1). Buxarinin v
ə digər hədisşünasların Əbu Səid əl-Xudridən gələn hədisi tənqid
etm
əsi bu hədisin Peyğəmbərə (s) məxsus olmadığını sübut edir.
2). H
əzrət Peyğəmbər (s) və digər Məsumlardan (ə) gələn mütəvatir hədislər,
h
ədislərin yazılmasının Peyğəmbər (s) tərəfindən əmr edilməsini gəstərir. Həmin
h
ədislərdən bir neçəsinə diqqət yetirsək, bu əmrin müsəlmanlar üçün necə də önəmli
olduğunun şahidi olacağıq. Belə ki, Peyğəmbər (s) hədislərinin hifz olunması
haqqında və yazılıb gələcək nəsillərə ötürülməsi xüsusunda buyurmuşdur:
“Mömin öl
ən zaman üzərində elm olan bircə vərəqə qoyub gedərsə, həmin
v
ərəqə qiyamət günü onunla Cəhənnəm odu arasında bir pərdə olacaqdır. Allah
t
əbarəkə və taala o vərəqədə yazılan hər bir hərf üçün həmin şəxsə (Cənnətdə)
dunyadan yeddi d
əfə geniş olan şəhər verəcəkdir.”
65
“
Peyğəmbər (s) üç dəfə Allahım mənim xəlifələrimə (ardıcıllarıma) rəhm et
dedikd
ə, səhabələr: Ey Allahın Rəsulu! Sənin xəlifələrin (ardıcılların) kimlərdir -
dedil
ər. Həzrət buyurdu: Mənim hədis və sünnəmə tabe olub, onu ümmətimə
öyr
ədənlər.”
66
“Elmi möhk
əmləndirin. Soruşdular: onun möhkəmləndirilməsi nə ilədir? Həzrət
buyurdu: yazılması ilə.”
67
Xatırladaq ki, bu hədis azca dəyişik şəkldə bir çox hədis
m
ənbələrində, o cümlədən İbn Əbdülbirrin “Cameu bəyanil-elm”
68
, X
ətib Bağdadinin
63
Prof. Dr. Sübhi əs-Saleh, Hədis elmləri və Hədis itilahları, səh. 16
64
bax: S
əhihi-Buxari, Elm-9, Həcc-132; Əbu Davud, Elm-10; Tirmizi, Elm-7; Biharül-ənvar, c. II, səh. 433, 436, 553;
Şeyx Abbas əl-Qumi, Zübdətül-əhadis, c. I, səh. 4-9
65
Əllamə Məclisi, Biharül-ənvar, Beyrut çapı, c. II, səh. 532
66
h
əmin mənbə, c. II, səh. 431
67
həmin mənbə c. II, səh. 432
68
c. I, səh. 72
[18]
“T
əqyidül-elm”,
69
Sübhi
əs-Salehin “Hədis elmləri və Hədis istilahları”
70
v
ə digər
əsərlərdə də qeyd olunmuşdur.
Bu mövzuda
İmam Əli (ə) buyurur: “Allah bizdən bir hədis eşidib onu olduğu
kimi n
əql edənin üzünü ağartsın. Az mübəlliğlər vardır ki, onlar eşidilənlərdən daha
diqq
ətlidirlər.”
71
H
əmmad bin Səlmə Məhəmməd bin İshaqdan, o, Əmr bin Şüeybdən, o,
atasından, atası da onun babasından rəvayət edir:
“Ey Allahın Rəsulu! Səndən eşitdiklərimin hamısını yazımmı? Həzrət (s)
buyurdu: B
əli.
Dedim: q
əzəbli və sakit olduğunuz halda yaza bilirəmmi?
H
əzrət (s) buyurdu: Bəli, mən heç bir vaxt həqiqətdən başqa bir şey
söyl
əmərəm.”
72
H
əmçinin, bu hədis Abdullah bin Əmr vasitəsiylə Hakim Nişapurinin “əl-
Müst
ədrək”,
73
İbn Qüteybənin “Təvilu müxtəlifil-hədis”,
74
Əhməd bin Hənbəlin
“Müsn
əd”,
75
İbn Salahın “Hədis elmləri və Hədis istilahları”
76
v
ə digər alimlərin
əsərlərdə də qeyd olunmuşdur.
