SUAL 2. Ali təhsil müəssisələrinin hüquqi Vəziyyətləri, növləri
və onların fəaliyyətinin rəhbərliyin həyata keçirilməsi qaydası.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 72 saylı qərarı
ilə təsdiq edilmiş Ali təhsil müəssisəsi haqqında Əsasnaməyə əsasən Azəraycan
Respublikasında Dövlət ali təhsil müəssisəsi ali və orta ixtisas təhsili proqramlarını həyata
keçirən hüquqi şəxs statusuna malik tədris müəssisəsidir.
Ali təhsil müəssisəsi Azərbaycan Respublikasının Təhsil Qanununa, ona müvafiq
olaraq Azərbaycan Respublikasında qəbul olunmuş digər qanunvericilik aktlarına, bu
ə
sasnaməyə və özünün Nizamnaməsinə uyğun fəaliyyət göstərir.
Ali təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada yaradılır, qeydiyyata alınır, yenidən təşkil olunur və ləğv edilir. Təşkilatlar hüquq
formasına görə dövlət və qeyri-dövlət ali təhsil müəssisələri yarada bilərlər. Dövlət
orqanları, Azərbaycan və xarici ölkələrin dövlət və qeyri-dövlət müəssisələri, təşkilatları,
cəmiyyətləri, idarələri, habelə Azərbaycan və xarici ölkə vətəndaşları ali təhsil
müəssisəsinin təsisçisi ola bilərlər. Qeyri-dövlət ali təhsil müəssisələri maarifçilik,
xeyriyyəçilik niyyəti ilə yaradılır və şəxsi qazanc məqsədi güdmür. Təsisçilərlə təhsil
müəssisələri arasında münasibətlər təhsil qanunvericiliyinə müvafiq müqavilələr əsasında
qurulur.
Ali təhsil müəssisəsi təhsil, tərbiyə, elm və mədəniyyət mərkəzi kimi aşağıdakı
vəzifələri yerinə yetirir:
- hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, ali təhsil alma və ixtisasartırma
tələblərinin ödənilməsi;
- təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;
- elmi araşdırmalar aparılması;
- çoxpilləli ali məktəblərdə yüksək ixtisaslı elmi-pedaqoci, elmi kadrlar hazırlanması;
- elmi-pedaqoci və elmi kadrların attestasiyasının keçirilməsi;
- ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasının təmin edilməsi;
- mədəni-maarifçilik, nəşriyyat, maliyyə-iqtisadi, təsərrüfat, elmi-istehsalat, təhsil
sahəsi ilə bağlı kommersiya fəaliyyətinin və xarici əlaqəlrin təmin edilməsi.
Ali təhsil müəssisəsinin filialları, fakültələri, hazırlıq şöbələri, kafedraları, elmi-
tədqiqat laboratoriyaları, aspiranturası (yeni təhsil strukturlarına keçid müddətində)
doktoranturası, əlavə ixtisas təhsili üçün tədris bölmələri, təcrübə təsərrüfatları, tədris
teatrları və digər bölmələri ola bilər.
Ali təhsil müəssisəsi tərkibində və onun nəzdində bilavasitə profilinə uyğun istehsalat
və digər xarakterli (elm, tədris, təlim-tərbiyə və s.) müəssisə, təşkilat və idarələr fəaliyyət
göstərə bilər.
Ali təhsil müəssisəsinin struktur bölmələrinin (filiallardan başqa) yaradılması,
dəyişdirilməsi və ləğv edilməsi ali təhsil müəssisəsinin nizamnaməsinə müvafiq özü
tərəfindən aparılır və bu halda təsisçiyə məlumat verilir.
436
Ali təhsil müəssisəsi nəzdində müxtəlif pillədən olan tədris müəssisələrinin (orta
məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s.) elmi-tədqiqat mərkəzləri və
institutların yaradılması, yenidən təşkili və ləğv edilməsi Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş qaydalara əsasən həyata keçirilir. stehsalat müəssisələrinin, klinikalarının,
ə
czaxanaların və s. yaradılması, yenidən təşkili və ləğv olunması ilə müəssisələr haqqında
Qanuna müvafiq olaraq həyata keçirilir.
Ali təhsil müəssisəsi öz işini müstəqil surətdə planlaşdırmaq, təlim-tərbiyə, elmi-
tədqiqat, metodik, maliyyə-təsərrüfat, iqtisadi-kommersiya və s. məsələləri sərbəst surətdə
həll etmək, təlimin forma və metodlarını müəyyən etmək, müəssisəni kadrlarla
komplektləşdirmək, o cümlədən başqa dövlətlərin vətəndaşlarını işə qəbul etmək, müəyyən
olunmuş əmək haqqı fondu çərçivəsində müəssisəsinin quruluşu və ştat cədvəlini təsdiq
etmək, maliyyələşdirmənin müxtəlif növlərindən sərbəst istifadə etmək, tədris-tərbiyə
müəssisəsində iaşə üzərində ictimai nəzarəti həyata keçirmək hüququna malikdir.
Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə,
təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris elmi-
istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris istehsalat birlikləri və
assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan
təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə
müəyyən olunur. Hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid
təhsil müəssissəsi kimi fəaliyyət göstərir.
Ali ixtisas təhsilini aşağıdakı təhsil müəssisələri həyata keçirirlər:
- ali kolleclər;
- institutlar;
- konservatoriyalar;
- akademiyalar,
- universitetlər və s;
Universitet ali təhsil müəssisəsidir, fəaliyyəti ali təhsil və ondan sonrakı təhsil
mərhələsində elmin, texnikanın və mədəniyyətin təbiət, humanitar və başqa
istiqamətlərində fundamental elmi tədqiqat işlərinə yönəlir. Universitet təhsilin və
mədəniyyətin aparıcı inkişaf mərkəzi olmaqla əhali arasında elmi biliklərin yayılmasına və
mədəni-maarif işlərinin həyata keçirilməsinə kömək edir;
Akademiya ali təhsil müəssisəsidir, fəaliyyəti ali təhsil və ondan sonrakı təhsil
mərhələsində elmin, texnikanın və mədəniyyətin əsasən bir sahəsinin inkişafına yönəlir.
Akademiya öz fəaliyyət dairəsində aparıcı elmi və metodik mərkəzdir. Müəyyən sahə üçün
geniş miqyasda yüksək ixtisaslı mütəxəssislər hazırlayır və rəhbər mütəxəssislərin yenidən
hazırlanmasını həyata keçirir;
nstitut müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərməklə elmin, texnikanın və
bir sıra istiqamətləri üzrə təhsil proqramlarını yerinə yetirir və elmi tədqiqatları həyata
keçirir;
Ali kollec müstəqil ali təhsil müəssisəsi kimi tam və yaxud natamam ali təhsil
proqramlarını yerinə yetirir;
Konservatoriya ixtisaslaşmış ali təhsil müəssisəsidir, fəaliyyəti ali təhsil və ondan
sonrakı mərhələsində musiqinin, sənətin və mədəniyyətin inkişaf mərkəzi olmaqla əhali
arasında mədəni-maarif işlərinin həyata keçirilməsinə kömək edir.
437
Dövlət ali təhsil müəssisəsinin, rəsmi adına onun yaradıcılığı və yaxud yenidən təşkil
olunduğu vaxt verilir və lazım gəldikdə təsisçinin təklifi ilə respublika Nazirlər Kabineti
tərəfindən dəyişdirilə bilər.
Dövlət ali təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq hüququna
malkidirlər, həmin tədris müəssisələrində əlavə pullu təhsil qrupları da yaradıla bilər.
Qeyri-dövlət ali təhsil müəssisələrində vətəndaşlar ödənişli və ödənişsiz təhsil ala bilərlər.
Həmin müəssisələrdə ödəniş haqqının miqdarı onların rəhbərliyi tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasında ali məktəblərə qəbul dövlət tərəfindən müəyyən olunmuş
qaydada həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti və Təhsil Nazirliyi ali təhsil sistemini
idarə edən başlıca subyektlərdir. Yerli dövlət idarə orqanları öz səlahiyyətləri çərçivəsində
ə
razilərində yerləşən ali təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirməkdə,
təsərrüfat təchizatını təmin etməkdə iştirak edə bilərlər.
Yerli dövlət idarə orqanları ali təhsil müəssisələrinin idarə olunması ilə əlaqədar
məsələlərə müdaxilə etmirlər.
Dövlət ali təhsil müəssisələri təhsil qanunvericiliyinə, xüsusi normativ aktlara və bu
ə
sasnaməyə müvafiq olan nizamnamə əsasında idarə olunur.
Qeyri-dövlət ali məktəblərinin idarə olunması respublikanın təhsil qanunvericiliyinə,
müəssisə haqqında qanuna, xüsusi normativ aktlara və bu əsasnaməyə müvafiq nizamnamə
ə
sasında həyata keçirilir. Bu ali məktəblərin təsisçiləri təhsilin dövlət standartlarına
müvafiq qurulmasına məsuliyyət daşıyırlar. Ali məktəbin fəaliyyəti nəticəsində əldə edilən
gəlirdən təhsil müəssisəsinin daha da inkişaf etdirilməsi məqsədi ilə istifadə olunur, təhsilin
maddi-texniki bazası genişləndirilir və müasirləşdirilir, təlim stimullaşdırılır,
təkmilləşdirilir, elmi araşdırmalar, təhsil alanların və müəllimlərin sosial- iqtisadi
mənafeləri daha dolğun təmin edilir, ali məktəblərin xarici ölkələrlə əlaqələri
genişləndirilir. Əldə olunan gəlirdən şəxsi qazanc məqsədi ilə istifadə olunmasına icazə
verilmir.
Ali təhsil müəssisəsinin Nizamnaməsi onun ali orqanında (Elmi Şurasında) qəbul
olunur və təsisçi tərəfindən təsdiq edildikdən sonra Təhsil Nazirliyində qeydiyyata alınır.
Ali təhsil müəsissəsinə ümumi rəhbərliyi həmin müəssisənin rektorunun sədr olduğu
və müəyyən olunmuş qaydada yaradılmış seçkili orqan - Elmi Şura həyata keçirir. Elmi
Ş
uranın tərkibinin seçilmə qaydası, onun hüquq və vəzifələri Təhsil Nazirliyi tərəfindən
dövlət ali təhsil müəssisələri üçün təsdiq edilmiş vahid əsasnamədə müəyyən olunur.
Ali təhsil müəssisəsinin fəaliyyətinə bilavasitə rəhbərlik rektor (prezident) tərəfindən
edilir. Rektor (prezident) Təhsil Nazirliyinin təsdiq etdiyi nümunəvi qaydaları özündə əks
etdirən ali təhsil müəssisəsinin nizamnaməsinə müvafiq olaraq 5 il müddətinə (iki
müddətdən artıq olmayaraq) seçilir və özünü doğrultmadığı halda geri çağrılır.
Rektorla müəssisənin Elmi Şurası arasında səlahiyyətlərin bölünməsi Elmi Şuralar
haqqında Əsasnamə və ali təhsil müəssisəsinin Nizamnaməsi ilə müəyyən olunur.
Rektor öz səlahiyyətlərinin bəzilərinin icrasını prorektorlara və ali məktəbin digər
rəhbər işçilərinə verə bilər. O, özünün bu haqda qərarını əmrlə rəsmiləşdirir, müəssisənin
Elmi Şurasında elan edir və təsisçiyə bildirir.
Fakültəyə mövcud qaydada elmi dərəcəsi və elmi adı, kifayət qədər elmi-pedaqoci stac
və səriştəsi, yüksək səviyyəli elmi nailiyyətləri, göstəriciləri olan və həmin fakültədə
438
hazırlanan ixtisaslar (və ya ixtisas) sahəsində mütəxəssis sayılan əməkdaşlar sırasından
seçilmiş dekan başçılıq edir.
Kafedraya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada seçilmiş və ya təyin
olunmuş müdir başçılıq edir. Kafedranın işi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş
Ə
sasnamə və ali məktəbin Nizamnaməsinin müvafiq tələbləri əsasında qurulur
Ali təhsil müəssisəsində təhsil qanunvericiliyini pozanlar qanunla müəyyən olunmuş
qaydada məsuliyyət daşıyırlar.
Ali təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikası qanunvericiliyi və müəssisə
Nizamnaməsi tələblərinin icra edilməsinə bilavasitə nəzarəti səlahiyyəti çərçivəsində Təhsil
Nazirliyi həyata keçirir.
Tədris planlarını yerinə yetirmədikdə, təhsil Qanununu, əsasnaməni və oxuduğu ali
təhsil müəssisəsinin nizamnaməsində nəzərdə tutulan qaydaları pozduqda, tələbələrə
xəbərdarlıq, töhmət, şiddətli töhmət, məktəbdən xaric olunma kimi intizam təsir ölçüləri
tətbiq edilə bilər.
Ali təhsil müəssisəsində təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət
standartlarına riayət edilməsinə, təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətinin
təmin olunmasına, elmi-pedaqoci kadrların attestasiyasının keçiril-məsinə, baza təhsil
planlarının, proqramlarının, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların
hazırlanmasına Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzarət edir.
Ali təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikası qanunvericiiyinə, müəssisə
Nizamnaməsi tələblərinin icra edilməsinə, təhsil və maliyyə-təsərrüfat fəaliyyətinə
bilavasitə nəzarəti öz səlahiyyəti çərçivəsində Təhsil Nazirliyi və təsisçi həyata keçirir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 noyabr 1997-ci il tarixli 792 saylı
ə
mri ilə Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə təsdiq edilmişdir.
Ali təhsil müəssisəsinə ümumi rəhbərlik mövcud qaydada təşkil olunmuş və rektorun
başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın səlahiyyət müddəti 3
ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin
tələbi ilə həyata keçirilə bilər.
Tutduqları vəzifələrinə görə Elmi Şuranın tərkibinə ali təhsil müəssisəsinin rektoru
(sədr), tədris işləri üzrə prorektoru (sədr müavini), prorektorlar, elmi katib, dekanlar, ali
təhsil müəssisəsinin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının direktorları,
həmkarlar təşkilatının sədrləri (əməkdaşların və tələbələrin), şöbə müdirləri və Tələbə Elmi
Cəmiyyətinin sədri daxil olur. Elmi Şuranın digər üzvləri ali təhsil müəssisəsinin professor-
müəllim və elmi işçilərinin ümumi sayının 3-10 %-i təşkil edir. Bu miqdar rektor tərəfinən
professor-müəllim və eli işçilərin sayından asılı olaraq müəyyənləşdirilir. Elmi Şuraya
namizədlər hər bir fakültənin professor-müəllim və elmi işçilərin ümumi iclasında gizli
səsvermə yolu ilə seçilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10 %-ə qədər ali təhsil
müəssisəsinin başçısı- rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (ali
təhsil müəssisəsinin daxilindən). Professor-müəllim elmi işçilərin ümumi sayının 2/3
hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Fakültəyə ayrılan yerlərə iştirakçıların 50 %-
dən artıq daha çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər. Hər hansı bir
ə
məkdaş şura üzvlüyündən çıxdığı halda boşalan yeri həmin fakültənin (bölmənin)
nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər.
Elmi Şura təhsil müəssisəsinin tabe olduğu orqanın göstərişinə əsasən yaradılır və
tərkibi onun tərəfindən təsdiq edilir.
439
Ali Təhsil müəssisəsinin Elmi Şurası aşağıdakı kimi məsələlərə baxır və müvafiq
tədbirlər həyata keçirir:
- Ali Təhsil Müəssisəsinin Nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər
aparır, tələbələrin, müəllimlərin, əməkdaşların, aspirant, doktorant və dinləyicilərin daxili
intizam qaydalarını təsdiq edir;
- ali təhsil müəssisəsinin inkişaf proqramını təsdiq edir;
- hər il ali məktəbin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
- mütəxəssislərin, elmi-pedaqoci kadrların hazırlanması, onların ixtisaslarının
artırılması və yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat
işləri ilə bağlı məsələləri həll edir;
- Elmi Şuranın üzvləri içərisindən Şuranın katibini seçir, təhsil və elm, sosial-iqtisadi
və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır. Onların hesabatlarını dinləyir və
müvafiq qərar qəbul edir;
- Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə
nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir;
- fakültələrin, kafedraların və ali təhsil müəssisələrinin digər struktur bölmələrinin
yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir;
- vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını
dinləyir;
- professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlarının,
orden və medallarının verilməsinə təqdim edir;
- kafedra müdirlərini, professorları, baş elmi işçiləri seçir və onların vaxtından əvvəl
tutduqları vəzifələrindən azad olunmaları məsələlərinə baxır;
- müstəsna hallarda - fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda
rektorun qərarı ilə fakültə dekanlarını, dosent, baş müəllim və assisentləri, elmi işçiləri seçir
və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır.
Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş planı üzrə işləyir. Elmi
Ş
uranın iş planı Şura iclasında müzakirə olunub qəbul edilir və rektor tərəfindən təsdiq
edilir.
Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şuranın qərarları açıq
səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin, kafedra müdirlərinin, fakültə
dekanlarının seçilməsi və geri çağırılması, professor, dosent və fəxri adların verilməsinə
təqdimat zamanı isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.
Elmi Şuranın qərar çıxarması üçün onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı
vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50 %-dən çoxu müzakirə olunan
məsələnin leyhinə səs verərsə qərar qəbul olunmuş hesab edilir.
Elmi Şuranın qərarları yalnız ali məktəbin rektoru tərəfindən təsdiq olunduqdan sonra
qüvvəyə minir.
Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və elmi katibi tərəfindən
imzalanır və elmi katibdə saxlanılır.
Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir
və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
Ə
sas səbəblər olduqda- Elmi şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı,
qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə ali məktəbin Elmi Şurasının qərarı
həmin ali məktəbin tabe olduğu mərkəzi idarəetmə orqanı tərəfindən ləğv oluna bilər.
440
Beləliklə, ikinci suala nəticə olaraq göstərmək olar ki, Azərbaycan Respublikasında ali
təhsil müəssisələri ali və orta ixtisas təhsili proqramlarını həyata keçirən hüquqi şəxs
statusuna malik olan təhsil müəssisələridir. Digər tərəfdən isə sualın açıqlanması prosesində
ali təhsil müəssisələrinin ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar,
universitetlər və s. kimi növləri və onların fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi
formaları haqqında hüquqi biliklər əldə etmiş oldunuz.
Ə
n nəhayət ali təhsil müəssisələrinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən ali
təhsil müəssisələrinin Elmi Şurasının aparıcı rolu barədə hüquqi biliklər əldə etmiş oldunuz.
SUAL 3. POLIS AKADEMIYASI - DÖVLƏ T ALI TƏ HSIL MÜƏ SSISƏ SI
KIMI.
Azərbaycan Respublikası D N-in Polis Akademiyası (bundan sonra Akademiya)
Azərbaycan Respublikası Prezidentin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanına və
Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən yaradılmış,
Azərbaycan Respublikası Daxili şlər Nazirliyinin birbaşa tabeçiliyində olan dövlət ali təhsil-
elm müəssisəsidir.
D N-in 02 sentyabr 1997-ci il tarixli 324 №-li əmri ilə Polis Akademiyasının
Nizamnaməsi təsdiq edilmişdir. Polis Akademiyasında tədris prosesinin təkmilləşdirilməsi
tədbirlərinə dair D N 05 dekabr 2001-ci il tarixli 470 № -li əmrini vermişdir.
Akademiya hüquqi şəxsdir. Müəyyən olunmuş qaydada ona təqdim edilmiş bayrağa və
üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş
möhürə malikdir. O, Respublika D N, həmçinin onun razılığı ilə müqavilə əsasında başqa
nazirliklər, təşkilatlar, eləcə də digər dövlətlər üçün ali hüquq təhsilli kadrlar hazırlayır.
Polis Akademiyasında tədris əyani və qiyabi formalarda həyata keçirilir. Akademiya
birinci dərəcəli ali təhsil ocağıdır, öz fəaliyyətində Azərbaycan Respublikası
Konstitusiyasını, qanunlarını, Prezidentin fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını,
Daxili şlər və Təhsil Nazirliklərinin normativ aktlarını və Polis Akademiyasının
Nizamnaməsini rəhbər tutur.
Akademiya öz fəaliyyətini Azərbaycan Respublikası D N-in tabeçiliyində olan orqan
və hissələrlə, həmçinin kadrları hazırlanan başqa nazirliklər, təşkilatlar, eləcə də dövlətlərin
müvafiq orqanları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirir.
Akademiyanın qarşısında duran əsas vəzifələr aşağıdakılardır:
- daxili işlər orqanlarının ali hüquq təhsilli mütəxəssislərə olan tələbatını ödəmək;
- müdavim və dinləyicilərə hüquqi və mənəvi tərbiyəni, yüksək intizamı, icraçılıq,
mənəvi mətinlik və fiziki dözümlülük xüsusiyyətlərini aşılamaq;
- Akademiyada hazırlanmış mütəxəssislərin ixtisasına uyğun olaraq daxili işlər
orqanları fəaliyyətinin aktual problemləri üzrə tədqiqat işlərini təşkil etmək və aparmaq, əldə
edilmiş nəticələri daxili işlər orqanlarının iş təcrübəsinə və tədris prosesinə tətbiq etmək;
- daxili işlər orqanları əməkdaşları ilə ixtisasartırma kursları keçirmək;
- dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, mühazirələr, elmi əsərlər, məcmuələr,
konfrans materialları, məlumat bületenləri hazırlamaq və nəşr etmək;
- elmi informasiya fəaliyyətini həyata keçirmək;
441
- hüquqi təbliğat, daxili işlər orqanlarının şəxsi heyəti və əhali arasında elmi-nəzəri
bilikəri yaymaq.
Akademiyada kargüzarlıq, Daxili şlər və Təhsil Nazirliklərinin normativ aktları ilə
müəyyən edilmiş qaydada aparılır.
Akademiyanın strukturu və şəxsi heyətinin sayı Azərbaycan Respublikası daxili işlər
nazirinin əmri ilə müəyyən edilir.
Kadrların hazırlanmasına zəruri tələbat nəzərə alınmaqla Akademiyanın strukturu
aşağıdakılardan ibarət ola bilər:
- filiallar;
- fakultələr;
- kafedralar;
- şöbələr;
- elmi-tədqiqat laboratoriyaları;
- kitabxanalar;
- təlim-sınaq meydanları;
- müdavim və dinləyicilər üçün tədris-təlim bölmələri;
- mətbəə;
- elm və hesablama mərkəzləri;
- dəftərxana;
- tibb xidməti;
- mədəni-məişət təyinatlı bölmələr və s.
Filial, Akademiyanın struktur bölməsi olub, daxili işlər orqanlarının tələbatına uyğun
ixtisaslar üzrə mütəxəssislər hazırlayır.
Fakultə, Akademiyanın tədris-elmi bölməsi olaraq, bir və ya bir neçə oxşar ixtisas üzrə
tədrisi, kadrların ixtisaslarının artırılmasını və yeni ixtisas hazırlığını təmin edir. Fakültədə
ayrı-ayrı ixtisaslar və tədris formaları üzrə bölmələr yaradıla bilər.
Tədris-məsləhət məntəqəsi Akademiyanın struktur bölməsi kimi tədris işində
dinləyicilərə yardım göstərmək məqsədilə təşkil edilir.
Kafedra, Akademiyanın tədris-metodik, tərbiyə və elmi struktur bölməsidir. Kafedra,
azı beş elmi-pedaqoci işçi olduqda təşkil edilir. Kafedranın başlıca vəzifələri bir və ya bir
neçə oxşar fənlər üzrə tədris və metodiki işin yüksək elmi səviyyədə təşkil edilməsindən və
aparılmasından, müdavim və dinləyicilərlə tərbiyəvi işin, həmçinin kafedranın profili üzrə
elmi-tədqiqat işlərinin aparılmasından ibarətdir.
Tədris-metodiki şöbə, kafedraların və şöbələrin fəaliyyətini əlaqələndirir, tədris
prosesini planlaşdırır və ona nəzarət edir, tədris-təlim prosesinin təkmilləşdirilməsi üçün
tədbirlər görür.
Elmi şöbə, Akademiyanın struktur bölmələrinin elmi-tədqiqat işini planlaşdırır,
ə
laqələndirir, ona nəzarəti həyata keçirir və redaksiya-nəşriyyat fəaliyyətini təmin edir.
Akademiyanın elmi bölmələri (elmi-tədqiqat laboratoriyaları, şöbələri, qrupları) daxili
işlər orqanlarının fəaliyyətində aktual problemlərin tədqiq edilməsi və mütəxəssislərin
hazırlığının təkmilləşdirilməsi məqsədilə yaradılır.
Akademiyada onun işini təmin edən başqa strukturlar: kadr, təsərrüfat, maliyyə-plan,
maddi-texniki təchizat və s. bölmələr fəaliyyət göstərir.
442
Fakultə, kurs, müdavim və dinləyicilərin tədris qrupu Akademiyanın tədris-sıra
bölmələridir.
Filiallar, fakultələr, şöbələr, tədris-məsləhət məntəqələri, kafedralar öz fəaliyyətlərini
Polis Akademiyasının Nizamnaməsinə uyğun təşkil edirlər.
Akademiyanın kitabxanaları öz işini kitabxanaçılıq işi haqqında Əsasnaməyə müvafiq
təşkil edir. Yayılması məhdudlaşdırılmış ədəbiyyatdan istifadə qaydaları D N-in normativ
aktları ilə müəyyən edilir.
Akademiyanın daimi heyətinə aşağıdakılar aiddir:
- rəhbər heyət, professor-müəllim və elmi heyət, kadr şöbəsinin işçiləri, yardımçı-
təlim, inzibati-təsərrüfat və ştatla təsdiq edilmiş digər heyət.
Akademiyada professor-müəllim heyəti, elmi heyət və yardımçı təlim heyətinin ştat
vəzifələrinə kafedra rəisi, professor, baş müəllim, müəllim, baş elmi əməkdaş, fənn kabineti
rəisi və digər vəzifələr aiddir.
Akademiya əməkdaşlarının funksional vəzifələri D N-in normativ aktlarına, Polis
Akademiyasının Nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir və Akademiyanın rəisi
tərəfindən təsdiq edilir.
Şəxsi heyətin təlim-tərbiyə prosesi ilə bağlı olmayan tədbirlərə cəlb edilməsinə ancaq
Azərbaycan Respublikası Daxili şlər Nazirinin razılığı ilə yol verilir.
Kurs rəisləri və onların müavinləri müdavimlərin bilavasitə rəisləridir. Onlar
müdavimlərin tərbiyəsi, intizamının və tədris işinin vəziyyəti, nizamnamələrin tələblərini
bilmələri və bunlara ciddi əməl etmələri, bölmələrdə daxili qaydanın saxlanması, daxili
intizam qaydalarına dəqiq əməl edilməsi, bölmənin istifadəsində olan əmlakın qorunması və
vəziyyəti üçün cavabdehdirlər.
Kurs rəisləri və onların müavinləri vəzifələri ştatları daxili işlər orqanlarında xidmət
təcrübəsinə malik və Akademiyada işləməyə meyli olan ali təhsilli əməkdaşlarla
komplektləşdirilir.
Kurs rəislərinin hüquqları daxili işlər orqanlarının intizam nizamnaməsi ilə
tənzimlənir.
Akademiyanın dəyişkən heyətinə Akademiyada təhsil alan şəxslər aiddir.
Akademiyaya daxili işlər orqanlarının əməkdaşları, həqiqi hərbi xidmət keçməmiş
gənclər, müqavilə əsasında başqa nazirlik, təşkilat, eləcə də dövlətlərin nümayəndələri qəbul
edilirlər. Namizədlərin Polis Akademiyasına seçilib göndərilməsi Daxili şlər Nazirliyi
tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.
Polis Akademiyasına qəbul planı Daxili şlər Nazirliyi tərəfindən müəyyən edilir.
Polis Akademiyasının rəisinə qəbul planının 10-15 %-i həcmində əlavə müdavim və
dinləyici qəbul etmək səlahiyyəti verilir.
Akademiyanın əyani şöbəsinə qəbul edilənlərə “müdavim”, qiyabi şöbəsinə daxil
olanlara, eləcə də hər hansı bir formada kurs keçənlərə “dinləyici” adı verilir.
Müdavimlərin təhsil müddəti daxili işlər orqanlarında xidmət müddətinə daxil
edilməklə D N-in normativ aktları və Akademiyanın Nizamnaməsinin tələbləri ilə
tənzimlənir.
Qiyabi təhsil alan dinləyicilər üçün laborator-imtahan sessiyalarının sayı Akademiya
rəhbərliyi tərəfindən müəyyən edilir və dinləyicilər üçün məcburi təhsil mərhələsidir. Qiyabi
təhsil, laborator-imtahan sessiyaları arasındakı müddətdə dinləyicilərin sərbəst hazırlaşması
yolu ilə həyata keçirilir.
443
Müdavimlər qüvvədə olan normativ aktlara müvafiq olaraq pul vəsaiti və ya təqaüd,
geyim forması, xidməti vəsiqə, yemək və yataqxana ilə təmin edilirlər. Qiyabi təhsil alan
dinləyicilər laborator-imtahan sessiyası zamanı ödənişli şərtlərlə yataqxanadan istifadə edə
bilərlər. Müdavimlərin yataqxanadan kənarda yaşamasına hər bir konkret halda,
Akademiyanın rəisi tərəfindən yaşayış yerinin sosial-məişət şəraiti öyrənildikdən sonra icazə
verilə bilər.
Daxili intizam qaydalarına riayət olunmasını təmin etmək məqsədilə Akademiya
rəisinin əmri ilə müdavimlər sırasından tədris tağımlarının qrup və bölmələrinin
komandirləri təyin edilir.
Polis Akademiyasına daxil olmuş kiçik rəis heyətinə mənsub müdavimlərin mövcud
rütbələri saxlanılır. Müdavimlərə hər il iki həftə müddətində qış tətili məzuniyyəti və 30 gün
müddətində növbəti məzuniyyət verilir. Tədris borcu olan müdavimlərə məzuniyyət, onun
müəyyən edilmiş müddəti hüdudunda, borc ləğv edildikdən sonra verilir.
Dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş məzunlara dövlət imtahan
komissiyasının qərarı ilə müvafiq ixtisas dərəcəsi verilir, diplom və müəyyən nümunəli döş
nişanı təqdim olunur. Əyani təhsil almış məzunlara “polis leytenantı” rütbəsi verilir.
Tədris planındakı bütün fənlərin azı 75 faizindən “əla”, qalan fənlərdən isə “yaxşı”
qiymət almış, dövlət buraxılış imtahanlarını “əla” qiymətlərlə vermiş, həmçinin ictimai
işlərdə fəal iştirak etmiş müdavim və dinləyicilərə fərqlənmə diplomu verilir. Əyani təhsilini
fərqlənmə diplomu ilə bitirmiş məzunlar müstəsna hal kimi “polis baş leytenantı” xüsusi
rütbəsinin verilməsinə təqdim oluna bilərlər.
Müdavim və dinləyicilər Akademiyadan aşağıdakı hallarda xaric oluna bilərlər:
- öz xahişi ilə;
- başqa təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar;
- tədris intizamını, Akademiyanın daxili qaydalarını ciddi şəkildə pozduğuna görə;
- üzürsüz səbəbdən semestr müddətində 120 saatdan çox dərs buraxdığına görə;
- səhhətinə görə (hərbi-həkim komissiyasının rəyinə əsasən);
- tədris planını yerinə yetirmədikdə (akademik uğursuzluq-müəyyən edilmiş qaydada
imtahan və məqbulları vermədikdə, təcrübə proqramını icra etmədikdə, dövlət buraxılış
imtahanından qeyri-kafi qiymət aldıqda və s.);
- tördilmiş cinayətə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
- daxili işlər orqanlarından mənfi əsaslarla xaric olunması ilə əlaqədar.
Müdavim və dinləyicilərin Akademiyadan xaric olunması Akademiya rəisinin
təqdimatı əsasında daxili işlər nazirinin müavini, o da kadrlar idarəsi rəisinin əmri ilə həyata
keçirilir.
Müdavim məhkum olunması ilə əlaqədar Akademiyadan xaric olunduqda, o, eyni
zamanda D N rəhbərliyinin əmri ilə daxili işlər orqanlarından xaric edilir və onun şəxsi işi
ə
vvəlki xidmət yerinə qaytarılır.
Bir semestr müddətində üzürlü səbəbdən (xəstəlik, ailə vəziyyəti, ezamiyyət, dövlət
sərəncamı və tapşırığının yerinə yetirilməsi və s.) 120 saatdan çox dərs buraxmış
müdavimlər Akademiya rəisinin əmri ilə təkrarən eyni kursda saxlanıla bilər.
Dostları ilə paylaş: |