Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
 
578
 Möhsün əl-Əmin, Əyanüş-şiə, c. IX, səh. 159 
579
 İslam Ensiklopediyası-1997, c. XII, səh. 131 
[142] 
 
                                                 

dünyanın müxtəlif bölgələrindən gələn tələbələr ondan elmin müxtəlif sahələrini və 
incəliklərini öyrənmişlər.  
Mənbələrin  məlumatına  görə  o,  üç  yüz  müctəhidlik  məqamına  yetişən  tələbə 
yetişdirmişdir.
580
 
Dövründə  “Şeyxül-imamiyyə”,  “Şeyxüt-taifə”,  “Rəisül-məzhəb”  və  “İmamül-
fiqhi  vəl-hədis”  ləqəbləri  isə  tanınan  bu  böyük  şəxsiyyət  sözün  əsl  mənasında 
novatorçu  bir  alim  kimi  dünya  şöhrəti  qazanmışdır.  O,  tarix,  fəlsəfə,  hədis,  üsulu-
fiqh,  təfsir  və  bir  çox  ilahiyyat  elmləri  sahəsində  böyük  nailiyyətlər  əldə  etmiş  və 
elmin müxtəlif sahələrinə aid dəyərli əsərlər meydana gətirmişdir. 
Hədis ədəbiyyatı tarixinin ən görkəmli alimi və ensiklopedik bilik sahibi kimi 
tanınan Tusi yaşadığı Kərx bölgəsində zəngin kitabxana təsis etmiş və onu minlərlə 
tələbəsinin ixtiyarına buraxmışdır.  
İslam  elmlərinin  inkişafında  müstəsna  xidmətlər  göstərmiş  Şeyx  Tusi 
Bağdaddan Nəcəfə köçmüşdür. Bu böyük elm dəryasının Bağdaddan Nəcəfə köçməsi 
Səlcuqi padşahı Toğrul Bəyin onu sürgün etməsi ilə əlaqədardır. Belə ki, Səlcuqilər 
imperatorluğunun  banisi  Toğrul  Bəy  (1040-1063) hicri 446-ci  ildə  (miladi  1055) 
B
ağdada  gəlmiş  və  orada  hakimiyyətdə  olan  Büvieyhilərin  hakimiyyətinə  son 
qoy
muşdur. 
Mənbələrdə  Toğrul  Bəyin    hicri  447-ci  ildə  bağdada  gəlməsi,  kitabxanaların 
yandırması, orada olan elm mərkəzlərini məhv etməsi haqqında məlumatlar vardır.
581
 
Şübhəsiz ki, Toğrul Bəyin bu dəhşətli fitnəsindən Şeyx Tusi kimi tanınmış bir 
alim 
yaxa qurtara bilməzdi. Elə buna görə də onun Kərxdə olan evi və kitabxanası 
padşahı  tərəfindən  yandırılmışdır.
582
 
Toğrul  Bəy  nəinki  Tusinin  əsərlərini,  o 
cümlədən digər müəlliflərin ən yaxşı əlyazmalarını yandırmış və bundan xüsusi zövq 
almışdır.  Toğrulun  bu  fitnə  və  zülmündən  yaxa  qurtarmaq  üçün  Şeyx  Tusi  Nəcəfə 
getmiş və ömrünün sonlarına qədər orada yaşamışdır. O, Nəcəfdə İmam Əlinin (ə) 
məqbərəsinə sığınmış orada fəaliyyət göstərməyə başlamışdır. Mənbələrin verdikləri 
məlumatlara  görə  Tusi  Nəcəfə  gəldikdən  sonra  ilk  dəfə  olaraq  orada  elmi  mərkəz 
qurmuş, böyük İslam universitetinin əsasını qoymuşdur.  
İlk təməli Şeyx Tusi tərəfindən qoyulan “Camiətün-Nəcəfil-Üzma” artıq min ilə 
yaxın bir müddətdir ki, fəaliyyət göstərməkdədir. Şeyx Tusi tərəfindən əsas qoyulan 
bu elm mərkəzindən minlərlə müctəhidin, filosofun, fəqihin, müfəssirin, dilçinin və 
qeyrilərinin  çıxmasının  tarix  şahididir.
583
 
Bağdaddan  Nəcəfə  hicrət  edən  Tusi 
ömr
ünün  on  iki  ilini  Nəcəfdə  keçirmiş  və  ömrünün  sonunadək  orada  yaşayıb 
yaratmışdır.  Mənbələr  onu  Nəcəfdə  keçən  ömrünün  miladi  1056-1067-ci  illər 
olduğunu qeyd edir.
584
 
Əbu  Cəfər  ət-Tusinin  böyük  oğlu  Əbu  Əli  Həsən  Məhəmməd  bin  Həsən  bin 
Məhəmməd  (öl.540  h/q)  daha  şöhrətli  alim  kimi  tanınmış  Nəcəfdə  mərcəi-təqlid 
580
 Əyanüş-şiə, c. IX, səh. 159 
581
 bax: Seyid Möhsün, adı çəkilən əsəri, c. IX,  səh. 159 
582
 İslam Ensiklopediyası, c. XII,  səh. 131 
583
 Əyanüş-şiə, c. IX, səh. 160 
584
 İslam Ensiklopediyası, c. XII, səh. 131 
[143] 
 
                                                 


ctəhid olmuşdur.
585
 
Onun haqqında Əbu Fəlah Əbdülhey bin Əmmad əl- Hənəfi 
(öl.1089 h/q) 
yazırdı: “Əbülhəsən Məhəmməd bin Əbi Əli əl-Həsən bin Əbi Cəfər ət-
Tusi şiələrin şeyxi və alimdir. İraqın bütün bölgələrindən onun yanına gəlirlər və öz 
mallarını ona həvalə edirlər. O, böyük alim, dindar və zöhd sahibi idi.”
586
 
Uzun  illərdən  bəri  dünyaya  çox  alimlər  gəlib-getsə  də  hələ  Şeyx  Tusinin 
görüşlərini,  verdiyi  fətvaları  tənqid  edən  bir  alim  ortalığı  çıxmamışdır.  Bütün 
zamanla
rda alimlər onun yolunu izləmiş, bu nəhəng elm sahibinin dühası qarşısında 
baş əymiş və onun rəvayət etdiyi hədisləri İslamın əsli bilmişlər. Elə bu səbəbdəndir 
ki, ondan sonra 
gələn bütün alimlər qələmə aldığı əsərlərdə həmişə dedikləri fikirləri 
və  verdikləri  fətvaları  əsaslandırmaq  üçün  Şeyx  Tusinin  əsərlərini  qaynaq 
göstərmişlər.  Şübhəsiz  ki,  bunun  səbəblərdən  birinin  onun  elminin  zəngin  olması 
olmuşdursa, digər səbəbi də onun etibarlı və etibar edilən bir şəxsiyyət olmasıdır.  
Artıq min ilə yaxın bir müddət ərzində müsəlmanlar arasında yüksək səviyyəli 
alim, 
müctəhid, şöhrətli fəqih və böyük alim kimi tanınan Şeyx Tusi zamanın böyük 
alimləri  tərəfindən  həmişə  mədh  edilmiş  və  haqqında  dəyərli  fikirlər 
səsləndirilmişdir.  Belə  ki,  onun  haqqında  ən-Nəcaşi  demişdir:  “Məhəmməd  bin  əl-
Həsən bin Əli ət-Tusi, Əbu Cəfər əshabımız içərisində ən uca, siqə (etibarlı) və öndə 
olan  şəxsiyyətlərdəndir.”
587
 
Əl-Vəhid  “ət-Təliqə”  əsərində  yazırdı:  “Şeyx  Tusi 
zamanının  fazil  mərcəi  idi.  Həmçinin  bizə  gəlib  çatıb  və  eşitmişik  ki,  onun 
şagirdlərinin də bir hissəsi, üç yüz nəfəri müctəhid olmuşlar.”
588
 
Dövrünün böyük alimi kimi tanınan Şeyx Tusi eyni zamanda gözəl və təqvalı 
ailə başçısı kimi də məşhur olmuşdur. Onun iki oğlundan başqa iki qızı da olmuşdur 
ki, bu qızlarındn biri “Fəraiz” adlı kitabın müəllifi Məhəmməd bin İdris əl-Hillinin 
anası, digəri isə Məhəmməd bin Əhməd bin Şəhriyarın arvadıdır.
589
  
İstər  hədis  elminin,  istərsə  də  digər  İslam  elmlərinin  inkişafında  müstəsna  rol 
oynamış  Şeyx  Tusinin  vəfatı  tarixi  hicri  460-cı  ildə  (miladi  1067)  olmuşdur.  Bu 
barədə mənbələr aşağıdakı  məlumatı verməkdədir: 
“Şeyx  Tusi  məhərrəm  ayının    iyirmi  ikisi  hicrətin  460-cı  ildə  vəfat  etmişdir.  
Onun qüslu və dəfni  işini tələbələri Şeyx Həsən bin Mehdi əs-Səliqi  və Şeyx Əbu 
Məhəmməd  əl-Həsən  bin  Əbdülvahid  əl-Eyn  Zərbi  həyata  keçirmişdir.
590
 Onun  
vəsiyyətinə  uyğun  olaraq  onu  öz  evində  dəfn  etmişlər.  Sonralar  onun  evi  məscidə 
çevrilmiş  və  müsəlmanlar  tərəfindən  ziyarət  edilərək  Nəcəfin  ən  məşhur 
məscidlərindən  biri  olmuşdur.  Onun  İmam  Əlinin  (ə)  məqbərəsi  yaxınlığında  dəfn 
edilməsi xalqın onu ziyarət etməsinə daha da təsir göstərmişdir. Belə ki, Şeyxin dəfn 
edildiyi evdə dərs həlqələri təşkil edilmiş və orada İslam tələbələri dərs öyrənmişlər. 
Elə bəlkə də onun müqəddəs qəbrinin bərəkətindəndir ki, onun evində təşkil olunmuş 
585
 bax: Təhzibül-əhkamın muqəddiməsi, c. I, səh. 39 
586
 Şuruzüz-zəhəb, c. IV, səh. 126 
587
 Seyid Əbülqasim əl-Xoyi, Möcəmu-ricalil-hədis, c. XV, səh. 243 
588
 həmin mənbə, c. XV, səh. 243 
589
 İslam Ensiklopediyası, c. XII, səh. 131 
590
 Əyanüş-şiə, c. IX, səh. 166; S. Ə. Xoi, Möcəmi ricalil-hədis, c. XV, səh. 246; Şeyx Tusi, Təhzibul-əhkam, c. I, səh. 
51  
[144] 
 
                                                 

dərs  həlqələrində  minlərcə  alim,  müctəhid  və  filosof  yetişmişdir.  Onun  məscidə 
çevrilmiş bərəkətli evi sonralar onun adına adlandırılmış və hazırda da İraqın Nəcəf 
şəhərinin  böyük  məscidlərindən  birinə  çevrilmişdir.  Hətta  İmam  Əlinin  (ə) 
məqbərəsinin qapılarından biri onun dəfn edildiyi səmtə açıldığı üçün “babüt-Tusi” 
(Tusi qapısı) deyə adlandırılmaqdadır.  
Şübhəsiz  ki,  Şeyx  Tusi  kimi  böyük  bir  alimin  yetişməsində  onun  ustadlarının 
böyük rolu olmuşdur. O, dövrünün nəhəng elm sahiblərindən dərs öyrənmiş və elmi 
dünyagörüşünü onların vasitəsi ilə daha da genişləndirmişdir. 
Şeyx Tusi dərs aldığı məşhur ustadlarından aşağıdakıları qeyd etmək olar.  
1.Şeyx Müfid. 
2.Hüseyn bin Übeydullah.  
3.Əhməd bin Əbdun. 
4.İbn Əbi Cid. 
5.Seyid Mürtəza və b. 
 
Əsərləri 
Şeyx  Tusinin  yaradıcılığı  çox  zəngindir.  O,  İslam  dininin bütün  sahələrinə, 
xüsusən də hədis, üsuli-fiqh, fəlsəfə, tarix və s. elmlər sahəsində qələmini sınamış və 
buna tam nail olmuşdur. O, Cəfəri fiqhini sistem və mühtəvası baxımından əxbardan 
ayırmış və demək olar ki, bu sahədə ilk addımı atmışdır. 
Zəmanəsinin  ən  məhsuldar  və  ətraflı  dünyagörüşə  malik  olan  bu  alimin  çox 
qiymətli əsərləri vardır. Onun əsərlərinin qədr-qiyməti heç bir zaman öz əhəmiyyətini 
itirməmişdir.  Bu  əsərlər  nəinki  öz  əhəmiyyətini  qoruyub  saxlamış,  hətta  yazıldığı 
illərdən  bəri  bütün  zəmanə  müctəhidlərinin  və  tədqiqatçılarının  baş  vurduğu  ən 
mötəbər qaynaq olmuşdur. Onun meydana gətirdiyi əsərlər bu gün də başqa əsərlər 
içərisində nadir incilərdən sayılmaqdadır. Bəşəriyyətin inkişafını və təkamülünü elm 
və  əxlaqda  görən  Şeyx  Tusi  İslam  mədəniyyətinin  yüksəlməsində  və  yeni  inkişaf 
mərhələsinə  çatmasında  müstəsna  xidmət  göstərmiş  alimlərdəndir.  Elə  bu 
səbəbdəndir ki, bu nəhəng elm sahibi bütün fəzilətləri və şərafətli ömrünü dini fikrin 
təbliğinə  yönəltmiş  və  hədis  elmindən  savayı  digər  elmlər  sahəsində  də  qiymətli 
əsərlər yazmışdır.  
Şeyx Tusinin tərtib etdiyi əsərlərin önünə keçən və ondan ali olan bir əsərə hələ 
ki, tarix şahid olmamışdır. Onun yazdığı əsərlərdən aşağıdakıları qeyd etmək olar:      
1. T
əhzibül-əhkam.  
Tusinin q
ələmə aldığı əsərlərin içərisində heç şübhəsiz ki, “Təzhibül-əhkamın” 
xüsusi  yeri  vardır.  Bu  əsər  yazıldığı  dövrdən bu günə  kimi mərcəi-təqlid 
müct
əhidlərin  şəri hökmləri istinbat etmək üçün əllərində  ən mötəbər bir mənbə 
olmuşdur.  Öz  orjinallığı  ilə  digər  əsərlərdən fərqlənən bu məşhur  əsər “kütubu-
ərbəə”nin  əsas  kitablarından  biri  olmuş  və  daim müsəlman alimləri tərəfindən  baş 
vurulacaq 
əsas qaynaq hesab edilmişdir.  
[145] 
 

M
ənbələrin verdiyi məlumatlara görə,  “Təhzibül-əhkam”  əsərini  Şeyx  Tusi 
ustadı  Şeyx Müfidin (945-1022 miladi) “əl-Müqniə”  adlı  əsərinə  şərh olaraq 
yazmışdır.
591
 
Bu 
əsər 23 kitabdan (ana bölüm), 393 babdan və 13590 hədisdən ibərətdir.
592
 
Şeyx Tusinin bu əsəri aşağıdakı kitabları (ana fəsilləri) ehtiva etməkdədir: 
1.Kitabüt-
təharət, 2. Kitabüs-salat. 3. Kitabüz-zəkat, 4. Kitabüs-saum, 5. 
Kitabül-
həcc, 6. Kitabüz-ziyarət, 7. Kitabül-cihad, 8. Kitabüd-düyun vəl-kəfalat vəd-
dəmanat vəl-həvalat, 9. Kitabüş-şəhadat, 20. Kitabül-qədaya vəl-əhkam, 11. Kitabül-
Məkasib. 12. Kitabüt-ticarət, 13. Kitabün-Nikah, 14. Kitabüt-talaq, 15. Kitabül-itq 
vət-tədbir vəl-mükatəbə, 16. Kitabün-nüzuq vəl-iman vəl-kəffarat, 17. Kitabüs-sayd 
vəz-zəbaih. 18. Kitabül-ətimə  vəl-əşribə.19.Kitabül-vuquf  vəs-sadaqat. 20. Kitabül-
vəsaya. 21. Kitabül-məvaris. 22. Kitabül-hüdud. 23. Kitabüd-diyat.
593
 
Adı çəkilən əsərin etibarlı olmasının bariz nümunəsi İslam alimlərinin bu əsər 
haqqında  dedikləri  dəyərli  fikirlərdə  duyulmaqdadır.  Bu  əsərin  dəyərini  və 
keyfiyyətini  yüksək  qiymətləndirən  alimlərdən  biri  olan  Əllamə  ən-Nuri  “əl-
Müstədrək  ələ  vəsailiş-şiə”  adlı  əsərində  yazırdı:  “(Bu  əsər)  fiqh  haqqında  yazılan 
hədis kitablarının ən böyüyü və ən əzəmətlisidir. Onun yeri çox böyük mənfəət və 
faydaları isə lap çoxdur. Bu əsər əhkam rəvayətləri istəyən fəqih üçün kifayətedici və 
yetərlidir…” 
Həqiqətən də bu əsərin müsəlmanlar üçün böyük fayda və dəyərini başa düşən 
və bunu görən alimlər onu öymüş və onun haqqında söz deyən zaman mədhdən başqa 
söz  söyləməmişlər.  Belə  ki,  dövrünün  nəhəng  alimi  olan  Əllamə  Hilli  bu  əsərin 
etimadlı  olduğunu  və  hədis  rəvayətləri  içərisində  yazılan  əsərlərin  ən  nadir 
olanlarından biri olduğunu vurğulamışdır.  
“Təhzibül-əhkam”  əsəri  yazıldığı  və  ərsəyə  gətirildiyi  zamandan  bu  günədək 
dəfələrlə  nəşr  edilərək  dünyanın  müxtəlif  bölgələrində  yayımlanmışdır.  Bu  əsər 
İranda hicri 1317-ci ildə iki böyük cild halında nəşr edilmişdir.
594
  
Bu əsərin digər nəşri isə hicri 1307-ci ildə Nəcəfdə gerçəkləşmişdir.
595
  
Bu  kitabın  digər  kitablardan  öndə  olduğunu  vurğulayan  Möhsün  əl-Əmin 
yazırdı: “Bu əsər yazılan digər əsərlərdən aşağıdakı xüsusiyyətlərə görə öndədir: 
I.
O,  öz  fihristində  (biblioqrafiya  əsərində)  əsərlərini  sadalayarkən  onunla 
başlayır.  
II.
Əksər kitablarının birinci hissəsini hicri 413-cü ildə vəfat etmiş ustadı Şeyx 
Müfid  həyatda  ikən  yazmışdır.  Ona  dəlil  budur  ki,  ustadı  haqqında  danışanda  ona 
yardımla  dua  edir  (Allah  ona  yardımçı  olsun  deyir).  “Namaz”  fəslinin  birinci 
hissəsindən  sonra  isə  onun  adını  çəkəndə  ona  rəhmət  oxuyur.  “Təhzib”  əsərindən 
qabaq hansısa başqa bir kitabı öz ustadının  vəfatından beş il  əvvəl yazmışdır, yəni 
408-
ci ildə. Bu vaxt tələbəçilik və hədis öyrənməyə, sonra isə böyük formatda 200 
591
 İslam Ensiklopediyası, c. XII, səh. 131 
592
 Əyanüş-şiə, c. IX, səh. 161 
593
 Möc
əmu ricalil-hədis, c. XV, səh. 243 
594
 Əyanüş-şiə, c. IX, səh. 161 
595
 İslam Ensiklopediyası, c. XII, səh. 131 
[146] 
 
                                                 

səhifəyə yaxın “Təhzib”in “Təharət” fəsli kimi böyük bir fəsli yazmağa kifayət deyil. 
28 yaşlı bir gəncin içindəki onlarla şeyxlərdən müxtəlif hədis və onların rəvayətləri 
ilə elmi araşdırmaları, məharətli fikir və bişmiş rəyləri olan kitabı yazması  bəlkə də 
dahiliyin möcüzələrindən olardı. 
III.
O,  əksər  kitablarının  müqəddiməsində  öz  adəti  üzrə  qeyd  etdiyi  kimi, 
“Təhzib”in  müqəddiməsində özünün başqa bir kitabı olmasını  qeyd  etmir.  Düzdür, 
müqəddimənin sonunda bu kitabdan da geniş bir kitab yazacağını vəd vermiş, lakin 
öz vədinə əməl edə bilməmişdir. 
Belə hesab edirəm ki, o, öz vədinə həmən bu kitabda (Təhzibül-əhkamda) əməl 
edib. Necə ki, o, əsərinin əvvəlində ən birinci şərt kimi qoyduğu plandan çıxıb.
596
 
Həqiqətən  də  Seyid  Möhsünün  irəli  sürdüyü  bu  görüşlər  Şeyx  Tusinin  bu 
əsərinin qiymətinin artıq olması fikrini daha da qüvvətləndirməkdədir.  
“Təhzibül-əhkam”  əsəri  fiqhi  dəlilləri  və  yaxud  da  hədisləri  ehtiva  edən  çox 
möhtəşəm bir əsərdir. Burada kəlamı (fəlsəfi) dəlillərdən söhbət gedə bilməz. Çünki 
Şeyx  Tusi  bu  əsərini  fiqhi  bablar  əsasında  tərtib  etmiş,  özünün  əqidəvi  və  kəlami 
görüşlərini isə başqa əsərlərində ortaya qoymuşdur.  
Əgər  biz  əsərin  müqəddiməsinə  baxsaq  həqiqətən  bizə  məlum  olacaqdır  ki, 
müəllif əsərin proqramını iki əsas üzərində qurmuşdur: 
 
Əsərin növü 
Şeyx  Tusi  əvvəlcə  ustadı  Şeyx  Müfidin  fikirlərindən  istifadə  edərək  bir 
müqəddimə hazırlamış və fiqhlə əlaqədar məsələləri şərh etmişdir. Onun fikrincə şəri 
məsələlərə (hökmlərə) ehtiyac duyulan çox şey üçün bu əsər kafi və yetərlidir. Çünki 
əsər gərəksiz şeylərdən uzaqdır. 
Sonra  o,  hər  bir  bab  (kiçik  fəsil)  üçün  başlıqlar  qoymuşdur.  Burada  o,  Şeyx 
Müfidin  qoyduğu  bab  başlıqlarına  tabe  olmuşdur.  Yəni  bab  başlıqlarını 
müqəddimənin (ustadının əsərinin) bablarındakı ünvanlar kimi etmişdir. Sonra isə o, 
məsələləri tək-tək ələ alıb və onların üzərinə bir istidlal etmişdir (onların dəlillərini 
göstərmişdir). 
 
Əsərdəki üslubu 
 
Şeyx Tusi bir məsələni şərh etmək üçün aşağıdakılara riayət etmişdir: 
a) 
Quranın zahiri bəyanından, yaxud mütəvatir sünnədən, istidlal etmiş, yaxud 
müsəlmanların  icma  etdiyi  mövzudan  istifadə  etmiş,  yaxudda  on  iki  imamın  icma 
etdiyi şeyləri ortaya qoymuşdur.  
O, əhli-sünnənin xəbərləri keçdiyi zaman məqtu sünnə deyir. Bu onun bu xəbər 
müqabilində “əl-əhadisu əimmətina” (imamlarımızın hədisləri) deməsindən anlaşılır. 
b) 
Bundan  sonra  əshabımızdan  gələn  xəbərləri  “isna  əşəriyyə”  deyə  qeyd 
etmişdir. 
596
 Əyanüş-şiə, c. IX, səh. 161 
[147] 
 
                                                 

c) 
Məşhur  bir-birinə  zidd  olan  şeylərin  ziddiyyət  yönünü  açıqlayır.  O,  iki 
ziddiyyətli xəbəri bir araya gətirərək ziddiyyətdə olan fəsad nöqtəni izah edir və ya 
bunun xilafına icmanın əməlini dəlil göstərir.  
Əgər iki xəbər bir-birinə ziddirsə, əsli xəbəri ələ alır və müxalifi tərk edir.
597
 
Göründüyü kimi, 
onun  əsərinin  metodu  digər  hədis  əsərlərindən  olduqca 
fərqlidir. O, ustadı Şeyx Müfidin “əl-Müqniə” adlı əsərinin şərhi əsasında tərtib etdiyi 
bu əsərində tamamilə fərqli yol tutmuş və bir çox məsələləri izah etmişdir. 
Bu möhtəşəm əsərində o, elə bir metod qurmuşdur ki, onun bu metodu sonrakı 
alimlərə bir çıraq olmuşdur. Hətta müsəlman alimləri onun əsərlərində, xüsusilə də 
“Təhzibül-əhkam” əsərində tutduğu yola və qoyduğu metoda görə bu əsəri  “Üsuli əl-
Kafi” və “Mən la yəhduruhül-fəqih” əsərindən üstün bilmişlər.
598
 
Seyid Möhsin əl-Əmin əsər haqqında aşağıdakı mülahizələrini belə bölüşür: 
1).
O,  özünün  bütün  yollarını  (türuq)  qeyd  etməyib,  əksinə  onun  bəyanını 
“Fihrist” kitabına və şeyxlərinin katoloquna köçürmüşdür. “Fihristə” köçürmə işi çox 
uğurlu olmuşdur. Çünki kitab bu yolla özünü həyatın zərbələrindən qorumuş və bu 
günə  qədər  əlimizdə  qalmışdır.  Əsər  iki  dəfə  çapdan  çıxıb.  Şeyxlərin  mündəricatı 
(fəharisüş-şüyux)  isə  itib-batıb,  ondan  çoxdandır  ki,  əsər-əlamət  yoxdur.  Elə  buna 
görə də onun bəzi sənədləri məlum olmayan sənədlə ötürülüb. Ancaq Fazil Ərbdəbili 
“Camiür-
rüvvat”ında məlum olmayan bəzi yolları (hədisin ötürülmə yollarını) islah 
edə  bilmişdir.  Həmçinin  o,  bununla  əlaqədar  “Təshihül-əsanid”  adlı  bir  əsər 
yazmışdır. Həmin əsər 57 səhifədən ibarətdir. 
2).
Şeyx Hilli bin İdris bu haqda danışmayıb. O, “Mirasül-məcusi” adlı əsərində 
(səh. 410) yazıb: “Şeyx Tusi əxbar kitabları təlif edib. Onların ən böyüyü Təhzibül-
əhkamdır. Orada o, bütün böyük və kiçik məsələlərə toxunub.”
599
 
Bu və ya digər mülahizələrdən də məlum olur ki, Şeyx Tusinin bu fundamental 
əsəri tarixin keçməkeşli yollarından salamat və təhrif olunmadan çıxmış və Allahın 
köməkliyi  ilə  dövrümüzədək  gəlib  çıxmışdır.  Həmçinin  əsər  irili-xırdalı  bütün 
məsələləri ehtiva etdiyindən çox diqqətə layiq bir əsərdir.  
2.
əl-İstibsar.  
Şeyx  Tusini  hədis  sahəsində  yazdığı    ikinci  dəyərli  əsəri  “əl-İstibsar  fima 
üxtulifə  minəl-əxbar”  əsəridir.  Bu  əsər  “kütubu  ərbəə”nin  dördüncüsü  hesab  edilir. 
Müsəlman  alimləri  “Təhzibül-əhkam”a  önəm  verdikləri  kimi  bu  əsərə  də  yüksək 
qiymət vermiş və şəri hökmlərin istinbat edilməsi üçün buna müraciət etmişlər. 
Əxbar və fiqhdə olan halal və haram haqqındakı ixtilaflı hədisləri ehtiva edən bu 
əsər 5.511 hədisdən ibarətdir.
600
  
Bu  əsər  özəlliyinə  görə  “Təhzibül-əhkam”ın  müxtəsəri  kimi  dəyərləndirilir. 
Həmçinin “əl-İstibsar” tərtib baxımından da ona bənzəyir. 
Şeyx  Tusinin  “əl-İstibsar”  əsəri  1307-ci  ildə  Suknovda  (Hindistan)  Səfəriyyə 
mətbəəsində, ikinci nəşri isə 1317-ci ildə Tehranda, üçüncü nəşri isə Nəcəfül-əşrəfdə 
597
 Əyanüş-şiə, c. IX, səh. 161-162 
598
 bax: həmin mənbə 
599
 Əyanüş-şiə, c. IX, səh. 163 
600
 h
əmin mənbə, c. , IX cild, səh. 165 
[148] 
 
                                                 

1375-
ci ildə Şeyx Əli əl-Axundinin köməklik və yardımı sayəsində çap edilmişdir.
601
 
Onun bu əsərinə bir çox şərhlər yazılmışdır.  
3. 
əl-Cüməl- vəl-üqud.  
4. 
əl-Fihrist.
602
 
5
.əl-Məbsut  fil-fiqh.
603
 
Şeyx  Tusinin  ən  məşhur  əsərlərindəndir.  Bu  əsər  fiqh 
elmi  sahəsində  ən  yüksək  və  ən  qiymətli  bir  əsərdir.
604
 
“əl-Məbsut”  fiqh  elminin 
bütün  bablarını  özündə  ehtiva  etmiş  və  uzun  əsrlərdir  ki,  dini  elm  mərkəzlərində 
tələbələrə tədris edilmişdir. Bu əsərin ehtiva etdiyi mövzular aşağıdakılardır:  
1.Kitabüt-
təharət, 2. Kitabül-heyz, 3. Kitabüs-salat, 4. Kitabu salatil-müsafir, 5. 
Kitabül-
cümə, 6. Kitabül-camaat, 7. Kitabu salatil-xouf, 8. Kitabu salatil-eydeyn, 9. 
Kitabu-salatil-küsuf, 10. Kitabül-
cənaiz,  11.  Kitabüz-zəkat,  12.  Kitabül-fitrə,  13. 
Kitabu qismətüs-sədəqati bil-əxmas vəl-ənfal, 14. Kitabül-cihad və sirətül-imam, 15. 
Kitabül-
cizyə, 16. Kitabu qismətil-qənaim, 17. Kitabüs-sülh, 18. Kitabül-həvalə, 19. 
Kitabüd-
zəmanət,  20.  Kitabüş-şirkət,  21.  Kitabül-vəkalət,  22.  Kitabül-əqrar,  23. 
Kitabül-
ariyə,  24.  Kitabül-qəsb,  25.  Kitabüs-sufə,  26.  Kitabül-fəraiz,  27.  Kitabül-
musaqət,  28.  Kitabül-icraat, 29. Kitabül-məzariyə,  30.  Kitabu-əhyail-məvat,  31. 
Kitabül-
vuquf vəs-sədəqat, 32. Kitabül-hübat, 33. Kitabül-lüğə, 34. Kitabül-vəsaya, 
35. Kitabül-
vədiə,  36.  Kitabün-nikah, 37. Kitabüs-sidaq, 38. Kitabül-qəsəm,  39. 
Kitabül-
xəli, 40. Kitabüt-talaq, 41. Kitabür-risət, 42. Kitabül-ila, 43. Kitabüz-zihar, 
44. Kitabül-
ləan,  45.  Kitabül-ədəd,  46.  Kitabür-rida, 47. Kitabün-nəfəqat,  48. 
Kitabül-itq, 49. Kitabül-
məkatəb,  50.  Kitabül-müdbir, 51. Kitabu  ümməhatil-əvlad, 
52. Kitabül-iman, 53. Kitabün-nüzur, 54. Kitabüs-
saydi  vəz-zəbaih.  55.  Kitabül-
ətimə, 56. Kitabüs-səbəq vər-rəmy, 57. Kitabül-cərah, 58. Kitabüd-diyat, 59. Kitabül-
qəsamət, 60. Kitabu kəffarətil-qətl, 61. Kitabu qitali-əhlil-bəğy, 62. Kitabül-mürtəd, 
63. Kitabül-hüdud, 64. Kitabüs-
sirqət, 65. Kitabu qitait-təriq, 66. Kitabül-əşribə, 67. 
Kitabül-qital 
əhlir-riddə,  68.  Kitabüd-difa  ənin-nəfsi  vüsulil-bəhaim,  69.  Kitabu 
adabil-
qəda, 70. Kitabüş-şəhadat, 71. Kitabüd-dəvai vəl-bənat.
605
  
Şeyx  Tusinin  “əl-Məbsut”  əsəri  hicri  1270-ci  ildə  Tehranda  çap  edilmişdir.
606
 
Əsərin digər nəşri isə hicri 1278-ci ildə Tehranda ikinci dəfə nəşr edilmişdir.
607
 
“əl-Məbsut” əsərinin ehtiva etdiyi mövzular heç şübhəsiz ki, zəngindir. Biz bunu 
həmin əsərə nəzər salarkən açıq-aşkar görməkdəyik. Belə ki, bəzi mənbələr bu əsərdə 
cəmi yetmiş bir kitabın (ana bölümün) olduğu haqqında məlumatlar verməkdədir.
608
  
6
. Tusinin qələmə aldığı digər mühüm əsərlərdən də biri “ən-Nihayə fi mücərrəd 
əl-fiqh”  əsəridir.  Bu  əsər  fiqh  elmini  ehtiva  edir  və  hədislərə  daha  çox  istinad 
etməkdədir. Bu əsər fiqhə aid böyük əsər hesab olunur və 22 bölümdən, 215 babdan 
601
 Əyanüş-şiə, c. IX, səh. 165; Şeyx Tusi, Təhzibül-əhkam, c. I, səh. 47 
602
 Seyid Əbülqasim əl-Xoyi, Möcəmu ricalil-hədis, c. XV, səh. 243 
603
 İslam Ensiklopediyası, c. XII, səh. 232 
604
 Əyanüş-şiə, c. IX, səh. 166 
605
 Möcəmu ricalil-hədis, c. XV, səh. 245 
606
 Möhsün 
əl-Əmin, Möhsün əl-Əmin, Əyanuş-şiə, səh. 166 
607
 İslam Ensiklopediyası, c. XII, səh. 132 
608
 Seyid Əbülqasim əl-Xoyi, Möcəmi ricalil-hədis, səh. 245; İbn Şəhr Aşub, Məalimül-üləma, səh. 766 
[149] 
 
                                                 

ibarətdir. Əsər hicri 1276-cı ildə Tehranda, 1342-ci hicri ilində isə yenə də Tehranda 
farsca tərcüməsi ilə birlikdə nəşr edilmişdir.
609
 
7
. Şeyxin  digər mühühüm əsərlərindən biri də “İxtiyarür-rical” əsəridir. Bu əsər 
Əmr  bin  Məhəmməd  bin  Ömər  bin  Əbdüləziz  əl-Kəşşinin  (öl.385/995)  “Risalə” 
əsərinin  tərtib  edilməsi və islahı  surətiylə  meydana  gəlmişdir.
610
 
Əsər  hicri  1317-ci 
ildə Bombeydə, Nəcəfdə və ayrıca Həsən əl-Müstəvfi tərəfindən Məşhəd Universiteti 
nəşriyyatında 1348-ci ildə nəşr edilmişdir. 
8.
əl-Əbvab. Bu əsər Peyğəmbərin (s) və İmamların (ə) hər birinin səhabələrinin 
sayına  görə  tərtib  edilmişdir.  Bu  əsər  “Ricalu  Şeyxit-Taifə”  adlanır.  Əsərin  rical 
kitabları  arasında  çox  mühüm  yeri  vardır.  Bu  səbəbdəndir  ki,  bu  əsər  “Üsuli-
ric
aliyyə”nin əsaslandıran sayılır.  
9.
Şeyx  Tusinin  əsərləri  içərisində  ehtiva  etdiyi  mövzusuna  görə  ən 
önəmlilərindən  biri  də  “Üsulül-əqaid”  əsəridir.  O,  bu  əsərində  əqidə  elminin 
əsaslarından və prinsiplərindən bəhs etmişdir.  
10.
Digər  bir  əsəri  isə  “əl-İqtisadül-hadi  ilə  təriqiz-rəşad”  əsəridir.  Alim  bu 
əsərində əqidə əsasları və şəri ibadətlərin insana vacib olma surətindən bəhs etmişdir. 
11.
əl-Amali. Buna “əl-Məcalis” də deyirlər. Bu əsər hicri 1313-cü ildə Tehranda 
çap edilmişdir. 
12.Ünsül-
vəhid. O, bu əsərini “əl-Fihrist”  əsərində qeyd etmişdir. 
13.
əl-İcaz. 
14.
ət-Tibyan  fi  təfsiril-Quran.  Bu  əsər  Quran  elmləri  və  Quran  təfsirinə  aid 
əsərlər içərisində ən mühüm və ən qiymətli bir əsər hesab edilir. Müəllif bu əsərinin 
ön  sözündə  zamanına  qədər  heç  bir  şiə  aliminin  tam  Quran  təfsiri  hazırlamamış 
olmasından  bəhs  etməkdədir.  Onun  bu  əsəri  İslam  alimləri,  xüsusilə  də  Quran 
təfsirçiləri arasında yüksək səviyyədə qiymətləndirilmiş və haqqında qiymətli fikirlər 
deyilmişdir. Onun haqqında əvəzsiz söz söyləyənlərdən biri də “İmamül-müfəssirin” 
və  “əminül-müslümün”  ləqəbləri  ilə  tanınmış  məşhur  Quran  təfsirçisi  ət-Təbərisi 
“Məcməül-bəyan fi təfsiril-Quran” adlı əsərinin müqəddiməsində yazırdı: “O elə bir 
kitabdır ki, ondan haqqın nuru əldə edilir. Onda doğruluğun qapısı görünür, o bədi 
sirlərin mənalarını ehtiva edir və geniş dilin kəlmələrini öz içərisinə alır..”
611
 
Hətta Şeyx Tusiyə qarşı sərt mövqedə dayanan Şeyx Məhəmməd bin İdris əl-İcli 
(öl.598 h/q) həmişə onun böyük əsərlərinə qarşı çıxmasına və onları rədd etməsinə 
baxmayaraq “ət-Tibyan” əsərinə yüksək qiymət vermiş və onun böyük şənini etiraf 
etmişdir.
612
  
Onun bu əsəri iki böyük cild halında hicri 1316-1317-ci illərdə Tehranda, digəri 
isə 1382-ci ildə Nəcəfdə on cild halında çap edilmişdir.
613
 
609
 İslam Ensiklopediyası, c. XII, səh. 132 
610
 Əyanüş-şiə, c. IX, səh. 165 
611
 Möhsün əl-Əmin, Əyanuş-şiə, c. IX, səh. 165 
612
 həmin mənbə, c. IX, səh. 165 
613
 İslam Ensiklopediyası, c. XII, səh. 131 
[150] 
 
                                                 

15.
Təlxisüş-Şafi. Bu  əsər  imamət  haqqındadır.  Bu  əsəri  o,  Seyid  Mürtəzanın 
“Elmül-
hüda”  əsərindən  iktibas  etmişdir.  Əsər  hicri  1301-ci  ildə  Tehranda çap 
edilmişdir. 
16.
Təmhidül-üsul. Bu əsər Şeyx Tusinin ustadı Seyid Mürtəzanın “Cüməlül-ilmi 
vəl-əməl” adlı əsərinin şərhidir. 
17. 
əl-Xilaf fil-əhkam. Bu əsərə bəzən “Məsailül-xilaf” da deyilməkdədir. Şeyx 
Tusi bu əsərini fiqh kitablarının tərtibi kimi tərtibləmişdir. Mənbələrin məlumatlarına 
görə bu əsərini o, “Təhzibül-əhkam” və “əl-istibsar” əsərlərindən əvvəl yazmışdır.
614
 
Bu əsər iki böyük cild halındadır. Əsər Seyid Mirzə Bağır əl-Qazinin kitabxanasında, 
Təbriz şəhərində mövcuddur.  
18.
Riyazətül-üqul. Bu əsərini O, “Müqəddimə fil-mədxəl ilə elmil-kəlam” adlı 
digər bir əsərinə şərh olaraq yazmışdır. 
19.
Şərhüş-şərh.  Tusinin  bu  əsəri  üsul  elminə  (metodologiyaya)  aiddir.  Onun 
tələbəsi  əl-Həsən  bin  Mehdi  əs-Səliqinin  dediyinə  görə  Şeyx  Tusi  bu  əsərini  “əl-
Fihrist” əsərində qeyd etməmişdir.
615
 
20.
əl-Üddə fil-üsul. Şeyx Tusi bu əsərini ustadı Seyid Mürtəza həyatda olarkən 
qələmə almışdır.  O, bu məşhur əsərini iki hissəyə ayırmışdı. Birinci hissədə üsulid-
din  (dinin  əsasları),  ikinci  hissədə  isə  üsulul-fiqhdən  (İslam  hüquq 
metodologiyasından) bəhs etmişdir. O, bu əsərində fiqh üsulunun bütün mövzularını 
ələ almışdır. Həqiqətən onun bu əsərinə nəzər saldıqda məlum olur ki, Tusi təqlidçi 
deyil, novatorçu alimlərdəndir. O, bu əsərində göstərmişdir ki, fiqh üsulunu yazmaq 
ancaq bu elmin təməl prinsiplərini bilənlərə məxsusdur, əks halda bu elmə aid əsər 
yazanlar müqəllid simasında olacaqlar. 
Şeyx Tusinin bu əsəri üsul mövzusuna aid yazılmış ən iri həcmli və ən dəyərli 
əsərdir. Əsər hicri 1312-ci ildə Bombeydə, ikinci dəfə hicri 1314-cü ildə İranda çap 
edilmişdir.
616
  
21.
əl-Ğeybə. 
22.
əl-Fihrist. Onun ən məşhur əsərlərindəndir. Müəllif bu əsərində demək olar ki, 
kitab  müəlliflərinin  adlarını  qeyd  etmişdir.  İmamiyyə  məzhəbli  alimlər  bu  əsərə 
böyük  etimad  göstərmiş  və  onu  rical  elmi  sahəsində  dəyərli  bir  əsər  olduğunu 
demişlər. Tusinin bu əsərini Şeyx Süleyman əl-Mahuzi (öl. 1121 h/q) şərh etmiş və 
onu “Məaricül-kəmal ilə mərifətir-rical” adlandırmışdır. “əl-Fihrist” əsərini Şeyx Əli  
əl-Məqşai əl-Əsbəği əl-Bəhrani (öl.1127 h/q) rical üslubu əsasında tərtib etmişdir.
617
  
Əl-Fihrist əsəri bir neçə illər bundan əvvəl Seydonda, ikinci dəfə isə Kəlkuttə 
hicri 1271-
ci  ildə  çap  edilmişdir.
618
 
Sonralar  bu  əsər  hicri  1356-cı  ildə  Nəcəfül-
əşrəfdə  Seyid  Məhəmməd  Sadiq  Ali  Bəhrilülumun  əlavə  müqəddiməsi  ilə  çap 
edilmişdir. 
614
 Möhsün əl-Əmin, Əyanüş-şiə, c. IX, səh. 166 
615
 h
əmin mənbə, IX cild, səh. 166 
616
 Təhzibül-əhkam, c. I, səh. 49 
617
 Əyanüş-şiə, c. IX, səh. 166 
618
 həmin mənbə 
[151] 
 
                                                 

Tusinin bu məşhur əsəri müsəlman aləmində yazılmış və qədirli və ən qiymətli 
əsər hesab edilməklə yanaşı, həm də rical elmi sahəsində çalışanlar üçün bir mötəbər 
qaynaqdır.  
Məlum  olduğu  kimi,  istər  Şeyx  Tusidən  əvvəl,  istərsə  də  ondan  sonrakı 
dövrlərdə fihrist yazan müəlliflər çox olmuşdur. Amma təəssüflər olsun ki, bu yazılan 
əsərlərdən  bir  hissəsi  dövrümüzədək  gəlib  çıxmamış  və  dövrümüzə  yetişənlər  də 
Tusinin fihristinin səviyyəsinə yetişə bilməmişdir. Şeyx Tusinin “əl-Fihrist” əsəri bu 
ad  altında  yazılan  əsərlər  içərisində  müfəssəl  olması  baxımından  ən  öndə 
gələnlərdəndir.  
Həmçinin  ən-Nəcaşinin  də  “Fihrist”  əsəri  olmuşdur.  Onun  qələmə  aldığı 
“Fihrist”  əsəri  Tusinin  əsərindən  əvvəl  və  ya  sonra  yazılması  alimlərin  tədqiqatı 
nəticəsində tam şəkildə ortalığa qoyulmasa da mənbələr Tusinin əsərinin daha əvvəl 
yazıldığı  qənaətindədir.  Bu  barədə  Seyid  Əli  əl-Xamnei  yazır: “Ehtimal edilir ki
Nəcaşinin kitabı Şeyx Tusinin kitabından bir müddət sonra yazılmışdır. Nəcaşi Şeyx 
Tusini və onun kitablarını öz fihristində qeyd etmişdir.”
619
 
Şeyx Tusi “Fihrist” əsərində doqquz yüz şəxsdən və onların əsərlərindən bəhs 
etmişdir.
620
 
O, bu əsərini yazan zaman onun müqəddiməsində qeyd etmişdir ki, yalnız 
cərh və tədil etdiyi şəxslərin hər biri haqqında və onların rəvayətlərinin etimadlı olub 
olmaması  haqqında  məlumat  verəcəkdir.  Lakin  o,  əməli  surətdə  bu  üslubuna  xilaf 
çıxmış və bəzi nadir halları çıxmaq şərti ilə heç kəsi cərh və tədil etməmiş və daha 
doğrusu bu işdən çəkinmişdir. Onun “Fihrist” əsərində təkcə İmamiyyə məzhəbinin 
deyil, o cümlədən qeyri-imamiyyə  məzhəbli olan fəthiyyə və  vaqifiyyə firqəsindən 
olan şəxslərdən də bəhs edilmişdir.
621
  
Tusinin  “Fihrist”  əsərinin  tərtibinə  gəldikdə  demək  olar  ki,  o,  bu  əsərini heca 
hərflərinə  uyğun  bab  açmış  və  hər  ismi  uyğun  gələn  babın  altında  yerləşdirmişdir. 
Məsələn,  əlif  hərfinə    məxsus  bir  baba  nəzər  salsaq  orada  uyğun  gələn  adlara, 
məsələn, Əsbəğ, İdris, Əsrəm adlarına rast gələrik.
622
 
“Fihrist”  əsəri  1356-cı  hicri  ilində  Nəcəfdə  Heydəriyyə  mətbəəsində  Seyid 
Məhəmməd  Sadiq  Ali  Bəhrülülumun  təshihi  və  müqəddiməsi  ilə  çap  edilmişdir. 
Başqa bir çapı isə hicri 1380-ci ildə gerçəkləşmişdir.  
Bundan əvvəllər isə əsər 1271/1853-ci ildə Hindistanda çap edilmişdir.  
23.Ma  la  yəsə  əlmükəlləf  əl-ixlal  bihi.  Şeyx  bu  əsərini  kəlam  elminə  həsr 
etmişdir. 
24.Ma yü
əllil  və  ma  la  yüəllil.  Bu  əsərdə  həmçinin  kəlam  elminə  həsr 
edilmişdir. 
25.Mü
xtəsər  əxbaril-Muxtar  bin  Əbi  Übeydə  əs-Səqəfi.  Bu  əsərə  bəzən 
“Əxbarül-Muxtar” da deyilir. 
26.
Müxtəsərül-misbah. Bu əsərini Şeyx dualar və ibadətlərə həsr etmişdtr. 
27.
Məsələ fil-əməli bi xəbəril-vahid və bəyan həciyyətihi. 
619
 əl-Üsulu ərbəə fi ilmir-rical, səh. 46 
620
 həmin mənbə 
621
 həmin mənbə, səh. 49 
622
 bax: həmin mənbə 
[152] 
 
                                                 

28.
Məsələ fi təhrimil-fiqa. 
29.
Məsələ fi vücubil-cizyə ələl-yəhudi vəl- müntəminə ilə əbabirə. 
30.
Məsail ibn Bəraci. 
31.
əl-Fərq beynən-nəbiyyi vəl-imam. Bu əsər də kəlam elminə məxsusdur. 
32.
əl-Məsailül-İlyasiyyə. 
33.
əl-Məsailül-Cənbəlaiyyə. Bu fiqhə məxsus əsəridir.  
34.
əl-Məsailül-hairiyyə fil-fiqh. 
35.
əl-Məsailül-hələbiyyə. Bu da fiqhə məxsusdur. 
36.
əl-Məsailül-Diməşqiyyə fi təfsiril-Quran. 
37.
əl- Məsailür-raziyyə. 
38.
əl-Məsailür-rəcəbiyyə. 
39.
əl-Məsailül-Qummiyyə. 
40.Misbahül-
mütəhəccid. 
41.
əl-Müfəssəh.  Bu  əsər  imamət  barəsindədir.  Əsər  Şeyx  Tusinin  mühüm 
əsərlərindəndir. Bu əsərin bir nüsxəsi Hindistanda mövcuddur. Əsərin bir nüsxəsini 
Mirzə  Hüseyn  ən-Nuri  əldə  etmişdir.  Onun  əldə  etdiyi  nüsxə  əbil-Məhasin  bin 
İbrahim bin Hüseyn bin Babuvcuhun xətti ilə yazılmışdır. Onun bu yazısı hicri 517-ci 
ilə təsadüf etməkdədir.
623
  
42.
Məqtəlül-Hüseyn (ə). 
43.
Müqəddimə fi mədxəli ilə elmil-kəlam. 
44.
Mənasikül-həcc fi mücərrədil-əməl. 
45.
ən-Nəqdu ələ İbn Şazan fi məsələtil-ğar. 
46.
ən-Nihayə fi mücərrədil-fiqh fəl-fətva. Bu əsər fiqh elmi və xəbərlərin mətni 
baxımından ən qiymətli əsərlərdən hesab edilir. 
47.
Hidayətül-müstərşid  və  bəsirətil-mütəəbbid.  Bu  əsər  də  dua  və  ibadətlərə 
aiddir.
624
 
Xülasə olaraq bunu demək lazımdır ki, həqiqətən də Şeyx Tusinin yaradıcılığı 
çox  zəngin  olub,  İslam  elmlərinin  bütün  sahələrinə  aid  məsələlərə  toxunmuş  və 
mövcud problemlərin düyününü öz qələmi ilə açmışdır. Zəmanəsinin böyük fəzilət və 
düha sahibi olan Tu
sinin əsərləri elmi, fəlsəfi və irfani baxımdan böyük bir əhəmiyyət 
daşımaqdadır. O, dini problemlər sahəsində sağlam və dəyərli fikirlər söyləyən böyük 
mühəddis və fəqihdir.  
Şeyx  Tusinin  yaradıcılığı  nəinki  hədis  elminin,  həm  də  digər  dini  elmlərin, 
müsəlman  ümmətinin    təfəkkür  tərzinin  zirvəsi  kimi  qiymətləndirilməlidir.  O,  orta 
əsrlərin müsəlman aləminin böyük müctəhidi idi. O, dini elmləri, xüsusilə də hədis, 
fiqih,  təfsir,  kəlam  və  s.  elmləri  böyük  bacarıqla  inkişaf  etdirmişdi.  Şeyx  Tusi 
dövrünün böyü
k  alimlərindən  bəhrələnsə  də  onların  yolunu  təqlidçiliklə  deyil,  öz 
orijinallığı və novatorçuluğu ilə davam etdirmişdir. Həmçinin o, dini fikir tarixinin 
inkişafına böyük təsir göstərmiş filosoflardan biridir. 
623
 Əyanüş-şiə, c. IX, səh. 166 
624
 Əyanüş-Şiə, c. IX, səh. 166; S. Ə. Xoi, Möcəmu ricalil-hədis, c. XV, səh. 244; Şeyx Tusi, Təhzibül-əhkam, c. I, səh. 
50 
[153] 
 
                                                 

Həqiqətən Tusinin əqaid və əxlaq elminə dair əsərlərindən belə məlum olur ki, 
insanların qurtuluş və xoşbəxtliyini yalnız dində və yüksək əxlaqi keyfiyyətlərə malik 
olmaqda görür.  O, əxlaqi  problemlər sahəsinə də toxunmuş və öz fəlsəfi fikirlərini 
tam açıqlığı ilə ortaya qoymuşdur.  
Hədis tarixində özünəməxsus mövqe qazanmış bu böyük şəxsiyyətin görüşləri 
böyük maraq doğurmuş və elm tarixində müsəlmanların fəxrinə çevrilmişdir. 
Bu gün onun 
müsəlmanlar  içərisindən  getməsinin  az  qala  min  il  ötməsinə 
baxmayaraq  cəsarətlə  demək  olar  ki,  o,  cismən  dünyadan  getsə  də,  səsi  hələ  də 
dünyanın müxtəlif bölgələrindən gəlməkdədir. Bunu onun əsərlərinin müxtəlif dillərə 
tərcümə  olunması  və  dünyanın  müxtəlif  millətlərindən  və  bölgələrindən  olan 
şəxslərin onun əsərlərini öyrənməsindən görməkdəyik.    
Tusinin elmin müxt
əlif  sahələrinə  aid  dəyərli  fikirlər  söyləməsi  böyük 
əhəmiyyət kəsb etməkdədir. Belə ki, o, fiqh, hədis, kəlam, təfsir, üsul elmlərinə aid 
yazdığı  əsərlərində  bu  elmlərə  məxsus  problemlərə  toxunmuş  və  onların  həlli 
yollarını  göstərmişdir.  Şeyx  Tusi  adı  çəkilən  elmlər  sahəsində  məfhumların  şərhini 
vermiş və demək olar ki, dövrünədək alimlərin atmadığı addımları atmışdır.  
 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin