tatdankənar konsullar.
Azərbaycan Respublikasının Xarici şlər Nazirliyi konsulluğun yerləşdiyi dövlətin
razılığına əsasən ayrı-ayrı konsul funksiyalarının yerinə yetirilməsini ştadankənar
konsullara
tapşıra
bilər.
Ş
tatdankənar
konsulların
funksiyalarını
Azərbaycan
Respublikasının Xarici şlər Nazirliyi müəyyənləşdirir. Ştatdankənar konsullar Azərbaycan
Respublikasının dövlət qulluğunda olmurlar.
Xarici şlər Nazirliyi xarici işlər sahəsində idarəetməni bilavasitə həyata keçirir və
öz orqanlarının fəaliyyəti ilə Azərbaycanı beynəlxalq aləmdə tanıtdırır.
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri aşağıdakılardır:
1. BMT yanında daimi nümayəndəlik Nyu-York şəhəri
2. BMT yanında daimi nümayəndəlik və
başqa beynəlxalq təşkilatda
nümayəndəlik. Cenevrə şəhəri
3. ABŞ-da Vaşinqton şəhəri
4. Türkiyədə Ankara şəhəri
5. Almaniyada Bonn şəhəri
6. randa Tehran şəhəri
7. Çində Pekin şəhəri
8. Misir Qairə şəhəri
9. Böyük Britaniyada London şəhəri
10. Saudiyyə Ərəbistanda Ər-riyad şəhəri
395
11. Fransada Paris şəhəri
12. Belçikada Brüssel şəhəri
13. Avstriyada Vena şəhəri
14. Pakistanda slamabal şəhəri
15. Özbəkistanda Daşkənd şəhəri
16. Ukraynada Kiyev şəhəri
17. Rusiya Federasiyasında Moskva şəhəri
18. Gürcüstanda Tbilisi şəhəri
19. Sankt-Peterburqda Fəxri Konsulluq
20. stambulda Baş Konsulluq
21. Avropa şurası yanında büro Strasburq şəhəri
22. Yaponiya (01.X.2002) Tokio şəhəri
23. Polşa ( 01.X.2002) Varşava şəhəri
24. Küveyt (01.X.2002) Küveyt şəhəri.
Xarici dövlətlərin Azərbaycan Respublikasındakı
S Ə F R L K L Ə R
1.
Çin
2.
Fransa
3.
Gürcüstan
4.
Almaniya
5.
Yunanıstan
6.
raq
7.
ran
8.
srail
9.
taliya
10.
Qazaxıstan
11.
Liviya
12.
Norveç
13.
Pakistan
14.
Polşa
15.
Rusiya
16.
Sudan
17.
Türkiyə
18.
Ukrayna
19.
ngiltərə
20.
ABŞ
21.
Özbəkistan
Beləliklə, suala yekun olaraq göstərmək olar ki, Azərbaycan Respublikasının qonşu
və xarici ölkələrlə siyasi, iqtisadi, mədəni və s. əlaqələrinin yaranmasına və inkişaf
etdirilməsinə yönəlmiş səlahiyyətli dövlət orqanlarının fəaliyyəti xarici işlər sahəsində
396
idarəetmə ilə bağlıdır. Dövlətin xarici siyasətinin əsas istiqamətlərini də Azərbaycan
Respublikasının Prezidenti müəyyən edir.
SUAL 2. Azə rbaycan Respublikasının Xarici ş lə r Nazirliyi-xarici iş lə r
sahə sində idarə etmə ni bilavasitə hə yata keçirə n orqan kimi.
Azərbaycan Respublikasının Xarici şlər Nazirliyi (bundan sonra X N) Azərbaycan
Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri sahəsində dövlət
idarəetməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikasının Xarici şlər Nazirliyi Azərbaycan Respublikası
Prezidentinə tabedir.
Azərbaycan Respublikasının X N-i öz fəaliyyətində aşağıdakı normativ-hüquqi
aktları rəhbər tutur:
♦
Azərbaycan Respublikasının Konstitusiyasını;
♦
Azərbaycan Respublikasının Qanunlarını;
♦
Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarını;
♦
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını;
♦
Azərbaycan Respublikası X N haqqında Əsasnaməni;
♦
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və s.
Xarici ş lə r Nazirliyi- xarici işlər sahəsində idarə-etmədə beynəlxalq sülh və
təhlükəsizliyin qorunmasını, beynəlxalq hüququn effektivliyini və beynəlxalq
münasibətlərin müxtəlif sahələrində əməkdaşlığı təmin edir. Bu Azərbaycanın dünya
birliyində layiqli yer tutmasını, onun müxtəlif iqtisadi, siyasi birliklərə inteqrasiyasını
sürətləndirir. Belə ki, Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra aşağıda göstərilən
beynəlxalq təşkilatlara üzv olmuşdur:
1. Birləşmiş Millətlər Təşkilatına (187 dövlətin üzv olduğu bu təşkilata
Azərbaycan Respublikası 1992-ci ilin martında üzv olmuşdur).
2. Avropaya Təhlükəsizlik və əməkdaşlıq üzrə təşkilata, yanvar, 1992.
3. Müstəqil Dövlətlər Birliyinə, (12 dövlət üzv olduğu bu təşkilata Azərbaycaq
Respublikası sentyabr 1993-cü ildə üzv olmuşdur).
4. slam Konfransı Təşkilatına -1992-ci il.
5. Avropa ttifaqına, 1996-cı il.
6. qtisadi Əməkdaşlıq Təşkilatına-1992-ci il.
7. Beynəlxalq Valyuta Fonduna-1992-ci il.
8. Ümumdünya Bankına-1992-ci il.
9. Təhsil, elm və mədəniyyət üzrə BMT-nin Təşkilatına (YUNESKO).
10. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Ümumdünya Federasiyasına.
11. Birləşmiş Millətlər Təşkilatının uşaqlar fonduna (YUN SEF), 1993-cü il.
12. Beynəlxalq Kriminal Polisi Təşkilatına ( NTERPOL).
13. Beynəlxalq Olimpiya Komitəsi.
14. Türk xalqları arasında mədəniyyət təşkilatı.
15. Birləşmiş Millətlər Təşkilatının qtisadi və Sosial Şurasına 1992-ci il
müşahidəedici statuslu.
397
16. Avropa Şurasına yanvar 2001-ci il.
Ümumiyyətlə, Azərbaycan Respublikası xarici dövlətlərlə 500 çox müqavilə
bağlayıb, 120-dən çox beynəlxalq konvensiyalara qoşulmuşdur.
Azərbaycan Respublikası X N-i sisteminə xarici işlər sahəsində fəaliyyət göstərən
aşağıdakı kimi orqan, təşkilat, idarə və müəssisələr daxildirlər:
♦
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları;
♦
Azərbaycan Respublikasının beynəlxalq (dövlətlərarası, hökumətlərarası)
təşkilatlar yanında nümayəndələri;
♦
Azərbaycan Respublikası ərazisində X N-in fəaliyyətinin təmin edilməsi üçün
yaradılmış və onun tabeçiliyində olan müəssisələr, idarələr və təşkilatlar.
Xarici işlər sahəsində dövlət idarəetməsini bilavasitə həyata keçirən icra
hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası X N-in əsas vəzifələri aşağıdakılardır:
♦
Azərbaycan Respublikasının xarici siyasətinin ümumi strategiyasının
hazırlanması və Azərbaycan Respublikası Prezidentinə müvafiq təkliflərin verilməsi;
♦
Azərbaycan Respublikasının xarici siyasət xəttinin həyata keçirilməsi;
♦
Azərbaycan Respublikası Prezidentinə Azərbaycan Respublikasının xarici
siyasətinin əsaslarının müəyyən edilməsi haqqında və Azərbaycan Respublikası
Prezidentinin səlahiyətlərinə uyğun olaraq, onun üzərində rəhbərliyin həyata keçirilməsinə
dair təklif və tövsiyyələrin hazırlanması və təqdim edilməsi;
♦
Azərbaycan Respublikası Prezidentinə xarici siyasət sahəsində dövlət
orqanlarının razılaşdırılmış qarşılıqlı fəaliyyətinin təmin edilməsi üzrə təkliflərin
hazırlanması və təqdim edilməsi;
♦
Azərbaycan Respublikası Prezidentinə dövlət hakimiyyət orqanlarının xarici
siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə məlumat verilməsi;
♦
diplomatik
vasitələrlə
Azərbaycan
Respublikasının
suverenliyinin,
təhlükəsizliyinin, ərazi bütövlüyünün müdafiəsi və beynəlxalq aləmdə digər maraqlarının
təmin edilməsi;
♦
Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin xaricdə
hüquq və mənafelərinin təmin edilməsi;
♦
xarici dövlətlərdə Azərbaycan Respublikasının diplomatik və konsulluq
münasibətlərinin, beynəlxalq təşkilatlarla əlaqələrinin təmin edilməsi;
♦
xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətdə Azərbaycan
Respublikasının vahid xarici siyasi xətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə
digər icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onların işi üzərində
nəzarət;
♦
Azərbaycan Respublikasının dövlət orqanlarının siyasi, iqtisadi, elmi-texniki,
mədəni, humanitar münasibətlərinin əlaqələndirilməsi və diplomatik təmini və s.
Azərbaycan Respublikası X N-in üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün
X N aşağıdakı hüquqlara malikdir:
♦
dövlət orqanlarıdan, bələdiyyələrdən, habelə təşkilati-; hüquqi formasından və
idarəçilik tabeçiliyindən asılı olmayaraq müəssisələrdən, idarələrdən və təşkilatlardan
Nazirliyin səlahiyyətinə aid məsələlərin həll edilməsi üçün zəruri olan sənədləri, arayış və
digər materialları müəyyən edilmiş qaydada ala bilər; məlumatları müəyyən edilmiş
qaydada göstərilən orqanlara, müəssisələrə, idarələrə və təşkilatlara verə bilər;
398
♦
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin layihələrinin
Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquqi normalara
uyğunluğuna nəzarəti həyata keçirir;
♦
xarici siyasət və diplomatik xidmət məsələlərinə dair qanunvericilik aktlarının
hazırlanması barəsində təklifləri Azərbaycan Respublikası Prezidentinə müəyyən edilmiş
qaydada baxılmaq üçün təqdim edir;
♦
beynəlxalq əlaqələrini həyata keçirərkən icra hakimiyyətinin digər orqanları,
yerli idarəçilik orqanları, (habelə təşkilati-hüquqi formasından və idarəçilik tabeliyindən
asılı olmayaraq müəssisələr, idarə və təşkilatlar) üçün öz səlahiyyətləri daxilində icrası
zəruri olan normativ xarakterli qərarlar qəbul etmək;
♦
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tabeli
müəssisələrin yaradılması, yenidən təşkil edilməsi və ləğv edilməsi, onların rəhbərlərinin
vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi; maliyyə təsərrüfat fəaliyyətinin təftişi
və yoxlanılması;
♦
konsulluq və digər xidmət növlərindən alınan büdcədən kənar vəsaitlərdən
Nazirliyin maddi-texniki bazasının inkişafının maliyyələşdirilməsi, onun işçilərinin sosial
ehtiyacları və maddi həvəsləndirilməsi üçün müəyyən edilmiş qaydada istifadə və s.
Azərbaycan Respublikası xarici işlər nazirinin Azərbaycan Respublikası Prezidenti
tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən müavinləri vardır. Nazir öz
müavinləri arasında vəzifə bölgüsü aparır.
Azərbaycan Respublikasının xarici işlər naziri nazirliyin üzərinə qoyulmuş
vəzifələrin yerinə yetirilməsi və onun tərəfindən öz funksiyalarının həyata keçirilməsi üçün
şə
xsi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının xarici işlər naziri nazirliyin
fəaliyyətinə rəhbərlik edir, onun struktur bölmələrinin Əsasnaməsini, (habelə tabeli
təşkilatların Əsasnamələrini) Nizamnamələrini təsdiq edir, kadr, maliyyə, istehsalat,
təsərrüfat və digər məsələlərin həll olunmasında Nazirlik sisteminin vəzifəli şəxslərinin
səlahiyyətini müəyyən edir.
♦
Xarici işlər naziri Nazirliyin mərkəzi aparatının, xaricdəki nümayəndəliklərin,
tabeli təşkilatların fəaliyyəti məsələləri üzrə əmrlər, təlimatlar və göstərişlər verir;
♦
Azərbaycan Respublikasının xarici dövlətlərdəki səfirlərinin və Azərbaycan
Respublikasının
beynəlxalq
təşkilatlardakı
(dövlətlərarası,
hökumətlərarası)
nümayəndələrinin təyin edilməsi və geri çağırılması, dövlət və hökumət nümayəndə heyəti
rəhbərlərinin təyin edilməsi və geri çağırılması barədə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikası Prezidentinə təkliflər verir;
♦
ikitərəfli və çoxtərəfli danışıqlarda Azərbaycan Respublikasını təmsil edir,
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrini imzalayır;
♦
Azərbaycan Respublikasının dövlət orqanları ilə xarici dövlətlərin dövlət
hakimiyyəti orqanları, habelə beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərdə Nazirliyi
təmsil edir;
♦
Nazirliyin mərkəzi aparatının və xaricdəki nümayəndəliklərin rəhbər işçilərini,
habelə Nazirlik sisteminin digər işçilərini öz səlahiyyəti çərçivəsində vəzifəyə təyin edir və
vəzifədən azad edir;
399
♦
xüsusi olaraq fərqlənən işçilərin müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının dövlət mükafatları ilə mükafatlandırılmasına və Azərbaycan
Respublikasının fəxri rütbələrinin təltif edilməsinə təqdim edir;
♦
fövqəladə və səlahiyyətli səfir, 1-ci və 2-ci dərəcəli fövqəladə və səlahiyyətli
nümayəndə diplomatik dərəcələrinin təqdim edilməsi barədə Azərbaycan Respublikası
Prezidenti qarşısında vəsadət qaldırır və Attaşedən başlayaraq 1-ci dərəcəsi müşavir də
daxil olmaqla diplomatik dərəcələri verir;
♦
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq digər hüquqları da
həyata keçirir.
Azərbaycan Respublikası Xarici şlər Nazirliyinə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən nazir rəhbərlik edir.
Azərbaycan Respublikası Xarici şlər Nazirliyində nazirdən (kollegiyanın sədri) və
onun müavinləri (vəzifə üzrə), habelə Nazirlik sisteminin digər rəhbər işçilərindən ibarət
kollegiya yaradılır.
Kollegiyanın üzvləri Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunur.
Kollegiya Nazirliyinin fəaliyyəti ilə bağlı daha mühüm məsələlərə baxır və onlar haqqında
müvafiq qərarlar qəbul edir. Kollegiya qərarları səs çoxluğu ilə qəbul edir və nazirin
ə
mrləri ilə həyata keçirir. Nazir ilə kollegiya arasında fikir ayrılığı olarsa, nazir müəyyən
edilmiş qaydada fikir ayrılığı barədə Azərbaycan Respublikası Prezidentinə məruzə edərək
öz qərarını həyata keçirir, qəbul olunmuş qərar üzrə xüsusi rəy olan kollegiya üzvləri bu
barədə müvafiq qaydada Azərbaycan Respublikası prezidentinə məruzə edə bilərlər.
Azərbaycan Respublikası Xarici şlər Nazirliyində Attestasiya komissiyası
yaradılır. Attestasiya komissiyasının tərkibi Kollegiya tərəfindən təsdiq olunur. Attestasiya
komissiyası öz səlahiyyətləri çərçivəsində mərkəzi apparat, xaricdəki səfirlik və
nümayəndəliklərdə kadrların peşə hazırlığına nəzarət edir və təkliflər verir. Attestasiya
komissiyası qərarını səs çoxluğu ilə qəbul edir və qəbul edilmiş qərarlar nazirin əmrləri ilə
həyata keçirilir.
Nazirliyin Mərkəzi aparatının və xaricdəki nümayəndəliklərinin strukturu və ştat
cədvəli xarici işlər nazirinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təsdiq edilir.
Azərbaycan Respublikasının Xarici şlər Nazirliyi xarici siyasət məsələləri üzrə
elmi əsaslandırılmış təkliflərin hazırlanması üçün elmi məsləhət, metodiki və ekspert
ş
uraları yarada bilər.
Ş
uraların tərkibi və onların Əsasnamələri xarici işlər naziri tərəfindən təsdiq edilir.
Ş
uraların fəaliyyətinin təşkilati-texniki təminatını Azərbaycan Respublikasının Xarici şlər
Nazirliyinin Mərkəzi Aparatı həyata keçirir.
Azərbaycan Respublikası Xarici şlər Nazirliyi onun fəaliyyətinə aid məsələlər
üzrə müəyyən edilmiş qaydada curnallar, bülletenlər və digər nəşrlər dərc edir.
Azərbaycan
Respublikası
Xarici
ş
lər
Nazirliyinin
fəaliyyətinin
maliyyələşdirilməsi icra orqanlarının saxlan-masına yönəldilən dövlət büdcəsinin hesabına
həyata keçirilir.
Azərbaycan Respublikasının Xarici şlər Nazirliyi hüquqi şəxsdir. Azərbaycan
Respublikasının dövlət gerbi təsdiq edilmiş və öz adı olan möhürə, müvafiq möhür və
ş
tamplara, Azərbaycan Respublikası Banklarının müəssisələrində hesablaşma hesabına, o
cümlədən Milli və xarici valyutada hesablaşma hesabına malikdir.
400
Beləliklə, suala nəticə olaraq göstərmək olar ki, Azərbaycan Respublikasının xarici
dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibəti sahəsində dövlət idarəetməsini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Xarici şlər Nazirliyi Azərbaycan
Respublikası Prezidentinə tabedir.
SUAL 3. Azə rbaycan Respublikasına gə lmə k və Azə rbaycan Respublikasından
getmə yin inzibati-hüquqi nizamlanması.
nsan hüquqlarının ümumi bəyannaməsinə və Azərbaycan Respublikasının müvafiq
beynəlxalq müqavilələrinə uyğun olaraq “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası
vətəndaşlarının Azərbaycan Respublikasına gəlmək (bundan sonra ölkədən getmək və
ölkəyə gəlmək) hüququna təminat verilir və bu hüquqdan azad şəkildə istifadə etmək üçün
hər bir müstəqil dövlətin rəmzi olan xüsusi sənədin-Azərbaycan Respublikası vətəndaşının
pasportunun tətbiqi nəzərdə tutulur, vətəndaşlara pasportun verilməsi qaydaları, xaricdə
daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından
getməsi qaydaları təsbit olunur.
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan
Respublikasının Qanunu 14 iyun 1994-cü ildə qəbul edilmiş, sonralar isə bu Qanuna əlavə
dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonra vətəndaş) Qanunda
nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə
ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız
aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
1) vətəndaşın dövlət sirri və ya hərbi sirr olan məlumatlar üzrə öhdəliyi qüvvədirsə,
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada həmin öhdəlik
qüvvədən düşənədək;
2) vətəndaş haqqında cinayət işi qaldırılıbsa və ya o, məhkum edilibsə-müvafiq
olaraq iş üzrə icraat qurtaranadək və ya cəza çəkilib qurtaranadək, yaxud cəzadan azad
edilənədək;
3) vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə
çağırıldıqda-müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan
azad edilənədək;
4) beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb
olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin aparılmasınadək.
Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı
üçün təhlükə yaranarsa, Azərbaycan Respublikasının Xarici şlər Nazirliyi Azərbaycan
Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən
müvəqqəti çəkinməyi tövsiyə edə bilər.
Vətəndaşın ölkədən getmək və ya ölkəyə gəlmək hüququ qanunla
müəyyənləşdirilmiş qaydada yalnız Azərbaycan Respublikası vətəndaşının pasportu və
401
beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş
“icazə-viza” əsasında həyata keçirilir.
Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədilə istifadə
edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işlənən vətəndaşın ölkədən getmək və ölkəyə
gəlmək hüququ Azərbaycan Respublikası Milli Məclisinin təsdiq etdiyi “Dənizçi kitabçası
haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni
nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq
edilmiş razılığı ilə gedə bilər.
Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın
ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular istisna olmaqla Azərbaycan
Respublikası Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun
birləşmələrində qulluq edən hərbi qulluqçular komandanlığın müəyyən olunmuş qaydada
rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.
18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun
valideynlərinin hər birinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və
notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı
olduqda yol verilir.
Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş vətəndaş ölkədən öz
qanuni nümayəndəsinin notarius tərəfindən təsdiq edilmiş vəsatəti və ya məhkəmənin qərarı
ə
sasında qanuni nümayəndəsinin müşayiəti ilə gedə bilər.
Azərbaycan Respublikası vətəndaşının pasportu(bundan sonra-pasport) Azərbaycan
Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona
ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən rəsmi
sənəddir.
Dostları ilə paylaş: |