kollegiya yaradılır. Kollegiyanın tərkibini Azərbaycan Respublikasının Prezidenti
təsdiq edir. Kollegiyanın sədri tutduğu vəzifəyə görə daxili işlər naziri, üzvləri isə D N-
in digər rəhbər vəzifələri üzrə müəyyən edilir.
D N-in kollegiya iclasında daxili işlər orqanlarının fəaliyyətinin əsas
istiqamətləri, ictimai təhlükəsizliyin və ictimai qaydanın təmin edilməsi, cinayətkarlığa
qarşı mübarizənin və icra intizamının vəziyyəti, kadr məsələləri, əmrlərin və digər
aktların layihələri müzakirə edilir, daxili işlər orqanlarının vəzifəli şəxslərinin
hesabatları dinlənilir, D N-in fəaliyyəti ilə bağlı digər mühüm məsələlərə baxılır və
müvafiq qərarlar çıxarılır.
Kollegiya üzvləri müzakirə edilən məsələlərə dair qərar qəbul edərkən
səsverməyə bərabər hüquqlara malikdirlər. Kollegiyanın qərarları onun üzvlərinin sadə
və səs çoxluğu ilə qəbul edilir, nazirin əmri ilə elan olunur və həyata keçirilir.
Kollegiyanın sədri və kollegiya üzvləri arasında fikir ayrılığı olduqda kollegiyanın sədri
öz əsaslandırılmış qərarını həyata keçirir və bu haqda Azərbaycan Respublikasının
Prezidentinə məlumat verir.
Beləliklə, birinci suala yekun olaraq qeyd etmək olar ki, idarəetmənin xüsusi
subyekti olan daxili işlər orqanlarıdır. Daxili işlər orqanlarının fəaliyyəti digər dövlət
orqanlarından özünün daha yüksək səviyyəli intizamı və mərkəzləşməsi ilə fərqlənir.
SUAL 2. “DAXILI IŞLƏR ORQANLARINDA XIDMƏT KEÇMƏNIN
ANLAYIŞI, HÜQUQI ƏSASLARI
VƏ ŞƏRTLƏRI”.
Polisdə və D N sisteminə daxil olan digər orqan və hissələrdə xidmət keçmənin
qaydaları və şərtləri, bu orqanların vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları
qanunla təsdiq edilmiş “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə
tənzimlənir.
356
Daxili işlər orqanlarında xidmət keçmə-daxili işlər orqanlarının funksiya, vəzifə
və hüquqlarını öz peşə fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası
vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
Daxili işlər orqanında xidmət keçmə haqqında qanunvericilik Azərbaycan
Respublikasının Konstitusiyasına əsaslanır və “Polis haqqında” Azərbaycan Respublikasının
Qanunundan, Daxili şlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədən, Azərbaycan
Respublikasının digər normativ-hüquqi aktlarından ibarətdir.
Daxili işlər orqanlarında işləyən şəxslər arasında xidməti münasibətlərin
tənzimlənməsi, onların xidmət müddətinin və ixtisas keyfiyyətlərinin müəyyən olunması
məqsədi ilə bu orqanlarda sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələri və
xüsusi rütbələr müəyyən olunur.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri
həyata keçirən, xüsusi rütbələr verilmiş, sıravi və kiçik, orta, böyük, ali rəis heyəti
vəzifələrində işləyən və ya daxili işlər orqanlarının kadrlarında olan Azərbaycan
Respublikasının vətəndaşları, habelə D N-in təhsil müəssisəsinin müdavimləri daxili işlər
orqanlarının əməkdaşları hesab olunurlar.
Daxili işlər orqanlarının əməkdaşları dövlət hesabına geyim forması və fərqlənmə
nişanları ilə təmin olunurlar. Geyim formasının və fərqlənmə nişanlarının təsviri
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
Daxili işlər orqanlarının əməkdaşlarına nümunələri Azərbaycan Respublikasının
D N tərəfindən müəyyən edilmiş xidməti vəsiqələr verilir.
Daxili işlər orqanlarının əməkdaşları xüsusi hazırlıq keçdikdən sonra
qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvəni, xüsusi vasitələri
və odlu silahı tətbiq etmək hüququna malikdirlər. Xüsusi vasitələrin və odlu silahın
verilməsi, saxlanılması və gəzdirilməsi qaydaları D N tərəfindən müəyyən edilir.
Daxili işlər orqanlarında xidmət keçmə hər bir əməkdaşın şəxsi işində öz əksini tapır.
Şə
xsi iş daxili işlər orqanlarının kadr xidmətləri tərəfindən hazırlanır, aparılır və saxlanılır.
Daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə təyin olunan şəxslərə
xüsusi rütbələr verilir.
Daxili işlər orqanları rəis heyətinin əməkdaşları xidmətdən xaric edildikdə
mövcud rütbəyə “istefadə olan” sözləri əlavə edilir.
Daxili işlər orqanlarında xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə,
fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu
orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli
(qadınlar istisna olmaqla), Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən
aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının
vətəndaşları qəbul olunurlar.
D N-in tədris müəssisəsinə yaşı 18-ə çatmamış orta təhsilli şəxslər də qəbul edilə
bilərlər.
Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə (test imtahanlarının və
söhbətlərin) və şəffaflıq əsasında həyata keçirilir. Müsabiqənin elan edilməsi,
keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası D N tərəfindən
müəyyən edilir.
kili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri,
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud
357
fəaliyyət qabiliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə
barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə
yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə
məşğul olmasına, xidmətə tam yararsız olmasına, ləyaqətsiz hərəkətlərə görə daxili işlər və
digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə
qəbul oluna bilməzlər.
Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə yalnız
orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər.
Orta və böyük rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi, orta
ixtisas ali hüquq təhsilli şəxslər qəbul edilirlər.
Digər ixtisasları olan şəxslərin xidmətə qəbulu D N tərəfindən müəyyən edilmiş
qaydalara uyğun həyata keçirilir.
Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslər “Polis haqqında” Qanunun
29-cu maddəsində göstərilmiş məzmunda və D N tərəfindən müəyyən edilmiş qaydada
and içirlər.
Sıravi və kiçik, orta və böyuk rəis heyəti vəzifələrinə təyin olunma və bu
vəzifələrdən azad edilmə D N tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə və
xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə
görə verilən əlavə ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər
müavinət və ödənişlər daxildir.
Daxili işlər orqanları əməkdaşlarının həyat və sağlamlığı dövlət büdcəsi vəsaiti
hesabına sığortalanır.
Daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə
olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan
Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə D N-in və bilavasitə rəislərin
ə
mr və göstərişlərinə əməl etməkdən ibarətdir.
Xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən
yüksək nəticələrə görə daxili işlər orqanlarının əməkdaşları üçün aşağıdakı
həvəsləndirmə növləri tətbiq oluna bilər:
1) təşəkkür;
2) pul mükafatı;
3) qiymətli hədiyyə ilə mükafatlandırılma;
4) fəxri fərman ilə təltif edilmə;
5) fəxri döş nişanı ilə təltif edilmə;
6) vaxtından əvvəl növbəti xüsusi rütbənin verilməsi;
7) xüsusi rütbənin vəzifə ştatında nəzərdə tutulduğundan bir pillə yuxarı
verilməsi;
8) təltif silahının verilməsi.
Həvəsləndirmə növlərinin tətbiqi qaydaları D N tərəfindən müəyyən edilir.
Həvəsləndirmə tədbiri kimi əvvəllər verilmiş intizam tənbehinin vaxtından əvvəl geri
götürülməsi tətbiq oluna bilər.
Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının
ə
məkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər.
1) məzəmmət;
358
2) töhmət;
3) şiddətli töhmət;
4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;
5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə;
6) xüsusi rütbənin bir pillə aşağı salınması;
7) xidmətdən xaric edilmə.
Həvəsləndirmə tədbirləri və intizam tənbehləri, daxili işlər orqanlarının vəzifəli
şə
xsləri tərəfindən onlara verilən səlahiyyətlər hüququnda tətbiq edilir.
Xidməti intizam qaydalarının pozulmasına görə yalnız bir intizam tənbehi verilir.
Həvəsləndirmə tədbiri kimi intizam tənbehinin vaxtından əvvəl götürülməsi, tənbehi
vermiş rəis, yaxud ona bərabər vəzifəli və ya vəzifəcə böyük birbaşa rəis tərəfindən
həyata keçirilir.
Həvəsləndirmə tədbirlərinin və intizam tənbehinin tətbiqində verilən hüquqların
həddini aşan vəzifəli şəxs məsuliyyət daşıyır.
Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:
1) öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə
verildikdə;
2) and içməkdən imtina etdikdə;
3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin
ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda;
4) daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul
olduqda;
5) xidmətdə olmanın son yaş həddinə çatdıqda;
6) səhhətinə görə, o cümlədən 4 aydan artıq müddətli xəstəliklə əlaqədar
vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının
rəyi olduqda;
7) daxili işlər orqanlarında xidmətə tam yararsız olması barəsində attestasiya
komissiyasının rəyi olduqda;
8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının
vətəndaşlığından çıxdıqda və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə;
10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il
ə
rzində yenidən kobudcasına pozduqda;
11) ştatlar ixtisar edildikdə;
12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə
qaydasında müəyyənləşdirildikdə;
13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə.
Xidmətdən xaric edilən daxili işlər orqanları əməkdaşlarına Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müavinət verilir.
Beləliklə, suala nəticə olaraq göstərmək olar ki, D N sistemində ntizam
Nizamnaməsi qüvvədədir, D N-in sıravi və rəis heyəti vətənə sadiq olmaları barədə and
içirlər. Onların xidmətə qəbulu və xidmət keçməsi qanunla təsdiq edilmiş əsasnamə ilə
tənzimlənir.
359
SUAL 3. “Ədliyyə sahəsində dövlət idarəetməsinin
ANAYIŞ I VƏ TƏŞ KILATI – HÜQUQI FORMALARI.
Ədliyyə - sosial-siyasi xarakter daşıyan idarəetmə sahələrindən biridir. Bu sahə
qanunsuluğun möhkəmləndirilməsi, vətəndaşların, idarə, müəssisə, təşkilat və ictimai
birliklərin hüquq və qanuni maraqlarının təmin edilməsi kimi əsas vəzifə və funksiyaları
yerinə yetirir. Göstərilən vəzifə və funksiyaların yerinə yetirilməsində ədliyyə,
məhkəmə, notariat orqanları və digər müəssisə və təşkilatlar iştirak edirlər.
Sadalanan orqan, müəssisə və təşkilatlar dövlət idarəetməsinin müstəqil sahələri
olaraq, onlara rəhbərliyi ədliyyə idarəçiliyi həyata keçirir.
Ə
dliyyə idarəetməsi Azərbaycan Respublikası Prezidenti və Hökumətinin
qanunyaratma fəaliyyətinin hüquqi təminatı sahəsində normativ-hüquqi aktların
layihələrinin işlənib hazırlanması; məhkəmə islahatının təşkilati-hüquqi təminatının
həyata keçirilməsi; idarə, təşkilat və ictimai birliklərin dövlət qeydiyyatından
keçirilməsi; məhkəmə-ekspert idarələrinə, dövlət notariat kontorlarına rəhbərlik və
digər məsələləri həyata keçirir.
Ə
dliyyə
sahəsində
idarəetmənin
ə
sas
vacib
suallarını
Azərbaycan
Respublikasının Prezidenti, Müdafiə Şurası və hökuməti həll edir. Bu sahədə xüsusi
idarəetmə orqanı Ədliyyə Nazirliyi və ədliyyə idarəetmə orqanları, eləcə də onun
sisteminə daxil olan orqanlar sayılır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşkilati fəaliyyəti Azərbaycan
Respublikası Nazirlər Sovetinin 1972-ci il 28 iyul tarixdə qəbul edilmiş Fərmanla təsdiq
edilmiş Əsasnamə ilə nizamlanır. Onun əsas vəzifələri aşağıdakılardır:
1) qanunçuluğu hərtərəfli möhkəmləndirmək, dövlət qeyri-dövlət və ictimai
təşkilatların vətəndaşların hüquqlarını və qanuni mənafelərini qorumaq; digər dövlət
orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, cinayətlərin və digər
hüquqpozmaların törədilməsinə kömək edən səbəb və şəraitin aradan qaldırılması
sahəsində fəaliyyəti təkmilləşdirmək;
2) məhkəmələrə təşkilati rəhbərliyin təmin edilməsi və bu işin səviyyəsini
yüksəltmək, hakimlərin müstəqilliyi və yalnız Konstitusiyaya və qanunlara tabeçiliyi
prinsiplərinə ciddi əməl olunmaqla ədalət mühakiməsinin məqsədlərinin və
məhkəmənin vəzifələrinin həyata keçirilməsinə hər vasitə ilə gömək etmək;
3) qanunların məcəllələşdirilməsinə dair təklifləri sistemləşdirmək və hazırlamaq,
Azərbaycan Respublikası nazirlikləri və baş idarələri tərəfindən həyata keçirilən
məcəlləşdirmə işinin səviyyəsinin yüksəldilməsinə, dövlət quruculuğu vəzifələrinə
uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsinə hər vasitə ilə kömək etmək;
4) notariat, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) orqanlarının,
məhkəmə-ekspert orqanlarının digər tabe ədliyyə təşkilatlarının və idarələrinin
fəaliyyətini təkmilləşdirmək;
5) ictimai istehsalatda iqtisadi səmərəliliyinin artırılması, mülkiyyəti qorumaq,
dövlət və əmək intizamını daha da möhkəmləndirmək, idarə, müəssisə, təşkilat və
vətəndaşların hüquqlarına və qanuni mənafelərinə ciddi əməl edilməsi məqsədi ilə
istehsalatda hüquq işini təkmilləşdirmək;
6) əhali arasında hüquqi biliklərin təbliğini və qanunların izahını təşkil etmək;
360
7) hüquq elminin inkişafına və onun nailiyyətlərindən dövlət, təsərrüfat və
mədəni quruculuqda istifadə olunmasına kömək etmək;
8) Nazirliyin müəssisə və təşkilatlarını, məhkəmə orqanlarını ixtisaslı kadrlarla
təmin etmək, kadrların ixtisasını artırmaq və s.
Ə
dliyyə Nazirliyi bu vəzifələri yerinə yetirərkən Nazirliyin orqanlarının və
idarələrinin, məhkəmələrin təşkili və fəaliyyətinə aid məsələlərə dair qanunvericiliyin
tətbiqi təcrübəsini ümumiləşdirir, bu qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər
işləyib hazırlayır və onları Nazirlər Kabinetinin müzakirəsinə verir.
Ədliyyə Nazirliyinin başlıca vəzifələri onun rəhbərlik etdiyi müəssisə və
orqanların xüsusiyyətindən asılı olaraq Nazirliyin funksiyalarının xarakterini müəyyən
edir.
Ədliyyə Nazirliyinin əsas funksiyaları aşağıdakılardır:
1. Məhkəmələrin fəaliyyətinin təşkilati təmin edilməsi Ədliyyə Nazirliyinin
fəaliyyətinin vacib istiqamətidir.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı
maddəsinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hakimlərin
müstəqilliyinə ciddi əməl etməklə Ali Məhkəmənin, qtisad Məhkəməsinin və
Apellyasiya Məhkəməsinin hakimləri istisna olmaqla, hakimlərin peşə hazırlığının
artırılması, məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məsələləri ilə məşğul
olur, məhkəmələrin müvafiq normativ-hüquqi aktlarla təchiz olunmasını, maliyyə və
digər maddi-texniki xidmətini həyata keçirir, bu məhkəmələrdə kargüzarlığın təşkili və
məhkəmə statistikasının aparılması, məhkəmə qərarlarının icrası, hakimlərin əmək və
sosial hüquqlarının təmin edilməsi, məhəkəmələrdə icra və əmək intizamına riayət
edilməsi üçün tədbirlər görür və bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq
hüququna malikdir və hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi barədə icraat
başlayır.
Məhkəmələrin fəaliyyətinin hüquqi, təşkilati, informasiya, maddi-texniki,
maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədi ilə məhkəmələrdə məhkəmə
aparatı. Ali, qtisad, Apellyasiya və Naxçıvan MR-nın Ali məhkəmələrində isə müvafiq
struktur bölmələrdən ibarət olan məhkəmə katibliyi fəaliyyət göstərir.
Məhkəmələrin fəaliyyətinin təşkilati təminatı məhkəmə fəaliyyəti üçün lazımi
şə
raitin və məhkəmələrdə işin təşkil edilməsinin yoxlanılması üçün zəruridir. Ədliyyə
Nazirliyi məhkəmələrin təşkil edilməsi (onların dislokasiyası, quruluşu və ştatı) barədə
təkliflər hazırlayır, hakimliyə namizədləri imtahan yolu ilə seçir; məhkəmələrdə işin
təşkil edilməsini yoxlayır və bu məsələlər üzrə müvafiq məhkəmə sədrlərinin
məruzələrini dinləyir; məhkəmələrin maddi-texniki təminatı və onların fəaliyyəti üçün
lazımi məsələləri həll edir.
Ə
dalət mühakiməsinin və məhkəmə nəzarətinin keyfiyyətinin yüksəldilməsi
məqsədi ilə Ədliyyə Nazirliyi məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir. Bu işi Ali
Məhkəmə ilə əlaqələndirir və ümumiləşdirmənin nəticələrindən məhkəmə fəaliyyətinin
təşkilindəki çatışmamazlıqların aradan qaldırılması üçün istifadə edir; məhkəmə
statistikası işinin aparılmasını təşkil edir və onun məlumatlarını məhkəmələrdə işlərin
baxılması keyfiyyətinin yüksəldilməsində və qanun-vericiliyin təkmilləşdirilməsi üçün
təkliflərin hazırlanmasında istifadə edir; məhkəmələrin mülki işlər üzrə qərarlarının və
cinayət işləri üzrə əmlakın alınmasına dair hökmlərinin icrası işinə nəzarət və rəhbərlik
361
edir; cinayət işləri üzrə məhkəmə hökmlərinin icrasını (bu barədə biz ayrıca
danışacağıq) yerinə yetirir.
Ə
dliyyə Nazirliyi cinayətkarlığa qarşı mübarizə tədbirlərinin hazırlanması və
qanunçuluğun möhkəmləndirilməsi məqsədi ilə sosioloci tədqiqatlar təşkil edir, bu işi
Azərbaycan Respublikasının Prokurorluğu, Ali Məhkəməsi, Daxili şlər Nazirliyi və
digər əlaqədar təşkilatlarla əlaqələndirir, yoldaşlıq məhkəmələrinə və hüquqpozmalara
qarşı mübarizə aparan digər ictimai təşkilatlara hüquqi yardım göstərir.
Ə
dliyyə Nazirliyinin məhkəmələrdə işin təşkili məsələlərinə dair əmr, təlimat və
sərəncamların icrası bütün məhkəmələr tərəfindən məcburidir.
Ə
dliyyə Nazirliyinin və onun orqanları müvafiq məhkəmələrlə öz işini
uyğunlaşdırmaqla yanaşı məhkəmələrin təşkilati işi ilə məhkəmə nəzarəti işinin
qarışdırılmasına qəti yol vermir, məhkəmə nəzarəti yalnız yuxarı təbəqə məhkəmələr
tərəfindən aşağı məhkəmələrə edilir. Ədliyyə Nazirliyi və onun orqanları məhkəmələrin
təşkilati təminatını hakimlərin müstəqilliyi və yalnız Konstitusiyaya və qanunlara
tabeçiliyi prinsipinə ciddi əməl etməklə həyata keçirir.
2. Qanunvericiliyin sistemləşdirilməsi, məcəllələşdirilməsi və qanun layihələrinin
hazırlanması işini Ədliyyə Nazirliyi digər nazirliklər və idarələr ilə sıx əlaqədə həyata
keçirir. Bu iş hal-hazırda ölkədə məhkəmə və hüquq islahatları dövründə bütün
qanunvericiliyin dəyişdiyi üçün daha çox əhəmiyyət kəsb edir.
Ə
dliyyə Nazirliyi yuxarı orqanların və öz təşəbbüsü ilə qanunvericilik aktlarının
və Nazirlər Kabinetinin qərarlarının layihələrini hazırlayır, Nazirlər Kabinetinin
müzakirəsinə verilən mühüm normativ-hüquqi aktlara rəy verir, idarə hüquqi aktlarıa
qanunauyğunluğu nöqteyi-nəzərdən rəy verir və onların qeydiyyatını aparır. Ədliyyə
Nazirliyinin vacib vəzifələrindən biri də Azərbaycan Respublikasının qüvvədə olan
Qanunlar Külliyyatını tərtib və nəşr edir.
Ə
dliyyə Nazirliyi qanun layihələri hazırlayarkən qanunvericliyi sistemləşdirərkən
bütün nazirlik və idarələrdən, elmi müəssisələrdən və təhsil ocaqlarından hazırlanan
sənədlər üzrə rəy almaq, habelə qanunvericiliyin təkmilləşdirilməsi işinə həmin
orqanların mütəxəssislərini cəlb etmək hüququna malikdir.
3. Xalq təsərrüfatında hüquqi işə metodik rəhbərlik Ədliyyə Nazirliyi tərəfindən
müəssisə və digər təşkilatların, nazirlik və idarələrin hüquqi xidmətlərinin yaxşılaşdırılması
məqsədi ilə həyata keçirir.
Ə
dliyyə Nazirliyi xalq təsərrüfatında hüquq işinə metodiki rəhbərlik edir,
nazirliklərdə, müəssisə, idarə və təşkilatlarda, habelə yerli icra hakimiyyəti orqanlarında
hüquqi işin vəziyyəti ilə tanış olur, həmin orqanların nümayəndələrinin məlumatlarını
dinləyir; hüquq işinin yaxşılaşdırılmasına dair metodiki göstərişlər və tövsiyyələr
işləyib hazırlayır və verir; hüquq şöbələrinin və hüquq məsləhətçilərinin müsbət iş
təcrübəsini öyrənir, ümumiləşdirir və yayır, hüquq məsləhətçilərinin ixtisasını artırmaq
üçün tədbirlər görür.
4. Notariata və VVAQ orqanlarına rəhbərlik-Ədliyyə Nazirliyinin və onun
orqanlarının funksiyalarından biridir.
Respublikamızda notariat əməliyyatlarını yerinə yetirmək üçün Ədliyyə Nazirliyi
sistemində dövlət notariat kontorları təşkil edilib.
Dövlət notariat kontorlarına rəhbərlik Nazirlər Kabineti və Ədliyyə Nazirliyi
tərəfindən həyata keçirilir. Notariat kontorlarında baş dövlət notariusları, onların
362
müavinləri işləyirlər. Onların hamısı Ədliyyə Nazirliyi tərəfindən təyin və azad
edilirlər. Dövlət notariusları vəzifələrinə ali hüquq təhsilli şəxslər təyin edilirlər.
Ə
dliyyə Nazirliyi və onun orqanları müxtəlif formalarda notariat kontorlarına
rəhbərlik edirlər. Notarius kadrlarının hazırlanması, yerləşdirilməsi və onların
ixtisaslarının artırılması, notariat əməliyyatlarının keyfiyyətinin və qanuniliyinin
yoxlanılması, dövlət notariuslarında şikayətlərə baxılması, notariat kontorlarının maddi-
texniki təminatı və s.
Ə
dliyyə Nazirliyi vətəndaşın vəziyyəti aktlarının qeydiyyatı orqanlarının
fəaliyyətini təkmilləşdirmək sahəsində tədbirlər işləyib hazırlayır və həyata keçirir,
onların işini yoxlayır və lazımi göstərişlər verir.
5. Hüquqi biliklərin və hüquq tərbiyəsinin təbliğatı üzrə metodik rəhbərlik və
ə
laqələndirmə işi hal-hazırki dövrdə xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, hüquqi
dövlət quruculuğu, siyasi sistemin islahatları və təsərrüfatçılığın yeni metodlarının
tətbiqi əhalinin hüquqi tərbiyəsinin yenidən qurulmasının, mərkəzdə və yerlərdə bütün
kadrları, əhalinin bütün təbəqələrini əhatə edən ümumi dövlət proqramı kimi ümumi
hüquqi təhsilin təşkili səmərəli metodların tətbiqini tələb edir.
Ə
dliyyə Nazirliyi əhali arasında hüquqi biliklərin təbliği və qanunvericiliyin izahı
sahəsində dövlət orqanlarına və ictimai təşkilatlara metodik rəhbərlik edir və onların
işini əlaqələndirir, həmin orqanlarda bu işin vəziyyəti ilə tanış olur, onların iş planlarını
ə
laqələndirir və lazımi metodiki göstərişlər və tövsiyyələr verir.
Ali hüquq məktəbləri və elmi müəssisələrlə birlikdə əhali üçün keyfiyyətli hüquq
ə
dəbiyyatının hazırlanması və müxtəlif nəşriyyatlarda onun kifayət qədər nüsxə ilə nəşr
etdirilməsi Ədliyyə Nazirliyinin xüsusi diqqət mərkəzində olmalıdır. Bu iş indiki
dövrdə qanunvericiliyin geniş şəkildə yenilənməsi ilə əlaqədar çox mühüm əhəmiyyət
kəsb edir.
Bu istiqamətdə aparılan belə çox cəhətli fəaliyyət Ədliyyə Nazirliyində xüsusi
olaraq yaradılmış metodik əlaqələndirmə şurasına həvalə edilmişdir.
6. Məhkəmə-ekspert müəssisələrinin təşkili və onlara rəhbərlik Ədliyyə Nazirliyi
tərəfindən ona görə həyata keçirilir ki, bu təşkilatların fəaliyyəti bu və ya digər dərəcədə
hüquqi məsələlərin həlli ilə, hüquq mühafizə orqanlarının fəaliyyəti ilə, hüquq
pozuntularının qarşısının alınması və aradan qaldırılması üçün zəruri şəraitin təmin
edilməsi ilə əlaqədardır. Belə ki, Ədliyyə Nazirliyi məhkəmə-ekspert müəssisələrinin
məhkəmə ekspertiza laboratoriyalarını təşkil edir və onların fəaliyyətinə rəhbərlik edir.
7. hüquq məsələləri üzrə beynəlxalq əlaqələr Ədliyyə Nazirliyi Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri əsasında digər ölkələrlə qarşılıqlı hüquqi
yardımın təşkili üçün həyata keçirilir, Ədliyyə Nazirliyi beynəlxalq müqavilələrin və
razılaşmaların hazırlanmasında iştirak edir, hüquqi yardımın edilməsi üzrə
müqavilələrin, habelə Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlər üzrə
konvensiya və razılaşmaların yerinə yetirilməsini təşkil edir.
8. Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloci yardım.
Ə
dliyyə Nazirliyi onun yanında yaradılmış Mərkəz vasitəsi ilə yerli özünüidarə
orqanlarının üzvləri və həmin orqanların icra aparatlarının işçiləri tərəfindən
bələdiyyələrə haqqında qanunvericiliyin öyrənilməsinə, onların fəaliyyətinin müasir
tələblərə və hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil edilməsinə kömək
göstərməsini təmin edir.
363
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təyin edilmiş nazir başçılıq edir. Ədliyyə naziri Ədliyyə Nazirliyinə
həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsi məsuliyyət daşıyır, nazirliyin
fəaliyyətinin ayrı-ayrı sahələrinə rəhbərlik üçün nazirlik sistemi idarələrinin və təşkilatlarının
işi üçün nazir müavinlərinin, idarə, şöbə rəislərinin və digər bölmə rəislərinin vəzifə
bölgüsünü və məsuliyyət dərəcəsini müəyyən edir.
Ədliyyə Nazirliyində nazirdən (sədr), nazir müavinlərindən və nazirliyin digər
rəhbərlərindən ibarət tərkibdə kollegiya yaradılır. Kollegiya özünün müntəzəm iclaslarında
Nazirliyin fəaliyyətinin əsas məsələlərini nəzərdən keçirir, Nazirliyin tabeçiliyində olan
idarələrin və təşkilatların rəhbərlərinin məruzələrini və hesabatlarını dinləyir, məhəkəmələrin
işinin təşkili məsələlərinə dair Naxçıvan MR-ın Ali Məhkəməsinin və digər rayon (şəhər)
məhkəmələrin sədrlərinin məruzələrini dinləyir, kadrların seçilməsi və tərbiyəsi məsələlərini
dinləyir, mühüm qanunvericilik aktlarının və normativ hüquqi aktların, nazirliyin əmr və
təlimatlarının layihələrini, eləcə də qanunların sistemləşdirilməsi məsələlərini müzakirə edir.
Kollegiyanın qərarı nazirin əmri ilə həyata keçirilir.
Ə
dliyyə Nazirliyinin mərkəzi aparatının quruluşu və işçilərinin sayı Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Ədliyyə Nazirliyinin quruluşuna aşağıdakı idarələr, şöbələr və sair qurumlar
daxildirlər:
1. Məhkəmə qərarlarının crasının Baş darəsi.
2. Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsi.
3. stintaq idarəsi.
4. Qanunvericilik və hüquqi təbliğat idarəsi.
5. Normativ-hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsi.
6. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi.
7. Notariat və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı idarəsi.
8. Beynəlxalq hüquq əməkdaşlığı idarəsi.
9. Həmin idarənin nəzdində insan hüquqları üzrə şöbə.
10. Maliyyə-təsərrüfat idarəsi.
11. Ümumi şöbə.
12. Kadrlar şöbəsi.
13.
Azərbaycan
Respublikası
Elmi-Tədqiqat
Məhkəmə
Ekspertizası.
Kriminalistika və Kriminologiya Problemləri nstitutu.
14. Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodik yardım
mərkəzi.
15. Ədliyyə Nazirliyi yanında hüquq-tədris mərkəzi.
16. Mətbuat xidməti.
17. “Qanunçuluq” curnalı.
18. Arxiv
Ədliyyə sahəsində dövlət idarəetməsinin təşkilati – hüquqi formalarına
aşağıdakıları aid etmək olar:
•
məhkəmələrin fəaliyyəti
•
notariatın fəaliyyəti
•
vətəndaşların vəziyyətinin Dövlət Qeydiyyatı orqanlarının fəaliyyəti
364
•
vəkilliyin fəaliyyəti
Məhkəmələrin fəaliyyəti: Azərbaycan Respublikasının Konstitusiyasına görə
məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin bir qoludur. Azərbaycan Respublikasında
məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir.
Məhkəmə hakimiyyətini həyata keçirən məhkəmələr qanunverici və icra
funksiyalarını həyata keçirən orqanlardan çox fərqlənir. Bu fərq təkcə məhkəmələrin
spesifik səlahiyyətlərində deyil, həm də məhkəmələrin quruluşunda, ilk növbədə isə
məhkəmə korpusunun formalaşmasında əks olunmuşdur.
Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.
Məhkəmələr heç bir dövlət orqanından asılı deyil və öz funksiyalarının həyata
keçirilməsində müstəqildir.
Məhkəmənin məhkəmə hakimiyyətinin orqanı kimi xüsusiyyəti həm də ondan
ibarətdir ki, onun fəaliyyəti üçün xüsusi qayda (prosedur) müəyyən edilmişdir. Bu qayda
məhkəmənin səlahiyyətinə aid olan məsələlərin baxılmağa hazırlanmasının və
baxılmasının ciddi surətdə dəqiqləşdirilməsindən ibarətdir. Qaydaların əsas məqsədi
faktlara və qanuna müvafiq ədalətli qərarların qəbul edilməsinin təminatıdır. Məhkəmə
fəaliyyətinin xüsusi qaydası məhkəmələrdə icraatın açıq, çəkişmə prinsipi əsasında
aparılmasına, hər kəsin müdafiə hüququnun təmin olunmasına, vətəndaşların qanun və
məhkəmə qarşısında bərabərliyinə və digər prinsiplərə əsaslanır.
Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası
məcburidir. Yəni qanun müəssisələrdən, təşkilatlardan, vəzifəli şəxslərdən və
vətəndaşlardan məhkəmə hakimiyyətini həyata keçirən orqanın göstərişlərinə şərtsiz tabe
olmağı tələb edir.
Məhkəmə səlahiyyətlərinin geniş dairəsi əsas verir ki, məhkəmə hakimiyyəti çox
vacib və məsuliyyətli sosial funksiyanı yerinə yetirir.
Dövlət idarəetməsinin subyektlərindən olan məhkəmələr ədalət mühakiməsini həyata
keçirərkən Konstitusiyamızda təsbit edilmiş insan və vətəndaş hüquqlarını və
azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və
təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və
qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir,
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.
Notariatın fəaliyyəti: Azərbaycan Respublikasında notariat dedikdə “Notariat
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (26 noyabr 1999-cu il) nəzərdə
tutulmuş hüquqi hərəkətləri-notariat hərəkətləri aparmağa müvəkkil edilmiş şəxslər
birlikdə başa düşülür.
Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların,
hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat
fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada
və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.
Notariatın vəzifələri mülkiyyəti, fiziki və hüquqi şəxslərin hüquqlarını və qanuni
mənafeyini qorumaqdan, qanunçuluğu və hüquq qaydasını möhkəmlətməkdən,
müqavilələri və digər əqdləri düzgün və vaxtında təsdiq etmək, vərəsəlik hüquqlarını
rəsmiləşdirmək, icra qeydlərini və başqa notariat hərəkətlərini aparmaq yolu ilə hüquq
qaydalarının pozulmasının qarşısını almaqdan ibarətdir.
365
Notariat fəaliyyətinə nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir. Notariat fəaliyyəti ilə
peşəkarcasına məşğul olan şəxs notarius adlanır ki, hər bir notariusun notariat fəaliyyəti
iki ildə bir dəfədən az olmadan yoxlanılmalıdır.
Dövlət vasitəsi ilə notariat fəaliyyətini dövlət notariat kontorlarında çalışan dövlət
notariusları, notariat kontorları olmayan yaşayış məntəqələrində rayon, şəhər icra
hakimiyyəti orqanları, Mülki Məcəlləyə əsasən notariusa bərabər tutulan şəxslər,
Azərbaycan
Respublikasının
konsulluqlarının
səlahiyyətli
vəzifəli
şə
xsləri
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər.
Dövlət notariusu vəzifəsinə şəhadətnamə almış vətəndaşlar arasından Ədliyyə
Nazirliyi təyin edir.
Dövlət notariusunun həvəsləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və
vəzifədən azad edilməsi məsələlərini əmək qanunvericiliyinə müvafiq qaydada Ədliyyə
Nazirliyi həll edir.
Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır:
1) əqdləri və etibarnamələri təsdiq edir;
2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr
verir;
5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr
verir;
6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
8) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
9) şəxsin sağ olması faktını təsdiq edir;
10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;
11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
13) fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir;
14) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları
vəsiyyətnamələri depozitə qəbul edir;
15) icra qeydləri aparır;
16) veksellər protestlər tərtib edir;
17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir;
18) sənədləri saxlanmaq üçün qəbul edir;
19) dəniz protestləri tərtib edir;
20) sübutları təmin edir.
Qanunvericiliklə dövlət notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə
edilə bilər.
Dövlət notariat kontorları təşkilati cəhətdən Ədliyyə Nazirliyi sisteminə daxildir. Fərdi
qaydada fəaliyyət göstərən notariuslar, onların kontorları isə təşkilati cəhətdən Ədliyyə
Nazirliyi sisteminə daxil olmurlar.
Fərdi qaydada fəaliyyət göstərən bütün notariuslar notariat palatasında birləşirlər.
Fərdi qaydada fəaliyyət göstərən notariusların həmin palataya üzv olması məcburidir.
366
Beləliklə, notariuslar öz funksiya və səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər
və fəaliyyətlərində yalnız qanunları, Ədliyyə Nazirliyinin normativ aktlarını və digər
müvafiq aktları rəhbər tuturlar.
Vətəndaşların vəziyyətinin Dövlət Qeydiyyatı üzrə fəaliyyət. Vətəndaşlıq
vəziyyətinin qeydiyyatı orqanları vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını həyata
keçirir. Həmin orqanların fəaliyyətinin mahiyyəti vətəndaşın hüquqi vəziyyətinə təsir
göstərən hadisələr və faktların qeydə alınmasından ibarətdir. Yalnız o hadisələr və faktlar
qeydə alınmalıdır ki, onlar bilavasitə hüquqi aktlarda göstərilmişdir. Həmin hadisə və
faktlara-vətəndaşın anadan olması və vəfat etməsi, nigah bağlanması və nigahın
pozulması, övladlığa götürmə, atalığa qəbul etmə, soyadın, adın, ata adının dəyişdirilməsi
və s. aiddir.
Vətəndaşlıq vəziyyətinin qeydiyyatı orqanları yerli və mərkəzi icra aparatı yanında
təşkil olunur. Onlar həmin orqanların fəaliyyətinə bilavasitə rəhbərlik edir. Bununla
yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və onun orqanları həmin orqanların
fəaliyyətinə metodik rəhbərliyi və bu fəaliyyətin hüquqi tənzimlənməsini həyata keçirir.
Ə
dliyyə Nazirliyi vətəndaşlıq vəziyyətinin qeydiyyatı orqanlarının fəaliyyətini
təkmilləşdirmək
sahəsində
tədbirlər
görür,
onların
fəaliyyətini
tənzimləyən
qanunvericiliyin təkmilləşdirilməsi barədə müvafiq dövlət hakimiyyəti orqanlarına
təkliflər verir, onların iş təcrübəsini öyrənir və ümumiləşdirir, onların işi üçün zəruri olan
blanklar, hesabat, uçot formaları işləyib hazırlayır və s.
Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2002-ci il tarixdə Azərbaycan
Respublikasında
vətəndaşlıq
vəziyyəti
aktlarının
dövlət
qeydiyyatı
işinin
təkmilləşdirilməsi haqqında fərman imzalamışdır. Həmin fərmanın mahiyyəti vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin səmərəliliyinin artırılması, bu sahədə
vətəndaşların hüquqlarının həyata keçirilməsi üçün daha münasib şəraitin yaradılmasının
təmin edilməsi məqsədini özündə əks etdirir. Fərmana görə vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatını həmçinin rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə
rayon, şəhər, şəhər-rayon icra hakimiyyətlərinin nümayəndəlikləri də həyata keçirə bilər.
Dostları ilə paylaş: |