Asif KƏNGƏRLİ



Yüklə 16,07 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix22.04.2017
ölçüsü16,07 Kb.
#15244
1   2   3   4   5   6   7   8

Səfər  (zarafatyana)  –  Demək,  yolumuz  birdi:  mən  də  əvvəlcə 
bəy  hamamına  gedib,  sonra  kəbin  kəsdirmək  üçün  məscidə 
gedəcəm. (Hamı gülüşür
 
Əlində dəri qovluq olan müstəntiq və polis Cibişi qolu qandallı 
gətirirlər. Məzahir Cibişi görüb arxasını ona çevirir. 
 
Cibiş  –  Mezi,  üzüvü  niyə  yan  tutursan,  məndən  küsübsən? 
Görmürsən  «ilişmişəm»?  Qıllı,  əclaf  «iş  verən»
*
  imiş,  «torbamızı 
tikib»
*
. İndi bizi tutublar. 
Məzahir  (acıqlı  və  əsəbi)  –  Mən  sənə  neçə  dəfə  dedim  ki, 
“bunun  axırı  yoxdu,  gəl,  gedək  müalicə  olunaq,  çıxaq”?  Sənsə 
eşitmədin. Bu da ki axırı: «Niyyətin hara, mənzilin ora». 
Cibiş (dişlərini ağardır) – İndi mənzilim «sanatoriyadı»
*
. Bir neçə 
illiyinə «dincəlməyə»
*
 gedirəm. 
Polis  Cibişi  arxadan  itələyib  aparır.  Məzahir  onun  arxasınca 
baxır, başını bulayır. 
Məsmə  (onun  arxasınca  boğma  çıxarır)  –  Kül  başıva,  Allah 
belələrini yaradır ki, Yer üzü boş qalmaya. Pərvərdigara, sən mənim 
balamı belə xata-bəladan saxla! 

 
58 
Məzahir – «Su sənəyi suda sınar». Altı ildi ki, Cibiş iynə vurur. 
O, məndən başqa beş-altı nəfərin də damarını deşib – bu ən «podlı 
iş»
*
  sayılır.  Onlardan  ikisi  tutulub  «sroka»  gedib,  ikisi  isə  indi  pis 
gündədi. Biri isə ata-ananın yeganə övladı idi, keçən il «tuxta mal»
*
 
vurdu  iynə  damarında  hamamda  öldü,  getdi.  İyirmi  yaşı  vardı… 
İndi  onun  anasının  başına  hava  gəlib,  atasını  isə  deyəsən,  iflic 
vurub… 
Məsmə – Vay, vay, anan ölsün, bala! 
Məzahir – Doktor, heç bilirsiz şəhərdə nə qədər narkoman var? 
Hamısı da cavan-cavan uşaqlardı. Əgər mən desəm ki, onlar kimin 
uşaqlarıdı… Siz, bəlkə də inanmazsız. 
Vaqif  – Yox, mən inanaram, çünki neçə ildi bu işin içindəyəm. 
Çox şeylər görmüşəm! (Əlilə zalı göstərir) Sən o sözləri bunlara de... 
Heç bilirsiz, narkomaniyanın belə yayılmasının səbəbləri nədi? Mən-
cə,  o  səbəblərdən  biri  valideynlərin  öz  uşaqlarını  düzgün  tərbiyə 
etməmələri,  o  biri  isə  onlara  yerli-yersiz  çox  pul  vermələridi.  Alik 
adlı  bir  narkoman  tanıyıram,  o  deyirdi  ki,  «Doktor,  məni  atam  bu 
yola vadar edib». Soruşanda Alik dedi ki, «mən hələ orta məktəbdə 
oxuyanda, atam cibimə o vaxtkı pul ilə beş-altı min «rubl»
*
 qoyurdu 
ki, «get Urisetə, ya Pribaltikaya, qızlarla keyf elə». Mən də o pulu nə 
qədər  xərcləyirdim  qurtarmaq  bilmirdi:  restorana,  bara,  bahalı 
siqaretlərə,  qızlara  və  s.»  Deyirdi:  «Sonra  qumar  oynadım,  nəşə 
çəkdim, axırda «damara qulluq etdim». Nəticədə, Alikin taleyi faciəli 
oldu:  ailəsi  dağıldı,  gül  kimi  işindən  onu  atdılar  bayıra,  düşdü  kü-
çələrə. İndi həbsdədi, yatır. Arvadı da pis yola düşdü. İki uşağı var, 
ikisi  də  xəstə,  özləri  də  əlilliyə  görə  müavinət  alırlar.  Yaxşı  yadıma 
düşdü, sənin uşağıvın neçə yaşı var? 
Məzahir – İki yaşı. Necə bəyəm? 
Vaqif – Uşaq necədi, aktivdi? Danışır? 
Məsmə  –  Belə  də… Pis  deyil, doktor, bir  az çətinliklə  yeriyir, 
amma hələ danışa bilmir. 
Vaqif – Hmm… Siz Bakıya gedəsi olsaz orada, əgər getməsəz, 
burada  onu  bir  nevropatoloqa  göstərin.  Çünki  narkomanların 
uşaqları çox vaxt müxtəlif qüsurlarla doğulur. 

 
59 
Məzahir  (çox  narahat  və  həyəcanla)  –  Deyirsiz,  yəni  uşaqda 
nəsə  olar?  Doktor,  əgər  Fəriddə  bir  şey  olsa,  mən  bunu  özümə 
bağışlaya bilmərəm! 
Vaqif  (tələbkar)  –  Siz  uşağı  mütləq  bir  müayinə  elətdirin! 
(Müstəntiqə  müraciətlə)  Cənab  müstəntiq,  Siz  Cibişi  nə  vaxt 
tutubsuz? 
Müstəntiq  –  Dünən.  Biz  Cibişgili  çoxdan  güdürdük.  Onu 
dünən axşam dostları ilə birlikdə iynə vurduqları yerdə, “pritonda”
*
 
yaxalamışıq.  Hamısını  qoymuşuq  içəri.  Şəhərimizdə  belə  şərəfsiz 
adamlar hələ  çoxdu. Yaxın  günlərdə  onları da tutacağıq.  İndi  bunu 
narkoloji ekspertiza üçün gətirmişik, qalanlarını da sabah gətirərik. 
Vaqif – Onda Siz, zəhmət olmasa, ekspertiza kabinetinə gedin. 
 
Müstəntiq gedir. 
 
Qara  (Məzahirə  müraciətlə)  –  Mən  bir  şeyə  məəttələm:  nə  sən 
özün Cibişqulu ilə, nə də ailəniz onun ailəsi ilə tay deyil! O, iki dəfə 
«türmə»yə  düşüb-çıxmış  adamdı.  Arvadı  ilə  bacısı  –  çox-çox  üzr 
istəyirəm – indi pis  yola düşüblər. Onları şəhərdə artıq hamı tanıyır. 
Eşitdiyimə görə, Cibişqulu arvadına deyib ki, «bilmirəm, hara gedirsən 
get, nə edirsən et, axşama mənə pul gətir, pul». Məni də yandıran odur 
ki,  Məzahir  gedib  onunla  oturub-durur,  onunla  yoldaşlıq  edir! 
Maraqlıdı: səni o qurumsaqla bağlayan nədi belə? 
Məzahir  (əsəbi)  –  Qara,  dərdimi  artırma,  mənim  çəkdiyim 
özümə  bəsdi!  Məni  onunla  bağlayan  o  zəhrimar  idi,  o  da  qurtardı 
getdi! 
Vaqif  –  Yaxşı,  yaxşı!  «Keçənə  güzəşt»  –  deyərlər.  Məzahir, 
sənin gələcəyə planın necədi? 
Məzahir  –  Hələ  özüm  də  bilmirəm.  Bir  iş  tapıb  işləmək 
istəyirəm. 
Səfər  –  Doktor,  Məzahirə  burda  da,  Bakıda  da  iş  tapılar.  Siz 
necə məsləhət görsəz, elə də edərik. 

 
60 
 
 
 

 
61 
Vaqif  –  Əgər  Bakıda  işləmək  imkanı  varsa,  deyək  ki,  bir-iki 
illiyinə buralardan uzaqlaşsa, yaxşı olar. Buna necə baxırsız? 
Səfər  –  Çox  yaxşı!  Toydan  sonra  mən  təzə  evə  köçəcəm. 
Bakıdakı  ikiotaqlı  mənzilimsə  boş  qalacaq.  O  mənzili  Məzahirə 
verirəm,  nə  qədər  istəyirsə  orada  yaşaya  bilər.  Orada  ona  uyğun  iş 
də var. 
Qara  –  Əgər  burada  qalsa,  Məzahirə  görə  mən  də  iş  tapa 
bilərəm, o barədə problem yoxdu. 
Vaqif – Hər halda yaşayış yerini dəyişməsi daha məqsədəuyğun 
olardı. Evdə məsləhətləşib son qərara gələrsiz. Bu belə… Məzahir, 
sənə  bir  neçə  məsləhətim  var,  qulaq  as!  Müalicə  müddətində  sən 
fiziki  asılılıqdan  çıxdın,  lakin  psixi  asılılığın  isə  hələ  uzun  zaman 
davam  edəcək.  Ona  görə  də,  həkim-narkoloqla  kontaktda  olmaq, 
vaxtaşırı  ambulator  müalicə  almaq  və  iki  il  ərzində  dəri  altına 
narkotikin antoqonisti olan preparat tikdirmək lazımdı. Bu preparat 
sənə  çox  kömək  edəcək,  əks  halda  gücün  çatmaz.  Bildin?  Özüvü 
qoru  –  narkotikdən,  alkoqoldan  və  siqaretdən  uzaq  ol!  Köhnə 
“kruq”la
*
  əlaqəni  birdəfəlik  kəs.  Əgər  o  əlaqəni  kəsməsən,  onlar 
sənin axırıva çıxacaqlar. Yadda saxla: “kruq”  yıxmayan evi heç nə 
yıxa  bilməz.  İdman  elə,  ya  da  namaz  qıl.  Vaxtında  və  kalorili  ye. 
Bir də işlə məşğul ol. Əgər daim işdə olsan, onda belə səfeh şeylər 
yadıva düşməyəcək. 
Məzahir (şən səslə) – Oldu, doktor! Məsləhətinizə əməl etməyə 
çalışacam.  Elə  bil,  təzədən  dünyaya  gəlmişəm!  Sizə  çox 
minnətdaram. 
Səfər  –  Vaqif  həkim,  Sizi  ailənizlə  birlikdə  bu  gün  «Səadət 
sarayı»na – toyuma dəvət edirəm. 
Məzahir (gülə-gülə) – Bu gün həm Səfərin toy günüdü, həm də 
mənim  yenidən  doğulan  günüm.  Özü  də  bu  günü  mən  həmişə  qeyd 
edəcəm. Ona görə, mən də öz növbəmdə Sizi doğum  günümə dəvət 
edirəm. 
 
Hamı sevinir, gülür. 
 

 
62 
Vaqif  (gülə-gülə)  –  Səfər,  sənin  toyuvu,  Məzahirinsə  yeni 
doğum gününü təbrik edirəm. «Səadət sarayı»nda görüşənədək! 
 
Hamı Vaqif həkimlə səmimi görüşür. Gedirlər. 
Şən musiqi. 
 
Pərdə 
Naxçıvan, 2002. 

