10.2.7.
İmam Əli bin Hüseyn (ə) və “Səhifətüs-Səccadiyyə” əsəri
İmam Hüseynin (ə) oğlu İmam Əli (ə) dördüncü imamdır. O, daha çox əs-
S
əccad (çox səcdə edən) və Zeynülabidin (ibadət edənlərin zinəti) ləqəbləri ilə
tanınır. Bunlardan başqa onun Zus-səfanat (qabarlar sahibi),
362
Zeynüssalehin
(salehl
ərin zinəti) və Mənarül-qanitin (dua edənlərin işığı) adlı ləqəbləri də vardır.
Sibt bin Cövziy
ə görə ona Zeynülabidin ləqəbini Peyğəmbər (s) qabaqcadan
vermişdir.
363
İmam Zeynülabidin (ə) hicri 38-cı (miladi 659) ildə Mədinə şəhərində
doğulmuşdur. O, Hüseyn bin Əlinin (ə) oğlu, Əli bin Əbi Talibin (ə) isə nəvəsidir.
Buna gör
ə də onun nəsil şəcərəsi Peyğəmbərin (s) nəsil şəcərəsi ilə eynidir. Əksər
m
ənbələrə görə, İmam Zeynülabidinin (ə) anası sonuncu Sasani padşahı Yezdəgirdin
qızı Şəhribanudur.
364
Onun M
əhəmməd Baqir (ə), Hüseyn, Hüseyn əl-Əsğər, Əli, Abdullah, Zeyd,
Əbdürrəhman, Məhəmməd əl-Əsğər, Həsən, Ömər, Süleyman, Xədicə, Ümmi-
Gülsüm, Fatim
ə və Əliyyə adlı on beş övladı olmuşdur.
İmam Zeynülabidin (ə) Kərbəla faciəsində iştirak etmiş, lakin həmin anda İlahi
t
əqdir əsasında xəstə olduğundan öldürülməyib Kufəyə oradan da Şama əsir
aparılmışdır. Onun Kufədə İbn Ziyadın və Şamda Yezidin məclislərində söylədiyi
c
əsarətli xütbələri Əməvi xilafətinin iç üzünü tanımaqda ən mühüm mənbədir. İmam
358
h
əmin mənbə, səh. 58
359
Z
əhəbi, Mizanül-etidal, c. I, səh. 522
360
Təhzib, c. V, səh. 71-74
361
A. Yardım, adı çəkilən əsəri, səh. 59
362
Şeyx Səduq, İləlüş-şərae, səh. 88
363
İbn Cövzi, Təzkirətül-xəvvas, səh. 291
364
Carullah Z
əməxşəri, Rəbiül-əbrar, c. II, səh. 44
[88]
Zeynülabidin (
ə) İslam elmlərinin, xüsusilə də hədis və fiqh elmlərinin inkişafında
müst
əsna xidmətlər göstərmiş şəxsiyyətdir. Görkəmli rical alimi Zəhəbinin verdiyi
m
əlumata görə onadan aşağıdakı şəxslər hədis rəvayət etmişlər.
M
əhəmməd Baqir (ə), Ömər, Zeyd, Abdullah, Zühri, Ömər bin Dinar, Hakim
bin Üteyb
ə, Zeyd bin Əsləm, Yəhya bin Səid, Əbu Zənad, Əli bin Cədan, Müslüm əl-
B
ətin, Həbib bin Əbi Sabit, Asim bin Abdullah, Asim bin Amr bin Qətadə bin
Neman, Amr bin Q
ətadə, Qəqə bin əl-Həkim, Əbüləsvəd Yetim Ürvə, Hişam bin
Ürv
ə bin Zübeyr, Əbu Zübeyr əl-Məkki, Əbu Hazim əl-Ərəc, Abdullah bin Müslüm
bin Hörmüz, M
əhəmməd bin Furat ət-Təmimi, Mənhal bin Ömər və başqaları.
Bundan başqa şiə hədis elmində xüsusi məqama malik olan Əban bin Təğlib və Əbu
H
əmzə əs-Somali İmamın (ə) ən yaxın tələbələri olmuşlar. Adı çəkilən bu və ya digər
t
ələbələr ondan hədis, fiqh, təfsir və digər elmləri əldə etmişlər.
İmam Zeynülabidinin (ə) müasiri olduğu Əməvi xəlifələri:
1.Müaviy
ə bin Əbi Süfyan (661-680),
2.Yezid bin Müaviy
ə (680-683),
3.Müaviy
ə bin Yezid (683-684),
4.M
ərvan bin Həkəm (684-685),
5.Əbdülməlik bin Mərvan (685-705),
6.V
əlid bin Əbdülməlik (705-715).
İmam Zeynülabidin (ə) hicri 95-ci (miladi 713) ildə Vəlid bin Əbdülməlikin
göst
ərişilə zəhərləndirilmiş və nəticədə şəhid olmuşdur. Onun mübarək nəşi
M
ədinədə Bəqi qəbristanlığında torpağa tapşırılmışdır.
Haqqında deyilmiş təriflər
Onun haqqında istər müasiri olmuş alimlər, istərsə də ondan sonar gələnlər
h
əmişə yaxşı sözlər demiş və onu elm və təqvada hamıdan öndə olduğu
vurğulanmışdır. Beləliklə, onun haqqında Zührünün
«
ُﮫْﻨِﻣ ُﻞَﻀْﻓَأ ًﺎﯿﺷﺮﻗ ُﺖْﯾَأَر ﺎَﻣ »
(Qüreyşdə ondan üstün birini görmədim), Səid bin Müsəyyibin «
ْﻦِﻣ َﻞَﻀْﻓَأ ﱡﻂَﻗ ُﺖْﯾَأَر ﺎَﻣ
ِﻦْﯿَﺴُﺤْﻟا ِﻦْﺑ ِّﻲِﻠَﻋ » (Əli bin Hüseyndən daha üstün olan birini heç vaxt görməmişəm),
Malik bin Ənəsin «
ُﮫُﺗَدﺎَﺒِﻋ ِةَﺮْﺜَﻜِﻟ َﻦﯾِﺪِﺑﺎَﻌْﻟا ِﻦْﯾَز َﻲِّﻤُﺳ » (çox ibadət etdiyinə görə
Zeynülabidin adlanır), Süfyan bin Üyeynənin «
َﻻ َو َﻦﯾِﺪِﺑﺎَﻌْﻟا ِﻦْﯾَز ْﻦِﻣ َﻞَﻀْﻓَأ ًﺎّﯿِﻤِﺷﺎَھ ُﺖْﯾَأَر ﺎَﻣ
ُﮫْﻨِﻣ ُﮫَﻘْﻓَأ » (Haşimilər içində Zeynülabidindən daha fəzilətli və daha düşüncəli birini
görm
ədim) və Məhəmməd bin İdris Şafeinin «
َأ
ِﺔَﻨﯾِﺪَﻤْﻟا ِﻞْھَأ ُﮫَﻘْﻓ » (O, Mədinənin ən fəqih
adamı idi) sözləri İmamın (ə) məqamının bütün məzhəblər yanında ali olduğunu
göst
ərməkdədir. Bundan əlavə Peyğəmbərin (s) məşhur səhabəsi Cabir bin Abdullah
əl-Ənsarinin onun haqqında Peyğəmbərdən (s) hədis nəql etməsi onun məqamını
daha da yüks
əltməkdədir. Cabir rəvayət edir: “Mən Peyğəmbərin (s) yanında
oturmuşdum. Hüseyn (ə) Peyğəmbərin (s) otağındaydı və onunla oynayırdı. Bu
zaman Peyğəmbər (s) mənə dedi: Ey Cabir! Onun Əli adında oğlu olacaqdır. Qiyamət
[89]
günü carçı onu Zeynülabidin deyə çağıracaqdır. Onun da Məhəmməd adlı oğlu
olacaqdır. Məndən ona salam deyərsən.”
365
“S
əhifətüs-Səccadiyyə” əsəri
“S
əhifeyi-Səccadiyyə” əsəri İmam Zeynülabidinin (ə) söylədiyi dualar
toplusudur. Onun s
ənədi çox etibarlı olub Əbülhəsən Məhəmməd bin Həsən Əhməd
əl-Ələvi əl-Hüseyn vasitəsilə Yəhya bin Zeyd bin Zeynülabidinə (ə) yetişir. Bundan
əlavə bu əsər İmam Zeynülabidinin (ə) oğlu İmam Məhəmməd Baqirin (ə) və nəvəsi
İmam Cəfəri-Sadiqin (ə) hüzurunda yazılmışdır ki, bu da əsərin sənədinin çox
qüvv
ətli olduğuna bir dəlildir.
Onu İmam Saccad (ə)
İmam Baqir
(
ə) və qardaşı Zeyd
bin Əliyə verib, onlar da üzündən iki nüsxə yazmışlar. Beləcə qoruyaraq Zeyd
əlindəki nüsxəni Mütəvəkkil bin Haruna vermişdir. Mütəvəkkil
İmam Sadiqin
(
ə)
s
əhabələrindəndir və deyir: “Mən on bir duanı itirmişəm amma 64-nü rəvayət
edir
əm.” Mütəvəkkil özündəki nüsxəni İmam Sadiqə (ə) göstərib o da İmam Baqirin
(
ə) nüsxəsi ilə müqayisə edib onlarda bir fərq görməmişdir. Onun indiki versionunda
75 duadan 54-
ü qalmış və mövcuddur. Buna əsasən 75 duadan 21-i düşübdür.
“S
əhifeyi-Səccadiyyə” ən çox əlyazması olan hədis kitablarındandır və belə ki, İranda
onun 3000
əlyazması var. Bu əlyazmaların çoxu Əllamə Məclisinin əlyazmasının
üzünd
ən yazılıbdır və buna görə də onlarda gözə çarpan bir fərqlilik yoxdur. Əllamə
M
əclisi özü yazdığı səhifənin sənədini 650 yolla bilir.
366
Bunlara baxmayaraq
“S
əhifeyi-Səccadiyyə”nin fəsahət və bəlağəti o qədərdir ki, onu
M
əsum
olmayan
birinin bel
ə bir əsər yazması mümkünsüz görünür.
“S
əhifeyi-Səccadiyyə” əsərinin İslam aləmində “Ali-Məhəmmədin Zəburu”,
“Quranın qardaşı” və “Əhli-beytin İncili” kimi məşhur adları da vardır.
367
Bu da onun
Qurani-k
ərimdən və “Nəhcül-bəlağə” əsərindən sonra necə bir önəm daşıdığını ortaya
qoymaqdadır. Görkəmli İslam alimi Seyid əs-Sədr əsər haqqında yazırdı: “Biz bu
əsərlə fəxr edirik.”
368
Əsər müsəlman dünyasında özünəməxsus çəkiyə malik olub dəfələrlə İslam
aliml
əri tərəfindən şərh edilmiş və bir neçə dəfə doğma dilimizə tərcümə edilmişdir.
Onun
ən məşhur şərhi Əllamə Seyid Əli Xan Hüseyni əl-Mədəni əş-Şirazinin yazdığı
“Riyazüs-salikin
fi şərhi səhifəti Seyyidis-Sacidin” adlı şərhidir. Müəllif əsəri ərəb
dilind
ə yüksək səviyyədə şərh etmişdir. Onun bu şərhi “İslami nəşrlər müəssisəsi”
t
ərəfindən yeddi cilddə nəşr olunmuşdur. Bundan başqa əsərin onlarla fars dilinə
t
ərcümə və şərhləri vardır. Onlardan Seyid Əli Təqi Feyzülİslamın tərcümə və
şərhini, Sədrəddin əl-Bəlağinin, Əbdülməcid Ayətinin, Cavad Fazilin, Mirzə
Əbülhəsən Şiraninin, Məhəmməd Cəfər İmaminin və başqalarının şərhlərini misal
göst
ərmək olar.
Bütün bu deyil
ənlərdən əlavə hədis alimləri İmam Zeynülabidinin (ə) başqa
m
ənbələrdə olan dualarını da bir araya toplamış və beləliklə “Müstədrəküs-səhifətis-
365
Bu h
ədisi İbn Kəsir “əl-Bidayə vən-nihayə” əsərinin IX cildində qeyd etmişdir.
366
Əllamə Məclisi, Biharül-ənvar, c. 110, səh. 61
367
M
əalimül-üləma, səh. 135
368
Seyid S
ədr, Təsisüş-şiə, səh. 284
[90]
S
əccadiyyə” adlı əsərlər də meydana gətirmişlər. Onlardan aşağıdakıları qeyd etmək
olar:
1.Əllamə Seyid Möhsün Əmin əl-Amilinin “Səhifətüs-Səccadiyyə” əsəri.
Müəllif burada İmama (ə) aid 183 dua toplamışdır.
2.Seyid Məhəmməd Bağır Müvəhhid əl-İsfahaninin “əs-Səhifətüs-Səccadiyyətil-
camiə” əsəri. Müəllif burada İmamın (ə) 270 duasını bir araya toplamışdır. Bu əsər
Qumda “müəssiə İmam Mehdi (ə)” nəşriyyatında çap olunmuşdur.
369
“S
əhifeyi-Səccadiyyə”nin siyasi cəhətləri
“Səhifeyi-Səccadiyyə” təkcə dua, münacat və Allahdan hacət istəməkdən ibarət
deyil. Eyni zamanda, onda siyasi, ictimai, mədəni və əqidəvi məsələlər də vardır.
İmam Səccad (ə) öz duaları əsnasında dəfələrlə siyasi məsələlərə, xüsusilə də, imamət
və İslam cəmiyyətinin rəhbərliyi məsələsinə toxunmuşdur. İndi onlardan bəzi
nümunələri sizin nəzərinizə çatdırırıq:
1)
İmam Səccad (ə) (Məkarimül-əxlaq duasının) iyirminci duasında buyurur:
“İlahi, Məhəmməd (s) və Ali-Məhəmmədə salam göndər, mənə mənə əl (qüvvə) ilə
zülm edənə qarşı, mənimlə dil (sübut dili) ilə mübarizə aparana qarşı, mənimlə
düşmənçilik və inadkarlıq edənə qarşı mənə qələbə əta et! Mənə qarşı hiylə işlədənə
və fırıldaqçılıq edənə qarşı mənə tədbir, mənə təzyiq edənə qarşı mənə qüvvə, məndə
səhv tutan və məni söyənlərə qarşı mənə təkzib qüdrəti və mənə düşmənlərin qorxu
təhlükəsi qarşısında əmniyyət əta et...”
İmam Səccad (ə) Əbdülməlikin Hişam ibn İsmayıl Məxzumi (Mədinənin
hakimi) kimi nümayəndələrinin zülm, inad, bədgümanlıq, hədə-qorxu və təzyiqlərinə
məruz qalmamışdımı? Buna əsasən, İmam Səccadın (ə) bu duası öz dövrünün
hökumətinin zülmlərinə qarşı bir şikayət olmuş və bu baxımdan da siyasi xarakter
daşımışdır.
2)
İmam Səccadın (ə) Qurban bayramı günü və eləcə də, hər cümə günləri
oxuduğu duada deyilir: “...İlahi, bu məqam (Qurban bayramının, cümə gününün
namazı və xütbələri, onun vəzifəsi olan bu hakimiyyət və ümmətin rəhbərlik məqamı)
Sənin seçilmiş bəndələrinə və canişinlərinə məxsusdur. Bu rütbələr Sənin onları çox
yüksək mərtəbədə qərar verdiyin əmin bəndələrinə məxsus olub, ancaq zalımlar
(zalım Əməvi xəlifələri) onu güclə qəsb edib ona sahib çıxmışlar... İş o yerə çatıb ki,
Sənin xəlifələrin (biz İmamlar) məğlub olmuşlar. Onlar Sənin ehkamının
dəyişilməsini, Sənin kitabının əməl meydanından uzaq düşdüyünü, vacib əməllərin
təhriflərə məruz qaldığını, Peyğəmbər sünnəsinin tərk olunduğunu öz gözləri ilə
görürlər.
İlahi, Sənin seçilmiş bəndələrinin düşmənlərinə, əvvəldən axıra kimi, eləcə də
onların ardıcılları və onların işlərinə razı olanlara lənət olsun, onları Öz rəhmətindən
uzaqlaşdır...”
Bu duada İmam Səccad (ə) Peyğəmbər ailəsinə məxsus olan imamət
məsələsindən və onun zalımlar tərəfindən qəsb edilməsindən açıq-aşkar söhbət etmiş,
369
Əsər haqqında geniş məlumat üçün bax: Seyid Məhəmməd Bağır əs-Sədrin “əs-Səhifətüs-Səccadiyyə”, Beyrut çapı,
Xomeyninin “
əl-Vəsilətül-İlahiyyə”, Darül-mənar, Beyrut çapı və Fihrisu Səhifətis-Səccadiyyə, Beyrut çapı əsərlərinə.
[91]
bununla da, Bəni-Üməyyə hökumətinin qeyri-şəri (qanunsuz) hökumət olduğunu
bəyan etmişdir.
İmam Səccad (ə) Ərəfə gününün duasında buyurur: “İlahi, camaata rəhbərlik
etmək və Sənin əmrlərini yerinə yetirmək üçün seçdiyin, onları Sənin elm
xəzinədarların və dininin gözətçiləri təyin etdiyin Peyğəmbər ailəsinin ən pak
adamlarına salam göndər! Sən onları bəndələrə Öz höccətin təyin edib onları Öz
istəyinə əsasən bütün çirkinliklərdən təmiz etdin və onları Səninlə vasitə və Öz
Cənnətinin yolu qərar verdin... İlahi, Sən hər bir vaxt Öz dinini bir İmam vasitəsi ilə
qoruyub saxlamısan, O İmamı qeybi əlaqə vasitəsi ilə Özünlə əlaqədə saxladıqdan,
onu Öz r
izayətinə vasitə qərar verdikdən, ona itaət etməyi vacib etdikdən, ona asi
olmağı nəhy etdikdən, onun əmr və qadağalarına itaət etməyi əmr etdikdən, hamının
ona itaət etməsini vacib bilib heç kəsi onun itaətindən çıxmamasını əmr etdikdən
sonra onu bəndələrinə rəhbər və bayraqdar, dünyada hidayət məşəli qərar verdin...”
İmam Səccad (ə) bu duada da, Peyğəmbər (s) ailəsindən olan İlahi rəhbər və
İmamların xüsusi mövqe və üstünlüklərindən söhbət etmişdir. Bu da şübhəsiz ki,
dövrün hakimiyyətinin qeyri-şəri olduğunu bildirir.
370
370
Bax: http://haqqyolu.com
[92]
XI F
ƏSİL
HİCRİ III (MİLADİ IX ) ƏSRDƏ YAZILMIŞ BƏZİ MƏŞHUR ƏSƏRLƏR
11.1.Hicri III (Miladi IX)
əsrin hədis ədəbiyyatının xüsusuiyyətləri
Hicri III
əsr hədis ədəbiyyatı tarixində ən məhsuldar dövrlərdən biri kimi
xarakteriz
ə edilir. Çünki bu dövrdə hədis ədəbiyyatı hicri II əsrdə baş vermiş bəzi
ciddi hadis
ələr nəticəsində yeni inkişaf mərhələsinə daxil olmuşdur.
Hicri II
əsrdə hədisələrin tədvin və təsnifi hadisəsi hicri III və sonrakı əsrlərdə
daha da müt
ərəqqi mərhələyə yetişmişdi. Məşhur hədisşünaslar və qabaqcıl İslam
aliml
əri hicri III əsrə yüksək qiymət vermişlər. Çünki hicrətin bu əsrində hədis
elminin bir çox sah
ələrində ümumi bir inkişaf dövrü başlamışdı. Bu dövrdə yeni
görk
əmli hədis alimləri yetişdi. Xilafətin müxtəlif bölgələrində hədis elmini tədris
ed
ən ocaqlar daha da genişləndi, bununla əlaqədar olaraq yeni-yeni hədis əsərləri
meydana g
ətirildi.
Hicri III
əsrdə hədis ədəbiyyatı əvvəlki əsrdə yazılan hədis kitabları üzərində
yüks
əlirdi. Bu dövrdə yaşayan hədisşünaslar əvvəlki dövrdə yaranan zəngin irsdən
bacarıqla istifadə edir, hədisləri daha da dərindən saf-çürük edərək öz əsərlərinə
alırdılar.
H
əqiqətən hədis alimləri haqlı olaraq hicri III əsrdə yazılan hədis əsərlərini yeni
keyfiyy
ətlərinə görə fərqləndirirdilər. Bu keyfiyyətlər içərisində isə ən mühümü heç
şübhəsiz ki, toplanıb yazılan hədisələrin səhhətinin daha da dərindən yoxlanıb
araşdırılmasıdır.
Bu dövrd
ə hədis elminin inkişafında və hədisələrin yazılıb bir araya
toplanmasında dövrün nəhəng hədisşünaslarının böyük rolu olmuşdur. Əbəs deyildir
ki, bu gün
İslam məzhəbləri içərisində ən böyüyü olan əhli-sünnə məzhəbi şəri
m
əsələlərin istinbatında, əqidəvi məsələlərin əldə edilməsinədə birbaşa məhz bu
dövrd
ə yazılan kitablara müraciət edirlər.
Hicri III
əsrdə yazılan hədis ədəbiyyatından bəhs edən zaman şübhəsiz ki, bu
dövrd
ə yazılan və bu gün müsəlmanlar içərisində əqidəvi və şəri hökmlərin mənbəsi
hesab edil
ən “Kütubus-sittə”dən (altı kitabdan) ilk olaraq danışmaq lazımdır. Çünki
bu
əsrdə yaşayıb yaradan digər müəlliflərə nisbətən “Kütubus-sittə” müəllifləri daha
ələm və yazdıqları əsərlər isə digər əsərlərə nisbətən daha səhhətli hesab
edilm
əkdədir.
“Kütubus-sitt
ə” deyilən hədis əsərlərinin müəllifləri kitablarının səhhətinə görə
aşağıdakı kimi sıralanmışdır:
1.Buxari v
ə “əl-Camiüs-səhih” əsəri.
2.Müslüm v
ə “əl-Camiüs-səhih” əsəri
3.Tirmizi v
ə “Sünən” əsəri.
4.
Əbu Davud və “Sünən” əsəri.
5.N
əsai və “Sünən” əsəri.
6.
İbn Macə və “Sünən” əsəri.
[93]
Yuxarıda müəllifləri ilə birlikdə qeyd edilən altı kitabın şöhrəti öncə yazılan
kitablara nisb
ətən daha məşhurdur. Buna görə də sonradan gələn alimlər ravilərin
tanıdılması, qərib (çətin anlaşılan) kəlmələrin açıqlanması, hədisələrin şərh edilməsi
kimi bir qrup
əsərlər daha çox bu əsərlər üzərində yazılmışdır.
Bu adı çəkilən hədis əsərlərindən başqa hicri III əsrdə yazılan digər hədis
kitabları da mövcuddur ki, bunların da əlbəttə hədis ədəbiyyatı tarixində böyük
ön
əmləri vardır.
Ümumiyy
ətlə hicri III əsrdə yazılan yuxarıda adı keçən əsərlərdən başqa
aşağıdakıları da qeyd etmək lazımdır.
1.
Əhməd bin Hənbəl və “Müsnəd” əsəri.
2.
İbn Carud və “əl-Müntəqi fil-əhkam” əsəri.
3.
İbn Əbi Şeybə və “Müsənnəf” əsəri.
4.M
əhəmməd bin Cərir ət-Təbəri və “Təhzibül-asar” əsəri.
5.B
əqi bin Məxləd əl-Qürtubi və “Müsnədül-kəbir” əsəri.
6.Übeydullah bin Musa v
ə “Müsnəd” əsəri.
7.
İshaq bin Rahuyə və “Müsnəd” əsəri.
8.
Əbd bin Həmid və “Müsnəd” əsəri.
9.
Əd-Darimi və “Müsnəd” əsəri.
10.
İbn Əbi Asim Əhməd bin Əmr əş-Şeybani və “Müsnəd” əsəri.
11.
İbn Əbi Əmr Məhəmməd bin Yəhya əl-Ədəni və “Müsnəd” əsəri.
12.
Əli bin Əhməd bin Şüeyb ən-Nisai və “Müsnəd” əsəri.
13.
İbrahim bin İsmayıl ət-Tusi əl-Ənbəri “Müsnəd” əsəri.
14.Mus
əddin bin Musərhəd və “Müsnəd” əsəri.
15.
Əl-Hümeydi və “Müsnəd” əsəri.
16.
Əli bin əl-Mədini və “Müsnəd” əsəri.
17.
Osman bin Əbi Şeybə və “Müsnəd” əsəri.
18.
İbn Səncər və “Müsnəd” əsəri.
19.H
əsən bin Süfyan və “Müsnədi-kəbir” əsəri.
20.Y
əqub bin Şöbə və “Müsnədi-kəbir” əsəri.
371
Əlbəttə bu əsərlərdən başqa bu əsrdə digər hədis əsərləri də yazılmışdır. Amma
t
əəssüflər olsun ki, hicri III (miladi IX) əsrdə yazılan əsərlərin böyük bir qismi
dövrümüz
ədək gəlib çıxmamışdır.
Əvvəldə qeyd etdiyimiz kimi, bu əsrdə yazılan ən məşhur əsərlər “kütubus-sittə”
olduğu üçün ilk öncə onlar və onların müəllifləri haqqında məlumat əldə edəcəyik.
Çünki bu
əsərlər digərlərinə nisbətən daha səhih və daha şöhrətli hesab olunurlar.
11.2. “Kütubi-sitt
ə” və müəllifləri
11.2.1.Buxari v
ə “Səhih” əsəri
H
ədis ədəbiyyatı tarixində özünəməxsus yeri tutan hədisşünaslardan biri
Buxaridir. Onun n
əsəbi Məhəmməd bin İsmayıl bin İbrahim bin əl-Müğirə bin
371
M. Ə. əl-Xəvli, Miftahüs-sünnə, səh. 33-34
[94]
B
ərdizyə əl-Cufi əl-Buxaridir.
372
Onun küny
əsi Əbu Abdullahdır. O, hicri 194-cü ildə
(miladi 810) cüm
ə günü şəvval ayının 13-də Buxarada doğulmuşdur.
373
O, on
yaşlarında hədis öyrənməyə başlamış, bölgəsində olan məşhur şeyxlərdən elm
öyr
əndikdən sonra o dövrün məşhur elm ocaqları yerləşən digər bölgələrə səyahətlər
etmişdir.
M
əhəmməd bin İsmayıl hələ yaşı on altı olmamış elm öyrənmək üçün Şam,
Misir,
əl-Cəzirə, Bəsrə, Hicaz, Kufə, Bağdad kimi məşhur elm mərkəzlərinə dəfələrlə
s
əyahətlər etmişdir.
374
Bu zaman o,
İbn əl-Mübarəkin və Vaqidinin kitablarını əzbərləmiş, dövrünün
m
əşhur elm mərkəzlərində olmuşdur.
375
Qaynaqların məlumatlarına görə, Buxari ilk təhsilini doğma vətənində yaşayan
aliml
ərdən, o cümlədən Məhəmməd bin Səlam, əl-Müsnidi və Məhəmməd bin Yusif
əl-Bəykəndidən hədis öyrənmişdir. Onun hələ uşaqkən 70 min hədis öyrəndiyi
r
əvayət edilir.
376
Z
əhəbi onun haqqında yazırdı: “Buxarinin təhsilini tamamlayıb əsər yazmağa və
h
ədis rəvayət etməyə başladığı zaman hələ üzünə tük çıxmamışdır.”
377
Buxari 40 il müxt
əlif bölgələrdə elm öyrənmiş və sonda Nişapurda
m
əskunlaşmaq istəmişdr. Lakin Məhəmməd bin Yəhya əz-Zühlinin rəqabəti üzündən
oradan uzaqlaşmış və öz döğma vətəni Buxaraya gəlmişdir. Amma öz vətənində də o,
qısqanclıq hissi ilə qarşılanmış, sarayda hədis müəllimi vəzifəsini üzərinə
götürm
ədiyi üçün vali Xalid bin Əhməd əz-Zühli tərəfindən də Buxaradan
qovulmuşdur. Nəticədə Buxari öz doğma torpağından çıxaraq Buxara yaxınlığındakı
Xartenk k
əndində məskunlaşmışdır.
378
Buxarinin
əsərlərinə gəldikdə şübhəsiz ki, bunların sayı daha çoxdur. O, hələ
g
ənclik yaşlarında əsərlər yazmağa başlamış və on səkkiz yaşı olan zaman məşhur
tarix
əsərlərindən biri olan “Tarixül-kəbir” əsərini yazmışdır. O, bu haqda belə deyir:
“on s
əkkiz yaşına çatınca səhabə və tabeunun fətva və sözlərini Übeydullah bin Musa
dövründ
ə yazmağa başladım. Bundan sonra da “ət-Tarix”i Peyğəmbərin (s) qəbri-
şərifinin yanında mehli gecələrdə qələmə aldım.”
379
Onun “S
əhih” adlı əsərindən başqa aşağıda adı keçən məşhur əsərləri də vardır:
1.Tarixül-k
əbir.
2.Tarixül-
əvsət.
3.Tarixüs-s
əğır.
4.
əl-Ədəbül-müfrəd.
5.R
əfül-yədeyn fis-səlat.
6.X
əyrül-kəlam fil-airaat xəlfəl-imam.
372
əl-Əhadisül-qüdsiyyə, c. I, səh. 10
373
M. Ə. əl-Xəvli, adı çəkilən əsəri, səh. 38
374
h
əmin mənbə, səh. 38
375
h
əmin mənbə, səh. 103
376
İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 175
377
h
əmin mənbə, səh. 175
378
bax: İ. Çakan, Hədis ədəbiyyatı, səh. 53; İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 180-181
379
İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 182
[95]
7.Birrül-valideyn.
8.
ət-Təfsirül-kəbir lil-Quran.
9.X
əlqu əfalil-ibad.
10.Kitabül-il
əl fil-hədis.
11.Kitabu müsn
ədil-kəbir.
12.Kitabül-vuhdan.
13.Kitabül-m
əbsut.
14.
əd-Düəfa və s.
380
Buxarinin q
ələmə aldığı əsərlər içərisində sübhəsiz ki, hədis toplusu olan “əl-
Camiüs-s
əhih” əsəri xüsusi yer tutmaqdadır. Bu əsərin tam adı “əl-Camiüs-səhihül-
müsn
əd min hədisi Rəsulillahi və sünənihi və əyyamihi”dir.
381
Bu
əsər qısa olaraq
“S
əhihi-Baxari” adı ilə məşhurdur.
Buxari bu
əsərini İshaq bin Rahuyənin (238/852): “Peyğəmbərin (s) səhih
h
ədislərini müxtəsər bir kitabda toplasaydın” deməsindən sonra yazmağa
başlamışdır.
382
Deyil
ənə görə, Buxari “Səhih” adlı əsərini 16 il müddətində 600 min hədis
iç
ərisindın seçib yazmışdı.
383
O, bu
əsərini tamamladıqdan sonra dövrünün böyük
h
ədisçilərindən olan Əhməd bin Hənbələ, Yəhya bin Mainə, Əli bin əl-Mədiniyə və
dig
ər ustadlara göstərmiş və onların müsbət rəyini öyrənmişdir. Zəhəbi Buxarinin bu
əsəri haqqında bir az da ifratla demişdir: “Buxarinin əl-Camiüs-səhihi Allahın
kitabından sonra kütubu-islamiyyənin ən üstünüdür..”
B
əzi alimlərin rəyincə bu əsər Qurandan sonra ən səhih kitabdır.
384
Bütün bu deyil
ənlərdən əlavə Buxarinin “əl-Camiüs-səhih” əsərini tənqid edən
aliml
ər də vardır. Belə ki, bu əsəri ilk tənqid edən şəxslərdən biri, görkəmli alim və
h
ədisşünas Dəraqutni (öl. 385 h/q) olmuşdur.
Doktor Əhməd əl-Əmin isə yazr: “Buxarinin rəvayət etdiyi ravilərin bir hissəsi
z
əif ravilərdir. Hafiz bunlardan səksən ravini cərh edib. Buna bariz misal İbn Abbasın
köl
əsi İkriməni göstərmək olar. O, dünyanı təfsir və hədislə doldurub. Halbu ki, bəzi
aliml
ər onun yalançı olduğunu deyiblər. Çünki o, xaricilərin görüşlərini
m
ənimsəmişdir...”
385
Əsəd Heydər isə “Səhihül-Buxari” əsəri haqqında yazırdı: “Buxarinin kitabı
s
əhih olmayan hədisləri də əhatə edir. Hətta burada uydurma hədislərə də rast gəlinir.
Bunun
ən bariz misalı Peyğəmbər (s) sehrlənmişdir hədisidir.” Sonra müəllif
Buxarinin adı çəkilən əsərindəki aşağıdakı ravilərin yalançı olduğunu vurğulayır:
1.İsmayıl bin Abdullah bin Üveys bin Malik.
2.Ziyad bin Abdullah
əl-Amiri.
3.H
əsən bin Müdrək əs-Sədusi.
4.H
əsən bin Zəkran.
380
M. Ə .əl-Xəvli, adı çəkilən əsəri, səh. 39
381
İ. Canan adı çəkilən əsəri, səh. 182
382
İbn Həcər, Hədyüs-sari, səh. 6-7; İ. Çakan, adı çəkilən əsəri, səh. 54
383
İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 183
384
h
əmin mənbə, səh. 39
385
əl-İmam əs-Sadiq vəl-məzahibil-ərbəə, c. I, səh. 77
[96]
5.S
ələmə bin Rəca ət-Təmimi.
H
əmçinin İbn Qəyyum əl-Cəvziyyə də bu “Səhih” əsərdə zəif hədislər olduğunu
demişdir.
386
Bundan
əlavə məşhur alimlərdən olan Seyid Şərəfuddin əl-Amili bu
əsərdə də zəif hədislər olduğunu demişdir.
387
Buxari bu
əsərini tərtib edən zaman fiqhi qayələri əsas almış, bab başlıqlarını
fiqhi bir anlam daşıyacaq tərzdə seçdiyi hədislərə tənzim etmişdir.
“S
əhihi-Buxari” üzərində aparılan tədqiqiatlar bu əsərdə 97 kitab (böyük fəsil)
v
ə 3730 bab (kiçik fəsil) olduğunu xəbər verməkdədir.
388
Əsərdə yer alan hədislərin sayına gəldikdə, alimlər bu mövzuda ixtilaf etmişlər.
Bel
ə ki, İbn Həcərə görə əsərdə təkrarı ilə birlikdə 7397 hədis vardır, ancaq bura
mü
əlləq, məvquf və məqtu hədislər daxil deyildir.
389
Amma aliml
ərin çoxunun
g
əldiyi qənaət budur ki, Buxarinin bu əsərində təkrarilə birlikdə 9.082, təkrarsız isə
4.000-
ə yaxın hədis vardır.
390
Ümumiyy
ətlə, Buxarinin “Səhih” əsəri aşağıdakı mövzuları ehtiva etməkdədir:
1. B
ədül-vəhy. 2. İman. 3. Elm. 4. Vüzu. 5. Qüsl. 6. Heyz. 7. Təyəmmum. 8.
Salat. 9. M
əvaqitüs-salat. 10. Azan. 11. Cümə. 12. Salatül-xauf. 13. Salatül-eydeyn.
14. Vitr. 15. İstisqa. 16. Küsuf. 17. Sücudul-Quran. 18. Təqsirüs-salat. 19. Təhəccüd.
20. Salat fi m
əscidi Məkkə. 21. Əməl fis-Salat. 22. Səhv. 23. Cənaiz. 24. Zəkat. 25.
H
əcc. 26. Ümrə. 27. Mühsər. 28. Cəzaus-səyd. 29. Fədailül-Mədinə. 30. Səvm. 31.
Salatüt-t
əravih. 32. Fəzli leylətil-Qədr. 33. İtikat. 34. Buyu. 35. Salam. 36. Şufa. 37.
İcarə. 38. Xəvalat. 39. Kəfalət. 40. Vəkalət. 41. Hərş və Muzarəə. 42. Şurb. 43.
İstiqraz və ədaud-duyun. 44. Xusumat. 45. Luqata. 47. Məzalim və qəsb. 47. Şərikə.
48. R
əhn. 49. İtq. 50. Mükatəb. 51. Hibə. 52. Şəhadət. 53.Sülh. 54. Şurut. 55. Vəsaya.
56. Cihad v
ə siyər. 57. Fərzül-xüms. 58. Cizyə. 59. Bədül-xəlq. 60. Ənbiya. 61.
M
ənaqib. 62. Fəzailüs-səhabən-Nəbiyyi. 63. Mənaqibül-Ənsar. 64. Məğazi. 65.
T
əfsirül-Quran. 66. Fəzailül-Quran. 67. Nikah. 68. Talaq. 69. Nəfəqat. 70. Ətimə. 71.
Əqiqə. 72. Zəbaib. 73. Əzahi. 74. Əşribə. 75. Mərzə. 76. Tibb. 77. Libas. 78. Ədəb.
79. İstizan. 80. Dəvat. 81. Riqaq. 82. Qədər. 83. Əyman və nuzur. 84. Kəffarat. 85.
F
əraiz. 86. Hüdud. 87. Diyat. 88. İstitabətül-mürtəddin. 89. İkrah. 90. Hiyəl. 91.
T
əbirür-rüya. 92. Fitən. 93 Əhkam. 94. Təmənni. 95. Əxbarul-ahad. 96. İtisam bil-
kitab v
əs-sünnə. 97. Tövhid.
391
M
ənbələrin verdiyi məlumatlara görə, Buxari bu əsərini on minlərcə tələbəyə
oxumuşdur.
392
Lakin bu t
ələbələrdən yalnız bir neçəsinin adı bilinir. Buxaridən
r
əvayət edənlərdən aşağıdakıları qeyd etmək olar:
ət-Tirmizi, Müslüm, Nəsai, İbrahim bin İshaq əl-Hərbi, Məhəmməd bin Dulabi,
“S
əhih”i isə Buxaridən son olaraq Mənsur bin Məhəmməd əl-Bəzdəvi rəvayət
etmişdir.
393
386
İ. Canan, Hədis üsulu və hədis tarixi, səh. 189
387
Əbu Hüreyrə, səh. 78
388
İ. Çakan, adı çəkilən əsəri, səh. 55
389
h
əmin mənbə
390
İ. Çakan, adı çəkilən əsəri, səh. 55
391
T. Koçyigit, H
ədis istilahları, səh. 67
392
əs-Saati, əl-Fəthür-Rəbbani, c. I, səh. 15
[97]
Buxarinin “S
əhih” əsəri üzərinə çoxlu şərhlər yazılmışdır. Hələ Buxaridən bir
əsr keçməmiş onun üzərinə ilk şərhi əl-Xəttabi (388/998) “İlamüs-sünən” adlı şərhini
yazmışdır.
394
Katib Ç
ələbiyə görə Buxarinin “Səhih”i üzərinə 82 şərh yazılmışdır.
Amma Katib Ç
ələbidən sonrakı şərhlər də bir yerə toplansa, bunun 100-dən artıq
olduğu məlum olacaqdır.
Bu şərhlərdən bu gün əldə mövcud olanlar Kirmaninin (786/1384) “əl-
K
əvakibüd-dürər”, İbn Həcərin (852/1448) “Fəthül-bari”, Əllamə Eyninin (855/1451)
“Ümd
ətül-qari” və Qəstəlaninin (923/1517) “İrşadüs-sari” əsərləridir.
Zeyn
əddin Əhməd bin Əhməd Əbdüllətif əz-Zəbidinin (893/1488) “ət-Təcridüs-
sarih li
əhadisil-camiis-səhihi Buxari” əsəri “Səhihi-Buxari” üzərinə yazılmış ixtisar
bir
şərh əsərdir.
Dostları ilə paylaş: |