Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
  1   2   3   4   5   6   7   8   9   ...   15

 
 
 
 
 
  
TARİXİ METAROMAN 
CANLANMA 
Taleh Şahsuvarlı 
 
Müəllifin icazəsi olmadan mətbəədə çap  
etmək və ya internetdə yayınlamaq qəti qadağandır.  
MÜƏLLIF HÜQUQLARINI QORUYUR!  
 
 
 
 
 
 
 
 
1

 
 
 
   
                                                
 
 
 
Taleh  Novruz  oğlu  Şahsuvarlı  10  mart  1977‐ci  ildə  Bərdə 
rayonunun  Qazıqırdualı  kəndində  anadan  olub.  Bakı  Dövlət 
Universitetin  tarix  fakültəsinin  və  Yasamal  rayonundakı  20 
saylı  orta  məktəbin  nəzdində  təşkil  olunmuş  Respublika  Tarix 
Litseyini ekstern yolla bitirib. Bakı Dövlət Universitetinin sosial 
elmlər  və  psixologiya  fakültəsində  ali  təhsil  alıb.  1995‐ci  ildən 
jurnalistika  sahəsində  çalışır.  Azərbaycanda  ilk  müstəqil  tələbə 
qəzetinin  naşiri,  mətbuat  tarixində  ən  gənc  qəzet  baş  redaktoru 
olub.  “Seçki  mübarizəsi”  adlı  elmi  monoqrafiyanın  müəllifidir. 
Azərbaycanın  tanınmış  siyasi  analitiki  və  liberal  düşüncənin 
əsas  müdafiəçilərindən  biridir.  2002‐ci  ildən  “Pragma”  İctimai 
Siyasət  Mərkəzinin  direktorudur.  “Canlanma”  müəllifin  ilk 
bədii əsəri və Azərbaycanda ilk tarixi metaromandır.  
 
 
 
 
2

 
 
“T”OVLAMA 
 
Küy  kəndində  o  ara  hər  kəs  özünü  vacıb  adam  sayırdı, 
Barses.  Gör  nə  aləm  idisə,  ayrı  çağ    darvazası  döyülməyən, 
duralğada  sözü  kəsilən,  məclisdə  sifarişi  yaddan  çıxarılan  Cıbı 
bələdiyyə  sədrinin,  sahə  müvəkkilinin,  hakim  və  müxalif  yönlü 
siyasi 
fəalların 
görüm‐baxımından 
sevincəyə 
düşmüşdü. 
Danışanda sözünü kəsmir, hələ desən, cibinə xərclik basırdılar; el 
şənliklərində  qabaqca  Cıbının  havasının  çalınması  üçün  ya 
sifarişlər  geriyə  saxlanır,  ya  da  onun  özünü  irəli  çağırıb  oynadır, 
əlinə  şabaş  verirdilər.  Dədəsi  Cıbı  olduğuna  görə  ələ  salınan, 
cırnadılan əlaçı gədəsinin ayağına bahalı çəkmə alıb geyindirmiş, 
əlinə  bir  qom  gül  vermişdilər,  yanına  gözəl‐göyçək  qız  qoşmuş, 
şenliyin 
girəcəyində, 
üzərinə 
“Küy 
kəndinin 
dünyada 
özünəməxsus  yeri  vardır”  yazılmış  dəmir  lövhəni  saxlayan 
dirəyin qənşərində durğuzmuşdular.   
Hər  iki  əlaçı  şagird  lövhəyə  yazılanları  azı  yüz  dəfə 
gözdən keçirmişdi. İndi oğlan qıza gözlədikləri qonağın ölkəsi,  o 
ölkənin baş kəndi barədə danışır, böyüyəndə Belarusa gedəcəyini, 
Minsk  şəhərini  doyunca  gəzəcəyini  söyləyirdi.  Yaxşı  oxuyan  və 
kənddən  qırağa  çıxmamış  o  oğlan  uşağı  öz  xəyallarından 
danışdıqca  rövnəqlənirdi.  Onun  düşdüyü  xam 
xəyallar 
gəzməkdən,  görməkdən  savayı,  həm  də  gözdən‐könüldən  uzaq 
bir  kənddə  fərqlənmək  cəhdi  idi  və  həmin  arzunu  əlində  gül 
saxlayan  qıza  danışmaq  aradakı  açılıb‐ağardılmamış  sevgidən 
irəli gəlirdi.  
Əlaçı  oğlan  özündən  iki  sinif  aşağıda  oxuyan  qızdan 
xoşlanırdı,  onu  sevdiyinə  inanırdı.  Qəlbindəkilərə  inansa  da, 
özünə güvənmirdi, hələ “Cıbının oğlu” kimi qəbul edildiyi, adını 
çox  adamın  bilmədiyi  kənddə  sevdiyi  qıza  ürəyini  açmaqdan, 
 
3

dilə‐dişə  düşməkdən  çəkinirdi.  Cıbının  oğlu  hələ  uşağıydı,  ağlı 
çox  şeyi  kəssə  də,  hələ  kor  idi.  Qızı  qısqandırdığını,  yaranan 
qısqanclığın  öz  əleyhinə  işlədiyini  görmürdü.  O  danışdıqca  qız 
bədbinləşir,  sevə  biləcəyi  oğlanın  ölkədən  çıxmağından,  gedib 
urusa‐murusa,  xaxola‐maxola  ilişməyindən  əndişələnirdi.  Əldə 
saxlaya  bilməmək,  unudulmaq  qorxusu  kənddə  adına  söz 
çıxmağın  fəsadlarından  çəkincəkliyə  qarışıb  ərgənləşmə  çağında 
qızın  duyğularına  zərbə  vururdu.  Gülün  yarpaqlarını  oynadan 
qızın üzü qızarıb‐bozarırdı, rəng verib, rəng alırdı, başını qaldırıb 
ona baxan olsaydı, ürəyini üzündə görərdi, açıqdan‐açığa hər şeyi 
başa  düşər  və  sevməsə  də,  sevmək  ərəfəsində  olduğu  adamı 
həmişə gözünün qabağında görmək arzusundan doğan “səni heç 
hara qoymayacam” nidasını eşidərdi. Di gəl, Cıbının oğlu gözünü 
yerə  zilləyərək  danışırdı.  Onlar  «Ququ»  Əhlimanın  “011”‐nin 
kənddə  məmə  yeyəndən,  pəpə  deyənə  qədər  hamının  qulağında 
qalmış  siqnalını  eşidərək  göz‐gözə  gələndə  gec  idi,  qızın  rəngi 
üzünə gəlmişdi, başa düşüləsi bir şey qalmamışdı. 
Yüngülvarı  fınxırdıb  “Ququ”  Əhliman  arabasını  saxladı. 
Balam,  ondan  çıxmaz  iş,  yanında  heç  kim  yoxuydu.  “Heç  kim 
yoxuydu”  deyəndə  maşından  Elmidar  da  düşdü,  zira  bir  yerə 
onunla gəlmiş “Ququ” Əhliman qoşa sayılmazdı.  
Elmidar  “özəl”lərdən  hansındansa  hüquqşünas  diplomu 
almış,  rayon  gənclər  və  idman  idarəsində  işə  düzəlmişdi.  Hər  il 
fevral ayında keçirilən Respublika Gənclər Forumuna bu sənə onu 
da göndərmişdilər. Forumda ölkə başçısının çıxışını əli gicgahında 
aramla  dinləyərkən  başı  iri  planda  efirə  verilmişdi.  Elmidar  iri 
planda  efirə  gedən  başını  başlara  qoşmaq  xəyalına  düşmüş, 
yerişini dəyişmiş, pencəksiz gəzməyi özünə ayıb bilmiş, rəhbərin 
rəsmini  yaxasına  sancmış,  “Zəngimcell”inə  Ulu  Öndərin  səsini 
yazdırmışdı.  Di  gəl,  bunlar    azıydı,  çox  azıydı  və  Elmidarın 
“Ququ” Əhlimana yoldaş olmasına hələ xeyli varıydı.                 
“Ququ”  Əhliman  alverçi  Çimnazın  əriydi.  Babalı 
deyənlərin  boynuna,  danışırdılar  ki,  qızlığında  Çimnaz  kənd 
 
4

dükanında işləyirmiş; bir gün mağazanın müdiri döşünə əl salıb, 
o da zavmağın əlini dişləyərək qaçıb. Alışverişdə əli olan Çimnaz 
daha  dükanda  işləməmişdi,  büllur  qab‐qacaq  alverinə  başlamış, 
Cəlilabad bazarından mal daşımaqla rayonun ən yaxşı alverçisinə 
çevrilmişdi.  “Ququ”  Əhliman  onu  uşaqlıqdan  sevirmiş, 
əsgərliyini  çəkib  gələndən  sonra  qıza  elçi  göndərmiş,  dədəsinin 
razılığını alaraq adla deyilən düyün  eləmişdi. “Ququ” Əhlimanla 
Çimnazın  düyünü  ona  görə  adla  deyilirdi  ki,  kənddə  ilk 
videoçəkiliş  məhz  onların  məclisində  aparılmışdı.  O  gündən 
gəncəli  videoçəkənlə  əsgər  yoldaşı  olan  Əhlimanın  adı  dillərə 
düşmüşdü.  Kənd  bir  qırağa,  rayonun  sayılıb‐seçilən  adamları, 
vəzifə,  mənsəb  sahibləri  xeyir  iş  edəndə  əsgər  yoldaşını  video 
çəkməyə  çağırması  üçün  ona  ağız  açmışdılar.  Sözlərini  yerə 
salmamışdı.  Həm  pul‐para  qazanmış,  həm  məclislərdə  havayı 
yeyib‐içmiş,  həm  də  “iş  aşıran”  adam  imici  qazanmışdı.  
Sonradan‐sonraya  hər  gədə‐güdə  əlinə  bir  kamera  alıb  məclis 
çəkəndə “Ququ” Əhlimanlıq iş qalmamışdı, iş qalmasa da, salam‐
kəlam  qalmışdı.  Onun  sanlı  sanılmasının  əsasında  və  arxasında  
sözünə  qonu  elədiyi  adamlar  dayanırdı.  “Ququ”  Əhliman 
Cıbıdan‐mıbıdan danışmazdı. Ağzına aldığı ən balaca adamın adı 
Əmək  və  əhalinin  sosial  müdafiəsi  nazirliyinin  yerli  şöbəsində 
divara müdir kimi asılardı. Ondan aşağı adamlar dilinə gəlməzdi. 
İcra  başçısının,  polis  rəisinin,  prokurorun,  hərbi  komissarın 
yerində  olub‐olmadığını,  kimi  danladığını,  kimi  qınadığnı 
rayonda  hamıdan  yaxşı  məhz  o  bilərdi.  Nərdini‐dominosunu 
kəndin  bələdiyyə  sədri,  icra  nümayəndəsi,  sahə  müvəkili  ilə 
oynayardı,  onlarsız  Mosunun  yeməkxanasına  ayaq  basıb  bir  şiş 
lüləkabab  yeməz,  yüz  qram  araq  içməzdi,  əsla.  “Ququ”  Əhliman 
anadangəlmə  vergiliydi  və  o  vergisinin  sayəsində  rayonun  “iri 
buynuzluları”nın  süfrəsində  yeri  vardı.  Valideyn  və  övlad 
haqqında  ondan  yaxşı,  ondan  yanıqlı,  ondan  şirin  sağlıq  demək 
hər  oğulun  işi  deyildi.  Elə  hər  oğulun  işi  olmadığına  görə  də, 
məclis  olmuşdu  ki,  dediyi  sağlıqdan  sonra  rayonun  ən  vəzifəli 
 
5

adamlarından biri‐ bu barədə danışanda “Ququ” Əhliman həmişə 
“adını çəkməyəcəm” deyərdi‐ masanın başındaca zar‐zar ağlamış, 
sükan arxasına keçib maşınını düz “İmamzada”ya sürmüş, dizin‐
dizin  sürünərək  dədəsinin  başdaşını  qucaqlamış,  “Quran” 
oxumağa  gələn  mollaya  cibindən  dollar  çıxardıb  vermişdi. 
Vəzifəli  adamları  nədənsə  həmişə  bir  kirvəngə  ağır  çəkən  elin 
gözündə  yaxşı  adamıydı  “Ququ”  Əhliman.  Danası  oğurlanan, 
cibindən  bir  çəkimlik  nəşə  çıxan,  oğlunu  əsgərlikdə  yaxşı  yerə 
saldırmağa çalışan, müəllimə qızına iş soraqlayan kənd sakinləri, 
lazım gələndə, ‐ lazımın da ayağı kənddən kəsilmirdi ‐ onu deyib 
gələrdilər.  İnsafən,  məzənnəni  qaldırmazdı  “Ququ”.  O  işin 
qabağında  ona  bir  çolpa,  yaxud  hinduşka  qonaqlığı  verərdilər, 
verməzdilər  öz  işləriydi;  əgər  verərdilərsə,  o  qonaqlıqda  kəndin 
icra  nümayəndəsi,  bələdiyyə  sədri,  sahə  müvəkkili  yuxarı  başda 
əyləşərdi.  Respublika  Gənclər  Forumunda  rəhbəri    dinləyən,  özü 
də əli gicgahında dinləyən yerdə efirə gedəndən sonra layiq idi ki, 
o  “dairə”yə  Elmidar  da  düşəydi;  o  “dairə”yə  düşə  bilmək, 
Sədrəddinin  dükanının  qabağındakı  duralğada  “Əhlimangil 
filankəsin qapısında yeyib‐içirlər” deyiləndə “gil”in içində saman 
çöpü  olmaq  naminə  Elmidar  “Ququ”nun  “011”‐ni  hər  gün 
yumağa  razıydı.  Lakin  Elmidara  hələ  “balağıdar”  deyirdi 
Əhliman,  “Ququgil”ə  çevrilmək  üçün  genəlməli,  gen‐bol 
olmalıydı.  O  günlər  uzaqda  deyildi,  yaxındaydı,  lap  yaxındaydı; 
ömründə ilk dəfə olsa belə, “Ququ” Əhlimanın qırmızı “011”‐ nə 
minmişdisə,  deməli,  gün  gələcək  onunla  eyni  masa  arxasında  da 
əyləşəcəkdi.  Elmidara  ümid  verən  varıydı.  İcra  başçısının  sol  əli‐ 
icra  başçısı  solaxay  idi‐  “qlavar”ları‐  kənd  icra  nümayəndəsini, 
bələdiyyə  sədrini,  sahə  müvəkkilini,  seçki  komissiyası  sədrini,  o 
cümlədən  Elmidarı  öz  yanına  çağırıb  “öz  adamımızdır”  dediyi 
Milli  Məclis  üzvlüyünə  namizəd  Baxış  Əliyevə  seçkilərdə  kömək 
olmağı,  “Azadlıq”  blokunun  adayı  Azin  Kürəçinin  burnunu 
ovmağı  qarşılarına  vəzifə  qoyanda,    lazım  gələrsə,  o  kürəçidi, 
kirəçidi‐nədi,  onun  üzünə  dirənməyi  şəxsən  Elmidara  həvalə 
 
6

edəndə  qonaqlıq  boyun  olmuşdu.  Əgər  işin  öhdəsindən  uğurla 
gəlsələr,  icra  başçısının  sol  əlinin  Əlişin  çaylağında  verəcəyi 
qonaqlıqda  “Ququ”  Əhliman“gil”  olacaqdı  Elmidar.  Mərdimazar 
olmasa, bağ çəpəri neynər, Elmidarın kürkündə gəzməyə çıxan bir 
birə  vardı.  Birə  Elmidarı  qaşındıra  bildikcə  qaşındırırdı. 
Qaşındırırdı  ona  görə  ki,  Belarusdan  Küy  kəndinə  müşahidəçilər 
gəlirdilər,  yoldaydılar.  Ürəyinə  dammışdı  ki,  gələn  qonaqlara 
açılacaq masada yer kəm olacaq ona.  
”Ququ”  Əhliman  maşından  düşmədi.  Elmidar  Körpülü‐ 
ölkədə inşa edilən körpülərin şərəfinə, o, özünü belə adlandırırdı‐ 
arabadan  yerə  endi,  maşından  düşməyən  Əhliman  onun 
sürücüsünə  oxşadı.  Yerə  enən  Elmidar  Körpülü  biləyinə  baxıb 
başını  buladı.  Çox  keçməmiş  Küy  kəndinin  müəllimləri  gəldi. 
Elmidar  Körpülü  bir  də  biləyinə  baxıb  gələcək  vəd  edən  vəzifəli 
gənclərə  xas  ədayla  onları  danladı.  Dalınca  Həzi  sınıq‐salxaq 
“04”‐nü  yolun  qırağında  saxladı.  Onun  maşınından  kənd 
poliklinakasında  həkim  işləyən  iki  gəlin,  onlardan  birinin  eyni 
yerdə  xadiməlik  edən  qayınanası  və  Belarusdan  gələcək 
qonaqların  xəbəri  çıxandan  “el  ağsaqqalı”  cərgəsində  əzizlənən 
“Qozqur” Kərim düşdü. 
“Kənd  yolundan,  igid  namından  bəllidir”‐  deyiblər, 
adından  məlum  olduğu  kimi,  “Qozqur”  Kərim  qozqurmağı,  gopa 
basmağı sevərdi. Gopsuz yaşaya bilmirdi, dilinə çay‐cörək dəyməsə 
dözərdi,  yalan  gəlməsə  dəli  olardı.  Qapıda  işləyəndə  yerdən  ilan 
çıxardı,  Kərim  kişi  qorxub‐eləməzdi,  diri‐diri    boğazlayar,  ilanın 
başını  əzərdi.  Gecə  çişi  və  o  biri  işi  gələndə  çölə  çıxsa,  pəyənin 
qabağında  ağzından  od  püskürən  əjdahalar  görərdi.  Özünü 
yanğınsöndürən  zənn  edər,  alovun  üzərinə  bir  vedrə  su  əmdərər, 
vedrəni  başına  keçirib  yabayla  əjdahanı  öldürərdi.  Məhlənin 
ayağında  zibillik  vardı,  öldürdüyü  ilanların,  əjdahaların  hamısını 
ora qolazlayardı, yabalığını gəlib arvadına danışardı. Arvadı səhər 
yuxudan duranda gedib zibilləyə baxar, gözünə bir şey dəyməzdi. 
Öldürdüyü  ilanların  yoxa  çıxmasında  Kərim  kişinin  gümanı  bircə 
 
7

yerə gedirdi. Günaşırı gözünə görünüb ona eşq elan edən yekədöş 
haldan  quşqulanırdı.  Onun  cəsurluğuna,  qorxmazlığına  dəyər 
verən  yek  varlıq  o  hal  idi.  O  halda  cəsurluğunu  başqalarının 
görməsinə  könlü  razı  olmayan  da  elə  o  hal  idi.  Yaxşı  ki,  son 
günlərdə  hal  dəyişmişdi.  Gec  də  olsa  xəyalları  gerçəkləşmişdi 
Kərim kişinin. Şenlikdə “əsas oğlan” hesab edilməkdəydi.   
“Əsas oğlan” bir sürə Belarusda yaşamış, Belarusun indiki 
lideri  Lukoşenkonun  sədr  olduğu  kolxozda  işləmişdi.  Onun 
Lukoşenko  ilə  bağlı  nə  qədər  anıları  vardı.  Kir‐pasaq  əlinə 
baxmayıb  Lukoşenkonun  ona  salam  verməsi,  iclasda  adını  çəkib 
öyməsi,  anasına  söyməsi,  döşünə  medal  asması,  şuma  basması 
qəbilindən  olan  anıların  hərəsini  danışmağa  uzun  bir  qış  gecəsi 
gərəkiydi.  Kərim  kişi  o  anılara  yalan  calamazdı.  Bunu  bilirdilər. 
Bunu  bilən  kənd  başbilənləri  ayrı  çağ  cavanların  məzələndiyi 
“Qozqur”  Kərimi  qəfildən  el  ağsaqqalı  elan  edərək,  qonaq‐qara 
qabağına  çıxardırdılar.  Öldüyü  yerdə  onu  ölməyə  kəndin  icra 
nümayəndəsi qoymamışdı. Gələn müşahidəçilərin başçısını Kərim 
kişi  ilə  eyni  maşında  əyləşdirəcəkdilər.  O  da  Lukoşenkodan  gen‐
bol  danışacaqdı.  Qonaqlara  seçki  komissiyası  sədrinin  qapısında 
süfrə  açılacaqdı.  Çox  adamın  olması  münasib  sayılmamışdı. 
Müşahidəçilərdən biri canısulu qadın, biri cavan oğlan olmalıydı. 
Canısulu  xalanı  «Ququ»  Əhliman  almışdı  boynuna,  oğlana 
Elmidar  qulaq  asacaqdı.  Elmidar  qonağa  gərəyincə  qulluq 
eləməyə Sevayla Cevanı behləmişdi.  
Sevanın  əsl  adı  Sevgiladə,  Cevanınkı  Cəvahir  idi.  Onları 
əzizləyərək  elə  çağırırdılar.  Ceva  böyük  idi  Sevadan,  ona 
prodüsserlik  edirdi.  Lap  körpəliyindən  Sevanın  elmdən  zəhləsi 
gedərdi,  o,  anadangəlmə  çal‐çağır  əhliydi.  Belə  oxumaqla  arası 
yoxdu,  elə  oxumaqla  arası  vardı.  “Səma”  kanalında  düzənlənən 
“Ulduzların 
cəngi” 
yarışmasına 
sənəd 
vermiş, 
seçim 
mərhələsində  ələnərək  kəndə  dönmüşdü.  Üzüqoylu  kəndə 
qayıdandan bəri Mosunun yeməkxanasında oxuyur, elin gözündə 
bir  kirvəngə  ağır  gələn  adamların  xudmani  məclislərini  yola 
 
8

verirdi.  Seva  yarışmada  ələnib  Bakıdan  rayona  qayıdanda  dəmir 
yolu  vağzalında  Respublika  Gənclər  Forumundan  dönən 
Elmidarla  qarşılaşmışdı.  Bir  kupeyə  düşmüşdülər.  Biləcərini 
keçəndə  Seva  məhrəmləşmiş,  ayağını  ayağının  üzərinə  aşırmış, 
himiylə,  cimiylə  “gəl‐gəl”  demişdi.  Forumda  gənclərin  üzərinə 
qoyulan  vəzifələri  yada  salaraq  Elmidar  ona  xor  baxmamışdı. 
Vaqondan  başlanan  məhrəmlik  günbəgün  sevgiyə  çevrilmişdi, 
kəndin 
qırağındakı 
çəkillikdə 
öpüşməyəcən 
uzanmışdı. 
Öpüşməkdən  o  yana  keçə  bilməmişdilər,  “qız  uşağıyam”  deyib 
Seva  bədənində  irəliləməyə  qoymamışdı  Emişi,  vaqondakı  him‐
ciminə  məhəl  qoymayan  həmkəndlisinə  özünü  bakirə  qələmə 
verməyi  bacarmışdı.  Gənc  müğənninin  danışığında  dörd  əsas 
sözdən biri “şou‐biznes”, “səhnə” və “paxıllıq”la yanaşı “namus” 
olmuşdu.  Seva  evdə  duz  çuvalına  dönmüş  bacısını  Belarusdan 
gələcək müşahidəçi oğlana sırımaq xəyalına düşdüyündən razılıq 
vermişdi bu işə, yoxsa Elmidarın sözünə məhəl qoymazdı. 
 Kəndin girəcəyinə xeyli adam yığılmışdı. Qonaqlar indicə 
gəlməliydilər. Hamı səbirsizliklə yola baxırdı. Uzaqdan bir maşın 
göründü.  Maşına  baxıb  nırç  elədilər:  “yox  əşi,  bu  olmaz!” 
Arabanın belində, yalan olmasın, bir “Kamaz”ın yükü vardı. Yük 
daşımaqdan  hay‐hayı  gedib,  vay‐vayı  qalmış  “Moskviç” 
adamların  yanında  dayandı.  İçindən  sürücüylə  yanaşı,  kəkilini 
pırpızlamış  bir  gədə  də  düşdü.  Dar  cins  şalvar  geyinmişdi, 
üzərinə  “free  and  fair”  yazılmış  köynəyini  şalvarına  salmamışdı. 
Müsafiri  maşına  mindirənlər  onun  Küy  kəndində  “ekzad  pol” 
işinə  baxacağını  demişdilər.  Başqa  bir  şey  deməmişdilər. 
Darşalvar gədə “hay” deyib yığışanların üzünə baxdı. Ona cavab 
verdilər:  Hay,  hay...  Pıçhapıç  düşdü.  Kənddə  özünə  yaxşı  ev 
hördürən,  evinə  bahalı  “pol”  döşədənlər  varıydı.  Görən,  kimiydi 
“ekzad  pol”  sifariş  edən?  Nəmənə  zadıydı  “ekZAD  pol”?  Hamı 
çönüb  dülgər  Səmiyə  baxdı.  Dülgər  Səmi    “ekzad”    o  zaddır  ki, 
gərək onu pazlayasan”‐ deyərək həmkarının ağzını aradı: 
‐ Heylə döyül, qağa?  
 
9

Qağa  dil  bilmirdi.  Ha  elədi,  bir  şey  andıra,  qandıra 
bilmədi. Axırda rusca bildiyi yeganə sözü dedi: “YAŞİK...”    
‐  Ə,  özüm  ölüm,  o  heç  bilmir  ekzad  pol  nədir!..  Onu 
qağandan  yaxşı  döşəyəmməz  ingilis‐mingilis  ‐  dülgər  Səmi 
döşünə  döydü‐  o,  dülgər  döyül,  mənim  yanımda  yeşik 
düzəldəndir...  
Elə  o  hində    maşından  “fokus”  Yaşar  düşdü.  Maşından 
düşər‐düşməz  müsafirə  sarı  yüyürən  Yaşarı  belə  görən  olmamışdı 
bineyi‐qədimdən.  Seçki  komissiyası  sədrinin  üzündəki  ifadədən  bu 
polun,  o  poldan  olmadığını  oxudu  hamı.  Yaşar  dülgər  Səmiyə  him 
elədi.  Dülgər  Səmi  darşalvar  gədənin  gəldiyi  “Moskviç”dən 
diyircəkli  çemodanı  sürüyüb  yerə  saldı.  Çemodanı  ehmalca  aparıb 
Yaşarın  maşınında  yerbəyer  elədi.  “Baxarıq  bu  çemodan  Küy 
kəndində  necə  diyirlənəcək”‐  geri  döndü.  Yaşar  darşalvar  gədənin 
amerikan  olduğunu,  Belarusdan  qonaqların  gəlməyəcəyini  və 
Avropa Şurasının Küy kəndinə səsvermə günü xüsusi müşahidəçilər 
göndərəcəyini dedi, qonağı yanına salıb evlərinə apardı.  
 
*** 
Məxmər  müəllimə  havalı  gəldi.  Əyninə  geydiyi  narıncı 
köynəyin  yuxarıdan  iki  düyməsinı  bağlamamışdı,  narıncı  yubkası 
darıydı, o qədər darıydı ki, ona baxanda gen dünyada adam sıxılırdı 
əməlli‐başlı.  Seçki  komissiyası  sədrinin  o  irəli  mərmərlənmiş 
hovuzunun qırağında ayağını ayağının qabağına qoyub dayanmışdı. 
Yaşarın  qızları  pəncərədən  Məxməri  güldürən  darşalvar  gədəyə 
baxıb  “bir‐birinə  yaraşırlar”  deyirdilər.  “Fokus”  Yaşar  gözünü 
ağardıb onları pəncərədən yığışdırdı, qonaqların yanına gəldi.   
İcra  nümayəndəsi,  bələdiyyə  sədri,  mülki  geyimdəki  sahə 
müvəkkili  və  Elmidar  süfrənin  başında  dayanmışdılar.  Əhliman 
ingilis  dili  müəlliməsi,  Amerikadan  gələn  müsafirə  dilmanclıq 
edəcək Məxmər müəlliməyə him elədi: 

 
Sən canın uzun eləmə, deginən yanını yerə qoysun!  
 
10

Darşalvar  gədə  ac  olmadığını  söyləyib  Məxmər  müəllimə 
ilə  birgə  Küy  kəndini  gəzməyə  yollandı.  “Ququ”  Əhliman  ona 
həmən  bir  ayama  yapışdırdı:  “səy”...  Onlar  hırıldaya‐hırıldaya 
darvazadan çıxanda “Ququ“ Əhlimanın sözüylə hamı bir ağızdan 
razılaşdı:  “səyin  biri  səy...”    İcra  nümayəndəsi  seçki 
komissiyasının sədrindən soruşdu: 
‐ Yaşik, sən bilərsən, onun əynindəki kişi şalvarıdır?  
  Sahə müvəkkili səhərdən acıydı, doğrusu, onun qarnının 
ac  olmayan  gününü  görən  heç  olmamışdı.  Özü  dərhal  süfrəyə 
əyləşdi,    Elmidarı  səy  gədənin  dalınca  göndərdi:  “birdən  qıza  əl 
uzadar,  izlə,  gör  neynirlər,  hara  gedirlər...”  Elmidarın  qanı 
qaraldı.  Pisikdi.  Səy  gədəni  güdməyə  yollandı.  Bir  papiros 
alışdırıb səy gədənin hara cəhənnəm olduğunu öyrənmək fikriylə 
Sədrəddinin  dükanına  sarı  addımladı.  Dükanın  qabağında 
Cıbıdan  savayı  kimsə  yoxuydu,  o  da  dəmiydi.  Ayamasına 
qarışdıraraq hind filmindən əzbərlədiyi mahnını zümzümə edirdi: 
“Cıbı,  Cıbı,  cıbbbii...  zubi,  zubi,  zubbii...”  Elmidarı  görəndə 
“cıbbi” deməyi ar bildi özünə. Mahnının sözlərini dəyişdi: “zubi, 
zubi,  zubbii...  bobi,  bobi,  bobbi...”  Guya  elə  əvvəldən  belə 
oxuyurmuş...  
Mahnını  kəsib  yaxınlaşan  Elmidara  bircə  sual  verdi. 
Cıbının  o  bircə  sualı  Elmidarın  ölülərini  qəbirdən  çıxardıb  seçici 
siyahısına saldı:  
‐ Balam, sən nəyunuz «Ququ» Əhlimangilnən vurmursan?   
 
*** 
O  gecə  şahidi  olduğu  olayı  Elmidar  dərhal  sahə 
müvəkkilinə  xəbər  verdi.  Gördüklərini  birər‐birər  danışan 
Elmidara sahə müvəkkili “gecdir, cum evinizə” dedi və ona başa 
saldı  ki,  ağzından  söz  qaçırmasın.  Elmidar  evlərinə  yollandı.  O, 
doqqazlarından yorğun‐arğın içəri girəndə, bayaq dayandığı yerə, 
lap  dəqiqi,  Məxmərin  dədə  evinin  çəpərini  əvəz  edən  kolluğun 
arasını  yararaq  sahmana  saldığı  gizli  müşahidə  səngərinə  sahə 
 
11

müvəkkili gəlib soxdu özünü. Əvvəlcə Mübariz kişinin məhləsini 
dinşədi.  Müşahidə  səngərinin  yaxınlığındakı  daxaldan  şəhvani 
səslər gəlirdi. Qarğı daxalın hay‐hayı gedib, vay‐vayı qalmışdi, nə 
qapısı  vardı,  nə  pəncərəsi.  Açıq  qapıdan  düşən  ay  işiğı  daxalın 
içini  aydınladırdı.  Yun  çırpmağa  və  ya  buna  bənzər  ev  işləri  
görməyə  qoyulmuş  paslı  çarpayının  başından  Məxmərin  narıncı 
köynəyi, narıncı yubkası, narıncı lifçiyi sallanırdı.  
Onlar  həvəsdən  düşüb  müşahidə  səngərinin  qabağından 
evə  gedəndə,  Məxmərdən  gələn  xoş  qoxu  aləmi  bürüdü.  Sahə 
müvəkkili  qoxunu  burnuna  çəkərək  bayaqdan  bəri  qurdaladığı 
qabağını  sonuncu  dəfə  sıxıb  ofuldadı.  Əhlimana  SMS  yazdı: 
“Ququ, özüm ölüm, səy elə biziymişik...” 
Səhər yeməkdən sonra Məxmər süfrəni yığışdıran anasına 
göz elədi: “bir hovur əl saxla!” Gözü qızının boynundakı qaradan 
su içməyən arvad yanını yerə  qoydu. Məxmər  anasından Riçardı 
soruşdu. 
‐ Mama, deyirəm, bu Riçard yaxşı oğlandır, hay? 
‐  Nə  bilim  vallah,  belə  baxanda‐  arvad  oğlana  qıyğacı  bir 
nəzər  saldı,  adını  eşidən  Riçardın  dişləri  ağardı‐  pis  gədə  deyil, 
gənə məni qınama, elə bil bir az səydir! 
‐ Səy niyə olur, az?  
‐  Nə  bilim  ay  bala,  üzünə  baxanda  dişlərini  ağardır,  gənə 
məni qınama.  
‐  Dodağına  gülüş  qonub,  gülüşünə  vurulmuşam, 
vurulmuşam... 
‐  Bıy,  başıma  xeyir!  Məxmər,  gənə  məni  qınama,  ciddi 
deyərsən  ha  birdən,  İmamzada  haqqı,  ömür  boyu  üzünə 
baxmaram! 
‐  Lap  ciddi  deyirəm,  biz  Riçardla  evlənmək  qərarına 
gəlmişik. Dədəmə xəbər elə! 
Arvad  inanmadı.  Nə  gözlərinə,  nə  qulaqlarına.  Ərşadın 
üzünə  baxdı.  Dil  bilməsə  də,  onun  üzü  gülür,  gözləri  Məxmərin 
sözünü  deyirdi.  Arvad  bu  yerdə  gərək  üzünü  cıraydı,  saçını 
 
12

yolaydı,  cignə  çəkəydi,  ancaq  heç  birini  eləmədi.  Qonşuların 
eşidəcəyindən,  haya  gəlib  məsələdən  xəbərdar  olacağından, 
vurğun vurmuş vurulmuş qızının adına söz çıxacağından qorxdu. 
Səbrini  bassa  da,  yanını  yerə  basa  bilmədi,  əriylə  gənəşməyə 
durdu.  
Mübariz kişinin nahara kabab çəkmək fikri vardı, quzunun 
boğazına yenicə bıçaq cəkmişdi. Qan başına vurdu:  
‐ Özüm ölüm, şaqqalayaram o qızı dı, ingilisi də!!! 
‐  Əl  saxla  hələ  kişi,  qardaşını,  bacını  çağır,  gənəş,  gör  nə 
deyirlər‐ arvad kişinin gerçəkləyəcəyindən qorxdu. 
Ağsaqqallar  və  ağbirçəklər  gəldilər.  Əyri  əyləşdilər,  düz 
danışdılar.  Hər  üzünü  fikirləşdilər.  Elçi  gələn  olmayandan, 
şirinçay  içilməyəndən,  buyruq  buyrulmayandan,  oxumuş  qız 
olduğuna görə savadsız qızlara veriləndən iki “paşka” çox başlıq 
parası  alınmayandan,  parça  biçilməyəndən,  xına  yaxılmayandan, 
zifaf  gecəsini  yengə  pusmayandan,  üçgünlük  keçirilməyəndən 
sonra  qızı  uzağa  vermək  hamısına  ağır  gəldi.  Hamının  adından 
maması  Qızılgül  çağırıb  Məxmərə  çox  öyüd  verdi,  danladı,  kar 
olmadı.  Qız  elə  bil  kar  oldu.  Məxmərə  gözü  düşən  oğlanların, 
qəlbindən onu qohumuna‐qardaşına adaxlamaq keçən arvadların 
adlarını  bir‐bir  sadaladı,  qulağına  girmədi.  Qızılgül  mamasının 
pıçıldadıqlarını  Məxmər  bir  qulağından  alıb,  o  biri  qulağından 
çıxardanda,  anası  qapıdan  bir  hinduşkanın  ayağını  kəndirləyib 
Molla  Qədimin  doqqazına  yüyürdü.  Çaldığı  qələm  daşı  üyüdən 
Molla  Qədim  “ildırım  eşqinə  qarşı”  dua  yazdı;  əlini  salıb,  ayıb 
olmasın,  ayıb  yerindən  çəkdiyi  qılı  qurd  yağına  bulaşdırdı.  Dua 
limonlu  suya  salınmalı,  limonlu  suyu  qız  içməliydi.  Dua  qızı 
qızmağa  qoymayacaq,  Molla  Qədimin  qurd  yağına  bulaşdırılmış 
qılı da kimin pencəyinin cibinə basılsa, o adam xədim olacaqdı. 
Evə gələndə baldızı Qızılgülü pərişan gördü:  
‐  Aaz,  ürəyini  qısma,  gör  onların  başına  nə  oyun  açıram, 
bildirçinin  bəyliyi  darı  sovrulanacandır,  qurd  yağını  köynəyinə 
 
13

çəkim,  Ərşad  da  qulağının  dibini  görsün  Məxmərin  üzünün  
əvəzinə, indicə Molla Qədimgildən gəlirəm.  
‐ Onu oyana elə sən İmamzada, gəl qızı verək!  
‐ Yüz il qalaaaa!!! 
Baldızı  Qızılgül  Məxmərin  bakirə  olmadığını,  dünən  gecə 
gönü  suya  verdiyini  danışdı.  Qız  anasının  ürəyi  keçdi.  Özünə 
gələndə  bircə  kəlmə  dedi:  “qancığı  verək,  başımızdan  rədd 
olsun...”  
Ağsaqqalar  bir  də  yığışdılar.  Mübariz  kişinin  oğlu  Ümidi 
yada  saldılar.  Ümid  Kanadada  yaşayırdı.  İnişil  gedib  Kanadaya 
sığınmışdı. Bəlkə elə Məxməri ABŞ‐a gəlin köçürməkləri yaxşıdır? 
Mübariz kişinin balaları niyə ayrı düşsünlər bir‐birindən? ABŞ‐la 
Kanadanın arası budur‐buradır... 
*** 
Küy  kəndinə  seçki  günü  çoxlu  müşahidəçilər,  sosioloqlar 
gəldi. Sosioloqlar çıxış sorğusu zamanı səs verən sakinlərdən heç 
zad öyrənə bilmədilər. “Kimə səs verdin” sualına seçicilərin ancaq 
bir cavabı vardı: 
‐ Quu... Quu.. Quu.. Quu... 
Axşam  düz  səslərin  sayılması  anında  xəbər  yayıldı  ki, 
səsvermə  yeşiyini    əkişdiriblər.  Komissiya  sədri  Yaşar  yeşiyin 
yoxa çıxmasını vecinə almadı. Müşahidəçilərin bəzilərinin də başa 
düşəcəyi dildə komissiya üzvlərinə yüksək səslə dedi:  

 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin