578
Möhsün əl-Əmin, Əyanüş-şiə, c. IX, səh. 159
579
İslam Ensiklopediyası-1997, c. XII, səh. 131
[142]
dünyanın müxtəlif bölgələrindən gələn tələbələr ondan elmin müxtəlif sahələrini və
incəliklərini öyrənmişlər.
Mənbələrin məlumatına görə o, üç yüz müctəhidlik məqamına yetişən tələbə
yetişdirmişdir.
580
Dövründə “Şeyxül-imamiyyə”, “Şeyxüt-taifə”, “Rəisül-məzhəb” və “İmamül-
fiqhi vəl-hədis” ləqəbləri isə tanınan bu böyük şəxsiyyət sözün əsl mənasında
novatorçu bir alim kimi dünya şöhrəti qazanmışdır. O, tarix, fəlsəfə, hədis, üsulu-
fiqh, təfsir və bir çox ilahiyyat elmləri sahəsində böyük nailiyyətlər əldə etmiş və
elmin müxtəlif sahələrinə aid dəyərli əsərlər meydana gətirmişdir.
Hədis ədəbiyyatı tarixinin ən görkəmli alimi və ensiklopedik bilik sahibi kimi
tanınan Tusi yaşadığı Kərx bölgəsində zəngin kitabxana təsis etmiş və onu minlərlə
tələbəsinin ixtiyarına buraxmışdır.
İslam elmlərinin inkişafında müstəsna xidmətlər göstərmiş Şeyx Tusi
Bağdaddan Nəcəfə köçmüşdür. Bu böyük elm dəryasının Bağdaddan Nəcəfə köçməsi
Səlcuqi padşahı Toğrul Bəyin onu sürgün etməsi ilə əlaqədardır. Belə ki, Səlcuqilər
imperatorluğunun banisi Toğrul Bəy (1040-1063) hicri 446-ci ildə (miladi 1055)
B
ağdada gəlmiş və orada hakimiyyətdə olan Büvieyhilərin hakimiyyətinə son
qoy
muşdur.
Mənbələrdə Toğrul Bəyin hicri 447-ci ildə bağdada gəlməsi, kitabxanaların
yandırması, orada olan elm mərkəzlərini məhv etməsi haqqında məlumatlar vardır.
581
Şübhəsiz ki, Toğrul Bəyin bu dəhşətli fitnəsindən Şeyx Tusi kimi tanınmış bir
alim
yaxa qurtara bilməzdi. Elə buna görə də onun Kərxdə olan evi və kitabxanası
padşahı tərəfindən yandırılmışdır.
582
Toğrul Bəy nəinki Tusinin əsərlərini, o
cümlədən digər müəlliflərin ən yaxşı əlyazmalarını yandırmış və bundan xüsusi zövq
almışdır. Toğrulun bu fitnə və zülmündən yaxa qurtarmaq üçün Şeyx Tusi Nəcəfə
getmiş və ömrünün sonlarına qədər orada yaşamışdır. O, Nəcəfdə İmam Əlinin (ə)
məqbərəsinə sığınmış orada fəaliyyət göstərməyə başlamışdır. Mənbələrin verdikləri
məlumatlara görə Tusi Nəcəfə gəldikdən sonra ilk dəfə olaraq orada elmi mərkəz
qurmuş, böyük İslam universitetinin əsasını qoymuşdur.
İlk təməli Şeyx Tusi tərəfindən qoyulan “Camiətün-Nəcəfil-Üzma” artıq min ilə
yaxın bir müddətdir ki, fəaliyyət göstərməkdədir. Şeyx Tusi tərəfindən əsas qoyulan
bu elm mərkəzindən minlərlə müctəhidin, filosofun, fəqihin, müfəssirin, dilçinin və
qeyrilərinin çıxmasının tarix şahididir.
583
Bağdaddan Nəcəfə hicrət edən Tusi
ömr
ünün on iki ilini Nəcəfdə keçirmiş və ömrünün sonunadək orada yaşayıb
yaratmışdır. Mənbələr onu Nəcəfdə keçən ömrünün miladi 1056-1067-ci illər
olduğunu qeyd edir.
584
Əbu Cəfər ət-Tusinin böyük oğlu Əbu Əli Həsən Məhəmməd bin Həsən bin
Məhəmməd (öl.540 h/q) daha şöhrətli alim kimi tanınmış Nəcəfdə mərcəi-təqlid
580
Əyanüş-şiə, c. IX, səh. 159
581
bax: Seyid Möhsün, adı çəkilən əsəri, c. IX, səh. 159
582
İslam Ensiklopediyası, c. XII, səh. 131
583
Əyanüş-şiə, c. IX, səh. 160
584
İslam Ensiklopediyası, c. XII, səh. 131
[143]
mü
ctəhid olmuşdur.
585
Onun haqqında Əbu Fəlah Əbdülhey bin Əmmad əl- Hənəfi
(öl.1089 h/q)
yazırdı: “Əbülhəsən Məhəmməd bin Əbi Əli əl-Həsən bin Əbi Cəfər ət-
Tusi şiələrin şeyxi və alimdir. İraqın bütün bölgələrindən onun yanına gəlirlər və öz
mallarını ona həvalə edirlər. O, böyük alim, dindar və zöhd sahibi idi.”
586
Uzun illərdən bəri dünyaya çox alimlər gəlib-getsə də hələ Şeyx Tusinin
görüşlərini, verdiyi fətvaları tənqid edən bir alim ortalığı çıxmamışdır. Bütün
zamanla
rda alimlər onun yolunu izləmiş, bu nəhəng elm sahibinin dühası qarşısında
baş əymiş və onun rəvayət etdiyi hədisləri İslamın əsli bilmişlər. Elə bu səbəbdəndir
ki, ondan sonra
gələn bütün alimlər qələmə aldığı əsərlərdə həmişə dedikləri fikirləri
və verdikləri fətvaları əsaslandırmaq üçün Şeyx Tusinin əsərlərini qaynaq
göstərmişlər. Şübhəsiz ki, bunun səbəblərdən birinin onun elminin zəngin olması
olmuşdursa, digər səbəbi də onun etibarlı və etibar edilən bir şəxsiyyət olmasıdır.
Artıq min ilə yaxın bir müddət ərzində müsəlmanlar arasında yüksək səviyyəli
alim,
müctəhid, şöhrətli fəqih və böyük alim kimi tanınan Şeyx Tusi zamanın böyük
alimləri tərəfindən həmişə mədh edilmiş və haqqında dəyərli fikirlər
səsləndirilmişdir. Belə ki, onun haqqında ən-Nəcaşi demişdir: “Məhəmməd bin əl-
Həsən bin Əli ət-Tusi, Əbu Cəfər əshabımız içərisində ən uca, siqə (etibarlı) və öndə
olan şəxsiyyətlərdəndir.”
587
Əl-Vəhid “ət-Təliqə” əsərində yazırdı: “Şeyx Tusi
zamanının fazil mərcəi idi. Həmçinin bizə gəlib çatıb və eşitmişik ki, onun
şagirdlərinin də bir hissəsi, üç yüz nəfəri müctəhid olmuşlar.”
588
Dövrünün böyük alimi kimi tanınan Şeyx Tusi eyni zamanda gözəl və təqvalı
ailə başçısı kimi də məşhur olmuşdur. Onun iki oğlundan başqa iki qızı da olmuşdur
ki, bu qızlarındn biri “Fəraiz” adlı kitabın müəllifi Məhəmməd bin İdris əl-Hillinin
anası, digəri isə Məhəmməd bin Əhməd bin Şəhriyarın arvadıdır.
589
İstər hədis elminin, istərsə də digər İslam elmlərinin inkişafında müstəsna rol
oynamış Şeyx Tusinin vəfatı tarixi hicri 460-cı ildə (miladi 1067) olmuşdur. Bu
barədə mənbələr aşağıdakı məlumatı verməkdədir:
“Şeyx Tusi məhərrəm ayının iyirmi ikisi hicrətin 460-cı ildə vəfat etmişdir.
Onun qüslu və dəfni işini tələbələri Şeyx Həsən bin Mehdi əs-Səliqi və Şeyx Əbu
Məhəmməd əl-Həsən bin Əbdülvahid əl-Eyn Zərbi həyata keçirmişdir.
590
Onun
vəsiyyətinə uyğun olaraq onu öz evində dəfn etmişlər. Sonralar onun evi məscidə
çevrilmiş və müsəlmanlar tərəfindən ziyarət edilərək Nəcəfin ən məşhur
məscidlərindən biri olmuşdur. Onun İmam Əlinin (ə) məqbərəsi yaxınlığında dəfn
edilməsi xalqın onu ziyarət etməsinə daha da təsir göstərmişdir. Belə ki, Şeyxin dəfn
edildiyi evdə dərs həlqələri təşkil edilmiş və orada İslam tələbələri dərs öyrənmişlər.
Elə bəlkə də onun müqəddəs qəbrinin bərəkətindəndir ki, onun evində təşkil olunmuş
585
bax: Təhzibül-əhkamın muqəddiməsi, c. I, səh. 39
586
Şuruzüz-zəhəb, c. IV, səh. 126
587
Seyid Əbülqasim əl-Xoyi, Möcəmu-ricalil-hədis, c. XV, səh. 243
588
həmin mənbə, c. XV, səh. 243
589
İslam Ensiklopediyası, c. XII, səh. 131
590
Əyanüş-şiə, c. IX, səh. 166; S. Ə. Xoi, Möcəmi ricalil-hədis, c. XV, səh. 246; Şeyx Tusi, Təhzibul-əhkam, c. I, səh.
51
[144]
dərs həlqələrində minlərcə alim, müctəhid və filosof yetişmişdir. Onun məscidə
çevrilmiş bərəkətli evi sonralar onun adına adlandırılmış və hazırda da İraqın Nəcəf
şəhərinin böyük məscidlərindən birinə çevrilmişdir. Hətta İmam Əlinin (ə)
məqbərəsinin qapılarından biri onun dəfn edildiyi səmtə açıldığı üçün “babüt-Tusi”
(Tusi qapısı) deyə adlandırılmaqdadır.
Şübhəsiz ki, Şeyx Tusi kimi böyük bir alimin yetişməsində onun ustadlarının
böyük rolu olmuşdur. O, dövrünün nəhəng elm sahiblərindən dərs öyrənmiş və elmi
dünyagörüşünü onların vasitəsi ilə daha da genişləndirmişdir.
Şeyx Tusi dərs aldığı məşhur ustadlarından aşağıdakıları qeyd etmək olar.
1.Şeyx Müfid.
2.Hüseyn bin Übeydullah.
3.Əhməd bin Əbdun.
4.İbn Əbi Cid.
5.Seyid Mürtəza və b.
Əsərləri
Şeyx Tusinin yaradıcılığı çox zəngindir. O, İslam dininin bütün sahələrinə,
xüsusən də hədis, üsuli-fiqh, fəlsəfə, tarix və s. elmlər sahəsində qələmini sınamış və
buna tam nail olmuşdur. O, Cəfəri fiqhini sistem və mühtəvası baxımından əxbardan
ayırmış və demək olar ki, bu sahədə ilk addımı atmışdır.
Zəmanəsinin ən məhsuldar və ətraflı dünyagörüşə malik olan bu alimin çox
qiymətli əsərləri vardır. Onun əsərlərinin qədr-qiyməti heç bir zaman öz əhəmiyyətini
itirməmişdir. Bu əsərlər nəinki öz əhəmiyyətini qoruyub saxlamış, hətta yazıldığı
illərdən bəri bütün zəmanə müctəhidlərinin və tədqiqatçılarının baş vurduğu ən
mötəbər qaynaq olmuşdur. Onun meydana gətirdiyi əsərlər bu gün də başqa əsərlər
içərisində nadir incilərdən sayılmaqdadır. Bəşəriyyətin inkişafını və təkamülünü elm
və əxlaqda görən Şeyx Tusi İslam mədəniyyətinin yüksəlməsində və yeni inkişaf
mərhələsinə çatmasında müstəsna xidmət göstərmiş alimlərdəndir. Elə bu
səbəbdəndir ki, bu nəhəng elm sahibi bütün fəzilətləri və şərafətli ömrünü dini fikrin
təbliğinə yönəltmiş və hədis elmindən savayı digər elmlər sahəsində də qiymətli
əsərlər yazmışdır.
Şeyx Tusinin tərtib etdiyi əsərlərin önünə keçən və ondan ali olan bir əsərə hələ
ki, tarix şahid olmamışdır. Onun yazdığı əsərlərdən aşağıdakıları qeyd etmək olar:
1. T
əhzibül-əhkam.
Tusinin q
ələmə aldığı əsərlərin
içərisində heç şübhəsiz ki, “Təzhibül-əhkamın”
xüsusi yeri vardır. Bu əsər yazıldığı dövrdən bu günə kimi mərcəi-təqlid
müct
əhidlərin şəri hökmləri istinbat etmək üçün əllərində ən mötəbər bir mənbə
olmuşdur. Öz orjinallığı ilə digər əsərlərdən fərqlənən bu məşhur əsər “kütubu-
ərbəə”nin əsas kitablarından biri olmuş və daim müsəlman alimləri tərəfindən baş
vurulacaq
əsas qaynaq hesab edilmişdir.
[145]
M
ənbələrin
verdiyi məlumatlara görə, “Təhzibül-əhkam” əsərini Şeyx Tusi
ustadı Şeyx Müfidin (945-1022 miladi) “əl-Müqniə” adlı əsərinə şərh olaraq
yazmışdır.
591
Bu
əsər 23 kitabdan (ana bölüm), 393 babdan və 13590 hədisdən ibərətdir.
592
Şeyx Tusinin bu əsəri aşağıdakı kitabları (ana fəsilləri) ehtiva etməkdədir:
1.Kitabüt-
təharət, 2. Kitabüs-salat. 3. Kitabüz-zəkat, 4. Kitabüs-saum, 5.
Kitabül-
həcc, 6. Kitabüz-ziyarət, 7. Kitabül-cihad, 8. Kitabüd-düyun vəl-kəfalat vəd-
dəmanat vəl-həvalat, 9. Kitabüş-şəhadat, 20. Kitabül-qədaya vəl-əhkam, 11. Kitabül-
Məkasib. 12. Kitabüt-ticarət, 13. Kitabün-Nikah, 14. Kitabüt-talaq, 15. Kitabül-itq
vət-tədbir vəl-mükatəbə, 16. Kitabün-nüzuq vəl-iman vəl-kəffarat, 17. Kitabüs-sayd
vəz-zəbaih. 18. Kitabül-ətimə vəl-əşribə.19.Kitabül-vuquf vəs-sadaqat. 20. Kitabül-
vəsaya. 21. Kitabül-məvaris. 22. Kitabül-hüdud. 23. Kitabüd-diyat.
593
Adı çəkilən əsərin etibarlı olmasının bariz nümunəsi İslam alimlərinin bu əsər
haqqında dedikləri dəyərli fikirlərdə duyulmaqdadır. Bu əsərin dəyərini və
keyfiyyətini yüksək qiymətləndirən alimlərdən biri olan Əllamə ən-Nuri “əl-
Müstədrək ələ vəsailiş-şiə” adlı əsərində yazırdı: “(Bu əsər) fiqh haqqında yazılan
hədis kitablarının ən böyüyü və ən əzəmətlisidir. Onun yeri çox böyük mənfəət və
faydaları isə lap çoxdur. Bu əsər əhkam rəvayətləri istəyən fəqih üçün kifayətedici və
yetərlidir…”
Həqiqətən də bu əsərin müsəlmanlar üçün böyük fayda və dəyərini başa düşən
və bunu görən alimlər onu öymüş və onun haqqında söz deyən zaman mədhdən başqa
söz söyləməmişlər. Belə ki, dövrünün nəhəng alimi olan Əllamə Hilli bu əsərin
etimadlı olduğunu və hədis rəvayətləri içərisində yazılan əsərlərin ən nadir
olanlarından biri olduğunu vurğulamışdır.
“Təhzibül-əhkam” əsəri yazıldığı və ərsəyə gətirildiyi zamandan bu günədək
dəfələrlə nəşr edilərək dünyanın müxtəlif bölgələrində yayımlanmışdır. Bu əsər
İranda hicri 1317-ci ildə iki böyük cild halında nəşr edilmişdir.
594
Bu əsərin digər nəşri isə hicri 1307-ci ildə Nəcəfdə gerçəkləşmişdir.
595
Bu kitabın digər kitablardan öndə olduğunu vurğulayan Möhsün əl-Əmin
yazırdı: “Bu əsər yazılan digər əsərlərdən aşağıdakı xüsusiyyətlərə görə öndədir:
I.
O, öz fihristində (biblioqrafiya əsərində) əsərlərini sadalayarkən onunla
başlayır.
II.
Əksər kitablarının birinci hissəsini hicri 413-cü ildə vəfat etmiş ustadı Şeyx
Müfid həyatda ikən yazmışdır. Ona dəlil budur ki, ustadı haqqında danışanda ona
yardımla dua edir (Allah ona yardımçı olsun deyir). “Namaz” fəslinin birinci
hissəsindən sonra isə onun adını çəkəndə ona rəhmət oxuyur. “Təhzib” əsərindən
qabaq hansısa başqa bir kitabı öz ustadının vəfatından beş il əvvəl yazmışdır, yəni
408-
ci ildə. Bu vaxt tələbəçilik və hədis öyrənməyə, sonra isə böyük formatda 200
591
İslam Ensiklopediyası, c. XII, səh. 131
592
Əyanüş-şiə, c. IX, səh. 161
593
Möc
əmu ricalil-hədis, c. XV, səh. 243
594
Əyanüş-şiə, c. IX, səh. 161
595
İslam Ensiklopediyası, c. XII, səh. 131
[146]
səhifəyə yaxın “Təhzib”in “Təharət” fəsli kimi böyük bir fəsli yazmağa kifayət deyil.
28 yaşlı bir gəncin içindəki onlarla şeyxlərdən müxtəlif hədis və onların rəvayətləri
ilə elmi araşdırmaları, məharətli fikir və bişmiş rəyləri olan kitabı yazması bəlkə də
dahiliyin möcüzələrindən olardı.
III.
O, əksər kitablarının müqəddiməsində öz adəti üzrə qeyd etdiyi kimi,
“Təhzib”in müqəddiməsində özünün başqa bir kitabı olmasını qeyd etmir. Düzdür,
müqəddimənin sonunda bu kitabdan da geniş bir kitab yazacağını vəd vermiş, lakin
öz vədinə əməl edə bilməmişdir.
Belə hesab edirəm ki, o, öz vədinə həmən bu kitabda (Təhzibül-əhkamda) əməl
edib. Necə ki, o, əsərinin əvvəlində ən birinci şərt kimi qoyduğu plandan çıxıb.
596
Həqiqətən də Seyid Möhsünün irəli sürdüyü bu görüşlər Şeyx Tusinin bu
əsərinin qiymətinin artıq olması fikrini daha da qüvvətləndirməkdədir.
“Təhzibül-əhkam” əsəri fiqhi dəlilləri və yaxud da hədisləri ehtiva edən çox
möhtəşəm bir əsərdir. Burada kəlamı (fəlsəfi) dəlillərdən söhbət gedə bilməz. Çünki
Şeyx Tusi bu əsərini fiqhi bablar əsasında tərtib etmiş, özünün əqidəvi və kəlami
görüşlərini isə başqa əsərlərində ortaya qoymuşdur.
Əgər biz əsərin müqəddiməsinə baxsaq həqiqətən bizə məlum olacaqdır ki,
müəllif əsərin proqramını iki əsas üzərində qurmuşdur:
Əsərin növü
Şeyx Tusi əvvəlcə ustadı Şeyx Müfidin fikirlərindən istifadə edərək bir
müqəddimə hazırlamış və fiqhlə əlaqədar məsələləri şərh etmişdir. Onun fikrincə şəri
məsələlərə (hökmlərə) ehtiyac duyulan çox şey üçün bu əsər kafi və yetərlidir. Çünki
əsər gərəksiz şeylərdən uzaqdır.
Sonra o, hər bir bab (kiçik fəsil) üçün başlıqlar qoymuşdur. Burada o, Şeyx
Müfidin qoyduğu bab başlıqlarına tabe olmuşdur. Yəni bab başlıqlarını
müqəddimənin (ustadının əsərinin) bablarındakı ünvanlar kimi etmişdir. Sonra isə o,
məsələləri tək-tək ələ alıb və onların üzərinə bir istidlal etmişdir (onların dəlillərini
göstərmişdir).
Əsərdəki üslubu
Şeyx Tusi bir məsələni şərh etmək üçün aşağıdakılara riayət etmişdir:
a)
Quranın zahiri bəyanından, yaxud mütəvatir sünnədən, istidlal etmiş, yaxud
müsəlmanların icma etdiyi mövzudan istifadə etmiş, yaxudda on iki imamın icma
etdiyi şeyləri ortaya qoymuşdur.
O, əhli-sünnənin xəbərləri keçdiyi zaman məqtu sünnə deyir. Bu onun bu xəbər
müqabilində “əl-əhadisu əimmətina” (imamlarımızın hədisləri) deməsindən anlaşılır.
b)
Bundan sonra əshabımızdan gələn xəbərləri “isna əşəriyyə” deyə qeyd
etmişdir.
596
Əyanüş-şiə, c. IX, səh. 161
[147]
c)
Məşhur bir-birinə zidd olan şeylərin ziddiyyət yönünü açıqlayır. O, iki
ziddiyyətli xəbəri bir araya gətirərək ziddiyyətdə olan fəsad nöqtəni izah edir və ya
bunun xilafına icmanın əməlini dəlil göstərir.
Əgər iki xəbər bir-birinə ziddirsə, əsli xəbəri ələ alır və müxalifi tərk edir.
597
Göründüyü kimi,
onun əsərinin metodu digər hədis əsərlərindən olduqca
fərqlidir. O, ustadı Şeyx Müfidin “əl-Müqniə” adlı əsərinin şərhi əsasında tərtib etdiyi
bu əsərində tamamilə fərqli yol tutmuş və bir çox məsələləri izah etmişdir.
Bu möhtəşəm əsərində o, elə bir metod qurmuşdur ki, onun bu metodu sonrakı
alimlərə bir çıraq olmuşdur. Hətta müsəlman alimləri onun əsərlərində, xüsusilə də
“Təhzibül-əhkam” əsərində tutduğu yola və qoyduğu metoda görə bu əsəri “Üsuli əl-
Kafi” və “Mən la yəhduruhül-fəqih” əsərindən üstün bilmişlər.
598
Seyid Möhsin əl-Əmin əsər haqqında aşağıdakı mülahizələrini belə bölüşür:
1).
O, özünün bütün yollarını (türuq) qeyd etməyib, əksinə onun bəyanını
“Fihrist” kitabına və şeyxlərinin katoloquna köçürmüşdür. “Fihristə” köçürmə işi çox
uğurlu olmuşdur. Çünki kitab bu yolla özünü həyatın zərbələrindən qorumuş və bu
günə qədər əlimizdə qalmışdır. Əsər iki dəfə çapdan çıxıb. Şeyxlərin mündəricatı
(fəharisüş-şüyux) isə itib-batıb, ondan çoxdandır ki, əsər-əlamət yoxdur. Elə buna
görə də onun bəzi sənədləri məlum olmayan sənədlə ötürülüb. Ancaq Fazil Ərbdəbili
“Camiür-
rüvvat”ında məlum olmayan bəzi yolları (hədisin ötürülmə yollarını) islah
edə bilmişdir. Həmçinin o, bununla əlaqədar “Təshihül-əsanid” adlı bir əsər
yazmışdır. Həmin əsər 57 səhifədən ibarətdir.
2).
Şeyx Hilli bin İdris bu haqda danışmayıb. O, “Mirasül-məcusi” adlı əsərində
(səh. 410) yazıb: “Şeyx Tusi əxbar kitabları təlif edib. Onların ən böyüyü Təhzibül-
əhkamdır. Orada o, bütün böyük və kiçik məsələlərə toxunub.”
599
Bu və ya digər mülahizələrdən də məlum olur ki, Şeyx Tusinin bu fundamental
əsəri tarixin keçməkeşli yollarından salamat və təhrif olunmadan çıxmış və Allahın
köməkliyi ilə dövrümüzədək gəlib çıxmışdır. Həmçinin əsər irili-xırdalı bütün
məsələləri ehtiva etdiyindən çox diqqətə layiq bir əsərdir.
2.
əl-İstibsar.
Şeyx Tusini hədis sahəsində yazdığı ikinci dəyərli əsəri “əl-İstibsar fima
üxtulifə minəl-əxbar” əsəridir. Bu əsər “kütubu ərbəə”nin dördüncüsü hesab edilir.
Müsəlman alimləri “Təhzibül-əhkam”a önəm verdikləri kimi bu əsərə də yüksək
qiymət vermiş və şəri hökmlərin istinbat edilməsi üçün buna müraciət etmişlər.
Əxbar və fiqhdə olan halal və haram haqqındakı ixtilaflı hədisləri ehtiva edən bu
əsər 5.511 hədisdən ibarətdir.
600
Bu əsər özəlliyinə görə “Təhzibül-əhkam”ın müxtəsəri kimi dəyərləndirilir.
Həmçinin “əl-İstibsar” tərtib baxımından da ona bənzəyir.
Şeyx Tusinin “əl-İstibsar” əsəri 1307-ci ildə Suknovda (Hindistan) Səfəriyyə
mətbəəsində, ikinci nəşri isə 1317-ci ildə Tehranda, üçüncü nəşri isə Nəcəfül-əşrəfdə
597
Əyanüş-şiə, c. IX, səh. 161-162
598
bax: həmin mənbə
599
Əyanüş-şiə, c. IX, səh. 163
600
h
əmin mənbə, c. , IX cild, səh. 165
[148]
1375-
ci ildə Şeyx Əli əl-Axundinin köməklik və yardımı sayəsində çap edilmişdir.
601
Onun bu əsərinə bir çox şərhlər yazılmışdır.
3.
əl-Cüməl- vəl-üqud.
4.
əl-Fihrist.
602
5
.əl-Məbsut fil-fiqh.
603
Şeyx Tusinin ən məşhur əsərlərindəndir. Bu əsər fiqh
elmi sahəsində ən yüksək və ən qiymətli bir əsərdir.
604
“əl-Məbsut” fiqh elminin
bütün bablarını özündə ehtiva etmiş və uzun əsrlərdir ki, dini elm mərkəzlərində
tələbələrə tədris edilmişdir. Bu əsərin ehtiva etdiyi mövzular aşağıdakılardır:
1.Kitabüt-
təharət, 2. Kitabül-heyz, 3. Kitabüs-salat, 4. Kitabu salatil-müsafir, 5.
Kitabül-
cümə, 6. Kitabül-camaat, 7. Kitabu salatil-xouf, 8. Kitabu salatil-eydeyn, 9.
Kitabu-salatil-küsuf, 10. Kitabül-
cənaiz, 11. Kitabüz-zəkat, 12. Kitabül-fitrə, 13.
Kitabu qismətüs-sədəqati bil-əxmas vəl-ənfal, 14. Kitabül-cihad və sirətül-imam, 15.
Kitabül-
cizyə, 16. Kitabu qismətil-qənaim, 17. Kitabüs-sülh, 18. Kitabül-həvalə, 19.
Kitabüd-
zəmanət, 20. Kitabüş-şirkət, 21. Kitabül-vəkalət, 22. Kitabül-əqrar, 23.
Kitabül-
ariyə, 24. Kitabül-qəsb, 25. Kitabüs-sufə, 26. Kitabül-fəraiz, 27. Kitabül-
musaqət, 28. Kitabül-icraat, 29. Kitabül-məzariyə, 30. Kitabu-əhyail-məvat, 31.
Kitabül-
vuquf vəs-sədəqat, 32. Kitabül-hübat, 33. Kitabül-lüğə, 34. Kitabül-vəsaya,
35. Kitabül-
vədiə, 36. Kitabün-nikah, 37. Kitabüs-sidaq, 38. Kitabül-qəsəm, 39.
Kitabül-
xəli, 40. Kitabüt-talaq, 41. Kitabür-risət, 42. Kitabül-ila, 43. Kitabüz-zihar,
44. Kitabül-
ləan, 45. Kitabül-ədəd, 46. Kitabür-rida, 47. Kitabün-nəfəqat, 48.
Kitabül-itq, 49. Kitabül-
məkatəb, 50. Kitabül-müdbir, 51. Kitabu ümməhatil-əvlad,
52. Kitabül-iman, 53. Kitabün-nüzur, 54. Kitabüs-
saydi vəz-zəbaih. 55. Kitabül-
ətimə, 56. Kitabüs-səbəq vər-rəmy, 57. Kitabül-cərah, 58. Kitabüd-diyat, 59. Kitabül-
qəsamət, 60. Kitabu kəffarətil-qətl, 61. Kitabu qitali-əhlil-bəğy, 62. Kitabül-mürtəd,
63. Kitabül-hüdud, 64. Kitabüs-
sirqət, 65. Kitabu qitait-təriq, 66. Kitabül-əşribə, 67.
Kitabül-qital
əhlir-riddə, 68. Kitabüd-difa ənin-nəfsi vüsulil-bəhaim, 69. Kitabu
adabil-
qəda, 70. Kitabüş-şəhadat, 71. Kitabüd-dəvai vəl-bənat.
605
Şeyx Tusinin “əl-Məbsut” əsəri hicri 1270-ci ildə Tehranda çap edilmişdir.
606
Əsərin digər nəşri isə hicri 1278-ci ildə Tehranda ikinci dəfə nəşr edilmişdir.
607
“əl-Məbsut” əsərinin ehtiva etdiyi mövzular heç şübhəsiz ki, zəngindir. Biz bunu
həmin əsərə nəzər salarkən açıq-aşkar görməkdəyik. Belə ki, bəzi mənbələr bu əsərdə
cəmi yetmiş bir kitabın (ana bölümün) olduğu haqqında məlumatlar verməkdədir.
608
6
. Tusinin qələmə aldığı digər mühüm əsərlərdən də biri “ən-Nihayə fi mücərrəd
əl-fiqh” əsəridir. Bu əsər fiqh elmini ehtiva edir və hədislərə daha çox istinad
etməkdədir. Bu əsər fiqhə aid böyük əsər hesab olunur və 22 bölümdən, 215 babdan
601
Əyanüş-şiə, c. IX, səh. 165; Şeyx Tusi, Təhzibül-əhkam, c. I, səh. 47
602
Seyid Əbülqasim əl-Xoyi, Möcəmu ricalil-hədis, c. XV, səh. 243
603
İslam Ensiklopediyası, c. XII, səh. 232
604
Əyanüş-şiə, c. IX, səh. 166
605
Möcəmu ricalil-hədis, c. XV, səh. 245
606
Möhsün
əl-Əmin, Möhsün əl-Əmin, Əyanuş-şiə, səh. 166
607
İslam Ensiklopediyası, c. XII, səh. 132
608
Seyid Əbülqasim əl-Xoyi, Möcəmi ricalil-hədis, səh. 245; İbn Şəhr Aşub, Məalimül-üləma, səh. 766
[149]
ibarətdir. Əsər hicri 1276-cı ildə Tehranda, 1342-ci hicri ilində isə yenə də Tehranda
farsca tərcüməsi ilə birlikdə nəşr edilmişdir.
609
7
. Şeyxin digər mühühüm əsərlərindən biri də “İxtiyarür-rical” əsəridir. Bu əsər
Əmr bin Məhəmməd bin Ömər bin Əbdüləziz əl-Kəşşinin (öl.385/995) “Risalə”
əsərinin tərtib edilməsi və islahı surətiylə meydana gəlmişdir.
610
Əsər hicri 1317-ci
ildə Bombeydə, Nəcəfdə və ayrıca Həsən əl-Müstəvfi tərəfindən Məşhəd Universiteti
nəşriyyatında 1348-ci ildə nəşr edilmişdir.
8.
əl-Əbvab. Bu əsər Peyğəmbərin (s) və İmamların (ə) hər birinin səhabələrinin
sayına görə tərtib edilmişdir. Bu əsər “Ricalu Şeyxit-Taifə” adlanır. Əsərin rical
kitabları arasında çox mühüm yeri vardır. Bu səbəbdəndir ki, bu əsər “Üsuli-
ric
aliyyə”nin əsaslandıran sayılır.
9.
Şeyx Tusinin əsərləri içərisində ehtiva etdiyi mövzusuna görə ən
önəmlilərindən biri də “Üsulül-əqaid” əsəridir. O, bu əsərində əqidə elminin
əsaslarından və prinsiplərindən bəhs etmişdir.
10.
Digər bir əsəri isə “əl-İqtisadül-hadi ilə təriqiz-rəşad” əsəridir. Alim bu
əsərində əqidə əsasları və şəri ibadətlərin insana vacib olma surətindən bəhs etmişdir.
11.
əl-Amali. Buna “əl-Məcalis” də deyirlər. Bu əsər hicri 1313-cü ildə Tehranda
çap edilmişdir.
12.Ünsül-
vəhid. O, bu əsərini “əl-Fihrist” əsərində qeyd etmişdir.
13.
əl-İcaz.
14.
ət-Tibyan fi təfsiril-Quran. Bu əsər Quran elmləri və Quran təfsirinə aid
əsərlər içərisində ən mühüm və ən qiymətli bir əsər hesab edilir. Müəllif bu əsərinin
ön sözündə zamanına qədər heç bir şiə aliminin tam Quran təfsiri hazırlamamış
olmasından bəhs etməkdədir. Onun bu əsəri İslam alimləri, xüsusilə də Quran
təfsirçiləri arasında yüksək səviyyədə qiymətləndirilmiş və haqqında qiymətli fikirlər
deyilmişdir. Onun haqqında əvəzsiz söz söyləyənlərdən biri də “İmamül-müfəssirin”
və “əminül-müslümün” ləqəbləri ilə tanınmış məşhur Quran təfsirçisi ət-Təbərisi
“Məcməül-bəyan fi təfsiril-Quran” adlı əsərinin müqəddiməsində yazırdı: “O elə bir
kitabdır ki, ondan haqqın nuru əldə edilir. Onda doğruluğun qapısı görünür, o bədi
sirlərin mənalarını ehtiva edir və geniş dilin kəlmələrini öz içərisinə alır..”
611
Hətta Şeyx Tusiyə qarşı sərt mövqedə dayanan Şeyx Məhəmməd bin İdris əl-İcli
(öl.598 h/q) həmişə onun böyük əsərlərinə qarşı çıxmasına və onları rədd etməsinə
baxmayaraq “ət-Tibyan” əsərinə yüksək qiymət vermiş və onun böyük şənini etiraf
etmişdir.
612
Onun bu əsəri iki böyük cild halında hicri 1316-1317-ci illərdə Tehranda, digəri
isə 1382-ci ildə Nəcəfdə on cild halında çap edilmişdir.
613
609
İslam Ensiklopediyası, c. XII, səh. 132
610
Əyanüş-şiə, c. IX, səh. 165
611
Möhsün əl-Əmin, Əyanuş-şiə, c. IX, səh. 165
612
həmin mənbə, c. IX, səh. 165
613
İslam Ensiklopediyası, c. XII, səh. 131
[150]
15.
Təlxisüş-Şafi. Bu əsər imamət haqqındadır. Bu əsəri o, Seyid Mürtəzanın
“Elmül-
hüda” əsərindən iktibas etmişdir. Əsər hicri 1301-ci ildə Tehranda çap
edilmişdir.
16.
Təmhidül-üsul. Bu əsər Şeyx Tusinin ustadı Seyid Mürtəzanın “Cüməlül-ilmi
vəl-əməl” adlı əsərinin şərhidir.
17.
əl-Xilaf fil-əhkam. Bu əsərə bəzən “Məsailül-xilaf” da deyilməkdədir. Şeyx
Tusi bu əsərini fiqh kitablarının tərtibi kimi tərtibləmişdir. Mənbələrin məlumatlarına
görə bu əsərini o, “Təhzibül-əhkam” və “əl-istibsar” əsərlərindən əvvəl yazmışdır.
614
Bu əsər iki böyük cild halındadır. Əsər Seyid Mirzə Bağır əl-Qazinin kitabxanasında,
Təbriz şəhərində mövcuddur.
18.
Riyazətül-üqul. Bu əsərini O, “Müqəddimə fil-mədxəl ilə elmil-kəlam” adlı
digər bir əsərinə şərh olaraq yazmışdır.
19.
Şərhüş-şərh. Tusinin bu əsəri üsul elminə (metodologiyaya) aiddir. Onun
tələbəsi əl-Həsən bin Mehdi əs-Səliqinin dediyinə görə Şeyx Tusi bu əsərini “əl-
Fihrist” əsərində qeyd etməmişdir.
615
20.
əl-Üddə fil-üsul. Şeyx Tusi bu əsərini ustadı Seyid Mürtəza həyatda olarkən
qələmə almışdır. O, bu məşhur əsərini iki hissəyə ayırmışdı. Birinci hissədə üsulid-
din (dinin əsasları), ikinci hissədə isə üsulul-fiqhdən (İslam hüquq
metodologiyasından) bəhs etmişdir. O, bu əsərində fiqh üsulunun bütün mövzularını
ələ almışdır. Həqiqətən onun bu əsərinə nəzər saldıqda məlum olur ki, Tusi təqlidçi
deyil, novatorçu alimlərdəndir. O, bu əsərində göstərmişdir ki, fiqh üsulunu yazmaq
ancaq bu elmin təməl prinsiplərini bilənlərə məxsusdur, əks halda bu elmə aid əsər
yazanlar müqəllid simasında olacaqlar.
Şeyx Tusinin bu əsəri üsul mövzusuna aid yazılmış ən iri həcmli və ən dəyərli
əsərdir. Əsər hicri 1312-ci ildə Bombeydə, ikinci dəfə hicri 1314-cü ildə İranda çap
edilmişdir.
616
21.
əl-Ğeybə.
22.
əl-Fihrist. Onun ən məşhur əsərlərindəndir. Müəllif bu əsərində demək olar ki,
kitab müəlliflərinin adlarını qeyd etmişdir. İmamiyyə məzhəbli alimlər bu əsərə
böyük etimad göstərmiş və onu rical elmi sahəsində dəyərli bir əsər olduğunu
demişlər. Tusinin bu əsərini Şeyx Süleyman əl-Mahuzi (öl. 1121 h/q) şərh etmiş və
onu “Məaricül-kəmal ilə mərifətir-rical” adlandırmışdır. “əl-Fihrist” əsərini Şeyx Əli
əl-Məqşai əl-Əsbəği əl-Bəhrani (öl.1127 h/q) rical üslubu əsasında tərtib etmişdir.
617
Əl-Fihrist əsəri bir neçə illər bundan əvvəl Seydonda, ikinci dəfə isə Kəlkuttə
hicri 1271-
ci ildə çap edilmişdir.
618
Sonralar bu əsər hicri 1356-cı ildə Nəcəfül-
əşrəfdə Seyid Məhəmməd Sadiq Ali Bəhrilülumun əlavə müqəddiməsi ilə çap
edilmişdir.
614
Möhsün əl-Əmin, Əyanüş-şiə, c. IX, səh. 166
615
h
əmin mənbə, IX cild, səh. 166
616
Təhzibül-əhkam, c. I, səh. 49
617
Əyanüş-şiə, c. IX, səh. 166
618
həmin mənbə
[151]
Tusinin bu məşhur əsəri müsəlman aləmində yazılmış və qədirli və ən qiymətli
əsər hesab edilməklə yanaşı, həm də rical elmi sahəsində çalışanlar üçün bir mötəbər
qaynaqdır.
Məlum olduğu kimi, istər Şeyx Tusidən əvvəl, istərsə də ondan sonrakı
dövrlərdə fihrist yazan müəlliflər çox olmuşdur. Amma təəssüflər olsun ki, bu yazılan
əsərlərdən bir hissəsi dövrümüzədək gəlib çıxmamış və dövrümüzə yetişənlər də
Tusinin fihristinin səviyyəsinə yetişə bilməmişdir. Şeyx Tusinin “əl-Fihrist” əsəri bu
ad altında yazılan əsərlər içərisində müfəssəl olması baxımından ən öndə
gələnlərdəndir.
Həmçinin ən-Nəcaşinin də “Fihrist” əsəri olmuşdur. Onun qələmə aldığı
“Fihrist” əsəri Tusinin əsərindən əvvəl və ya sonra yazılması alimlərin tədqiqatı
nəticəsində tam şəkildə ortalığa qoyulmasa da mənbələr Tusinin əsərinin daha əvvəl
yazıldığı qənaətindədir. Bu barədə Seyid Əli əl-Xamnei yazır: “Ehtimal
edilir ki,
Nəcaşinin kitabı Şeyx Tusinin kitabından bir müddət sonra yazılmışdır. Nəcaşi Şeyx
Tusini və onun kitablarını öz fihristində qeyd etmişdir.”
619
Şeyx Tusi “Fihrist” əsərində doqquz yüz şəxsdən və onların əsərlərindən bəhs
etmişdir.
620
O, bu əsərini yazan zaman onun müqəddiməsində qeyd etmişdir ki, yalnız
cərh və tədil etdiyi şəxslərin hər biri haqqında və onların rəvayətlərinin etimadlı olub
olmaması haqqında məlumat verəcəkdir. Lakin o, əməli surətdə bu üslubuna xilaf
çıxmış və bəzi nadir halları çıxmaq şərti ilə heç kəsi cərh və tədil etməmiş və daha
doğrusu bu işdən çəkinmişdir. Onun “Fihrist” əsərində təkcə İmamiyyə məzhəbinin
deyil, o cümlədən qeyri-imamiyyə məzhəbli olan fəthiyyə və vaqifiyyə firqəsindən
olan şəxslərdən də bəhs edilmişdir.
621
Tusinin “Fihrist” əsərinin tərtibinə gəldikdə demək olar ki, o, bu əsərini heca
hərflərinə uyğun bab açmış və hər ismi uyğun gələn babın altında yerləşdirmişdir.
Məsələn, əlif hərfinə məxsus bir baba nəzər salsaq orada uyğun gələn adlara,
məsələn, Əsbəğ, İdris, Əsrəm adlarına rast gələrik.
622
“Fihrist” əsəri 1356-cı hicri ilində Nəcəfdə Heydəriyyə mətbəəsində Seyid
Məhəmməd Sadiq Ali Bəhrülülumun təshihi və müqəddiməsi ilə çap edilmişdir.
Başqa bir çapı isə hicri 1380-ci ildə gerçəkləşmişdir.
Bundan əvvəllər isə əsər 1271/1853-ci ildə Hindistanda çap edilmişdir.
23.Ma la yəsə əlmükəlləf əl-ixlal bihi. Şeyx bu əsərini kəlam elminə həsr
etmişdir.
24.Ma yü
əllil və ma la yüəllil. Bu əsərdə həmçinin kəlam elminə həsr
edilmişdir.
25.Mü
xtəsər əxbaril-Muxtar bin Əbi Übeydə əs-Səqəfi. Bu əsərə bəzən
“Əxbarül-Muxtar” da deyilir.
26.
Müxtəsərül-misbah. Bu əsərini Şeyx dualar və ibadətlərə həsr etmişdtr.
27.
Məsələ fil-əməli bi xəbəril-vahid və bəyan həciyyətihi.
619
əl-Üsulu ərbəə fi ilmir-rical, səh. 46
620
həmin mənbə
621
həmin mənbə, səh. 49
622
bax: həmin mənbə
[152]
28.
Məsələ fi təhrimil-fiqa.
29.
Məsələ fi vücubil-cizyə ələl-yəhudi vəl- müntəminə ilə əbabirə.
30.
Məsail ibn Bəraci.
31.
əl-Fərq beynən-nəbiyyi vəl-imam. Bu əsər də kəlam elminə məxsusdur.
32.
əl-Məsailül-İlyasiyyə.
33.
əl-Məsailül-Cənbəlaiyyə. Bu fiqhə məxsus əsəridir.
34.
əl-Məsailül-hairiyyə fil-fiqh.
35.
əl-Məsailül-hələbiyyə. Bu da fiqhə məxsusdur.
36.
əl-Məsailül-Diməşqiyyə fi təfsiril-Quran.
37.
əl- Məsailür-raziyyə.
38.
əl-Məsailür-rəcəbiyyə.
39.
əl-Məsailül-Qummiyyə.
40.Misbahül-
mütəhəccid.
41.
əl-Müfəssəh. Bu əsər imamət barəsindədir. Əsər Şeyx Tusinin mühüm
əsərlərindəndir. Bu əsərin bir nüsxəsi Hindistanda mövcuddur. Əsərin bir nüsxəsini
Mirzə Hüseyn ən-Nuri əldə etmişdir. Onun əldə etdiyi nüsxə əbil-Məhasin bin
İbrahim bin Hüseyn bin Babuvcuhun xətti ilə yazılmışdır. Onun bu yazısı hicri 517-ci
ilə təsadüf etməkdədir.
623
42.
Məqtəlül-Hüseyn (ə).
43.
Müqəddimə fi mədxəli ilə elmil-kəlam.
44.
Mənasikül-həcc fi mücərrədil-əməl.
45.
ən-Nəqdu ələ İbn Şazan fi məsələtil-ğar.
46.
ən-Nihayə fi mücərrədil-fiqh fəl-fətva. Bu əsər fiqh elmi və xəbərlərin mətni
baxımından ən qiymətli əsərlərdən hesab edilir.
47.
Hidayətül-müstərşid və bəsirətil-mütəəbbid. Bu əsər də dua və ibadətlərə
aiddir.
624
Xülasə olaraq bunu demək lazımdır ki, həqiqətən də Şeyx Tusinin yaradıcılığı
çox zəngin olub, İslam elmlərinin bütün sahələrinə aid məsələlərə toxunmuş və
mövcud problemlərin düyününü öz qələmi ilə açmışdır. Zəmanəsinin böyük fəzilət və
düha sahibi olan Tu
sinin əsərləri elmi, fəlsəfi və irfani baxımdan böyük bir əhəmiyyət
daşımaqdadır. O, dini problemlər sahəsində sağlam və dəyərli fikirlər söyləyən böyük
mühəddis və fəqihdir.
Şeyx Tusinin yaradıcılığı nəinki hədis elminin, həm də digər dini elmlərin,
müsəlman ümmətinin təfəkkür tərzinin zirvəsi kimi qiymətləndirilməlidir. O, orta
əsrlərin müsəlman aləminin böyük müctəhidi idi. O, dini elmləri, xüsusilə də hədis,
fiqih, təfsir, kəlam və s. elmləri böyük bacarıqla inkişaf etdirmişdi. Şeyx Tusi
dövrünün böyü
k alimlərindən bəhrələnsə də onların yolunu təqlidçiliklə deyil, öz
orijinallığı və novatorçuluğu ilə davam etdirmişdir. Həmçinin o, dini fikir tarixinin
inkişafına böyük təsir göstərmiş filosoflardan biridir.
623
Əyanüş-şiə, c. IX, səh. 166
624
Əyanüş-Şiə, c. IX, səh. 166; S. Ə. Xoi, Möcəmu ricalil-hədis, c. XV, səh. 244; Şeyx Tusi, Təhzibül-əhkam, c. I, səh.
50
[153]
Həqiqətən Tusinin əqaid və əxlaq elminə dair əsərlərindən belə məlum olur ki,
insanların qurtuluş və xoşbəxtliyini yalnız dində və yüksək əxlaqi keyfiyyətlərə malik
olmaqda görür. O, əxlaqi problemlər sahəsinə də toxunmuş və öz fəlsəfi fikirlərini
tam açıqlığı ilə ortaya qoymuşdur.
Hədis tarixində özünəməxsus mövqe qazanmış bu böyük şəxsiyyətin görüşləri
böyük maraq doğurmuş və elm tarixində müsəlmanların fəxrinə çevrilmişdir.
Bu gün onun
müsəlmanlar içərisindən getməsinin az qala min il ötməsinə
baxmayaraq cəsarətlə demək olar ki, o, cismən dünyadan getsə də, səsi hələ də
dünyanın müxtəlif bölgələrindən gəlməkdədir. Bunu onun əsərlərinin müxtəlif dillərə
tərcümə olunması və dünyanın müxtəlif millətlərindən və bölgələrindən olan
şəxslərin onun əsərlərini öyrənməsindən görməkdəyik.
Tusinin
elmin müxt
əlif sahələrinə aid dəyərli fikirlər söyləməsi böyük
əhəmiyyət kəsb etməkdədir. Belə ki, o, fiqh, hədis, kəlam, təfsir, üsul elmlərinə aid
yazdığı əsərlərində bu elmlərə məxsus problemlərə toxunmuş və onların həlli
yollarını göstərmişdir. Şeyx Tusi adı çəkilən elmlər sahəsində məfhumların şərhini
vermiş və demək olar ki, dövrünədək alimlərin atmadığı addımları atmışdır.
Dostları ilə paylaş: