Asif KƏNGƏRLİ



Yüklə 16,07 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix22.04.2017
ölçüsü16,07 Kb.
#15244
1   2   3   4   5   6   7   8

 
M
M
Ə
Ə
N
N
T
T
İ
İ
Q
Q
 
 
 
 
      
 
 
 Yalnız çəkilməyən siqaret zərərsizdir. 
Deyim 
Yandırma! Yandırsan, yandıracaq... 
Müəllif 
 
Bir gün iki nəfər – Əli ilə Vəli söhbət edirlər. Əli Vəliyə: 
– Sən məntiqin nə olduğunu bilirsən? 
– Yox, – deyə Vəli etiraf edir. 
– Əgər bilmək istəyirsənsə, mən sənə izah edərəm. 
– İzah elə, – deyə Vəli xahiş edir. 
Əli fikrini izah etmək üçün söz axtarmağa başlayır: 
– Məntiq, məntiq… Ee, məsələn, sənin cibində kibritin var? 
– Var, – deyə Vəli tez dillənir. 
Əli: 
– Əgər kibrit varsa, demək, siqaret də var. Bunların ikisinin bir 
yerdə olması məntiqi deyil? 
Vəli bir az fikirləşir və razılaşır: 
– Bəli, məntiqidi. 
Əli davam edir: 
– Əgər sən siqaret çəkirsənsə, onun içərisinə nə vaxtsa nəşə-zad 
qoymaq da məntiqidi, ya yox? 
Vəli bir xeyli düşünür və yenə razılaşmalı olur: 
– Bəli, məntiqidi. 
Əli izah etməkdə davam edir: 
–  Əgər  sən  nəşə  çəkirsənsə,  evdə  dava-dalaş,  söz-söhbət, 
boşanma və sairin olması da məntiqidi, ya yox? 
Vəli  görür  ki,  Əli  haqlıdı:  «Nəşə  olan  yerdə  dava-dalaş  da, 
boşanma  da  olar»,  –  deyə  düşünür.  Onlar  ayrılırlar…  Əli  öz  yolu 
ilə,  Vəli  isə  öz  yolu  ilə  gedir.  Söz  Vəlini  tutduğu  üçün  elə  hey  o 
barədə düşünür… 

 
101 
 
 
Vəli yolda bir nəfərə rast gəlir. O, yol adamından soruşur: 
– Qardaş, kibritin var? 
– Var, – deyə yoldan keçən cavab verir. 
Vəli təəssüflə deyir: 
– Əgər kibritin varsa, onda evin yıxılacaq… 
 
Naxçıvan, 2003. 

 
102 
 
Ş
Ş
Ə
Ə
R
R
 
 
S
S
U
U
Y
Y
U
U
 
 
 
İçki – bütün çirkinliklərin «ana»sıdır. 
Məhəmməd peyğəmbər (S.) 
 
Bir gün Şeytan bir adamın qabağını kəsib deyir: 
–  Səni  öldürəcəm.  Əgər  sağ  qalmaq  istəyirsənsə,  üç  şeydən 
birini  etməlisən:  ya  bu  qadınla  yatmalısan,  ya  ən  yaxın  dostunun 
başını kəsməlisən, ya da ki, bu şərabı içməlisən. 
Həmin adam belə cavab verir: 
– Mən müsəlmanam. Müsəlmana isə zinalıq
*
 günahdı. Sonra… 
mən  dostumun  başını  kəsə  bilmərəm,  bu  mümkün  deyil,  çünki  biz 
uşaqlıq dostuyuq, bir yerdə bir pud
*
 duz-çörək kəsmişik… 
O  bunları  deyib  susur…  Həyat  şirindi,  yaşamaq  istəyir,  ona 
görə  də,  fikirləşir:  «Düzdü,  şərab  içmək  Qurani-Kərimdə  haram 
buyurulub,  amma  çarəm  nədi?  Bəlkə  mən  bu  şərabı  içim?  Çünki 
onların içərisində ən az zərərlisi, deyəsən, elə budu». 
Adam o cür də edir… 
...O, şərabı içib bərk sərxoş olur. Elə sərxoş vəziyyətdə də həm 
o qadınla yatır, həm də əziz dostunu öldürür… 
 
Bakı, 2006. 

 
103 
 
 
 

 
104 
 
E
E
T
T
İ
İ
R
R
A
A
F
F
 
 
 
Şərab, tütün, heroin – 
Hamısı sənin düşmənin. 
Müəllif
 
 
Elçin tay-tuşları arasında öz “çəkisi” olan, hörmətli oğlanlardan 
biri  sayılır.  Necə  hörmətli  oğlan  sayılmasın  ki,  o,  universiteti 
qırmızı diplomla bitirib, otuz yaşında böyük bir mebel sexinin sahi-
bidi,  işi  işdi,  pulu  da  pul.  Evi,  eşiyi,  ailəsi,  uşağı,  altında  da  qara 
rəngli Prado... 
Əgər  biri  durub  desə  ki,  “Elçin  narkomandı”  heç  kim  ona 
inanmaz,  çünki  o,  siqaret  çəksə  də,  içki  nədi  dilinə  vurmaz,  hələ 
Ramazan ayı gələndə hər il oruc da tutar... “Sən saydığını say, gör 
fələk nə sayır”. İş elə gətirdi ki, onun kimi ağıllı bir oğlan da yolunu 
azdı... 
Yaxşı ki, Elçin zirək tərpəndi, işin üstü açılmamış bir narkoloq-
həkim  tapdı,  hamıdan  gizli  öz  evində  müalicə  olundu,  vəziyyətdən 
çıxdı. 
Həkim  bu  gün  Elçini  kabinetə  –  psixoterapevtik  söhbətə  dəvət 
etmişdi. O xəstəsinə ürəyini boşaltmaq imkanı verdi; həkim dinlədi, 
xəstə isə danışdı: 
– Doktor, narkomanın günü axtarmaqla keçir; adam əvvəlcə pul 
axtarır, sonra «mal» axtarır, sonra «bayan» axtarır, sonra yer axtarır, 
axırda da damar axtarır... O, axtardıqlarını oğruluq – doğruluq, pis-
yaxşı tapır da, amma əvəzində özünü itirir: öz kişiliyini, ləyaqətini 
itirir, dalınca da, ehh, hər şeyini... 
O,  dərindən  bir  ah  çəkdi  gözləri  yaşarmışdı,  əlləri  də,  səsi  də 
titrəyirdi. Elçin həkimin ona diqqətlə qulaq asdığını görüb bir az da 
ürəkləndi: 
–  Mən  düzünü  deyirəm,  doktor,  mən  bu  həyatı  yaşadım,  bu 
murdar  həyatı  belə  gördüm.  İndi  peşimanam,  it  kimi  peşimanam, 
amma... 

 
105 
 
 
 

 
106 
Qəhər onu boğdu, udqunub yenə sözünə davam etdi: 
–  Bu  işdə  heç  kimi  günahkar  bilmirəm.  Düzdü,  məni  iynəyə 
otuzdurdular, özü də mən bilirəm bunu kim elədi. «Ağacı öz içindən 
qurd  yeyər»,  –  deyiblər.  Məni  öz  əmioğlum  iynəyə  otuzdurub, 
doktor,  dost  –  doğma  əmim  oğlu.  Məni  əmioğlum  belə  bəlaya 
salandan sonra daha başqasından niyə inciyim, niyə küsüm?! 
Elçin nəfəsini dərdi, olanları xatırlamağa çalışdı: 
–  Doktor,  bir  vaxtlar  əmimgil  gün  əppəyinə  möhtac  idilər. 
Rəhmətlik atam onları rayondan Bakıya gətirdi, ev-eşik yiyəsi elədi. 
Mən isə həmin əmioğluma iş verdim, çörək verdim. Əvəzində isə o 
məni bədbəxt elədi... Getdi, gəldi ki, «sən bir bunun dadına bax, gör 
nə  görəcəksən?!».  Mən  eləmək  istəməyəndə  isə  «ə,  bir  çıqqılı  şey 
sənə  nə  eləyəcək,  elə  gör  nə  «kayf»  alacaqsan»,  –  deyə  məni 
heroinə qonaq elədi. Mən də gic kimi götürüb iylədim. İylədim, xoş 
gəldi. Üç gündən sonra bir də gəldi, yenə verdi, iylədim, bu dəfə lap 
xoşuma gəldi. Sabahı gün onu kabinetə çağırıb dedim: 
– Ondan bir az da ver. 
Dedi: 
– Yoxdu. 
Dedim: 
– Tap, hardan olsa, tap, ondan istəyirəm. 
O, özünü çəkdi: 
–  O  məndə  nə  gəzir?  İstəyirsən,  yüz  dollar  ver,  gedim  alım, 
gətirim. 
Mən  də  çıxarıb  verdim,  alıb  gətirdi,  hərəyə  bir  «dorojka
*
» 
elədik. 
O gündən mən pul verirdim, o da alırdı, bir yerdə eləyirdik. De-
məyinən onun məqsədi oymuş ki, məni narkotikə otuzdursun, çünki, 
onun  pulu  yox  idi,  mən  isə  böyük  bir  müəssisənin  müdiri  idim, 
əlimin altında üç yüz adam işləyirdi. Nə isə bir də ayılıb gördüm ki, 
olmuşam narkoman, daha heroinsiz qala bilmirəm... 
 
Bakı, 2008 

 
107 
 
Q
Q
Ə
Ə
L
L
Y
Y
A
A
N
N
 
 
 
Qəlyan sənin əlindədir,  
sən ki qəlyanın əlində deyilsən?!. 
Müəllif
 
 
Deyilənə görə, İranda bir çox adam tiryəki olur, özləri də buna 
pis  baxmırlar. Onlar  şam  yeməyindən sonra ortalığa qəlyan, tiryək 
və şiş gətirirlər, şişi odda qızdırıb bir əldə tuturlar, tiryəki isə o biri 
əldə.  Şişi  tiryəkə  vurub  dağlayır,  ondan  çıxan  tüstünü  isə  qəlyanla 
içəri sümürürlər... 
Bir gün tiryəkə təzə qurşanmış Qulamrza adlı bir gəncə qəlyan 
lazım olur. O, soraqlaşıb bir qəlyandüzəldən usta tapır, ona deyir: 
–  Usta,  nə  qədər  istəyirsən  sənə  pul  verim,  mənə  bir  şahanə 
qəlyan düzəlt. 
Usta altdan yuxarı gənci süzür, soruşur: 
– Vardan, dövlətdən nəyin var? 
Qulamrza qürrələnir: 
– Hər şeyim: iki «Benz» otobusum var ki, Təbriz – Tehran arası 
işləyir,  üç  tırım  var  ki,  Avropaya  mal  daşıyır,  bir  dörtmərtəbə 
çaxtumanım
*
  var  ki,  üstdə  özümüz  qalırıq,  altını  kirayə  vermişəm, 
bir  də  bazarda  qızıl  dükanlarım  var...  Usta,  sən  mənə  bir  yaxçı 
qəlyan düzəlt, deşiyini də gen elə. 
Qoca usta gənci diqqətlə dinləyib köksünü ötürür: 
–  Sən  heç  narahand  olma,  ağa.  O  saydığın  şeylərin  hamısı: 
otobus da, tır da, ev də, dükanlar da – hamısı, hamısı bax, bax, bu 
deşikdən keçib gedəcək, heç narahand olma, niyə narahand olursan, 
– deyə təzə düzəltdiyi qəlyanlardan birini Qulamrzaya tərəf uzadır. 
 
Bakı, 2009 
 
 
 

 
108 
 
 
 

 
109 
 
Ö
Ö
M
M
Ü
Ü
R
R
L
L
Ü
Ü
K
K
 
 
D
D
Ə
Ə
R
R
S
S
 
 
 
–  Dərs  ili  başa  çatdı.  Biz  –  şagird  və  müəllimlər  əvvəlcədən 
danışdığımız kimi yığışıb getdik Qubaya. Meşədə, bulaq başında bir 
səfalı  yer  tapıb  yerləşdik.  Top  oynayan,  çiçək  yığan  kim,  samovar 
salan,  yemək  tədarükü  görən  kim...  Mən  xalçanın  üstündə  bardaş 
qurub çoban salatı hazırlamaqla məşğul oldum. Kişi müəllimlər isə 
bulaq başına yığışıb kabab çəkməyə başladılar. 
Bizdə  bir  Yenisey  müəllim  var,  çox  savadlı,  sanballı  insandı, 
özü də yaxşı riyaziyyat müəllimidi. Bir də gördüm Yenisey müəllim 
gəlib oturdu mənim yanımda, bir daşın üstündə. Biz onunla başladıq 
ordan – burdan söhbətə. Bu arada kababın iyi məni vurdu. Az sonra 
cavan müəllimlərdən biri bizə yaxınlaşdı: 
– Yenisey müəllim, kabab bişir, araq da ki, bulağın gözündədi, 
hamı Sizi gözləyir, gəlin. 
Yenisey müəllim ona təşəkkür etdi, amma yerindən tərpənmədi. 
Qayıtdım  ki,  “ay  Yenisey  müəllim,  niyə  getmirsiz?  Gedin  Siz  də 
onlar  kimi,  yeyin  –  için  dəə”.  Gördüm  o  tutuldu,  lakin  bir  söz 
demədi,  mən  də  çox  uzatmadım.  Sonra  biz  yenə  söhbəti  davam 
etdirdik.  Axırda  dərs  hissə  müdiri  Ramazan  müəllim  özü  durub 
gəldi: 
–  Yenisey,  uşaqların  heç  biri  əlini  çörəyə  uzatmır  ki,  gərək 
Yenisey müəllim gələ, sonra. Nə olub? Burda niyə oturmusan? Dur, 
dur ayağa düş qabağıma, – deyə ərklə onu aparmaq istədi. Yenisey 
müəllim getmək istəmirdi, Ramazan müəllimin sözünü yerə salmaq 
da  çətininə  gəlirdi,  ona  görə  də  çaşıb  qalmışdı.  Yenisey  müəllim 
nəhayət  özünü  topladı,  təşəkkür  etdi,  bir  bəhanə  uydurdu  ki, 
getməsin. Və yenə getmədi. Mən bayaqdan hər şeyə göz qoyurdum. 
Birdən düşdüm onun üstünə: 
– Ay Yenisey müəllim, bu il əməkdar müəllim adı almısız – bu 
bir,  oğlunuz  Beynəlxalq  qrossmeyster  olub  –  bu  iki,  qızınız  isə, 
Konservatoriyanı  bitirib  –  bu  da  üç.  Siz  niyə  də  yeyib-içməyəsiz? 
Vallah, mən Sizin yerinizə olsaydım bayaqdan durub gedərdim,  

 
110 
 
 
hələ  vurardım  da,  –  deyib  güldüm.  Siz  Allah,  burda  nəsə  var,  bu 
“nəsə”  nədi  axı?,  –  deyə  gözümü  onun  gözünə  zilləyib  cavab 
gözlədim. 
Yenisey müəllim yerində qurcuxdu və gizlicə bir ah çəkdi: 
– Bilirsən, qızım, mən əvvəllər içən olmuşam, – bu, düz otuz üç 
ilin  söhbətidi.  Mən  onda  institutu  təzə  bitirmişdim,  dəliqanlı 
vaxtlarım idi. Qurşanmışdım içkiyə... Hələ özümə bir-iki avara dost, 
aşna  da  tapmışdım:  bu  yeməkxana  mənim,  o  restoran  sənin  –  hər 
gün  onlarla  yeyib-içməklə  ömrü  bada  verirdim.  Anam  nə  qədər 

 
111 
yalvarsa  da,  özünü  öldürsə  də,  kim  idi  ona  qulaq  asan?  Günlərin 
birində  yenə  restoranda  içib  bərk  keflənmişdim.  Oradan  çıxıb  evə 
getmək  istədim,  səkkiz  yaza  –  yaza  gedirdim.  Yolun  qırağında  bir 
arx  var  idi,  o  arxı  keçəndə  ilişib  yıxıldım.  Ha  çalışdım  ki,  ayağa 
qalxam, qalxa bilmədim, oturdum zığın, palçığın içində. Axşamçağı 
idi, hava qaralırdı... Gördüm bir nəfər üç-dörd yaşlı uşağın əlindən 
tutub gedir. Uşaq məni görüb dayandı: 
– Ata, ata, ora bax, it! 
Onlar yaxına gəlib mənə diqqətlə baxdılar. Atası dedi: 
– Qaqaş, bu it deyil ki, adamdı, özü də keflidi, qorxma! 
Uşaq dedi: 
–  Mən  itdən  qoyxmuyam  ki,  ata,  amma  keflidən  qoyxuyam. 
Atası əl – ayağa düşdü: 
–  Onda,  qaqaş,  tez  çiş  elə!  Çiş  elə  arxın  qırağına,  –  dedi  və 
üzünü  yana çevirdi ki, uşaq utanmasın. Uşaq isə eləmə tənbəllik – 
üzr  istəyirəm  səndən  qızım  –  düz  mənim  başıma  işədi.  Sidik 
saçımdan üzümə, üzümdən isə ağzıma axdı. Mən elə bil yatmışdım, 
ayıldım!  Elə  bil  heç  bir  litr  araq  içən  mən  deyildim.  Bir  özümə 
baxdım,  bir  də  düşdüyüm  bu  vəziyyətə...  Acığımdan,  hirsimdən 
bilmədim  ki,  nə  edim!  Özümə  nifrət  elədim,  söydüm  özümü! 
Dedim: “Mən it yox, lap... itdən də pisəm!” 
Durub birtəhər evə gəldim, rəhmətlik anamı çağırdım: 
– Ana, paltarlarımı ver, girirəm hamama. 
Yazıq  anam  heç  nə  demədi,  gətirib  təmiz  paltar  verdi.  Mən 
yuyunub qüsul verdim. Elə oradaca da and içdim, and içdim ki, mən 
bir də heç vaxt, heç vaxt içki içməyəcəm! 
Bəli,  heç  kimin  verə  bilmədiyi  dərsi  mənə  üç  yaşlı  uşaq  verdi. 
Əgər  o  vaxt  o  dərsi  mən  almasaydım,  Allah  bilir  ki,  indi  harada 
idim... 
 
Bakı, 2011 

 
112 
 


T
T
Ə
Ə
L
L
Ə
Ə


 
 
 
Obyektdə
*
  işin  qızğın  vaxtı  idi.  Rəhbərliyə  söz  vermişdilər  ki, 
hörgünü  bir  aya  başa  çatdıracaqlar.  Qəzənfər  usta  iki  şəyirdi  ilə 
gündə  iyirmi  beş-otuz  kvadrat  metr  hörgü  verirdi.  Amma  bu  gün 
günortadan  sonra  daş  qurtardığından  işsiz  qalmışdılar.  Usta 
fəhlələrlə  ocağın  başına  yığışıb  söhbət  edirdilər.  Söz  sözü  çəkdi. 
Söhbət  köhnə  hökumətin  vaxtından  düşdü.  Qəzənfər  usta  cavan-
lığını yada saldı: 
– Sovet  hökuməti vaxtı ət,  yağ tapılmazdı.  Camaat  ət,  kolbasa 
ya sosiskanı uzun növbə ilə, yaxud çeklə alardı. Birinin evində toyu, 
ya da evlərdən uzaq yası olanda ət tapmaq müşkül işə çevrilirdi. O 
vaxt ət kombinatında işləyənlər həm pullu, həm də lazımlı adamlar 
idilər.  İşdən  çıxanda  onlar  kolbasa,  sosiska,  yainki  əti  salafanlara
*
 
büküb bədənlərinə bağlayır, evə gəlir, gələn kimi “arıqlayır”, həmin 
əti qohum – qonşuya satıb yaxşı pul qazanırdılar. Bir də görürdün ki, 
bu gün ət kombinatına işə girən söz məsəli, sabahı gün maşın aldı, o 
biri gün isə ev... 
Bu qırx ilin söhbətidi, o vaxt mənim cavan vaxtlarım idi. Əsgər-
liyimi çəkib evə qayıtmışdım, işləmək istəyirdim. 
Bir gün axşam atama dedim: 
–  Ata,  məni  işə  düzəlt  işləyim,  axı  nə  vaxta  qədər  evdə 
oturacam? 
Atam dedi: 
– Harada işləmək istəyirsən? 
– Ət kombinatında, – deyə tez cavab verdim. 
Atam  o  vaxtkı  raykomun  üçüncü  katibi  ilə  bir  sinifdə 
oxumuşdu,  durub  onun  yanına  getdi.  Bir  həftədən  sonra  məni 
çağırıb əmrimi ət kombinatının kəsim sexinə verdilər. Sabahısı gün 
mən kombinezonumu geyib işə çıxdım. Sexdə altı nəfər idik, böyü-
yümüz  isə  qırx  yeddi-qırx  səkkiz  yaşlarında  bir  kişi  idi.  Bəy 
nəslimdən  olduğuna  görə  hamı  ona  Maqsud  bəy  deyərdi.  Maqsud 
bəy ucaboylu, dolubədənli, qırmızıyanaq bir şəxs idi. 

 
113 
 
 
 

 
114 
Biz malın təpəsinə guppanla vurub onu gicəlləndirir, iri bıçaqla 
şah damarını kəsib öldürür, kranla qaldırıb soyur, sonra cəmdəyi o 
biri sexə ötürürdük. Maqsud bəy işləyə-işləyə dananın – özümüzün 
yeməyimiz  üçün  –  harasından,  hansı  yerindən  kəsib  qazana  atmaq 
barədə  də  göstəriş  verirdi.  Günortadan  sonra  biz  işimizi  qurtardıq. 
Bəli,  bozpört
*
  bişdi,  dörd  araq  alındı  və  hamı  dəstərxanın
*
  başına 
yığışdı. Maqsud bəy hamıya araq süzüb stəkanı əlinə aldı. Onun əli 
əsirdi.  Mən  bayaqdan  hər  şeyə  göz  qoyurdum,  ona  görə  də 
maraqlandım: 
– Maqsud bəy, əliniz niyə əsir? 
– Bala, bə bu araqdandı  da, içməyəndə əsir, içən kimi keçir, – 
deyib arağı tez başına çəkdi. Mən stəkanı yerə qoydum. Hamı mənə 
tərəf döndü, yer –yerdən dilləndilər: 
–  Niyə  içmirsən,  iç!  Kişi  ol,  ə!  Yüz  qram  araq  sənə  heç  zad 
eləməz, qorxma iç! 
– Əgər araq Maqsud bəyin əlini əsdirirsə, mənim başımı əsdirər. 
Məni  bağışlayın,  bu  iş  mənlik  deyil,  uşaqlar,  mən  getdim,  –  deyib 
ayağa qalxdım. 
–  Adə,  dəli  olubsan?  Xalx
*
  bura  işə  girmək  üçün  bir  ətək  pul 
tökür,  iynənin  ulduzundan  keçir,  sən  isə  gedirsən?  Hansı  ağılla? 
Adam  da  belə  dolanışıqlı  yeri  qoyub  gedər,  hə?  –  deyə  üstümə 
düşdülər ki,  bəlkə  məni  saxlayalar.  Lakin  mən ordan çıxıb  düz in-
şaata  fəhləliyə  getdim.  İndi  o  vaxtdan  bu  sənətdəyəm,  –  deyə 
Qəzənfər usta soyumuş çaydan bir qurtum alıb söhbətinə ara verdi. 
Usta köməkçiləri Asimlə Nadir söhbətə maraqla qulaq asırdılar. 
Asim dedi: 
– Ay usta, sən xeyrindən qalan adam deyilsən, sən Allah düzünü 
de görək, kombinatdan niyə getdin? 
Qəzənfər usta başını qaşıdı, bir az düşünüb dedi: 
– Uşaqlar, əgər bilmək istəyirsinizsə, qoyun lap düzünü deyim: 
düzdü  orda  kalan  pul  var  idi,  amma...  Atam  rəhmətliyin  sözü 
olmasın,  mən  bir  az  suyuq  adamam,  yəni  nəfsək.  Bu  mənim  zəif 
cəhətimdi  –  hamıda  belə  zəif  cəhətlər  olur  –  mən  də  bunu  yaxşı 
bilirdim.  Əgər  mən  orda  qalsa  idim,  qurşanacaqdım  içkiyə,  ola-

 
115 
caqdım  onların  tayı.  Pul  qazanmağına  qazanacaqdım,  amma 
əvəzində sağlığımı itirəcəkdim. 
Asim söz atdı: 
–  Əşşi  pul  olsun,  əsas  məsələ  puldu,  pulun  ki,  oldu  kişisən, 
hörmətlisən. Səni bilmirəm, usta, amma mən o cür “yağlı” yeri qo-
yub getməzdim, heç vaxt da gəlib belə yerdə fəhləlik etməzdim. 
Usta duruxdu, bir qədər düşünüb nəsihətlə dedi: 
–  Ora  sənin  kimi  başıboş  adamlar  üçün  “tələ”di,  bala,  “tələ”. 
Əvvəlcə səni “şirə” çəkir, şirnikirsən, sonra da baxırsan ki, “qarmağa” 
keçibsən, çıxa bilmirsən. Heç bilirsən araq onların başına nə oyun aç-
dı? 
– Nə oyun? – deyə Asim soruşdu. 
– Həə, indi mən deyim sən də mülahizə elə, əgər dərrakən varsa. 
Bax  o,  Maqsud  bəy  ki,  var  idi  haa,  əlli  yaşında  onun  beyninə  qan 
sızdı,  öldü,  heç  oğlunun  toyunu  da  görə  bilmədi.  Orda  Mirzə  adlı 
birisi vardı, o içkili vəziyyətdə ailə-uşağı ilə bir yerdə maşını aşırdı 
– Allah uzaq eləsin – bütün ailə batdı, heç kim salamat çıxa bilmədi. 
Sonra  Fəxrəddin  adlı  birisi  də  vardı,  sərxoş  halda  o  arvadını 
bıçaqladı, on il basdılar getdi. Özü də nə üstə? Guya arvadı ona xə-
yanət edirmiş. Ay tövbə! Mən o qızı yaxşı tanıyırdım, çünki, bizim 
məktəbdə  oxuyurdu,  çox  tərbiyəli,  başıaşağı  qız  idi.  Onun  ərinə 
xəyanət etməsi mümkün deyildi. Məhkəmədə mən də oldum, orada 
dedilər  ki,  bu  sayıqlamadı,  qısqanclıq  sayıqlaması,  içki  içənlərdə 
olur  yəni.  Xülasə,  heç  kimə  ordan  qazandığını  ağız  şirinliyi  ilə 
yemək  qismət  olmadı.  Sən  də  deyirsən  ordan  çıxmazdım,  –  deyə 
Asimə  tərs-tərs  baxdı.  Usta  ocağın  kənarında  olan  çaydandan  bir 
stəkan  çay  süzüb  içdi.  Saatına  baxdı.  Elə  bu  vaxt  “Kamaz”ın 
nəriltisi eşidildi, nəhayət daş gəlib çıxdı. Qəzənfər usta: 
–  Dik  qalxın!  Hamı  iş  başına,  “söhbət  dananı  qurda  verər”.  Daş 
verin, palçıq gətirin, – deyə cəld közyolun
*
 üstünə qalxdı və çəmçəni
*
 
daşa vura-vura fəhlələri səslədi. 
 
Bakı, 2012 

 
116 
 
A
A
L
L
L
L
A
A
H
H
I
I
N
N
 
 
B
B
Ə
Ə
X
X
Ş
Ş
İ
İ
Ş
Ş
İ
İ
 
 
 
 
“Allah  adama  versə,  Mürsəl  təpəsində  də 
verər” 
Deyim 
 
Keçən əsrin əvvəllərində, Nikolay vaxtı
*
  Naxçıvan  kəndlərinin 
birində  otuz  altı-otuz  yeddi  yaşlarında  Cəmşid  adlı  bir  kişi  yaşa-
yırdı.  Onun  dörd  qızı,  üç  oğlu  və  öhdəsində  doxsan  yaşlı  qoca 
nənəsi  vardı.  O,  külfətini  çox  çətinliklə,  bir  qarın  ac,  bir  qarın  tox 
dolandıra  bilirdi.  O  qədər  korluq  çəkirdi  ki,  hərdən  az  qala  hə-
yatından bezirdi, bilmirdi ki, başına haranın daşını salsın. Bu çətin-
liyə bir çarə tapa bilmir, elə hey vurnuxur, düşünür, düşünürdü... 
Bir yandan da Bakı tərəfdən qəribə xəbərlər gəlib kəndə çatırdı 
ki,  guya  kiminsə  neft  quyusu  fontan  vurdu,  lütün  biri  bir  günün 
içində  oldu  milyonçu.  Nə  bilim  iş  çox,  dolanışıq  yaxşı...  Dünən 
Bakıdan gələn isə kənddəki çayxanada elə şeylər danışdı ki, Cəmşi-
di  lap  yerindən-yurdundan  elədi.  Cəmşid  evə  gəldi,  papağını 
qabağına  qoyub  çox  fikirləşdi,  “dağı  arana,  aranı  dağa  apardı”, 
axırda bu qərara gəldi ki, Bakıya getsin, bəlkə ailəsi üçün bir qazanc 
əldə  eləyə  bildi.  O,  uşaqlar  yatandan  sonra  arvadı  Zöhrəni  yanına 
çağırdı: 
–  Seyid  qızı,  belə  yaşamaq  lap  cəhənnəm  əzabıdı,  iş  yox,  güc 
yox, pul-para  yox. Bə, biz nə vaxta qədər it günündə  yaşayacağıq? 
Güllü, maşallah irilib, on iki yaşa ayaq qoyub, bu gün-sabah qapı-
mızı  döyəcəklər,  onu  köçürməyə  nəyimiz  var?  “Bir  həsirik,  bir 
Məmmədnəsir”! Mən uşaqcanlıyam, bilirsən, öz balalarım üçün heç 
zad  eləyə  bilmirəm,  bu  da  mənə  dərd  olur,  ona  görə  də  bağrım 
çatlayır.  Bayaq  çayxanada  Bakıdan  gələn  bir  nəfər  var  idi,  deyirdi 
ki, Bakıda yaxşı iş də var, pul-para da. İstirəm gedim bir-iki illiyinə 
orda  işləyim,  pul  qazanım,  qayıdım  gəlim,  nə  deyirsən?  –  deyə 

 
117 
yazıq  –  yazıq  Zöhrəyə  tərəf  baxdı.  Zöhrə  başını  aşağı  dikdi,  fikrə 
getdi. Sonra alçaq səslə: 
–  Mən  nə  deyim,  Allah  bilən  məsləhətdi.  Kişi  sənsən,  özün 
bilərsən... 
Cəmşid sübh tezdən durdu, çarığını
*
 geyib, patavasını
*
 bərkitdi, 
belinə üç əppək bağlayıb, “ya Allah” deyib yola düşdü, Naxçıvana, 
dəmiryol vağzalına gəldi. Pulu yox idi, ona görə də yük vaqonunda 
Tiflis yolu ilə birtəhər Bakıya gəlib çıxdı... 
Cəmşid  elə  bilirdi  ki,  Bakıda  pul  xəzəl  kimi  tökülüb  küçələrə, 
bir  süpürəni  çatmır.  Tezliklə  səhf  etdiyini  anladı,  amma  geri 
dönmək arına gəldi. Özünə yaxşı iş tapmaq üçün haralara getmədi? 
Amma heç yerdə ürəyi istəyən bir iş tapa bilmədi. Gah bu mədəndə 
işlədi,  gah  o  biri  mədəndə,  gah  qara  fəhlə  oldu,  gah  daşıqçı,  gah 
bağban,  gah  da  ki,  küçə  süpürən.  Nə  isə...  İki  il  ərzində  istirahət 
günü, bayram günü bilmədi, canı – dildən işlədi, amma əlinə beş – 
üç manat pul keçirə bilmədi ki, bilmədi. Üstəlik üstü – başı töküldü, 
arıqladı, xəstələndi, qocaldı... 
O  vaxt  erməni-müsəlman  davasının  lap  qızğın  vaxtı  idi, 
Cəmşidi də iki yüz adamla birgə ermənilər tutub damladılar, iyirmi 
gün orada ac-susuz saxladılar. Cəmşid uşaq vaxtı el  dağa  gedəndə 
orada  erməni  uşaqları  ilə  bir  yerdə  çox  quzu  otarmış  və  erməni 
dilini  babat  öyrənmişdi.  Ona  görə  də  ermənilərin  Cəmşid  qarışıq 
əsirləri diri-diri  yandırmaq istədiklərini danışıqlarından başa düşdü 
və bu xəbəri tez yoldaşlarına çatdırdı. Hamısı yığışıb məsləhətləşdi-
lər:  onlar  köynəklərini  çıxarıb  biri-birinə  bağladılar,  düyün  vurub 
bərkitdilər və hamısı gecə ikən binanın bacasından çıxıb qaçdılar. 
Cəmşidin Bakıya olan bütün ümidləri puç oldu, ruhdan düşmüş, 
qorxmuş halda dəmiryol vağzalına gəldi və yük vaqonunda gizlənib 
“asta qaçan namərddi” qayıtdı Naxçıvana. O Naxçıvana çatanda ax-
şamçağı  idi,  hələ  Günün  batmasına  üç-dörd  saat  qalırdı.  Cəmşid 
vağzalda  düşüb  kəndlərinə  tərəf  getməyə  başladı,  şəhərin  içi  ilə 
getmədi  ki,  birdən  onu  tanıyıb-bilən  olar.  Görkəmi  elə  idi  ki,  o  bu 
vəziyyətdə  kəndə  girməyə  utandı,  yaxınlıqda  olan  Mürsəl  təpəsinə 
tərəf döndü. Orada, təpəliklərin arasında alçaq bir yer tapıb oturdu.  

 
118 
 
 
 

 
119 
Çox  pəjmürdə  və  dərdli  idi...  Allah  heç  bir  kişini  ailə-uşaq 
yanında  başıaşağı  eləməsin.  Yazıq  Cəmşid  çox  sevdiyi,  bəlkə  uf 
demədən  canını  belə  vermək  istədiyi  balalarının  yanına  əliboş 
gedirdi,  bir  ayağı  getsə  də,  o  biri  getmirdi...  Birdən  onu  qəhər 
boğdu,  o  yekəlikdə  kişi  hönkür-hönkür  ağladı,  handan-hana
*
 
toxtayıb gözünün yaşını əli ilə sildi, “Allaha pənah” dedi. O, çubuq-
la  torpağı  cızıb,  elə  hey  fikir  eləyirdi...  Birdən  əlindəki  çubuq 
nəyəsə  ilişdi,  Cəmşid  bunu  daş  zənn  etdi.  O  bekarçılıqdan  daşın 
ətrafını qazdı, torpaq oyulub töküldü və... naxışlı bir küp göründü. 
Cəmşid  diqqətini  topladı.  Tez  küpün  ətrafını  əli  ilə  eşdi,  qazdı, 
qazdı, torpağı kənara atdı və küpü çıxartdı. Bir daş tapıb saxsı küpü 
qırdı,  içindəki  parıltılı  şeylər  yerə  töküldü.  Cəmşid  heyrətindən 
donub qaldı! Küpün içi qızıl sikkələr və zinət şeylər ilə dolu idi! O 
tez  heybəsini
*
  yaxına  çəkdi  və  küpdə  olan  qızılların  hamısını  ora 
yığdı. Ətrafa boylandı, yaxınlıqda heç kim yox idi. Təpənin dalında 
kənd uşaqları quzu otarırdılar. Bir az sakitləşdi. Günəşə tərəf baxdı, 
Günün  batmağına  hələ  vardı.  Bir  istədi  oradan  birbaşa  evlərinə 
getsin.  Uşaqlardan  ötrü  burnunun  ucu  göynəyirdi.  Tez  bu  arzunu 
içində boğdu, özünü toxtatdı və düşünməyə başladı... Nədən başla-
yacağını,  sonra  nə  edəcəyini  götür-qoy  edir,  daha  yaxşı  olanını 
seçir,  plan  cızırdı...  O,  Bakıda  pul  qazana  bilməsə  də  çox  görüb-
götürmüş, “başı daşdan-daşa dəymiş”, gözü açılmışdı, artıq əvvəlki 
Cəmşid deyildi. 
O,  Mürsəl  təpəsindən  Naxçıvana  endi.  Şəhərdə  soraqlaşıb  bir 
zərgər  dükanı  tapdı,  sikkələrdən  ikisini  verib  bir  dəstə  palazqulaq 
yüzlük  aldı.  Neçə  gün  idi  ki,  ac-susuz  idi,  dizləri  əsir,  başı 
gicəllənirdi.  Tez  bir  yeməkxana  tapdı,  iki  adamlıq  noxudlu  bozbaş 
yedi, üstündən də beş-altı stəkan çay içdi, özünə gəldi. Sonra bərbə-
rə getdi, saç-saqqalını qırxdırdı, üzünü təraş etdirdi. Axırda hamama 
girdi,  camadar  onu  yaxşıca  yuyundurdu,  quluncunu  qırdı.  Cəmşid 
hamamda  bitini-kirini  tökdü,  oradan  quş  kimi  çıxdı,  karvansaraya 
gəlib bir otaq tutdu. Daş kimi yatıb səhər obaş oyandı. Durub dərzi 
dükanı axtarıb tapdı, ən bahalı parça olan ingilis mahudundan gözəl 
bir libas sifariş verdi, libas axşama hazır olmalı idi. Orada durmayıb 

 
120 
şəhərdəki  dükanları  gəzdi,  özünə,  nənəsinə,  Zöhrəyə  və  uşaqlara  
paltar, ayaqqabı, papaq, xırda qıza oyuncaq və konfet aldı, karvan-
saradakı otağına gətirdi. Bir az dincəlib sərrac
*
 dükanlarına getdi və 
sabaha  kimi  ustalara  xanlara  layiq  zınqırovlu  fayton  düzəltməyi 
tapşırdı. 
Sabahısı  gün  nahar  vaxtı  Cəmşid  başdan  ayağa  təzə  geyinib-
keçinib faytona mindi və onu düz bazara tərəf sürdü. Bazarda şirin 
alver gedirdi: kənd camaatı qovun-qarpız, üzüm, mer-meyvə, toyuq-
cücə və digər şeylər satırdılar. 
Cəmşid bazara göz gəzdirdi, orada həmkəndlisi Yaqubu gördü. 
Cəmşid Yaqubu çağırdı.  Yaqub faytonlu bir ağanın onu səslədiyini 
gördü, “yağlı” müştəri zənn etdi və tez onun yanına gəldi. Cəmşid 
dedi: 
– Məni tanıyırsan? 
Yaqub duruxdu və bu geyimli-kecimli ağaya baxdı, alçaq səslə: 
– Yox, ağa, bağışla, tanıya bilmədim, – dedi. 
–  Bir  də  bax,  yaxşı  bax,  gör  mən  kimə  oxşayıram?  –  deyə 
Cəmşid gülə-gülə israr etdi. 
Yaqub bu dəfə zəndlə baxdı. 
– Səni bir adama oxşadıram, amma, yox, yox, bu ola bilməz, – 
deyə mızıldandı. 
Cəmşid şən halda Yaqubun kürəyinə vurdu: 
– Ayə, sən Yaqub deyilsən? 
– Bəli, qurban, Yaqubam. 
–  Bə  mən  də  Cəmşidəm  də  sənin  kəndçin,  tanımadın?  İki  il 
bundan əqdəm Bakıya getmişdim haa... 
Yaqub  sevinc  və  heyrətlə  Cəmşidi  qucaqladı,  istədi  onun 
əlindən öpsün, Cəmşid qoymadı. 
–  Sən  tez  get  kəndə  car  çək  ki,  Cəmşid  ağa  gəlir,  qoy,  hamı 
pişvazıma  çıxsın,  –  deyə  palazqulaq  yüzlüklərdən  birini  Yaqubun 
çuxasının cibinə soxdu. 
Yaqub  tez  bazara  girib  gətirdiyi  qovun-qarpızı  dəllallardan 
birinə  satıb  üz  qoydu  kəndə  sarı.  Kənddə  birinin  üstə  beşini  də 
qoyub Cəmşidin faytonunu, libasını o ki var təriflədi. 

 
121 
Kənddə  hamı  –  “məmə  yeyəndən  pəpə  yeyənə”  yolun 
qırağındakı iydəliyə yığışıb Cəmşid ağanı gözləməyə başladılar. Bir 
azdan  fayton  uzaqdan  göründü.  O,  toz  qopara-qopara  kəndə 
yaxınlaşırdı. Camaat hədsiz maraqla onu gözləyirdi. Cəmşidin uşaq-
ları  sevincdən  atılıb-düşür,  qürrələnirdilər.  Fayton  gəlib  dayandı. 
Kəndxuda, molla, ağsaqqallar, cuvar
*
 qabağa  yeriyib Cəmşid ağanı 
ehtiramla  qarşıladılar,  onunla  ikiəlli  görüşüb  əhval  tutdular.  Dəstə 
Cəmşidin  qapısınacan  gəldi.  Cəmşid  ağa  bir  ayağını  faytonun 
pilləsinə qoyub uca səslə dedi: 
–  Camaat!  Sabah  sizin  hamınız  mənim  qonağımsız,  imam 
ehsanı verəcəm. İndi isə məni bağışlayın yol yorğunuyam, bir az da 
naxoşlamışam.  Allah  qoysa,  sabah  ətraflı  söhbət  elərik,  –  deyə 
hamını  başından  elədi  ki,  heybədə  olanları  sakitcə  yerbəyer  edə 
bilsin.  Camaat  dağılışdı.  Cəmşid  evə  keçdi,  uşaqlarını  duz  kimi 
yaladı,  nənəsinə  və  uşaqlarına  gətirdiyi  hədiyyələri  paylayıb 
hamısını  sevindirdi.  Axırda  Zöhrəni  qırağa  çəkib  heybəni  ona 
verdi... 
Sabahısı gün qazanlar asıldı, plov bişdi və imam ehsanı verildi. 
Yeyib-içəndən  sonra  hamı  dua  edib  evlərinə  dağılsa  da,  kənd  ca-
vanlarında beş-altısı qalıb Cəmşidin başına yığışdılar və ona Bakıda 
harada işləmək, necə pul qazanmaq barədə elə hey suallar verməyə 
başladılar. Cəmşid isə cavabında ya gülümsəyir, ya susur, ya da: 
– Hər şeydən qabaq  adamın gərək qəlbi düz olsun, adamın ki, 
ürəyi düz oldu, ruzi özü qapıdan girəcək. Hərdən də: “Allah adama 
versə, lap Mürsəl təpəsində də verər”, – deyirdi. 
Kənd  cavanları  ondan  bir  şey  öyrənə  bilmədiklərindən  pərt 
oldular  və  incik  çıxıb  evlərinə  getdilər...  Bir-iki  gün  də  keçdi. 
Cəmşidin  bacıoğlusu  Fərəməz  axşam  onlara  gəldi.  Çay,  çörəkdən 
sonra Fərəməz söhbəti yenə o yerə gətirib çıxartdı: 
–  Dayı,  mən  uşaq  deyiləm,  artıq  iyirmi  yeddi  yaşım  var,  tay-
tuşlarım  çoxdan  ailə-uşaq  sahibidi.  Bə  mən  nə  vaxt  ev-eşik  yiyəsi 
olacam?  Mən  sənə  demirəm  ki,  mənə  pul-para  ver,  deyirəm  ki,  o 
pulu  qazanmağın  yolunu  göstər.  Bilirsən  ki,  dədəm  öləndən  bəri 
necə korluq çəkirik, dayı... 

 
122 
Cəmşid çay stəkanını qabağına çəkib mənalı halda dedi: 
– Bacıoğlu, dünyada üç şey Allahın əlindədi: ömür, qismət, bir də 
ruzi. İnsan nə qədər ömür sürəcək, harada, necə öləcək – bunu bilməz. 
İkinci, insanın qismətidi, yəni kiminlə ailə quracaq, neçə uşağı olacaq 
–  bunu  da  qabaqcadan  bilə  bilməz.  Üçüncüsü  isə  bacıoğlu,  ruzidi. 
Adam var çalışar, vuruşar heç zad qazanmaz, adam da var görərsən əli 
də  gətirdi,  ayağı  da.  Deyir:  “Allah  alanda  da  üzünü  görmə,  verəndə 
də.” 
Hərənin  bir  ruzisi  olur.  Bu  ruzini  də  mənə  Allah  özü  qismət 
eləyib.  Əgər  sənin  qismətində  varsa,  lap  Mürsəl  təpəsində  də  olsa, 
Allah sənə pul yetirər. 
Fərəməz key-key dayısının üzünə baxır, bir şey anlaya bilmirdi. 
Cəmşid çaydan bir qurtum içib söhbəti davam etdirdi: 
– Qulağın mən də olsun, bir söhbət də eləyim, bəlkə məni başa 
düşdün. Çeşmənin başında Süleyman var haa çoban Kərəmin oğlu. 
O  da  mənim  kimi  Bakıya  getmişdi,  nə  oldu?  Çox  rəşid,  özü  də 
qollu-biləkli  oğlan  idi,  kimə  bir  yumruq  vursaydı,  o  yerindən  dura 
bilməzdi. Nə oldu onun axırı? – deyə Fərəməzə tərəf baxdı. 
Fərəməz mat-mat: 
–  Mən  nə  bilim,  ay  dayı,  “həccdən  gələn  sən,  xəbər  verən 
mən”? – deyə çiynini çəkdi. 
Cəmşid dedi: 
– Həə, o yolunu azdı, axırı da pis oldu. 
– Pis, yəni nə sayaq? – deyə Fərəməz intizar içində soruşdu. 
Cəmşid dedi: 
–  Mən  mədəndə  qara  fəhlə  işləyəndə  həmin  Süleyman 
restoranda  keyf  eləyirdi.  Neçə  dəfə  mənə  də  demişdi  ki,  “gəl 
yanıma bir yerdə işləyək”. Mən getmədim. Niyə? Çünki ora əngəlli 
yer idi, ona görə də xoşuma gəlmirdi. Bax, orda içirdilər, çəkirdilər, 
qumar-zad  oynayırdılar,  nə  bilim  daha  nə  hoqqalardan  çıxırdılar... 
Süleyman  da  qoşulmuşdu  onlara,  içirdi  də,  çəkirdi  də,  qumar 
oynayırdı  da...  Axırda  nə  elədi,  nə  eləmədisə  basdılar  getdi  qaza-
mata. İnsan gərək yolunu azmaya, düz yol gedə. Bildin? Toyuq to-
yuqdu,  bir  qurtum  su  içir,  bir  Allaha  baxır,  insan  isə  çox  naşükür 

 
123 
olur,  Allahın  verdiyi  bu  boyda  nemətə  görə  bir  dəfə  şükür  də 
eləmir.  Bax,  bilirsən  ki,  mən  Allah  adamıyam,  hələ  indiyəcən  bir 
adamın xətrinə dəyməmişəm, birinin toyuğuna kış deməmişəm. Fi-
kirləşirəm ki, bəlkə elə ona görə Allah mənə durduğum  yerdə belə 
bir bəxşiş yetirdi, yoxsa mən oturduğum yerdən bir az o yana otursa 
idim o qızıllar da mənə qismət olmayacaqdı... 
– Nə qızıllar? – deyə Fərəməz qulaqlarını şəklədi. 
–  Sən  ağzıbütöv  adamsan,  ona  görə  də  sənə  deyirəm,  –  deyə 
Cəmşid  əhvalatı  Fərəməzə  danışdı.  –  Sən  özüvü  öldürməklə  deyil, 
gərək Allah özü sənə yetirə. Bax, mən ələndim, dolandım, Bakıdan 
belə  gəldim,  ancaq  mənim  uşağımın  ruzisini  Allah  burda  –  Mürsəl 
təpəsində  verdi. Çünki  niyə? Ona  görə ki,  məni  o Kişi bərkə, boşa 
saldı,  sınadı,  gördü  ki,  mən  dürüst  adamam,  axırda  özü  mənə  bir 
qapı  açdı,  bildin,  bacıoğlu?!  Ona  görə  də  deyirəm:  “Allah  adama 
versə,  elə  Mürsəl  təpəsində  də  verər”.  Təki  sən  qəlbini  düz 
saxlayasan. 
 
Bakı, 2012 
Yüklə 16,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin