Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

“Hekayət.  Bir  gün  Mötəsim  şərab  məclisində  oturmuşdu, 
qazi Yəhya bin Əksəm də orada idi. Mötəsim məclisdən durub o 
biri hücrəyə getdi. Bir az orada qaldıqdan sonra dişarı çıxıb şərab 
məclisinə  gəldi,  sonra  hamama  gedib,  üç  dəfə  qüsl  etdi,  dişarı 
çıxıb  canamaz  istədi,  iki  rükət  namaz  qıldı,  sonra  yenə  də  şərab 
məclisinə gəldi. Qazi Yəhyaya dedi: “Bu namazı nə üçün qıldığımı 
bilirsənmi?”  Dedi:  “Yox!”  Dedi:  “İzzət  və  cəlal  sahibi  allahın  əta 
etdiyi  çoxlu  nemətdən  biri  üçün  idi.”  Yəhya  dedi:  “Əgər  böyük 
rəy  sahibi  lazım  bilərsə,  desin,  biz  də  şad  olaq.  ”  Dedi:  “Mən  bu 
saat  üç  qızın  bəkarətini  aldım.  Bunların  hər  üçü  mənim 
düşmənlərimin‐ biri  Rum padşahının, ikincisi  Babəkin, üçüncüsü 
Maziyar gəbrin qızı idi.” 
 
SABİTLİK  
 
Məni  dimgədə  Firuz  qarşıladı.  Kənd  camaatının  topladığı 
vəsaitlə  və  hansısa  dini  vəqfin  yardımı  ilə  tikilən  məscidin 
yanından keçirib evlərinə apardı. Darvazadan girəndə özümü əsl 
kənd  evində  hiss  etdim.  Firuzun  çox  gözəl  həyət‐bacası  vardı. 
Ötən  əsrin  altmışıncı  illərində  tikilmiş  kirəmit  damlı  xudmani  ev 
ola,  pəyəsi,  hini,  it  damı  ilə  bahəm  göz  oxşamaya?  Qoz,  palıd, 
 
115

şabalıd,  alma,  armud  ağacları,  fındıq  kolları,  göy  çəmənlik,  çiçək 
bağçası  ürəyimi  əməlli‐başlı  açdı.  Tut  ağacının  dibində  gilanar 
mürəbbəsi ilə samovar çayı içə‐içə Ayazın gəlişini gözlədik.  
Tələbəlik  illərində  otaq  yoldaşı  olmuşduq.  Bakı  Dövlət 
Universitetinin  yataqxanasında,  balaca  otaqda  qalırdıq.  Birtəhər 
dolanır,  səbirsizliklə  yaxşı  yerdə  işləyəcəyimiz,  pullanacağımız 
günləri gözləyirdik. Otağımız gah siyasi diskussiya klubuna, gah 
ədəbi dərnəyə çevrilərdi. Ən müxtəlif siyasi və ədəbi düşüncələri 
daşıyan  gənclər  mübahisə  etməyə  yaxşı  məkan  tapdıqlarından 
tez‐tez  bizə  yığışardılar.  Adətən,  yeməkdən  əvvəlki  müzakirələr 
siyasətə  həsr  olunar,  süfrə  yığışılanda  ovqat  ədəbiyyata 
köklənərdi.  Bu  dünyada  heç  bir  məclis,  heç  bir  ziyafət,  heç  bir 
törən  tələbə  yataqxanasında  açılan  süfrə  qədər  xoş  ola  bilməz. 
Hərə  əlində  bir  pay  gətirər,  atışıb  araq  alar,  xudmani  məclislər 
düzəldərdik.  Eh,  adam  yaşlaşdıqca  özünü  daha  çox  bədbəxt  hiss 
edir  bu  ölkədə...  həyat  o  qədər  maraqsızlaşıb  ki,  yataqxanada 
acından  gözüm  qaralan  günlər  nədi,  haupvaxtda  yatdığım 
sutkalar  şirin  gəlir.  Hə,  haupvaxtdaydım  Ayaz  evlənən  gün. 
“Azadlıq”  blokunun  namizədinə  səs  verən  yeganə  hərbi 
qulluqçunu  narıncı  istirahətə  göndərmişdilər,  toyuna  gedə 
bilməmişdim  Ayazın.  Əlimə  beş‐on  manat  düşmüşkən  görməyə 
gəlmişdim  təzə  bəyi.  Oğlu  bu  gün‐sabah  məktəbə  gedəcək  Ayaz 
mənim nəzərimdə hələ təzə bəy idi.  
Onlara pay apardığım litrlik “Monarxiya” arağını qapıdan 
kəsilmiş  iki  çolpanın  qızartmasıyla  axşamın  sərinində  necə 
boşaltmışdıqsa  mahnı  oxuyurduq:  “Qaçdım  sənin  dalınca  mən, 
dalınca  mən,  gördüm  yoxsan...”  Bizim  dalınca  qaçdığımız 
kəpənək  yox  idi,  ölmüşdü,  murdar  olmuşdu,  qanad  çalsaydı, 
sabitlik  pozulardı,  insanlar  hərəkətə  gələr,  xaos  bizi  bir  yana 
çıxardardı... 
Çaxıra  keçmişdik.  Müxalifətin  mübahisəsi  gedirdi. 
Yataqxanadan  çıxandan  yaltaqxanada  qalmağımızın  günahlarını 
müxalifətin  dalına  şəlləyirdik,  əsirlərin  əsarətdə  saxlayanlara 
 
116

patoloji  sevgisini‐  “Stokholm  sindromu”nu  çözürdük,  Qərbin 
boşalan  neft  quyularına  doldurduğu  demokratiyanın  silos  iyi 
verəcəyindən qorxurduq.  Hakim partiya uğursuzluqlardan təngə 
gəlmiş  Firuzu  cərgəsinə  qatmışdı.  Dilini  farağat  qoymaq  şərtiylə 
məktəbdə  müəllim  işləyirdi.  Monarxiyaya  diş  qıcayan  Ayaz 
müxalifətin də ətəyində namaz qılmırdı. Söhbəti dəyişdim:  
‐  “Q”  nəyin  işarəsidir  fizikada???–  yataqxanadakı 
sağlığımızı xatırlatdım‐ yaşasın elektrik yükü!  
Səhər 
yuxudan 
oyananda 
təəcübləndim. 
Yayın 
cırhacırında  üstümə  atılmış  qalın  yorğanı  görəndə  gözlərim 
bərəldi.  Zaman  hissini  itirməsəm  də,  sərxoşluqdan  məkanı 
unutmuşdum. 
‐  Bura  Nic  bazarıdır!‐  əyin‐başları  nimdaş,  əlləri‐ovucları 
boş, sısqa kəndliləri Firuz topdan təqdim elədi.  
Üzlərdən  mağmunluq,  fağırlıq,  əlacsızlıq,  ümidsizlik, 
peşmanlıq  yağırdı.  Həftəbazarında  dolaşan  zənbillərin  üzü 
qaralmışdı  külfətlərin  yanında.  Sabah‐  bu  günün  adsızlığı  idi 
əlində  zənbil  Nic  bazarını  gəzən  insanların  gözündə.  Sovet 
istehsalı  olan  köhnə  maşınlar,  traktorlar  gözümə  görükməsə, 
zamanı qeyb edər, neçənci əsrdə yaşadığımı unudar, özümü orta 
əsrlərdə sanar, ətrafımdakı çəlimsiz və çarəsiz yoxsulları təhkimli 
kəndlilər  bilərdim.  Mallarını  başabaş  dəyişirdilər.  Yadıma  çaqqal 
Fiona  düşdü.  Bank  rekvizitlərinin  əlimizə  keçəcəyindən  qorxub 
kompüterinə yaxın qoymamışdı bizi.   
‐  Ay  camaat,  başınıza  hava  gəlib?  Niyə  hərəniz  bir  tərəfə 
gedirsiniz? Sözü bir yerə qoyun, hamınız eyni səmtə gedin!  
Qışqıra‐qışqıra  camaata  ağıl  verən  seyid  idi,  başdanxarab 
hər bazar Yevlaxdan gəlib Nic bazarında nəzir yığırdı.  
“Heç 
deyərsən 
onun 
oğlu 
Dövlət 
Təhlükəsizliyi 
Nazirliyində işləyir”‐ Firuz yerə tüpürdü.  
Barmağımı dişlədim:  
 
117

‐ Yox, onun oğlu atasına baxmayan qurumsaq  deyil, uşaq 
olma,  ata  oğlunu  öz  işlədiyi  yerə  düzəldib,  seyid  çekistlərin 
qarmağındadır!  
Firuzun inanmağı gəlmədi. 
‐  Bazar  xaotik  məkandır,  qağa,  üsyanları  və  dəyişiklikləri 
bazarlar  yaradır.  Hamını  eynə  səmtə  səsləyən  bu  agent  bazarın 
ruhuna  qarşı  çıxır,  xaos  enerjisinin  təhkimli  kəndlilərin  canında 
oyanmasını əngəlləyir. Hamının eyni qibləyə baxması, eyni palaza 
bürünməsi, eyni yolu sürünməsidir orta əsrlər!  
Bazardan çıxanda Firuz bərk‐bərk tapşırdı:  
‐  Nic  qarışıq  kənddir,  dilini  faragat  qoy,  kəndə  gələnləri 
KQB izləyir!  

 
Narahat olma‐ dedim,‐ uzağı iki saata hüzurundayam! 
Movsesin  evini  tapanacan  mənimki  mənə  dəydi.  O  ara 
sənin,  bu  darvaza  mənim,  soraqlaya‐soraqlaya  “Ağ  dəlləkli” 
məhəlləsindəki nallı doqqazı tapdım. Qapıya arvadı çıxdı və evin 
fındıq kollarına qulluq edən kişisini çağırmağa getdi.  
‐  “Arvad  da  bilmiyitdi,  səni  evə  dəvət  eləməyitdi,  gərək 
bağışlıyasan”‐  udi  üzrxahlıq  elədi.  Şabalıd  ağacının  altında  yer 
göstərdi.  
‐ Biri min olsun, yaxşı hinduşkalarınız var! 
‐ Payızda gələrsən, birini kəsərəm, fırlama bişirərik... 
‐ Udilərə məxsus yeməkdirmi?  
‐  Hə,  fırlama  da  bizim  mətbəxin  şahıdır,  hinduşkanın 
təndirdə qızardılmasıdır!‐ Movsesin ağzı sulandı.  
Arvadı  süfrəyə  çay  və  qoz  halvası  gətirdi.  Udilərin 
tarixindən,  alban  kilsəsinin  bərpa  olunmasından,  erməniyə  ərə 
gedən  udi  qadınların  qohum‐əqraba  üzünə  həsrət  qalmalarından 
danışdıq. Qoz halvasını təriflədim. Movses qoz halvasının xüsusi 
reseptlə və ancaq bu kənddə hazırlanmasıyla fəxr etdi:  
‐  Neçə  min  il  yaşı  var  Nicin,  təkcə  qoz  halvasının  sirrini 
saxlamır. 
Gəlişimin məqsədini açıqlamağın əsl vaxtıydı:  
 
118

‐ Sənin də boxçanda nələrsə olar... 
‐ Yox, bizim nə boxçamız var, nə taxçamız...  
Udi  üzümə  dirəndi.  Sağ  biləyimi  yanaqlarıma  çəkərək 
tanışlıq verdim:  
‐ Axan qan damarda durmaz!  
‐  Üstümü  unlu  görüb,  məni  dəyirmançı  bilmə!‐    Movses 
sağ əli ilə çiyninlərini döyəclədi. 
 ‐ Dur, taxçayla tanış elə məni!‐ daha vaxt itirmədim, Firuz 
gözləyirdi. Movses könülsüz razı oldu. 
‐  Arvad  çayları  ora  gətirsinmi?‐  mənimlə  tək  qalmaq 
istəmirdi.  Əlimi  çiyninə  vurdum.  O,  bayaq  sağ  əliylə  çiyinlərini 
döyəcləməklə  açıq  danışmağa  saqınca  olmadığını  bildirmiş, 
şahidləri  qovmuşdu.  Əl  hərəkətimlə  arvad  tumanının  dalında 
gizlənməyin  qurallarımıza  zidd  olduğunu  yadına  saldım.  Məni 
mərhum  atasının  emalatxanasına  apardı.  Atası  kilid  düzəldən 
sənətkar olmuşdu.  
Emalatxananın  taxçasına  əsrlərlə  yaşı  olan  kilidlər 
düzülmüşdü. Birini götürtmək istədim, Movses qoymadı:  
‐  Dəymə!  Barmağını  atar!  Yanındakından  da  ehtiyyatlı  ol, 
ayrı  açar  salanda,  içindən  zəhərli  iynə  çıxır,  əlləşdirənin 
barmağına batır.     

 
Bura Azin adında adam gəlmişdimi?  

 
Gəlmişdi... 

 
Nə axtarırdı?  
 ‐  Mənim  mərhum  atam  uzun  illər  öncə  Bərdənin  Küm 
kəndində bir sünnət eləyib. Atam dəllək deyildi, kilid düzəldərdi. 
Onu ora ləzgi adıyla aparmışdılar. Məqsəd uşağın kəsilməsi yox, 
kəsilməməsi  olmuşdu.  Sünnət  mərasimi  görüntü  xatirinə  təşkil 
edilibmiş.  Sən  demə,  o  uşaq  Azin  imiş.  Gəldi,  atamı  soruşdu, 
rəhmətə getdiyini öyrənib qayıtdı.  
‐ Başqa?  
‐ Boxçadakı da elə budur, taxçadakı da... 
‐ Ağlınca, sən məni yola verirsən?‐ona təpindim. 
 
119

‐ Yox...  
‐  Kəs  səsini!‐  onun  hinduşkaya  oxşayan  boğazından 
yapışdım. Bir tərəfi qələm olan qəməni hulqumuna dayadım:  
‐  Səni  hinduşka  əvəzinə  fırlama  bişirərəm,  oğraş!  Hanı 
açar?  
‐ Hansı açar?  
‐ Azin sənə kilid gətirmişdi?  
Armudbaş təsdiqlədi. 
‐ Bəs niyə açmadın?   
‐ Ona düşən açar yoxdur bizdə!   
‐  Oyaram  gözlərini,  murdar,  çilingağac  oynayırsan 
mənimlə?‐ əlini taxçadakı zəhərli qıfıla sarı apardım. 
‐ Yoxdur, öldür məni, bizdə yoxdur!  
‐ Satıbmı dədən? 
‐ Satmayıb, heç nə satmayıb! 
‐ Heç ürəyini sıxma, yepiskopdan aldığı pul burnunun iki 
deşiyindən  gəldi  Bərdədə,  xəbərin  olsun,  Azinin  yerinə  atanı 
sünnət eləmişdilər... 
Movses  fınxırdı.  Dizimlə  qurşağından  aşağıya  iki  zərbə 
vurdum.  
‐ Təşkilatın kriptoqramını erməni yepiskopuna satmağının 
cəzasını almadımı elə bilirsən? 
Hulqumunu 
buraxdım. 
Bir 
ayağı 
qırıq 
stulu 
emalatxananın  divarına  söykəyib  oturdum.  Movses  qabağını 
tutub  zarıyırdı.  Azinin  gətirdiyi  kilid  taxçadaydı.  Atası  açarı 
qəsdən  itirmişdi,  Movsesdə  günah  yox  idi.  Kilid  açılmasa,  xalqın 
dili‐ağzı bağlı qalacaqdı.  
*** 
Nicdən  qayıdanda  Ayazı  kəndin  arasında  gördüm.  Saçını 
düzəltdirmək  istəyirdi.  Biz  şüşəsinə  “kişi  salonu”  yazılmış 
dəlləkxanaya  girəndə  kresloya  bir  qoca  müştəri  yayxanmışdı. 
Ayaz  mənə  göz  vurdu.  Üzünü  qırxdıran  Qurban  kişi  idi.  Təraş 
bitdi, Qurban kişi dəlləyin vurduğu odekolonun yandırıcı təsirini 
 
120

ağır‐ağır  ayağa  qalxmasıyla  ötüşdürdü,  gərnəşdi,  mənə  çəpəki 
nəzər salıb yanımdan ötdü.  
Qurban  kişi  məni  tanımasa  da,  mən  Qurban  kişini  yaxşı 
tanıyırdım, yataqxanada çox qonağımız olmuşdu. Hər il züryətini 
qəbul  imtahanına  gətirərdi  və  oğlu  Turab  hər  il  kəsilərək  onu 
dost‐düşmən yanında xəcil edərdi, xəcalətli düşmənim olsun, bizə 
gələndə  gedib  ayrı  otaqda  qalar,  yer  salıb  yerdən  yatar, 
çarpayılarımızı  onlara  verərdik.  Bu  hörmətin  qabağında 
pıçhapıçla  aramızı  vurmağa  çalışardı.  Xoşlanmazdıq  Qurban 
kişidən.  Qəlbimizi  testlə  qəbul  imtahanlarının  əleyhinə  çıxması 
qırmışdı.  Qurban  kişi  testin  savadsızlaşmaya  səbəb  olduğunu 
iddia  edirdi,  halbuki,  ona  yer  edən  bisavad  oğlunun  ali  məktəbə 
qəbul  olunmamasıydı,  yoxsa,  çoxdan  cibinə  tələbə  bileti 
qoymuşdu  Turabın.  Test  zırrama  oğlunun  yerinə  iki  yumurtanı 
dörd yerə bölənləri oturtmuşdu parta arxasında.  
Dəlləkxanadan  çıxanda  Ayaz  Qurban  kişinin  qəsrini 
göstərdi.  Qəbələdə  palıd  ağacının  kökünü  kəsirmiş.  Belini 
yuxarılara  bağlayıb  əli  belində  gəzir,  qos‐qocaman  palıdların 
qırılmasına,  dəzgahdan  keçirilməsinə,  satılmasına  nəzarət  edirdi. 
Turaba  icra  hakimiyyətində  iş  düzəltmiş,  bacısı  oğlunu  kəndin 
icra nümayəndəsi təyin elətdirmiş, qardaşı oğlunu bələdiyyə sədri 
qoydurmuşdu.  Məntəqə  seçki  komissiyasının  əksəriyyəti  onun 
tayfasındanıydı,  komissiyanın  müxalifətçi  katibi  Ayaza  düşmən 
gözüylə  baxırdılar.  Səsvermə  gecəsi  ağzını  əzmək,  həftəyə  bəyin 
gözünün  altının  qarasını  təriflətmək  istəmişdilər  xanəndəyə... 
Tüklərim biz‐biz durdu. Biz‐biz duran tüklərimə baxanda Qurban 
nakişinin  üzünü  qırxan  bərbər    yadıma  düşdü.  Bərbər 
anadangəlmə  lal  və  kar  idi.  Lal  və  kar  olmasaydı,  eşitsəydi,  dili‐
ağzı  qurumasaydı,  bərəkət  haqqı,  üzünü  qırxmazdı,  sifətinə 
tüpürərdi Qurbanın.   
Mağazanın qabağına gəldik. Pivələmək istəyirdik. Qurban 
kişi  yuxarı  başda  oturmuşdu.  Təraşdan  çıxıb  çay  içirdi.  Əlindəki 
qəzeti görüb Ayaza öyüd verdi:  
 
121

‐ Müəllimsən, otur müəllimliyini elə, başını aşağı sal, çörək 
pulunu  qazan,  axı  nə  işinə  qalıb  dövlət  neynədi,  hökumət 
neynədi, sənin başını yemiş o bəylərin vaxtında gecələr evdən çölə 
çıxmaq  olmurdu,  indi  əlin  qulağının  dibində,  pivə  içirsən 
dimgədə.  
“Müəllimsən, otur müəllimliyini elə, başını aşağı sal, çörək 
pulunu  qazan,  axı  nə  işinə  qalıb  dövlət  neynədi,  hökumət 
neynədi”‐  təhkimçilik,  bax,  budur.  Məhz  budur!  Sən  çörək  pulu 
qazandığın  sahəyə  təhkimsən,  gözünü  açıb  ətrafa  boylanan  an, 
başını  qaldıran  dəqiqə,  etiraz  səsini  ucaldan  saat  feodallar  və 
onların  rəiyyətləri  canına  darışacaqlar,  sənə  ağıl  verəcəklər,  yol 
göstərəcəklər. Guya düz fikirləşən, düz danışan, düz hərəkət edən 
onlardır,  yanlış  yol  seçən  sən.  Hövsələmi  basammadım,  Ayazın 
əlindən “Çağırış” qəzetini alıb Məti Naxışın köşəsini hündür səslə 
oxumağa  başladım,  oxuya‐oxuya  cümlələri  elə  dəyişdirirdim  ki, 
guya şəxsən Qurban dayıya xitabən yazıb:  
‐  Qurban  dayı,  keçmiş  əyyamlardan  danışanda  “gecələr 
yata  bilmirdik”  deyirsən.  Ölkədə  hərc‐mərclik  baş  alıb  getdiyinə, 
hərənin  əlində  bir  silah  olduğuna,  prezident  ölkəyə  nəzarət  edə 
bilmədiyinə  görə  sabaha  salamat  çıxacağına  inanmırmışsan.  Düz 
sözə  nə  deyəsən,  hakimiyyət  dəyişdi,  gözünə  döndüyüm  yeni 
dövlət  başçısı  yuxusu  ərşə  çəkilmişlərin  başının  altına  böyük  bir 
yastıq  qoydu.  Hamı  yatdı.  Təkcə  özünün  gözünə  yuxu  getmədi. 
İqtidar  havadarlarının  sözüdür,  gecəni  gündüzə  qatıb  işlədi, 
ölkədə  sabitlik  qurdu.  Parklar  salındı,  tonqallar  qalandı, 
konsertlər  verildi,  güllər  dərildi,  ağaclar  əkildi,  şadlıq  evləri 
tikildi,  ulduzlar yerə töküldü.  Millət yata bildikcə yatdı, bayramı 
bayrama qatdı, fişənglər partladı, düşmən bağrı çatladı.  
Gecələr  rahat  yatmağa  rayon  yerlərində  daha  gözəl  şərait 
yaradıldı.  Qaşla  işıqlar  eyni  vaxtda  qaraldı.  Millət  səksəkəyə 
düşdü: Biri Şuşanı, kimisi Laçını, bəzisi Füzulini, başqası Ağdamı 
röyasında  görüb  yuxudan  dik  atıldı,  başının  altına  qoyulmuş 
yastığı qucaqlayıb hönkür‐hönkür ağladı. Təqvimdəki bayramları 
 
122

sayan  çox  kişilərin  gözünə  səhərəcən  bir  çimir  yuxu  getmədi. 
Evinə, ailəsinin içinə əliboş gəlməsi, ondan çörək, ayaqqabı, şalvar 
istəyən  balalarının  gözü  yada  düşdükcə  yataqda  qovruldular. 
Əlacsızlıqdan  tərk  etdilər  ölkəni.  Bu  dəfə  onların  arvad‐uşağının 
gözünə  yuxu  getmədi.  Ərsiz  evin  gəlinləri  adını,  ismətini 
qorumaq  üçün  hər  gələn  səsə  oyandılar,  uşaqlar  hər  taqqıltını 
atalarının ayaq səsləri zənn edib yuxularını qaçırdılar.  
      Rejimə  qarşı  çıxanlara  yatmaq  imkanı  gecədən‐gecəyə 
yox,  illərlə  verildi.  Bayılda,  Şüvəlanda,  Qobustanda...  Bir  il  boyu 
insanları  gecələr  yatmağa  qoymayanlara  nadzorlar  “laylay” 
dedilər.  Belinə  polis  dubinkası  dəyənlər  sübhədək  ağrıdan 
sancıldı.  Otuzuncu  illərə  qayıtdıq,  evlə  həbsxananın  arası  qapı 
zəngi  uzunluğunda  oldu.    Yalana,  saxtakarlığa,  haqsızlığa  dözə 
bilməyənlər  hirsindən,  hikkəsindən  dala  bilmədilər  uyğuya, 
türkün sözü. 
Ölkənin  ən  tanınmış  adamlarını  qapısının  ağzında 
güllələdilər.  Ziya  Bünyadovu,  “Qara  Polkovniki”,  Elmar 
Hüseynovu  qətlə  yetirdilər.  Hacı  Məmmədov  adlı  polis 
polkovnik‐leytenantı  adamları  evindən  oğurladı,  uşaqları 
məktəbdən  qaçırdı,  öldürdüyü  adamların  məzarı  üstündə  rəqs 
meydançası  düzəltdi,  nazirlər  bir‐birinə  silah  çəkdi,  məmurlar 
döyülüb  hovuza  atıldı,  parlament  salonunda  deputatlar  söyüşüb 
yumruqlaşdılar‐  millətin  gecələr  rahat  yatması  naminə.  Hər  gün 
bir rayondan xəbər gəldi. Polis güllələndi, prokuror qovuldu, icra 
başçısı  döyüldü,  deputat  rayona  buraxılmadı.  Ortabab  hər 
məmurun  onlarla  qoçu  dəstəsi  üzə  çıxdı.  Qos‐qocaman  Bakı 
şəhəri  ötən  əsrin  əvvəllərində  görmədiyi  qoçu  atışmalarına  şahid 
oldu.  Oliqarx  balaları  bir‐birini  yolun  ortasındaca  güllələdilər, 
killer  tutdular,  adam  öldürtdülər.  Hökumətin  iqtisadi  inkişaf 
naziri efirə çıxıb ölümlə təhdid edildiyini car çəkdi dünyaya.  
Qabaqlar  adamlar  bir‐birinə  “gecən  xeyirə  qalsın”, 
“sabahın  xeyir”  deyərdilər,  hətta  qiyamla  baş  nazir  olmuş  Surət 
Hüseynov  kompüterə  “nə  var,  nə  yox”  sualı  vermişdi, 
 
123

qəzetlərinin  yazdığı  lətifəyə  gülməyib,  inansaq.  İndi  gecə  də 
şərdir, gündüz də. Nə axşamın xeyir olacaq halı qalıb, nə səhərin. 
Kim  kimi  görür  soruşur:  “barı,  babat  yata  bilirsən?”  Bəzən 
zarafata  salıb  onu  da  xəbər  alırlar  ki,  “özün  yatıb,  özün  dura 
bilirsən”? Çox komik, yəni... 
Qurban  sənə  dayı,  mənim  zarafatla‐zadla  aram  yoxdur, 
olsaydı,    “Tütək  səsi“    filmindən  bir  epizodu  yada  salmazdım: 
“Sən gecələr yat, ay Qurban!..”         
 
QAN VƏ ÜZ 
  
Atam  zəng  elədi.  Türkiyədən  barat  gəldiyini  xəbər  verdi. 
Görəsən içində nə vardı, payı yollayan kim idi? Dedi ki, göndərən 
adını  yazmayıb,  qutunu  açmadığından  içində  nə  olduğunu  da 
bilmir.  “Yəqin  sizin  QHT‐çilərdən  gəlib‐  məni  oyaladı–  sabah 
günortaya Bakıdayam, gətirərəm, açıb baxarsan.”  
Bahalı kostyum, təmiz dəridən ayaqqabı, köynək, qalstuk... 
Geyim‐kecim  əynimə  qutu  kimi  oturdu.  Pencəyin  cibinə  xərclik, 
Türkiyəyə  ikitərəfli  uçaq  bileti  və  Kütahyada  “Aizona”  otelinin 
kartı vardı.  
‐  Yəqin  bunu  da  sənə  hədiyyə  göndəriblər  bizim 
xeyirxahlar ‐ çini qabı atama verdim. 
Tonqalın qırağında əllərini isidən yeddi nəfəri atam özümə 
qaytardı:  
‐ Əsl Yolçular səni çağırırlar...   
‐  Əsl  Yolçular  kimdir?  Pasport  nömrəmi,  zövqümü 
haradan bilirlər? 
‐  Yazıqlar  min  illərdir  gözləyirlər,  deyirsən,  seriyanı 
bilməsinlər?   
Gizli  xürrəm  cəmiyyətinin  varlığından  xəbər  tutanacan 
mən  özümü,  sadəcə,  əcdadından  qalma  dəfinə  axtaran  macəraçı 
sayırdım. Sən demə, sıradan bir macəra deyil mənimki. Xristianlar 
 
124

İsanın  qayıtmağını,  müsəlmanlar  Mehdinin  dönməyini  necə 
gözləyirlərsə,  xürrəmlərin  də  gözü  Babəkin  yolunu  eləcə  çəkib. 
Gözləyə‐gözləyə  gizli  cəmiyyət  yaradıblar,  hər  iki  Azərbaycanın 
əksər  bölgələrində,  atam  daxil,  qulağıdinc  həyat  sürən  yüzlərlə 
adamı  xürrəm  inancında  saxlayıblar.  Biz  onlarla  çay  içir,  söhbət 
edir,  övladı,    dostu,  əleyhdarı  oluruq.  Gerçəkdə  kim  olduqları 
bilmirik,  min  illərdir  içini  yeyən  protest  enerjisindən  xəbərsiz 
qalırıq, qəlbindəki azadlıq sevdasını görmürük. O adi adamların, 
sadə  insanların  arasından,  ailəsindən  çıxıb  tarixə  yön  göstərən 
liderlərimiz.  Səssiz‐səmirsiz  həmvətənlərimiz  atılıblar  meydana, 
qanını,  canını,  sanını  veriblər  azadlığa.  Özüm  ölüm,  yüz  il  qala 
Azərbaycanda  prosesləri  izləyən,  yönəldən,  tənzimləyən  gizli 
cəmiyyət olduğuna inanmazdım. Həmin cəmiyyət ərəblərdən üzü 
bəri Azərbaycanı zəbt edən bütün qüvvələrə müqavimət göstərib, 
üsyanlar  qaldırıb,  bayraqlar  dalğalandırıb,  dövlətlər,  hökumətlər 
qurub... 
Dörd  gün  avara‐sərgərdan  dolandım  Kütahyanı,  itirib‐
axtaran  olmadı.  Kütahyanın  ölü  dirildən  çamır  vannalarında, 
Fatehin  yeri  məlum,  anadangəlmə  oldum.  Germiyan  caddəsinin 
ağayana  evlərinə  qırmızı  fəs  əydim.  Zeybək  rəqsi  festivalında 
yelimi  töküb  otelə  qayıdanda  qəbulda  oturan  qız  səhər  ayağımı 
odadan qırağa qoymamağı rica etdi, deyəsən, üzə çıxacaqdılar.  
Mehmanxananın  restoranında  səhər  yeməyimi  arxayınca 
yeyib odama qalxdım. Dünəndən qabqarladığım çemodanı qapıya 
endirdim.  Əsl  yolçu  gəldi.  Sarıbəniz  türküydü.  Mehribanlıqla  əl 
tutdu:  

 
Benim ismim Tarkan.  

 
Benim ismim Sizinki kadar ünlü deyil: Azin!  
Oteli  tərk  edib  “Lexus”a  oturduq.  Uzun,  incə  bir  yola 
çıxdıq.    Məni  Aizonoiyə  apardı,  xatırlatsam,  Bakıya  dönməzdən 
öncə Pessinusu da gəzdirəcəyinə söz verdi.  
‐ Ana Tanrıça Kübelenin kultu sayılan meteorit parçası bir 
zamanlar  Pessinusdaydı.  Romalılar  Karfagenlə  ikinci  Pun 
 
125

müharibəsini  edir,  Kübelini  öz  paytaxtlarına  aparmaq  istəyirlər. 
Berqama  kralından  izn  alır  və  meteoritin  arxasınca  ekspedisiya 
göndərirlər.  Miladdan  öncə  204‐cü  ildə  kult  gəmiyə  yüklənir. 
Kübele  yerindən  tərpənmir.  Kahinlər  bakirə  bir  qızın  gəmini  öz 
kəməriylə  dartmasını  məsləhət  görürlər.  Qızlar  bəhsə  girir, 
üzüqara  çıxırlar.  Bakirəliyinin  pozulduğu  haqda  dedi‐qodu 
yayılan  Quinta  gəmini  tərpədir,  kult  üzür,  qız  bəraət  qazanır. 
Romalılar kultu aparıb Platinus dağına qoyur və Karfagenə qalib 
gəlirlər.  Ulu  Ana  indiyəcən  qoyulduğu  yerdə  durur.  Kübelenin 
portretinə  Romada  poçt  markalarında  rast  gəlmək  olar.  Bilərsən, 
hazırda İtaliya qülləvari papaq qoyan qadınla simvolizə edilir. 
‐ Çox ilginc!‐ növbətçi təbəssümlə cavab verdim. 
‐  Daha  ilginc  olan  hər  il  martın  21‐  də  Pessinusda 
Kübelenin qutlanmasıdır. Martın 21‐də... 
‐ Martın 21‐ də??? 
‐  Əvət,  martın  21‐də,  bizim  Novruz  bayramında!  Qədim 
dünyada  Kübele  çox  ünlüydü,  həm  yunanları,  həm  də  romalıları 
yönəldən  Tanrıçaydı.  Kübele  DOĞANIN  ÖLMƏSİNİ  VƏ 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin