaslar  tərəfindən  iki  əsas 
t
əbəqəyə bölünür: 
I.S
əhabələr təbəqəsi (hicri 120-ci ilədək). 
II.Tabeunlar t
əbəqəsi (hicri 180-cı ilədək).
191
 
 
3.1.1.S
əhabələr təbəqəsi 
S
əhabə  kəlməsi  “söhb
ət”  sözündən  əmələ  gəlib,  lüğətdə  “dostu olmaq”, 

yoldaşı olmaq”, “səmimi olmaq” mənalarındadır.
192
  
H
ədis elmindəki  mənasına  gəldikdə  isə,  hədis alimləri ona müxtəlif təriflər 
vermişlər. Cəfər Sübhani səhabə kəlməsini belə tərif edir: 
“Peyğəmbəri görən hər bir müsəlman səhabədir.”
193
 
Şübhəsiz ki, səhabə  ola bilmə  şansı  həzrət  Peyğəmbərin  (s) peyğəmbərliyə 
yüks
əlməsindən etibarən, onun vəfatına qədər keçən vaxt içərisində müsəlman olaraq 
onu  gör
ə  bilən  şəxslərə  aiddir. Buna görə  də  səhabəni  “müsəlman  olaraq həzrət 
Peyğəmbəri  (s)  görən və  bu  imanla  yaşayıb  dünyadan  gedən kimsədir”  kimi tərif 
etm
ək daha doğru olardı. 
189
 Arapca-türc
ə sözlük, səh. 350 
190
 
İ. Canan, Hədis üsulu, səh. 77 
191
 h
əmin mənbə, səh.  80 
192
 Arapça-türkc
ə sözlük, səh. 471 
193
 Üsulul-H
ədis və əhkamuhu, səh.  125 
[44] 
 
                                                 

S
əhabələri  yuxarıda  göstərilən bölgüdən də  əlavə  elm, iman və  digər 
keyfiyy
ətləri  baxımından  müxtəlif  qruplara bölmək  olar.  Onların  hamısı  birdən 
müs
əlman olmadığı kimi, hamısı da eyni elmə, imana malik deyillər. Onların bəziləri 
haqqında  Peyğəmbər  (s)  dua  etmiş,  onun  elmi-irfanının  artmasını,  nəslinin 
qiyam
ətədək davam etməsini və  Cənnətə  daxil  olmasını  Allahdan  diləmişdir.  Biz 
bunu 
İmam Əlinin (ə) timsalında görməkdəyik. Məsələn, o Həzrətin (s) sonsuz elmi 
şübhəsiz ki, Peyğəmbərin  (s)  duasının  nəticəsi idi. Bu barədə  İmam  Sadiq (ə) 
buyurur:  “
Allahın  Rəsulu  (s)  Əliyə  (ə)  bir elm öyrətdi  ki,  ondan  da  min  qapı 
açılır.”
194
 
H
əmçinin, Peyğəmbərin (s) Ənəs bin Malikə dua etməsi də buna misal ola bilər. 
Bel
ə ki, Ənəsin anası onu Həzrətin (s) yanına gətirib ona dua etməsini və xidmətə 
götürm
əsini xahiş edir. Peyğəmbər (s) da Ənəsin haqqında bu duanı edir: “Allahım 
onun malını və övladlarını çoxalt və ona əta etdiklərini onun üçün xeyirli et!”
195
 
S
əhabənin  tanınması  üçün müəyyən  yollar  vardır.  Hədis alimləri  səhabə  olan 
şəxsi tanımaq və onun səhabəliyini bilmək üçün aşağıdakı yolları göstərmişlər: 
-T
əvatür və istifazə yolu 
Bu yolla bilin
ən və  ya  tanınan  səhabənin  haqqında  Peyğəmbərdən (s) səhih 
h
ədis varsa, deməli,  onun  səhabəliyi inkar edilməzdir. Məsələn,  Peyğəmbər  (s) 
buyurmuşdur: 

Əli mənbəndir, mən də Əlidənəm.”
196
 
-
Ədalətli səhabənin şəhadəti ilə 
S
əhabə olan bir şəxs başqa birinin səhabə olduğuna şəhadət verərsə, onun sözü 
m
əqbul hesab edilir. Məsələn,  Əbu  Musa  əl-Əşəri Hümamə  bin  Əbi  Hümamənin 
s
əhabə olduğuna şəhadət verməsi kimi. 
-
İqrar yolu ilə 
Ədalətli və  doğru  danışmaqda  məşhur  olan  bir    şəxs özünün səhabə  olmasını 
iqrar etm
əsidir.  Bu  şərtlə  ki, həmin  şəxs hicri 120-ci  (miladi 740)  ildən çox 
yaşamasın. Çünki sonuncu səhabə Əbu Tüfeyl Amir bin Vasilə əl-Leysi hicri 100 və 
ya 110-cu ild
ə Məkkədə vəfat etmişdir.
197
  
-Tabeundan 
bir şəxsin şəhadət verməsi yolu ilə.
198
 
H
ədis rəvayət edən səhabələr iki qismə bölünür.  
-Muksirun s
əhabələr  
-Muqillun s
əhabələr. 
 
-Muksirun s
əhabələr 
Peyğəmbərdən (s) nəql etdikləri  hədislərin  sayına  görə  birinci yeri muksirun 
deyil
ən səhabələr təşkil edirlər. Bu qrupa yalnız yeddi səhabə daxildir. Bu qrupa daxil 
olan yeddi s
əhabə ardıcıl şəkildə aşağıdakı kimi sıralanır: 
194
 Biharül-
ənvar, c. VI, səh. 522 
195
 həmin mənbə, c. VIII, s
əh. 12 
196
 S
əhihi-Buxari, c. III, səh. 168 
197
 H
ədis üsulu, səh. 82 
198
 
geniş məlumat üçün bax: Cəfər Sübhani, Üsulul-Hədis və əhkamuhu, səh. 125; Prof. H. S. əd–Dari, Muhadarat fi 
ülumil-h
ədis, səh. 168; Süyuti, Tədribür-ravi, c. II, səh. 213 
[45] 
 
                                                 

Əbu Hüreyrə (5374 hədis nəql etmişdir).
199
  
Abdullah bin Öm
ər (2630 hədis rəvayət etmişdir).
200
  
Ənəs bin Malik (2286 hədis rəvayət etimşdir).
201
 
Ummulmöminin Aişə bint Əbu Bəkr (2210 hədis rəvayət etmişdir.)
202
 
Abdullah bin Abbas (1660 h
ədis rəvayət etmişdir).
203
  
Cabir bin Abdullah (1540 h
ədis rəvayət etmişdir).
204
 
Əbu Səid əl-Xudri (1170 hədis nəql etmişdir). 
205
 
 
-Muqillun s
əhabələr 
Muqillun sözü 
lüğətdə azlıq və ya az etmək mənasındadır. Hədis istilahında isə, 
Peyğəmbərdən  (s) az hədis  rəvayət edən  səhabələrə  deyilir.
206
 B
əzi alimlərə  görə 
Peyğəmbərdən (s) 1000-dən az, 100 dən çox hədis rəvayət edən səhabələrə  muqillun 
deyilir. 
207
 
Bildiyimiz kimi, 
İmam  Əli  (ə)  Peyğəmbərin  (s)  evində  boya-başa  çatmış  bir 
şəxsdir. Amma təəssüflər olsun ki, bu gün mövcud olan bəzi hədis kitablarında İmam 
Əli (ə)  muqillun  səhabələr  sırasına  daxildir.  Bu  xüsusda  Cəfər Sübhani yazırdı: 
“Şübhə yoxdur ki, İmam Əli (ə) Peyğəmbərin (s) səhabəsidir. O, bütün səhabələrin və 
başqalarının  fikrincə  səhabələrin  ən hafizi və  ən elmlisidir. Onun rəvayət  etdiyi 
h
ədislərin sayı bəzi kitablarda 500-ü aşmır. Onun rəvayətlərinin sayı Peyğəmbərin (s) 
yanında  yalnız  iki  il bir neçə  ay  olan  Əbu  Hüreyrə  əd-Dusinin  rəvayətlərindən az 
olmasının səbəbi nədir? Biz bunu bilmirik, amma oxucu bunu bilir!!!”. 
208
 
 
S
əhabələrin sayı 
S
əhabələrin  sayına  gəldikdə  bu qəti  şəkildə  bilinmir. Hədis alimləri  bunların 
sayını dəqiq olmasa da, bəzi təxminlər irəli sürmüşlər. Belə ki, Əbu Zurrə ər-Raziyə 
gör
ə onların sayı 114000 olmuşdur.
209
 
Əbu Zurraya görə 114000 səhabə təkcə Məkkə 
v
ə ya Mədinədə deyil, bütün bölgələrdə olan səhabəni nəzərdə tutmuşdur. 
Əli bin Mədini isə səhabələrin dəqiq sayını göstərməsə də, onların 100000-dən 
artıq olduğunu deyir. 
Ər-Rafeyə  görə  isə  səhabələrin  sayı  30000 Mədinədə, 30000  isə  ərəb 
q
əbilələrində olmaqla 60000 səhabə olmuşdur.
210
  
S
əhabələrin   sayını bəzi alimlər dəqiq göstərməsələr də  40000  -  120000  arası 
olduğunu da qeyd etmişlər. 
199
 H
əmin mənbələr 
200
 H
əmin mənbələr 
201
 H
əmin mənbələr 
202
 H
əmin mənbələr 
203
 H
əmin mənbələr 
204
 
İ.Canan, Həlis üsulu  və Hədis tarixi səh. 83; A. Özək, Hədis Ricalı, səh. 58 
205
 Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-Hədis, səh. 170; A. Özək, Hədis Ricalı, səh. 59 
206
 Talat Koçyigit, Hədis istilahları, səh. 277 
207
 Ali Özək, Hədis Ricalı, səh. 60 
208
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 126 
209
H
əmin mənbə 
210
 İ. Canan, Hədis üsulu və Hədis  tarixi, səh. 455 
[46] 
 
                                                 

S
əhabələrin bioqrafiyası haqqında külli miqdarda əsər yazılsa da burada yalnız 
10000 - 12000 s
əhabənin olmasından bəhs edilmişdir.  
 
S
əhabələr haqqında yazılan əsərlər 
Tarixi  qaynaqların  verdikləri məlumatlara görə,  səhabələr  haqqında  yazılan 
əsərlər sədrül-İslamın  əvvəlki  dövrlərinə  təsadüf edir. Çünki  Peyğəmbər (s) vəfat 
etdikd
ən sonra ondan hədis  rəvayət edən  təbəqənin  tanınması  üçün rical elminə 
böyük ehtiyac yaranmışdır. Müsəlmanlar  bu elmin  vasitəsi ilə nəql olunan hədislərin 
s
ənədinin səhih və ya zəif olmasını bu elmin köməkliyi ilə əldə etmişlər. Rical elmi 
s
əhabələrin və  həmçinin onlardan sonra gələn təbəqələrin  əhvalını  dəqiq  şəkildə 
araşdırır, onların tanınmasını təmin edir. 
Ümumiyy
ətlə,  Peyğəmbərin  (s) hədislərini bizə  çatdıran  təbəqənin  əhvalı  ilə 
əlaqədar yazılan əsərlərin tarixi çox qədimdir. Rical elmi barədə ilk əsəri hicri birinci 
əsrdə  İmam  Əlinin  (s)  səhabəsi  Übeydullah  bin  Rafe  yazmışdır.  Onun  əsəri “ət-
T
əbəqat”  adlanır.  Bundan  sonra  Abdullah  əl-Kənani (öl.219  h/q)  “Rical”  kitabını, 
H
əsən bin Fəzl (öl. 224 h/q), Əli bin Həsən bin Fəzl (doğulub.206 h/q) və digərləri 
kitablar yazmışdır.
211
 
Hicri  IV  v
ə  V (miladi X-XI)  əsrlərdə  də  səhabələr haqqında kitab yazmaq  işi 
davam etmişdir.  Bu iki  əsrdə  Şeyx Əhməd bin Əli ən-Nəcaşi (öl.450 h/q) və  Şeyx 
M
əhəmməd bin Həsən ət-Tusi (öl.460 h/q) də əsər yazmışlar. 
212
 
S
əhabələr haqqında yazılan əsərlərdən aşağıdakılar daha da məşhurdur: 
1.
İbn  Əbdülbirr  əl-Qürtubi  (öl.463 h/q). “əl-İstiab fi mərifətil-əshab.”  Alim 
burada 3500-
ə qədər səhabənin bioqrafiyasını vermişdir. 
2.
İbn əl-Əsir (öl 630 h/q). “Üsdül-qabə fi mərifətis-səhabə.” Bu əsərdə 8000-ə 
q
ədər səhabənin tərcümeyi-halı verilmişdir. Bu əsərin son VII cildi xanım səhabələr 
haqqındadır. 
3.
İbn  Həcər  əl-Əsqəlani (öl.852 h/q). “əl-İsabə  fi təmyizis-səhabə.”  Burada 
12279 s
əhabənin bioqrafiyasından bəhs edilir. Bu əsər mövzuya aid olan əsərlərin ən 
irih
əcmlisidir.
213
 
4.
İbn  Səd (öl. 230 h/q) “ət-Təbəqatül-kübra”  əsəri də  bu  əsərlər içərisində  ən 
m
əşhurudur. 
Şübhəsiz ki, hədis  rəvayət edən  təbəqələr  haqqında  yazılan  əsərlər müasir 
dövrümüzd
ə də davam etməkdədir. Son əsrdə bu barədə yazılan əsərdən aşağıdakıları 
qeyd etm
ək olar: 
1). 2). Ay
ətullah Burucerdinin “Mərkəbül-əsanid” və “Təbəqatür-rical” əsərləri. 
3). Ay
ətullah Ərdəbilinin “Camiür-rüvvat” əsəri. 
4). Ay
ətullah Seyid Əbülqasim Xoyinin “Möcəmu ricalil-hədis” əsəri. Bu əsər 
23 cildd
ədir. 
5) Ay
ətullah Cəfər Sübhaninin “Külliyatür-rical” əsəri. 
 
211
 Ayətullah Seyid Əli Xamnei, əl-Üsulul-ərbəə fi ilmir-rical, səh. 6 
212
 həmin mənbə 
213
 İ. Çakan, Hədis üsulu, səh. 86 
[47] 
 
                                                 

Ən son vəfat etmiş səhabə 
H
ədis alimlərinin verdikləri məlumatlara görə, ən son vəfat edən  səhabə Əbu 
Tüfeyl Amir bin  Vasil
ə  əl-Leysidir. O, hicri 100 və  yaxud 110-cu ildə  Məkkədə 
v
əfat etmişdir. 
214
 
 
3.1.2.Müx
ədrəmun təbəqəsi 
Müx
ədrəm  sözü  lüğətdə  “qulağı  kəsmək” mənasındadır.  Hədis alimlərinin 
istilahında isə, müxədrəm “Peyğəmbərin (s) sağlığında müsəlman olan, lakin onunla 
görüşməyən kimsələrə deyilir.”
215
 
B
əzi  hədisşünaslar  müxədrəmi  “cahiliyyə  dövründə  yaşayan,  Peyğəmbərin  (s) 
d
ə  dövrünü görən, amma onunla söhbət etməyən  müsəlmandır”,  -    deyə  tərif 
etmişlər.
216
 
Hakim 
ən-Nuşapuri  müxədrəm  təbəqəsini  aşağıdakı  kimi  tərif  etmişdir: 
“Cahiliyy
ə  və  həzrət  Peyğəmbər  (s)  dövrünü idrak edən,  Peyğəmbərlə  (s)  söhbət 
etm
əyən kimsələrə müxədrəm deyilir. Bu sözün cəmi müxədrəmundur.”
217
 
Müx
ədrəmun təbəqəsinə verilən tərifdən belə anlaşılır ki, onlar səhabə və tabeun 
t
əbəqələrindən fərqlənirlər. Çünki onlar Peyğəmbəri (s) görsəydilər və onunla söhbət 
ets
əydilər  şübhəsiz ki, səhabə,  tarixilik  baxımından  da  Peyğəmbərin  (s) vəfatından 
sonra  doğulub  səhabə  ilə  görüşsəydilər  tabeun  adlanacaqdılar.  Lakin  onlar  nə 
s
əhabələrə aid xüsusiyyətləri, nə də ki, tabeuna aid özəllikləri daşımadıqlarına görə 
müx
ədrəmun adlanmışlar. 
Müx
ədrəm  təbəqəsinin  dəqiq  sayları  bəlli  olmasa  da  onların  sayının  lap  çox 
olmadığını da alimlər qeyd etmişlər. 
Müslüm bin H
əccac onların sayının iyirmi olduğunu yazırdı.
218
 
Dig
ər alim Süyuti  “Tədribür-ravi”  adlı  əsərində  Müslümün  qeyd etdiyi iyirmi 
kişini  qeyd  etdikdən sonra, digər qaynaqlardan bir neçə  müxədrəm 
sad
alamaqdadır.
219
 
Şübhəsiz ki, müxədrəmlər içərisində  hədis  rəvayətlərində  böyük xidmət 
göst
ərənlər də  vardır.  Onlardan  Əbu  Osman  ən-Nəhdi,  Əmr bin Meymun əl-Əvdi, 
Cübeyr bin Nuf
ər əl-Hədrəmi, İbn Rəca əl-Ütaridi, Əhnəf bin Qeys ət-Təmimi, İbn 
Amir 
əl-Qərəni,  Sureyh  bin  Haris,  Əlqəmə  bin Qeys, Kəb  əl-Əhbar, Məsruq bin 
Əcda, Ətrat bin Süheyyə və başqaları öncül ravilər içərisində yer almaqdadırlar.
 220
  
Müx
ədrəm  təbəqəsini mükəmməl  şəkildə  öyrənmək  üçün  İbn  Həcər  əl-
Əsqəlaninin “əl-İsabə  fi təmyizis-səhabə”  əsərinə  müraciət etmək  lazımdır.  O,  
yazdığı  əsərinin üçüncü cildini müxədrəm  təbəqəsinə  həsir  etmiş  və  bu təbəqə 
haqqında geniş məlumat vermişdir.  
 
214
 İ. Canan, Hadis üsulu və Hədis Tarixi, səh.  455, İ. Çakan, Hədis üsulu, səh. 82 
215
 Prof. Dr. İ. Canan, Hədis üsulu və Hədis Tarixi, səh. 457 
216
 Prof. Dr. Talat Koçyigit, Hədis istilahları, səh. 266 
217
 Mərifəti ülumil-hədis, səh. 44 
218
 A. Yardım, Hədis I-II, səh. 76 
219
 c. II, səh. 239 
220
 İ. Canan, Hədis üsulu və hədis elmləri, səh. 457; A.Yardım, Hədis I-II, səh. 76 
[48] 
 
                                                 

Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin