11.3.4.
əl-Hümeydi və “Müsnəd” əsəri
Hicri III
əsrin böyük hədisşünaslarından biri də Əbu Bəkr Abdullah bin əz-
Zübeyr bin İsa əl-Humeydidir. Mənbələrə görə əl-Hümeydi əl-Əsədi Məkkəli ilk
Müsn
əd sahibidir.
483
O, uzun ill
ər Süfyan bin Üyeynənin tələbəsi olmuş, Şafei kimi
böyük bir aliml
ə tələbəlik yoldaşı olmuşdur.
Dövrünün öncül h
ədisşünaslarından olan Hümeydi Buxari kimi məşhur bir
alimin yetişməsində müstəsna xidmətlər göstərmiş və onun ən böyük ustadlarından
olmuşdur.
H
ədis ədəbiyyatı tarixində ehtiramla yad edilən bu məşhur şəxsiyyət hicri 219-
cu ild
ə (miladi 819) Məkkədə vəfat etmişdir.
484
Z
əngin yaradıcılığı olan Hümeydinin
dövrümüz
ədək yalnız “Müsnəd” adlı məşhur bir hədis əsəri yetişmişdir. Onun bu
əsəri xəlifə Əbu Bəkrin rəvayətləri ilə başlayır və digər xəlifələr, Təlhədən başqa
dig
ər əşəreyi-mübəşşirəyə daxil səhabələr, Əbuzər, Salman, Bilal kimi hörmətli
s
əhabələrlə yanaşı xanım Ummulmöminin Aişə və digər xanımların rəvayətləri
481
əs-Süyuti, Tədribür-ravi əsəri
482
A.Yardım, adı çəkilən əsəri, səh. 59
483
İ. Çakan, adı çəkilən əsəri, səh. 31
484
h
əmin mənbə, səh. 31
[112]
şəklində davam etməkdədir. 179 səhabəyə aid olan rəvayətlərin böyük bir qismi
m
ərfu hədislərindən ibarət olub, çox az qismi isə səhabə və tabeun sözüdür. Bu
əsəsrdə 1300 rəvayət vardır.
485
Hümeydinin bu
əsəri 1382-ci ildə Hindistanda nəşr edilmişdir. Hümeydi hicri
219-cu ild
ə (miladi 834) vəfat etmişdir.
486
11.3.5.
İshaq bin Rahuyə (Rahaveyh) və “Müsnəd” əsəri
Hicri III
əsrin digər hədisşünaslarından biri də İshaq bin İbrahim bin Məhləd bin
İbrahim bin Matardır. O, İbn Rahuyə deyə daha məşhurdur. Çünki mənbələr onun
valideyninin M
əkkəyə gedərkən yolda doğulduğunu, Mərvəzilər də yolda doğulan
uşağa İbn Rahaveyh dediklərini rəvayət edirlər.
487
O, Buxari v
ə Müslüm kimi böyük hədisşünasların ustadı olmuş və bunlardan
başqa digər görkəmli şəxsiyyətlərin də yetişməsində böyük xidmətlər göstərmişdir.
Bütün
əsrlərdə müsəlman ümməti içərisində böyük şöhrəti olan İbn Rahuyə
haqqında dövrün alimləri, tanınmış şəxsiyyətləri dəyərli fikirlər söyləmişlər.
İbn Hibban “əs-Siqat” adlı əsərində belə yazırdı: “İshaq fiqh, elm, hifz
baxımından zamanın əfəndilərindəndir. O, kitabları təsnif etdi. Sünnəni bölümlərə
ayırdı. Peyğəmbərin (s) sünnəsinin müdafiəçisi oldu, müxalifləri sındırdı. Buxarinin
himm
ətini qüvvətləndirən, səhih hədisləri toplama əzmini onda canlandıran o oldu.”
İshaq bin Rahuyə hicri 237-ci ildə (və ya 238/852) vəfat etmişdir.
488
485
h
əmin mənbə, səh. 31
486
h
əmin mənbə
487
bax: A. Öz
ək, adı çəkilən əsəri, səh. 100
488
M. Ə. əl-Xəvli, adı çəkilən əsəri, səh. 33
[113]
XII
FƏSİL
HİCRİ IV (MİLADİ X) ƏSRDƏ YAZILMIŞ BƏZİ MƏŞHUR ƏSƏRLƏR
12.1.Hicri IV (miladi X)
əsrin hədis ədəbiyyatının əsas xüsusiyyətləri
Hicri IV
əsr İslam elm tarixinin, xüsusilə də hədis ədəbiyyatı tarixinin ən parlaq
dön
əmlərindən biridir. Çünki məhz bu əsrdə hədis əsərlərinin ən önəmliləri təlif
edilmişdir. Əlbəttə ki, bu əsrdən öncəki dönəmlərdə də gözəl əsərlər meydana
g
ətirilmişdir. Lakin hicri IV əsrdə meydana gətirilən əsərlər digər əvvəlki əsərlərdən
öz orijinallığı və digər xüsusiyyətlərinə görə ciddi fərqlənməkdədir.
H
əqiqətən biz ən səhih tarix və digər kitablara nəzər salsaq, bizə məlum
olacaqdır ki, Peyğəmbərin (s) dövründə bəzi səhabələr o Həzrətdən (s) eşitdikləri
h
ədisləri yazmış və bir araya toplamışlar. Mənbələr ilk dəfə hədis elmi sahəsində ilk
əsərin İmam Əlinin (ə) olduğunu xəbər verirlər.
Böyük
İslam alimləri, o cümlədən Seyid Sədr “Təsisüş-şiə”, Möhsün Əmin
“Əyanüş-şiə”, Nəcaşi “Rical” adlı əsərlərində yazırdılar:
“H
əqiqətən hədis sahəsində ilk əsər İmam Əlinin (ə) kitabıdır. O, Peyğəmbərin
(s) dikt
əsi ilə səhifə üzərinə yazmışdır. Orada halal və haram haqqında məlumatlar
vardır.”
H
əzrət Fatimənin (ə) “Müshəf”i də önəmli əsərlərdəndir. Belə ki, bir nəfər
Fatim
ənin (ə) yanına gəlib dedi: “Ey Peyğəmbərin (s) qızı! Peyğəmbərin (s) sənə
verdiyi v
ə hazırda bir yerdə qoruyub saxladığın bir şey varmı?” Fatimə (ə) dedi: “ey
cariy
ə! o ipək bezi gətir”. Cariyə onu axtardı, lakin tapa bilmədi. Fatimə (ə) dedi:
“Vay olsun s
ənə! Onu axtar. Çünki o mənim üçün Həsən və Hüseyn qədər
qiym
ətlidir.” Cariyə onu axtardı və nəhayət süpürüb atdığını yada saldı. Onu atdığı
yerd
ən tapdı və onun üzərində bunlar yazılmışdı: “Məhəmməd peyğəmbər (s) dedi:
“Öz qonşusunu himayə etməyən və qonşusu ondan əmin olmayan şəxs mömin
sayılmaz. Allaha və axirət gününə inanan kimsə qonşusuna əziyyət etməz. Allaha və
axir
ət gününə inanan şəxs ya xeyir danışsın, yaxudda sussun. Çünki Allah xeyiri
sevir. Allah h
əlimdir, çirkinlikdən uzaqdır. Həyasızlıqdan, ikiüzlük edib istəməkdən,
israrla dil
ənməkdən xoşu gəlməz. Həqiqətən həya imandandır. İman isə Cənnətdədir.
H
əyasızlıq isə alçaqlıqdan qaynaqlanır. Alçaqlıq da Cəhənnəmdədir.”
489
Bundan sonra Peyğəmbərin (s) köləsi olmuş Əbu Rafe əl-Qibti “Kitabüs-sünən
v
əl-əhkam vəl-qəzaya” əsərini tədvin etmiş, sonra da alimlərin təbəqələri haqqında
çoxlu kitablar t
əsnif etmişdir.
490
Bu r
əvayətdən belə nəticəyə gəlmək olur ki, həqiqətən hədislərin yazılması
Peyğəmbər (s) tərəfindən həyata keçirilmiş və onun davamçıları Həzrətin hədislərini
(sünn
əsini) qorumaqda böyük məsuliyyət hiss etmişlər.
489
Cərir bin Rüstəm ət-Təbəri, Dəlailül-imamət; Küleyni, Üsuli-kafi, c. I, müqəddimə fəsli
490
Əyanüş-şiə, c. I, səh. 8-147; Nəcaşi, Rical, səh. 4
[114]
Hicri IV
əsrdə yazılmış hədis ədəbiyyatını digər hədis kitablarından fərqləndirən
xüsusiyy
ətlərdən biri və ən başlıcası Peyğəmbərin (s) əhli-beytindən (ə) gələn
h
ədislərin də bu əsərlərdə yer almasıdır. Bu və ya digər baxımdan hicri IV və V
(miladi X-XI)
əsrlərdə yazılan bəzi əsərlər öz orijinallığı və həmçinin zamanın
keşmə-keşli yollarından çıxaraq dövrümüzədək gəlib çatması ilə fərqlənməkdədir.
M
əlum olduğu kimi, imamiyyə məzhəbi Peyğəmbərdən (s) sonra imamət
m
əsələsinə etiqadlıdırlar və bu səbəbdən imamlardan gələn hədisləri də dinin
öyr
ənilməsində əsas sayırlar. Bu barədə böyük alim Cəfər Sübhani yazırdı: “Səhih
s
ənədlə Məsum imamlardan nəql olunan hədis və rəvayətlər şəriət hökümləri üçün
d
əlil və istinad mənbəyi hesb edilir. Onların məzmununa əməl edilməli və onlara
müvafiq olaraq f
ətva verilməlidir.”
491
İmamlar (ə) nəql etdikləri hədisləri bir neçə üsulla əldə ediblər. Cəfər Sübhani
h
əmin üsullardan aşağıdakıları sadalayır:
-H
ədislərin Peyğəmbərdən (s) nəql edilməsi;
M
əsum insanlar (ə) hədisləri (bilavasitə və ya atalarının vasitəsilə) həzrət
Peyğəmbərdən (s) əxz etmiş və başqaları üçün nəql etmişlər...
-H
ədislərin həzrət Əlinin (ə) kitabından nəql edilməsi;
İmam Əli (ə) həzrət Peyğəmbərin (s) peyğəmbərliyi dövründə daima onunla bir
yerd
ə olmuş və bu səbəbdən də öz kitabında həzrət Peyğəmbərdən (s) çoxlu hədis
toplamağa müvəffəq olmuşdur...
-
İlahi ilham.
Əhli beyt imamlarının (ə) elminin “ilham” adlanan başqa bir qaynağı vardır.
İlham yalnız peyğəmbərlərə xas deyil. Tarix boyu bir çox övliyalar da ondan
b
əhrələnmişlər...”
492
Dem
əli, imamiyyə məzhəbinə məxsus alimlər Peyğəmbərdən (s) əlavə, onun
pak
Əhli-beytindən (ə) gələn hədisləri də dinin əsas qaynağı saymışlar. Buna görə də
Peyğəmbərin (s) dövründən ta hicri IV əsrədək çoxlu sayda hədis və digər elmlər
sah
əsində külli miqdarda əsərlər meydana gətirilmişdir. Bəzi mənbələrdə bu əsərlərin
sayı altı min altı yüz (6600) göstərilməkdədir. Bu barədə bizə ən səhih məlumatı
n
əhəng İslam alimi Seyid Möhsün əl-Əmin verməkdədir. O, yazırdı: “Şiələr Əlinin
(
ə) dövründən imam Həsən Əskərinin (ə) dövrünədək altı min altı yüz (6600) kitab
yazmışlar...”
493
Bu
əsərlər içərisində dörd yüz kitab xüsusi imtiyazlara malkdir və buna
aliml
ərimiz “Üsulu ərbəə-miə” deyirlər. Şeyx Müfid yazırdı: “İmamiyyə məzhəbi
h
əzrət Əlinin (ə) dövründən imam Həsən Əskərinin (ə) dövrünədək dörd yüz kitab
t
əsnif etmişlər və bunlar da “Üsul” adlanır, çünki bu kitablar “Əsl” hesab edilir.”
494
491
İslamda əqidə əsasları, səh. 212
492
Cəfər Sübhani Üsulil-hədis və əhkamuhu
493
Əyanüş-şiə, c. I, səh. 140
494
həmin mənbə
[115]
Lakin b
əzi müəlliflər Şeyx Müfiddən fərqli olaraq dörd yüz kitabın məhz imam
Sadiq
ə (ə), yəni təkcə o Həzrətdən gələn hədisələri ehtiva etdiyini deyirlər. Bu görüşü
Şeyx Təbərisi və Mühəqqiq əş-Şəhid qəbul etmişlər.
T
əəsüflər olsun ki, bu əsərlərdən heç biri dövrümüzədək gəlib çıxmamışdır.
Buna gör
ə də onların haqqında bəhs etmək və bu əsərləri tədqiq etmək heç kəsə
müy
əssər olmamışdır. Bəlkə də elə bu səbəbdəndir ki, imamiyyə məzhəbi öz şəri və
dini hökml
ərini dövrümüzədək gəlib çıxmış və fundamental əsərlər hesab edilən “əl-
Kafi” v
ə “Mən la yəhzuruhül-fəqih” əsərlərindən əldə edirlər. Şübhəsiz ki, bu əsərlər
İslam dünyasında böyük şöhrət qazanmış və hədis ədəbiyyatı tarixinin incilərindən
hesab edilirl
ər. Hər iki əsər hicri IV (miladi X) əsrin məhsullarıdır. Onlardan
birincisini Şeyx Küleyni, ikincisini isə Şeyx Səduq qələmə almışdır.
12.2. M
əhəmməd bin Yaqub Küleyni və “Üsuli-kafi” əsəri
Məhəmməd bin Yaqub bin İshaq əl-Küleyni ər-Razi təxminən hicri 265-ci
(miladi 879)
ildə Rey ilə Qəzvin şəhərinin arasında yerləşən Küleyn kəndində
doğulmuşdur.
495
Küleyni
doğulduğu yerə nisbətlə tanınmışdır. Onun künyəsi Əbu
Cəfərdir.
Hicri IV
əsrin ən böyük alimi hesab edilən Küleyni öz dövründə İslam aləminin
öndə gələn alimi olmuşdur.
Küleyni dünya
müsəlman alimləri tərəfindən həmişə öyülmüş və İslam ümməti
onu daim iftixar hissi
ilə yad etmişdir. O, insanların ən siqəsi (etibarlısı), ədalət və
zəbt baxımından ən qabaqcılı idi. Küleyni bütün cəhətlərinə görə, İslam məzhəbləri
içərisində mədh edilmişdir. Ensiklopedik biliyə malik olan alim İslamın fətva verəni
və imam Zamanın (ə) qeybəti-suğra dövründə mərcəi idi.
496
Küleyni
İslam elmlərinin
bütün
sahələrində və həmçinin bir çox dünyəvi elmlər sahəsində də tanınmış və
öndən alimlərdən biri olmuşdur.
M
ənbələrin verdiyi məlumatlara görə, Küleyni İslam aləmində ilk olaraq
“
Siqətül-İslam” ləqəbini almışdır.
497
Onun
haqqında deyilmiş tərifli sözlərdən bir
neçəsini qeyd etmək əlbəttə ki, bizim təsəvvürümüzdə bu nəhəng alimin kimliyini və
elmi
dünyagörüşünü daha da yaxşı canlandıracaqdır.
B
elə ki, böyük alimlərdən olan Nəcaşi Küleyninin haqqında demişdir: “Öz
dövründə Reydə bizim məzhəbimizin şeyxi idi. O, öndə gələn alimlərdən biri idi və
hədisdə insanların ən ən etibarlısı idi.”
498
Şeyx Tusi isə onun haqqında demişdir:
“
Etibarlıdır, xəbərlərə daha yaxşı bələd idi.”
499
B
aşqa bir əsərində isə Tusi belə
demişdir: “Onun qədir-qiyməti çox yüksəkdir, xəbərlərdə isə alim idi.”
500
İbn Şəhraşub demişdir: “O, hədislərdə alim idi.”
501
495
Prof. Dr. Həsən Cirit, Küleyni və əl-Kafisi, B.D.U İlahiyyat fak. Elmi məcmuəsi, Mart-2005, səh. 212
496
bax: Əliəkbər Dehxuda, Lüğətnamə, “Kəf” hərfi maddəsi
497
həmin mənbə
498
Rical, səh. 266
499
Fihrist, səh. 135
500
Rical, səh. 119
501
Məalimül-üləma, səh. 88
[116]
Seyid
Rəziyüddin bin Tavus demişdir: “Etibarı, sağlamlığı xüsusunda görüş
birliyi olan
Məhəmməd bin Yaqub Küleynidir.”
502
İbn Əsir Küleyni haqqında demişdir: “O, imamiyyə məzhəbinin imamlarından
və alimlərindən biridir.”
503
Həmçinin, İbn Əsir “Müntəhal-məqal” adlı əsərində yazırdı: “Küleyni üçüncü
əsrin başlarında imamiyyə məzhəbinin mücəddidlərindən qəbul edilmişdir. Əbu Cəfər
Məhəmməd bin Yaqub ər-Razi əhli-beyt məzhəbində imam (rəhbər) sayılır. Həmin
məzhəbin alimdir. Böyük bir alimdir. Şiələr nəzdində fazil və məşhurdur…”
504
ət-Tibi Küleynini III əsrin lap sonlarının mücəddidlərindən (reformist, yenilikçi)
hesab
edərək haqqında demişdir: “Fiqh alimlərindən biri də Əbu Cəfər ər-Razi
İmamidır.”
505
İbn Həcər onun haqqında demişdir: “Şiənin fiqh alimlərindən biri idi. Həmin
məzhəbdə əsərlər meydana gətirmişdir.”
506
Azərbaycanlı hədisşünas alim Mirzə Abdullah Əfəndi yazırdı: “Siqətül-İslam
deyildiyi zaman
geniş mənada “Kafi”nin və digər əsərlərin müəllifi olan Əbu Cəfər
Məhəmməd bin Yaqub bin İshaq əl-Küleyni ağıla gəlir. Onun ustadlığı bütün
müsəlmanlar arasında qəbul edilmişdir. O, hər ki məzhəb üçün fətvalar verirdi.”
507
Digər görkəmli azərbaycanlı hədisşünas alim Seyid Məhəmməd Bağır əl-
Xonsari
isə onun haqqında demişdir: “Həqiqətən o, əminül-İslamdır. Yolda yol
göstərən bir işarədir. Şəriətdə öndə gələnlərin ən görkəmlisidir. Onun siqə olmasına
kimsənin söyləyəcək sözü yoxdur. İslam ümmətinin imamlarının (rəhbərlərinin)
yanındakı məqamında şübhəsiz bir üstünlüyə sahibdir.”
508
Həqiqətən Küleyninin haqqında deyilən sözlərdən belə nəticəyə gəlmək olur ki,
o, öz
dövrünədək məlum olan bütün elm sahələrindən, xüsusilə də dini elmlər
sahəsində mükəmməl təhsil görmüş və hər bir elmin incəliklərinə öz fitri istedadı
hesabına nail olmuşdur. Böyük və fazil şəxsiyyətə malik olan Küleyninin atası da öz
dövrünün
sayılıb-seçilən alimlərindən olmuşdur. Alimlər məskəni olan bir evdə
dünyaya göz açan Küleyni heç
şübhəsiz ki, ilk təhsilini atasından almışdır. Onun
təhsil aldığı alimlərin çoxu Qumdan olduğu üçün müəlliflər onun uzun zaman Qumda
təhsil aldığı fikrini irəli sürürlər.
509
Küleyninin ata
tərəfindən çoxlu alimləri olduğu kimi, ana tərəfdən də tanınmış
və mötəbər alimləri olmuşdur. Onun dayısı Əbülhəsən Əli bin Məhəmməd bin
İbrahim ər-Razi əl-Küleyni “Allan” ləqəbi ilə tanınmış və dövrünün böyük
alimlərindən biri olmuşdur.
510
502
Kəşfül-məhəccə, səh. 158
503
əl-Kamil fit-tarix, c. VIII, səh. 128
504
səh. 298
505
Rövzatül-cənnat, səh. 551
506
Lisanül-mizan, c. V, səh. 443
507
Riyazül-üləma, səh. 226
508
Rövzatül-cənnat, səh. 552
509
bax: Prof. Dr. Həsən Cirit, adı çəkilən məqaləsi, səh. 212
510
bax: Seyid Əbülqasim Xoi, Möcəmu ricalil-hədis, c. XVIII, səh. 50
[117]
Dövrünün
qabaqcıl alimlərindən və hədisşünaslarından mükəmməl təhsil olan
Küleyni elmini daha da
dərinləşdirmək və təkmilləşdirmək üçün Bağdada səyahət
etmişdir. Onun doğum tarixi məchul olsa da
511
vəfat tarixi hicri 328 və ya 329 cu il
(miladi 941)
göstərilməkdədir.
512
Həmçinin mənbələr onun vəfatının imam Həsən
Əskərinin (ə) vəfatından (miladi 869-cu il) 69 il sonra baş verdiyini xəbər verirlər.
513
Bu
xəbəri Seyid Təbatəbai Bəhrül-ülum “əl-Fəvaidür-ricaliyyə” əsərində belə nəql
edir: “Bu
şeyxin vəfat tarixi məlumdur. Belə ki, o, İmam Əskərinin (ə) vəfatından 69
il sonra
vəfat etmişdir. Buradan belə məlum olur ki, Məhəmməd bin Yaqub İmam
Z
amanın (ə) qeybəti-suğra dövrünü tamamilə yaşamışdır. Bəlkə də o, İmam
Əskərinin (ə) günlərini də azca yaşamışdır.”
514
Əvvəldə qeyd etdiyimiz kimi, Məhəmməd bin Yaqub bin İshaq əl-Küleyni
dövrünün böyük
alimlərindən dərs almış və dövrünün məşhur hədisşünaslarını
dinləmişdir. Küleyninin elmin ən yüksək zirvəsinə çatmasında onun şeyxlərinin
xidmətləri əlbəttə ki, danılmazdır. Onlardan aşağıdakıları qeyd etmək olar:
1.
Əbu Əli Əhməd bin İdris bin Əhməd əl-Qumi.
2.
Əhməd bin Abdullah bin Üməyyə.
3.
Əbülabbas Əhməd bin Məhəmməd bin Səid bin ər-Rəhman əl-Həmədani.
4.
Əbu Abdullah Əhməb bin Asim.
5.
Əbu Cəfər Əhməd bin Məhəmməd bin İsa bin Abdullah bin Səd bin Malik bin
Əhvas ibn Saib bin Malik bin Amir əl-Qumi.
1.
Əhməd bin Mehran.
2.
İshaq bin Yəqub.
3.
Həsən bin Xəfif.
4.
Həsən bin Fəzl bin Yezid əl-Yəmani.
5.Hüseyn bin
Həsən əl-Hüseyni əl-Əsvəd.
6. Hüseyn bin
Həsən əl-Haşimi əl-Həsəni əl-Ələvi.
7.Hüseyn bin
Əli əl-Ələvi və başqaları.
M
əlumdur ki, Küleyni kimi tanınmış bir alim heç vaxt özünü cəmiyyətdən və
ya ictimai
mühitdən təcrid edə bilməzdi. O, daim xalq içərisində olmuş və ətrafına
toplaşan insanlara öz xidmətini əsirgəməmişdir. Bəlkə də buna görə onun dövrəsinə
minlərlə tələbə yığışmış və elmin müxtəlif sahələrini, xüsusilə də hədis elmini ondan
öyrənmişlər.
Küleyninin
tələbələri, daha doğrusu ondan rəvayət edən şəxslər çoxdur.
Onlardan
bəziləri aşağıdakılardır:
1.
Əbu Abdullah Əhməd bin İbrahim.
2.
Əbülhüseyn Əhməd bin Əhməd əl-Katib əl-Kufi.
3.
Əbülhüseyn Əhməd bin Əli bin Səid əl-Kufi.
4.
Əbülhüseyn Əhməd bin Məhəmməd Əli əl-Kafi.
511
S. Ə. Xoi, Möcəmu ricalil-hədis, səh. 52
512
Tusi, əl-Fihrist, səh. 136; Nəcaşi, Rical, səh. 762
513
bax: Ə. Dehxuda, Lüğətnamə, səh. 137; S. Ə. Xoi, adı çəkilən əsəri, c. XVIII, səh. 54
514
c. III, səh. 332
[118]
5.
Əbu Qalib Əhməd bin Məhəmməd bin Məhəmməd bin Süleyman bin Həsən
bin
Cəhm.
6.
Əbülqasım Cəfər bin Məhəmməd bin Cəfa bin Musa bin Qəvləviyəh.
7.
Əbülhəsən Əbdülkərim bin Abdullah bin Məşr əl-Bəzzaz ət-Tənisi.
8.
Əli bin Əhməd bin Musa əd-Dəqqaq.
9.
Əbu Abdullah Məhəmməd bin İbrahim bin Cəfər əl-Katib ən-Nimani.
10.
Əbu Abdullah Məhəmməd bin Əhməd bin Abdullah Qədaə bin Səffan bin
Mehran
əl-Cəmmal.
11.
Əbu İsa Məhəmməd bin Əhməd bin Məhəmməd bin Sinan əs-Sinani.
12.
Əbulmüfəzzəl Məhəmməd bin Abdullah əş-Şeybani və b.
Şeyx Küleyninin yaradıcılığı çox zəngin və çox şaxəlidir. O, demək olar ki,
bütün ilahiyyat
elmləri sahəsində əsərlər yazmışdır. Onun qələmə aldığı əsərlərdən
aşağıdakıları qeyd etmək olar:
1.Kitabu
təfsirir-rüya.
2.Kitabür-rical.
3.Kitabür-r
ədd aləl-Qəramitə.
4.Kitabür-r
əsail.
5.Kitab ma
qilə fil-Əimmə (ə) minəş-şeir.
6.Kitabül-kafi.
Onun
yazdığı bu əsərlər içərisində şübhəsiz ki, ən məşhuru və irihəcmlisi “əl-
Kafi”
kitabıdır. Bu əsər “Küleyni” adı ilə də tanınmaqdadır.
515
Əsərin tam adı isə “əl-
Kafi fi ilmid-din”dir.
516
Bu
əsərə xalq içərisində daha çox “Üsulu-kafi”
deyilməkdədir.
Şübhəsiz ki, Küleyninin bu əsərinin hədis ədəbiyyatı tarixində böyük önəmi
vardır. O, bu əsərində Peyğəmbər (s) və onun pak əhli-beytindən olan Məsum
imamların (ə) rəvayətlərini toplamış və onları məlum başlıqlar altında
yerləşdirmişdir.
Küleyni bu
əsərini iyirmi il ərzində yazmışdı.
517
“əl-Kafi” əsərinin yazılmasının
səbəbini müəllif aşağıdakı kimi izah edir: “Deyirsən ki: yanımda hər şeyə yetən (kafi)
bir
kitabın olmasını istəyirəm. Bu kitabda dini elmlərin bütün sahələri yer almalıdır.
B
elə ki, dini öyrənmək istəyən bir kimsəyə bu kitab yetərli olmalıdır. Doğrunu
tapmaq
istəyən bu kitaba baş vurmalıdır. Dini öyrənmək, Sadiqeynin (iki Sadiq:
İmam Baqir (ə) və imam Sadiq (ə) səhih rəvayətləri altında dini yaşamaq istəyən
kimsə, bu kitabda axtardığını tapmalıdır.”
518
B
əzi mənbələr Küleyninin bu əsərinin İmam Zamana (ə) göstərildiyini və o
Həzrətin bu kitaba baxıb “şiələrimizə yetərlidir” deməsini rəvayət edirlər.
519
Lakin
digər müəlliflər bu rəvayətin sənədinin məlum olmadığını əsas gətirərək onu zəif
515
Nəcaşi, Rical, səh. 266
516
Prof. Dr. Hasan Cirit, adı çəkilən məqaləsi, səh. 215
517
S. Ə. Xoi, Möcəmu ricalil-hədis, səh. 50
518
əl-Kafi, c. I, səh. 25
519
Rövzatül-cənnat, səh. 553
[119]
bilmişlər. Həmçinin, İmam Zamanın (ə) naibi ilə Küleyninin arasında əlaqənin
olmasını sübut edən dəlil olmadığına görə rəvayət səhih hesab edilmir.
520
N
əcaşi Küleyninin adı çəkilən əsərini yüksək qiymətləndirdikdən sonra yazırdı:
“
Əsər aşağıdakı mövzuları ehtiva etməkdədir:
1.Kitabül-
əql, 2. Kitabu fəzlil-ilm, 3. Kitabüt-tovhid, 4. Kitabül-höccət, 5.
Kitabül-iman
vəl-küfr, 6. Kitabül-vüzu vəl-heyz, 7. Kitabüs-salat, 8. Kitabüs-siyam,
9. Kitabüz-
zəkat vəs-sədəqə, 10. Kitabün-nikah vəl-əqiqə. 11. Kitabüş-şəhadat, 12.
Kitabül-h
əcc, 13. Kitabüt-talaq, 14. Kitabül-itq, 15. Kitabül-hüdud, 16. Kitabüd-
diyat, 17. Kitabül-
əyman vən-nüzur vəl-kəffarat. 18. Kitabül- məişət, 19. Kitabüs-
seyd
vəz-zəbaih. 20. Kitabül-cənaiz, 21. Kitabül-işrət, 22. Kitabüd-dua. 23. Kitabül-
cihad, 24. Kitabu
fəzlil-Quran. 25. Kitabül-ətimə, 26. Kitabül-əşribə, 27. Kitabüz-zey
vət-təcəmmül, 28. Kitabüd-dəvacin vər-rəvacin. 29. Kitabül-vəsaya, 30. Kitabül-
f
əraiz, 31. Kitabür-Rövzə.
521
Küleynin
adı çəkilən əsəri üç hissədən ibarətdir:
-Üsulu-kafi,
-Fürui-kafi,
-
Rövzətül-kafi.
Əsərin “Üsulu-kafi” hissəsində etiqad və imana aid hədislər, “Fürui-kafi”
bölməsində fiqhə aid hədislər, “Rövzətül-kafi” bölməsində isə müxtəlif mövzuları
ehtiva
edən hədislər yerləşdirilmişdir.
M
üəllif dinin ağıl və elmə dayandığını, İslamın elmə və alimə böyük önəm
verdiyini anlatmaq üçün
əsərinə Qurani-kərimdə ağıl, elm və alimin dəyərini göstərən
və cəhalətin çirkinliyini vurğulayan ayələr ilə bu mövzudakı hədisləri qeyd edərək
başlamaqdadır. O, “Üsulu-kafi” hissəsində böyük ölçüdə inancla bağlı mövzuları
ehtiva
edən, “Kitabüt-tovhid”, “Kitabül-höccət”, “Kitabül-iman vəl-kufr”, “Kitabüd-
dua”, “Kitabu
fəzlil-Quran” və “Kitabül-işrə” olmaq üzrə səkkiz ana başlıq (kitab)
bir araya toplayıb.
522
K
itabın “Fürui-kafi” bölməsində isə ana mövzular (kitab) belə sıralanmışdır:
“
əl-Heyz”, “əl-Cənaiz”, “əs-Səlat”, “əz-Zəkat”, “əs-Siyam”, “əl-Həcc”, “əl-Cihad”,
“
əl-Məişə”, “ən-Nikah”, “əl-Əqiqə”, “ət-Talaq”, “əl-İtq vət-tədbir vəl-kitabə”, “əs-
Sayd”, “
əz-Zəbaih”, “əl-Ətimə”, “əl-Əşribə”, “əz-Zey vət-təcəmmül vəl-muruə”, “əd-
D
əvacin”, “əş-Şəhadat”, “əl-Qəza vəl-əhkam”, “əl-Əyman vəl-nüzur vəl-kəffarat.”
523
“Kafi”
kitabının “Üsul” və “Füru” bölümləri hər ikisi birlikdə otuz beş ana
bölümdən ibarətdir.
524
Küleyninin bu
əsərində 16199 hədis vardır. Bu görüşü Şeyx Müfid də
təsdiqləməkdədir.
525
520
S. Rəşadi, Hədis elmi, səh. 59
521
S. Ə. Xoi, Möcəmu ricalil-hədis, səh. 50
522
Prof. Dr. Hasan Cirit, adı çəkilən məqaləsi, səh. 216
523
həmin mənbə
524
həmin mənbə
525
Ə. Ə. Dehxuda, Lüğətnamə, səh. 137
[120]
Əsərdə yer alan hədislərin səhhətinə gəldikdə isə orada bütün hədislərin səhih
olmamasını deyənlər vardır.
526
Hətta bəzi alimlərə görə əsərdə yer alan zəif hədislərin
sayı minlərlədir.
527
Şübhəsiz ki, Quran istisna tutularsa, yerdə qalan bütün yazılı ədəbiyyatda
nöqsanın olması labüddür. Bu prinsipdən çıxış edərək deyə bilərik ki, “əl-Kafi” kitabı
zəngin və fundamental hədis əsəri olsa da, onun bütün hədisləri cərh və tədil elminin
süzgəcindən keçdikdən sonra məqbul hesab edilməlidir. Buna görə də bilmək
lazımdır ki, Küleyninin adı çəkilən əsərində bir çox zəif hədislərlə yanaşı, uydurma
hədislər də vardır. Bütün bu hədislər üzə çıxarılmalı və oxuculara təqdim edilməlidir.
Dostları ilə paylaş: |