elmi
araşdırmalar
Təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tabeliyində fəaliyyət
göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və onların müvafiq
qurumlarında və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər, kafedralar,
laboratoriyalar
və
s.)
aparılır.
421
Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.
Təhsil sistemində elmi araşdırmalar dövlət büdcəsinin vəsaitləri, qrantlar, müxtəlif
fondların vəsaitləri, təhsil müəssisəsinin büdcədənkənar vəsaitləri, habelə sifarişlər əsasında
daxil
olan
vəsaitlər
hesabına
həyata
keçirilir.
Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri daşımaqla,
təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə,
tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər
istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir.
Ali və orta ixtisas təhsili müəssisələrinə
tə lə bə
qə bulunun
ümumi
qaydaları
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu
tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı
mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst
seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,
müsabiqə
yolu
ilə
həyata
keçirilir.
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə
keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra
hakimiyyəti
orqanının
müəyyən
etdiyi
qaydada
həyata
keçirilir.
Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali və orta ixtisas təhsili
müəssisəsində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:
1.
təhsil
müəssisəsinin
nizamnaməsi;
2.
təhsil
sahəsində
fəaliyyət
üçün
xüsusi
razılıq
(lisenziya);
3.
təhsil
müəssisəsinin
dövlət
akkreditasiyası
haqqında
sənəd.
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki
təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi
qaydada
nəzərə
alınır.
Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların
qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti
orqanı
tərəfindən
müəyyən
edilir.
Ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin
qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata
keçirilir.
Təhsil
haqqında
dövlə t
sə nə di
Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və
dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və
səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil
haqqında
dövlət
sənədi
verilir.
Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya
ixtisas
üzrə
ə
mək
fəaliyyətinə
başlamaq
üçün
ə
sas
sayılır.
422
Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış verilir.
Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti
orqanının
müəyyən
etdiyi
qaydada
həyata
keçirilir.
Təhsil
sahəsində
dövlə tin
və zifə lə ri
Təhsil
sahəsində
dövlə tin
və zifə lə ri
aşağıdakılardır:
-təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata
keçirilməsini
təmin
etmək;
-milli təhsil sisteminin inkişaf konsepsiyasını və əsas prioritetlərini müəyyən etmək;
-milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarını təsdiq
etmək
və
onların
icrasına
nəzarəti
həyata
keçirmək;
-kadr hazırlığının prioritetlərini və istiqamətlərini, yüksək dərəcəli elmi-pedaqoji kadr
hazırlığı
proqramlarını
müəyyən
etmək;
-təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin
monitorinqini
aparmaq;
-milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, beynəlxalq standartlara
cavab
verən
təhsil
şə
raitinin
və
mühitinin
yaradılmasını
təmin
etmək;
-təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini və dövlət
təhsil qrantlarının məbləğini müəyyən etmək və dövlət təhsil müəssisələrinin
maliyyələşdirilməsini
həyata
keçirmək;
-hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir
təhsilalana (şagirdə, tələbəyə, doktoranta və s.) düşən təhsil xərclərinin miqdarını və maliyyə
normativlərini
müəyyən
etmək;
-ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını
müəyyənləşdirmək;
-müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata
keçirmək;
«Tələbə-məzun» dövlət elektron məlumat sistemini yaratmaq və ondan istifadəni
təmin
etmək;
-təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları)
təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata
keçirmək;
-dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş qaydada
vəzifəyə
təyin
etmək
və
vəzifədən
azad
etmək;
-dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və
inzibati
vəzifə
tutmanın
yaş
həddini
müəyyən
etmək;
-təhsil səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nümunəvi nizamnamələrini
təsdiq
etmək;
-dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl təhsil
müəssisələrinin
nizamnamələrinə
rəy
vermək;
-təhsil
prosesinin
təşkilinə
dair
ümumi
tələbləri
müəyyən
etmək;
-təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının həyata
keçirilməsini
təmin
etmək;
423
-təhsil sahəsində vahid statistik məlumat sisteminin yaradılmasını təmin etmək;
-təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydalarını
təsdiq
etmək;
-xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin
müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və
nostrifikasiyanı
həyata
keçirmək;
-təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmək;
-təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları
təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini
müəyyənləşdirmək;
-təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) vermək və onu ləğv
etmək;
-ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə ixtisasların təsnifatını təsdiq etmək;
-təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti həyata keçirmək;
-təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
-təhsil
müəssisələrinin akkreditasiyası qaydalarını
müəyyən
etmək
və
akkreditasiyasını
həyata
keçirmək;
-təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o
cümlədən yekun attestasiyasının aparılması qaydalarını müəyyən etmək və attestasiyanı
həyata
keçirmək;
-təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin, təhsillə bağlı ictimai birliklərin
və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;
-təhsil
müəssisələrində
aparılan
elmi
araşdırmaları
ə
laqələndirmək;
-təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları
dəyişdirmək
və
ləğv
etmək;
-təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin
hazırlanmasını,
təsdiqlənməsini
və
nəşrini
təmin
etmək;
-elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini müəyyən etmək;
-dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasını, o cümlədən
mükafatlandırılmasını həyata keçirmək, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı
və
məqsədli
təqaüdlər
təsis
etmək;
-dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya
texnologiyaları
və
digər
texniki
vasitələrlə
təminatını
həyata
keçirmək;
-baza
tədris
planlarını
və
proqramlarını
təsdiq
etmək;
-mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı
müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək;
-icbari
ümumi
orta
təhsilin
həyata
keçirilməsinə
nəzarət
etmək;
-dövlət
təhsil
müəssisələrində
pulsuz
tibbi
xidməti
təmin
etmək;
-valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına
çatmayan uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat tipli dövlət
müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını
yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların müvafiq olaraq
xüsusi təhsil və sosial müdafiə müəssisələrinə göndərilməsini təmin etmək;
-təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və
qiymətləndirməni
təmin
etmək.
424
Tə hsil
müə ssisə sinin
idarə
olunması
Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna,
digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.
Dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin
edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil
müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və pedaqoji şuraların
yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş
ə
sasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir.
Bələdiyyə təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə
təhsil
müəssisəsinin
rəhbəri
(rəhbərliyi)
həyata
keçirir.
Özəl təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər (himayəçilər,
qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi)
həyata
keçirir.
Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi
şə
xslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə,
vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin
rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Göstərilən təhsil
müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanı
ilə razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi
rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.
Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək
məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq,
himayəçilər, elmi, elmi-metodiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar
ş
uraları və s.) yaradıla bilər. Bu qurumların yaradılması qaydaları və səlahiyyətləri təhsil
müəssisəsinin
nizamnaməsi
ilə
müəyyən
edilir.
Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor,
direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir.
Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji
işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi
fəaliyyətində
tam
iştirak
etmək
hüququ
təmin
edilir.
Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları
istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların
müdaxiləsinə
yol
verilmir.
Təhsil
prosesinin
iş tirakçıları
Təhsil
prosesinin
iştirakçıları
aşağıdakılardır:
-təhsilalanlar – uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar,
doktorantlar
və
başqaları;
-təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar,
tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri,
425
defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar,
məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi
rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan
mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin
kitabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur
bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul
olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial müdafiə,
səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
-valideynlər
və
ya
digər
qanuni
nümayəndələr;
-təhsili
idarəetmə
orqanları
və
bələdiyyələr;
-təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər.
Təhsilalanların
hüquq
və
və zifə lə ri
Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına,
Təhsil haqqında Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının
tərəfdar
çıxdığı
beynəlxalq
müqavilələrə
uyğun
müəyyən
edilir.
Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.
Təhsilalanların
hüquqları
aşağıdakılardır:
-qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq;
-təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini
sərbəst
seçmək;
-dövlət
təhsil
standartlarına
uyğun
keyfiyyətli
təhsil
almaq;
-müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar
məşğuliyyəti
seçmək;
-ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə
kreditlərin
miqdarını,
təhsilverənləri
və
tyutorları
sərbəst
seçmək;
-təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat,
informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.)
istifadə
etmək;
-müəyyən
edilmiş
qaydada
təhsil
müəssisəsini
və
ixtisasını
dəyişmək;
-elmi
tədqiqat
fəaliyyəti
ilə
məşğul
olmaq;
-fasiləsiz
təhsil
almaq;
-sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
-insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə
olunmaq;
-müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada biliyinin yenidən
qiymətləndirilməsini
tələb
etmək;
-dövlət orta peşə-ixtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində
qanunvericiliyə
uyğun
olaraq
yalnız
bir
dəfə
pulsuz
təhsil
almaq;
-dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
-təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və
mülahizələrini
sərbəst
ifadə
etmək;
-təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin,
426
dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək,
eləcə
də
ölkə
və
beynəlxalq
səviyyəli
belə
təşkilatlara
üzv
olmaq;
-elmi-praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil
həyatı
ilə
bağlı
digər
tədbirlərin
keçirilməsində
iştirak
etmək;
-qanunvericilikdə
nəzərdə
tutulmuş
digər
hüquqları
həyata
keçirmək.
Təhsil müəssisəsində qanuvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla,
təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol
verilmir.
Təhsilalanların
və zifə lə ri
aşağıdakılardır:
-dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
-pedaqoji
işçilərin
şə
rəf
və
ləyaqətinə
hörmətlə
yanaşmaq;
-təhsil
müəssisəsinin
nizamnaməsinin
tələblərinə
riayət
etmək;
-dövlət,
cəmiyyət,
ailə
və
özü
qarşısında
məsuliyyətini
dərk
etmək;
-təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə
bağlı
qaydalara
ə
məl
etmək;
-qanunvericilikdə
nəzərdə
tutulmuş
digər
vəzifələri
yerinə
yetirmək.
Təhsilverənlərin
Dostları ilə paylaş: |