Bütün bu deyil
ənlərdən başqa, hədislərin yazılıb qorunması Əhli-beyt (ə)
t
ərəfindən də təkid edilmişdir. İmam Əli (ə) buyurub:
“Bir h
ədisi nəql etdiyiniz zaman onun sənədini də qeyd edin. Əgər o hədis doğru
olsa (sa
vabı) sizin, yalan olsa (günahı) onu nəql edənin üzərindədir.”
77
İmam Sadiq (ə) buyurub: “Ey Cabir! Halal və haram haqqında sənə yetişən
doğru bir hədis sənin üçün Günəş çıxandan batanadək üzərinə şüa saldığı hər şeydən
xeyirlidir.”
78
İbn Təğlib İmam Sadiqdən (ə) nəql edir:
“Biz
ə olunan zülm üçün kədərlənmək təsbihdir, nəfsin bizim üçün kədərlənməsi
ibad
ətdir, bizim sirrmizi gizlətmək Allah yolunda cihaddır. Sonra Əbu Abdullah dedi:
“Bu h
ədisi qızıl su ilə yazmaq gərəkdir.”
“
İnsanların dərəcələrini onların bizdən nəql etdikləri hədislərin miqdarı ilə
tanıyın.”
79
“Bizim sözl
ərimizi erab edin (açıqlayın). Çünki biz ən fəsih camaatıq.”
80
“
Yazın! əgər əzbərlədiklərinizi yazmasanız unudacaqsınız.”
“Q
əlb yazı ilə danışır.”
81
69
səh. 69
70
səh. 17
71
Biharül-ənvar, c. II, səh. 441
72
h
əmin mənbə, c. II, səh. 433
73
c. I, səh. 105
74
səh. 365
75
c. III, səh. 207
76
səh. 22
77
Biharül-ənvar, c. II, səh. 531
78
h
əmin mənbə, c. II, səh. 532
79
h
əmin mənbə, c. II, səh. 435
80
həmin mənbə, c. II, səh. 436
81
h
əmin mənbə, c. II, səh. 435
[19]
R
əvayət edilir ki, Ənsardan bir kişi Peyğəmbərin (s) məclisində oturub o
H
əzrətdən (s) hədis dinlyərdi. Hədislər onun xoşuna gəlsə də, onları əzbərləyə
bilmirdi. Bu
halı Peyğəmbərə (s) şikayət etdikdə, Həzrət (s) buyurdu: “Sağ əlindən
köm
ək al!”
82
Peyğəmbər (s) buyurub: “Hər kəs məndən bir hədis rəvayət etsə və bilsə ki, o
h
ədis yalandır, həmin şəxs də yalançılardan biri hesab olunur.”
83
Bu v
ə ya digər hədislərdən göründüyü kimi, bütün Məsumlar (ə) hədislərin
yazılıb qorunmasını təkid etmişlər.
3). Qurani-k
ərimlə hədislərin bir-birinə qarışması qeyri-mümkün bir işdir. Çünki
Qurani-k
ərim ecazkar bir kalam olub vəhy yolu ilə və vasitə əsasında nazil
edilmişdir. Hədislər isə bəşər övladı olan bir Peyğəmbərin (s) kalamıdır və Quranla
onun dedikl
ərini hər baxımdan bir-birindən seçmək çətin bir iş deyil. Həmçinin, artıq
Peyğəmbərin (s) dövründə Quran cəm olmuşdu, hər ayə və surə öz yerini tutmuşdu.
Bel
ə olan halda hədis və Quranın bir-birinə qarışması mümkün deyil.
4).
Peyğəmbər (s) zamanında yazılan səhifələr də Əbu Səid əl-Xudridən gələn
h
ədisin əsassız olduğunu sübut edir. Belə ki, o Həzrətin (s) dönəmində Əli bin Əbu
Talib (
ə), Salmani-Farsı, Həzrət Fatimə (ə) və digər şəxslər hədis yazmışlar.
Yuxarıda göstərilən bu və ya digər sadə dəlillərdən məlum oldu ki, Peyğəmbərin
(s) sağlığında heç bir şeyin yazılmamış olduğu xüsusunda irəli sürülən hər hansı bir
ifad
ə mənasızdır.
84
Dem
əli, Peyğəmbərdən (s) eşidilən hədislər səhabələr tərəfindən
h
əm əzbərlənib, həm də yazılmışdır.
85
H
ətta qaynaqlar Peyğəmbərin (s) zamanında
ilk h
ədis toplayan şəxsin Əli bin Əbu Talib (ə) olduğunu qeyd edirlər.
86
Buütün bunlar onu göst
ərir ki, yuxarıda qeyd edilənlər Peyğəmbərin (s)
zamanında hədislərin yazılmasını təsdiq edən dəlillərdəndir. Bundan əlavə hədislərin
n
əql olunması qadağan olunsaydı, Əhli-beyt (ə) heç vaxt hədis rəvayət etməzdilər.
Halbuki Cabir bin Yezid
əl-Cufi İmam Baqir (ə) və onun ata-babası kanalı ilə
Peyğəmbərdən (s) yetmiş min hədis nəql etmişdir. O, deyir: “Məndə əlli min hədis
vardır ki, bunun da hamısı Əhli-beyt (ə) kanalı vasitəsilə Peyğəmbərdəndir (s).”
87
Bundan
əlavə Əbu Həmzə əs-Sümali, Zürürə bin Əyən, Məhəmməd bin Müslüm
ət-Taifi, Əbu Bəsir Yəhya bin Qasım əl-Əsədi, Əbdülmömin Qasım bin Qeys bin
M
əhəmməd əl-Ənsari, Bəsam bin Abdullah əs-Sürəfi, Əbu Übeydə əl-Həzza Ziyad
bin İsa Əbürrəca əl-Kufi, Zəkəriyya bin Abdullah əl-Fəyyaz Əbu Yəhya və başqaları
çoxlu sayda
Əhli-beytdən (ə) hədislər nəql etmişlər. Burada adı çəkilən bu və ya
dig
ər ravilərin hamısı hədis elmində etibarlı və etimad göstərilən şəxslərdir.
88
82
h
əmin mənbə, c. II, səh. 436. Həmçinin bu hədis Xətib Bağdadinin Təqyidül-elm, səh. 67; Sünəni-Tirmizi, c. II, səh.
111; X
əttabinin Məalimüs-sünən c. IV, səh. 184; İbn Salahın Hədis elmləri və Hədis istilahları, səh. 18 kimi mötəbər
h
ədis qaynaqlarında da qeyd edilmişdir.
83
Biharül-ənvar, c. II, səh. 440
84
bax: Məhəmməd Həmdullah, Həmman bin Münəbbin səhifəsi, səh. 26
85
bax: Əhməd bin Hənbəl, Müsnəd, c. II, səh. 403
86
Seyid H
əsən əs-Sədr, əş-Şiə və fünunil-islam, müəssisə sibteyn, səh. 151
87
h
əmin mənbə, səh. 174, İxtiyaru mərifətir-rical, c. II, səh. 440
88
geniş məlumat üçün bax: Seyid Həsən əs-Sədr, əş-Şiə və fünunil-islam, səh. 165-186
[20]
2.2.H
əzrət Peyğəmbər (s) dövründə yazılan səhifələr
Əvvəldə qeyd olundu ki, Peyğəmbərin (s) hələ sağlığında bir çox səhabələr o
H
əzrətdən (s) eşitdikləri hədisləri yazmışdılar. Hədisşünaslar Həzrətin (s) zamanında
yazılan səhifələrə böyük önəm vermiş və onları bir neçə qrupa bölmüşlər.
Ümumiyy
ətlə “Hədis ədəbiyyatının başlanğıcını, İslam peyğəmbəri (s) tərəfindən
yazdırılmış və öz zamanında mühafizə edilmiş məktub, qanun və risalələrə, səhabə və
tabeun t
ərəfindən yazılan səhifələrə qədər götürmək təbiidir” deyənlər necə də doğru
demişlər.
89
Görk
əmli alim Zəhəbi “Mizanül-etidal” adlı məşhur əsərində yazırdı:
“Əgər səhabələrin səyi olmasaydı, Peyğəmbərin (s) hədislərinin hamısı aradan
ged
ərdi və İslam aləmində böyük bir fəsad meydana çıxardı.”
Peyğəmbərin (s) göstərişi ilə və yaxudda onun zamanında yazılan vəsiqələr
aşağıdakı kimi qruplaşdırılır :
- S
əhifələr;
- S
iyasi vəsiqələr;
- Qeyri-
rəsmi vəsiqələr.
S
əhifələr
S
əhifə sözününü cəmi suhufdur. Səhifə dedikdə, səhabələrin Həzrət
Peyğəmbərdən (s) eşidib yazdıqları bir neçə səhifəlik hədislər nəzərdə tutulur.
M
əlumdur ki, o Həzrətin (s) sağlığında bir çox səhabələr, o cümlədən Əli bin Əbu
Talib (
ə), Fatimə bint Məhəmməd (s), Salmani-Farsi, Əbuzər əl-Qiffari, Abdullah
bin
Əmr bin As, Ənəs bin Malik, Əbu Hüreyrə, Muaz bin Cəbəl, Abdullah bin Abbas,
İbn Übadə, Səmurə bin Cündəb, Cabir bin Abdullah, Əmr bin Həzm əl-Ənsari,
Abdullah bin
Əbu Əfva və digərləri hədis yazmışlar.
2.2.1.
Əli bin Əbu Talibin (ə) əsərləri
Əli bin Əbu Talib (ə) besətdən təxminən on (və ya on iki) il qabaq (m.598-ci il)
r
əcəb ayının on üçündə Kəbə evinin içərisində doğulmuşdur.
90
Peyğəmbərin (s)
evind
ə və onun təlim-tərbiyəsi altında boya-başa çatan Əli (ə) bütün ömrü boyu
İslama xidmət göstərmiş, İslamın yayılması, tətbiq edilməsi və təhrif edilməməsi
üçün ö
z canını və malını əsirgəməmişdir.
Ömrünün bütün ill
ərini İslama və təkallahlığa sərf edən İmam Əli (ə) həmişə
Peyğəmbərin (s) yanında olmuş və Həzrətə (s) ilk iman edən şəxs olmuşdur.
Ğörkəmli tarixçi alim İbn Əsir “əl-Kamil fit-tarix” adlı əsərində yazırdı: “Peyğəmbər
(s)
peyğəmbərliyə seçiləndən dərhal sonra Əli (ə) onun peyğəmbərliyini təsdiq edib
onun ardıcılı oldu.”
Bildiyimiz kimi,
İmam Əli (ə) Peyğəmbərin (s) əmisi oğludur və ona iman
g
ətirən ilk şəxsdir. İmam Əli (ə) bu barədə buyurmuşdur: “...Peyğəmbər (s)
müqabilind
ə necə bir mərtəbəyə yüksəldiyimi, ona nə qədər yaxın olduğumu
bilirsiniz. Uşaq ikən o məni bağrına basardı, üzünü üzümə sürtər, məni qoxulardı... O
h
ər gün xasiyyətlərindən birini mənə öyrədir və ona qulaq asmağımı istəyirdi. Hər il
89
Hədis ədəbiyyatı, səh. 13
90
Mehdi Pişvayi, Məsum imamların həyatı, səh. 4
[21]
H
əra dağına çəkilir, qulluğa başlıyardı. Başqası görməsə də, onu mən görürdüm. O
gün P
eyğəmbər (s) Xədicədən başqasının evində yox idi. Mən onların üçüncüsü idim.
V
əhy və peyğəmbərlik nurunu görürdüm, peyğəmbərlik qoxusunu duyurdum. Ona
v
əhy gələrkən şeytanın fəryadını eşidirdim və: - Ya Rəsulallah bu fəryad nədir? –
dey
ə soruşdum. Buyurdu ki: - bu fəryad edən şeytandır. Sən mənim eşitdiyimi eşidir,
gördüyümü görürs
ən. Ancaq sən peyğəmbər deyilsən.”
91
Peyğəmbərin (s) yanında boya-başa çatan, onun əxlaqi ilə əxlaqlanan İmam Əli
(
ə) şübhəsiz ki, hamıdan çox hədis toplamağa və nəql etməyə layiqdir. Əvvəldə də
qeyd etdiyimiz kimi, P
eyğəmbər (s) heç vaxt hədis yazmağı qadağan etməmişdir.
Şübhəsiz ki, belə qadağa olsaydı, Peyğəmbərin (s) yuxarıda adı çəkilən səhabələri bu
q
ədər hədis yazmağa səy etməzdilər.
Peyğəmbərdən (s) eşidib duyduqlarını ən mükəmməl şəkildə yazıb ortalığa hədis
m
əcmuəsi çıxaran şəxslərdən biri İmam Əli (ə) olmuşdur.
Əli bin Əbu Talibin (ə) hədis yazdığı səhifəni qılıncının qınından asdığı və daim
yanında gəzdirdiyi haqqında mənbələrdə kifayət qədər dəlillər vardır. İmam Əlinin
(
ə) səhifəsi barədə “Səhihi-Buxari”də bir neçə hədis vardır. Həmin hədislərdən birini
qeyd etm
ək həzrət Əlinin (ə) Peyğəmbərdən (s) eşitdiyini yazıb-qorumasına bir
d
əlildir. Belə ki, adı keçən əsərdə Əbu Cüheyfə rəvayət etmişdir: “İmam Əli (ə) bizə
bir xütb
ə oxuyaraq dedi ki, yanımızda Allahın kitabından və bu səhifədəkilərdən
başqa oxuduğumuz bir kitab yoxdur. Bu səhifədə isə haqsız əməllə zərər vermək,
d
əvələrin yaşları (zəkat üçün)... hökmlər vardır.”
92
M
əşhur alim Əllamə Məclisi
“Biharül-
ənvar” adlı əsərində yazırdı: “Peyğəmbərin (s) həzrət Əliyə (ə) yazdırdığı
“Cami
ə” adlı səhifədə insanların möhtac olduğu hər şey, qiyamətə qədər baş verəcək
hadis
ələr, bütün halal və haramlar, hətta Cənnətdəkilərin isimləri belə yazılıdır,
çürüm
əsi və aradan getməsi mümkün olmayan bu səhifə İmam Əli (ə) vasitəsilə
ondan sonrakı İmamlara (ə) intiqal edilmişdir. Həzrət Peyğəmbərə (s) merac gecəsi
veril
ən, ondan da həzrət Əliyə (ə) və İmamlara (ə) intiqal edilən “Divanüş-şiə” adlı
bir kitabda da bu cür m
əlumatlar mövcuddur. İmam Cəfər Sadiqin (ə) yanındakı “əl-
Cufrül-
əbyəz” adlı əsərdə Zəbur, Tövrat, İncil, həzrət İbrahimə (ə) verilən səhifələr
v
ə həzrət Fatimənin (ə) müshəfi vardır.”
93
H
əmçinin, bəzi qaynaqların verdikləri məlumatlara görə, ümumiyyətlə, İmam
Əlinin (ə) yazdığı kitablar Peyğəmbərin (s) sağlığında olub və həmin kitablar
P
eyğəmbər (s) tərəfindən imzalanmışdır.
Artıq buradan belə məlum olur ki, Peyğəmbərin (s) hədislərini ilk toplayan şəxs
m
əhz İmam Əlidir (ə). O, Peyğəmbərdən (s) eşitdiklərini yazıb kitab halına salmışdı.
Bu h
ədis kitabı İmam Əlidən (ə) sonra digər imamlara ötürülüb və bununla da
qorunub saxlanılırdı. Bir gün Həkəm bin Üteybə İmam Baqirin (ə) yanına gəlib bir
m
əsələ barədə onunla mübahisə etdi. İmam (ə) həmin intiqal yolu ilə ona gəlib çatmış
91
Nəhcül-bəlağə, Tehran çapı,1995, səh. 133
92
M
əhəmməd Həmdullah, Həmman bin Münəbbihin səhifəsi, səh. 40, M. Həmdullah bu hədisi Buxarinin Səhih
əsərinin kitabül-cihad fəslindən rəvayət etmişdir. Həmçinin mövzu ilə əlaqədar Əhməd bin Hənbəlin Müsnəd əsərinin I
cildin
ə, səh. 177, müsnədi-İmam Əli (ə) bölümünə baxmaq olar.
93
c. XXVI, səh. 509, 511
[22]
H
əzrət Əlinin (ə) kitabını açıb həmin məsələyə aid olan hədisi Həkəmə göstərib dedi:
“Bu Əlinin (ə) xətti, Peyğəmbərin (s) buyurduğudur.”
94
Bel
əliklə, İmam Əli (ə) aşağıdakı müfəssəl əsərləri yazmışdı.
1. “Cameul-Quran v
ə təviluhu” (Quranın toplanması və onun şərhi). O, bu
əsərində Quranın ayələrini nazil olma ardıcıllığı ilə düzmüş, onları bir araya
toplayaraq geniş şərhini vermişdir.
2. “Ülumul-Quran v
ə ənvauhu” (Quran elmləri və onun növləri).
3. “
əl-Müshəf”. İmam Əli (ə) bu əsərini oğlu Həsənin (ə) xətti ilə yazdırmışdı.
Bu
əsər məşhur “Rəzəviyyə” kitabxanasında saxlanılır. Əsərdə Qurandan iki cüz
vardır.
4. “
əl-Camiə”. Bu əsər həzrət Əlinin (ə) ən məşhur əsərlərindən biridir. Əsərin
uzunluğu 70 dirsəkdir ki, Həzrət (ə) bunu Peyğəmbərin (s) diktəsi əsasında yazmışdı.
Sonralar bu
əsər Əhli-beyt imamları (ə) tərəfindən bir-birlərinə ötürülmüşdür.
5. “
əl-Cifr”. Həzrətin ən məşhur əzərlərindən olan “əl-Cifr” ensiklopedik
xarakter daşıyıb, dinin və insan həyatının bütün məsələlərini özündə ehtiva etmişdir.
“M
əcməül-bəhreyn” əsərinin müəllifinə görə, “Cifr və Camiə” əsərini Peyğəmbər (s)
İmam Əliyə (ə) diktə edərək yazdırmışdır.
H
əzrət Əlinin (ə) bu məşhur əsərində nübuvvətlə əlaqədar elmlər, halal, haram
m
əsələləri, hökmlər, insanların ehtiyac duyduqları əsas vasitələr, dinin əsasları,
dünyada insanların sağlam yaşaması, və s. məsələlərlə əlaqədar mövzular müfəssəl
şəkildə işıqlandırılmışdır. Həmçinin, əsərdə Quranın bəzi mütəşabeh ayələri təfsir
edilmiş, onların doğru-düzgün şərhi göstərilmişdir. Həqiqətən də əsərin ehtiva etdiyi
mövzuların genişliyinə və mahiyyətinə varanda belə məlum olur ki, bu fundamental
əsərdə dinin bütün zəruri məsələləri ilə yanaşı, bir çox dünyəvi problemlər və onların
h
əlli yollarından da bəhs edilmişdir. Əsər haqqında Əllamə Məclisi yazırdı: “Əhli-
beytin (
ə) Cifrdə olan elmini görənlər təəccüb etdilər.”
95
Əsərin həzrət Əliyə (ə) aid olması və ondan da sonra digər Əhli-beyt imamlarına
(
ə) yadigar qalması haqqında kifayət qədər dəlillər vardır. Belə ki, bu haqda İmam
C
əfər Sadiq (ə) çoxlu sayda hədislər söyləmiş və yeri gəldikcə əqidəvi və şəri
m
əsələlərdə həmin əsərdən istifadə etmişdir. Bu barədə İmam (ə) buyurur:
“Bizim elmimiz m
əğlub edən və üstün gələndir, qəlblərdə bir ilhamdır, qulaqları
d
eşəndir. Həqiqətən bizim yanımızda “əl-Cifrül-əhmər”, “əl-Cifrül-əbyəz” və
“Müsh
əfi-Fatimə” vardır. Həmçinin, bizdə “əl-Camiə” vardır ki, orada insanların
ehtiyac duyduq
ları bütün şeylər vardır...”.
96
Bundan başqa həzrət Əlinin (ə) “əl-Camiə” adlı məşhur əsəri haqqında Əbu
B
əsir İmam Cəfər Sadiqdən (ə) nəqlən deyir: “Ey Əbu Məhəmməd! Həqiqətən bizim
yanımızda “əl-Camiə” vardır. Onlar nə bilirlər ki, “Camiə” nədir?” Əbu Bəsir deyir:
dedim s
ənə fəda olum! Nədir Camiə? Həzrət buyurdu: “Bir səhifədir ki, onun
uzunluğu Peyğəmbərin (s) dirsəyi ilə yetmiş dirsəkdir. Onu İmam Əliyə (ə)
94
əl-Kəşşi, Rical, səh. 288
95
Möhsün
əl-Əmin, Əyanüş-şiə, c. II, səh. 97
96
Biharül-ənvar, c. XXVI, səh. 509
[23]
yazdırmışdır. Orada hər bir halal və haram, həmçinin, insanların ehtiyac duyduqları
h
ər bir şey vardır. Hətta diyə və qanbahasınadək”.
97
İmam Sadiqin (ə) digər bir səhabəsi Məhəmməd bin Müslüm deyir: İmam Sadiq
(
ə) buyurdu: “Həqiqətən bizim yanımızda Əlinin (ə) yazdıqlarından bir səhifə vardır
ki, onun uzunluğu yetmiş dirsəkdir. Biz ona tabeyik. Orada olanlardan başqa heç nəyi
tanımırıq.” Bundan əlavə Süleyman bin Xalid deyir: İmam Sadiqdən (ə) eşitdim ki,
deyirdi: “Bizd
ə səhifə vardır ki, ona “əl-Camiə” deyərlər. Orada halal, haram, hətta
qanbahasınadək hər şey vardır. Bizdə Fatimənin (ə) müshəfi vardır. Lakin orada
Qurandan bir şey yoxdur.”
98
6. “
əs-Səhifətül-fəraiz”. Əsərin daha məşhur adı isə qısa şəkildə “əl-Fəraiz”dir.
İmam Əli (ə) tərəfindn yazılan əsər dinin insanlar üzərində fərz (vacib) bildiyi
işlərdən və onları icra etmək tərzindən bəhs edir. Orada yer alan məsələlərin bir
qrupu dig
ər İmamların (ə) dillərindən də nəql edilmişdir. Həmçinin, Həzrətin (ə)
orada n
əql etdiyi hədislərin və ya buyurduğu ibadi işlərin bir qismi mötəbər hədis
kitablarında da yer almışdır.
M
ənbələrin verdiyi məlumatlara görə, “əl-Fəraiz” İmam Baqirin (ə) və onun
o
ğlu İmam Sadiqin (ə) yanında olmuşdur.
99
Şeyx Küleyni “əl-Kafi” adlı əsərində
Zürar
ədən nəqlən mötəbər sənədlə rəvayət edir ki, Zürarə demişdir: “Bir gün İmam
Sadiq (
ə) Peyğəmbərin (s) əmri və Əlinin (ə) xətti ilə yazılmış “Səhifətül-fəraizi”
m
ənə oxutdu..”
Xatırladaq ki, bu rəvayəti Şeyx Səduq başqa bir kanalla (təriqlə) rəvayət
etmişdir.
7. “Kitab fi z
əkatin-niəm”. Həzrət Əlinin (ə) bu əsəri İslamın əsas vergilərdən
biri olan z
əkat vergisindən bəhs edir. O, bu məşhur əsərində zəkatın vacibliyindən,
onun verilm
ə şərtlərindən, hansı heyvanlardan necə və nə qədər zəkat verilər
m
əsələlərindən danışmışdır. Bu əsər haqqında Nəcaşı geniş məlumat vermişdir.
8. “Kitab fi
əbvabil-fiqh”. Bu əsər fiqh elminin müxtəlif fəsillərinə aiddir.
Əsəri İmam Əlidən (ə) Əli bin Rafe rəvayət etmişdir.
9. “
Əhdun lil-Əştər”. İmam Əli (ə) bu kiçik məktubunu məşhur səhabəsi və
dostu Malik Əştəri Misirə vali təyin edən zaman yazıb ona vermişdir. Əsərin həcmi
kiçik olsa da, orada yer alan m
əsələlər mühüm dini və həyati əhəmiyyət kəsb
etm
əkdədir. Əsərdə Həzrət (ə) vali kimi Malik Əştərin üzərinə düşən vəzifələrdən
b
əhs etmiş, onun bir rəhbər kimi Allahın və insanların qarşısındakı məsuliyyətindən
danışmışdı. Həmçinin, bu kiçik əsərdə İmam Əli (ə) bəzi siyasi işlərdən də söz
açmışdır.
T
əəssüflər olsun ki, İmam Əli (ə) tərəfindən Misirə vali təyin edilən Malik Əştər
yolda Müaviy
ənin göndərdiyi şəxs tərəfindən zəhərləndirilmiş və orada da şəhid
edilmişdir.
100
Amma Malik
ə vəsiyyətnamə şəkilində yazılan bu əsər “Nəhcül-bəlağə”
97
h
əmin mənbə, c. XXVI, səh. 512, Bəsairüd-dərəcat, səh. 39
98
Biharül-ənvar, c. XXVI, səh. 513
99
Möhsün
əl-Əmin, Əyanüş-şiə, c. I, səh. 120
100
Əllamə Məclisi, Biharül-ənvar, c. 33, səh. 554
[24]
əsərinin məktublar fəslində özünə yer almışdı. Əsərin mahiyyətinə baxdıqda məlum
olur ki, H
əzrət (ə) bu əsərini xəlifə olduğu dövrdə (656-661-ci illərdə) yazmışdı.
Dostları ilə paylaş: |