Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

8.3.R
əvayətin sifəti 
Hədis  kitablarında  bu  başlıq  altında  rəvayətin  ləfzən  və  mənən  edilməsi 
öyrənilir.  Ümumiyyətlə  hədis  alimlərinə  görə  hədislər  hədis  kitablarına  keçincəyə 
qədər iki şəkildə rəvayət edilmişdir: 
 
I. 
Ləfzən (Kəlmə be kəlmə) 
Hədislərin  ləfzən  rəvayət  edilməsi  dedikdə,  hədisin  Məsumun  (ə)  dilindən 
çıxdığı kimi, yəni kəlmələrində heç bir  dəyişikliyə yol vermədən rəvayət edilməsidir. 
Peyğəmbər (s) buyurur: “Bizdən bir hədis öyrənib və onu öyrəndiyi kimi başqalarına 
çatdıranın Allah üzünü ağartsın.”
306
 
Bu hədisdən belə məlum olur ki, Peyğəmbər (s) 
hədislərin  ləfzən  rəvayət  edilməsinin  tərəfdarı  olmuş  və  raviləri  də  buna  təşviq 
etmişdir.  Hətta  mənbələrin  verdikləri  məlumata  görə,  Peyğəmbər  (s)  öyrətdiyi  bir 
duadakı nəbi kəlməsi yerinə rəsul kəlməsini işlədən əl-Bərra bin Azibi tənqid etmiş 
və nəbi kəlməsini deməsini buyurmuşdur.
307
  
 
II. 
Mənən (Mənaya görə rəvayət) 
Hədislərin  mənən  rəvayəti  dedikdə,  hədisin  Məsumun  (ə)  dilindən  çıxdığı 
kəlmələrlə deyil, onun mənasını ifadə edən digər kəlmələr əsasında rəvayət edilməsi 
305
 İ. Çakan, Hədis, səh. 187-188 
306
 Sünəni-Tirmizi, elm-7 
307
 Müsnədi-Əhməd, c. IV, səh. 285; İbn Macə, Sünən, dua-15 
[73] 
 
                                                 

nəzərdə tutulur. Hədis alimləri məna ilə rəvayət etməyə etiraz etsələr də, bu günkü 
kitablarda olan hədislərin böyük əksəriyyətinin mənən rəvayət olması bir həqiqətdir. 
Həmçinin,  Məsumların  (ə)  özlərindən  gələn  hədislərdə  də  mənən  rəvayətə  icazə 
verilməsi açıq-aşkar görünməkdədir. Belə ki, Peyğəmbər (s) buyurur: “Haramı halal, 
halalı  haram  edəcək  dərəcədə  mənanı  pozmadığınız  halda  hədisi  dəyişik  ləfzlərlə 
(mənən)  rəvayət  etməyiniz caizdir.”
308
 
Həmçinin,  Məhəmməd  bin  Müslüm  rəvayət 
edir:  İmam  Sadiqə  (ə)  dedim:  “Səndən  hədis  eşidirəm,  sonra  da  buna  bəzi  sözləri 
artırır, bəzilərini də azaldıram”. O, buyurdu: “Əgər anlamı qəsd edirsənsə, bunun eybi 
yoxdur.”
309
  
Hədis məna baxımından rəvayət edilməsi doğru olsa da, buna Malik bin Ənəs 
kimi alimlər etiraz etmişlər.
310
  
Hədisin  məna  ilə  rəvayət  edilməsini  caiz  bilən  alimlər  bəzi  şərtlər  irəli 
sürmüşlər.  Bu  şərtlərlə  tanış  olmaq  əlbəttə  ki,  faydalı  olardı.  Həmin  şərtlər 
aşağıdakılardır:  
1) Hədisi mənən rəvayət edən şəxs, kəlmələrin anlamlarını yaxşı bilməlidir. 
2) Dəyişdirdiyi kəlmələrin sinonimləri olmalıdır. “Qüud” yerinə “cülus” kimi… 
3) Hədis sifat hədisləri kimi mütəşabeh olmamalıdır.  
4) H
ədisin əsli əzbərindədirsə, mənan rəvayət caiz deyil.
311
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
308
 İ. Çakan, Hədis, səh. 66 
309
 Küleyni, Üsuli-kafi, c. I, səh. 64 
310
 Sübhü əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 64 
311
 geniş məlumat üçün bax: İ. Çakan, adı çəkilən əsəri, səh. 67; Şövkani, İrşadül-fuhul, səh. 54-55 
[74] 
 
                                                 

I
X FƏSİL 
 
HƏDİSLƏRİN YAZILIB KİTAB HALINA SALINMASI VƏ MÖVZUSUNA 
GÖRƏ TƏSNİFİ 
 
9.1.H
ədislərin tədvini 
Qeyd olunduğu kimi, hədis İslam dinində dini təfəkkürün və hökmlərin Qurani-
kərimdən  sonra  ikinci  əsas  mənbəsidir.  Elə  bu  səbəbdəndir  ki,  hələ  səhabələr 
dövrü
ndə  hədisə  böyük  önəm  verilmiş  və  onların  yazılıb  qorunmasına,  gələcək 
nəsillərə ötürülməsinə böyük zəhmət sərf edilmişdir. 
T
əəssüflər olsun ki, hədislər ilk dövrlərdə  rəsmi  şəkildə  yazılıb  bir  araya 
g
ətirilməmişdir.  Əlbəttə  ki, qeyri-rəsmi  şəkildə  olsa da  hədislər  yazılmış  və 
qorunaraq  sonrakı  dövrlərə  intiqal  edilmişdir.  Bunun  bariz  misalı  bəzi  səhabələrin 
Peyğəmbərdən  (s)  eşidib  yazdıqları  və  hədis  ədəbiyyatı  tarixində  “Səhifə”  deyə 
a
dlanan yazılardır. 
Şükrlər  olsun  ki,  sonrakı  dövrlərdə  hədislərin rəsmi  yazılması  və  bir araya 
t
oplanması işi gerçəkləşmişdir. Məlum olduğu kimi, xülafai-raşidin dövründə (632-
661)  h
ədislərin  yazılması  işinə  rəsmi  şəkildə  başlanmamışdır.  Hətta  bu  işə  nəinki 
r
əsmi şəkildə başlamaq, hədislərin özünü belə yazmaq və ya nəql etmək əvvəlki iki 
x
əlifənin dövründə qadağan edilmişdir. İslamın ilk xəlifəsi Əbu Bəkr (632-634) öncə 
b
əzi hədisləri toplamış sonra da onları yandırmışdı.
312
 H
əmçinin, ikinci xəlifə Ömər 
bin X
əttab  (634-644)  hədislərin rəsmi  yazılıb  bir  araya  gətirilməsinə  qərar  vermiş, 
lakin sonradan bu q
ərarından  daşınaraq  hədislərin  rəvayət  edilməsini belə  qadağan 
etmişdir. Ürvə bin Zübeyr rəvayət edir: “Xəlifə Ömər bin Xəttab hədislərin yazılması 
haqqında  səhabələrin fikirlərini öyrəndi.  Onlar  bu  görüşə  qatıldılar.  Xəlifə  Ömər 
t
ərəddüd içərisində olduğu üçün bu iş bir ay çəkdi. Nəhayət o, bir gün gəti qərarını 
ver
ərək dedi: “Bildiyiniz kimi,  hədislərin  yazılmasını  sizlərə  ərz  etmişdim,  sonra 
düşündüm və bu qərara gəldim: Sizdən öncə əhli-kitabdan bəziləri Allahın kitabından 
başqa  şeylər  yazmışlar  və  onlara  əhəmmiyyət verərək  Allahın  kitabını  bir  tərəfə 
buraxmışlar.  Allaha  and  içirəm ki, mən  onun  kitabını  bir  şey  ilə  əsla 
qarışdırmaram.”
313
 
Əllamə Təbatəbai yazırdı: “Dövri xəlifələr hədislərin yazılmasını qadağan edir, 
əllərinə  düşən hədisləri  yandırır  və  hədis nəql  olunmasını  qadağan  edirdilər. Buna 
gör
ə  də  hədislərin  əksəriyyəti təhrif olundu, unuduldu və  nəticədə  hal-hazırda 
mövcud olan arzuolunmaz v
əziyyət yarandı.”
314
 
H
ədislərin tədvininə gəldikdə isə demək lazımdır ki, bu iş səhabələr yox, rəsmi 
şəkildə tabeunlar dönəminə məxsusdur. 
Məlum  olduğu kimi,  hədislərin  yazılması  (kitabətül-hədis)  ilə  tədvini  arasında 
müəyyən fərqliliklər vardır. Ümumiyyətlə tədvin lüğətdə “
dəvvənə” felindən əmələ 
312
 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 30; Zəhəbi, Təzkirətül-hüffaz, c. I, səh. 5   
313
 Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 30, həmçinin bax: X. Bağdadi, Təqyidül-elm, səh. 50; Cameu bəyanil-elm, c. 
I, s
əh. 64; İbn Səd, Ət-Təbəqat, c. I, səh. 206; Əllamə əl-Hindi, Kənzül-ümmal, c. V, səh. 239 
314
 Əllamə Təbatəbai, İslamda şiəlik, səh. 116 
[75] 
 
                                                 

gəlib,  “kitab  halına  salmaq”,  “toplamaq”  deməkdir.  Hədis  elmindəki  mənası  isə 
“H
ədislərin rəsmən yazılıb kitab halına salınması” deməkdir. Bəzi alimlər hədislərin 
tədvini ifadəsini belə tərif etmişlər: “Hədislərin hamısına şamil olan və dövlət əli ilə 
yürüdülən ikiknci hicri əsrdəki yazma fəaliyyətidir.”
315
 
H
ədislərin rəsmi tədvini, yəni  yazılıb  kitab  halına  salınması  hicri II  əsrin 
əvvəllərində (miladi VIII əsrin əvvəlləri) olmuşdur. Bu işə başlamaq məşhur əməvi 
x
əlifəsi Ömər  bin  Əbdüləziz (717-719) tərəfindən rəsmiləşdirmişdir.  Bütün 
m
ənbələrə görə rəsmi və sistemli bir tədvin fəaliyyəti hicri birinci əsrin sonları, ikinci 
əsrin  əvvəllərində  yaşamış  xəlifə  Ömər  bin  Əbdüləzizin  adı  ilə  bağlıdır.  O, xəlifə 
t
əyin edildikdən bir müddət sonra sünnəni  bilən  səhabə  nəslinin aradan getdiyini 
görüb v
ə  bununla  da  Peyğəmbər  (ə)  sünnəsinin məhv  olmasından  əndişə  edərək 
h
ədislərin  yazılıb  bir  araya  toplanması  haqqında  rəsmi göstəriş  vermişdi. Xəlifə 
h
ədislərin tədvin edilməsi üçün tabeçiliyində  olan vali və  əmirlərə  məktublar 
gönd
ərmiş  və  müxtəlif bölgələrdə  yaşayan  alimləri  bu  işə  təşviq  etmişdir.  Onun 
gönd
ərdiyi məktubların  biri  də  Mədinə  valisi  Əbu  Bəkr bin Həzmə  olmuşdur.  Bu 
m
əktubun mətni müxtəlif hədis əbədiyyatına aid olan kitablarda mövcuddur. Həmin 
m
əktubun mətni belədir: 

Peyğəmbərin  (ə)  hədislərindən nə  varsa  araşdır,  topla və  yaz. Mən elmin 
(h
ədislərin) yox olmasından və alimlərin tükənməsindən qorxuram. Bu iş edilərkən 
sad
əcə Peyğəmbərin (ə) hədisləri qəbul edilsin. Alimlər hər kəsə açıq olan yerlərdə 
oturub t
ədrislə  məşğul  olsunlar  və  elmi  yaysınlar,  bilməyənlərə  öyrətsinlər. Çünki 
elm gizli qalmasa yox olmaz.”
316
 
X
əlifəinin bu rəsmi göstərişindən sonra bölgə  valiləri  yazılan  hədisləri dəftər 
halında xilafət mərkəzinə göndərmişlər. İbn Şihab əz-Zühri rəvayət edir: “Ömər bin 
Əbdüləziz sünnənin cəm edilməsini əmr etdi. Biz də onu dəftər-dəftər yazdıq. Ömər 
bin Əbdüləziz hakimiyyəti altında olan hər bir yerə bunlardan bir dəftər yolladı.”
317
 
Əməvi xəlifəsinin bu rəsmi fərmanından irəli gələn bu işdə hədis yazanlar təkcə 
Peyğəmbərin (ə) deyil, o cümlədən səhabə və tabeundan gələn xəbərdəri də qələmə 
almışlar.  Həmçinin,  hədisləri tədvin edən zaman hədislərin bütün növünün (səhih, 
h
əsən, zəif) bir-birlərindən fərqləndirmədən bir yerə toplamışlar. 
 
9.2.H
ədislərin təsnifi 
Təsnif  lüğətdə  “sinifləndirmək”,  “eyni  cünsdən  olan  şeyləri  bir  araya  gətirib 
digər  cinslərdən  ayırmaq”  mənalarındadır.  Hədis  elmindəki  mənası  isə  hədisləri 
mövzularına  görə  ayırıb  eyni  mövzudakıları  bir  bab  (fəsil)  içində  toplamaq 
deməkdir.
318
 
H
ədis tarixindən bizə  məlumdur ki, hədislər  Peyğəmbərin  (s) dövründə  və  ya 
onun v
əfatından  bir  az  sonra  səhabələr  tərəfindən  yazılmış  (kitabətül-hədis), daha 
315
 İ. Canan, Hədis üsulu və hədis tarixi, səh. 106 
316
 Səhihi-Buxari, c. I, səh. 33, İbn Sad, ət-Təbəqat, c. II, səh. 134; Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 34-35; İbrahim 
Canan, H
ədis üsulu və Hədis tarixi, səh. 106-107; M. Ə. əl-Xuli, Miftahüs-sünnə, səh. 21 
317
 İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 109 
318
 T. Köçyigit, Hədis istilahları, səh. 429 
[76] 
 
                                                 

sonra is
ə  xəlifə  Ömər  bin  Əbdüləziz tərəfindən rəsmi fərmanla Zühri tərəfindən 
t
oplanıb kitab halına (tədvinül-hədis) salınmışdır. 
H
ədislər tədvin edildikdən dərhal sonra təsnif dövrü başlamışdır. Çünki tədvin 
edil
ən hədis kitablarında hər hansı bir hədis axtarıb tapmaq çətin olduğundan təsnifə 
böyük ehtiyac duyulmuşdur. Buna görə də hədis alimləri hədislərin toplanıb yazıldığı 
kitablarda yer alan h
ədisləri fiqhi bablara görə təsnif etmişlər. 
Fiqh bablar
ına  görə  təsnif edilən hədis  əsərlərinin bir qisminə  sünənlər, bir 
qismin
ə  camilər, digər bir qisminə  isə  müsənnəf  adı  verilmişdir.  Bunlarla  yanaşı 
müsn
əd deyilən hədis əsərləri də vardır ki, bu qrup əsərlərdə yer alan hədislər fiqhi 
bablara gör
ə  deyil, onları  rəvayət edən  səhabə  adlarına  və  ya məşhur  bir  şeyxin 
r
əvayətləri olaraq təsnif edilmişdir. 
Sün
ən  adı  altında  təsnif edilən hədis  əsərlərində  fiqhin müamilat, ibadət və  s. 
mövzular
ı haqqında hədislər yer tutur. 
 Camil
ər də  sünən  kitabları  kimi  fiqhi  mövzuları  ehtiva  etməkdədir. Amma 
camil
ər sünənlərdən fərqli olaraq fiqhdən kənar  şeyləri də, o cümlədən  Quranın 
f
əzilətləri,  Quranın  təfsiri,  Peyğəmbərin  (s)  yaradılışı,  keçmiş  peyğəmbərlərin 
əhvalatlarını ehtiva edən hədisləri də içinə almaqdadır. 
Müs
ənnəflər isə  sünənlərə  çox  oxşar  hədis  əsərləridir.  Lakin  onları  sünən və 
camil
ərdən fərqləndirən xüsusiyyət ehtiva etdikləri  mövzuların  sünənlərdən çox, 
camil
ərdən  az  olmasıdır.  Yəni,  müsənnəf  adını  daşıyan  əsərlər sünən  adlı  əsərlərə 
nisb
ətən  daha  artıq  mövzuları,  cami  adlı  əsərlərə  nisbətən isə  daha  az  mövzuları 
ehtiva etm
əkdədir. 
H
ədis tarixində  hədisləri ilk təsnif edən  şəxslər  haqqında  məlumatlar  vardır. 
Diray
ə  elminə  aid ilk əsəri  yazan alimlərdən  biri  olan Rəmahürmüzü (öl.360 h/q) 
t
əsnif haqqında aşağıdakı məlumatı verir: 
“Bildiyim
ə görə hədisləri ilk dəfə təsnif edib bablara ayıran kimsə, Bəsrədə ər-
Rabi ibn 
Şübeyl (öl. 160 h/q), Səd bin Əbi Arubə (öl.156 h/q), Yəməndə Əhd deyə 
adlandırılan Xalid bin Cəmil və Mömər bin Raşid (öl.153 h/q), Məkkədə İbn Cüreyc 
(öl.150  h/q), Kuf
ədə Süfyan əs-Səvri (öl.161 h/q), Süfyan bin Üyeynə (öl.198 h/q), 
Samda 
əl-Vəlid bin Müslüm (öl.195 h/q), Xorasan və Mərvdə Abdullah bin Mübarək 
(öl.181 h/q) v
ə b. olmuşdur.”
319
 
M
əşhur hədis alimlərindən olan Tirmizi hədislərin ilk təsnifini hicri II (miladi 
VIII) 
əsrdə  olduğunu  bildirdikdən sonra yazırdı:  “Hədislərin təsnifinə  çalışıb  bu 
xüsusda r
əhbərlik edən bir çox hədisşünas tanıyırıq: Hişam bin Həssan (öl. 147/764), 
Əbdülməlik  bin  Əbdüləziz bin Cüreyc  (öl.  150/767), Malik  bin  Ənəs (öl.179/795), 
H
əmməd bin Sələmə (öl. 167/783), Abdullah bin Mübarək (öl.181/797) və daha bir 
çox  elm  adamları  müsənnəf  əsərlər meydana gətirdilər. Beləcə,  bunlar hədislərin 
t
əsnifində öndərlik etdilər.”
320
 
Əbu Talib əl-Məkki (öl.  386/986) təsnif  ədəbiyyatının  başlanğıcını  belə 

əyyən edir: “Bu  müsənnəf  kitablar hicri 120 və  ya 130-cu illərdən (miladı  738-
748) sonra ortaya çıxmışdır. İslamda ilk müsənnəf əsərlərin İbn Cüreycin hədislərə 
319
 Talat Köçyigit, adı çəkilən əsəri, səh. 430 
320
 Sünən, XIII, 304-305 
[77] 
 
                                                 

dair kitabı ilə, Mücahid, Əta və İbn Abbasın müasirləri tərəfindən Məkkədə meydana 
g
ətirilən bəzi təfsir kitabları olduğu söylənilir. Sonra Mömər bin Raşid gözəl şəkildə 
v
ə  müəyyən  bablar  halında  sünən  topladı.  Malik  bin  Ənəs  “Müvəttə”ni  Mədinədə 
ortaya qoydu…”
321
 
Xülas
ə  olaraq bunu demək kifayətdir  ki, hicri II əsrdə  hədis alimləri müxtəlif 
adlar altında əsərlər meydana gətirmişlər. Ortalığa çıxan əsərlər əsasən iki ana sistem 
altında  olmuşdur.  Bunlardan  biri,  hədisləri  rəvayət edən  səhabə  ravilərin  adlarına 
gör
ə (alər-Rical), digəri isə mövzularına görə (aləl-Əbvab) təsnif edilmişdir. 
 
Kitab
ət, tədvin və təsnif arasındakı fərq 
Hədis alimləri kitabət, tədvin və təsnif arasında olan fərqi müəyyənləşdirmişlər. 
Yuxarıda adı çəkilən kəlmələrin ortaq mənası “toplamaq” olsa da, bunların arasında 
sistem, zaman və anlam baxımından müəyyən fərqlər vardır. 
Kitab
ət  dedikdə  hər  hansı  bir  səhabənin  Peyğəmbərdən  (s)  eşidib  dinlədiyi 
h
ədisləri  özü üçün yazıb  bir  araya  gətirməsi nəzərdə  tutulur.  Deməli,  hədislərin 
kitab
əti zaman baxımından Peyğəmbər (s) və səhabə dövrünə aiddir. 
T
ədvin  dedikdə  isə,  müxtəlif  səhabələr tərəfindən  rəvayət  edilmiş  hədisləri 
yazıb  bir  araya  toplamaqla  yanaşı,  başqa-başqa  səhabələr tərəfindən  yazılmış 
s
əhifələri  toplayıb  bir  araya  gətirmək nəzərdə  tutulur. Hədislərin tədvini zaman 
baxımından hicri I əsrin lap sonları, II əsrin isə əvvəllərinə aiddir. 
T
əsnif dedikdə isə, tədvin edilmiş hədislərin ya səhabə ravisinə, yaxud da ehtiva 
etdiyi mövzuya gör
ə  məlum  bölüm və  bablarda  toplanması  nəzərdə  tutulur. 
H
ədislərin təsnifi zaman baxımından tədvindən dərhal sonra meydana gəlmişdir.
322
 
Yuxarıda adı keçən terminlərdən və onlara verilən təriflərdən məlum oldu ki, hər 
bir terminin özün
əməxsus tərifi və  zamanı  vardır.  Hədislərin  kitabəti  (yazılması) 
s
əhabələrin  yalnız  Peyğəmbərdən  (s)  eşidib  yazdıqları  hədislərdir. Onlar hətta bir-
birl
ərindən eşitdikləri hədisləri də yazmayıb yalnız Peyğəmbərdən (s) dinlədiklərini 
q
ələmə almışlar. 
H
ədislərin tədvini isə  kitabətdən sonra meydana gələrək  tabeunların 
s
əhabələrdən  eşitdikləri hədisləri və  həmçinin  onların  Peyğəmbərdən  (s)  eşidib 
yazdıqları səhifələri bir araya toplayaraq kitab halına salmalarıdır. 
H
ədislərin təsnifi də həmin tədvin edilən kitablarda yer alan hədisləri mövzuya 
v
ə ya səhabə adına görə fəsillərə (bablara) bölməkdir ki, bu da şübhəsiz ki, zaman 
baxımından tədvindən dərhal sonra olmuşdur. 
 
 
 
 
 
 
 
321
 Qutül-Qutub, c. I, səh. 324-325; Ali Yardım, Hədis I-II, səh. 52 
322
 geniş məlumat üçün bax: İ. Canan, Hədis ədəbiyyatı, səh. 16-17; Ali Yardım, Hədis I-II, səh. 43-44 
[78] 
 
                                                 

X FƏSİL 
 
HİCRİ II (MİLADİ VIII) ƏSRDƏ YAZILAN MƏŞHUR HƏDİS ƏSƏRLƏRİ 
 
10.1.Hicri II (miladi VIII) 
əsrdə yazılmış əsərlərin adları 
Hədis  ədəbiyyatı  tarixində  hicri  II  (miladi VIII) əsrin  özünəməxsus  önəmi 
vardır.  Çünki  bu  əsrdə  iki  mühüm  məsələ  -  tədvin  və  təsnif  məsələsi  öz  həllini 
tapmışdır.  Belə  ki,  əvvəlcədən  səhifələr  üzərində  olan  hədislər  toplanıb  bir  araya 
gətirilmiş və bunun ardınca da bir yerə toplanıb yığılan hədislər təsnif edilmişdir. 
H
ədis tarixçiləri bu əsrdə yazılan hədis əsərlərini beş qrupa bölmüşlər: 
 
1) Siy
ər və Məğazi 
Peyğəmbərin  (s)  əxlaqına,  şəmailinə,  yaşayış  tərzinə, qəzvələrinə  və  s. aid 
h
ədisləri ehtiva edən əsərə siyər və ya məğazi adı verilmişdir. Bu ad altında yazılan 
kitablarda 
Peyğəmbərin  (s)  Məkkə  və  Mədinə  şəhərlərindəki həyat tərzi,  yaşayışı, 
h
ərəkət və  davranışları,  peyğəmbərlikdən öncəki və  sonrakı  bütün  həyatını  ehtiva 
ed
ən xəbərlər mövcuddur. 
Bu  ad  altında  ilk  əsərlər  I  əsrin  sonları,  II  əsrin isə  əvvəllərinə  təsadüf 
etm
əkdədir. Siyər və  məğazı  adını  daşıyan  ilk  əsərləri  İbn  əl-Avvam (öl.94  h/q),  
Ürv
ə bin Zübeyr və başqaları yazmışlar.
323
 
 
2) Sün
ən 
Əvvəldə qeyd etdiyimiz kimi, bu ad altında yazılan əsərlər fiqhi və ya əhkami 
hədisləri  ehtiva  etməkdədir.  Bu  əsərlərdə  yer  alan  hədislər  Peyğəmbərin (s) söz, 
hərəkət  və  təqrirlərindən  ibarət  olan  mərfu  hədisləri  ehtiva  etmişdir.  Sünən  adını 
daşıyan  əsərlərdə  hədislər  əsasən  təharət,  namaz,  oruc,  həcc,  cihad,  cənazə,  nikah, 
talaq, içkilər, tibb, libas və s. bablar altında bir araya toplanır. 
İlk  sünən  əsərləri hicri II  əsrdə  tədvin və  təsnif fəaliyyətinin  başlanması  ilə 
meydana g
əlmişdir. Bu əsrdə ilk sünən əsəri yazanlar Məqhul bin Əbi Müslüm əş-
Şami (öl.112 h/q), Əbdüləziz bin Cüreyc (öl.150 h/q) və başqaları olmuşdur. 
 
3) Cami  
Hicr
ətin  II  əsrində  meydana gətirilən bəzi  kitablara  da  cami  adı  verilmişdir. 
Cami adını daşıyan əsər sünən kimi məlum babları ehtiva edən hədis əsərinə deyilir. 
Dem
əli,  səkkiz  babı ehtiva  edən cami  adlı  əsər həm də  digər dəyişik  mövzuları,  o 
cüml
ədən Quranın  fəziləti, təfsiri,  Peyğəmbərin  (s) siyər və  məğazisini  və  s. 
mövzuları ehtiva etməkdədir. 
Bu dövrd
ə cami adı altında ilk əsəri Mömər bin Raşid (öl.153 h/q) yazmışdı.
324
 
Bu 
əsərin iki əlyazma nüsxəsi dövrümüzə qədər gəlib çıxmışdı. “əl-Camiül-kəbir” və  

əl-Camiüs-səğir” əsərlərində ilk olaraq Əbu Abdullah Süfyan bin Məsruq əs-Səvri 
(öl. 161 h/q
) olmuşdur. 
323
 T. Köçyiğit, Hədis tarixi 
324
 h
əmin mənbə  
[79] 
 
                                                 

 
4) Müs
ənnəf 
Hicri  II 
əsrin məhsullarından  biri  də  müsənnəf  adını  daşıyan  kitablardır. 
Müs
ənnəf  adı  altında  yazılan  əsərlər sünənlərdən fərqlənmirlər. Bu əsərlərdə  də 
h
ədislər fiqh əhkamına görə yerləşdirilmişdir. Müsənnəf adlı əsərlər camilər kimi hər 
mövzunu ehtiva etm
əsələr də, sünənlərdən fərqli olaraq camilərdə  yer alan 
mövzuların bəzilərini özündə əks etdirmişdi. 
Hicri  II 
əsrdə  yazılan  müsənnəf  adlı  əsərlərin müəlliflərindən Həmmad bin 
S
ələmə (öl.167 h/q), Vəki bin Cərrah və digərlərini qeyd etmək olar. 
M
əşhur  alim  İbn  Nədim  “Fihrist”  adlı  əsərində  müsənnəflə  sünəni eyni 
bilmişdir. 
 
5) Kitab 
Hicri  II 
əsrdə yazılan bir qrup hədis əsərlərinə də kitab adı verilmişdir. Bu ad 
altında  yazılan  əsərlər müxtəlif  mövzuları  ehtiva  etməkdədir. Bu dövrdə  kitab  adı 
altında  yazılan  əsərlərdən  İbn  Səid  əs-Səvrinin (öl.161  h/q)  “Kitabül-fəraiz”  və 
“Kitabüt-t
əfsir”,  İbrahim  bin  Təhmanın  (öl.163  h/q)  “Kitabül-mənaqib”  əsərlərini 
qeyd etm
ək olar. 
Şübhəsiz ki, hicri II əsrdə  yazılan, sünən və  camilərdən fərqli olub, müsənnəf 
h
ədis əsərlərindən sayılan dəyişik bir adla yad edilən kitablardan biri də “Müvəttə” 
əsəridir. Bu əsəri məşhur  hədisşünas  Malik  bin  Ənəs (öl.179  h/q) meydana 
g
ətirmişdir. 
Ümumiyy
ətlə  hicri  II  əsrdə  yazılan  əsərlərin böyük əksəriyyəti günümüzədək 
g
əlib  çıxmamış  və  tarixin  qaranlıq  səhifələrində  itib-batmışdır.  Lakin  buna 
baxmayaraq o dövrd
ə yazılan əsərlərin adları müəllifləri ilə birlikdə bu gün də hədis 
ədəbiyyatı tarixində qeyd edilməkdədir. 
Hicri II 
əsrdə sünən yazan ən məşhur şəxslərdən aşağıdakıları qeyd etmək olar: 
M
əqhul  əş-Şami  (öl.112  h/q),  İbn  Cüreyc  (öl.150  h/q), Səd  bin  Əbi  Ərubə 
(öl.156 h/q
), İbn Əbi Zib (öl.159 h/q), İbrahim bin Təhman (öl.163 h/q), Həmmad bin 
S
ələmə (öl. 167 h/q), Abdullah bin Mübarək (öl.181 h/q), İbn Əbi Zaidə (öl.183 h/q), 
Hüseym bin B
əşir  (öl.183  h/q),  əl-Vəlid bin Müslüm  (öl.195  h/q),  Məhəmməd  bin 
Füzeyl (öl.195 h/q) v
ə s. 
Bu dövrd
ə  yazılan  camilərdən və  onların  müəlliflərindən  ən məşhurlarından 
aşağıdakıları qeyd etmək olar:  
Möm
ər  bin  Raşid  (öl.152/769),  Əbdürrəzzaq bin Həmmam  əs-Sinani 
(öl.211/826) v
ə b. qeyd etmək olar. 
 
10.2.Hicri II (miladi VIII) 
əsrdə yazılmış bəzi məşhur hədis əsərləri 
Əvvəldə  qeyd  etdik  ki,  hicri  II  əsr  hədis  ədəbiyyatının  şanlı  və  məhsuldar 
dövrüdür. Çünki bu dövrdə bir çox müxtəlif adlar altında hədis əsərləri yazılmışdır ki, 
əlbəttə onların tanınması və tədqiq edilməsi müsəlmanlar üçün böyük faydalar kəsb 
etməkdədir.  Belə  ki,  bu  dövrdə  yazılan  əsərlər  içərisində  ən  məşhurları  və 
dövrümüzədək gəlib çıxanları aşağıdakılardır: 
[80] 
 

Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin