Tədris işi Akademiyanın fəaliyyətinin əsasını təşkil edir. Onun fəaliyyət dairəsi dərs
məşğələlərinin, eləcə də müdavim və dinləyicilər tərəfindən tədris materiallarının
mənimsənilməsini, cari və yekun nəzarəti işinin bütün növlərinin planlaşdırılmasını, təşkilini
444
və keçirilməsini əhatə edir. Bu iş müəyyən edilmiş qaydada təsdiq olunmuş tədris planlarına
və fənn proqramlarına müvafiq surətdə təşkil olunur və aparılır.
Akademiyada təhsil azərbaycan dilində aparılır.
Tədris məşğələlərinin əsas növləri aşağıdakılardır:
- mühazirə;
- seminar (diskussiya);
- praktik məşğələ;
- təlim (işgüzar oyun);
- referatın hazırlanması;
- fərdi mükalimə (kollokvium);
- məsləhət saatı;
- sərbəst hazırlıq saatı;
- yoxlama işi;
- tədris təcrübəsi və ixtisas üzrə təcrübə.
Ayrı-ayrı fənlər üzrə nəzəri (elmi-praktiki) konfranslar və Akademiyanın Elmi
Ş
urasının qərarı ilə müəyyən edilmiş digər növ məşğələlər keçirilə bilər.
Yoxlama işləri, suallara yazılı cavablar və ya məsələlərin həlli şəklində yerinə yetirilir.
Yoxlama işi üçün tapşırıqların məzmunu və onun icra qaydası kafedra tərəfindən müəyyən
edilir.
Məsləhət, müdavim və dinləyicilərin tədris işinə rəhbərliyin və dərs materiallarının
sərbəst öyrənilməsində onlara yardım göstərilməsi formalarından biridir. Məsləhət üntəzəm
olaraq sərbəst hazırlıq saatlarında və əsasən fərdi xarakter daşıyır.
Sərbəst hazırlıq işi, təlim-tərbiyə prosesinin mühüm tərkib hissəsidir və dərs
məşğələlərinin bütün növlərində əldə edilmiş bilik və vərdişləri möhkəmlətmək və
dərinləşdirmək, kurs işlərini yerinə yetirmək, qarşıdakı məşğələlərə, məqbullara və
imtahanlara hazırlaşmaq, biliklərin mənimsənilməsində əqli əmək mədəniyyətini, sərbəstliyi
və təşəbbüskarlığı formalaşdırmaq məqsədi daşıyır.
Dövlət buraxılış imtahanları, dövlət imtahan komissiyasının fəaliyyəti dövründə
keçirilir. Dövlət imtahanlarına hazırlıq və onların verilməsi üçün hər imtahan 5-6 gün hesabı
ilə vaxt ayrılır. Dövlət imtahanlarının keçirilmə qaydası “Dövlət imtahan komissiyaları
haqqında” əsasnamə ilə müəyyən edilir.
Akademiyada tərbiyə işi-ideya, peşə, mənəvi, hüquqi, estetik və fiziki tərbiyə
vəzifələrinin yerinə yetirilməsinə kompleks şəkildə yanaşmaq əsasında, tədris prosesi ilə
üzvi vəhdətdə təşkil olunur və aparılır.
Metodik iş təlim-tərbiyə işinin tərkib hissəsi olub, Akademiya rəhbərliyinin,
kafedraların, professor-müəllim heyətinin, kurs rəislərinin və onların müavinlərinin
fəaliyyətinin əsas növlərindən biridir.
Metodiki iş, dərs məşğələlərinin bütün növlərinin səmərəliliyi və keyfiyyətinin
yüksəldilməsi, rəis və professor-müəllim heyətinin pedaqoci ustalığının artırılması, təlim-
tərbiyə prosesinin təşkilinin və təminatının təkmilləşdirilməsi kimi başlıca vəzifələri əhatə
edir. Kafedra, metodik işin mərkəzi hesab olunur.
Akademiyada aşağıdakı ictimai təşkilatlar yaradıla bilər:
- elmi cəmiyyətlər;
- elmi-texniki yaradıcılıq mərkəzləri;
- gənc alimlər və mütəxəssislər şurası;
445
- müəllim və müdavimlərin başqa elmi-pedaqoci birlikləri.
Akademiyanın tədris-maddi bazası - tədris planlarına, tədris proqramlarına və müasir
tədris metodikasına müvafiq surətdə müəyyən edilmiş ixtisaslar üzrə müdavim və
dinləyicilərin hazırlığının təmin edilməsi, habelə elmi tədqiqatların yerinə yetirilməsi və elmi
kadrların hazırlanması üçün nəzərdə tutulmuş maddi və texniki vasitələr, binalar, qurğular
kompleksidir.
Akademiyada metodik işin planlaşdırılması və təşkili tədris metodiki şöbə tərəfindən
həyata keçirilir: bu şöbə dərs ili üçün tədris-metodik iş planı hazırlayır, onun yerinə
yetirilməsini təşkil edir və ona nəzarət edir.
Kafedralarda metodik iş tədris ili üzrə planlaşdırılır və müstəqil bölmə kimi illik plana
daxil edilir.
Elmi iş, Akademiyanın fəaliyyətinin əsas növlərindən biri kimi onun rəhbər, professor-
müəllim və elmi heyətinin xidməti vəzifəsidir.
Elmi işin əsas formaları aşağıdakılardır:
- fundamental və tətbiqi-nəzəri araşdırmalar aparılması;
- nəzəri nəticələrin və müddəaların laboratoriya şəraitində, sınaq meydanlarında
eksperimental şəkildə yoxlanılması, tədqiqatların nəticələrinin ümumiləşdirilib tövsiyələr
hazırlanması;
- nizamnamələrin, əsasnamələrin, təlimatların, tövsiyələrin və digər rəhbər sənədlərin
layihələrinin hazırlanmasında iştirak edilməsi;
- dissertasiyaların, dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, məqalələrin,
məruzələrin, təklif və rəylərin hazırlanması;
- elmi konfransların, seminarların, müşavirələrin və nəzəri diskussiyaların
hazırlanması, keçirilməsi və onun nəticələrinin ümumiləşdirilməsi.
Akademiyada elmi iş illik plana müvafiq surətdə təşkil olunur və aparılır.
Akademiyada elmi-pedaqoci kadrların hazırlanması, elmi dərəcələrin və elmi adların
verilməsi qaydaları haqqında Əsasnaməyə uyğun təşkil olunur.
Qabaqcıl təcrübəni yaymaq, tədris-maddi bazası yaratmaq, inkişaf etdirmək və ondan
istifadə etmək məqsədilə Akademiya tematik sərgilərdə, baxışlarda və müsabiqələrdə iştirak
edir.
Akademiyanın bütün fəaliyyətinə elmi dərəcəsi və elmi pedaqoci fəaliyyət təcrübəsi,
yaxud rəhbər vəzifələrdə əməli iş təcrübəsi olan, daxili işlər naziri tərəfindən vəzifəyə təyin
edilən və vəzifədən azad olunan rəis rəhbərlik edir.
Rəis, Akademiyanın işini təşkil edir və onun vəziyyəti üçün şəxsən məsuliyyət
daşıyır. O, bütün şəxsi heyətin birbaşa rəisidir. Daxili işlər orqanlarının intizam
Nizamnaməsinə uyğun olaraq tabeçiliyində olan əməkdaşları mükafatlandırmaq, intizam
məsuliyyətinə cəlb etmək, müvafiq surətdə Akademiyanın əmlakına və vəsaitinə sərəncam
vermək, müqavilələr bağlamaq, etibarnamələr (o cümlədən öz vəkalətinin başqasına
tapşırmaq hüququ ilə) vermək, banklarda Akademiyanın büdcə və başqa hesablarını açmaq
hüququna malikdir.
Rəis, Akademiya rəhbərliyinin funksional vəzifə bölgüsünü, tabeçiliyində olan
bölmələrin (şöbələrin) vəzifələrini müəyyən edir.
Akademiyada vəzifələrə təyinetmə və vəzifədən azadetmə D N tərəfindən müəyyən
edilmiş nomenklatura vəzifələri siyahısına uyğun həyata keçirilir.
Akademiya rəisinin vəzifələri aşağıdakılardır:
446
- Akademiyanın inkişaf perspektivlərini müəyyən etmək, tədris-metodik, tərbiyə və
elmi-tədqiqat işini, maliyyə və inzibati təsərrüfat fəaliyyətini təşkil etmək;
- Elmi Şuranın işini, eləcə də kadrların hazırlanması, yenidən hazırlanması və
ixtisasının artırılması məsələləri barədə direktiv qərarların yerinə yetirilməsini təmin etmək;
- Akademiyanın daxili işlər orqanlarının tədris müəssisələri, elmi-tədqiqat idarələri və
digər bölmələri ilə, habelə başqa nazirliklərin və baş idarələrin tədris və elmi təşkilatları ilə
qarşılıqlı fəaliyyətini təşkil etmək;
- qanunvericiliyə əsasən, eləcə də daxili işlər naziri tərəfindən təsdiq olunmuş
Nizamnaməyə müvafiq olaraq müdavim və dinləyicilərin qəbul edilməsi, buraxılışı, xaric
edilməsi, habelə D N rəhbərliyinin razılığı ilə Akademiyadan başqa ali məktəbə və ya əksinə
köçürülməsi;
- Azərbaycan Respublikası D N-in kadrlarla iş fəaliyyətinə dair normativ aktların
tələblərinin icrasını təşkil etmək Akademiyanın şəxsi heyətinin seçilməsi, yerləşdirilməsi,
təhsili və tərbiyəsi işinə rəhbərlik etmək;
- Akademiyada nizam-intizam qaydalarına, dövlət və xidməti sirrin saxlanılmasını,
məxfiçilik reciminə riayət olunmasını təmin etmək, səfərbərlik işi və mülki müdafiə
sahəsində zəruri tədbirlər keçirmək;
- tədris, elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın
möhkəmləndirilməsi və inkişafı üçün tədbirlər hazırlamaq və həyata keçirmək, maliyyə-
təsərrüfat fəaliyyətini təkmiləşdirmək, maddi-texniki ehtiyatların və pul vəsaitinin
toxunulmazlığını təmin etmək və bunlardan qənaətlə istifadə etmək, əmək şəraitinin
təhlükəsizliyini təmin etmək, onu səmərəli təşkil etmək;
- Akademiyanın daimi heyətinin ixtisasının və hazırlığının artırılmasını təşkil etmək;
- sosial sahənin inkişafı üçün tədbirlər görmək;
- intizamlı və təşəbbüskar əməkdaşları təhsil almaq üçün ali təhsil müəssisələrinə
göndərmək.
Ş
tat sayının və əmək haqqı fondunun dəyişdirilməsi, müvafiq təklif və təqdimat
ə
sasında, D N tərəfindən həyata keçirilir.
Akademiyada daxili qaydalar hərbi tədris müəssisələrindəki daxili qaydalara uyğun
olaraq müəyyən edilir.
Akademiyanın fəaliyyətinin əsas məsələlərinə baxılması üçün rəisin sədrliyi ilə
Akdemiyanın Elmi Şurası təşkil olunur. Şura, öz işini “Elmi şura haqqında” Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnamənin tələblərinə müvafiq
surətdə həyata keçirir.
Akademiyanın cari işinin təşkilinə, Azərbaycan Respublikası D N-in normativ
aktlarının icrası ilə bağlı əməli məsələlərə Akademiyanın rəisi yanında təşkil olunmuş
ə
məliyyat müşavirələrində baxılır.
Akademiyaya verilmiş hüquqlar onun rəisi və funksional vəzifələrinə müvafiq
müavinlər və köməkçilər tərəfindən həyata keçirilir.
Akademiya, qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün aşağıdakı
hüquqlara malikdir:
- yuxarı orqanların səlahiyyətinə aid edilməyən və mövcud qanunvericiliyə zidd
olmayan zəruri qərarlar qəbul etmək və tədbirlər həyata keçirmək;
- Akademiyanın ştatlarında dəyişikliklər edilməsi barədə təkliflər irəli sürmək.
447
Akademiya, tədris, tədris-metodik və elmi-tədqiqat işində aşağıdakı hüquqlara
malikdir:
Akademiyanın Elmi Şurasının qərarı ilə:
- tədris planları işləyib hazırlamaq və təsdiq etmək;
- təhsil müddəti ixtisar edilmiş və ya uzadılmış tədris planları hazırlamaq və təsdiq
etmək;
- müdavimləri sərbət hazırlıq işinə həvəsləndirmək, onların praktiki təhsilini
təkmilləşdirmək məqsədi ilə tədris prosesinin təşkili, o cümlədən tədris məşğələlərinin
müxtəlif növləri nisbətinin dəyişdirilməsi məsələlərini həll etmək;
- öyrənilən fənlərin birləşdirilməsi hesabına sayını ixtisar etmək, bir neçə semestr
tədris olunan fənn üzrə bir imtahan müəyyən etmək;
- müdavimlərə gələcək peşə fəaliyyətinin müasir forma və metodlarını öyrətmək
məqsədilə sərbəst hazırlıq saatları hesabına tədris təcrübəsi tətbiq etmək;
- tədris prosesinin ardıcıllığını, o cümlədən tədris təcrübəsinin keçirilməsi, sessiyaların
sayını və müddətini, semestrlərin başlanması və qurtarması müddətlərini müəyyənləşdirmək;
- yerli şəraitdən, müvafiq tədris-maddi bazasının olmasından asılı olaraq tədris fənləri
üçün ayrılan vaxt hesabına tədris-düşərgə toplanışları və kompleks əməliyyat təlimləri
keçirmək;
- dövlət imtahanlarına daxil edilən ixtisas fənlərini müəyyənləşdirmək;
- elmi bölmələrin fəaliyyətinin səmərəliliyinin təhlili əsasında onların inkişafının və ya
ləğv edilməsinin məqsədəuyğunluğu haqqında qərar qəbul etmək.
Müəyyən edilmiş qaydada:
- ixtisas fənlərinin daha dərindən öyrənilməsi məqsədilə müvafiq kafedraların
təqdimatı ilə yuxarı kursların ayrı-ayrı müdavimlərinə tədris vaxtının yenidən
bölüşdürülməsi hesabına (təhsil müddəti hüdudunda) fərdi hazırlıq planları müəyyən etmək;
- tədris-metodik və elmi-tədqiqat işinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq,
lazım gəldikdə onları yuxarı orqanların müzakirəsinə vermək;
- müstəqil olaraq tədris planları və proqramları, metodik göstərişlər, müdavimlər üçün
tapşırıqlar və digər tədris-metodik sənədlər çap etmək;
- tədris və tədris-metodik ədəbiyyat (elmi əsərlərin məcmuələri, elmi və elmi-praktik
konfransların materialları, dərsliklər və dərs vəsaitləri) nəşr etmək, başqa ali məktəblərlə
ə
laqə saxlamaq;
- digər nazirliklərin və baş idarələrin tədris müəssisələri və elmi-tədqiqat idarələri ilə
yaradıcılıq əməkdaşlığı haqqında müqavilələr bağlamaq və təsdiq etmək;
- məşğələlərin keçirilməsi üçün əmək haqqının saathesabı ödənilməsi şərti ilə digər ali
məktəblərdən alimlər və yüksək ixtisası mütəxəssislər cəlb etmək;
- öz xərcini ödəmə əsasında Akademiyaya daxil olmaq üçün kurslar təşkil etmək;
- elmi, elmi-praktik və metodik konfranslar (müşavirələr, toplanışlar, seminarlar)
keçirmək;
- respublikanın və başqa ölkələrin digər tədris müəssisələri, elmi-tədqiqat idarələri,
elmi və elmi-texniki cəmiyyətləri ilə tədris və elmi ədəbiyyat nəşrləri mübadiləsi keçirmək.
Ə
saslı tikinti, əsaslı təmir, maliyyə fəaliyyəti, əmək və əmək haqqı sahəsində
Akademiyanın hüquqları qüvvədə olan qanunvericiliklə və Azərbaycan Respublikası D N-in
normativ aktları ilə tənzim edilir.
448
N Ə T C Ə
Qəbul edilmiş normalara görə təhsil sahəsində islahat-bu sahədə dövlət siyasətinin
ə
sas prinsiplərinə uyğun təhsilin məqsəd və vəzifələrini həyata keçirmək mexanizmini
müəyyən edir. Təhsil sistemi şəxsiyyətin formalaşması, elmin, mədəniyyətin inkişafı və işçi
qüvvəsinin təkrar istehsalı kimi mühüm vəzifələri həyata keçirməlidir.
Artıq müstəqillik əldə edən Azərbaycan Respublikası təhsil sahəsində çox iş görülmüş,
bu sahəni əhatə edən normativ-hüquqi aktlar qəbul etmiş və bunun nəticəsində də böyük
nailiyyətlər əldə olunmuşdur.
Göstərilənlərin əhmiyyəti elə ondadır ki, təhsil sahəsi cəmiyyətin bütün üzvlərini əhatə
edir. Bəs bu sahədə dövlət idarəetməsi necə həyata keçirilir?
Mövzunun birinci sualında təhsil sahəsində dövlət idarəetməsinə anlayış verərkən,
onun ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsi olduğunu qeyd etdik.
Burada həm də təhsil sahəsinin təşkilati-hüquqi əsaslarını göstərdik.
Bu sualda təhsil qanunvericiliyinə daxil olan normativ-hüquqi aktlar, təhsil
qanunvericiliyinin vəzifələri, eləcə də bu sahənin idarə edilməsi haqqında qeyd olundu.
Nəhayət birinci sualda aydın oldu ki, Təhsil Nazirliyi təhsil sisteminin mərkəzi idarəetmə
orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun
həyata keçirilməsini təmin edir, təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət
standartlarına riayət edilməsinə nəzarət edir.
Mövzunun ikinci sualında Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili
proqramlarının ali təhsil müəssisələri tərəfindən həyata keçirilməsini göstərdik.
Digər tərəfdən mövzumuzun ikinci sualının açıqlanmasında təhsil müəssisələrinin
növləri və onların fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi formalarını açıqladıq.
Ə
n nəhayət mövzumuzun ikinci sualında ali təhsil müəssisələrinin fəaliyyətinə ümumi
rəhbərliyi həyata keçirən ali təhsil müəssisələrinin Elmi Şuralarının aparıcı rolun olmasını
qeyd etdik.
Mövzunun üçüncü sualında isə bir misal kimi, daxili işlər orqanlarının ali hüquq
təhsilli mütəxəssislərə olan tələbatını ödəyən, hüquqi təbliğat, daxili işlər orqanlarının şəxsi
heyəti və əhali arasında elmi-nəzəri bilikləri yayan, öz fəaliyyətlərində Azərbaycan
Respublikasının və D N-in normativ aktlarını, eləcə də öz nizamnaməsini rəhbər tutan Polis
Akademiyası haqqında hüquqi biliklər əldə etdiniz.
Bütün bu mövzunun köməkliyi ilə əldə etdiniz hüquqi biliklər sizin hüquqşünas kimi-
ali hüquq təhsilli mütəxəssis kimi for malaşmağınızda köməkçiniz olacaqdır.
Mövzunun əhəmiyyətini tam dərk etmək məqsədi ilə isə halqımızın ümum milli lideri
H.Əliyevin sözlərini qeyd etmək daha vacibdir: “Təhsil sahəsi xalqın bu günü, millətin,
dövlətin gələcəyi üçün ən vacib bir sahədir”.
MÖVZU № 22. “ VERG VƏ GÖMRÜK SAHƏ LƏ R NDƏ
DÖVLƏ T DARƏ ETMƏ S ”.
P L A N:
449
G R Ş
13.
Vergi sahəsində dövlət idarəetməsinin anlayışı və təşkilati-hüquqi əsasları.
14.
Gömrük sahəsində dövlət idarəetməsinin anlayışı və təşkilati-hüquqi əsasları.
N Ə T C Ə
Ə
D Ə B Y Y A T:
38.
Azərbaycan Respublikasının Konstitusiyası.
39.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 11 iyun 2000-ci il/
40.
“Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yaradılması haqqında”
Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 11 fevral 2000-ci il.
41.
“Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 29 mart 2001-ci il.
42.
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikasının Qanunu. 12 iyun 2001-ci il.
43.
Azərbaycan Respublikasının Vergi qanunvericiliyi. Yeni sənədlər. I-II hissə. Qanun.
2002.
44.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi.
45.
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsi.
46.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. 10 iyun 1997-ci il.
47.
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin yaradılması haqqında”
Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 30 yanvar 1997-ci il.
48.
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin strukturu və Əsasnaməsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 27 oktyabr
1998-ci il.
49.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu. 21 iyul 2000-ci il.
50.
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu. 7 dekabr 1999-cu il.
51.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. 28
oktyabr 1999-cu il.
52.
C.Nuriyev. “Gömrük hüququ”. Dərslik. Bakı, 2004.
53.
Dərslik. “ nzibati hüquq”. E.Abdullayev. Bakı, 2001.
17. A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
18.E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
19.A.Korenev.“Administrativnoe pravo Rossii”. Çastğ 2. Dərslik. Moskva, 1999.
G R Ş
Azərbaycan Respublikasının iqtisadiyyatının idarəetmə strukturunu təkmilləşdirmək,
dövlət maliyyə intizamını gücləndirmək, dövlət büdcəsinə daxilolmaların yığılmasının
səmərəliliyini artırılması sahəsində vergi orqanlarının fəaliyyətinin əhəmiyyəti böyükdür. Belə
ki, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan
Respublikasında dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və
450
digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini
həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Vergilər Nazirliyi yaradılmışdır. Bütün
bu göstərilənlər hər bir dövlətin qüdrətli dövlət kimi formalaşmasında əsas rol oynayan vergi
sahəsində dövlət idarəetməsində öz əksini tapır.
Mövzunun birinci sualında yuxarıda göstərilənlərin açıqlanması ilə yanaşı, bu sahənin
fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar haqqında qeyd olunacaqdır.
Mövzunun ikinci sualı gömrük sahəsində dövlət idarəetməsi ilə bağlıdır. Ümumiyyətlə
qeyd etməliyik ki, gömrük siyasəti-Azərbaycan Respublikasının gömrük ərazisində gömrük
nəzarəti və mal dövriyyəsinin daha səmərəli tənzimlənməsi, daxili bazarın qorunması, milli
iqtisadiyyatın inkişafının stimullaşdırılması, dövlətin iqtisadi siyasətindən irəli gələn
vəzifələrin yerinə yetirilməsi habelə beynəlxalq normalara uyğun gömrük işinin təşkili və
həyata keçirilməsindən ibarətdir.
Azərbaycan Respublikasında dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi olan
vahid gömrük siyasəti həyata keçirilir. Gömrük siyasətini həyata keçirən orqanlar icra
hakimiyyəti orqanı olub, fəaliyyətinin xarakterinə görə hüquq-mühafizə orqanıdır. Digər
tərəfdən gömrük orqanları onların qarşısında duran vəzifələri yerinə yetirmək üçün
qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində gömrük işi sahəsində, habelə onunla
ə
laqədar olan digər idarəetmə sahələri ilə birlikdə öz vəzifə və funksiyalarını özünəməxsus
forma və metodlarla həyata keçirən dövlət orqanıdır.
Gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan,
gömrük orqanlarına rəhbərlik edən hüquq-mühafizə orqanı-Dövlət Gömrük Komitəsi
haqqında da bu sualın açıqlanması ilə siz hüquqi biliklər əldə edəcəksiniz.
ndi də mövzunun birinci sualının açıqlanmasına keçək.
SUAL I . Vergi sahə sində dövlə t idarə etmə sinin anlayış ı
və təş kilati-hüquqi ə sasları.
Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında vergilərin vaxtında
ödənilməsi mühüm rol oynayır. Bir sıra sosial tədbirlərin həyata keçirilməsi vergilərin
hesabına əldə olunmuş gəlirlərin köməyi ilə mümkün olur. Göstərilənlər müstəqillik əldə edən
Azərbaycan Respublikasının Konstitusiyasının (Əsas Qanununun) 73-cü maddəsində öz əksini
tapmışdır. Konstitusiyanın bu maddəsində göstərilmişdir ki:
“Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və
vaxtında ödəmək hər kəsin borcudur.
Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən
ə
lavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”.
Konstitusiyanın bu müddəası dövlət büdcəsinin formalaşması üçün vergilərin və başqa
dövlət ödənişlərinin qanunla müəyyən edilməsi prinsipinin vacibliyini göstərir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 4-cü maddəsinə əsasən Azərbaycan
Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:
- dövlət vergiləri;
- muxtar respublika vergiləri;
- yerli vergilər (bələdiyyə vergiləri).
451
Dövlət vergiləri dedikdə, Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan
Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.
Dövlət vergilərinə aşağıdakı vergilər aiddir: (m.6. VM)
- fiziki şəxslərin gəlir vergisi;
- hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və
təşkilatlardan başqa);
- əlavə dəyər vergisi;
- aksizlər;
- hüquqi şəxslərin əmlak vergisi;
- hüquqi şəxslərin torpaq vergisi;
- tranzit yol vergisi;
- mədən vergisi;
- sadələşdirilmiş sistem üzrə vergi.
Muxtar Respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında Vergi
Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən
və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.
Muxtar respublika vergilərinə Naxçıvan MR-da tutulan Vergilər Məcəlləsinin 6.1-ci
maddəsində (yol vergi istisna olunmaqla) sadalanan dövlət vergiləri aiddir. (m.7 VM).
Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, Vergi Məcəlləsi və müvafiq qanunlarla
müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində
ödənilən vergilər nəzərdə tutulur.
Yerli vergilərə isə aşağıdakı vergilər aiddir: (m.8 VM).
- fiziki şəxslərin torpaq vergisi;
- fiziki şəxslərin əmlak vergisi;
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
Vergi- dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi
ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət
büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır:
- vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər;
- vergi agenti (vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə
köçürməyə borclu olan şəxs) hesab edilən hüquqi və fiziki şəxslər;
- dövlət vergi orqanları;
- gömrük orqanları;
- Vergi Məcəlləsi ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı maliyyə orqanları;
- vergi ödəyicilərindən vergilərin ödənilməsi üçün vəsaitlərin alınmasını və onların
büdcəyə köçürülməsini, vergi və gömrük orqanlarından başqa, müəyyən edilmiş qaydada
həyata keçirilən dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər
səlahiyyətli orqanlar və vəzifəli şəxslər.
Azərbaycan Respublikasında dövlət vergi orqanlarının Azərbaycan Respublikasının
Vergilər Nazirliyi və bilavasitə ona tabe olan ərazi vergi orqanları təşkil edir. Bu orqanlara
rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti və höküməti həyata keçirir.
Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının
Konstitusiyası, Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq
452
edilmiş Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları
təşkil edir.
Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq-mühafizə orqanlarının
səlahiyyətlərini həyata keçirirlər. Vergi orqanları öz fəaliyyətini yerli dövlət hakimiyyəti
orqanlarından asılı olmayaraq, müstəqil həyata keçirirlər. Vergi orqanları tərəfindən onların
səlahiyyətləri daxilində qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.
Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu
ödəməkdən azaddırlar.
Vergi orqanları vergilərin (tranzit yol vergisi, idxal-ixrac əməliyyatları üzrə vergilərdən
başqa) tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər.
Vergi orqanları öz vəzifələrini mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq-
mühafizə, maliyyə və digər hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirirlər.
Vergi orqanlarının yerinə yetirilməsi ilə əlaqədar digər dövlət hakimiyyəti orqanları
vergi orqanlarına kömək etməyə və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi
məlumatları verməyə borcludurlar.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulan hallarda vergi
orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada tranzit yol vergisi
və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirir.
Dövlət gömrük orqanları mallar Azərbaycan Respublikasının gömrük sərhəddindən
keçirildikdə, vergilərin tutulması sahəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsi,
Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri həyata
keçirirlər.
Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə verməlidirlər.
Vergi orqanlarının hüquqları:
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və
həllarda kameral və səyyar vergi yoxlamaları keçirmək;
2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları,
smetaları, nəqd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və
vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən
edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan
məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar,
arayışlar və məlumatlar almaq;
3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan
obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında
(ərazilərində) qanunvericiliklə müəyyən edilmiş qaydada xronometrac metodu ilə müşahidə
aparmaq və baxış keçirmək, müəyyən edilmiş qaydada sənədləri götürmək;
4. vergi ödəyiciləri olan hüquqi şəxslərdən və fiziki şəxslərdən vergi qanunvericiliyinin
pozulması hallarının aradan qaldırılmasını tələb etmək;
5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə
baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə
sanksiyaları və inzibati cərimələr tətbiq etmək;
6. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata
keçirmək;
453
7. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
binalara (yaşayış sahələri istisna olmaqla), qurğulara və torpaq sahələrinə daxil olmaq və
baxış keçirmək;
8.“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
nəzarət qaydasında mal-alqısını həyata keçirmək;
9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş
qaydada təhqiqat aparmaq;
10. Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə
vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək.
Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin
qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlər.
Vergi orqanlarının vəzifələri:
1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə,
vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;
2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə
etməyə;
3. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi
ödəyicilərinə, kütləvi informasiya vasitələri və ya fərdi qaydada əvəzsiz olaraq məlumat
verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə,
vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların
hüquq və vəzifələrini izah etməyə;
4. vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamağa, təhlil
etməyə və qiymətləndirməyə, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin
aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verməyə;
5. vergi ödəyicilərinin uçotunu aparmaq;
6. qanunvericilikdə nəzərdə tutlmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o
cümlədən vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət etməyə və onu təmin
etməyə;
7. tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirməyə;
8. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına
uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur.
Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən vəzifələri vardır:
1. Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət
etmək;
2. orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək;
3. vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər
iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq.
Vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğundadırlar. Bu öz əksini 21 iyul 2000-
ci il tarixli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü
maddəsində tapmışdır.
Vergi orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının Vergilər Nazirliyi
tərəfindən müəyyən edilmiş qaydada vəzifəyə təyin olunur və vəzifədən azad olunurlar.
Vergi orqanlarının vəzifəli şəxsləri elmi, pedaqoci və yaradıcılıq fəaliyyəti istisna
olmaqla, heç bir sahibkarlıq və digər ödənişli fəaliyyət növləri ilə məşğul ola bilməzlər.
454
Vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən aşağıdakı hallarda öz xidməti vəzifələrini
vergi ödəyicilərinə münasibətdə həyata keçirmək yolverilməzdir:
1. vergi orqanlarının vəzifəli şəxsləri ilə vergi ödəyiciləri arasındakı münasibətlər ailə
üzvlərinin münasibətləri olduqda;
2. vergi orqanlarının vəzifəli şəxslərinin və ya onların ailə üzvlərinin bilavasitə və ya
dolayısı ilə vergi ödəyicisində (onun fəaliyyətində) maliyyə marağı olduqda.
Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya
işdən çıxdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə) xidməti vəzifələrini
yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı
məlumatın məxfiliyini qorumağa borcludurlar.
Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri
tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya (vergi) sirri
hesab edilir:
1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən;
2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında;
3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;
4. vergi qanunvericiliyinin pozulması və bu hüquq pozulmalara görə məsuliyyət
tədbirləri haqqında.
Kommersiya sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə
tutulmuş hallar istisna olmaqla açılmamalıdır.
Dostları ilə paylaş: |