N Ə T C Ə
“Xarici işlər sahəsində dövlət idarəetməsi” mövzusunun biz hüquqşünaslar və polis
ə
məkdaşları üçün həm nəzəri həm də təcrübi cəhətdən böyük əhəmiyyəti vardır. Sualların
açıqlanması ilə siz hiss etdiniz ki, dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici
işlər sahəsində dövlət idarəetməsinin təşkili və onun həyata keçirilməsidir.
Bu mövzunun köməkliyi ilə xarici işlər sahəsində dövlət idarəetməsinin həyata
keçirilməsinə ümumi rəhbərliyin və bilavasitə rəhbərliyin həyata keçirilməsinin təşkilati-
hüquqi formalarını öyrənmiş olduq.
Mövzumuzun ikinci sualının köməkliyi ilə Xarici şlər Nazirliyinin və onun
orqanlarının əsas vəzifələri, funksiyaları və hüquqları haqqında anlayış əldə etmiş olduq.
Bundan əlavə biz öyrəndik ki, xarici dövlətlər ərazisində Azərbaycan Respublikası Xarici
ş
lər Nazirliyinin orqanları öz vəzifələrini, funksiyalarını və hüquqlarını hansı normativ-
hüquqi aktlar əsasında həyata keçirirlər.
Ə
n nəhayət onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası öz
müstəqilliyini qazandıqdan və xarici ölkələrlə qarşılıqlı əlaqələrini genişləndirdikcə
Azərbaycan Respublikasına gələn xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin
sayı gündən-günə artır. Ona görə də biz mövzumuzun üçüncü sualının köməkliyi ilə xarici
vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək və
Azərbaycan Respublikasından getməklərinin əsaslarını və qaydalarını öyrənmiş olduq.
Yuxarıda göstərdiklərimizə əsaslanaraq qeyd etmək lazımdır ki, bü günkü
mövzumuzun hər bir hüquqşünas üçün qarşısında duran vəzifələrin yerinə yetirilməsində
böyük əhəmiyyəti vardır.
MÖVZU № 21 “ TƏHS L SAHƏS NDƏ DÖVLƏT DARƏETMƏS ”.
P L A N:
409
G R Ş
10.
Təhsil sahəsində dövlət idarəetməsinin anlayışı və təşkilati-hüquqi əsasları.
11.
Ali təhsil müəssisələrinin hüquqi vəziyyətləri, növləri və onların fəaliyyətinə
rəhbərliyin həyata keçirilməsi qaydası
12.
Polis Akademiyası-dövlət ali təhsil müəssisəsi kimi.
N Ə T C Ə
Ə
D Ə B Y Y A T:
31.
Azərbaycan Respublikasının Konstitusiyası.
32.
“Təhsil haqqında”Azərbaycan Respublikasının Qanunu.19 iyun 2009-ci il.
33.
“Ali təhsil müəssisələrinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı.30 mart 1995-ci il.
34.
“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 13 iyun 2000-ci il.
35.
“Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramının təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 15 iyun 1999-cu il.
36.
“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
29 iyul 1999-cu il.
37.
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 747 №-li Fərmanı, 2 sentyabr 1993-cü il.
8. A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
9. E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
10.V.M.Monax, Ö.S.Aduşmin, Z.A.Baqişaev.“Rossiyskoe admi-nistrativnoe pravo”.
Dərslik. M., 1997-ci il.
11.A.P.Alexin, A.A.Kormolitskiy, E.M. Kozlov. “Administratisnoe pravo Rossiyskoy
Federaüii”. Dərslik. M., 1997-ci il.
12. A.P. Korenev. “Administrastivnoe pravo”. Dərslik. M., 1999-cu il.
G R Ş
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyat fəaliyyətinin mühüm bir sahəsidir.
Təhsil sahəsi elə bir sahədir ki, cəmiyyət üzvlərinin, əhalinin, demək olar ki, tam
ə
ksəriyyəti bu sistemlə bağlıdır. Təhsil sahəsi cəmiyyət üzvlərinin tam əksəriyyətini həm
maraqlandırır, həm də onların bu və ya digər şəkildə iştirakını tələb edir. Təhsil sahəsi
cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir.
Mövzunun əhəmiyyətini dərk edərək mövzunu plan üzrə iki hissəyə bölürük. Birinci
hissədə təhsil sahəsində dövlət idarəetməsinin anlayışını, onun konstitusiya-hüquqi
ə
saslarını açıqlamaqla yanaşı, təhsilin növlərini, onların xarakteristikasını açıqlayacağıq.
Burada biz, həm də təhsil sisteminin təkmilləşdirilməsi sahəsində dövlət tədbirləri, bu
410
sahənin fəaliyyətini tənzimləyən qanunvericilik aktları haqqında qeyd edəcəyik. Birinci
sualda bunlarla yanaşı təhsil sistemində dövlət idarəetməsinə ümumi və bilavasitə
rəhbərliyi həyata keçirən orqanlar barədə hüquqi biliklər əldə edəcəksiniz.
Mövzunun ikinci sualında D N-in ali təhsil müəssisəsi olan Polis Akademiyası
dövlət ali təhsil müəssisəsi kimi haqqında olacaqdır. Ölkəmizdə aparılan hüquqi islahatlar,
demokratikləşdirmə,
habelə
idarəetmə
mexanizminin
və
təhsil
sisteminin
təkmilləşdirilməsi prosesi daxili işlər orqanları üçün ixtisaslı kadrlar hazırlayan D N-in
təhsil müəssisələrinin də beynəlxalq standartlara uyğunlaşdırılmasını tələb edir. Bu
məqsədlə daxili işlər orqanlarının ali hüquq təhsilli mütəxəssislərə olan tələbatını ödəyən
Polis Akademiyasının vəzifələri, hüquqları, strukturu və Akademiyaya rəhbərlik haqqında
ə
ldə etdiyiniz biliklər əlbəttə ki, əhəmiyyətli olacaqdır.
Beləliklə, mövzumuzun birinci sualının açıqlanmasına keçək.
SUAL I. Tə hsil sahə sində dövlə t idarə etmə sinin anlayış ı və təş kilati-hüquqi
ə
sasları.
Təhsil cəmiyyətin bütün üzvlərini əhatə edən, onları daim düşündürən, dövlətin,
dövlətçiliyin təməlində duran ümummilli məsələdir. YUNESKO XXI əsri “Təhsil əsri”-
“ ntellekt əsri” elan etmişdir.
Azərbaycan halqının ümummilli lideri H.Əliyev qeyd etmişdir: “Azərbaycanda
yaranmış təhsil sistemi bizim böyük sərvətimizdir və XXI əsrə biz müstəqil olaraq, həmin
bu sərvətlə, həmin bu böyük potensialla başlamışıq…”
Bu mənada Azərbaycan əhalisinin 2 milyonundan çoxunu təhsil prosesinin birbaşa
iştirakçısı olan təhsil alanlar və təhsil verənlər təşkil edir. Belə bir şəraitdə təhsilin bu
günü, sabahkı taleyi hər bir Azərbaycan vətəndaşını, bütövlükdə Azərbaycan dövlətini hər
an maraqlandıran prioritet sahədir. Azərbaycan təhsilinin inkişafını qabaqcıl ölkələrin
təhsil sistemlərinə inteqrasiyasız, onlardan təcrid edilmiş şəkildə təsəvvür etmək mümkün
deyildir.
Azərbaycanın dövlət müstəqilliyinə qovuşması təhsil sahəsində beynəlxalq əlaqələrin
genişlənməsinə real şərait yaratmışdır.
Təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateci əhəmiyyəti ilə
fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas konstitusion
hüquqlarındandır.
Təhsilin ümumi məsələləri Azərbaycan Respublikasının hakimiyyət orqanları, eləcə
də onun mərkəzi və yerli hakimiyyət orqanlarının səlahiyyətlərinə aid edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi “Təhsil hüququ”
adlandırılmış və özündə aşağıdakıları müəyyən etmişdir:
I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
411
IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam
etdirməsinə dövlət zəmanət verir.
V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.
2009-cu il 19 iyun tarixli “Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu”
təhsil sisteminin ümumi əsaslarını müəyyən edir. Bu Qanuna əsasən Azərbaycan
Respublikasında təhsil dünyavi və fasiləsiz xarakter daşımaqla, vətəndaşların, cəmiyyətin
və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.
Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq
konvensiyalara və Azərbaycan Respublikasının tərafdar çıçxdığı digər beynəlxalq
müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi
ə
sasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
Təhsil qanunvericiliyinə daxildir: Azərbaycan Respublikasının Konstitusiyası,
Təhsil haqqında Qanun; təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və
Azərbaycan Respublikasının tərəftar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.(mad.2.1)
Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya
hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və
təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən
edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst
fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. (mad.2.2)
Təhsil Qanunu Azərbaycan Respublikasının ərazisində olan bütün təhsil
müəssisələrinə, müvafiq orqan və təşkilatlara şamil edilir. Azərbaycanın təhsil sistemi
həmin Qanun əsasında fəaliyyət göstərir.
Təhsil qanunvericiliyini pozanlar qanunla müəyyən olunmuş qaydada məsuliyyət
daşıyırlar.
Təhsil qanunvericiliyinin vəzifələri aşağıdakılardır:
- təhsil sahəsində dövlət siyasəti prinsiplərinin müəyyən edilməsi;
- təhsil sisteminin sərbəst fəaliyyət göstərməsi və təhsilin inkişafı üçün hüquqi
təminat yaradılması;
- hüquqi şəxslər və təhsil subyektlərinin hüquq və vəzifələrinin, səlahiyyət və
məsuliyyətinin müəyyən olunması;
- vətəndaşların təhsil haqqında konstitusiya hüquqlarının təmin olunması və müdafiəsi.
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri:
-humanistlik-milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının,insan
hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı
və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması;
-demokratiklik-təhsilalanların alanların azad düşüncə ruhunda tərbiyə edilməsi,
təhsilin dövlət- ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların
genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması;
-bərabərlik- bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar
yaradılması və təhsil hüququnun təmin olunması;
-millilik və dünyəvilik-milli və ümumbəşəri dəyərlərin qorunması və onların
dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və
inkişaf etdirilməsi;
-keyfiyyətlilik-təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə,
şə
xsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uygunluğu;
412
-səmərəlilik-təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə
istiqamətlənən müasir metodlarla təşkili;
-fasiləsizlik, vəhdətlik, daimilik-mövcud təhsil standartları, tədris proqramları və
planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı
pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün
həyatı boyu ardıcıl davam etməsi;
-varislik-təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti
nəslə (dövrə) ötürülməsi;
-liberallaşma-təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
- inteqrasiya-milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada
qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.
Tə hsil hüququna dövlə t tə minatı:
1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına
təminat verir vətəhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum
edilməsinə yol vermir (mad.5.1);
2.Dövlət
cinsindən,
irqindən,
dilindən,
dinindən,
siyasi
ə
qidəsindən,
milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı
olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol
verilməsinə təminat verir (mad.5.2);
Müəyyən peşələr və ixtisaslar üzrə hökumət tərəfindən yaş həddinə, habelə cinsə,
sağlamlığa, mühakimə olunmaya görə məhdudiyyətlər qoyula bilər.
3.Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə
qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil
müəssisələrinə qəbul olunma, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların
seçilməsində, biliyin qiymətləndiril-məsində, məzunların işlə təmin edilməsində, təhsilin
növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasinda və təhsil sahəsində digər
məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir (mad.5.3);
4.Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna
malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə
uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir
(mad.5.4);
Həmin təhsil müəssisələrində əlavə pullu təhsil qrupları da yaradıla bilər.
5.Dövlət əmək bazarının tələblərinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı kadr
hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin olunmasına şərait
yaradır (mad.5.5);
6.Dövlət maddi vəziyyətindənasılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam
etdirilməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır
(mad.5.6);
7.Dövlət milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiyaların
tətbiqinə təminat verir (mad.5.7);
8.Dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və
proqramlar həyata keçirir (mad.5.8).
413
Yeni qəbul edilmiş “Təhsil haqqında” Qanun bu sahədə dövlət standartlarını
açıqlayıb-fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər
ə
sasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini
aks etdirən ümumi normalar məcmusudur (mad.6.1).
Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar,
milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir (mad.6.2).
Bu standartlar və onların quvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir (mad.6.3)
Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və
tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil
pilləsində
təhsilalanlarının
bilik,
bacarıq
və
vərdişlərinin
səviyyəsini
müəyyənləşdirir(mad.6.4).
Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili
təmin olunur(mad.6.5).
Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsində,akkreditasiyada və attestasiyada müvafiq dövlət
təhsil standartları əsas götürülür(mad.6.6).
Sağlamlıq imkanlarıməhdud şəxslərin təhsili üçün xüsusi dövlət standartları müəyyən
edilir(mad.6.7).
Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili-Azərbaycan
dilidir(mad.7.1).
Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, xüsusi hallarda
(Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ya müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində Azərbaycan dili,
Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris
olunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə dəaparıla bilər
(mad.7.2).
Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil
olunur (mad.7.3).
Təhsil sisteminin quruluşuna aşağıdakılar daxildir:
-bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri
ğ
östərən digər qurumlar,təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi tədqiqat
institutları və informasiya mərkəzləri, layihə, istehsal,kliniki, ictimai iaşə, tibbi-profilaktik
və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, kampuslar, mədəni-
maarif müəssisələri və təşkilatları, kitabxanalar, yataqxanalar, düşərgələr və digər
infrastruktur obyektləri;
-təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə və
təşkilatlar;
-təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assosiasiyalar,
cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar.
Təhsil sisteminin başlıca vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa, praktiki
hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşünə malik olan və
onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq, soy kökünə, Azərbaycan
xalqının azadlıq və demokratiya ənənələrinə bağlı olan, xalqının milli, əxlaqi, humanist,
414
mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, onları qoruyan və daim inkişaf etdirən,
ailəsini, vətənini, millətini sevən və daim ucaltmağa çalışan, ümumbəşəri dəyərlərə
yiyələnən, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən,
biliyinə, yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə dünyanın ən
qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirmək və
bununla yüksək sivilizasiyalı cəmiyyət qurmağa, Azərbaycanı dünyanın ən inkişaf etmiş
demokratik dövlətlərindən birinə çevirməyə qadir olan insan tərbiyə etməkdir.
Azərbaycan
Respublikasında
aşağıdakı
təhsil
formaları
tətbiq
olunur:
-
formal;
-qeyri-formal;
-informal.
Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:
-əyani;
-
qiyabi;
-
distant
(məsafədən);
-
sərbəst
(eksternat).
Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə
təhsil
və
fərdi
təhsil
təşkil
oluna
bilər.
Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq
edilə
bilər.
Azərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri
fəaliyyət
göstərir:
-dövlət;
-bələdiyyə;
-özəl.
Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək
məqsədi
güdmür.
Təhsil
müəssisəsinin
aşağıdakı
tipləri
və
növləri
müəyyən
edilir:
- mə ktə bə qə də r təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq
bağçası,
xüsusi
uşaq
bağçası);
-ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri,
ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq
imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar,
liseylər
və
digər
müəssisələr);
- məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mərkəzləri, uşaq-gənclər
idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri, ekoloji tərbiyə və təcrübə mərkəzləri,
texniki yaradıcılıq mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş
mərkəzləri,
estetik
tərbiyə
və
bədii
yaradıcılıq
mərkəzləri
və
s.);
- ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri);
-
Dostları ilə paylaş: |