N Ə T C Ə
Azərbaycan xalqı tarixinin ən mürəkkəb eyni zamanda ən şərəfli dövrünü yaşayır-
müstəqilliyin çətin yolları ilə irəliləyərək hörmətli Prezidentimiz .Əliyevin rəhbərliyi
387
altında demokratik, sivil bir cəmiyyət qurur. Bu isə ölkənin ictimai-siyasi, iqtisadi, hərbi,
mədəni həyatının bütün sahələrində köklü islahatlar və təhlükəsizlik sistemində həyata
keçirilən hüquqi islahatlar artıq həmin arzuları reallığa çevrib. Belə ki, bu sahələri əhatə
edən qanunvericilik aktları ilə ayrı-ayrılıqda siz tanış oldunuz.
Mövzunun birinci sualının əhəmiyyəti ondan ibarətdir ki, Milli Təhlükəsizlik
sahəsində idarəetmə şəxsiyyətin, cəmiyyətin və dövlətin əsas maraqlarının daxili və xarici
təhlükələrdən qorunması məqsədi ilə həyata keçirilir. Biz onu da qeyd etdik ki,
təhlükəsizliyi təmin edən orqanlar üzərində idarəetməyə ümumi rəhbərlik Azərbaycan
Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Milli təhlükəsizlik xidməti
orqanlarının vahid mərkəzləşdirilmiş sisteminə rəhbərliyi isə mərkəzi icra hakimiyyəti
orqanlarından biri olan MTN həyata keçirir.
Mövzunun ikinci sualında dövlət sərhədi anlayışı, onun mühafizəsi, mühafizə
rejimləri və nəhayət dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd qoşunları, o
cümlədən Dövlət Sərhəd Xidməti haqqında hüquqi biliklər əldə edəcəksiniz.
Üçüncü sualda isə qeyd edildi ki, Azərbaycan Respublikasının müdafiəsi Silahlı
Qüvvələrin, iqtisadiyyatın, əhalinin, ərazinin müdafiəyə daim hazır olmasına əsaslanır və
dövlətin hərbi doktrinasına uyğun olaraq təşkil edilir. Sualın açıqlanmasında onu da qeyd
etdik ki, Azərbaycanın Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə,
hərbi hava və hərbi-dəniz qüvvələrindən ibarətdir. Silahlı Qüvvələrə rəhbərliyi Silahlı
Qüvvələrin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Prezidenti və həmçinin
Azərbaycan Respublikasının hökuməti həyata keçirir. Bilavasitə rəhbərliyi isə Müdafiə
Nazirliyi həyata keçirir.
MÖVZU № 20 “ XAR C ŞLƏR SAHƏS NDƏ
DÖVLƏT DARƏETMƏS ”.
P L A N:
G R Ş
7.
Xarici işlər sahəsində dövlət idarəetməsinin anlayışı, prinsipləri və təşkilati-hüquqi
formaları.
8.
Azərbaycan Respublikasının Xarici şlər Nazirliyi-xarici işlər sahəsində idarəetməni
bilavasitə həyat keçirən orqan kimi.
9.
Azərbaycan Respublikasına gəlmək və Azərbaycan Respublikasından getməyin
inzibati-hüquqi nizamlanması.
N Ə T C Ə
Ə
D Ə B Y Y A T:
27.
Azərbaycan Respublikasının Konstitusiyası.
28.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”
Azərbaycan Respublikasının Qanunu, 13 Dərslik. mart 1996-ci il. Sonrakı əlavə
dəyişikliklərlə.
388
29.
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan
Respublikasının Qanunu, 14 iyun 1994-cü il.
30.
“Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanunu, 8 fevral 1994-cü il.
5. A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
6. E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
7.V.M.Monax, Ö.S.Aduşmin, Z.A.Baqişaev.“Rossiyskoe admi-nistrativnoe pravo”.
Dərslik. M., 1997-ci il.
8.A.P.Alexin, A.A.Kormolitskiy, E.M. Kozlov. “Administratisnoe pravo Rossiyskoy
Federaüii”. Dərslik. M., 1997-ci il.
9. A.P. Korenev. “Administrastivnoe pravo”. Dərslik. M., 1999-cu il.
G R Ş
1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının Ali Soveti xalqın
iradəsini ifadə edərək Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktını qəbul edərək, Azərbaycanın dövlət müstəqilliyini dünyaya bəyan etdi.
Bu möhtəşəm addımdan sonra Azərbaycan Respublikası həm daxildən, həm də xaricdən
bir sıra təcavüzlərə məruz qaldı. kinci tərəfdən Azərbaycan Respublikası keçmiş Sovetlər
ttifaqı tərkibində olan müddətdə, müstəqil olaraq heç bir vaxt özünün xarici siyasətini
həyata keçirməmişdir.
“Xarici işlər sahəsində dövlət idarəetməsi” mövzusunun öyrənilməsinin həm nəzəri
cəhətdən, həm də təcrübi cəhətdən bu mənada böyük əhəmiyyəti vardır. Çünki
Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra müstəqil bir dövlət kimi
özünün xarici siyasətini həyata keçirməyə başladı. Digər tərəfdən isə 1991-ci ildən bu
günə kimi Azərbaycan Respublikası beynəlxalq təşkilatların üzvü olmuş, bir sıra
dövlətlərdə öz diplomatik nümayəndəliklərini, konsulluqlarını açmış və Azərbaycan
Respublikasında da bir sıra xarici dövlətlərin diplomatik nümayəndəlikləri və
konsulluqları fəaliyyət göstərir. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən
sonra müstəqil bir dövlət kimi üzvü olduğu beynəlxalq təşkilatlarda özünü təmsil edir və
xarici dövlətlərlə tam bərabər vəziyyətdə qarşılıqlı əlaqə yaradır və dövlətin xarici
siyasətini həyata keçirir.
Bu mövzunun köməkliyi ilə biz xarici işlər sahəsində idarəetmənin məzmununu,
xarici işlər sahəsində idarəetmənin təşkilati-hüquqi formalarını, Xarici şlər Nazirliyinin
və onun orqanlarının qarşısında duran vəzifələri, funksiyaları və hüquqları öyrənmiş
olacağıq.
Azərbaycan Respublikasının qonşu və xarici ölkələrlə siyasi, iqtisadi, mədəni və s.
ə
laqələrinin yaranmasına və inkişaf etdirilməsinə yönəlmiş səlahiyyətli dövlət orqanlarının
fəaliyyəti haqqında hüquqi biliklərin əldə edilməsi sizin bir hüquqşünas kimi həm nəzəri,
həm də təcrübi cəhətdən peşəkar kimi formalaşmağınızda böyük əhəmiyyətə malik
olacaqdır.
Odur ki, indi də birinci sualın açıqlanmasına keçək.
389
SUAL I. XARICI IŞ LƏ R SAHƏ SINDƏ DÖVLƏ T IDARƏ ETMƏ SININ ANLAYIŞ I,
PRINSIPLƏ RI VƏ TƏŞ KILATI-HÜQUQI FORMALARI.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək 18
oktyabr 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək bütün cəmiyyətin və
hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq ədalətin, azadlığın və təhlükəsizliyin
bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini
anlayaraq suveren hüququndan istifadə edərək aşağıdakı niyyətlərini bəyan edir:
♦
Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü
qorumaq;
♦
Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
♦
vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
♦
xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi
dövlət qurmaq;
♦
ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat
səviyyəsini təmin etmək;
♦
ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və
ə
min-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşıqlı fəaliyyət göstərmək.
Azərbaycan Respublikası özünün xarici siyasətini 12 noyabr 1995-ci il tarixində
ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmiş ilk Milli Konstitusiyasına əsasən
bütün dünya xalqları ilə sülh, dostluq, əmin-amanlıq və tam bərabər hüquqlu subyekt kimi
qurur və həyata keçirir.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 2-ci bəndinə əsasən
Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici
məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Bundan əlavə onu da qeyd etmək
lazımdır ki, Konstitusiyamızın 10-cu maddəsində göstərilmişdir ki, Azərbaycan
Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq
normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.
Xarici işlər sahəsində dövlət idarəetməsi dedikdə, Azərbaycan Respublikasının
qonşu və xarici ölkələrlə siyasi, iqtisadi, mədəni və s. əlaqələrinin yaranmasına və inkişaf
etdirilməsinə yönəlmiş səlahiyyətli dövlət orqanlarının (vəzifəli şəxslərin) fəaliyyəti başa
düşülür.
Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul
edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan aşağıdakı prinsiplər əsasında qurur
və həyata keçirir:
♦
digər xarici ölkələrin daxili işlərinə qarışmamaq şərti ilə;
♦
digər xarici ölkənin sərhədlərinin və ərazi bütövlüyünün pozulmaması əsasında;
♦
bir-birinə qarşı güc tətbiq etmədən və yaranmış mübahisələrin sülh yolu ilə həll
edilməsi;
♦
qarşılıqlı faydalı əməkdaşlıq əsasında;
♦
xalqların bərabərliyi və s.
390
Azərbaycan Respublikasının xarici fəaliyyəti dövlətin iqtisadi böhrandan çıxmasına,
iqtisadiyyatda bazar münasibətlərinin yaradılmasına və möhkəmləndirilməsinə, demokratik
dövlətin qurulmasına, dünyada müharibənin qarşısının alınmasına və bütün ölkələrin dinc
yanaşı yaşamasına, özünün dövlət maraqlarının müdafiə edilməsinə köməklik edən
beynəlxalq şəraitin yaradılmasına və təmin edilməsinə yönəldilmişdir.
Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri də bütün
MDB dövlətləri, həm də keçmiş SSR -nin digər Respublikaları ilə siyasi, iqtisadi, mədəni
və s. kimi sıx qarşılıqlı əlaqənin yaradılması və həyata keçirilməsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinin 2-ci bəndinə əsasən
Azərbaycan dövlətinin başçısı-Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin
daxilində və xarici münasibətlərində Azərbaycan dövlətini təmsil edir.
Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinin 3-cü bəndinə əsasən isə
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi
bütövlüyünün və Azərbaycan Respublikasının tərədar çıxdığı beynəlxalq müqavilələrə
riayət olunmasının təmsilçisidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikasının
Prezidenti dövlətin xarici siyasətinin əsas istiqamətlərini müəyyən edir. Azərbaycan
Respublikasının xarici siyasətinə rəhbərlik də həmçinin Prezidentin üzərinə qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti dövlət başçısı kimi həmin fəaliyyətin həyata
keçirilməsində Konstitusiyamızın 109-cu maddəsinə əsaslanaraq aşağıdakı kimi vəzifələrin
və funksiyaların həyata keçirilməsində və yerinə yetirilməsində Azərbaycan Respublikasını
təmsil edir:
♦
beynəlxalq münasibətlərdə xarici dövlətlərin rəhbərləri ilə danışıqlar aparır və
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalayır;
♦
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli
Məclisinə təqdimat verir;
♦
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
diplomatik nümayəndələrini təyin edir və geri çağırır;
♦
xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini
qəbul edir;
♦
dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası
beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim edir;
♦
təsdiqnamələri imzalayır;
♦
Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfirlərinə, Fövqəladə və
Səlahiyyətli diplomatik nümayəndələrinə rütbələr verir;
♦
siyasi sığınacaq verilməsi məsələlərini həll edir və s.
Azərbaycan Respublikasının Prezidenti dövlətin xarici siyasətinə rəhbərliyi həyata
keçirməklə, Azərbaycan dövlətinin müstəqilliyinin, hakimiyyətliliyinin və ərazi
bütövlüyünün qorunması sahəsində müəyyən tədbirlər keçirir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri çərçivəsində bütün nazirliklərin, o
cümlədən Xarici şlər Nazirliyinin fəaliyyətinə nəzarət edir və onun fəaliyyətinin təşkil
edilməsinə və həyata keçirilməsinə rəhbərlik edir.
391
Azərbaycan Respublikasının Nazirlər Kabineti Konstitusiyamızın 119-cu
maddəsinə əsasən Azərbaycan Respublikasının xarici siasətinin realizə olunması məqsədi
ilə aşağıdakı kimi tədbirlər həyata keçirir:
♦
Azərbaycan Respublikasının xarici siyasətinin realizəsi üçün tədbirlər həyata
keçirir;
♦
Azrbaycan Respublikası Nazirlər Kabinetinin nümayəndəliklərini xarici
dövlətlərdə və beynəllxalq təşkilatlarda təmin edir;
♦
beynəlxalq müqavilələrin icra edilməsi məqsədi ilə tədbirlər görür;
♦
hökumətlərarası sazişlər bağlayır;
♦
xarici dövlətlərin orqan və təşkilatları ilə münasibət yaradan icra hakimiyyəti
orqanlarının fəaliyyətini əlaqələndirir.
Xarici işlər sahəsində idarəetmənin həyata keçirən orqanların sistemi Azərbaycan
Respublikasının Xarici
ş
lər Nazirliyindən, (bundan sonra X N) diplomatik
nümayəndəliklərdən (səfirliklər) və konsulluqlardan ibarətdir.
Diplomatik nümayəndəliklərin fəaliyyətlərinin hüquqi bazasını beynəlxalq hüquq
normaları, həm də onların təşkil edildikləri ölkələrlə Azərbaycan Respublikasının sazişləri
təşkil edir.
X N-in xaricdəki diplomatik nümayəndəlikləri onların olduqları ölkədə Azərbaycan
Respublikasının
nümayəndəliyi
funksiyasını
yerinə
yetirirlər.
Diplomatik
nümayəndəliklərin bu funksiyasının həyata keçirilməsi aşağıdakı vəzifələrin realizə
olunmasına və təmin edilməsinə yönəldilmişdir:
♦
olduğu ölkədə Azərbaycan Respublikasının vahid xarici siyasi xəttinin realizə
edilməsinə və təmin edilməsinə;
♦
Azərbaycan Respublikasının siyasi, iqtisadi və digər mənafelərinin müdafiə
edilməsinə;
♦
Azərbaycan Respublikasının xaricdəki idarə, təşkilat və vətəndaşlarının siyasi,
iqtisadi və digər mənafelərinin müdafiə edilməsinə və s.
Diplomatik nümayəndəliklər diplomatik yollarla olduqları ölkələrin siyasi, iqtisadi
vəziyyətləri və həmin ölkələrdə əsas vəziyyətlər, hadisələr barədə olan məlumatlar
toplayırlar və sonra onları Azərbaycan Respublikasının X N-ə göndərirlər.
Diplomatik nümayəndəliklər olduqları ölkənin rəhbərləri ilə danışıqlar aparır,
Azərbaycan Respublikasının digər dövlətlərlə dostluq münasibətlərinin, iqtisadi, elmi-
texniki, mədəni əlaqələrin yaranmasına kömək edirlər.
Diplomatik nümayəndəliklər öz funksiya və səlahiyyətlərinin realizəsi prosesində
olduqları ölkədə Azərbaycan Respublikasının olan digər nümayəndəliklərinin (ticarət, elmi,
iqtisadi, həmçinin də Azərbaycan Respublikasının dövlət, idarə, müəssisə və təşkilatlarının,
onların nümayəndələrinin və mütəxəssis qruplarının) fəaliyyətlərinin əlaqələn-dirilməsini
və işlərinə nəzarəti həyata keçirir.
Göstərilən nümayəndəliklərin, nümayəndələrin və mütəxəssis qruplarının
rəhbərləri öz fəaliyyətlərini diplomatik nümayəndəliyin başçısı ilə razılaşdırmalı, ona öz
funksiyalarının və səlahiyyətlərinin həyata keçirilməsində köməklik göstərməli və öz
fəaliyyətləri barədə ona məlumat verməlidirlər. Öz növbəsində müxtəlif nümayəndəliklər,
dövlət idarələri, təşkilatları və müəssisələri, nümayəndələr, mütəxəssis qrupları və onların
rəhbərləri X N-ə zəruri köməklik və müraciət edə bilərlər.
392
Diplomatik nümayəndəliklərin fəaliyyətinə diplomatik nümayəndəliyin başçısı
(diplomatik nümayəndə) rəhbərlik edir.
X N-in xaricdəki səfirliklərinə Azərbaycan Respublikasının Fövqəladə və
Səlahiyyətli səfiri, missiyaya (ikinci dərəcəli diplomatik nümayəndəliklərə) isə Azərbaycan
Respublikasının Fövqəladə və Səlahiyyətli nümayəndəsi və yaxud da Azərbaycan
Respublikasının işində vəkil edilmiş şəxs rəhbərlik edir.
Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri, Fövqəladə və
Səlahiyyətli nümayəndəsi vəzifəyə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin
edilirlər. Azərbaycan Respublikası işində vəkil edilmiş şəxs isə Azərbaycan
Respublikasının xarici işlər naziri tərəfindən təyin edilirlər.
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi və “Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin
başçıları üçün dərəcələrin və diplomatik rütbələrin müəyyən edilməsi haqqında”
Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə 29 oktyabr
2002-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində işləyən diplomatik xidmət əməkdaşları
üçün aşağıdakı vəzifələr müəyyən edilir:
1. Fövqəladə və Səlahiyyətli səfir; Azərbaycan Respublikası-nın beynəlalq
təşkilatlardakı daimi nümayəndəsi;
2. müşavir-elçi; daimi nümayəndənin müavini;
3. müşavir;
4. birinci katib;
5. ikinci katib;
6. üçüncü katib;
7. attaşe.
Diplomatik personal, onların ailə üzvləri diplomatik immunitetə malikdirlər.
Olduqları ölkənin yurisdiksiyaları istisna olmaqla, onlar şəxsi və mənzil toxunulmazlığına
malikdirlər. Diplomatik personal və onların ailə üzvləri olduqları ölkənin vergilərindən,
rüsumlarından, şəxsi yüklərinin gömrük baxışından azad edilirlər. Onlar öz ölkələri ilə
maneəsiz əlaqə saxlamaq hüququna malikdirlər.
Azərbaycan Respublikasının X N-in xaricdəki orqanlarından biri də konsulluqlardır.
Azərbaycan Respublikası X N-in konsulluqları Azərbaycan Respublikasının digər
xarici dövlətlərlə qarşılıqlı razılaşma əsasında təşkil edilir. Konsulluqlar olduqları ölkənin
böyük şəhərlərində, dəniz və çay limanlarında fəaliyyət göstərirlər.
8 fevral 1994-cü il tarixində Azərbaycan Respublikasının “Konsul Nizamnaməsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu
Nizamnamənin birinci maddəsinə əsasən Azərbaycan Respublikasının konsulluqları xarici
dövlətlərdə Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq
və mənafeyini müdafiə edirlər. Xarici dövlətlərdə fəaliyyət göstərən konsulluqlar
Azərbaycan Respublikasının başqa dövlətlərə dostluq münasibətlərinin inkişafına, iqtisadi,
elmi texniki, mədəniyyət, ticarət, idman, turizm və digər əlaqələrinin genişlənməsinə
yardım göstərir.
Azərbaycan Respublikasının konsulluqları aşağıdakı orqanlardan ibarətdirlər:
♦
Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin konsul şöbələrindən;
♦
baş konsulluqlardan;
393
♦
konsulluqlardan;
♦
vitse-konsulluqlardan;
♦
konsul agentliklərindən.
Konsulluqlar öz gündəlik fəaliyyətlərini aşağıdakı normativ-hüquqi normalara
ə
saslanaraq həyata keçirirlər:
♦
Azərbaycan Respublikasının Konsul Nizamnaməsi;
♦
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqların
yerləşdiyi dövlətlərin qanunları;
♦
beynəlxalq müqavilələr;
♦
beynəlxalq adətlər.
Konsulluqlar Azərbaycan Respublikasının X N-in tabeliyində olaraq Azərbaycan
Respublikasının xaricdəki diplomatik nümayəndəliyi başçısının ümumi siyasi rəhbərliyi
altında fəaliyyət göstərirlər. Diplomatik nümayəndəliklərin konsul şöbələrinə şöbə
müdirləri başçılıq edir və onlar baş konsul və ya konsul adlanırlar.
Konsul yalnız “Konsul Nizamnaməsi” ilə nəzərdə tutulmuş funksiyaları yerinə
yetirə bilər. Lakin bu Nizamnamənin 6-cı maddəsinə əsasən konsul bu Nizamnamədə
nəzərdə tutulmamış başqa funksiyaları da yerinə yetirə bilər, bir şərtlə ki, həmin funksiyalar
Azərbaycan Respublikasının qanunvericiliyinə və konsulluğun olduğu dövlətin
qanunvericiliyinə zidd olmasın.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi olmayan dövlətdə, həmin
dövlətin razılığı ilə konsula diplomatik funksiyaların da yerinə yetirilməsi həvalə oluna
bilər. Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi onun yerləşdiyi dövlətlə razılıq əsasında
müəyyənləşdirilir. Xarici dövlətlərdə yerləşən bütün konsulluqlar üzərində Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan Respublikasının dövlət dilində
konsulluğun adı olan möhürə malikdirlər. Bundan əlavə konsulluq yerləşdiyi binaya
üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan Azərbaycan
Respublikasının dövlət dilində və konsulluğun yerləşdiyi dövlətin dövlət dilində adı yazılan
lövhə vurulur. Konsulluq yerləşdiyi bina üzərində, öz igamətgahında, habelə nəqliyyat
vasitələrində Azərbaycan Respublikasının bayrağını qaldıra bilər.
Konsulluğun vəzifəli şəxsləri və konsulluğun əməkdaşları Azərbaycan
Respublikasının X N-də dövlət qulluqçularıdırlar və konsulluğun vəzifəli şəxsi yalnız
Azərbaycan Respublikasının vətəndaşı ola bilər. Vəzifəyə təyin edilərkən konsul
Azərbaycan Respublikasının X N-in Vəkalətnamə konsul potenti alır və vəzifəsinin icrasını
qəbul edən dövlətdən razılıq (ekzekvatura) alandan sonra başlayır. Əgər konsul hər hansı
səbəblərə görə öz funksiyalarını yerinə yetirə bilmirsə və ya onun yeri boşdursa, belə
hallarda yeni konsul təyin edilənədək konsul vəzifəsinin icrası həmin konsulluğun və ya
Azərbaycan Respublikasının həmin dövlətin ərazisindəki digər konsulluğun vəzifəli şəxsinə
və yaxud da Azərbaycan Respublikasının həmin dövlətdəki diplomatik nümayəndəliyinin
diplomatik heyəti üzvlərindən birinə həvalə edilir.
Konsul ona həvalə olunmuş funksiyaları şəxsən icra edir və ya onların icrasını
konsulluğun digər vəzifəli şəxsinə tapşırır.
Konsul digər dövlətin konsul funksiyalarını yalnız Azərbaycan Respublikası Xarici
ş
lər Nazirliyinin xüsusi göstərişi və qəbul edən dövlətin razılığı əsasında yerinə yetirə
bilər.
394
Konsul, konsulluğun yerləşdiyi dövlətin hakimiyyət orqanlarına öz konsul dairəsi
hüdudlarında konsulluğun fəaliyyəti ilə bağlı bütün məsələlər barədə müraciət edə bilər.
Konsul konsulluq işlərinin vəziyyəti ilə yaxından tanış olmaq üçün ildə bir dəfədən az
olmayaraq öz konsul dairəsinin ərazisini gəzməlidir.
Konsulluğun vəzifəli şəxslərinin və konsulluq əməkdaşlarının fəaliyyətinə dair
ş
ikayətlərə tabelik qaydasında baxılır.
Azərbaycan Respublikasının Konsulluqları “Konsul Nizamnamə”yə əsasən
aşağıdakı funksiyaları həyata keçirə bilərlər:
1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri ilə xaricdə
ə
laqələrini təşkil edir.
2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müxtəlif notariat
ə
məliyyatlarını həyata keçirir.
3. Konsul dairəsində olan dövlət orqanlarının iştirakı ilə hazırlanmış və ya bu
orqanlardan daxil olan sənədləri və aktları leqallaşdırır.
4. Azərbaycan Respublikasının hərbi gəmiləri, köməkçi hərbi gəmiləri və mülki
gəmiləri xaricdə olarkən onlara zəruri olan yardım göstərir.
5. Mülki hava gəmiləri və onların heyəti barədə müvafiq tədbirlər görürlər.
6. Avtomobil və dəmiryol nəqliyyatı vasitələri barəsində müvafiq tədbirlər həyata
keçirirlər.
7. Sanitariya, fitosanitariya və baytarlıq mühafizə sahəsində müvafiq tədbirlər
görürlər.
Ş
Dostları ilə paylaş: |