Vaqif – Xanım, Siz xəstəni aparın qəbul şöbəsinə. Oradan da
stasionara qoyarlar. Görünür, xəstə ağır xəstədi, amma biz nə
lazımsa edərik, narahat olmayın.
Leyli – Sağ olun, doktor, Allah balanızı saxlasın.
Gedir.
Pərdə
45
BEŞİNCİ PƏRDƏ
Hər şeyə çarədi – “qarə”,
“Qarə”yə yoxdu çarə.
Müəllif
Xəstələr üçün palata. Dörd çarpayı, tumba, televizor və
maqnitofon qoyulub. Çarpayıların ikisində xəstə var. Onlar həzin
musiqiyə qulaq asırlar. Üçüncü xəstə – Mezini tibb bacısı qoluna
girib gətirir. Mezi özünü çarpayıya tullayır, ağrıdan qıvrılıb açılır,
zarıldayır. Əlini gah başına, gah dizinə vurur, gah da saçını yolur.
Birdən yerindən sıçrayaraq tullanır, ora-bura qaçır, nə edəcəyini
bilmir... Həkim palataya daxil olur.
Mezi (təngnəfəs) – Ağrıdan ölürəm, doktor, tez olun, bir tramal
*
vurun, dözə bilmirəm!
Vaqif – Günay, Adilə xanımdan bir ağrıkəsici götür, gəl,
xəstəyə vur. Tez ol!
Mezi (çıgırır) – Sümüklərim sınır! Başım çönür, özümü
doğramaq istəyirəm!
Tibb bacısı çıxır və tezliklə əlində şpris geri qayıdır, damara
iynə vurmaq üçün onun venasını axtarır, tapa bilmir. Mezi ağrıdan
yerində dura bilmir, çapalayır.
Vaqif (ucadan) – Sakit ol, sakit ol! İmkan ver, iynəni vuraq.
Həkim Mezinin qolundan tutur. Tibb bacısı onun yuxu venasına
iynə vurur: xəstə sakitləşir.
Günay – Doktor, indi bir çətinliklə damara düşdüm, sabah nə
edəcəyəm – bilmirəm. Damar yoxdu!
Vaqif – Görürəm. Damar tonusdan düşüb, divarı qalınlaşıb, hər
yeri göyərib, döyənəkdi. Gərək körpücükaltı venaya kateter qoyaq.
Həkim cib telefonunu çıxarır və nömrə yığır.
Alo, Zakir həkim, salam, necəsən? Sağ ol. İndicə heroin
narkomaniyası ilə bir ağır xəstə gətiriblər. Onun körpücükaltı
venasına kateter qoymaq lazımdı. Nə vaxt bura keçə bilərsən?
Yaxşı, onda gözləyirəm. Sağ ol.
46
Həkim xəstənin təzyiqini ölçür, nəbzini tutur. Ürəyinə və
ağciyərlərinə qulaq asır. Qarnını əllərilə palpasiya edir. Axırda
xəstənin dizlərinə və qollarına çəkiclə vurub reflekslərini yoxlayır.
Mezi (qayğılı səslə) – Doktor, necədi vəziyyətim?
Vaqif (ağır-ağır) – Açığı, vəziyyətin yaxşı deyil… Səndə
ekstrasistoliya var, əzizim, nəbzin isə dəqiqədə 110 dəfə vurur.
Arterial təzyiqin 90/60 mm civə sütunudu. Qara ciyərin 8 sm böyü-
yüb, ağrılıdı – bu, yaxşı əlamət deyil. Reflekslərin də çox güclənib.
Sabahkı müayinələrdən sonra sənin xəstəliyinin ağırlıq dərəcəsini
daha dəqiq müəyyən edə biləcəyik.
Viloş (burnunda danışır) – Doktor, birdəfəlik de ki, ona
«kapremont»
*
lazımdı da!
Əbili (özünəməxsus ləhcə ilə) – Deyir: «Kor kora «kor»
deməsə, bağrı çatlar!»
Vaqif – Nə vaxtdan başlamısan?
Mezi – Üç ildi.
Vaqif – Gündə nə qədər heroin qəbul edirsən?
Mezi – O baxır günə… Gün olub bir qram, gün olub üç qram
heroin vurmuşam, gün də olub bir-iki «çet».
Vaqif – Aha. Yuxun necədi?
Mezi – Pis. Gecələr yata bilmirəm. Səhərə yaxın bir-iki saat
yatam, ya yatmayam. Yatanda da qarmaqarışıq yuxular görürəm.
Vaqif – Əsəblərin necədi?
Mezi – Onu demə, doktor, çox əsəbiyəm e, çox.
Vaqif – Bəs cinsi fəaliyyətin?
Məzahir başını aşağı salır, dinmir.
Vaqif – Neçə yaşın var?
Mezi – İyirmi beş.
Vaqif (zarafatyana) – O barədə rəqəmlərin yeri, deyəsən,
dəyişik düşüb: halın əlli ikiyə uyğun gəlir… Yaxşı, gündə nə qədər
siqaret çəkirsən?
Mezi – Narkotikə başlamamışdan qabaq bir qutu mənə iki-üç
gün bəs edirdi. İndi isə gündə üç-dörd qutu görmür. «Mal»
vurandan sonra adamın ürəyi elə siqaret istəyir ki!
47
Vaqif– Siqareti neçənci sinifdən çəkirsən?
Mezi – Onuncu sinifdən.
Vaqif – Bəs nəşəni?
Mezi – Elə o vaxtlardan...
Vaqif – Dərmanlarla aran necədi?
Mezi – Nə bilim? Son vaxtlar heroinə pul çatmayanda
diazepamdan, tramaldan-zaddan atmışam.
Vaqif – Aydındı. Demək, səndə həm heroin narkomaniyası,
həm tabakomaniya, həm də dərman toksikomaniyası var. Sən vəziy-
yətin necə ciddi olduğunu başa düşürsən? Köhnə həkimlərdən biri
deyib ki, «biz üç nəfərik: mən – həkim, sən – xəstə, o – xəstəlik.
Əgər xəstə həkimin tərəfinə keçsə, biz iki olarıq, xəstəlik tək qalar
və biz ona qalib gələrik! Yox, əgər xəstə xəstəliyin tərəfinə keçsə,
onda həkim tək qalar və xəstəliyə qalib gələ bilməz». Əzizim, sənin
qarşında iki yol var: ya müalicə olunub düz yola qayıtmalısan, ya da
narkotikin dalınca getməlisən. Üçüncü yolun yoxdu! Narkotik isə
adamı hara aparıb çıxarır – bunu özün məndən də yaxşı bilirsən.
Narkotik qəbul edən hər bir şəxs evə iki dəst paltar alıb qoymalıdı:
biri kəfəndi, o biri isə dustaq paltarı, çünki o paltarlardan birini
tezliklə geyməli olacaq. Bildin?
Mezi – Doktor, mən bu həyatdan bezmişəm, özü də heroindən
iyrənirəm! Fikrim müalicə olunub çıxmaqdı. Sizdən xahiş edirəm
ki, nə lazımsa eləyin, məni bu bəladan qurtarın! Ömrüm boyu Sizə
minnətdar olaram.
Vaqif – Mən də, dispanserin tibbi personalı da əlindən gələni
edəcək. Sənin vəzifən isə narkomanlarla əlaqəni birdəfəlik kəsməkdi!
Əgər səndən şübhəli bir şey hiss etsəm, ya testdən çıxmasan, dərhal
evə yazacam. Bildin? Gəl, “şərti şumda kəsək!”.
Mezi – Bəli, doktor. İnşallah, elə şeylər olmaz! Mən buraya
müalicəyə gəlmişəm.
Vaqif – Bu təkcə müalicə məsələsi deyil. Bu, həyatla ölümün,
Xeyirlə Şərin mübarizəsi məsələsidi –– bunu daim yadda saxla.
Günay, Məzahiri sabah hərtərəfli yoxlamaq lazımdı: sidiyin, qanın
analizi, hepatit C-yə, bir də VİÇ-ə görə müayinə, ağciyərlərin
48
rentgenoqrafiyası. Sonra… Simuzər xalaya de, qoy, Məzahirin
sanitar təmizliyinə bir baxsın.
Günay – Baş üstə, doktor.
Zakir həkim daxil olur. O, xəstədən köynəyini çıxarmağı xahiş
edir. Həkim körpücük sümüyünün yanını novokainlə keyləşdirir və
körpücükaltı venaya kateter qoyur. Tibb bacısı sistemi çarpayının
yanına gətirir və kateterə sancır. Maye gedə-gedə Günay bir neçə
iynəni sistemin rezin hissəsinə vurur. Vurulan iynələrin təsirindən
Mezi yuxuya gedir. Digər xəstələr Meziyə yaxınlaşır və ona tamaşa
edirlər.
49
Viloş – Doktor, mən bunu tanıyıram. Atası son vaxtlar tikinti
idarəsinin rəisi idi, keçən il öldü. Şahab məhləsində qalırlar. Üç ildi
«şəpləyir»
*
. Cibişlə bir «kruq»
*
durlar. Özü də bizim məhlədən qız
alıb.
Əbili – Deyəsən, bir yerdə çox olubsuz?
Viloş – Yoox. Onun «kruq»u ayrı, mənimki ayrı. Mən çəkə-
niyəm, o, «iynəyə oturub». Mən ömrümdə iynəyə yaxın getmərəm.
İynə kişi işi deyil!
Əbili – Ə, nə fərqi var, iynə vurdun, ya nəşə çəkdin? Narkotik
elə narkotikdi da. «İlanın ağına da lənət, qarasına da»…
Viloş – Fərqi çoxdu… Sən elə şeyləri bilməzsən. Nəşə elədi ki,
olanda çəkirsən, olmayanda yox. Nəşə narkotiklərin «şah»ıdı! Özü
də mən «zloy»
*
narkoman olmamışam. Belə də… Bala-bala çək-
mişəm özüm üçün. Şofer babayam, on ildi işləyirəm, hələ bir dəfə
də olsun Viloş ustanın əlindən xəta çıxdığını görən olmayıb.
Əbili – Ə, niyə yalan danışırsan? Dörd il bundan qabaq
körpüdən çaya kəllə vuran kim idi?
Viloş (mızıldayır) – Əşşi, o da bir iş idi oldu.
Əbili – Bə keçən ay «avariya»
*
eləyən kim idi?
Viloş – Əh! Nə bilim? Uşaqlar bir “baş”
*
“mürşüdü”
*
nəşə
vermişdilər – ondan sonra oldu. (Əsəbiləşir) Sən də, əl çək də
məndən.
Günay – “Yalançının şahidi yanında olar”.
Əbili – And içsə də Qurana,
İnanma narkomana. (Gülüşürlər)
Viloş – Bə sənin əlivə nə olub?
Əbili – Sexdə «stanoka»
*
düşüb.
Viloş – Görürsən, qəzavü-qədər olanda olur.
Əbili – Qardaş, mən danmıram ki! İçmişəm, «piyan»
*
olmu-
şam, əlim «stanoka» düşüb. Deyirəm, yəni: «gəl, əyri oturaq, düz
danışaq».
Vaqif – Viloş, sən dörd-beş gündən sonra burdan çıxırsan. İndi
özüvü necə hiss edirsən?
50
51
Viloş – Əla! Yuxum yaxşı, iştaham yaxşı. Özüm də «bomba»
kimiyəm. Buradan çıxandan sonra Əshabü-Kəhfə
*
gedib qurban
kəsib tövbə edəcəm. Həvəsdi, bəsdi, ta uşaqlar da böyüyüb. Arvad-
uşaq adamın üzünə durur!
Vaqif – And içənlər, pirə gedənlər çox olub, amma əməl
edənlər az.
Viloş – Mən o kişilərdən deyiləm, dedim, qurtardı getdi! Tövbə
edib nəşəyə əl uzatmaq günahdı, adamı tutar. Əgər çəksəm, heç bu
başdan pirə də getmərəm. Mən elə şeylərdən qorxaram, doktor.
Vaqif – Görək də… Göstər kişiliyivi. Sən necə, Əbili?
Əbili (əllərini yuxarı qaldırır) – Mən qələt elərəm! Araq mənə
elədiyini eləyib, ta nəyim qalıb? Cül kimi sexim vardı, pulum,
param, adım, sanım… Şəhərdə iki usta olsaydı, biri mən idim.
Alkaşlar başıma qarğa-quzğun kimi yığışardılar. Axşam sexin qaba-
ğında bəlkə dörd-beş nəfər məni gözləyirdi, çünki işləyirdim, pulum
var idi… Hər gün onlarla «ley-pey»
*
. Bir də gördüm Leylan
düzündə qalmışam. Hanı o dostlar? İndi yanıma bir qutu siqaret gə-
tirənim də yoxdu! Hələ indi başıma dəyir… Arvad neçə dəfə dedi,
eşitmədim. Üstəlik, onu döydüm, söydüm, uşaqları qan-bağır
elədim. Axırda arvad bezdi, uşaqları da götürüb getdi… (Pauza)
Deyir, böyük oğlum təkər sexində işləyir. Ortancıl çayxanada
günəmuzd fəhlədi. Xırda oğlan da bazarda peraşki
*
satır. Kül
mənim başıma! (İki əlli başına qapaz vurur)
Vaqif – Xəstəxanadan çıxandan sonra nə edəcəksən?
Əbili – Gedib sexi açacam, işləyəcəm, qapı-pəncərə düzəldəcəm.
Sənətim dülgərlikdi də! Sonra ailəmi gətirib saxlayacam, uşaqları
məktəbə göndərəcəm.
Vaqif – Ailənlə rəsmi ayrılmısan?
Əbili – Yoox… Arvad məhkəməyə ərizə verib, amma hələ
məhkəmə olmayıb. Doktor, Siz mənə yaxşı bir arayış verə bilərsiz?
Vaqif – Nə barədə?
Əbili – Yəni mənim müalicə olunmağım barədə. Məhkəməyə
verəcəm. Bir də bizimkilər inanmazlar ki, mən artıq içməyəcəm. Siz
52
bəlkə, bizimkilərlə danışasız? Xahiş edirəm, doktor, çox xahiş
edirəm.
Vaqif – Nə olar, danışaram. Amma gərək sən də sözüvün üs-
tündə durasan, içməyəsən.
Əbili – Yox, yox, içməyəcəm, içənin atasına lənət! Hələ in-
diyəcən butulkaya qalib gələn olmayıb, butulka hamıya qalib gəlib!
Mən bunu burda başa düşdüm.
Vaqif – Sənə, Əbili, kompleks müalicə, plyus alkoqola qarşı
iyrəndirici terapiya aparılıb. Effekti də yaxşıdı. Amma son sözü
yenə də insan özü deyir, çünki insan şüurlu məxluqdu. Bilirsən də
nə deyirəm? Ailə və qohumların inamını qazanmaq, özüvü
doğrultmaq üçün sənə hələ çox çalışmaq lazım gələcək.
Əbili – Sizə söz verirəm, çalışacam! Allah qoysa, özüvüz
görəcəksiz, doktor.
Vaqif – Allah ağzından eşitsin, uşaqların yazıqdı.
Əbili – Doktor, qoy bir söz də deyim, ürəyimdə qalmasın. Mən
bura gələnəcən araq da içirdim, siqaret də çəkirdim. Sizin sayənizdə
burada arağı da yerə qoymuşam, siqareti də! Demək, bura mənim
kimilər üçün əstəğfürullah, elə pirdi də? Elə deyil?
Vaqif (gülə-gülə) – Yaman dedin, Əbili. Sağ ol!
Həkimlər və tibb bacısı çıxırlar. Səfərlə Qara əllərində meyvə
dolu zənbil və bir blok siqaret palataya daxil olurlar.
Qara – Salam.
Viloş – Əleykə salam. Mezinin yanına gəlibsiz?
Səfər – Hə, Məzahirin.
Viloş – Ona iynə vurdular, yatdı, indi oyadaram: Mezi, Mezi,
dur, dostların gəlib.
Məzahir gözlərini açır.
Qara – Ə, Məzahir, bu nə gün-dirilikdi? Necəsən? Gör, bir kim
gəlib?
Məzahirlə Səfər görüşürlər.
Mezi – Səfər, sən hara, bura hara? Xoş gördük.
53
Səfər – Xoş günün olsun. Üç gündü ki, Bakıdan gəlmişəm. Dü-
nən Məsmə xala ilə görüşdüm. Səndən çox giley elədi. Arvad
yaman düşüb, fikir eləyir, hamısı da sənin üzündən.
Mezi – Bilirəm, başa düşürəm. (Başını aşağı dikir)
Səfər – Necədi vəziyyətin?
Mezi – Vəziyyətim… həkim məni yoxladı, sabah da ana-
lizlərimi verəcəm. Nə bilim, Səfər, deyəsən, yaxşı deyiləm axı.
Səfər – Məzahir, məktəbdə əlaçı şagird olubsan, səni məhlədə
hamıya nümunə göstərirdilər. Bəs, necə oldu ki, sən narkoman
oldun?
Mezi (köksünü ötürür) – Heç özüm də bilmirəm… Univer-
sitetin üçüncü kursunda oxuyanda Qara ilə birlikdə bankdan kredit
götürdük, başladıq işləməyə. Əlimiz də gətirirdi, ayağımız da, pula
pul demirdik… Üç il bundan qabaq uşaqlarla Söyüdlü restoranda
oturmuşduq, yeyib-içirdik. Dedilər: «Gedək saunaya». O vaxt
Sulduz təzə bir sauna açmışdı. Getdik ora. Bir az bilyard oynadıq,
saunaya girdik. Orada massajist qızlar var, onlarla məzələndik. Qız-
lar bizə pivə, araq gətirdilər. İçdim, gördüm ki, məni tutdu. Dedilər:
«Bundan bir şey çıxmaz, gedək «sıxaq»
*
. Orada dalda bir otaq var,
yığışdıq ora, dörd nəfər idik, «poker»
*
oynadıq. Mənim əlim gətirdi,
bunları uddum. Gördüm ki, onlar bir-bir keçirlər o biri otağa.
Qayıdanda da hamısı nəşəli, gülə-gülə gəlirlər. Soruşdum ki, «orada
nə var ki, hamınız ora gedirsiz?» Dedilər: «Bilmək istəyirsənsə, özün
buyur, bax». Mən o otağa girəndə gördüm ki, Cibiş əlində dolu şpris
özünə iynə vurur. Dedim: «Bu nədi?» Dedi: «Heroin. İstəyirsən sən
də vur, bunun “kayfı” bambaşqadı». Dedim: «Axı, mən iynə vura bil-
mirəm?» Cibiş dedi: «Narahat olma, mən vuraram». Dediyim kimi,
həmin vaxt çox kefli idim. Elə kefli başa da mənə iynə vurdular…
On-on beş gündən sonra gördüm ki, daha heroinsiz qala bilmirəm…
Qara bilir, mənim o vaxt maddi imkanım çox geniş idi, çünki
gecə-gündüz işləyirdim, durmaq yox idi. Narkotikə düşəndən sonra,
inanın, elə olub ki, Cibişə, ya Mazana on-on iki min dollar verib
göndərmişəm «kristal mal» dalınca! Sonra heroin məni işdən-
gücdən də elədi. Yavaş-yavaş “iynəyə oturdum”, «mal» olanda
54
günlərlə evdən eşiyə çıxmırdım, iynələnib yatırdım. Necə deyərlər:
«İçim, uçum» qaydası ilə yaşayırdım. Gün olub beş-altı dəfə, gün
olub səkkiz-on dəfə iynə vurmuşam... İş töküldü qaldı, şəriklərim
məndən ayrıldılar. Bir gün gördüm ki, tək qalmışam! Axırda Qara da
məndən uzaqlaşdı…
Qara – Özün günahkarsan! Mən sənə neçə dəfə dedim,
eşitmədin.
Mezi – Mən səni qınamıram. Sənin yerivə kim olsa idi, elə
edərdi. Günahların hamısı məndədi. Daha doğrusu, heroində… Hə,
Səfər, yavaş-yavaş başladım dükanları, maşını, Bakıdakı evi
satmağa… Bir müddətdən sonra onları da satıb vurdum damara!
Axırda, düşdüm borca. Əvvəlcə, beş-altı adamdan borc istədim, ver-
dilər, çünki mənim narkoman olduğumu hələ bilmirdilər. Biləndən
sonra, daha heç kim mənə borc pul vermədi. Məcbur oldum
“ilişdim” evə. Evdə nə vardısa, hamısını satdım, ya da heroinə də-
yişdim.
Səfər – Bilirəm. Məsmə xala mənə danışıb. İndi çox adama
borclusan…
Mezi – Elə ona görə də, neçə dəfə istəmişəm özümü öldürəm…
Anam, bir də Sevda olmasaydı, indi çoxdan…
Səfər – Gic-gic danışma, ağlıvı başıva yığ! Sənin gözəl ailən
var, uşağın var… Sən ölsən, onların taleyi necə olar? Bir düşün…
Mən Qara ilə söhbət eləmişəm, ikimiz də sənə kömək edəcəyik.
Borcların yarısını mən, yarısını da Qara ödəyəcək. Müalicədən
sonra məsləhətləşib, sənə münasib iş də taparıq.
Mezi (sevincək) – Sağ olun e, çox sağ olun! Vallah, qardaş
qardaşa belə yaxşılıq eləməz. İkinizə də qurban olum! Allah qoysa,
borcunuzdan çıxaram.
Qara – Məzahir, yad adam kimi danışma, biz üçümüz də dost
olmuşuq, çörək kəsmişik! Aslan əminin boynumuzda haqqı-səyi
çox olub. Pul qazanmağın yolunu da sən mənə öyrədibsən. Mən
sənin sayəndə bu mərtəbəyə çatmışam, bunu unutmuram.
Mezi – Sağ ol, Qara! (Səfərə müraciətlə) Bəs, sən demədin nə
yaxşı gəlibsən? Xeyirdi?
55
Səfər – Bəli, xeyirdi. Bakıda bizim uşaqlar dedilər ki,
“oxuduğumuz məktəb pis vəziyyətdədi, gəlin oranı təmir edək,
düzəldək”. Mən də pul qoydum, məktəbi «kapital»
*
təmir elətdirdik,
«sportzal» tikdirdik, «otopleniya»
*
çəkdirdik. Qara da burada işlərə
nəzarət elədi, on günə açılışıdı. Çimnaz müəllimə elə sevinir ki, gəl
görəsən! Zarafat deyil, şəhərdə ən yaxşı məktəb indi bizim
məktəbdi.
Mezi – Orada çoxdan təmir gedir?
Qara – Altı ay olar.
Mezi – İşə bax ki, bu altı ayda orada təmir getməyindən
xəbərim olmayıb! Halbuki, acqarına gündə iki-üç dəfə oradan
keçirdim. (Pauza. Təəssüflə) Narkoman bilməz gün nə vaxt çıxar,
nə vaxt batar, güllər nə vaxt açar, nə vaxt solar. Ehh…
Qara – Bir xoş xəbər də var.
Mezi – Nədi?
Qara – Səfər evlənir.
Mezi – Səfər, səni təbrik edirəm, xoşbəxt ol!
Səfər – Sağ ol! Məzahir, mən toy günümü bir həftə də uzatdım
ki, sən sağalıb ayağa qalxasan, toyda iştirak edəsən. Mənim
soldışım Qaradı, sağdışım da sən olmalısan.
Mezi – Siz məni yaman sevindirdiz, ruh verdiz! Allah ikinizi də
sevindirsin.
Viloş – Bax, əsl dost belə olar, e! O gün biri gəlib ki, «Viloş,
ölməmişəm ki, «ağ» da var, «qara»
*
da var, hansını istəyirsən?»
Dedim: «Qardaş, mən bura müalicəyə gəlmişəm, gəlməmişəm ki,
«xorrayıb»
*
yatam?» Qayıtdı, çıxdı getdi.
Əbili – Mezi, belə dostların qabağında iynə vursan, sən ən
«posledni»
*
adam olarsan.
Səfər – Məzahir, sən müalicə ol, buradan kişi kimi çıx! Bizim
isə çoxlu işimiş var, gedək onların dalınca. İndi sən bizə söz
verirsən?
Mezi – Səfər, əgər mən bir də narkotikə əl vursam, onda gərək
arvad ləçəyi bağlayam!
56
Səfər – Məzahir, biz sənə inanırıq. İnanırıq ki, sən ağıllı
olacaqsan. Allah əvvəlcə adamın ağlını, sonra malını, axırda canını
alır.
Qara – Səfər, sənin sözüvün qüvvəti: Allah deyir ki, «mən sənə
ağıl vermişəmsə, daha nə verməmişəm? Mən sənə ağıl
verməmişəmsə, onda bəs nə vermişəm?» Ona görə mən də deyirəm
ki, “Allah sizə ağıl versin, ağlınız olsa, hər şeyiniz olar”. Sağ olun.
Səfərlə Qara gedirlər.
Pərdə
ALTINCI PƏRDƏ
Ən yaxşı həyat ayıq həyatdı; həzzi də,
keyfi də axtarsan, nə “ağ”da, nə də
“qara”da yox,bu ağlı-qaralı həyatın
özündə taparsan.
Müəllif
Xəstəxananın darvazası. «Narkoloji dispanser» sözləri yazılmış
lövhə aydın oxunur. Məsmə xanım, Sevda, Səfər və Qara Məzahiri
evə aparmaq üçün qapıda gözləyirlər. Məzahir Vaqif həkimlə birlik-
də onlara yaxınlaşır. O ağarıb, kökəlib, səliqəli geyinib. Gülümsə-
yir.
Məsmə – Sənə qurban olum, həkim, balamı elə bil, mənə təzə-
dən verdin! Göz dəyməsin, Məzahir çox yaxşılaşıb, ona baxanın
gözü doyur.
Vaqif – Məzahir ağıllı və qabiliyyətli oğlandı. Ümidvaram ki,
o, bir daha Şeytana uymayacaq, gələcəyini və ailəsini düşünəcək.
Məzahir – Doktor, bu üç ildə mənim əzab-əziyyətimi, anama
və ailəmə çəkdirdiklərimi Allah heç kimə göstərməsin. Heç düş-
mənimə də arzu etmirəm! Dünyada ən alçaq iş narkomaniyadı – bu
bir bəla şeydi, mübtəla olmayan bilməz. Narkoman, yeri gəlsə, bir
57
qram heroinə ailəsini, namusunu, Vətənini, belə hər şeyini satar.
Mən bunu, bu həyatı gördüm. Ona görə də, narkotikə nifrət edirəm.
Mənə görə dünyada iki alçaq iş var: onlardan biri – qadınlar üçün
pis yola düşməkdi, o biri – kişilər üçün narkomaniyadı. Özü də
narkomaniya hələ o birisindən də betərdi… Ehh… Heroin çox oğul-
ları sındırdı, cındır elədi… Gözümün qabağında neçə-neçə nər kimi
oğullar can verdi… Hansını deyim?
Vaqif həkim, artıq gecdi, mən atamı geri qaytara bilməyəcəm,
amma innən belə anamı və ailəmi sıxılmağa qoymayacam. Nə isə…
Günahım çoxdu. Ana, sən Allah, məni bağışla, Sevda, məni bağışla,
sizi nə qədər incitdim! Qarşınızda çox günahkaram. Mən bu gündən
artıq Mezi də deyiləm, Məzahirəm. Mən sizləri innən belə heç vaxt,
heç vaxt narkotikə dəyişmərəm! Burdan çıxan kimi hamama, ordan
da düz məscidə gedirəm. And içib, tövbə edəcəm.
Dostları ilə paylaş: |