 
63 
 
 

 
64 
 
Z
Z
Ə
Ə
H
H
R
R
İ
İ
M
M
A
A
R
R
 
 
 
Üç pərdəli bədii-sənədli pyes 
 
 
İŞTİRAKÇILAR: 
 
Teymur – siqaret düşkünü, 55 yaşında 
Fatma – Teymurun arvadı, 50 yaşında, 
Məhəmməd – ağsaqqal kişi, 70 yaşında 
Mir Həsən  – dindar şəxs, 65 yaşında 
Əli – müəllim, 40 yaşında 
Aydın  – həkim, 45 yaşında 
Professor  – həkim, 50 yaşında 
Fətulla – gənc, 25 yaşında 
Mahir  – çayçı, 30 yaşında 
Gəlin, uşaq və qonşular 
 
 
 
BİRİNCİ PƏRDƏ 
 
Siqaretin əvvəli qazılıqdı, sonrası tazılıq. 
Deyim 
 
Teymurgilin  həyət  evi.  Zal  otaqda  mebel  və  televizor  qoyulub. 
Teymur  siqaret  çəkə-çəkə  divanda  oturub  televizora  baxır.  Bir 
tərəfdə  gəlin uşağı  yedizdirir. Uşaq tütün  iyindən boğulur, öskürür 
və ağlamağa başlayır. Səsə nənəsi Fatma xanım gəlir. 
 
Fatma    Uşaq  niyə  ağlayır?  (Gəlin  əli  ilə  qayınatası  Teymuru 
göstərir)  –  A  kişi,  görmürsən  uşaq  boğulur?  O  zəhrimarı  çıxıb 
eşikdə  çəksən  olmaz?  Yeddi  ildən  sonra  nə  müsibətlə  bir  uşaq 
tapmışıq, onu da sən zəhərləmək istəyirsən? Dur, dur çıx eşiyə. 

 
65 
       Teymur – Ay arvadrədd ol başımdan. Qoy, kinomuza baxaq. 
Fatma  –  Yox,  yox,  dur  ayağa,  dur  çıx  eşiyə.  (Onu  kürəyindən 
itələyib salır həyətə
Teymur  – “Lənət sənə kor Şeytan” haa... Belə  olur bax, söyü-
lürsən,  tünbətün  qızı,  toxumunuz  kəsilsin  sizin!  (Siqaret  kötüyünü 
tez-tez sümürür, onun ardınca yeni bir siqaret yandırır
Fatma (qarğış edir) – Səni görüm öz odunda yanasan, harayına 
gələn olmasın! Sən məni bu neçə ildə dəli eləyibsən. 
Teymur (hədə ilə) – Get, qurban ol ki, gəlin evdədi, yoxsa sənə 
bir Həzrət Abbas şilləsi çəkərdim, mis dadı verərdi. 
 
Teymur hirslə hasar qapısına tərəf gedir,  
qapı çırpılır. 
 
Pərdə 
 
 
İKİNCİ PƏRDƏ 
 
Ağzınızdan çıxan siqaret tüstüsü təkcə tütünün 
yox, həm də sizin yanan toxıımalarınızın, hüceyrələ-
rinizin tüstüsüdü. 
Bu, hələ alışmayan, lakin yavaş-yavaş, için-için 
yanan canınızın və cibinizin tüstüsüdü. 
Müəllif 
 
Çayxana.  Orada  dörd  stol  və  stullar  qoyulub.  Birinci  stolda 
Məhəmməd kişi ilə Mir Həsən oturub çay içir, söhbət edirlər. Qalan 
stollar boşdur. 
Çayxana  təmiz  və  səliqəlidir.  Çayçı  Mahir  iri  mis  samovar, 
çaynik,  stəkan-nəlbəki,  qənddan,  limon,  şirniyyat  və  s.  düzülmüş 
piştaxtanın arxasında durub öz işilə məşğuldur. 
 
Məhəmməd  –  Keçən  bazar  günü  getmişdim  Bakıya, 
qardaşoğlunun  toyuna.  Toy  evidi  deyə  evdə  çoxlu  adam  var  idi. 

 
66 
Mənim  də  yerimi  sənin  o  qonşun  “Tütün  Teymur”  ilə  bir  otağa 
salmışdılar.  Bütün  gecə  ilan  vuran  yatdı,  o  yatmadı,  elə  hey 
öskürdü, elə hey öskürdü... Səhərə yaxın bəlğəm gəldi – haşa məc-
lisdən – hayxırdı, tüpürdü, tualetə girdi, otağa keçdi – qərəz toya gə-
lənləri  də  bidar
*
  elədi,  qoymadı  yatmağa...  Səhərisi  gün  hamı  onu 
danladı.  Hara  yetəcək?!  Bu  yaşda  siqaret  üstə  ərlə  arvadın  sözü 
çəpləşdi.  Hamı da Fatma bacıya kömək çıxdı.  Axırda  qardaşı  dedi 
ki,  "Teymur,  gəl,  səni  xeyir  işdən  sonra  bir  həkimə  aparım".  Guya 
razılıq verdi, amma aradan çıxdı. 
Deyirəm: “Sən seyidsən, Allah adamısan, bəlkə səni eşitdi. Sən 
onu bir danla, boynuna qoy getsin həkimə, yazıqdı”. 
Mir Həsən – Bir dəfə onunla bu barədə bir ayaqüstü söhbətimiz 
olub.  Teymura  dedim  ki,  “nə  görmüsən  bu  zəhrimarda,  rədd  elə 
getsin də onu?!” Mənə nə desə yaxşıdı? Deyir: “Mən qırx illik dos-
tuma  xəyanət  edim?”  Daha  bu  sözdən  sonra  ona  nə  deyim,  bığlı, 
saqqallı kişidi, adam özü də xəcalət çəkir axı?! Amma Məhəmməd, 
yenə  də  araya  salıb  ona  bir  dəlil-nəsihət  eləyərəm,  onun  bir  boş 
damarı var, onu tutsam nə desəm, eləyəcək. 
Əli müəllimlə Fətulla daxil olurlar. Salam verib ikinci stola əy-
ləşirlər. Çayçı onlara çay və domino gətirir. 
Əli – Nədən oynayaq, Fətulla? 
Fətulla – Bir çaynik çaydan. 
Əli – Dünənki kimi cığallıq eləməyəcəksən? 
Fətulla – Mən nə vaxt cığallıq eləmişəm, Əli müəllim? 
Əli (lağ ilə) – Yox əşşi, “kürdün nəyi də olsa, oğurluğu olmaz”. 
Görən deyər: “Bu heç Cığal Cəfərin oğlu Danqa Fətulla deyil”. 
Teymur  yavaş-yavaş  gəlir.  Başı  ilə  salam  verib  üçüncü  stola 
oturur.  Müştük,  siqaret  və  kibrit  qutusunu  qabağına  qoyur.  Fi-
kirlidir. Mahir  çay  və siqaret  gətirir. Teymur təzə bir  siqaret  yan-
dırır. 
Axırda  Aydın  həkimlə  Professor  daxil  olurlar.  Hamıya  salam 
verib dördüncü stola əyləşirlər. Aydın həkim işarə ilə Mahiri yanına 
çağırır. 

 
67 
Aydın  (alçaq  səslə)  –  Mahir,  Bakıdan  qonağım  var,  bizə 
Ordubad  lumusu  ilə  bir  qəşəng  pürrəngi  çay  ver,  özü  də  yekə 
çaynikdə. 
Mahir (şən səslə) – Baş üstə, doktor. 
Professor  –  Çox  maraqlı  xəstə  idi,  belə  hadisə  nadir  hallarda 
olur.  Yadımdadı,  hələ  iyirmi  il  bundan  qabaq  Mustafa  Topçu-
başovla  bir  xəstəni  əməliyyat  edərkən  belə  bir  anomaliyaya  rast 
gəldik. 
Aydın  –  Professor,  Sizin  bu  sinteziniz  çox  uğurlu  oldu. 
Təşəkkür edirəm. Mən də çox şey öyrəndim. 
Professor  –  Mənimlə  müntəzəm  əlaqə  saxla.  Çalış  təyinatı 
dəqiq yerinə yetirsinlər. Dinamikanı izlə, qeydlər apar, çünki fikrim 
var bir elmi məqalə hazırlayıb ikimizin imzası ilə verək İstanbuldakı 
“Genel cerrahiyye” jurnalında dərc olunsun. 
Aydın  (sevincək)  –  Nə  yaxşı  olar,  Professor!  Bu  məqalənin 
mənim dissertasiyama da köməyi dəyər. 
Mahir  çay,  limon  və  şirniyyat  gətirir.  Teymurda  boğulma 
tutması  olur:  öskürür,  öskürür,  öskürür…  Hamı  əl  saxlayıb  Tey-
mura tərəf baxır. 
Əli – Teymur əmi, yenə niyə elə öskürdün? Bir həkimə getsənə, 
ölürsən axı?! 
Teymur (təngnəfəs) – Nə bilim, ay Əli müəllim? Bir ildi ki, bu 
öskürək məni əldən salıb, istilik də ki, bir yandan... 
Əli – Bəs, həkimlər nə deyir? Heç müayinəyə-zada gedibsən? 
Teymur  –  Yoox,  düzü,  qorxuram  getməyə.  Elə  bilirəm  nəsə 
əngəlli bir şeydi – ona görə getmirəm. 
Əli  –  Mən  onu-bunu  bilmirəm,  səninki  siqaretdəndi,  Teymur 
əmi. Gündə nə qədər çəkirsən? 
Teymur – Ha çox... On üç yaşımdan bu zəhrimarı çəkirəm, düz 
qırx iki ildi. Həmişə də papiros çəkmişəm, yəni filtrsiz siqaret. Gün 
olub  beş  “paçka”,  gün  olub  altı  “paçka”  çəkmişəm.  Özü  də  tüstü 
gərək  mənim  ürəyimə  dəyə,  yoxsa  qanıx  verməz
*
.  Axır  səkkiz-
doqquz ildə səhər acqarına da çəkirəm. Nə bilim? (Günahkar adam 
kimi başını aşağı salır

 
68 
 
 
Radioda  lirik  musiqi  verilir.  Diktorun  səsi:  “Hörmətli 
dinləyicilər, indi də tütünün insan orqanizminə zərərli təsiri barədə 
həkim-narkoloqun söhbətinə qulaq asın”. 
Mahir  (uca  səslə)  –  “Adın  çək,  qulağın  bur”.  Teymur  əmi,  di 
qulaq  as!  Ə,  orada  dominonu  az  şaqqıldadın,  qoyun  görək  həkim 
Teymur əmiyə nə deyir? 
Radio 
“Siqaret  çəkməyin  zərərli  vərdiş  olmasını  indi  hamı  bilir. 
Görəsən,  biz  belə  adətin  özümüzə  və  ətrafımızdakılara  necə  zərər 
verməsi barədə heç düşünürük? 
Əvvəlcə görək, tütünün tərkibində hansı  zərərli  maddələr var? 
Siqaretdə  dörd  minə  qədər  belə  maddə  aşkar  edilib.  Onlardan  ən 

 
69 
çox nikotin, kanserogen maddələr, karbon qazı, dəm qazı, qatranlar 
və  digər  maddələr  insanda  müxtəlif  xəstəliklər  əmələ  gətirdikdən 
sonra onu öncə əlilliyə, sonra isə erkən ölümə doğru aparır. 
İndi  isə  belə  maddələrin  insanda  hansı  patologiyalar 
törətməyinə nəzər salaq. Gəlin, nikotindən başlayaq. 
Nikotin – narkotik maddə olub güclü sinir zəhəri hesab olunur. 
Nikotin yüksək dozada olarsa, mərkəzi sinir sisteminin iflicini əmələ 
gətirə  bilər,  az  dozada  isə  hafizəni  zəiflədir,  başağrıları  və  yuxu 
pozğunluğuna səbəb olur. Qana sorulan kimi endokrin sistemə, xü-
susilə  böyrəküstü  vəzə  təsir  edərək  adrenalin  ifrazını  artırır.  O  isə 
damar  spazmı  törədərək,  arterial  qan  təzyiqini  yüksəldir.  Yaşlı  və 
təzyiqi  olan  adamlar  üçün  bu,  çox  təhlükəlidir!  Bununla  iş  qurtar-
mır:  adrenalin  ürək  üçün  "qamçı"  rolunu  oynayaraq,  onu  sürətlə 
döyünməyə  məcbur  edir.  Nəticədə,  ürək  əzələsi  yorulur,  haldan 
düşür və vaxtından tez qocalır. Bu isə ürək infarktı üçün zəmin ya-
radır.  İnfarkt  keçirmiş  şəxslər  üçün  siqaret  çəkməyə  davam  etmək 
növbəti  infarktı  göz  qabağına  gətirmək  deməkdir.  Adrenalin 
periferik  damarları  daraltdığı  üçün  orada  axan  qanın  miqdarı 
azalır  və  qidalanma  pozulur  ki,  bu  da  axırda  obliterasiyaedici 
endarterit kimi agır xəstəliyə gətirib çıxarır. Nəticə ayaqların qan-
qrenası  ilə sonuclanır.  Bundan başqa, nikotin  xoşagəlməz  acı  dadı 
ilə həm də mənfi emosiya yaradır. 
Vaxtilə  nikotini  tütünün  tərkibində  ən  zəhərli  maddə  hesab 
edirdilər,  lakin  məlum  olub  ki,  radioaktiv  maddələr  ondan  da 
təhlükəlidir.  Bu  radioaktiv  maddələrdən  benzpiren  və  dibenzpiren 
alfa-  və  beta-hissəciklər  şüalandırmaqla  ağ  ciyəri  dağıdır  və 
xərçəng  xəstəliyi  əmələ  gətirirlər.  Bu,  həyat  üçün  çox  qorxuludur! 
Bədxassəli  şişlərin  əmələ  gəlməsinə  şərait  yaradan  və  onun 
inkişafına  kömək  edən  dəm  qazı  və  kükürd  qazıdır.  Dəm  qazının 
toksiki maddə olması isə hamıya məlumdur. 
Otuz  doqquz  yaşında  həyata  gözlərini  yuman  bir  amerikan 
jurnalisti  görün  nə  yazır:  "Mən  öz  "düşmənimlə"  on  dörd  yaşında 
tanış oldum və onunla iyirmi beş il "dostluq" etdim". Belə "dostlu-
ğun" sonu isə təəssüf ki, ağciyər xərçəngi olub. 

 
70 
Siqaret  tüstüsünün  iyini  və  aromatikliyini  efir  yağları  və 
qatranlar  müəyyən  edirlər.  Həmin  qatranlar  tədricən  ağciyər 
alveollarını  doldurub,  onları  çıxdaş  etdiyi  üçün  tənəffüsü  çətin-
ləşdirirlər. Tənəffüsün pozulmasına karbon qazı və dəm qazı da pis 
təsir edir. Belə ki, siqaret tüstüsündə olan karbon, oksigendən dörd 
dəfə  sürətlə  hemoqlobinlə  birləşərək,  karbohemoqlobin  əmələ 
gətirir  ki,  bu  şəkildə  toxumalara  gedən  qan  zəhərli  olub  orada 
oksidləşmə-bərpa reaksiyalarını pozur. 
Tütün  təkcə  ağciyər  və  tənəffüs  yollarına  mənfi  təsir  etmir,  o, 
həm  də  həzm  traktına  ziyan  verir.  Siqaret  çəkənin  ağız  suyuna 
qarışan belə maddələr mədəyə düşərək həzm prosesini çətinləşdirir, 
iştahanı  pozur,  mədə  xorasına  və  axırda  isə  həzm  sisteminin 
xərçənginə  səbəb  olur.  Onu  da  qeyd  edim  ki,  siqaret  çəkənlərdə 
maddələr  mübadiləsi  və  vitamin  balansı  da  pozulur.  Hər  çəkilmiş 
siqaret  bütöv  apelsində  olan  qədər  C  vitamini  parçalayır.  Gözün 
daxili təzyiqini siqaret artırdığı üçün görmə də pisləşir”. 
Fətulla  –  Bu  həkimləri  də  qoyasan  camaatı  yaxşıca  qorxuda. 
Həkimlərin hamısı siqaret çəkir, özləri də deyir: "Ziyandı". Əgər elə 
ziyandısa, bəs həkimlər onu niyə çəkir? 
Aydın  –  Həkimlərin  heç  də  hamısı  siqaret  çəkmir.  Onu  da 
nəzərə alaq ki, həkim də insandı, onun da zəif cəhətləri olur. Özü də 
nikotin  narkotik  maddə  olduğuna  görə,  hamıda  asılılıq  yaradır. 
Həmin asılılıqdan çıxmaq isə hər oğulun işi deyil. 
Fətulla  –  Yaxşı,  bu  siqaret  ziyanlı  şeydisə,  niyə  onu  bu  qədər 
findi-firuşqa  düzəldib  satırlar?  Üstəlik  onu  reklam  da  edirlər,  hə? 
(O, əlində olan gözəl siqaret qutusunu yuxarı qaldırır
Aydın  –  Ay  qardaş,  əvvəla  siqaret  maqnatları  öz  mallarını 
satmaq üçün onu belə gözəl hazırlayırlar. Bu, normal bir şeydi. O ki 
qaldı  reklama  –  onu  düz  demirsən.  Artıq  bütün  dünyada  siqaret 
reklamları  yığışdırılıb.  Xəbərin  var  ki,  Yaponiyada  siqaret  çəkəni 
işə  götürmürlər?  Papiros  çəkməyənə  əlavə  pul,  ya  məzuniyyət  ve-
rirlər, hə? 
Fətulla  (lağ  ilə)  –  Bayaq  radioda  həkim  deyir  ki,  siqareti  çox 
çəksən, guya iflic olarsan, harada belə şey olub? Əşi, deyir də… 

 
71 
Mir  Həsən  –  Niyə  ki?  Elə  bizim  evin  dalında  Əsgər  İsayev 
adında bir kişi var idi. Onda mən cavan idim, o vaxt biz hələ kənddə 
yaşayırdıq. Bir gün xəbər çıxdı ki, Əsgər kişi öldü. Bilirsən o niyə öl-
dü? 
Fətulla (istehza ilə) – Birdən siqaretdən ölər ee… 
Mir  Həsən  –  Sən  heç  lağ-zad  eləmə,  qardaşoğlu.  Bəli,  elə 
siqaretdən  ölmüşdü!  Səhər-səhər  durub  gedirlər  çölə,  ot  yığmağa. 
Çöldən ot yığası, gətirib evə çıxardası saat olur on iki. Ona qədər də 
Əsgər  kişi  bəlkə  on  siqaret  çəkir,  özü  də  ac-susuz.  Vurub  zə-
hərləmişdi onu. Rəhmətlik elə onunla da getdi. 
Yüklə 16,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin