10. “V
əsiyyə li-Məhəmməd əl-Hənəfiyyə”. İmam Əli (ə) bu əsərini oğlu
M
əhəmməd bin əl-Hənəfiyyəyə vəsiyyətnamə kimi yazmışdı. Əsərdə İmam Əli (ə)
bir çox
əxlaqi məsələlərə toxunmuş, insanın cəmiyyət içərisindəki vəzifələrindən
söhb
ət açaraq öz oğlunu da həmin borc və vəzifələrin icrasına əməl etməyə
çağırmışdı. Şübhəsiz ki, vəsiyyətnamə xarakterli olan bu kiçik əsər təkçə onun oğlu
üçün böyük
əhəmiyyət daşımırdı. Bu əsər eyni zamanda bütün müsəlmanlar üçün
əhəmiyyətlidir. Çünki burada o, çox qısa şəkildə əqidəvi və əxlaqi problemləri
işıqlandırmışdı.
11. “Kitab
əcaibil-əhkam”. İmam Əlinin (ə) bu əsəri də böyük elmi əhəmiyyət
k
əsb etməkdədir. Belə ki, o, bu əsərində hökmlərin daxili sirlərindən, insana məlum
olmayan q
əribəliklərindən danışmış və bununla da özünün Məhəmməd
peyğəmbərdən (s) sonra ilahi vəhyin mahir bilicisi kimi sübut etmişdir. Həzrət (ə) bu
əsərində ilahi hökmlərin fəlsəfəsini açmış və insanlara qaranlıq qalan bir çox
probleml
ərin həllini vermişdir.
Böyük İslam alimləri yuxarıda adı çəkilən əsərlərin hamısının İmam Əliyə (ə)
aid olması barədə həmfikirdirlər. Həmçinin, İslamda ilk əsər yazan şəxsin də İmam
Əli (ə) olması barədə heç kim ixtilaf etməmişdir. Belə ki, Cəlaləddin Süyuti özünün
yazdığı “Tədribür-ravi” əsərində yazırdı: “Səhabələr və tabeunlar arasında elmin
kiml
ər tərəfindən yazılması haqqında çoxlu ixtilaflar vardır. Amma buna baxmayaraq
onlar iç
ərisində elmi ilk yazan şəxs İmam Əli (ə) və oğlu Həsəndir (ə). Buna kifayət
q
ədər dəlillər var. Nübuvvət elminin yazısının qoyan İmam Əli (ə) olması heç kəsə
gizli deyil”.
İbn Şəhraşub yazırdı: “İslamda ilk əsər təsnif edən şəxs İmam Əlidir (ə). O,
Allah kitabını bir yerə toplamışdır. Sonra bu işi Salman əl-Farsi, Əbuzər əl-Qiffari,
sonra Əsbəğ bin Nübatə, sonra Abdullah bin Nafe davam etdirmişdir. Daha sonra isə
İmam Zeynülabidin (ə) öz əsərlərini ortalığa qoymuşdur”.
101
Bütün bu deyil
ənlərdən əlavə mötəbər mənbələrin verdikləri məlumatlara görə,
İmam Həsən (ə) Peyğəmbərdən (s) eşidilən və rəvayət olunan hədislərin yazılmasını
t
əqdirəlayiq hal bilmişdir.
102
Dem
əli, Əhli-beytin (ə) rəvayətlərindən bir daha belə
başa düşülür ki, Peyğəmbər (s) heç vaxt hədislərin yazılmasını qadağan etməmişdir.
H
əmçinin, bir çox tarixi faktlar, xüsusilə də məşhur səhabələrin Həzrətdən (s) eşidib
yazdıqları hədis səhifələri Müslümün Əbu Səid Xudridən rəvayət etdiyi hədisin
əsassız olduğunu isbat edir.
Buradan m
əlum olur ki, İmam Əli (ə) hələ Peyğəmbər (s) dövründə hədis
yazmaqla m
əşğul olmuş və hədislərin tədvin edilməsinə böyük əmək sərf etmişdir.
İmam Əlinin (ə) səhifəsi bəzi qaynaqlarda “Kitabu-Əli” adı altında qeyd
edilmişdir.
103
101
h
əmin mənbə, c. I, səh. 134
102
bax: Süyuti, Tədribür-ravi, c. II, səh. 43
103
Həsən əs-Sədr, Təsisüş-şiə, səh. 35
[25]
Artıq mötəbər mənbələrin verdikləri məlumatlar yuxarıda adı çəkilən əsərlərin
İmam Əliyə (ə) aid olmasında heç bir şəkk-şübhəyə yer buraxmır. Həqiqətən də elm
əhlinin nəzərində həzrət Əlinin (ə) əsərləri əvəzedilməz və təkrarolunmaz olmaqla
yanaşı, orijinallığı ilə də seçilir. Çünki İslam tarixində ilk dəfə olaraq İmam Əli (ə)
əlinə qələm almış və Allahın öz Peyğəmbərinə (s) nazil etdiyi ayələr və şəri hökmlər
bar
ədə dolğun və elmi fikirlər söyləmişdir. Məhz Əlinin (ə) açdığı elmi inkişaf
cığırında ondan sonra gələn müsəlmanlar addımlamağa başlamış və bu günümüzə
q
ədər minlərlə, bəlkə də milyonlarla cildlik əsərlər meydana gətirmişlər. Onun
q
ələmə aldığı əsərlər hesabına müsəlman ümməti Quranı və sünnnəni daha da doğru
v
ə mufəssəl şəkildə anlamışdı.
2.2.2.Fatim
ə bint Məhəmməd (s) və “Müshəf” əsəri
H
əzrət Fatimə (ə) əziz Peyğəmbərimizin (s) Xədicə bint Xüveyliddən olan
övladıdır. Bəzi mənbələrə görə, həzrət Fatimə (ə) besətdən beş il sonra Məkkə
şəhərində ilahi vəhyin nazil olduğu və müqərrəb mələklərin daim enib-qalxdığı
müq
əddəs bir evdə dünyaya göz açmışdır. Onda əvvəl Peyğəmbərin (s) həzrət
X
ədicədən (ə) dörd qızı və iki oğlu olmuşdur ki, bunlardan ən böyük qızı Zeynəb,
dig
ərləri isə Ruqiyyə, Ummu-Gülsüm və Fatimədir (ə). Peyğəmbərin (s) övladları
iç
ərisində ən böyüyü Qasim, ən sonuncu övladı isə İbrahimdir. Peyğəmbərin (s) bu
q
ədər övladının olmasına baxmayaraq hamısı onun sağlığında vəfat etmiş, yalnız
h
əzrət Fatimə (ə) sağ qalmışdır ki, Allah da onun vasitəsi ilə Peyğəmbərin (s) nəslini
davam etdirmişdir.
Peyğəmbər (s) evində böyüyüb boya-başa çatan Fatimə (ə) atasının sevgi və
sayğısı altında öz mənəviyyatını və elmini ilahi vəhy əsasında əldə etmişdir.
H
əmçinin, onun doğuşunu Allah öz Peyğəmbərinə (s) vəhy yolu ilə bildirmiş və
“Kövs
ər” surəsini həzrət Fatimənin (ə) adına nazil etmişdir. Buna görə də əksər təfsir
aliml
əri adı keçən surədə “H
əqiqətən biz sənə kövsəri əta etdik”
104
ay
əsindəki
“Kövs
ərin” həzrət Fatimə (ə) olduğunu qeyd edirdilər. Bu haqda Əllamə Təbatəbai
yazırdı: “Əgər kövsər sözü ilə Peyğəmbərin (s) nəslinin həzrət Fatimə (ə) yolu ilə
davam etm
əsi nəzərdə tutulmasaydı, üçüncü ayənin mənası olmazdı.”
105
Bundan
başqa “Təfsiri-müstənəd” müəllifi bu surənin təfsirində yazırdı: “Kövsər dedikdə
çoxlu xeyir olan h
əzrət Fatimə (ə) və onun övladları nəzərdə tutulmuşdur ki, həm
k
əmiyyətcə, həm də keyfiyyətcə böyük xeyirdir və yer üzünün zinətidirlər.
Peyğəmbər (s) buyurmuşdur: “Allah taala mənim nəslimlə yer üzünə zinət vermişdir
v
ə mənim nəslim Əli (ə), Fatimə (ə), Həsən (ə), Hüseyn (ə) və onların övladlarıdır.”
B
əlkə də elə bunun nəticəsidir ki, Peyğəmbər (s) həzrət Fatiməyə (ə) yüksək
qayğı gödtərmiş və onun haqqında aşağıdakı ifadələri söyləmişdir:
“Fatim
ə məndən bir hissədir, hər kəs onu qəzəbləndirsə, məni
q
əzəbləndirmişdir.”
“Fatim
ə Cənnət qadınlarının rəhbəridir.”
106
104
Kövs
ər-1
105
Təfsirül-mizan, c. XX, Kövsər surəsinin təfsiri
106
Səhihi-Buxari c. II, fəzail fəsli
[26]
Əvvəlində də qeyd etdiyimiz kimi, Peyğəmbərin (s) dövründə istər onun ailə
üzvl
ərindən, istərsə də yaxın səhabələrindən bir qismi ondan eşitdiklərini yazmış və
onu qoruyub saxlamağa müvəffəq olmuşlar. Şübhəsiz ki, belə şəxslərdən biri də
Peyğəmbərin (s) sevimli qızı həzrət Fatimədir (ə). O, atasından eşitdiyi hədislərin bir
qismini yazmış və onları özündən sonra övladlarına irs qoymuşdur. Onun yazdığı və
İmamlar (ə) tərəfindən qorunaraq br-birlərinə ötürdükləri səhifənin adı “Müshəfi-
Fatim
ə”dir.
M
ənbələrin verdikləri məlumata görə, bir gün bir nəfər həzrət Fatimənin (s)
yanına gəlib dedi: “Ey Peyğəmbərin (s) qızı! Peyğəmbərin (s) sənə verdiyi və hazırda
bir yerd
ə qoruyub saxladığın bir şey varmı? Həzrət Fatimə (ə) dedi: “Ey cariyə! O
ip
ək bezi (yazılı vəsiqəni) gətir”. Cariyə onu axtardı, lakin tapa bilmədi. Həzrət
Fatim
ə (ə) dedi: “vay olsun sənə! onu axtar, çünki o mənim üçün Həsən və Hüseyn
q
ədər qiymətlidir. Cariyə onu axtardı və nəhayət süpürüb atdığını yadına saldı. Onu
atdığı yerdən tapdı. O vəsiqənin üzərində bunlar yazılmışdır: “Məhəmməd
p
eyğəmbər (s) dedi: öz qonşusunu himayə etməyən və qonşusu ondan əmin olmayan
şəxs mömin sayılmaz. Allaha və axirət gününə inanan kimsə qonşusuna əziyyət
verm
əz. Allah və axirət gününə inanan şəxs ya xeyir danışsın, yaxudda sussun.
Çünki Allah xeyiri sevir. Allah h
əlimdir, çirkinlikdən uzaqdır. Həyasızlıqdan,
üzsüzlük edib ist
əməkdən, israrla dilənməkdən xoşu gəlməz. Həqiqətən həya
imandandır. İman isə Cənnətdədir. Həyasızlıq isə alçaqlıqdan qaynaqlanır. Alçaqlıq
da C
əhənnəmdədir.”
107
Buradan bel
ə məlum olur ki, həzrət Fatimə (ə) öz atasından eşidib dinlədiyi
h
ədislərin bir hissəsini yazmış və onun qorunub saxlanması üçün böyük əmək sərf
etmişdir. Hətta rəvayətdən belə başa düşülür ki, bu vəsiqənin Fatimənin (ə) yanında
çox böyük
əhəmiyyəti olmuş və onu atasından qalan müqəddəs kəlmələr hesab
etdiyin
ə görə iki əziz oğludan üstün tutmuşdur.
2.2.3.
Əbu Rafe əl-Qibtinin “Kitabüs-sünən vəl-əhkam vəl-qəzaya” əsəri
H
əzrət Peyğəmbərin (s) ən yaxın səhabələrindən biri də Əbu Rafe olmuşdur.
Onun adı haqqında müsəlman alimləri müxtəlif fikirlər söyləmişlər. Bəziləri onun
adının İbrahim, bəziləri isə Müslüm olduğu qənaətindədirlər.
108
O,
Peyğəmbərin (s) əmisi Abbasın qulu olmuş, sonralar isə Peyğəmbərə (s) bir
qul kimi
bağışlanmış, daha sonradan isə Həzrətin (s) göstərişi ilə qulluğundan azad
edilmişdir. Əbu Rafe hədis yazmaq üçün Peyğəmbərdən (s) izn istəmiş və həzrət ona
izn vermişdir.
109
Əbu Rafe Peyğəmbərin (s) vəfatından sonra da İmam Əlinin (ə) ən
yaxın tərəfdarlarından olmuşdur. Onun Peyğəmbərdən (s) izn alaraq yazıb ərsəyə
g
ətirdiyi kitabın adı “Kitabüs-sünən vəl-əhkam vəl-qəzaya”dır. O, bu əsərində ilk
d
əfə olaraq hədisləri tədvin edib toplamışdır.
110
Görk
əmli rical alimi Nəcaşi “Fihrist”
əsərində onun haqqında yazırdı: “Əbu Rafe adı çəkilən əsərini fəsillərə ayırmış,
107
Küleyni, Üsuli-kafi, c. I, müqəddimə fəsli
108
Seyid H
əsən əs-Sədr, əş-Şiə və fünunil-islam, səh. 154
109
M. Həmdullah, Həmmam bin Münəbbihin səhifəsi, səh. 34
110
Türkiyə Diyanət Vakfı İslam Ensiklopediyası, c. XV, səh. 39
[27]
namaz, oruc, h
əcc, cihad və s. bu kimi fəsillər açaraq aidiyyatı hədisləri həmin bablar
altında toplamışdır. O, İslamı ilk qəbul edənlərdən və Peyğəmbərlə (s) birlikdə
M
ədinəyə hicrət edənlərdəndir. Peyğəmbəri (s) bütün ömrü boyu müşahidə edən Əbu
Rafe onun v
əfatından sonra da İmam Əlinin (ə) yanında olmuşdur.”
111
B
əzi
m
əlumatlara görə, Əbu Rafe əl-Qibtinin yazdığı həmin kitab London kitabxanasında
saxlanılır.
112
2.2.4.Salman
əl-Farisi və “Kitabi-hədisi casəlik” əsəri
Əbu Abdullah Salman əslən iranlıdır və Peyğəmbərin (s) ən yaxın
s
əhabələrindəndir.
113
B
əzi rəvayətlərə görə onun nəsli İsa peyğəmbərin (ə)
v
əsilərindən birinə çatır. O, İslamdan əvvəl Zərdüşt dinində olmuş, souncu
P
eyğəmbər (s) yaxın zamanlarda olacaqdır deyə zərdüştülük dininin ayinlərinə əməl
etm
əmişdir. Salman bir hadisə zamanı əsir düşmüş, mədinəli bir yolçuya satılaraq
sonradan azad edilmişdir.
114
Peyğəmbərə (s) rast gələn Salman onun dinini qəbul
etmiş, Peyğəmbər (s) də ona “Əbu Abdullah” künyəsni verərək, ona “Salmanül-
xeyr”, “Salmanu-M
əhəmmədi” ləqəblərini vermişdir. Peyğəmbər (s) onun haqqında
“Salman bizd
əndir, əhli-beytdəndir”, “Salman Fars elinin İslamda birincisidir”
h
ədislərini demişdir.
115
Tarixi m
əlumatlara görə, İslamda baş verən böyük müharibələrdən biri də
X
əndək müharibəsidir. Mədinəyə həzrət Peyğəmbərin (s) üstünə böyük bir ordu ilə
hücum ed
ən müşriklər Salmanın məşvərət zamanı irəli sürdüyü təklif nəticəsində
m
əhv oldular. Salmanın irəli sürdüyü təklif belə idi:
“Mühasir
ə döyüşündə ən əmin vasitə şəhərin ətrafına dəyirmi xəndəklər qazaraq
düşmənin keçməsinə mane olmaqdır. Bu vasitə ilə qüvvələr hərb meydanına
dağıdılmadan bir yerə toplanır, içəridən müdafiə asanlaşır.”
H
əzrət Peyğəmbərin (s) yanında böyük nüfuz qazanmış Salman o həzrətdən
eşitdiyi hədisləri bir araya toplayaraq “Kitabi-hədisi casəlik” adı altında bir əsər
meydana g
ətirmişdir.
116
Salman x
əlifə Ömərin zamanında (634-644) Mədainə vali təyin edilmiş və
hicr
ətin 31-ci ilində həmin yerdə vəfat etmşdir.
117
2.2.5.
Əbuzər əl-Qiffari və “Kitabül-xütbə” əsəri
Küny
əsi Əbuzər, adı isə Cündəb bin Cünadədir. O, Qiffar qəbiləsinə mənsub
olub, Kinan
ə oğullarındandır. O, İslamdan əvvəl Allahın birliyinə inanmış və ibadətlə
m
əşğul olmuşdur. Peyğəmbər (s) onun haqqında buyurmuşdur: “Allah mənə dörd
111
N
əcaşi, Ricali-Nəcaşi, c. I, səh. 62
112
S. S. Rəşadi, Hədis elmi, səh. 21
113
Salmani Farsın həyatı haqqında Tusinin Rical, səh. 20, Fihrist, 142; Tehraninin Məalimül-üləma, səh. 57; İbn
Davudun Rical, s
əh. 105; Xoinin Möcəmi-rical, c. IX, səh. 194; Xətib Bağdadinin Tarixül-Bağdad, c. I, səh. 163;
Möhsün Əminin Əyanüş-şiə, c. VII, səh. 279; İbn Həcərin Təhzib, c. IV, səh. 121 və s. qaynaqlara baxa bilərsiniz.
114
Nəhcül-bəlağə, Tehran, 1995, səh. 287
115
həmin mənbə, səh. 287
116
Şeyx Tusi, əl-Fihrist, səh. 142; Şəhr Aşub, Məalimül-üləma, səh. 57, rəqəm-382
117
Nəhcül-bəlağə, Tehran-1995, səh. 288
[28]
adamı sevməyi əmr etmişdir və onları sevdiyini mənə bildirmişdir. Onlardan biri
Əlidir. Qalanları isə Əbuzər, Miqdad və Salmandır.”
Əbuzər də Peyğəmbərdən (s) eşitdikləri hədisləri yazmış və kitab halına
salmışdır. Onun əsərinin adı “Kitabül-xütbə”dir.
118
O, bu
əsərində Peyğəmbərdən (s)
sonra baş vermiş hadisələri şərh etmişdir.
119
H
ədisşünas alimlər Salmanın, yoxsa Əbuzərin hansının əvvəl hədis əsəri təsnif
etdikl
ərini dəqiqləşdirə bilməmişlər. Bu haqda Seyid Həsən əs-Sədr yazırdı: “Onların
h
ər ikisi bir dövrdə yaşayıblar. Bu işdə onların hansının ilk addım atdığını
bilmirik.”
120
2.2.6.
Əbu Hatim və “Kitabüz-zinət” əsəri
Seyid Xonsari “Rövzatül-c
ənnat” əsərində Əbu Hatimin “Zinət” kitabı haqqında
m
əlumat verir.
121
Bundan başqa Katib Çələbi də Əbu Hatimin adı çəkilən əsəri
haqqında məlumat verməkdədir.
122
2.2.7.
Abdullah bin Əmr bin As və “əs-Səhifətüs-sədiqə” əsəri
M
əkkəli olan Abdullah bin Əmr bin As Peyğəmbərin (s) izni ilə Həzrətdən (s)
eşitdiyi hədisləri yazmışdır. Bəzi səhabələr ondan hədis yazmamasını tələb etmiş və
demişlər: “Peyğəmbər (s) nəhayət riza və qəzəb hallarına məruz qalan bir insandır və
onun t
ərəfindən söylənilən hər şeyin fərqinə varmadan yazmaq döğru deyildir.”
Abdullah
Peyğəmbərin (s) yanına getmiş və belə soruşmuşdur: “Səndən eşitdiklərimi
yaza bil
ərəmmi?” Həzrət Peyğəmbər (s) “Bəli” demişdir. Abdullah ehtiyatən yenidən
soruşmuş və belə demişdir: “Riza və qəzəb hallarında söylədiklərini də yazımmı?”
Bunun üz
ərinə həzrət Peyğəmbər (s) ağzını göstərərk bu cavabı vermişdir: “Allaha
and içir
əm ki, bundan nə çıxarsa, doğru və gerçəkdir.”
123
H
ədisləri yazı ilə təsbit edən ən məşhur səhabələrdən olan Abdullah bin Əmr
P
eyğəmbərdən (s) eşidib yazdığı hədisləri “əs-Səhifətüs-sədiqə” adlandırmışdır. O,
bu bar
ədə belə demişdir: “Bu mənim Rəsulallahdan (s) eşitdiyim “əs-Səhifətüs-
s
ədiqə”dir.
124
Əbu Hüreyrədən Həmmam bin Münəbbih rəvayət edir: “Əbu Hüreyrənin belə
dediyini eşitdim: Həzrət Peyğəmbərin (s) əshabı içində Abdullah bin Əmr müstəsna
m
əndən daha çox hədis bilən kimsə yoxdur. O, hədisləri yazırdı, mən isə
yazmazdım.”
125
118
Şeyx Tusi, əl-Fihrist, səh. 142, rəqəm-338 və səh. 95, rəqəm-160, O, hicrətin 31-ci ilində vəfat etmişdir. S. S. Rəşadi,
H
ədis elmi, səh. 21
119
Seyid H
əsən əs-Sədr, əş-Şiə və fünunil-islamiyyə, səh. 157
120
h
əmin mənbə, səh. 159
121
Seyid
əl-Xonsari, Rövzatül-cənnat, c. I, səh. 323
122
Katib Ç
ələbi, Kəşfüz-zünun, c. II, səh. 1423
123
M. Həmdullah, Həmmam bin Münəbbihin səhifəsi, səh. 33; həmçinin bax: Səhihi-Buxari, elm fəslinə
124
Hədis ədəbiyyatı, səh. 16-17, T. Koçyigit, Hədis tarixi, səh. 199-200
125
Həmmam bin Münəbbihin səhifəsi, səh. 33
[29]
Abdullah bin Əmrin “əs-Səhifətüs-sədiqə”si onun ailəsində qalmış və uzun
zaman mühafiz
ə edilmişdir. Səhifələr içərisində ən məhşurlardan olan “əs-Səhifətüs-
s
ədiqə”da İbn Əsirin verdiyi məlumata görə min hədis vardır.
126
“
əs-Səhifətüs-sədiqə” günümüzə yalnız Əhməd bin Hənbəlin “Müsnəd” adlı
əsərinin vasitəsilə gəlib çatmışdır. Belə ki, Əhməd bin Hənbəl “Müsnəd”inin
“
Abdullah bin Əmr bin As” bölümündə bir araya gətirdiyi “əs-Səhifətüs-sədiqə”
h
ədis tarixində böyük önəm daşıyır.
127
2.2.8.
Ənəs bin Malik
Ənəs bin Malik həzrət Peyğəmbərin (s) Mədinəyə hicrət etdiyi əsnada kiçik bir
uşaq idi. O, hələ kiçik yaşlarından yazıb-oxumağı öyrənmişdi.
Tarixi m
əlumatlara görə, Ənəs bin Malik həzrət Peyğəmbərin (s) yanında on ilə
yaxın bir müddətdə qalmış və Həzrətin (s) vəfatından sonra onun evini tərk
etmişdir.
128
əd-Dariminin rəvayətinə görə Ənəs bin Malik həyatının sonlarına yaxın
uşaqlarına daima bu tövsiyələri etmişdir: “Ey uşaqlarım! Bu elmi (hədisi) yazın.”
129
Qaynaqların verdikləri məlumatlara görə Ənəs bin Malik yalnız həzrət
P
eyğəmbərdən (s) eşitdiyi hədisləri yazmaqla kifayətlənməmiş, eyni zamanda
yazdıqlarını gözdən keçirmiş və zəruri gördüyü təshihləri etməsi üçün həzrət
Peyğəmbərə (s) ərz etmişdir.
130
2.2.9.
Əbu Hüreyrənin Həmmam bin Münəbbih yolu ilə gələn “Səhifə”si
Əbu Hüreyrə Peyğəmbərin (s) səhabələrindən olub hicrətin yeddinci ilində
(m.628) İslamı qəbul etmişdir. O, Yəməndə doğulmuş və ömrünün otuz ilini orada
keçirmişdir. Buxarinin verdiyi məlumata görə isə, Əbu Hüreyrə Peyğəmbərin (s)
xidm
ətində iki ildən bir az artıq olmuşdur. O, İslamı hamıdan gec qəbul etməsinə
baxmayaraq, hamıdan çox hədis nəql etmişdir.
Əbu Hüreyrə oxuma-yazmanı bilən səhabələrdən olmuş, hətta farsca və həbəşcə
d
ə bildiyi rəvayət edilmişdir.
131
Əbu Hüreyrə də digər səhabələr kimi Peyğəmbərdən
(s) eşitdiyi hədisləri yazmışdır.
Əbu Hüreyrənin tələbələrindən biri Həmmam bin Münəbbih olmuşdur. O da
Əbu Hüreyrə ilə həmyerli idi. O, təhsil üçün Mədinəyə gəlmiş, Əbu Hüreyrə də ona
Peyğəmbərin (s) 140 hədisini seçib vermişdir.
132
Bu h
ədislər daha çox əxlaqla
əlaqədar olub, Əbu Hüreyrə bunlardan kiçik bir risalə təşkil etmiş və tələbəsinə
yazd
ırmışdır. Bu hadisənin tarixi dəqiq deyildir, amma Əbu Hüreyrənin ölümündən
əvvəl olması şübhəsizdir. Daha sonrakı bəzi qaynaqlar bu risaləyə “əs-Səhifətüs-
126
İbn Əsir, Üsdül-qabə, c. III, səh. 123
127
bax: İbn Salah, Hədis elmləri və Hədis istilahları, səh. 22; M. Həmdullah, Həmmam bin Münəbbihin səhifəsi, səh.
33; Əhməd bin Hənbəl, Müsnəd, c. II, və s. mənbələr
128
Ali Yardım, Hədis I-II, səh. 26
129
Darimi, Sünəni-Darimi, c. I, səh. 125
130
bax: Həmmam bin Münəbbihin səhifəsi, səh. 35
131
h
əmin mənbə, səh. 46
132
həmin mənbə, səh. 49
[30]
s
əhihə” adı verildiyini göstərir. Həmmam bu səhifəni çox qoruyub saxladığı üçün
sonralar o s
əhifəyə “Səhifətu-Həmmam” deyilmişdir.
133
M
əlumdur ki, Həmmam bin Münəbbih hicri 40-cı ildə doğulmuş, ustadı Əbu
Hüreyr
ə isə hicri 58-ci ildə vəfat etmişdir. Bu səhifə Həmmamın şeyxinin məclisinə
davam ed
ərək eşıtdiyi hədislərin məcmusu olduğu üçün, mütləq Əbu Hüyerənin
v
əfatından öncə, yəni hicri I əsrin ortalarında tədvin edilmiş olmalıdır.
134
Tarixi m
əlumatlara əsasən demək olar ki, “Səhifətüs-səhihə”ni Həmmam bin
Mün
əbbih zaman keçdikcə onu öz tələblərinə oxumuş, onun gələcək nəsillərə
yetişməşi üçün bütün gücündən istifadə etmişdir. Həmmamın da tələbələri bu
s
əhifəyə nə bir hədis əlavə etmiş, nə də ondan bir hədis belə çıxarmamışlar. Bu
s
əhifəni ciddi mühafizə edib, onun gələcək nəsillərə ötürülməsində canfəşanlıq
ed
ənlərdən də biri Mömər bin Raşid olmuşdur. O, nəinki, adı çəkilən səhifəni
mühafiz
ə etmiş, həm də “Cami” adlı bir əsər də də meydana gətirmişdir.
H
əmmam bin Münəbinin səhifəsini məşhur alim Prof. Dr. Məhəmməd
H
əmdullah 1953-cü ildə Berlin və Dəməşqdə bir-birinin eyni olan nüsxələri əldə
etmişdir.
135
“S
əhifətüs-səhihə”də olan hədisləri Əhməd bin Hənbəl “Müsnəd”
əsərində olduğu kimi qələmə almışdır. Həmçinin, bu səhifədə olan bəzi hədislər
“S
əhihi-Buxari”də də mövcuddur.
2.2.10.Abdullah bin Abbas
Peyğəmbərin (s) ən yaxın səhabələrindən və Həzrətin (s) hədislərini yazıb bir
araya toplayanlardan biri Abdullah bin A
bbasdır. O, elm məclislərinə yanında gəzdiyi
lövh
ələrlə daxil olar və Peyğəmbərin (s) hədislərini yazmaqla məşğul olarmış.
136
M
əşhur tarixçilərdən olan Musa bin Üqbə belə bir xəbər verir: “Qüreyb bin
Müslüm biz
ə İbn Abbasın yazılarından bir dəvə yükü kitab gətirib əmanət etmişdir.
Onun oğlu Əli bir kitab istədiyi zaman Qüreybə bu kitabı (səhifəni) mənə göndər”
dey
ə yazırdı, Qüreyb da onun istədiyi kitabın üzünü köçürərək iki nüsxədən birini
ona gönd
ərdi.”
137
Abdullah bin A
bbasın tələbəsi Səid bin Cübeyr (öl.95 h/q.) onun özünə imla
etdirdiyi h
ədisləri yazardı. İbn Abbasın səhifələrinin olması şübhəsizdir. Onun
s
əhifələri uzun zaman əldən-ələ dolaşmış, müsəlmanlar da bu səhifələrdən rəvayət
edib
ondan faydalanmışlar. Təfsir və hədis kitablarında İbn Abbasın nəql etdiyi
h
ədislər və rəvayətlər kifayət qədərdir. Amma bununla yanaşı, onun səhifəsinin necə
qeyb olması (itib-batması) məlum deyildir.
Onun t
ələbəsi Səid bin Cübeyr rəvayət edir ki, “hədis yazmaq üçün İbn Abbasın
yanına gəlirdim. Bəzən elə olurdu ki, kağızım tükənir, ayaqqabılarıma, o da dolarsa,
ovcuma yazardım.”
138
Dostları ilə paylaş: |