Asif KƏNGƏRLİ
B
B
Ə
Ə
L
L
A
A
Pyes və hekayələr
Bakı–
– 2016
1
Bu kitabda tanınmış həkim, istedadlı yazıçı Asif Kən-
gərlinin narkomaniya, alkoqolizm və tabakomaniya möv-
zusunda ilhamla qələmə aldığı pyes və hekayələri toplanıb.
Kitabda bu problemlər bədii-sənədli, elmi-tibbi və dini
prizmadan çox gözəl şərh olunur.
Asif həkim içərisində olduğu hadisələri məharətlə mun-
cuq kimi “sapa düzüb”, elə ona görə də əsərləri bu qədər
real, inandırıcı və təsirli alınıb. “Bəla” pyesi müasir Azər-
baycan dramaturgiyasının bəlkə də şah əsəridir.
Kitabın dili şirin, sadə, zəngin, axıcı, yığcam, ifadələri
sərrast və mənalıdır – bu keyfiyyətləri bir yerə yığa bilmək
yazıçıdan hünər tələb edir. Oxucu nə əlindəki kitabdan, nə
də onun dərin təəssüratından ayrıla bilmir...
Asif Kəngərli öz əsərlərini söz inciləri ilə bəzəyib, sən də,
əziz oxucu, o inciləri tap, oxu, öyrən, yadda saxla...
Asif Kəngərli (Məmmədli). BƏLA. Pyes və hekayələr.
– Bakı: Mütərcim, 2016. – 140 səh.
K
026
4702060000
© А.Кəнgəрли, 2016
2
* * *
Dilindən, dinindən, işindən, peşəsindən
və yaşından asılı olmayaraq, hamıya lazım
olan kitab – sənin həyatını dəyişdirə bilən
kitabın.
* * *
Bir dəfə azdı, onu iki-üç dəfə oxu, öyrən,
dostlarına danış. Bu kitabı çox istədiyin
yaxınlarına bağışla, bu yolla onları əyri
yoldan çəkindirməyə çalış, savab qazan.
* * *
Məlumatlı olmaq silahlı olmaq kimidi;
indi sənə biri Zülfüqar, o biri Misri qılınc
qüdrətində olan “Bəla” və “Zəhrimar”la
silahlanmaq vaxtıdı. Haydı, çək “qılıncını”
“düşməni” yaxına qoyma!
* * *
Sən kimin tərəfindəsən – Allahın, yoxsa
Şeytanın? Siqaret çəkmək, içki içmək, narko-
tik qəbul etmək Allahın yolundan çıxmaq
deyil, bəs nədir?
3
* * *
Sənin üstünə üçbaşlı əjdaha hücum
çəkmək istəyir. Əjdahanın bir başı Siqaret,
ikinci başı Alkoqol, üçüncü başı isə Narkotik
adlanır. Əgər sən siqaret, alkoqol və nar-
kotikdən uzaq olsan, onda əjdahaya qalib
gələ bilərsən, yox, zəiflik etsən, yəqin bil ki,
o əjdaha səni udacaq!
* * *
Siqaret və Alkoqol çoxdan evimizə girib
keçib yuxarı başda oturublar, biz onları
evdən eşiyə ata bilmirik.
Narkotik isə qapını aralayaraq zorla içəri
təpilmək istəyir ; indi bizdə və hər yerdə elə
bu mübarizə gedir : kim kimi...
Əgər biz imkan versək ki, Narkotik də
içəri girsin, onun iki ayrılmaz dostu var ––
birinin adı Hepatit C-di, o birininki AİDS ––
onlar da gələcəklər... Ondan sonra belə evdə
yaşamaq nə dərəcədə mümkün olar?
* * *
Bu kitab evdə valideyinin, məktəbdə
müəllimin, tədbirdə mühazirəçinin, orduda
komandirin, məclisdə mollanın əlində kəsərli
“silahdı”, söz silahı...
4
* * *
“Bəla”nı oxusan, bəladan, “Sər suyu”nu
dərk etsən, şərdən, “Zəhrimar”dan xəbərin
olsa zəhərdən uzaq olar, “Qəlyan” çəkməz-
sən, hekayələri keçsən, “Ömürlük dərs” alar,
“Məntiq”lə düşünər və heç kimin “Tələ”sinə
düşməzsən. Onu da bil ki, bu kitab sənə uca
“Allahın bəxşişi”di.
* * *
“Şər suyu”nu “Zəhrimar” bil ki, “Bə-
la”ya düşməyəsən.
* * *
Siqaret, içki və narkotik mövzusunda
dünyanın ən maarifləndirici, ibrətamiz kitabı
– gənclərin əldən-ələ gəzən kitabı!
* * *
Bu kitab deyil, başdan-ayağa haraydı,
haray. Burada həm haray var, həm də nicat
yolu.
* * *
Bu kitab hansı evə getsə, hansı qəlbə
girsə, onu “sanasiya” edər, yəni təmizləyər.
5
* * *
Yazmadım rəfdə qalım,
Yazdım ki, səfdə qalım.
* * *
Mən “xalq yazıçısı” deyiləm, amma “xal-
qın yazıçısıyam”, – deyə bilərəm.
* * *
Yorulmadan, usanmadan çalışdım, hamı-
nı silkələyən, ayıldan kitab-abidə yaratdım.
Bu kitab mənim bu dünyam üçün başuca-
lığım, o dünyam üçün savabımdır.
Müəllifdən
Bakı, 2012
6
Ö
Ö
n
n
s
s
ö
ö
z
z
ə
ə
v
v
ə
ə
z
z
i
i
M
M
Ə
Ə
N
N
D
D
Ə
Ə
N
N
S
S
Ö
Ö
Y
Y
L
L
Ə
Ə
M
M
Ə
Ə
K
K
D
D
İ
İ
R
R
,
,
S
S
İ
İ
Z
Z
D
D
Ə
Ə
N
N
.
.
.
.
.
.
Həyatda olduğu kimi bu aləmdə
də hər şey sadədən mürəkkəbə, azdan
çoxa doğru gedir: adam əvvəlcə siqa-
ret çəkir, sonra nəsə çəkir, axırda iynə
vurur... Narkotikə tərəf gedən o bəlalı
yol məhz siqaretdən başlayır. Ümum-
dünya Səhiyyə Təşkilatı bir araşdırma
aparıb:
onlar
siqaret
çəkməyə
başlayan
gəncləri
on-on
ayırıb
yollarını izləyiblər. Məlum olub ki,
hər onluğun beşi yalnız siqaret çək-
məklə kifayətlənib, ikinci beşliyin isə
ikisi bir-iki dəfə, ikisi beş-on dəfə, biri
isə daimi nəşə çəkən xəstəyə –
nəşəxora çevrilir. Və həmin xəstə beş-
altı ildən sonra ağır narkotikə –
heroinə keçir. İş bununla da bitmir, o
narkoman əvvəlcədən tanıdığı dost-
larını, yoldaşlarını, qohum və qonşula-
rını heroinə cəlb etməyə çalışır. Nəticə
isə çox acınacaqlı olur, bunu siz
özünüz də təsəvvürünüzdə canlandıra
bilərsiniz. Demək, bu günün siqaret
çəkəni sabahın potensial narkomanı
deməkdir. Ona görə də siqaret çək-
7
məyə sadəcə siqaretçəkmə kimi yox, narkomaniyanın başlanğıcı
kimi baxmaq və ona qarşı mübarizə aparmaq lazımdı – başqa
yolumuz yoxdur!
Əvvəllər narkotikin nə olduğunu bilməyən bir gənc, deyək ki,
heroin qəbul etməyə başladı. Gəlin görək, bu zaman narkotik maddə
həmin gənci nələrdən məhrum edir? Mənə görə, o adam beş şeydən:
əvvəla can sağlığından, pul-paradan, yaxşı addan, sonra bu dünya-
sından və o dünyasından məhrum olur.
1. O, hər şeydən qabaq, insanın sağlamlığını əlindən alır, onu
ağır xəstəliklərə düçar edir. Narkomaniya – psixosomatik xəstəlik
sayılır, yəni bu həm başın, həm də bədənin xəstəliyidir. Beləsinin nə
sağlam canı, nə də sağlam ruhu ola bilər.
2. Narkotik maddə bahadır, onu almaq çoxlu pul tələb edir. Daim
artan bu tələbatı ödəmək üçün narkoman pula gedən nəyi varsa, satır
və həmin pulu narkotikə sərf edir. Nəticədə, əvvəllər zəngin olan bir
şəxs sonda var-yoxdan çıxır, müflisləşir və borca düşür... Narkomaniya
– öz ölümünü pulla satın almaqdır.
3. Hər kəs istəyər ki, yaxşı adı olsun, “çünki yaman addan ölüm
yaxşıdır”. Narkoman kim olursa-olsun, hansı ad-sana, fiziki və
maddi imkanlara sahib olursa-olsun, onun adına bir damğa vurul-
muş olur: “Narkoman”. Və o, bu ləkəli adla yaşamaq məcburiy-
yətində qalır.
4. Narkotik maddə insanı bu dünyanın nemətlərindən məhrum
edir: narkoman ailə və dostlarından uzaqlaşır, həyatdan, təbiətdən,
yeyib-içməkdən, gəzməkdən, işi, məşğuliyyəti, hobbisi və sairdən
zövq almır. Onun yalnız bir arzusu olur: nə olursa-olsun heroin
tapmaq və iynə vurmaq! Əslində narkoman heç o maddədən də həzz
ala bilmir, yalnız “ağrıya vurur”, amma buna baxmayaraq güclü
meylin də qarşısında duruş gətirə bilmir. Yəni “həm Əli aşından
olur, həm də Vəli aşından”.
5. Narkotik maddə insanı o dünyanın nemətindən, yəni cən-
nətdən də məhrum edir, çünki Allahın buyurduğu doğru yoldan
sapıb Şeytana qulluq edən bir bəndəni Allah öz cənnətinə niyə
qəbul etsin?
8
Narkotik maddə, yaxud alkoqoldan sui-istifadə etmək insanın
sanki qibləgahını dəyişdirir, o Kəbəyə deyil, artıq Şeytana səcdə
qılır, bütün çirkinliklər də elə buradan qaynaqlanır. “Əgər içki bütün
çirkinliklərin anasıdırsa, onda narkotik də onun atasıdır”.
Mən Yer üzündə ikinci elə bir şey tanımıram ki, narkotik maddə
qədər insanı hər şeydən belə total şəkildə məhrum edə bilsin.
Vaxtilə sağlam olan bir gəncin narkotikə uyması bir əsgərin
itirilməsi, yaxud bir qızın “boş” qalması deməkdir. Əgər o ailəlidirsə,
onda o ailənin başı üzərində Damokl qılıncı asılmış kimidir: boşanma
təhlükəsi anbaan artır. Orasını da deyim ki, ölkəmizdə ailəli narko-
manlardan törəyən, müxtəlif fiziki və psixi qüsurlu uşaqların prob-
lemləri də əmələ gəlib. O uşaqlar böyüdükcə problemlər də artacaq,
böyüyəcək...
Azərbaycanda 28 min (2013) qeydiyyatda olan psixoaktiv
maddə qəbuledicisi – xəstə var. Əhali arasında belə xəstələrin
ümumi sayını tapmaq üçün həmin rəqəmə bir sıfır əlavə etmək qə-
bul olunub. Demək, Azərbaycanda 280 min belə xəstə yaşayır.
Onlar asılı şəxslər adlanır. Həmin xəstələrlə bir yerdə yaşamaq
məcburiyyətində qalan, hər gün əsəbiləşən, yuxusu pozulan, zillət
çəkən ailə üzvlərinə isə müştərək asılı şəxslər deyilir. Əgər asılı +
müştərək asılı şəxsləri toplasaq, onda çox böyük bir rəqəm alınar.
Müştərək asılılar asılı şəxslərin yaratdığı problemlərin içərisində
çapalayır, əziyyət çəkir, xəstələnirlər: çünki “xəstə xəstə olmaz,
xəstə becərən xəstə olar”, – deyiblər. Narkomaniya və ya alko-
qolizmə qarşı mübarizə aparmaq həm də həmin şəxslərin səhhəti,
bəlkə də həyatı uğrunda mübarizə aparmaq deməkdir.
Azərbaycanın qarşısında iki böyük problem durur: Qarabağ
münaqişəsi və siqaret, alkoqol, narkotik maddələrin gətirdiyi prob-
lemlər. Bu problemləri necə həll etməli, bir çıxış yolu varmı? Bəli,
var, “bircə ölümə çarə yoxdu”.
Heydər Əliyev 26.08.1996-cı il tarixdə narkotik maddələrin
qeyri-qanuni dövriyyəsi ilə mübarizə aparmaq üçün fərman və
sərəncam imzalayıb. O sərəncama görə, Təhsil, Mədəniyyət və Tu-
9
rizm, Gənclər və İdman nazirlikləri kompleks maarifləndirici və
profilaktik tədbirlər görməlidirlər.
Təhsil nazirliyi orta məktəblərin ədəbiyyat üzrə tədris proq-
ramına tabakomaniya, alkoqolizm və narkomaniyadan bəhs edən
əsərlər salmalı, onları tədris etməlidir. Mən, müəllifi olduğum
“Zəhrimar” hekayəsinin IX sinifdə, “Bəla” pyesinin isə XI sinifdə
tədris olunmasını təklif edirəm. Bu əsərlərin mövzusuna uyğun
inşalar yazılmalı və bu problemlər hər sinifdə müzakirə predmetinə
çevrilməlidir. Əgər belə olarsa, siqaretə, alkoqola və narkotikə qarşı
böyük bir maarifləndirici iş görülmüş olar, bu sahədə az qala
inqilabi dəyişikliklər baş verə bilər.
Mədəniyyət və Turizm nazirliyində isə “Bəla”, “Zəhrimar” adlı
pyeslər və digər müəlliflərin əsərləri Azərbaycan və rus dillərində
tamaşaya qoyulmalı, filmlər çəkilməli, kitablar çap olunmalıdır. Elə
etmək lazımdır ki, orta məktəb şagirdləri ədəbiyyatdan bir dərsi
teatrda keçsinlər, bu mümkün deyilsə, onda həmin dərsin sinifdə
film-nümayişi təşkil edilsin. Belə çox maraqlı və əyani olar, yadda
qalardı. Axı, nə vaxta qədər müəllim danışacaq, şagird isə qulaq
asacaq?
Yeri gəlmişkən, yaxşı olardı ki, bütün orta məktəblərin IX-XI
siniflərində iki mövzuda filmlərin göstərilməsi vacib sayılaydı:
1) Qarabağ, soyqırım, 20 yanvar mövzusunda olan film.
2) Siqaret, alkoqol və narkotik maddələr barəsində çəkilmiş
film.
Bütün bunlar çox xərc və vaxt aparmayan, lakin gənc nəslin
tərbiyəsində mühüm rol oynayan çox effektli və faydalı işlər olmuş
olardı.
“Məndən söyləməkdir, sizdən”...
Bakı, 2012
10
S
S
İ
İ
Z
Z
İ
İ
N
N
L
L
Ə
Ə
S
S
Ö
Ö
H
H
B
B
Ə
Ə
T
T
“Bir müsəlman qardaşı düz
yola hidayət etmək savabdır”
Qurani-Kərim
Əziz oxucum! İşimlə əlaqədar mənə çoxlu müraciətlər olur.
Narkotikin bəlasına düşən, alkoqolun gətirdiyi əzablarla əlləşən,
tütünün zəhərini udan dərdli, xəstə və bədbəxt insanlar ya yanıma –
iş yerimə gəlir, ya da mənə zəng edirlər. Xəstələri çox vaxt ya yaxın
qohumları, ya da dostları gətirirlər. Tək-tək hallarda narkoman özü
“öz ayağı” ilə gələr. Çoxdan tanıdığım bir nəfər “öz ayağı” ilə
yanıma gəlib dərdini belə danışdı:
– Doktor, mən neçə il idi ki, – adını demək istəmirəm – bir
nüfuzlu idarədə işləyirdim. İşim də çox yaxşı idi. Altımda
“slujebni”
*
maşınım, işim, gücüm, pulum, param. Əlim üstə əl yox
idi! Mənim bir sözümlə bağlı qapılar açılır, min dollarlıq işi bir tele-
fon zəngi ilə həll edirdim.
Sonra işimi dəyişdim, kommersiya ilə məşğul oldum. Bu işim
ondan da yaxşı oldu. Nə başıvı ağrıdım, dörd ildə yeddi maşın
dəyişdim, hamısı da xarici maşınlar. Özümə şəhərin mərkəzində
villa tikdirdim, dükan aldım, firma açdım. Gör nə aləm idi ki,
“krupnı partiya”
*
sələmə pul buraxırdım. Günümü də keflə
keçirirdim: yemək-içmək, gəzmək, sauna, bazlıq... Sonra başladım
qumar oynamağa, bala-bala nəşə çəkməyə. Heç ağlıma da gəlməzdi
ki, mən iynə vuram! İynə vuranlardan zəhləm gedirdi, kişi saymır-
dım onları. Hələ iki-üç nəfəri narkotik üstə işdən də qovmuşdum.
İşə bax ki, axırda özüm narkoman oldum!
Nəyim var idisə, hamısını, hamısını “mal”a
*
verdim. iki dəfə
“ilişdim”
*
, olan-qalanımı da “it”lər
*
tutub aldılar. İndi pis gündəyəm,
11
doktor, cibimdə siqaret pulum da yoxdu. Məni görən tanımır, yarı
canım qalıb: 110 kilodan 70 kiloya enmişəm. Arvadımın əsəbləri
korlanıb, onda tez-tez ürəkgetmə tutmaları olur. Özüm də ki,
hamının yanında biabır olmuşam! Dünən az qala ölmüşdüm, bir
dostum qurtardı, o olmasaydı, getmişdim! İndi gəlmişəm məni müa-
licə edəsiz, çünki bilirəm ki, bu işin axırı yoxdu! Özü də anonim
yolla, adımın kitab-dəftərə düşməyini istəmirəm.
Bu hekayətdəki şəxs kompleks müalicə alıb evinə getdi. Bir
ildən sonra, yəni bu yaxınlarda yenə yanıma gəlmişdi. O, belə bir
söhbət elədi: “Doktor, mən müalicədən sonra, Siz dediyiniz kimi, üç
ay girdim evə, evdən eşiyə çıxmadım, o “dostlar”la da əlaqəni
birdəfəlik kəsdim! Üç aydan sonra başladım işləməyə... O vaxt
utandım Sizə deməyə ki, 400 min dollarlıq villanı mən 110 minə
satmışam... Əlimə pul gələn kimi həmin villanı 120 minə bir dava-
qışqırıqla geri aldım, çünki o evdə gözüm vardı. İndi borclarımın
çoxunu vermişəm, azı qalıb. Allah qoysa, qalanlarını da verəcəm.
Mən o kökə düşməyimin səbəblərini çox götür-qoy eləmişəm.
Düşündüm ki, “bəlkə, pul məni qudurtmuşdu, ya bəlkə, kiməsə pis-
lik eləmişəm, Allaha xoş getməyib?” Sizdən yaxşı olmasın,
Seyidağa adlı bir dostum var, onun dediyi sözlər mənə yaman təsir
etdi! Müalicədən sonra Seyidağa məni görməyə gələndə üzümə
“qırmızıca” belə dedi: “Acığın gəlməsin, sənin günahın çoxdu: di-
nimizdə sələmlə pul vermək günahdı – sən veribsən, qumar
oynamaq, narkotik qəbul etmək, araq içmək qadağandı – sən bu
qadağanı pozubsan, başqasının arvadına, qızına pis gözlə baxmaq
olmaz – sən bunları da edibsən! Yəni sən yoluvu azıbsan, çünki
Şeytana uyubsan. Bütün bunlar da elə ona görə sənin başıva gəlib.
Allahın barmağı yoxdu ki, soxa adamın gözünə! Sən gəl tövbə elə,
Allaha tapın!”
Elə bil, yatmışdım, ayıldım! İndi Quran oxuyuram, namaz
qılıram, Allahın buyuruğundan kənara çıxmıram. Yəqin ona görə
də, Allaha şükür ki, işlərim yağ kimi gedir...
Ədalət naminə onu demək lazımdı ki, müalicə olunan narko-
manların heç də hamısının aqibəti belə müsbət sonluqla bitmir…
12
Mənim məqsədim – şahidi olduğum hadisələrdən birini
mümkün qədər yığcam danışmaqla “ağ ölüm”ün insanlara və
ailələrə gətirdiyi bəlalarla Sizi tanış etmək və Sizi Xeyrin Şərə qalib
gəlməsi üçün səsləməkdir. Bilirəm ki, Sizin qohumlarınız, qonşula-
rınız, ya tanışlarınız arasında belələri var. İstəyirəm biləsiz ki,
narkomaniya və ya alkoqolizm – əgər vaxtı keçməyibsə – uğurla
müalicə oluna bilər. Mən, həkim-narkoloqa vaxtında müraciət
edənlərin hələ heç birinin peşiman olduğunun şahidi olmamışam.
Əziz oxucum! Gəlin, belə Şərə qalib gəlmək üçün yollar
axtaraq. Onun yolları isə çoxdu. Ən sadə və asanı isə narkomaniya
və alkoqolizmdən əzab çəkənləri tezliklə həkim-narkoloqun yanına
gətirmək, ya da ona zəng etməkdir.
Müalicə olunmaq qərarına gələn pasiyentlərə bir-iki kəlmə
sözüm var. Qoyun, mən deyim, onlar eşitsin:
– Hörmətli pasiyent!
Siz ömrünüzdə bəlkə də ən vacib qərarlardan birini qəbul et-
misiz. Sizi bu cəsarətli qərara görə təbrik edirəm. Bu gündən Siz
narkotiklərdən tam imtina etməklə, yeni həyata qədəm qoyursuz.
Müalicəyə başlayırsız... Onun uğurlu olması isə ən çox Sizin
özünüzdən asılıdır.
...Amma narkomanların çoxu qarşılarına yaxın adamlarını
“müalicə olunuram” adı ilə aldatmaq, vaxt qazanmaqla manevr
etmək, ölməmək üçün qanını “yudurtmaq”, həbsdən yaxa qurtarmaq,
dozanı azaltmaq və sair kimi məqsədlər qoyurlar. Belələri sonradan
tezliklə “büdrəyir” və yenidən öz bəd əməllərinə davam edirlər. Bə-
ziləri isə dözümsüz və iradəsiz olduqları üçün təkrar narkotikə
“düşürlər”
*
...
Uzun müddət narkotik maddə qəbulu fiziki və psixi asılılıq
əmələ gətirir. Dərmanlarla müalicə xəstəni yalnız fiziki asılılıqdan
çıxarır: “lomka”
*
ağrıları keçir, yuxu bərpa olunur, iştaha açılır,
ovqat yaxşılaşır, daxili üzvlərdə olan patologiya aradan qalxır və
sair. Psixi asılılıqdan çıxmağa isə aylar və illər tələb olunur...
Bu bəladan həqiqətən yaxa qurtarmaq istəyənlərin xoş məramı,
iradəsi və kişiliyi olmalıdır. Narkotikdən “qırılmaq”
*
istəyənlər
13
Şeytana qalib gəlir kimi böyük bir qəhrəmanlıq etməlidirlər. Siz, bu
qəhrəmanlığa hazırsınız?
Onu da bilin ki, müalicə prosesi uzun və əziyyətli bir işdir: bu
yolun əvvəlində iztirab və çətinliklər, sonunda isə sevinc və xoş-
bəxtlik var. Bu çətinliklərə tab gətirməyənləri isə ya qəbir, ya da
“Sibir”
*
gözləyir.
Müalicəyə başlayırsız... Bir anlığa öz keçmişinizi, işinizi, ailə-
nizi və dostlarınızı xatırlayın. Narkotik maddə qəbulundan əvvəlki o
gözəl həyatınızı indiki “qara günlər”inizlə müqayisə edin, özünüzlə
bərabər, yaxınlarınızın da ömrünü “çürütdüyünüzü” düşünün, satıb-
sovduqlarınızı, maddi və mənəvi itkilərinizi bir daha hesablayın...
Onu da unutmayın ki, Siz Şeytanın şərəfsiz yolundan Allahın
buyurduğu halal yola tərəf gəlmisiz.
Xoş gəlmisiz, Allah özü Sizə kömək olsun!
Bakı, 2007
14
Dostları ilə paylaş: |